Bittibulaq mis-mərgümüş yatağı — Gədəbəy rayonunda yerləşən mis-mərgümüş yatağı
Haqqında
Azərbaycan ərazisində aparılmış arxeoloji qazıntılar zamanı yerli xammallardan hazırlanması birmənalı təsdiq edilmiş əmək alətlərinin və bəzək əşyalarının tapılması bu ərazilərdə hələ eramızdan əvvəl dağ — mədən işlərinin aparıldığını göstərir. Orta əsrlərə aid edilən tarixi mənbələrdə Azərbaycanda mis, qızıl, gümüş, qurğuşun mədənlərinin olması və istismar edilməsi barədə məlumat verilir. Sonradan neftin istifadə dairəsinin genişlənməsi ilə əlaqədar təbii neft təzahürlərinin, neft yataqlarının və Azərbaycanın neftli-qazlı vilayətlərinin geoloji öyrənilməsinə maraq artmış, ərazinin digər faydalı qazıntılara nəzərən perspektivliyinin müəyyən edilməsi bir növ arxa planda qalmışdır. Qeyd olunmalıdır ki, ümumən keçən əsrin 20-ci illərinə qədər Azərbaycan ərazisi geoloji cəhətdən çox zəif öyrənilmişdir. XIX əsrin 40-cı illərindən XX əsrin 20-ci illərinə qədər alman, rus və qismən yerli sənayeçilər Daşkəsən kobalt, Gədəbəy, Bittibulaq və Balakən mis yataqlarında istismar və axtarış işləri aparmışlar. 1867–1914-cü illər ərzində alman firması "Siemens" tərəfindən Gədəbəy yatağından 56000 ton mis, təqribi hesablamalara görə isə 6,3–12,7 ton qızıl, 120,6–126,1 ton gümüş; Bittibulaq yatağından tərkibində 2% mis olan 16000 ton mis filizi; Daşkəsən kobalt yatağından isə tərkibində 10–18% kobalt olan 608 ton kobalt filizi çıxarılmış və Almaniyaya aparılmışdır.
Bittibulaq sahəsinin geoloji quruluşu
Bittibulaq sahəsinin yerləşdiyi Gədəbəy filiz rayonu Lök-Qarabağ struktur-formasiya zonasının Şəmkir qalxımı ilə Daşkəsən çökəkliyinin təmas sahəsində yerləşmişdir. Bittibulaq sahəsinin geoloji quruluşunda iştirak edərək bazalt-andezit-dasit-riolit formasiyası geniş sahəni əhatə edir. Bu formasiya alt bayos bazalt-andezit və üst bayos dasit-riolit komplekslərinə bölünür. Dasit-riolit kompleksi yatağın mərkəzi və qərb cinahlarında geniş inkişafı ilə səciyyələnir. Tədqiqat sahəsində alt bayosun andezit-bazalt subformasiyasının vulkanogen süxur qatı üst bayos dasit-riolit subformasiyası ilə örtülür. Bu hal Gədəbəy-Bittibulaq dərinlik qırılması boyu daha geniş yayılmışdır. Adı çəkilən subformasiyanı təşkil edən süxurlar Almalıtala sahəsinədək yayılaraq Ağamalı və Slavyanka kəndləri ərazisində geniş sahəni əhatə edir və antiklinalın nüvəsini əmələ gətirir. Kompleksin süxurları dasit, riodasit, riolitlərdən və onların müxtəlif tuflarından təşkil olunmuşdur. Yatağın formalaşmasında müxtəlif intruziv əmələgəlmələrin (qranitoidlər, qabbroidlər və plagioqranitlər) təzahürü, həmçinin intruzivdən sonrakı mərhələdə filizdaşıyıcı hidrotermlərin dövranı üçün kanal rolunu oynayan dərinlik, şimal-şərq, meridionala yaxın, endairəsinə yaxın, şimal-qərb istiqamətli qırılma strukturların kəsişmə zonaları və eninə bloklararası qırılma strukturları aid edilir. Bittibulaq sahəsi tektonik cəhətdən Maarif-Bittibulaq antiklinalı və Slavyanka-Canqurtaran sinklinalı ilə təmsil olunub. Qırılma pozulmaları bütün yataq boyunca izlənilir və onu bir sıra bloklara parçalayır. Qırılmalarda və xüsusən də müxtəlif istiqamətli qırılmaların kəsişmə sahələrində subvulkan riolit kütlələri və hidrotermal dəyişilmələrə məruz qalmış kvarslaşmış, kaolinləşmiş, piritləşmiş, hematitləşmiş, limonitləşmiş filiz zonaları və damarları inkişaf tapmışdır.
