Mustafa bəy Əlibəyov (1872, Nuxa – 1945, SSRİ) — publisist, ədib, dramaturq, vəkil. İşıq jurnalının naşiri, "Nicat" xeyriyyə cəmiyyətinin, "Möhtaclara kömək" cəmiyyətinin üzvü, "Hidayət" xeyriyyə cəmiyyətinin katibi, Əhrar partiyasının üzvü olub.
Mustafa bəy Əlibəyov | |
---|---|
Təxəllüsü | Yuxarıbaşlı |
Doğum tarixi | |
Doğum yeri | Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | SSRİ |
Dəfn yeri | naməlum |
Həyat yoldaşı | Xədicə Əlibəyova |
İxtisası | hüquqşünas |
Fəaliyyəti | publisist |
Əsərlərinin dili | Azərbaycan türkcəsi, rus dili |
Tanınmış əsərləri | “Məhkəmələr qapısında tökülən qanlı yaşlarımız” "Cəllad mülkədarın qurbanı" |
Mustafa bəy Əlibəyov Vikimənbədə |
Həyatı
Mustafa bəy Əlibəyov 1872-ci ildə Azərbaycanda Şəki şəhərində dünyaya gəlib. İlk təhsil illərində ərəb-fars dillərini mükəmməl öyrənib. Şəkidə rus-tatar məktəbində təhsil alıb. 1892-ci ildə Tiflis gimnaziyasını bitirib. Bu illər ərzində rus və fransız dillərini öyrənib.
Fəaliyyəti
1892-ci ildə Bakı quberniyası dairə məhkəməsində baş müstəntiqin tərcüməçisi kimi fəaliyyət göstərməyə başlayıb."Nicat" xeyriyyə cəmiyyətinin üzvü olub. O, hüquqşünas kimi tanınmaqla yanaşı, ədəbiyyatşünas kimi də tanınıb. Nasir, publisist, yazıçı-dramaturq kimi fəaliyyət göstərib. Məqalələrini "Yuxarıbaşlı" təxəllüsü ilə yazıb. Bu da onun Şəkinin Yuxarıbaş məhəlləsində yaşaması ilə bağlıdır.
1905-ci ildə "Abşeron neft cəzirəsi" məqaləsini, 1914-cü ildə isə "Məhkəmələr qapısında tökülən qanlı yaşlarımız" pyesini və yeddi hissəli "Cəllad mülkədarın qurbanı" librettosunu yazıb. Altı məclisli "Məhkəmələr qapısında tökülən qanlı yaşlarımız" pyesində çar məhkəmə və divanxanalarında baş alıb gedən özbaşınalıq və süründürməçiliklər, erməni məmurların özbaşınalığı və xalqa həqarətli baxışları təsvir edilib. "Cəllad mülkədarın qurbanı" adlı librettosunu rusca yazıb. Hissələr daxilində H. Z. Tağıyevin Qızlar Gimnaziyasının müdiri olmuş Gülbahar xanım Axriyevanın faciəsindən bəhs edir.
1905-ci ildə Hacı Zeynalabdin Tağıyevin sədrliyi ilə yaradılan "Hidayət" xeyriyyə cəmiyyətinin katibi olub. Bakı neftini xarici kapitalın inhisarından qurtarıb xalqın rifahına sərf etmək məqsədilə cəmiyyətin nəzdində "Hidayəti-islamiyyə" neft şirkəti yaratmağa təşəbbüs göstərib. Bu məqsədlə şirkətin 27 bənddən ibarət nizamnaməsini tərtib edib. "Hidayət" cəmiyyəti dini fanatizm adətlərinə, şaxsey-vaxsey və bu kimi digər mərasimlərə qarşı çıxırdılar. Bu adət və mərasimlərin insanlara ancaq zərər verməsi ilə bağlı cəmiyyət, insanlara müraciət edir. Cəmiyyətin katibi Mustafa bəy Əlibəyov isə bu barədə "İrşad" qəzetində məqalə yazır. Bu müraciət şəhərin fanatik dindarları tərəfindən qəzəblə qarşılanır. Hətta bəziləri cəmiyyətin üzvləri qazi Mir Məhəmməd Kərimin və Mustafa bəy Əlibəyovun başının kəsilməyini tələb edirlər. Daha sonra Məhəmməd Kərimin ev qapısını yandırırlar. Mustafa bəy Əlibəyov isə təqiblərdən qurtulmaq üçün bir müddət öz evindən çıxmır.
