Migel Anhel Asturias Rozales (isp. Miguel Ángel Asturias Rosales; 19 oktyabr 1899[…], Qvatemala – 9 iyun 1974[…], Madrid) — qvatemalalı yazıçı, şair, jurnalist, ictimai xadim, diplomat, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1967), "Xalqlar arasında sülhün möhkəmləndirilməsi" Beynəlxalq Lenin mükafatı laureatı (1966).
Migel Anhel Asturias | |
---|---|
isp. Miguel Ángel Asturias Rosales | |
Doğum adı | Miguel Ángel Tejada Peñuela |
Doğum tarixi | 19 oktyabr 1899[…] |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyun 1974[…](74 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | şair, yazıçı, diplomat, jurnalist, siyasətçi, şair-vəkil[d] |
Əsərlərinin dili | ispan dili |
İstiqamət | sürrealizm, magik realizm |
Janr | roman |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Migel Anhel Asturias Qvatemalanın paytaxtı Qvatemala-siti şəhərində zəngin və geniş əlaqələrə malik ailədə doğulmuşdu. Məhkəmə sistemində yüksək mövqe tutan atası 1898-ci ildə hakimiyyətə gələn diktator Kabrera Estrada ilə siyasi opponent olduğundan paytaxtı və vəzifəsini tərk etmək məcburiyyətində qalmışdı.
Qvatemaladakı San Karlos universitetinin tələbəsi Migel Asturias ailə ənənəsini davam etdirərək diktatura rejiminə qarşı mübarizənin fəallarından biri kimi tanınmışdı. Estradanın hakimiyyətdən uzaqlaşdırılmasından (1920) sonra o, ölkədə xalq universitetinin yaradılmasının əsas təşəbbüskarlarından biri kimi çıxış etmişdi. "Hinduların sosial problemləri! adlı dissertasiyası ilə Asturias hüquq doktoru dərəcəsini qazanmışdı.
Estrada rejimi devrilsə də, ölkədəki vəziyyət yaxşılığa doğru dəyişməmişdi. Migelin dostlarından biri siyasi baxışlarına görə vəhşicəsinə döyüləndən sonra Asturias ailəsi övladlarını təhlükədən uzaqlaşdırmaq üçün təhsilini davam etdirmək məqsədilə onu Avropaya göndərmək qərarına gəlmişdi. Migel əvvəlcə Londonda iqtisadiyyatı öyrənmək istəyirdi. Sonra fikrini dəyişmiş və Sorbonnada hindu mifologiyası üzrə tanınmış mütəxəssis Jorj Raynonun rəhbərliyi ilə mayya mədəniyyəti ilə məşğul olmağa başlamışdı.
Parisdə sürrealistlərin təsiri altında Asturias şeir və nəsr yaradıcılığına başlamışdı. Onun ilk əsəri Madriddə çap olunan və mayya mədəniyyətinin poetik şərhini ehtiva edən "Qvatemala əfsanələri" (1930) idi. Bu kitaba görə müəllif Silla Monsequra mükafatı almışdı. Fransa paytaxtında yaşadığı on ilə yaxın müddətdə mayya müqəddəs mətnlərini fransız dilinə çevirmiş və "Yeni zaman" ("Tiempos Nuevos") jurnalını nəşr etmişdi. Latın Amerikası diktatorları haqqındakı sürrealist "Sinyor Prezident" romanını da Asturias Parisdə yazmışdı. Lakin siyasi mülahizələrə görə əsər çox sonralar – yalnız 1946-cı ildə Madriddə işıq üzü görmüşdü.
Yazıçı 1933-cü ildə vətəninə qayıda bilmişdi. Həmin dövrdə Qvatemalada digər diktator – Xorxe Ubiko hakimiyyətdə idi. Migel Asturias siyasi proseslərə qarışmadan jurnalistika və bədii yaradıcılıqla məşğul olmağı daha üstün tutmuşdu. 1936-cı ildə onun vətənə qayıdandan sonra yazdığı əsərlərin toplandığı "Sonetlər" kitabı çap edilmişdi. Şair Qvatemala Senatına üzv seçilmiş (1942), dörd ildən sonra isə diplomatik fəaliyyət sahəsinə keçmişdi.
