Mustafa Ağabəy oğlu Topçubaşov (5 (17) avqust 1895, İrəvan – 20 noyabr 1981, Bakı) — Azərbaycan sovet cərrahı, ictimai və dövlət xadimi. Azərbaycanda tibb təhsili və səhiyyənin təşkilatçısı, respublikada cərrahlıq elmi məktəbinin banilərindən biri. Azərbaycan SSR EA akademiki (1945), Bolqarıstan Xalq Respublikası EA-nın müxbir üzvü (1951), SSRİ Tibb Elmləri Akademiyasının akademiki (1960), "Stalin" mükafatı laureatı (1943), Sosialist Əməyi Qəhrəmanı (1975), Azərbaycan SSR əməkdar elm xadimi (1940), Azərbaycan SSR EA vitse-prezidenti (1951–1956 və 1969–1981). Azərbaycan SSR Ali Sovetinin sədri (1955–59 və 1967–71), Azərbaycan SSR Ali Sovetinə (1–10-cu çağırış) deputat.
Mustafa Topçubaşov | |
---|---|
18 aprel 1953 – 25 mart 1955 | |
Əvvəlki | Ağamirzə Əhmədov |
Sonrakı | Abdulla Bayramov |
5 aprel 1967 – 1 iyul 1971 | |
Əvvəlki | Məmməd Arif |
Sonrakı | Süleyman Rüstəm |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 (17) avqust 1895 |
Doğum yeri | |
Vəfat tarixi | 20 noyabr 1981 (86 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | həkim, cərrah |
Həyat yoldaşı | |
Uşağı | |
Elmi fəaliyyəti | |
Elm sahəsi | tibb |
Elmi dərəcəsi | |
Elmi adı | |
| |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Mustafa Topçubaşov 1895-ci ildə Qərbi Azərbaycanda (İndiki Ermənistan Respublikası) Göykümbət kəndində anadan olmuşdur.Akademik Mustafa bəy Topçubaşov qədim İrəvanın əsilli-köklü nəsillərindən birinin nümayəndəsi idi. 1895-ci il avqustun 17-də qoynunda dünyaya göz açdığı Göykümbət kəndi elə Topçubaşovların ata-baba malikanəsi imiş. Onların İrəvan şəhərində də mülkü olub. Atası Ağabəy, anası Fatimə xanım, Mustafa və üç qardaşı burada yaşayıblar. Ailənin ikinci oğlu Mustafa tanınmış Azərbaycan rəssamı Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun açdığı ibtidai məktəbdə oxuyub.
1904-cü ildə ibtidai təhsilini başa vurub gimnaziyaya daxil olub. 1914-cü ildə İrəvan kişi gimnaziyasını bitirib. Valideynlərinin onu uzağa buraxmağa ürəkləri gəlməsə də, Mustafa Kiyevə gedib və orada universitetin tibb fakültəsinə qəbul olunub. Üçüncü kursda oxuyanda Oktyabr inqilabı baş verib. O, bu dövrdə Kiyevdə qalaraq dövlət imtahanlarına hazırlaşıb.
- Reyhan Topçubaşovanın həyat yoldaşıdır.
- İbrahim Topçubaşovun atasıdır.
Əmək fəaliyyəti
1919-cu ildə təhsilini başa vuran gənc həkim Naxçıvan və Bakı xəstəxanalarında cərrahlıq edir. 1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir. 1930-cu ildə "Malyariya mənşəli splenomeqaliyanın klinikası, patologiyası və cərrahi müalicəsi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bu işin əhəmiyyətinə görə M. Topçubaşova professor adı verilir və o, Azərbaycan Tibb Universitetinin cərrahiyyə kafedrasının (indi — III cərrahi xəstəliklər kafedrası) müdiri seçilir.
