Əminə Naciyə Sultan (24 noyabr 1896, Konstantinopol – 4 dekabr 1957, İstanbul) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı.
Əminə Naciyə Sultan | |
---|---|
türk. Naciye Killigil | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fəriyə sarayı, İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (61 yaşında) |
Vəfat yeri | İstanbul, Türkiyə |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | , İstanbul |
Atası | Səlim Süleyman Əfəndi |
Anası | Ayşə Tərzitər xanım |
Həyat yoldaşları | Ənvər Paşa Mehmed Kamil Killigil |
Uşaqları | Mahpeykər xanım Sultan Türkan xanım Sultan Rəna xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Naciyə Sultan 24 noyabr 1896-cı ildə Fəriyə sarayında dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Süleyman Əfəndi, anası isə onun son xanımı Ayşə Tərzitər xanımdır. Digər xanım sultanlar kimi Naciyə Sultan da mükəmməl saray tərbiyəsi aldı. Kiçik yaşlarından fransız və alman dillərini öyrəndi, piano və skripka dərsləri aldı.
1908-ci ildə əmisi Sultan Əbdülhəmid Naciyə Sultanı kiçik oğlu evləndirmək istədi. Ancaq Naciyə Sultan o əsnada hələ 12 yaşında idi. Bu səbəblə atası Süleyman Əfəndi və anası Tərzitər xanım ilk başda bu evliliyə qarşı çıxdılar. Ancaq çox keçmədən Sultan Əbdülhəmid qardaşını razı saldı və beləcə Naciyə Sultan 1908-ci ildə əmisi oğlu Hayri Əfəndiylə nişanlandı.
Ancaq ertəsi il Sultan Əbdülhəmidin taxtdan endirilərək övladlarıyla birlikdə sürgünə göndərilməsinin ardından cütlüyün nişanı Sultan Rəşad tərəfindən ləğv edildi. Üstəlik bu əsnada İttihad və Tərəqqi Cəmiyyətinin güclü simalarından Ənvər Paşa da Naciyə Sultanla evlənmək niyyətində idi. Nəhayət 1909-cu ilin mayında Naciyə Sultan o əsnada Berlində olan Ənvər Paşayla vəkalətən keçirilən bir mərasimlə nişanlandı. Ancaq bir neçə ay sonra Naciyə Sultanın atası Süleyman Əfəndinin vəfat etməsi toy mərasimini gecikdirdi.
Cütlüyün nigahı 15 may 1911-ci ildə Dolmabağça sarayında dövrün şeyxülislamı Musa Kazım Əfəndi tərəfindən bağlandı. Toy mərasimi isə təxminən 3 il sonra — 5 mart 1914-cü ildə Nişantaşı köşkündə baş tutdu. Mərasimin ardından cütlüyə Beşiktaş sahilindəki saraylardan biri təsis edildi. Ənvər Paşanın ölkənin sosial və siyasi həyatındakı rolu səbəbilə Naciyə Sultan da bu fəaliyyətə aktiv şəkildə iştirak etdi. 1916-cı ilin avqustunda Naciyə Sultan İstanbulda "Əməkçi Müəlman Qadınlar Cəmiyyəti"ni təsis etdi və bu cəmiyyətin fəaliyyətləri çərçivəsində qadınların çalışma şəraitinin yaxşılaşdırılmasına çalışdı.
