Muskovit – K Al2 [(OH, F)2 | Al Si3 O10] — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn
Muskovit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) | KAl₂(Si₃Al)O₁₀(OH)₂ |
VIII/E.05a | |
Xüsusiyyətləri | |
ağ | |
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
Muskovit adı Muscovy Glass (Moskva şüşəsi) sözündən götürülmüşdür. Orta əsrlərdə və Çar Rusiyasında pəncərə şüşələrinə ucuz alternativ kimi istifadə edilmişdir. Muskovit adı ilk dəfə 1568-ci ildə İngiltərənin Rusiyadakı səfiri Gerorge Turberville tərəfindən Kraliça I Yelizavetaya yazılmış olan məktublarda xatırlanmışdır. XVI əsrdə İngiltərədə geniş şəkildə tanınmış və istifadə edilmişdir. Onun rusca yazılışı “мусковит”, tələffüzü isə “muskovit” formasındadır.
Növ müxtəliflikləri
fuksit (6 %-dək Cr2O3), ellaherit (10 %-dək BaO), ferrimuskovit (13 %-dək Fe2O3), litiumlu (3-4 % Li2O) və manqanlı (2-3 % MnO) muskovitlər; serisit – incəpulcuqlu əmələgəlmələr və b.
Xassələri
Xromofor-elementlərin konsentrasiyasından asılı olaraq müxtəlif rənglərdə olur: rəngsiz (nazik lövhəciklər), müxtəlif çalarlı boz, sarımtıl, yaşılımtıl, zümrüdü - yaşıl (fuksit), bənövşəyi (manqanlı muskovit), qırmızımtıl - qəhvəyi (ferrimuskovit), bəzən ağ (serisit) və b.; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə, ayrılma müstəvilərində–sədəfi, pulcuqlu kütlələrdə – ipək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,8-2,9; Sərtlik – 2-3; vərəqləri əyilgən və elastikdir; Ayrılma – {001} üzrə tam mükəmməl, {110} və {010} üzrə mükəmməl; Sınıqlar – asanlıqla nazik vərəqlərə ayrılır; Morfologiya – kristallar: lövhəli, niziklövhəli, qısasütunvarı, nadir hallarda – iynəvari; İkiləşmə: tez-tez mika qanunu, nadir hallarda xlorit qanunu üzrə; Mineral aqreqatları: vərəqli-dənəvər, pulcuqlu, sıx gizlikristallik; Başqa xassələr – yaxşı elektroizolyasion materialdır.
Mənşəyi və yayılması
Bəzi intruziv süxurlarda süxur əmələgətirən mineral kimi iştirak edir və kaliumlu çöl şpatlarının metasomatik əvəzlənməsi hesabına əmələ gəlir. Qranit peqmatitlərinin muskoviti üçün çox iri, sahəsi bəzən 5-7 m2-ə çatan kristallar səciyyəvidir. Muskovitin incəpulcuqlu növ müxtəlifliyi – serisit hidrotermal filiz yataqlarının adi mineralı olub, ətraf süxurların plagioklazlarının hidrotermal dəyişilmə məhsulu kimi geniş yayılmışdır. Muskovit həmçinin qreyzenlərdə, aşınma qabıqlarında, metamorfizmin bütün pillələrinin metamorfik əmələgəlmələrində və çökmə süxurlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kvars, ortoklaz, almandin, stavrolit, disten, və b. Mineralın tapıldığı yerlər: Benqal və Mədrəs rayonları (Hindistan); Nyu-Hempşir və Şimali Karolina (ABŞ); Ontario vilayəti (Kanada); Mam rayonu, Kola yarımadası (Rusiya) və b. Azərbaycanda muskovit, xüsusilə serisit, intruziv süxurlardan əlavə, metasomatitlərdə (listvenitlərdə, törəmə kvarsitlərdə, filizətrafı-dəyişilmiş qumlu-gilli süxurlarda), kolçedan, mis-molibden, qızıl filizi yataqlarında (Çıraqdərə-Toğanalı və Tutqun filiz sahələrində, Gədəbəy, Bittibulaq, Nəsirvaz, Ağdərə, Paraqaçay, Filizçay, Katsdaq yataqlarında, Qovurmadərə təzahüründə və b.) tez-tez müşahidə olunur.
Tətbiqi
Elektrotexnika sənayesində, odadavamlı tikinti materiallarının istehsalında, kağız, toxuculuq, rezin, keramika sənayesində və bir çox başqa sahələrdə geniş istifadə edilir.
İstinadlar
- Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- "Minerals Colored by Metal Ions". minerals.gps.caltech.edu. 2023-02-28 tarixində . İstifadə tarixi: 2023-03-01.