Metasomatitlərin mineraloji xüsusiyyətləri
Yatağın sulfid cisimləri əsasən kükürd-kolçedan, mis-kolçedan və pirit-kvars tipli filizlərdən təşkil olunmuşdur. Göstərilən filiz tiplərinin içərisində ən geniş yayılanı pirit-enargit-arsenopirit filizləridir. Digər filiz tiplərini təşkil edən mineral assosiasiyaların miqdarca müxtəlif nisbətlərdə qovuşduğu sahələrdə "keçid" tipli filizlər yaranır. Filiz cisimlərinin quruluşunda az miqdarda famatinit (Cu3SbS4), sfalerit (ZnS), qalenit (PbS) və molibdenit (MoS2) filizləri iştirak edir.
Metasomatitlərin geokimyəvi xüsusiyyətləri
Bittibulaq sahəsində keçilən yerüstü dağqazma buruq quyularından, mağara, xəndək və yerüstü nöqtəvi sınaqlaşdırmanın nəticələrindən əldə olunan məlumatlara görə yataq sərhədi daxilində filizləşmənin zonallığı, geokimyəvi və həmçinin indikator elementlərinin paylanma qanunauyğunluğu öyrənilmişdir. Yataqda qazılan ən dərin quyunun dərinliyi 294m olduğundan ancaq həmin dərinliyədək sahənin geokimyası təhlil edilmişdir. Kern nümunələrinin 35 kimyəvi elementə analizi filiz elementlərinin ayrı-ayrı horizontlar üzrə orta miqdarını, həmçinin zonallıq göstəricisini əks etdirir.
Filiz linzalarında geokimyəvi elementlərin paylanması və onların qızılla korrelyasiyası
Yataq sahəsində aparılmış sınaqlaşdırma nəticəsində Au, Ag, As, Bi, Co, Cr, Cu, Fe, Hg, Mo, Ni, Pb, S, Sb, Zn ilə təmsil olunmuş filizlərin element tərkibi təyin olunmuşdur, bunlardan da, Bittibulaq yatağı üçün əhəmiyyətliləri Cu və As-dir. Filizlərdə və yan süxurlarda qızılın və onu müşayiət edən elementlərin paylanma xarakterini aşkar etmək üçün, hansı ki, filizləşmə prosesi ilə bağlı olan bir sıra genetik məsələlərin həllində vacibdir, onların yer səthində, 1 və 2 saylı mağaralar horizontunda və eləcə də buruq quyusu üzrə konsentrasiyası araşdırılmışdır. Qızılın və onu müşayiət edən filizəmələgətirən elementlərin paylanmasının statistik parametrləri riyazi işlənilmə metodu ilə tədqiq edilmişdir. Qızılın miqdarı 0,003–1,21 q/t arasında dəyişir, orta miqdar 0,15 q/t təşkil edir. O, qeyri-bərabər paylanması ilə səciyyələnir. Gümüş də qızıl kimi filizlərdə qeyri-bərabər paylanmışdır. Bittibulaq yatağında filiz kütlələrinin əsas mineralları enargit, arsenopirit, xalkopirit və pirit və baritdən təşkil olunmuşdur. Damar mineralları serisitdən, kvarsdan, karbonatlardan və kaolinitdən ibarətdir. Filizlərin əsas sənaye əhəmiyyətli metalları mis və mərgümüşdür. Filizlərin tərkibində, həmçinin, qızıl, bismut, kobalt, nikel, indium, germanium, civə, selen, tellur və bir sıra başqa qatışıq elementlər də iştirak edir. Misin miqdarı ilə qalayın, gümüşün və kobaltın konsentrasiyaları arasında sıx müsbət korrelyasiya əlaqəsinin olduğu aşkar edilmişdir. Bittibulaq sahəsində qızıl element olaraq siderofil və xalkofil elementlərlə düzgün korrelyasiya olunur.