Cütlüyün bu nigahdan 3 övladı dünyaya gəldi ki, bunlardan ilk iki övladı — Mahpeykər və Türkan xanım Sultanlar İstanbulda dünyaya gəldi. Belə ki, 14 oktyabr 1918-ci ildə Ənvər Paşa hərbi nazirlikdən azad edilmiş, İngilislərin İttihad və Tərəqqi üzvləri haqqında həbs qərarı çıxarmasının ardından Ənvər Paşa da ölkədən qaçmağa məcbur qalmışdır. O əsnada Naciyə Sultan hamilə olduğu üçün onunla gedə bilmədi. Bu səbəblə ikinci qızının dünyaya gəlişindən bir il sonra — 1920-ci ildə qızlarını da yanına alaraq ərinin yanına Berlinə getdi. Cütlüyün son övladı olan Sultanzadə Əli bəy məhz burada dünyaya gəldi. Ancaq övladı dünyaya gəlmədən bir neçə ay öncə Ənvər Paşa Sovet Rusiyasına qaçmış, bu səbəblə oğlunu heç vaxt görə bilməmişdir.
Onun 4 avqust 1922-ci ildə vəfatının ardından dul qalan Naciyə Sultan övladlarını da yanına alaraq İstanbula döndü və ərinin vəsiyyətinə əsasən, ertəsi il 30 oktyabr 1923-cü ildə qaynı Mehmed Kamil bəylə nigahlandı. Ancaq çox keçmədən 3 mart 1924 tarixli TBMM qərarı ilə digər Osmanlı sülaləsi üzvləri kimi, Naciyə Sultan da ailəsiylə birlikdə sürgünə göndərildi. İlk öncə Parisdə yaşayan Naciyə Sultanın 1926-cı ildə ikinci nigahından Rəna xanım Sultan adlı bir qızı daha dünyaya gəldi. 1933-cü ildə Nitsaya gəldi və illərdir görmədiyi qardaşı Şərafəddin Əfəndiylə görüşdü. İkinci Dünya Müharibəsinin başlanğıcında ailəsiylə birlikdə İsveçrənin Bern şəhərinə köç edən Naciyə Sultan uzun müddət övladlarını görə bilmədi. 1943-cü ildə qızları Mahpeykər və Türkan xanım Sultanlar çıxan əfv qanunuyla İstanbula qayıda bildilər. İkinci Dünya Müharibəsinin ardından Naciyə Sultan, əri və qızı Rəna xanım Sultanla birlikdə 1946-cı ildə Parisə geri döndü. 1949-cu ildə əri Mehmed Kamil bəydən formal olaraq boşandı. Beləcə, İstanbula dönən Mehmed Kamil bəy apardığı bəzi hüquqi prosedurların ardından, Naciyə Sultaanı Ənvər Paşanın dul xanımı ünvanıyla İstanbula gətirə bildi. Rəsmi şəkildə boşanmış görülsələr də, ömrünün sonuna qədər Mehmed Kamil bəylə yaşayan Naciyə Sultan 4 dekabr 1957-ci ildə İstanbulda qaraciyər xərçəngi səbəbilə vəfat etdi. Cənazəsi Yəhya Əfəndi türbəsinə — atasının yanına dəfn olundu.
Şəcərəsi
- Mahpeykər xanım Sultan
- Türkan xanım Sultan
- (d. 29 sentyabr 1921, Berlin — ö. 2 dekabr 1971, Avstraliya) — İlk evliliyi 1948-ci ildə Pərizad xanımla baş tutdu. 1 övladı oldu. İkinci evliliyi 1954-cü ildə Maya Brit ilə baş tutdu.
- Arzu Ənvər (d. 15 sentyabr 1955, Neapol) — Arslan Sadıkoğlu ilə evləndi. 1 övladı oldu.
- Burak Sadıkoğlu
- Arzu Ənvər (d. 15 sentyabr 1955, Neapol) — Arslan Sadıkoğlu ilə evləndi. 1 övladı oldu.
- Rəna xanım Sultan (d. 25 fevral 1926, Paris — ö. 14 aprel 2008, İstanbul) — 25 iyul 1949-cu ildə Osman Sədi Eldem ilə evləndi. 3 övladı oldu.
Mənbə
- Adra, Jamil (2005). Genealogy of the Imperial Ottoman Family 2005. p. 32
- Woronzow, Salome (September 20, 2016). Şehzade Zevceleri. Osmanlı Hanedanı Gelinleri 1850 – 1923. GRIN Verlag. p. 5.
