Mahpeykər xanım Sultan və ya Mahpeykər Ənvər (17 may 1917, Konstantinopol – 3 aprel 2000) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Mahpeykər xanım Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 may 1917 |
Doğum yeri | Beşiktaş sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 3 aprel 2000 (82 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Dəfn yeri | Zəncirliquyu məzarlığı, İstanbul |
Atası | Ənvər Paşa |
Anası | Əminə Naciyə Sultan |
Həyat yoldaşı | Fikrət Ürqüp |
Uşağı | Həsən Ürqüp |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Mahpeykər xanım Sultan 17 may 1917-ci ildə Beşiktaş sarayında dünyaya gəldi. Atası İttihaq və Tərəqqi cəmiyyətinin görkəmli nümayəndəsi Ənvər Paşa, anası isə Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndinin qızı Naciyə Sultandır. Hələ 1 yaşında ikən atası Ənvər Paşa vəzifədən alındı və ingilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından da ölkədən qaçmağa məcbur qaldı. Ancaq o əsnada anası hamilə idi və bu səbəblə Mahpeykər xanım anasıyla birlikdə İstanbulda qaldı. Bacısı Türkan xanımın dünyaya gəlişindən bir neçə ay sonra anası və azyaşlı bacısıyla birlikdə Berlinə getdi (1920). Ancaq çox keçmədən atası Sovet Rusiyasına qaçdı, Mahpeykər xanım və digər ailə üzvləri əmiləri Mehmed Kamil bəyin himayəsində Berlində qaldı. Cəmi 2 il sonra - 4 avqust 1922-ci ildə atasının vəfatının ardından dul qalan Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Mahpeykər xanımın bu nigahdan bir bacısı daha - Rəna xanım dünyaya gəldi. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Mahpeykər xanım da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə Parisdə yaşayan Mahpeykər xanım və ailəsi daha sonra Nitsaya köçdü. Burada bacısı və qardaşıyla, eləcə də Fərrux Əfəndinin qızları Nəslişah Sultan, Xanzadə Sultan və Nəcla Sultanla birlikdə ögey atası olan əmisi Mehmed Kamil bəy tərəfindən Osmanlı türkcəsini öyrəndilər.
1931-ci ildə son xəlifə Əbdülməcid Əfəndi qızı Dürrüşəhvar Sultanı Heydərabad nizamı Mir Osman Əli xanın böyük oğluyla evləndirdi və Mahpeykər xanımı da nizamın kiçik oğlu Müəzzəm Cahla evləndirmək istəyirdi. Ancaq o əsnada Qahirədə yaşayan Fuad Əfəndinin səyləri nəticəsində, nizamın kiçik oğluyla Adilə Sultanın qızı Nilüfər xanım Sultan evləndirildi.
1939-cu ildə Ənvər Paşanın ailəsi üçün çıxarılan xüsusi əfv qanunuyla, Mahpeykər xanım, bacısı Türkan xanım və qardaşı Əli bəy Türkiyəyə qayıda bildi və İstanbulda yaşadılar. Soyadı qanunuyla Ənvər soyadı aldılar. Ancaq İkinci Dünya müharibəsinin başlaması ilə Nitsada tək qalan anaları Naciyə Sultanın yanına qayıtdılar və 1943-cü ilədək İsveçrədə yaşadılar. Bu müddət ərzində tibb təhsili alan Mahpeykər xanım psixiatriya sahəsində peşəkarlaşdı. 1946-cı ildə özü kimi həkim olan Fikrət Ürqüplə (d. 1914 - ö. 1977) evləndi və bu nigahdan bir oğlu dünyaya gəldi. 1954-cü ildə ABŞ, 1959-cu ildə Birləşmiş Krallıq və 1961-ci ildə Türkiyədə çalışdı.
3 aprel 2000-ci ildə İstanbulda vəfat edən Mahpeykər xanım Zəncirliquyu məzarlığında dəfn olundu.
Övladı
Mənbə
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Bardakçı, Murat (2017). Neslishah: The Last Ottoman Princess. Oxford University Press.