1946-1954-cü illərdə o, ölkəsinin Meksika, Argentina və Salvadorda səfiri olmuşdu. Prezident Yakob Arbensin süqutundan sonra növbəti diktator Karlos Kastella Armas yazıçını səfir ranqından və Qvatemala vətəndaşlığından məhrum etmişdi. "Qvatemalada həftəsonu" (1956) kitabında toplanan hekayələr ölkə həyatının bu çətin və ziddiyyətli dövrünü təsvir edirdi.
Migel Asturias 1954-1966-cı illərdə əvvəlcə Argentina və Çilidə, sonra isə İtaliyada siyasi mühacir həyatı keçirməli olmuşdu. Səfirlik və mühacirət illərində o, "Mayya xalqı" (1946), "Fırtına" (1950), "Yaşıl Papa" (1954), "Dəfn olunmuşların gözləri" (1960, sonuncu üç roman bəzən birlikdə "Banan» trilogiyası" da adlandırılır), "Əsl mulat" (1963) romanlarını yazmışdı.
Latın Amerikası nəsrinə xas keyfiyyətlər – təhkiyə özünəməxsusluğu, mifologiqzmdən istifadə, nağıl və əfsanə ünsürləri, irreallıqlar Asturias nəsrində də müşahidə edilir. Sənətkarlıq xüsusiyyətlərinə və bədii təxəyyül orijinallığına görə bəzi tənqidçilər onun adını dünya ədəbiyyatının Frans Kafka, Ceyms Coys, Uilyam Folkner, Xorxe Luis Borxes kimi tanınmış simaları ilə yanaşı çəkirlər.
Qvatemalada siyasi rejimin dəyişməsi və demokratik yolla seçilmiş prezident Xulio Monteneqronun hakimiyyətə gəlməsi nəticəsində 1966-cı ildə Asturias yenidən vətəndaşlığa qəbul edilmiş və ölkəsinin Fransada səfiri təyin edilmişdi. Eyni ildə o, "Xalqlar arasında sülhün möhkəmləndirilməsinə görə" Beynəlxalq Lenin mükafatına layiq görülmüşdü.
1967-ci ildə isə Migel Asturias "əsasında Latın Amerikası hindularının adət-ənənələrinə böyük maraq dayanan parlaq ədəbi nailiyyətlərinə görə" Nobel mükafatı almışdı. Müəllif qısa Nobel mühazirəsində Avropa və Latın Amerikası ədəbiyyatları arasındakı fərqlərə toxunaraq onların hər şeydən öncə mövcud həyat şərtlərindən, ictimai-siyasi reallıqlardan qaynaqlandığını göstərmişdi: "Bizim romanlarımız avropalılara məntiqdən və sağlam ağıldan məhrum əsərlər təsiri bağışlayır. Amma nəzərə alın ki, bu romanlar bizim oxucunu qorxutmaq istədiyimiz üçün qorxulu deyillər. Başımıza dəhşətli işlər gəldiyinə görə onlar belə qorxuludurlar".
Migel Asturias 1970-ci ildə sonra yalnız yaradıcılıqla məşğul olmaq məqsədilə diplomatik xidmətdən uzaqlaşmışdı. O, Madriddə vəfat etmiş, Parisdə, Per-Laşez məzarlığında dəfn olunmuşdu.
Sağlığında iki dəfə vətənindən didərgin salınan, vətəndaşlıqdan məhrum edilən Migel Asturias bu gün öz ölkəsinin rəmzlərindən birinə çevrilmişdir. Qvatemalanın ali ordeni və ən yüksək ədəbi mükafatı, habelə milli teatr onun adını daşıyır. Latın Amerikası romanının çağdaş yetkinlik mərhələsinə qədəm qoymasında mühüm rolu olan yazıçılar içərisində isə adı birincilər sırasında çəkilir.
