Fatma Nəslişah Sultan (4 fevral 1921, Konstantinopol – 2 aprel 2012, İstanbul) — son Osmanlı padşahı VI Mehmed Vahidəddin və son xəlifə II Əbdülməcidin nəvəsi. Osmanlı Xanədan dəftərinə adı yazılan son Osmanlıdır. Misir kral naibi Məhəmməd Əbdül Moneimin xanımıdır. Onunla eyni illərdə yaşayan və Əbdülqadir Əfəndinin qızı olan Nəslişah Sultanla qarışdırılmaması üçün Böyük Nəslişah Sultan olaraq anılır.
Fatma Nəslişah Sultan | |
---|---|
فاطمة نسليشة سلطان | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 fevral 1921 |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 2 aprel 2012(91 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | Aşiyan məzarlığı |
Fəaliyyəti | əsilzadə |
Atası | Ömər Fərrux Əfəndi |
Anası | Sabiha Sultan |
Həyat yoldaşı | Məhəmməd Əbdül Moneim |
Uşaqları | Şahzadə Abbas Hilmi İqbal Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | Sünni, İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
4 fevral 1921-ci ildə anası Sabiha Sultanın Nişandaşındakı köşkündə dünyaya gəlmişdir. Atası son Osmanlı xəlifəsi Əbdülməcid Əfəndinin oğlu Ömər Fərrux Əfəndi, anası son Osmanlı sultanı VI Mehmed Vahidəddinin qızı Sabiha Sultandır. Dünyaya gəlişi 121 top atəşi və sultanın onun adına kəsdirdiyi sikkələrlə qeyd edildi. Daha sonra Xanzadə və Nəcla adlı iki bacısı dünyaya gəldi. Osmanlı ailəsinin sürgünə gedişinə qədər Dolmabağça sarayında yaşadılar.
3 yaşında ikən 3 mart 1924 tarixli qanunla sürgünə göndərilənlər arasında yer aldı. Ailəsi sürgünün ilk illərini Fransanın Nitsa şəhərində keçirdi. Burada ilk təhsilini aldı. Bundan başqa bacıları və Naciyə Sultanın övladları Mahpeykər xanım, Türkan xanım və birlikdə ögey ataları Mehmed Kamil bəy (Ənvər Paşanın qardaşı) tərəfindən Osmanlı türkcəsini öyrəndilər. Daha sonra ailəsiylə birlikdə Misirə getdi. Fransızca, almanca, ingiliscə və ərəbcə öyrəndi. 1940-cı ilin sentyabrında Misirin son hidivi Abbas Hilmi Paşanın oğlu Şahzadə Məhəmməd Əbdül Moneimlə evləndi. Bu nigahdan Şahzadə Abbas Hİlmi və İqbal Sultan adlı 2 övladı dünyaya gəldi.
Misirdəki 1952 tarixli çevrilişdən sonra əri "kral naibi" və Nəslişah Sultan Misirin "first lady"si oldu. Krallığın ləğvinə qədər bu vəzifədə qaldı. Ancaq cumhuriyyətin elanından sonra əri ilə birlikdə bəzi çevriliş cəhdlərinə adı qarışdı və aylarla davam edən məhkəmə prosesinin ardından Misirdən çıxmalarına icazə verildi. İkinci dəfə sürgün olunan Nəslişah Sultan əri ilə birlikdə Fransaya getdi və 1963-cü ilədək burada yaşadı.
1952-ci ildə Türkiyədə Osmanlı ailəsinə mənsub qadınların ölkəyə qayıtması barədə verilən qanundan sonra tez-tez vətənə gələn Nəslişah Sultan 1963-cü ildən Türkiyədə yaşamağa başladı. Yenidən türk vətəndaşlığına keçən Nəslişah Sultan "Osmanoğlu" soyadını aldı. Əri Məhəmməd Əbdül Moneim 2 dekabr 1980-ci ildə vəfat etdi və Misir hökumətinin icazəsiylə Qahirədə dəfn olundu.
Nəslişah Sultan isə 2 aprel 2012-ci ildə 91 yaşında vəfat etdi. Cənazəsi anası və qardaşının yanında Aşiyan məzarlığına dəfn olundu.