Elmi fəaliyyəti
M. Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu — injeksion efir-yağ narkozunu — analgeziya üsulunu kəşf etdi. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlandı. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 1945-ci ildə SSRİ Xalq Səhiyyə Komissarlığı Elmi Tibbi Şurası tərəfindən Farmakologiya Komitəsinin iclasında efir-yağ qarışığının "Analgezin" adı altında istehsal edilməsinə icazə verildi.
Topçubaşov müharibə illərində Azərbaycan Xalq Səhiyyə Komissarlığı Hərbi Xəstəxanalar İdarəsinin baş cərrahı vəzifəsində çalışıb. O, SSRİ-də ilk dəfə olaraq təxliyə hospitallarının yaradılmasının təşəbbüskarı olub və bu təklif hərbi cərrahlıq işinin təşkilində uğurla istifadə edilib.
Müharibədən sonra professor M. Topçubaşov 1945–1950 illərdə Azərbaycan SSR Səhiyyə Nazirliyinin baş cərrahı olmuşdur. 1945-ci ildə Azərbaycan SSR EA-nın həqiqi üzvü (akademik) seçilir. 1945–1948-ci illərdə Azərbaycan SSR EA Eksperimental Tibb İnstitutunda direktor vəzifəsində çalışır. Müxtəlif dövrlərdə iki dəfə (1951–1956 və 1969–1981) Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsini daşıyır.
1954-cü ildə özü işlədiyi kafedrada operasion-auditoriya təşkil edir.
Əməkdar elm xadimi adını Mustafa bəy Topçubaşov 1940-cı ildə alır. 1960-cı ildə SSRİ Tibb Elmləri Akademiyasının akademiki seçilir. O, 1943-cü ildə Stalin mükafatı laureatı olur və 1975-ci ildə Sosialist Əməyi Qəhrəmanı yüksək adına layiq görülür.
1981-ci il noyabrın 20-də Bakı şəhərində vəfat etmişdir.
Xatirəsi
Azərbaycanda tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq akademik Mustafa Topçubaşovun anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında 31 iyul 1995-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev sərəncam vermişdir.
Bakı şəhərindəki "Elmi Cərrahiyyə Mərkəzi" M. A. Topçubaşovun adını daşıyır.
Rejissor Yalçın Əfəndiyev "Mustafa Topçubaşov. Əsrin fonunda portret" adlı sənədli filmi çəkmişdir.
Təltif və mükafatları
- Sosialist Əməyi Qəhrəmanı — 4 avqust 1975 ( və təqdim edilməklə)
- "Azərbaycan SSR əməkdar həkimi" fəxri adı — 23 aprel 1940
- (2-ci dərəcə) — 22 mart 1943
- 4 dəfə — 4 noyabr 1944, 6 noyabr 1951, 4 sentyabr 1954, 4 avqust 1975
- — 20 iyul 1971
- — 25 fevral 1946
- — 3 mart 1942
- — 27 yanvar 1936
Mənbə
- Əsgər Zeynalov. "İrəvan ziyalıları". Bakı. "Oğuz eli", 1999. səh.154
İstinadlar
- Топчибашев Мустафа Агабек оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- CBC. "Музей медицины Азербайджана" (rus). Youtube.com. 21.04.2016. 2022-03-28 tarixində . İstifadə tarixi: 2016-04-21.
- "Топчибашев Мустафа Агабек оглы". 2021-05-22 tarixində . İstifadə tarixi: 2013-08-19.
- Azərbaycan Sovet Ensiklopediyası, IX cild, Bakı-1986, səh. 317
- Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 190. ISBN .
- "Arxivlənmiş surət". 2021-04-13 tarixində . İstifadə tarixi: 2018-03-30.
- "Arxivlənmiş surət". 2023-08-01 tarixində . İstifadə tarixi: 2014-07-21.
- Azərbaycan Tibb Universiteti — 80. Bakı, 2010. səh. 24
- "Arxivlənmiş surət". 2022-03-31 tarixində . İstifadə tarixi: 2014-07-21.