Əsərləri
Əsərin növü | Orijinal adı | Azərbaycanca adı | Yayımlandığı il |
---|---|---|---|
Romanlar | El señor presidente | Cənab prezident | 1943 |
Hombres de maíz | Qarğıdalı adamlar | 1949 | |
Viento fuerte | Fırtına | 1950 | |
El papa verde | Yaşıl Papa | 1954 | |
Los ojos de los enterrados | Dəfn olunmuşların gözləri | 1960 | |
El alhajadito | 1961 | ||
Mulata de tal | Əsl mulat | 1963 | |
Maladrón (Epopeya de los Andes verdes) | 1969 | ||
Viernes de Dolores | 1972 | ||
Hekayələr | Rayito de estrella | 1925 | |
Leyendas de Guatemala | Qvatemala hekayələri | 1930 | |
Week-end en Guatemala | Qvatemalada həftəsonu | 1956 | |
Clarivigilia primaveral | 1965 | ||
El espejo de Lida Sal | 1967 | ||
Tres de cuatro soles | 1971 | ||
Teatr əsərləri | Soluna; comedia prodigiosa en dos jornadas y un final | 1955 | |
La audiencia de los confines; Crónica en tres andanzas | 1957 | ||
Teatro: Chantaje, Dique seco, Soluna, La audiencia de los confines | 1964 | ||
El Rey de la Altaneria | 1968 | ||
Opera əsərləri | Emulo Lipolidón: fantomima | 1935 | |
Imágenes de Nacimiento | |||
Şeirləri | Rayito de estrella; fantomima | 1929 | |
Emulo Lipolidón: fantomima | 1935 | ||
Sonetos | 1936 | ||
Alclasán; fantomima | 1940 | ||
Con el rehén en los dientes: Canto a Francia | 1942 | ||
Anoche, 10 de marzo de 1543 | 1943 | ||
Poesía: Sien de alondra | 1949 | ||
Ejercicios poéticos en forma de soneto sobre temas de Horacio | 1951 | ||
Alto es el Sur: Canto a la Argentina | 1952 | ||
Bolívar: Canto al Libertador | 1955 | ||
Nombre custodio e imagen pasajera | 1959 | ||
Clarivigilia primaveral | 1965 | ||
Sonetos de Italia | 1965 | ||
Esseləri | Sociología guatemalteca: El problema social del indio (tesis) | 1923 | |
La arquitectura de la vida nueva | 1928 | ||
Carta aérea a mis amigos de América | 1952 | ||
Rumania; su nueva imagen | 1964 | ||
Latinoamérica y otros ensayos | 1968 | ||
Comiendo en Hungría (relato de viajes, co-escrito con Pablo Neruda) | 1969 | ||
América, fábula de fábulas y otros ensayos | 1972 |
İstinadlar
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Miguel Angel Asturias // Internet Speculative Fiction Database (ing.). 1995.
- Itaú Cultural Miguel Angel Asturias // Enciclopédia Itaú Cultural (порт.). São Paulo: Itaú Cultural, 2001.
- Астуриас Мигель Анхель // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- Deutsche Nationalbibliothek Record #118504797 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Mənbə
- Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Migel Anhel Asturias Rozales isp Miguel Angel Asturias Rosales 19 oktyabr 1899 Qvatemala 9 iyun 1974 Madrid qvatemalali yazici sair jurnalist ictimai xadim diplomat Edebiyyat uzre Nobel mukafati laureati 1967 Xalqlar arasinda sulhun mohkemlendirilmesi Beynelxalq Lenin mukafati laureati 1966 Migel Anhel Asturiasisp Miguel Angel Asturias RosalesDogum adi Miguel Angel Tejada PenuelaDogum tarixi 19 oktyabr 1899 1899 10 19 Dogum yeri Qvatemala QvatemalaVefat tarixi 9 iyun 1974 1974 06 09 74 yasinda Vefat yeri Madrid Madrid vilayeti d IspaniyaDefn yeri Per Lasez qebiristanligiTehsili Paris UniversitetiFealiyyeti sair yazici diplomat jurnalist siyasetci sair vekil d Eserlerinin dili ispan diliIstiqamet surrealizm magik realizmJanr romanMukafatlari Vikianbarda elaqeli mediafayllarHeyatiMigel Anhel Asturias Qvatemalanin paytaxti Qvatemala siti seherinde zengin ve genis elaqelere malik ailede dogulmusdu Mehkeme sisteminde yuksek movqe tutan atasi 1898 