1911-ci il yanvarın 12-də redaktoru həyat yoldaşı Xədicə Əlibəyova olan, Azərbaycanın ilk qadın jurnalı "İşıq" jurnalını çap etdirməyə başlayıb. Jurnal Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə nəşr edilib. Jurnaldakı yazıların bir qismi rusca yazıldığı üçün Bakıdan kənarda Tiflisdə, Moskvada, İrəvanda, Kiyevdə də oxunub. Jurnalın nəşri 1912-ci ilin sonunadək davam edib, bu müddətdə 68 nömrəsi buraxılıb. Müxtəlif dövrlərdə mətbuatda açıq və gizli imzalarla çıxış edib. 1914-cü ilin aprel ayından 1920-ci ilə qədər nəşr edilmiş Bəsirət qəzetinin əsas müəlliflərindən biri olub.
1913-cü ildə Molla Ruhulla Məmmədzadənin öldürülməsi ilə bağlı baş tutmuş məhkəmə prosesində iştirak edib.
1917-ci ildə fəaliyyətə başlamış "Nuxa-Hürriyyəti-Maarif Cəmiyyəti"-nə ianə edənlərin sırasında olub.
Fevral inqilabından sonra siyasi fəaliyyətə başlayaraq "Əhrar" partiyasına daxil olub. "Möhtaclara kömək" cəmiyyətinin üzvü kimi Vəhşi diviziya əsgərlərinin silahlarının alınmasına qarşı çıxaraq onların silahlarının qaytarılmasını Bakı komissarlığından tələb edib. Türk hərbi əsrilərinin Osmanlı dövlətinə təhvil verilməsində iştirak edib.
Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra "Yaşıl qələm" Yazıçılar Birliyinə üzv olub. "Möhtaclara kömək" təşkilatının xəttilə əhalinin ərzaq və paltarla təmin olunmasına yardım göstərib.
1920-ci ildə Aprel işğalından sonra Şəkiyə köçüb, mühüm işlər üzrə xalq hakimi, hüquq bürosunun müdiri, Gəncə "müdafüyün heyəti"nin üzvü olub.
Ölümü
1937-ci ildə repressiyaya məruz qalıb. Sibirə sürgün edilərək 8 illik həbs cəzasına məhkum edilir. 1945-ci ildə vəfat edib. Qəbrinin yeri məlum deyil.
Ailəsi
Mustafa bəy Əlibəyovun atası Şəki xan sarayında mirzə olub.
Mustafa bəy Əlibəyov Xədicə xanım Sübhanquliyeva ilə ailə qurub. O, 1884-cü ildə Tiflisdə anadan olub. Burada rus-qız gimnaziyasında təhsil aldıqdan, sonra Zaqafqaziya Olqinskaya Mamalıq İnstitutunu bitirib. 1908-ci ildə 14 xanımla birlikdə Nicat Cəmiyyətinin qadın şöbəsinin açılmasında iştirak edib. Azərbaycanın ilk qadın jurnalı olan "İşıq" jurnalının redaktoru olub. Bu evlilikdən 5 övladları dünyaya gəlib.
Xatirəsi
Sovet işğalından sonra Mustafa bəy Əlibəyov Şəkiyə köçüb, şəhərin dağlıq hissəsində böyük bir ərazidə bağ salır. Buraya su çəkdirir müxtəlif ağaclar əkir. Repressiya olunduqdan sonra bu ərazidə pionerlər düşərgəsi salınır. Bu yer hələ də insanlar arasına "Mustafa bəyin bağı" adı ilə tanınır.
Xarici keçidlər
Mustafa bəyin bağı
İstinadlar
- Azərbaycan Milli Ensiklopediyası / Mustafa bəy Əlibəyov. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2007. səh. 336. ISBN . 2022-12-19 tarixində . İstifadə tarixi: 2022-12-19.
- Kamil Adışirinov. XX əsr Şəki ədəbi-mədəni mühiti (1900-2000-ci illər) (PDF). I. Bakı: Elm və təhsil. 2015. səh. 61. 2022-09-19 tarixində (PDF). İstifadə tarixi: 2022-12-19.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 365. ISBN . 2022-03-06 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- Savalan Fərəcov. (az.). medeniyyet.az. 2013-07-17. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2022-12-16.
- Kamil Adışirinov. (az.). 525-ci qəzet. 2018-05-22. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2022-12-16.
- Kamil Adışirinov. XX əsr Şəki ədəbi-mədəni mühiti (1900-2000-ci illər) (PDF). I. Bakı: Elm və təhsil. 2015. səh. 64-67. 2022-09-19 tarixində (PDF). İstifadə tarixi: 2022-12-19.
- Rafiq Səfərov. (az.). Kaspi qəzeti. 2021-11-27. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2022-12-16.