- "Arxivlənmiş surət". 2021-10-22 tarixində . İstifadə tarixi: 2014-07-21.
- . 2014-07-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-21.
- М. А. Топчибашев. Библиография. Баky-1965, səh. 16
- Ermənistan Azərbaycanlılarının tarixi coğrafiyası // Tərtib edəni: S. Əsədov; Elmi red. B. Budaqov, Q. Qeybullayev. Bakı: "Gənclik", 1995.
- http://nizami.libmks.az/1305-mustafa-topgubaeov.html[ölü keçid]
- Azərbaycan Respublikasının Prezidentinin 31 iyul 1995-ci il tarixli, 200 nömrəli Sərəncamı [ölü keçid]
- Akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 1995-ci il tarixli Sərəncamı 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- Akademik Topçubaşov haqqında sənədli film çəkilib: [rejissor Yalçın Əfəndiyevin "Mustafa Topçubaşov. Əsrin fonunda portret." filmi haqqında] //Ayna.- 2011.- 19 noyabr.- S.20.
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mustafa Agabey oglu Topcubasov 5 17 avqust 1895 Irevan 20 noyabr 1981 Baki Azerbaycan sovet cerrahi ictimai ve dovlet xadimi Azerbaycanda tibb tehsili ve sehiyyenin teskilatcisi respublikada cerrahliq elmi mektebinin banilerinden biri Azerbaycan SSR EA akademiki 1945 Bolqaristan Xalq Respublikasi EA nin muxbir uzvu 1951 SSRI Tibb Elmleri Akademiyasinin akademiki 1960 Stalin mukafati laureati 1943 Sosialist Emeyi Qehremani 1975 Azerbaycan SSR emekdar elm xadimi 1940 Azerbaycan SSR EA vitse prezidenti 1951 1956 ve 1969 1981 Azerbaycan SSR Ali Sovetinin sedri 1955 59 ve 1967 71 Azerbaycan SSR Ali Sovetine 1 10 cu cagiris deputat Mustafa TopcubasovAzerbaycan SSR Ali Sovetinin sedri18 aprel 1953 25 mart 1955EvvelkiAgamirze EhmedovSonrakiAbdulla BayramovAzerbaycan SSR Ali Sovetinin sedri5 aprel 1967 1 iyul 1971EvvelkiMemmed ArifSonrakiSuleyman RustemSexsi melumatlarDogum tarixi 5 17 avqust 1895Dogum yeri Irevan Irevan qezasi Irevan quberniyasi Rusiya imperiyasiVefat tarixi 20 noyabr 1981 1981 11 20 86 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Fexri XiyabanPartiya Sovet Ittifaqi Kommunist PartiyasiTehsili Taras Sevcenko adina Kiyev Milli Universiteti Irevan kisi gimnaziyasiFealiyyeti hekim cerrahHeyat yoldasi Reyhan TopcubasovaUsagi Ibrahim TopcubasovElmi fealiyyetiElm sahesi tibbElmi derecesi tibb elmleri doktoruElmi adi professor professor d akademikTeltifleri 1975 1944 1951 1954 1975 1946 1942 1936 1943 Vikianbarda elaqeli mediafayllarHeyatiMustafa Topcubasov 1895 ci ilde Qerbi Azerbaycanda Indiki Ermenistan Respublikasi Goykumbet kendinde anadan olmusdur Akademik Mustafa bey Topcubasov qedim Irevanin esilli koklu nesillerinden birinin numayendesi idi 1895 ci il avqustun 17 de qoynunda dunyaya goz acdigi Goykumbet kendi ele Topcubasovlarin ata baba malikanesi imis Onlarin Irevan seherinde de mulku olub Atasi Agabey anasi Fatime xanim Mustafa ve uc qardasi burada yasayiblar Ailenin ikinci oglu Mustafa taninmis Azerbaycan