ci ilde hakimiyyete gelen diktator Kabrera Estrada ile siyasi opponent oldugundan paytaxti ve vezifesini terk etmek mecburiyyetinde qalmisdi Qvatemaladaki San Karlos universitetinin telebesi Migel Asturias aile enenesini davam etdirerek diktatura rejimine qarsi mubarizenin feallarindan biri kimi taninmisdi Estradanin hakimiyyetden uzaqlasdirilmasindan 1920 sonra o olkede xalq universitetinin yaradilmasinin esas tesebbuskarlarindan biri kimi cixis etmisdi Hindularin sosial problemleri adli dissertasiyasi ile Asturias huquq doktoru derecesini qazanmisdi Estrada rejimi devrilse de olkedeki veziyyet yaxsiliga dogru deyismemisdi Migelin dostlarindan biri siyasi baxislarina gore vehsicesine doyulenden sonra Asturias ailesi ovladlarini tehlukeden uzaqlasdirmaq ucun tehsilini davam etdirmek meqsedile onu Avropaya gondermek qerarina gelmisdi Migel evvelce Londonda iqtisadiyyati oyrenmek isteyirdi Sonra fikrini deyismis ve Sorbonnada hindu mifologiyasi uzre taninmis mutexessis Jorj Raynonun rehberliyi ile mayya medeniyyeti ile mesgul olmaga baslamisdi Parisde surrealistlerin tesiri altinda Asturias seir ve nesr yaradiciligina baslamisdi Onun ilk eseri Madridde cap olunan ve mayya medeniyyetinin poetik serhini ehtiva eden Qvatemala efsaneleri 1930 idi Bu kitaba gore muellif Silla Monsequra mukafati almisdi Fransa paytaxtinda yasadigi on ile yaxin muddetde mayya muqeddes metnlerini fransiz diline cevirmis ve Yeni zaman Tiempos Nuevos jurnalini nesr etmisdi Latin Amerikasi diktatorlari haqqindaki surrealist Sinyor Prezident romanini da Asturias Parisde yazmisdi Lakin siyasi mulahizelere gore eser cox sonralar yalniz 1946 ci ilde Madridde isiq uzu gormusdu Yazici 1933 cu ilde vetenine qayida bilmisdi Hemin dovrde Qvatemalada diger diktator Xorxe Ubiko hakimiyyetde idi Migel Asturias siyasi proseslere qarismadan jurnalistika ve bedii yaradiciliqla mesgul olmagi daha ustun tutmusdu 1936 ci ilde onun vetene qayidandan sonra yazdigi eserlerin toplandigi Sonetler kitabi cap edilmisdi Sair Qvatemala Senatina uzv secilmis 1942 dord ilden sonra ise diplomatik fealiyyet sahesine kecmisdi 1946 1954 cu illerde o olkesinin Meksika Argentina ve Salvadorda sefiri olmusdu Prezident Yakob Arbensin suqutundan sonra novbeti diktator Karlos Kastella Armas yazicini sefir ranqindan ve Qvatemala vetendasligindan mehrum etmisdi Qvatemalada heftesonu 1956 kitabinda toplanan hekayeler olke heyatinin bu cetin ve ziddiyyetli dovrunu tesvir edirdi Migel Asturias 1954 1966 ci illerde evvelce Argentina ve Cilide sonra ise Italiyada siyasi muhacir heyati kecirmeli olmusdu Sefirlik ve muhaciret illerinde o Mayya xalqi 1946 Firtina 1950 Yasil Papa 1954 Defn olunmuslarin gozleri 1960 sonuncu uc roman bezen birlikde Banan trilogiyasi da adlandirilir Esl mulat 1963 romanlarini yazmisdi Latin Amerikasi nesrine xas keyfiyyetler tehkiye ozunemexsuslugu mifologiqzmden istifade nagil ve efsane unsurleri irrealliqlar Asturias nesrinde de musahide edilir Senetkarliq xususiyyetlerine ve bedii texeyyul orijinalligina gore bezi tenqidciler onun adini dunya edebiyyatinin Frans Kafka Ceyms Coys Uilyam Folkner Xorxe Luis Borxes kimi taninmis simalari ile yanasi cekirler Qvatemalada siyasi rejimin deyismesi ve demokratik yolla secilmis prezident Xulio Monteneqronun hakimiyyete gelmesi neticesinde 1966 ci ilde Asturias yeniden vetendasliga qebul edilmis ve olkesinin Fransada sefiri teyin edilmisdi Eyni ilde o Xalqlar arasinda sulhun mohkemlendirilmesine gore Beynelxalq Lenin