- Nəsiman Yaqublu. Azərbaycanın ilk qeyri - hökumət təşkilatları. Bakı: Elm və təhsil. 2013. səh. 41. 2022-06-28 tarixində . İstifadə tarixi: 2022-12-19.
- Şəhla Abdullayeva, Tamara Rostovskaya, Nataliya Rostovskaya, , Женщина в российском обществе, İvanovo, II, 2019, 74–86, Archived from the original on 2021-05-19, İstifadə tarixi: 2022-12-16
- "Роль женской газеты «Ишыг» (1911-1912) в общественной жизни Азербайджана" (rus). azerhistory.com. 2022-01-28 tarixində . İstifadə tarixi: 2022-12-19.
- Akif Aşırlı. Azərbaycan mətbuatı tarixi: 1875-1920. Bakı: Elm və təhsil. 2009. səh. 101. 2021-05-19 tarixində . İstifadə tarixi: 2022-12-16.
- İsmayıl Qocayev. (az.). sherg.az. 2022-02-11. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2022-12-16.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 276. ISBN . 2022-03-06 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- Mirabbas Məmmədov. (az.). Region Plus. 2013-11-19. Archived from the original on 2022-12-19. İstifadə tarixi: 2022-12-19.
- "Məşhur mollanın səs-küylü qətlinin təfərrüatları" (az.). milli.az. 2013-11-23. 2013-11-25 tarixində . İstifadə tarixi: 2022-12-19.
- Həbibulla Manaflı. (PDF). Bakı. 2005. səh. 14. Archived from the original on 2022-07-05. İstifadə tarixi: 2022-12-19.
- Kamil Adışirinov. XX əsr Şəki ədəbi-mədəni mühiti (1900-2000-ci illər) (PDF). I. Bakı: Elm və təhsil. 2015. səh. 60. 2022-09-19 tarixində (PDF). İstifadə tarixi: 2022-12-19.
- Savalan Fərəcov. (az.). medeniyyet.az. 2017-02-01. Archived from the original on 2022-12-19. İstifadə tarixi: 2022-12-19.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası (PDF). I. Bakı: Lider nəşriyyat. 2004. səh. 366. ISBN . 2022-03-06 tarixində (PDF). İstifadə tarixi: 2022-12-05.
- (az.). vaxt.az. 2013-01-01. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2022-12-16.
- (rus). day.az. 2021-03-08. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2022-12-16.
- (az.). http://azadliq.info/. 2012-10-10. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2022-12-16.
- Rəqibə Məmmədova. (rus). Kaspi qəzeti. 2014-12-19. Archived from the original on 2022-12-16. İstifadə tarixi: 2022-12-16.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mustafa bey Elibeyov 1872 Nuxa 1945 SSRI publisist edib dramaturq vekil Isiq jurnalinin nasiri Nicat xeyriyye cemiyyetinin Mohtaclara komek cemiyyetinin uzvu Hidayet xeyriyye cemiyyetinin katibi Ehrar partiyasinin uzvu olub Mustafa bey ElibeyovTexellusu YuxaribasliDogum tarixi 1872Dogum yeri Nuxa Nuxa qezasi Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 1945Vefat yeri SSRIDefn yeri namelumHeyat yoldasi Xedice ElibeyovaIxtisasi huquqsunasFealiyyeti publisistEserlerinin dili Azerbaycan turkcesi rus diliTaninmis eserleri Mehkemeler qapisinda tokulen qanli yaslarimiz Cellad mulkedarin qurbani Mustafa bey Elibeyov VikimenbedeHeyatiMustafa bey Elibeyov 1872 ci ilde Azerbaycanda Seki seherinde dunyaya gelib Ilk tehsil illerinde ereb fars dillerini mukemmel oyrenib Sekide rus tatar mektebinde tehsil alib 1892 ci ilde Tiflis gimnaziyasini bitirib Bu iller erzinde rus ve fransiz dillerini oyrenib Fealiyyeti1892 ci ilde Baki quberniyasi daire mehkemesinde bas mustentiqin tercumecisi kimi fealiyyet gostermeye baslayib Nicat xeyriyye cemiyyetinin uzvu olub O huquqsunas kimi taninmaqla yanasi edebiyyatsunas kimi de taninib Nasir publisist yazici dramaturq kimi fealiyyet gosterib Meqalelerini Yuxaribasli texellusu ile yazib Bu da onun Sekinin Yuxaribas mehellesinde yasamasi ile