Həmçinin bax
İstinadlar
- (PDF). Archived from the original on 2022-07-02.
- "Ekologiya və Təbii Sərvətlər Nazirliyi". 2023-05-18 tarixində .
Xarici keçidlər
- Azərbaycanın Faydalı Qazıntıları
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bittibulaq mis mergumus yatagi Gedebey rayonunda yerlesen mis mergumus yatagiHaqqindaAzerbaycan erazisinde aparilmis arxeoloji qazintilar zamani yerli xammallardan hazirlanmasi birmenali tesdiq edilmis emek aletlerinin ve bezek esyalarinin tapilmasi bu erazilerde hele eramizdan evvel dag meden islerinin aparildigini gosterir Orta esrlere aid edilen tarixi menbelerde Azerbaycanda mis qizil gumus qurgusun medenlerinin olmasi ve istismar edilmesi barede melumat verilir Sonradan neftin istifade dairesinin genislenmesi ile elaqedar tebii neft tezahurlerinin neft yataqlarinin ve Azerbaycanin neftli qazli vilayetlerinin geoloji oyrenilmesine maraq artmis erazinin diger faydali qazintilara nezeren perspektivliyinin mueyyen edilmesi bir nov arxa planda qalmisdir Qeyd olunmalidir ki umumen kecen esrin 20 ci illerine qeder Azerbaycan erazisi geoloji cehetden cox zeif oyrenilmisdir XIX esrin 40 ci illerinden XX esrin 20 ci illerine qeder alman rus ve qismen yerli senayeciler Daskesen kobalt Gedebey Bittibulaq ve Balaken mis yataqlarinda istismar ve axtaris isleri aparmislar 1867 1914 cu iller erzinde alman firmasi Siemens terefinden Gedebey yatagindan 56000 ton mis teqribi hesablamalara gore ise 6 3 12 7 ton qizil 120 6 126 1 ton gumus Bittibulaq yatagindan terkibinde 2 mis olan 16000 ton mis filizi Daskesen kobalt yatagindan ise terkibinde 10 18 kobalt olan 608 ton kobalt filizi cixarilmis ve Almaniyaya aparilmisdir Bittibulaq sahesinin geoloji qurulusu Bittibulaq sahesinin yerlesdiyi Gedebey filiz rayonu Lok Qarabag struktur formasiya zonasinin Semkir qalximi ile Daskesen cokekliyinin temas sahesinde yerlesmisdir Bittibulaq sahesinin geoloji qurulusunda istirak ederek bazalt andezit dasit riolit formasiyasi genis saheni ehate edir Bu formasiya alt bayos bazalt andezit ve ust bayos dasit riolit komplekslerine bolunur Dasit riolit kompleksi yatagin merkezi ve qerb cinahlarinda genis inkisafi ile seciyyelenir Tedqiqat sahesinde alt bayosun andezit bazalt subformasiyasinin vulkanogen suxur qati ust bayos dasit riolit subformasiyasi ile ortulur Bu hal Gedebey Bittibulaq derinlik qirilmasi boyu daha genis yayilmisdir Adi cekilen subformasiyani teskil eden suxurlar Almalitala sahesinedek yayilaraq Agamali ve Slavyanka kendleri erazisinde genis saheni ehate edir ve antiklinalin nuvesini emele getirir Kompleksin suxurlari dasit riodasit riolitlerden ve onlarin muxtelif tuflarindan teskil olunmusdur Yatagin formalasmasinda muxtelif intruziv emelegelmelerin qranitoidler qabbroidler ve plagioqranitler tezahuru hemcinin intruzivden sonraki merhelede filizdasiyici hidrotermlerin dovrani ucun kanal rolunu oynayan derinlik simal serq meridionala yaxin endairesine yaxin simal qerb istiqametli qirilma strukturlarin kesisme zonalari ve enine bloklararasi qirilma strukturlari aid edilir Bittibulaq sahesi tektonik cehetden Maarif Bittibulaq antiklinali ve Slavyanka Canqurtaran sinklinali ile temsil olunub Qirilma pozulmalari butun yataq boyunca izlenilir ve onu bir sira