ressami Mirze Qedim Irevaninin nevesi Mirze Rza Qedimovun acdigi ibtidai mektebde oxuyub 1904 cu ilde ibtidai tehsilini basa vurub gimnaziyaya daxil olub 1914 cu ilde Irevan kisi gimnaziyasini bitirib Valideynlerinin onu uzaga buraxmaga urekleri gelmese de Mustafa Kiyeve gedib ve orada universitetin tibb fakultesine qebul olunub Ucuncu kursda oxuyanda Oktyabr inqilabi bas verib O bu dovrde Kiyevde qalaraq dovlet imtahanlarina hazirlasib Reyhan Topcubasovanin heyat yoldasidir Ibrahim Topcubasovun atasidir Emek fealiyyeti1919 cu ilde tehsilini basa vuran genc hekim Naxcivan ve Baki xestexanalarinda cerrahliq edir 1920 1923 cu illerde ADU nun Azerbaycan Dovlet Universiteti tibb fakultesinin fakulte cerrahligi klinikasinda ordinator 1923 1930 cu illerde fakulte cerrahligi klinikasinda assisent islemisdir 1930 cu ilde Malyariya menseli splenomeqaliyanin klinikasi patologiyasi ve cerrahi mualicesi movzusunda doktorluq dissertasiyasi mudafie edir Bu isin ehemiyyetine gore M Topcubasova professor adi verilir ve o Azerbaycan Tibb Universitetinin cerrahiyye kafedrasinin indi III cerrahi xestelikler kafedrasi mudiri secilir Elmi fealiyyetiM Topcubasov 1937 ci ilde dunya anesteziologiya elmi tarixinde ilk defe olaraq orijinal keyitme usulunu injeksion efir yag narkozunu analgeziya usulunu kesf etdi Bu metod sadeliyine hazirlanma ve tetbiq texnikasinin asanligina inhalyasion narkoz zamani rast gelinen bir sira menfi hallarin derin narkoz yuxusu qanda narkotik maddelerin yuksek konsentrasiyada toplanmasi ve s aradan qaldirilmasina imkan verdiyine gore genis tetbiq edilmeye baslandi Efir yag qarisigi inyeksiyalari hem de oddasi xesteliyinin sancilari travmatik sok tetanus qicolma hallarinda mualice ve dogus zamani agrisizlasdirma vasitesi kimi istifade edilirdi 1945 ci ilde SSRI Xalq Sehiyye Komissarligi Elmi Tibbi Surasi terefinden Farmakologiya Komitesinin iclasinda efir yag qarisiginin Analgezin adi altinda istehsal edilmesine icaze verildi Topcubasov muharibe illerinde Azerbaycan Xalq Sehiyye Komissarligi Herbi Xestexanalar Idaresinin bas cerrahi vezifesinde calisib O SSRI de ilk defe olaraq texliye hospitallarinin yaradilmasinin tesebbuskari olub ve bu teklif herbi cerrahliq isinin teskilinde ugurla istifade edilib Muharibeden sonra professor M Topcubasov 1945 1950 illerde Azerbaycan SSR Sehiyye Nazirliyinin bas cerrahi olmusdur 1945 ci ilde Azerbaycan SSR EA nin heqiqi uzvu akademik secilir 1945 1948 ci illerde Azerbaycan SSR EA Eksperimental Tibb Institutunda direktor vezifesinde calisir Muxtelif dovrlerde iki defe 1951 1956 ve 1969 1981 Azerbaycan SSR Elmler Akademiyasinin vitse prezidenti vezifesini dasiyir 1954 cu ilde ozu islediyi kafedrada operasion auditoriya teskil edir Emekdar elm xadimi adini Mustafa bey Topcubasov 1940 ci ilde alir 1960 ci ilde SSRI Tibb Elmleri Akademiyasinin akademiki