baglidir Isiq jurnalinin nesr edilmis ilk sayinin uz qabigi 1905 ci ilde Abseron neft ceziresi meqalesini 1914 cu ilde ise Mehkemeler qapisinda tokulen qanli yaslarimiz pyesini ve yeddi hisseli Cellad mulkedarin qurbani librettosunu yazib Alti meclisli Mehkemeler qapisinda tokulen qanli yaslarimiz pyesinde car mehkeme ve divanxanalarinda bas alib geden ozbasinaliq ve surundurmecilikler ermeni memurlarin ozbasinaligi ve xalqa heqaretli baxislari tesvir edilib Cellad mulkedarin qurbani adli librettosunu rusca yazib Hisseler daxilinde H Z Tagiyevin Qizlar Gimnaziyasinin mudiri olmus Gulbahar xanim Axriyevanin faciesinden behs edir 1905 ci ilde Haci Zeynalabdin Tagiyevin sedrliyi ile yaradilan Hidayet xeyriyye cemiyyetinin katibi olub Baki neftini xarici kapitalin inhisarindan qurtarib xalqin rifahina serf etmek meqsedile cemiyyetin nezdinde Hidayeti islamiyye neft sirketi yaratmaga tesebbus gosterib Bu meqsedle sirketin 27 bendden ibaret nizamnamesini tertib edib Hidayet cemiyyeti dini fanatizm adetlerine saxsey vaxsey ve bu kimi diger merasimlere qarsi cixirdilar Bu adet ve merasimlerin insanlara ancaq zerer vermesi ile bagli cemiyyet insanlara muraciet edir Cemiyyetin katibi Mustafa bey Elibeyov ise bu barede Irsad qezetinde meqale yazir Bu muraciet seherin fanatik dindarlari terefinden qezeble qarsilanir Hetta bezileri cemiyyetin uzvleri qazi Mir Mehemmed Kerimin ve Mustafa bey Elibeyovun basinin kesilmeyini teleb edirler Daha sonra Mehemmed Kerimin ev qapisini yandirirlar Mustafa bey Elibeyov ise teqiblerden qurtulmaq ucun bir muddet oz evinden cixmir 1911 ci il yanvarin 12 de redaktoru heyat yoldasi Xedice Elibeyova olan Azerbaycanin ilk qadin jurnali Isiq jurnalini cap etdirmeye baslayib Jurnal Haci Zeynalabdin Tagiyevin maliyye desteyi ile nesr edilib Jurnaldaki yazilarin bir qismi rusca yazildigi ucun Bakidan kenarda Tiflisde Moskvada Irevanda Kiyevde de oxunub Jurnalin nesri 1912 ci ilin sonunadek davam edib bu muddetde 68 nomresi buraxilib Muxtelif dovrlerde metbuatda aciq ve gizli imzalarla cixis edib 1914 cu ilin aprel ayindan 1920 ci ile qeder nesr edilmis Besiret qezetinin esas muelliflerinden biri olub 1913 cu ilde Molla Ruhulla Memmedzadenin oldurulmesi ile bagli bas tutmus mehkeme prosesinde istirak edib 1917 ci ilde fealiyyete baslamis Nuxa Hurriyyeti Maarif Cemiyyeti ne iane edenlerin sirasinda olub Fevral inqilabindan sonra siyasi fealiyyete baslayaraq Ehrar partiyasina daxil olub Mohtaclara komek cemiyyetinin uzvu kimi Vehsi diviziya esgerlerinin silahlarinin alinmasina qarsi cixaraq onlarin silahlarinin qaytarilmasini Baki komissarligindan teleb edib Turk herbi esrilerinin Osmanli dovletine tehvil verilmesinde istirak edib Azerbaycan Cumhuriyyeti qurulduqdan sonra Yasil qelem Yazicilar Birliyine uzv olub Mohtaclara komek teskilatinin xettile ehalinin erzaq ve paltarla temin olunmasina yardim gosterib 1920 ci ilde Aprel isgalindan sonra Sekiye kocub muhum isler uzre xalq hakimi huquq burosunun mudiri Gence mudafuyun heyeti nin uzvu olub Olumu1937 ci ilde repressiyaya meruz qalib Sibire surgun edilerek 8 illik hebs cezasina mehkum edilir 1945 ci ilde vefat edib Qebrinin yeri melum deyil AilesiMustafa bey Elibeyovun atasi Seki xan sarayinda mirze olub Mustafa bey Elibeyov Xedice xanim Subhanquliyeva ile aile qurub O 1884 cu ilde Tiflisde anadan olub Burada rus qiz gimnaziyasinda tehsil aldiqdan sonra Zaqafqaziya Olqinskaya Mamaliq Institutunu bitirib 1908 ci ilde 14 xanimla birlikde Nicat Cemiyyetinin qadin sobesinin