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
- The Mineral muscovite
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Muskovit K Al2 OH F 2 Al Si3 O10 monoklinik sinqoniya Rast gelme tezliyi skalasi tez tez rast gelenMuskovitUmumi melumatlarKateqoriya MineralFormul tekrarlanan vahid KAl Si Al O OH VIII E 05aXususiyyetleriag Vikianbarda elaqeli mediafayllarEtimologiyasiMuskovit adi Muscovy Glass Moskva susesi sozunden goturulmusdur Orta esrlerde ve Car Rusiyasinda pencere suselerine ucuz alternativ kimi istifade edilmisdir Muskovit adi ilk defe 1568 ci ilde Ingilterenin Rusiyadaki sefiri Gerorge Turberville terefinden Kralica I Yelizavetaya yazilmis olan mektublarda xatirlanmisdir XVI esrde Ingilterede genis sekilde taninmis ve istifade edilmisdir Onun rusca yazilisi muskovit teleffuzu ise muskovit formasindadir Nov muxtelifliklerifuksit 6 dek Cr2O3 ellaherit 10 dek BaO ferrimuskovit 13 dek Fe2O3 litiumlu 3 4 Li2O ve manqanli 2 3 MnO muskovitler serisit incepulcuqlu emelegelmeler ve b XasseleriXromofor elementlerin konsentrasiyasindan asili olaraq muxtelif renglerde olur rengsiz nazik lovhecikler muxtelif calarli boz sarimtil yasilimtil zumrudu yasil fuksit benovseyi manqanli muskovit qirmizimtil qehveyi ferrimuskovit bezen ag serisit ve b Mineralin cizgisinin rengi ag Parilti suse ayrilma mustevilerinde sedefi pulcuqlu kutlelerde ipek Seffafliq seffaf yarimseffaf Sixliq 2 8 2 9 Sertlik 2 3 vereqleri eyilgen ve elastikdir Ayrilma 001 uzre tam mukemmel 110 ve 010 uzre mukemmel Siniqlar asanliqla nazik vereqlere ayrilir Morfologiya kristallar lovheli niziklovheli qisasutunvari nadir hallarda iynevari Ikilesme tez tez mika qanunu nadir hallarda xlorit qanunu uzre Mineral aqreqatlari vereqli denever pulcuqlu six gizlikristallik Basqa xasseler yaxsi elektroizolyasion materialdir Menseyi ve yayilmasiBezi intruziv suxurlarda suxur emelegetiren mineral kimi istirak edir ve kaliumlu col spatlarinin metasomatik evezlenmesi hesabina emele gelir Qranit peqmatitlerinin muskoviti ucun cox iri sahesi bezen 5 7 m2 e catan kristallar seciyyevidir Muskovitin incepulcuqlu nov muxtelifliyi serisit hidrotermal filiz yataqlarinin adi minerali olub etraf suxurlarin plagioklazlarinin hidrotermal deyisilme mehsulu kimi genis yayilmisdir Muskovit hemcinin qreyzenlerde asinma qabiqlarinda metamorfizmin butun pillelerinin metamorfik emelegelmelerinde ve cokme suxurlarda qeyd edilir Birlikde rast geldiyi minerallar kvars ortoklaz almandin stavrolit disten ve b Mineralin tapildigi yerler Benqal ve Medres rayonlari Hindistan Nyu Hempsir ve Simali Karolina ABS Ontario vilayeti Kanada Mam rayonu Kola yarimadasi Rusiya ve b Azerbaycanda muskovit xususile serisit intruziv suxurlardan elave metasomatitlerde listvenitlerde toreme kvarsitlerde filizetrafi deyisilmis qumlu gilli suxurlarda kolcedan mis molibden qizil filizi yataqlarinda Ciraqdere Toganali ve Tutqun filiz sahelerinde Gedebey Bittibulaq Nesirvaz Agdere Paraqacay Filizcay Katsdaq yataqlarinda Qovurmadere tezahurunde ve b tez tez musahide olunur TetbiqiElektrotexnika senayesinde odadavamli tikinti materiallarinin istehsalinda kagiz toxuculuq rezin keramika senayesinde ve bir cox basqa sahelerde genis istifade edilir IstinadlarStrunz K H Tennyson C Mineralogische Tabellen Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage mit einer Einfuhrung in die Kristallchemie 8 Leypsiq Akademische Verlagsgesellschaft 1982 Minerals Colored by Metal Ions minerals gps caltech edu 2023 02 28 tarixinde Istifade tarixi 2023 03 01 MenbeAzerbaycan minerallari Baki Nafta Press 2004 Xarici kecidlerThe Mineral muscovite