bloklara parcalayir Qirilmalarda ve xususen de muxtelif istiqametli qirilmalarin kesisme sahelerinde subvulkan riolit kutleleri ve hidrotermal deyisilmelere meruz qalmis kvarslasmis kaolinlesmis piritlesmis hematitlesmis limonitlesmis filiz zonalari ve damarlari inkisaf tapmisdir Metasomatitlerin mineraloji xususiyyetleri Yatagin sulfid cisimleri esasen kukurd kolcedan mis kolcedan ve pirit kvars tipli filizlerden teskil olunmusdur Gosterilen filiz tiplerinin icerisinde en genis yayilani pirit enargit arsenopirit filizleridir Diger filiz tiplerini teskil eden mineral assosiasiyalarin miqdarca muxtelif nisbetlerde qovusdugu sahelerde kecid tipli filizler yaranir Filiz cisimlerinin qurulusunda az miqdarda famatinit Cu3SbS4 sfalerit ZnS qalenit PbS ve molibdenit MoS2 filizleri istirak edir Metasomatitlerin geokimyevi xususiyyetleri Bittibulaq sahesinde kecilen yerustu dagqazma buruq quyularindan magara xendek ve yerustu noqtevi sinaqlasdirmanin neticelerinden elde olunan melumatlara gore yataq serhedi daxilinde filizlesmenin zonalligi geokimyevi ve hemcinin indikator elementlerinin paylanma qanunauygunlugu oyrenilmisdir Yataqda qazilan en derin quyunun derinliyi 294m oldugundan ancaq hemin derinliyedek sahenin geokimyasi tehlil edilmisdir Kern numunelerinin 35 kimyevi elemente analizi filiz elementlerinin ayri ayri horizontlar uzre orta miqdarini hemcinin zonalliq gostericisini eks etdirir Filiz linzalarinda geokimyevi elementlerin paylanmasi ve onlarin qizilla korrelyasiyasi Yataq sahesinde aparilmis sinaqlasdirma neticesinde Au Ag As Bi Co Cr Cu Fe Hg Mo Ni Pb S Sb Zn ile temsil olunmus filizlerin element terkibi teyin olunmusdur bunlardan da Bittibulaq yatagi ucun ehemiyyetlileri Cu ve As dir Filizlerde ve yan suxurlarda qizilin ve onu musayiet eden elementlerin paylanma xarakterini askar etmek ucun hansi ki filizlesme prosesi ile bagli olan bir sira genetik meselelerin hellinde vacibdir onlarin yer sethinde 1 ve 2 sayli magaralar horizontunda ve elece de buruq quyusu uzre konsentrasiyasi arasdirilmisdir Qizilin ve onu musayiet eden filizemelegetiren elementlerin paylanmasinin statistik parametrleri riyazi islenilme metodu ile tedqiq edilmisdir Qizilin miqdari 0 003 1 21 q t arasinda deyisir orta miqdar 0 15 q t teskil edir O qeyri beraber paylanmasi ile seciyyelenir Gumus de qizil kimi filizlerde qeyri beraber paylanmisdir Bittibulaq yataginda filiz kutlelerinin esas minerallari enargit arsenopirit xalkopirit ve pirit ve baritden teskil olunmusdur Damar minerallari serisitden kvarsdan karbonatlardan ve kaolinitden ibaretdir Filizlerin esas senaye ehemiyyetli metallari mis ve mergumusdur Filizlerin terkibinde hemcinin qizil bismut kobalt nikel indium germanium cive selen tellur ve bir sira basqa qatisiq elementler de istirak edir Misin miqdari ile qalayin gumusun ve kobaltin konsentrasiyalari arasinda six musbet korrelyasiya elaqesinin oldugu askar edilmisdir Bittibulaq sahesinde qizil element olaraq siderofil ve xalkofil elementlerle duzgun korrelyasiya olunur Hemcinin baxGedebey yatagi Epidot Geoloji kesilis Zod qizil yatagiIstinadlar PDF Archived from the original on 2022 07 02 Ekologiya ve Tebii Servetler Nazirliyi 2023 05 18 tarixinde Xarici kecidlerAzerbaycanin Faydali Qazintilari