- Sönmez, Cahi̇de. "Sürgünden Vatana Osmanlı Hanedanının Geri Dönen İlk Üyeleri (1924-1951)". Tarihin Peşinde (in Turkish)
- Milanlıoğlu, Neval (2011). Emine Naciye Sultan'ın Hayatı (1896-1957) (in Turkish)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mahpeyker xanim Sultan ve ya Mahpeyker Enver 17 may 1917 Konstantinopol 3 aprel 2000 Osmanli sulalesinin uzvu Osmanli xanim sultani Mahpeyker xanim SultanSexsi melumatlarDogum tarixi 17 may 1917 1917 05 17 Dogum yeri Besiktas sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 3 aprel 2000 2000 04 03 82 yasinda Vefat yeri Istanbul TurkiyeDefn yeri Zencirliquyu mezarligi IstanbulAtasi Enver PasaAnasi Emine Naciye SultanHeyat yoldasi Fikret UrqupUsagi Hesen UrqupAilesi Osmanli xanedaniHeyatiMahpeyker xanim Sultan 17 may 1917 ci ilde Besiktas sarayinda dunyaya geldi Atasi Ittihaq ve Tereqqi cemiyyetinin gorkemli numayendesi Enver Pasa anasi ise Sultan Ebdulmecidin oglu Suleyman Efendinin qizi Naciye Sultandir Hele 1 yasinda iken atasi Enver Pasa vezifeden alindi ve ingilislerin Ittihad ve Tereqqi uzvleri haqqinda hebs qerari cixarmasinin ardindan da olkeden qacmaga mecbur qaldi Ancaq o esnada anasi hamile idi ve bu sebeble Mahpeyker xanim anasiyla birlikde Istanbulda qaldi Bacisi Turkan xanimin dunyaya gelisinden bir nece ay sonra anasi ve azyasli bacisiyla birlikde Berline getdi 1920 Ancaq cox kecmeden atasi Sovet Rusiyasina qacdi Mahpeyker xanim ve diger aile uzvleri emileri Mehmed Kamil beyin himayesinde Berlinde qaldi Cemi 2 il sonra 4 avqust 1922 ci ilde atasinin vefatinin ardindan dul qalan Naciye Sultan ovladlarini da yanina alaraq Istanbula dondu ve erinin vesiyyetine esasen ertesi il 30 oktyabr 1923 cu ilde qayni Mehmed Kamil beyle nigahlandi Mahpeyker xanimin bu nigahdan bir bacisi daha Rena xanim dunyaya geldi Ancaq cox kecmeden 3 mart 1924 tarixli TBMM qerari ile diger Osmanli sulalesi uzvleri kimi Mahpeyker xanim da ailesiyle birlikde surgune gonderildi Ilk once Parisde yasayan Mahpeyker xanim ve ailesi daha sonra Nitsaya kocdu Burada bacisi ve qardasiyla elece de Ferrux Efendinin qizlari Neslisah Sultan Xanzade Sultan ve Necla Sultanla birlikde ogey atasi olan emisi Mehmed Kamil bey terefinden Osmanli turkcesini oyrendiler 1931 ci ilde son xelife Ebdulmecid Efendi qizi Durrusehvar Sultani Heyderabad nizami Mir Osman Eli xanin boyuk ogluyla evlendirdi ve Mahpeyker xanimi da nizamin kicik oglu Muezzem Cahla evlendirmek isteyirdi Ancaq o esnada Qahirede yasayan Fuad Efendinin seyleri neticesinde nizamin kicik ogluyla Adile Sultanin qizi Nilufer xanim Sultan evlendirildi 1939 cu ilde Enver Pasanin ailesi ucun cixarilan xususi efv qanunuyla Mahpeyker xanim bacisi Turkan xanim ve qardasi Eli bey Turkiyeye qayida bildi ve Istanbulda yasadilar Soyadi qanunuyla Enver soyadi aldilar Ancaq Ikinci Dunya muharibesinin baslamasi ile Nitsada tek qalan analari Naciye Sultanin yanina qayitdilar ve 1943 cu iledek Isvecrede yasadilar Bu muddet erzinde tibb tehsili alan Mahpeyker xanim psixiatriya sahesinde pesekarlasdi 1946 ci ilde ozu kimi hekim olan Fikret Urquple d 1914 o 1977 evlendi ve bu nigahdan bir oglu dunyaya geldi 1954 cu ilde ABS 1959 cu ilde Birlesmis Kralliq ve 1961 ci ilde Turkiyede calisdi 3 aprel 2000 ci ilde Istanbulda vefat eden Mahpeyker xanim Zencirliquyu mezarliginda defn olundu OvladiHesen Urqup d 1948 o 12 noyabr 1989 Istanbul Hec evlenmedi ve ovladi olmadi MenbeAdra Jamil 2005 Genealogy of the Imperial Ottoman Family 2005 p 32 Bardakci Murat 2017 Neslishah The Last Ottoman Princess Oxford University Press ISBN 978 9 774 16837 6 Sonmez Cahi de Surgunden Vatana Osmanli Hanedaninin Geri Donen Ilk Uyeleri 1924 1951 Tarihin Pesinde in Turkish Milanlioglu Neval 2011 Emine Naciye Sultan in Hayati 1896 1957 in Turkish