acilmasinda istirak edib Azerbaycanin ilk qadin jurnali olan Isiq jurnalinin redaktoru olub Bu evlilikden 5 ovladlari dunyaya gelib XatiresiSovet isgalindan sonra Mustafa bey Elibeyov Sekiye kocub seherin dagliq hissesinde boyuk bir erazide bag salir Buraya su cekdirir muxtelif agaclar ekir Repressiya olunduqdan sonra bu erazide pionerler dusergesi salinir Bu yer hele de insanlar arasina Mustafa beyin bagi adi ile taninir Xarici kecidlerMustafa beyin bagiIstinadlarAzerbaycan Milli Ensiklopediyasi Mustafa bey Elibeyov Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2007 seh 336 ISBN 978 9952 441 01 7 2022 12 19 tarixinde Istifade tarixi 2022 12 19 Kamil Adisirinov XX esr Seki edebi medeni muhiti 1900 2000 ci iller PDF I Baki Elm ve tehsil 2015 seh 61 2022 09 19 tarixinde PDF Istifade tarixi 2022 12 19 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF I Baki Lider nesriyyat 2004 seh 365 ISBN 9952 417 14 2 2022 03 06 tarixinde PDF Istifade tarixi 2022 12 05 Savalan Ferecov az medeniyyet az 2013 07 17 Archived from the original on 2022 12 16 Istifade tarixi 2022 12 16 Kamil Adisirinov az 525 ci qezet 2018 05 22 Archived from the original on 2022 12 16 Istifade tarixi 2022 12 16 Kamil Adisirinov XX esr Seki edebi medeni muhiti 1900 2000 ci iller PDF I Baki Elm ve tehsil 2015 seh 64 67 2022 09 19 tarixinde PDF Istifade tarixi 2022 12 19 Rafiq Seferov az Kaspi qezeti 2021 11 27 Archived from the original on 2022 12 16 Istifade tarixi 2022 12 16 Nesiman Yaqublu Azerbaycanin ilk qeyri hokumet teskilatlari Baki Elm ve tehsil 2013 seh 41 2022 06 28 tarixinde Istifade tarixi 2022 12 19 Sehla Abdullayeva Tamara Rostovskaya Nataliya Rostovskaya Zhenshina v rossijskom obshestve Ivanovo II 2019 74 86 Archived from the original on 2021 05 19 Istifade tarixi 2022 12 16 Rol zhenskoj gazety Ishyg 1911 1912 v obshestvennoj zhizni Azerbajdzhana rus azerhistory com 2022 01 28 tarixinde Istifade tarixi 2022 12 19 Akif Asirli Azerbaycan metbuati tarixi 1875 1920 Baki Elm ve tehsil 2009 seh 101 2021 05 19 tarixinde Istifade tarixi 2022 12 16 Ismayil Qocayev az sherg az 2022 02 11 Archived from the original on 2022 12 16 Istifade tarixi 2022 12 16 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF I Baki Lider nesriyyat 2004 seh 276 ISBN 9952 417 14 2 2022 03 06 tarixinde PDF Istifade tarixi 2022 12 05 Mirabbas Memmedov az Region Plus 2013 11 19 Archived from the original on 2022 12 19 Istifade tarixi 2022 12 19 Meshur mollanin ses kuylu qetlinin teferruatlari az milli az 2013 11 23 2013 11 25 tarixinde Istifade tarixi 2022 12 19 Hebibulla Manafli PDF Baki 2005 seh 14 Archived from the original on 2022 07 05 Istifade tarixi 2022 12 19 Kamil Adisirinov XX esr Seki edebi medeni muhiti 1900 2000 ci iller PDF I Baki Elm ve tehsil 2015 seh 60 2022 09 19 tarixinde PDF Istifade tarixi 2022 12 19 Savalan Ferecov az medeniyyet az 2017 02 01 Archived from the original on 2022 12 19 Istifade tarixi 2022 12 19 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi PDF I Baki Lider nesriyyat 2004 seh 366 ISBN 9952 417 14 2 2022 03 06 tarixinde PDF Istifade tarixi 2022 12 05 az vaxt az 2013 01 01 Archived from the original on 2022 12 16 Istifade tarixi 2022 12 16 rus day az 2021 03 08 Archived from the original on 2022 12 16 Istifade tarixi 2022 12 16 az http azadliq info 2012 10 10 Archived from the original on 2022 12 16 Istifade tarixi 2022 12 16 Reqibe Memmedova rus Kaspi qezeti 2014 12 19 Archived from the original on 2022 12 16 Istifade tarixi 2022 12 16