mukafatina layiq gorulmusdu 1967 ci ilde ise Migel Asturias esasinda Latin Amerikasi hindularinin adet enenelerine boyuk maraq dayanan parlaq edebi nailiyyetlerine gore Nobel mukafati almisdi Muellif qisa Nobel muhaziresinde Avropa ve Latin Amerikasi edebiyyatlari arasindaki ferqlere toxunaraq onlarin her seyden once movcud heyat sertlerinden ictimai siyasi realliqlardan qaynaqlandigini gostermisdi Bizim romanlarimiz avropalilara mentiqden ve saglam agildan mehrum eserler tesiri bagislayir Amma nezere alin ki bu romanlar bizim oxucunu qorxutmaq istediyimiz ucun qorxulu deyiller Basimiza dehsetli isler geldiyine gore onlar bele qorxuludurlar Migel Asturias 1970 ci ilde sonra yalniz yaradiciliqla mesgul olmaq meqsedile diplomatik xidmetden uzaqlasmisdi O Madridde vefat etmis Parisde Per Lasez mezarliginda defn olunmusdu Sagliginda iki defe veteninden didergin salinan vetendasliqdan mehrum edilen Migel Asturias bu gun oz olkesinin remzlerinden birine cevrilmisdir Qvatemalanin ali ordeni ve en yuksek edebi mukafati habele milli teatr onun adini dasiyir Latin Amerikasi romaninin cagdas yetkinlik merhelesine qedem qoymasinda muhum rolu olan yazicilar icerisinde ise adi birinciler sirasinda cekilir EserleriEserin novu Orijinal adi Azerbaycanca adi Yayimlandigi ilRomanlar El senor presidente Cenab prezident 1943Hombres de maiz Qargidali adamlar 1949Viento fuerte Firtina 1950El papa verde Yasil Papa 1954Los ojos de los enterrados Defn olunmuslarin gozleri 1960El alhajadito 1961Mulata de tal Esl mulat 1963Maladron Epopeya de los Andes verdes 1969Viernes de Dolores 1972Hekayeler Rayito de estrella 1925Leyendas de Guatemala Qvatemala hekayeleri 1930Week end en Guatemala Qvatemalada heftesonu 1956Clarivigilia primaveral 1965El espejo de Lida Sal 1967Tres de cuatro soles 1971Teatr eserleri Soluna comedia prodigiosa en dos jornadas y un final 1955La audiencia de los confines Cronica en tres andanzas 1957Teatro Chantaje Dique seco Soluna La audiencia de los confines 1964El Rey de la Altaneria 1968Opera eserleri Emulo Lipolidon fantomima 1935Imagenes de NacimientoSeirleri Rayito de estrella fantomima 1929Emulo Lipolidon fantomima 1935Sonetos 1936Alclasan fantomima 1940Con el rehen en los dientes Canto a Francia 1942Anoche 10 de marzo de 1543 1943Poesia Sien de alondra 1949Ejercicios poeticos en forma de soneto sobre temas de Horacio 1951Alto es el Sur Canto a la Argentina 1952Bolivar Canto al Libertador 1955Nombre custodio e imagen pasajera 1959Clarivigilia primaveral 1965Sonetos de Italia 1965Esseleri Sociologia guatemalteca El problema social del indio tesis 1923La arquitectura de la vida nueva 1928Carta aerea a mis amigos de America 1952Rumania su nueva imagen 1964Latinoamerica y otros ensayos 1968Comiendo en Hungria relato de viajes co escrito con Pablo Neruda 1969America fabula de fabulas y otros ensayos 1972IstinadlarBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Miguel Angel Asturias Internet Speculative Fiction Database ing 1995 Itau Cultural Miguel Angel Asturias Enciclopedia Itau Cultural port Sao Paulo Itau Cultural 2001 ISBN 978 85 7979 060 7 Asturias Migel Anhel Bolshaya sovetskaya enciklopediya rus v 30 t pod red A M Prohorov 3 e izd Moskva Sovetskaya enciklopediya 1969 Deutsche Nationalbibliothek Record 118504797 Umumi tenzimleme nezareti GND alm 2012 2016 MenbeVilayet Quliyev Edebiyyat sahesinde Nobel mukafati laureatlari Baki Kitab alemi Nesriyyat Poliqrafiya Merkezi 2009 seh Xarici kecidlerHemcinin bax