Övladları
Qalereya
Mənbə
İstinadlar
- .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fatma Neslisah Sultan 4 fevral 1921 Konstantinopol 2 aprel 2012 Istanbul son Osmanli padsahi VI Mehmed Vahideddin ve son xelife II Ebdulmecidin nevesi Osmanli Xanedan defterine adi yazilan son Osmanlidir Misir kral naibi Mehemmed Ebdul Moneimin xanimidir Onunla eyni illerde yasayan ve Ebdulqadir Efendinin qizi olan Neslisah Sultanla qarisdirilmamasi ucun Boyuk Neslisah Sultan olaraq anilir Fatma Neslisah Sultanفاطمة نسليشة سلطانSexsi melumatlarDogum tarixi 4 fevral 1921 1921 02 04 Dogum yeri Istanbul Osmanli imperiyasiVefat tarixi 2 aprel 2012 2012 04 02 91 yasinda Vefat yeri Istanbul Istanbul ili TurkiyeVefat sebebi urek tutmasiDefn yeri Asiyan mezarligiFealiyyeti esilzadeAtasi Omer Ferrux EfendiAnasi Sabiha SultanHeyat yoldasi Mehemmed Ebdul MoneimUsaqlari Sahzade Abbas Hilmi Iqbal SultanAilesi Osmanli xanedaniDini Sunni Islam Vikianbarda elaqeli mediafayllarHeyati4 fevral 1921 ci ilde anasi Sabiha Sultanin Nisandasindaki koskunde dunyaya gelmisdir Atasi son Osmanli xelifesi Ebdulmecid Efendinin oglu Omer Ferrux Efendi anasi son Osmanli sultani VI Mehmed Vahideddinin qizi Sabiha Sultandir Dunyaya gelisi 121 top atesi ve sultanin onun adina kesdirdiyi sikkelerle qeyd edildi Daha sonra Xanzade ve Necla adli iki bacisi dunyaya geldi Osmanli ailesinin surgune gedisine qeder Dolmabagca sarayinda yasadilar 3 yasinda iken 3 mart 1924 tarixli qanunla surgune gonderilenler arasinda yer aldi Ailesi surgunun ilk illerini Fransanin Nitsa seherinde kecirdi Burada ilk tehsilini aldi Bundan basqa bacilari ve Naciye Sultanin ovladlari Mahpeyker xanim Turkan xanim ve birlikde ogey atalari Mehmed Kamil bey Enver Pasanin qardasi terefinden Osmanli turkcesini oyrendiler Daha sonra ailesiyle birlikde Misire getdi Fransizca almanca ingilisce ve erebce oyrendi 1940 ci ilin sentyabrinda Misirin son hidivi Abbas Hilmi Pasanin oglu Sahzade Mehemmed Ebdul Moneimle evlendi Bu nigahdan Sahzade Abbas HIlmi ve Iqbal Sultan adli 2 ovladi dunyaya geldi Misirdeki 1952 tarixli cevrilisden sonra eri kral naibi ve Neslisah Sultan Misirin first lady si oldu Kralligin legvine qeder bu vezifede qaldi Ancaq cumhuriyyetin elanindan sonra eri ile birlikde bezi cevrilis cehdlerine adi qarisdi ve aylarla davam eden mehkeme prosesinin ardindan Misirden cixmalarina icaze verildi Ikinci defe surgun olunan Neslisah Sultan eri ile birlikde Fransaya getdi ve 1963 cu iledek burada yasadi 1952 ci ilde Turkiyede Osmanli ailesine mensub qadinlarin olkeye qayitmasi barede verilen qanundan sonra tez tez vetene gelen Neslisah Sultan 1963 cu ilden Turkiyede yasamaga basladi Yeniden turk vetendasligina kecen Neslisah Sultan Osmanoglu soyadini aldi Eri Mehemmed Ebdul Moneim 2 dekabr 1980 ci ilde vefat etdi ve Misir hokumetinin icazesiyle Qahirede defn olundu Neslisah Sultan ise 2 aprel 2012 ci ilde 91 yasinda vefat etdi Cenazesi anasi ve qardasinin yaninda Asiyan mezarligina defn olundu OvladlariSahzade Abbas Hilmi d 16 oktyabr 1941 Qahire 2 may 1969 tarixinde Mediha Mumtazla d 12 may 1945 Qahire evlendi Bu nigahdan 2 ovladi dunyaya geldi Fatma Sabiha Hilmi d 28 sentyabr 1974 London Davud Hilmi d 23 iyun 1979 London Iqbal Sultan d 22 dekabr 1944 Qahire QalereyaMenbehttp www milliyet com tr Yazar aspx aType YazarDetay amp ArticleID 1348730 amp AuthorID 104 amp b Prenseslik http www oocities com hazemsakr royal neslisah html http hurarsiv hurriyet com tr goster haber aspx id 3796147 amp yazarid 28Istinadlar