secilir O 1943 cu ilde Stalin mukafati laureati olur ve 1975 ci ilde Sosialist Emeyi Qehremani yuksek adina layiq gorulur 1981 ci il noyabrin 20 de Baki seherinde vefat etmisdir XatiresiAzerbaycanda tibb elminin inkisafinda xususi xidmetlerini nezere alaraq akademik Mustafa Topcubasovun anadan olmasinin 100 illik yubileyinin dovlet seviyyesinde kecirilmesi haqqinda 31 iyul 1995 ci ilde Azerbaycan Respublikasinin Prezidenti Heyder Eliyev serencam vermisdir Baki seherindeki Elmi Cerrahiyye Merkezi M A Topcubasovun adini dasiyir Rejissor Yalcin Efendiyev Mustafa Topcubasov Esrin fonunda portret adli senedli filmi cekmisdir Teltif ve mukafatlariSosialist Emeyi Qehremani 4 avqust 1975 Lenin ordeni ve Oraq ve Cekic medali teqdim edilmekle Azerbaycan SSR emekdar hekimi fexri adi 23 aprel 1940 Stalin mukafati 2 ci derece 22 mart 1943 4 defe Lenin ordeni 4 noyabr 1944 6 noyabr 1951 4 sentyabr 1954 4 avqust 1975 Oktyabr inqilabi ordeni 20 iyul 1971 Qirmizi emek bayragi ordeni 25 fevral 1946 Qirmizi Ulduz ordeni 3 mart 1942 Seref nisani ordeni 27 yanvar 1936MenbeEsger Zeynalov Irevan ziyalilari Baki Oguz eli 1999 seh 154IstinadlarTopchibashev Mustafa Agabek ogly Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 CBC Muzej mediciny Azerbajdzhana rus Youtube com 21 04 2016 2022 03 28 tarixinde Istifade tarixi 2016 04 21 Topchibashev Mustafa Agabek ogly 2021 05 22 tarixinde Istifade tarixi 2013 08 19 Azerbaycan Sovet Ensiklopediyasi IX cild Baki 1986 seh 317 Ferrux Rustemov Irevan Muellimler Seminariyasi ve onun mezunlari PDF Baki Elm ve tehsil 2022 seh 190 ISBN 978 9952 5455 010 Arxivlenmis suret 2021 04 13 tarixinde Istifade tarixi 2018 03 30 Arxivlenmis suret 2023 08 01 tarixinde Istifade tarixi 2014 07 21 Azerbaycan Tibb Universiteti 80 Baki 2010 seh 24 Arxivlenmis suret 2022 03 31 tarixinde Istifade tarixi 2014 07 21 Arxivlenmis suret 2021 10 22 tarixinde Istifade tarixi 2014 07 21 2014 07 06 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 07 21 M A Topchibashev Bibliografiya Baky 1965 seh 16 Ermenistan Azerbaycanlilarinin tarixi cografiyasi Tertib edeni S Esedov Elmi red B Budaqov Q Qeybullayev Baki Genclik 1995 ISBN 5 8020 0852 0 http nizami libmks az 1305 mustafa topgubaeov html olu kecid Azerbaycan Respublikasinin Prezidentinin 31 iyul 1995 ci il tarixli 200 nomreli Serencami olu kecid Akademik Mustafa Agabey oglu Topcubasovun anadan olmasinin 100 illik yubileyinin kecirilmesi haqqinda Azerbaycan Respublikasi Prezidentinin 31 iyul 1995 ci il tarixli Serencami 2020 01 16 at the Wayback Machine anl az sayti Akademik Topcubasov haqqinda senedli film cekilib rejissor Yalcin Efendiyevin Mustafa Topcubasov Esrin fonunda portret filmi haqqinda Ayna 2011 19 noyabr S 20 Xarici kecidlerVikianbarda Mustafa Topcubasov ile elaqeli mediafayllar var Vikisitatda Mustafa Topcubasov ile elaqedar sitatlar var