- Suad, Adem (April 6, 2015). 100 Meşhur Aşk. Az Kitap.
- Akmeşe, Handan Nezir (November 12, 2005). The Birth of Modern Turkey: The Ottoman Military and the March to WWI. I.B.Tauris. p. 100.
- Fortna, Benjamin C. (2014). The Circassian: A Life of Eşref Bey, Late Ottoman Insurgent and Special Agent. Oxford University Press. pp. 293 n. 16.
- Bey, Yaver Suphi (November 16, 2011). Enven Paşa'nın Son Günleri. artcivic.
- Hacker, Barton; Vining, Margaret (17 August 2012). A Companion to Women's Military History. BRILL. p. 199.
- Hourani, Albert; Khoury, Philip Shukry; Wilson, Mary Christina (January 1, 1993). The Modern Middle East: A Reader. University of California Press. pp. 137.
- Rabo, Annika; Utas, Bo (2005). The Role of the State in West Asia. Swedish Research Institute in Istanbul. p. 21.
İstinadlar
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Emine Naciye Sultan 24 noyabr 1896 Konstantinopol 4 dekabr 1957 Istanbul Osmanli sulalesinin uzvu Osmanli xanim sultani Emine Naciye Sultanturk Naciye KilligilSexsi melumatlarDogum tarixi 24 noyabr 1896Dogum yeri Feriye sarayi Istanbul Osmanli imperiyasiVefat tarixi 4 dekabr 1957 61 yasinda Vefat yeri Istanbul TurkiyeVefat sebebi xerceng xesteliyiDefn yeri IstanbulAtasi Selim Suleyman EfendiAnasi Ayse Terziter xanimHeyat yoldaslari Enver Pasa Mehmed Kamil KilligilUsaqlari Mahpeyker xanim Sultan Turkan xanim Sultan Rena xanim SultanAilesi Osmanli xanedaniHeyatiNaciye Sultan 24 noyabr 1896 ci ilde Feriye sarayinda dunyaya geldi Atasi Sultan Ebdulmecidin oglu Suleyman Efendi anasi ise onun son xanimi Ayse Terziter xanimdir Diger xanim sultanlar kimi Naciye Sultan da mukemmel saray terbiyesi aldi Kicik yaslarindan fransiz ve alman dillerini oyrendi piano ve skripka dersleri aldi 1908 ci ilde emisi Sultan Ebdulhemid Naciye Sultani kicik oglu evlendirmek istedi Ancaq Naciye Sultan o esnada hele 12 yasinda idi Bu sebeble atasi Suleyman Efendi ve anasi Terziter xanim ilk basda bu evliliye qarsi cixdilar Ancaq cox kecmeden Sultan Ebdulhemid qardasini razi saldi ve belece Naciye Sultan 1908 ci ilde emisi oglu Hayri Efendiyle nisanlandi Ancaq ertesi il Sultan Ebdulhemidin taxtdan endirilerek ovladlariyla birlikde surgune gonderilmesinin ardindan cutluyun nisani Sultan Resad terefinden legv edildi Ustelik bu esnada Ittihad ve Tereqqi Cemiyyetinin guclu simalarindan Enver Pasa da Naciye Sultanla evlenmek niyyetinde idi Nehayet 1909 cu ilin mayinda Naciye Sultan o esnada Berlinde olan Enver Pasayla vekaleten kecirilen bir merasimle nisanlandi Ancaq bir nece ay sonra Naciye Sultanin atasi Suleyman Efendinin vefat etmesi toy merasimini gecikdirdi Cutluyun nigahi 15 may 1911 ci ilde Dolmabagca sarayinda dovrun seyxulislami Musa Kazim Efendi terefinden baglandi Toy merasimi ise texminen 3 il sonra 5 mart 1914 cu ilde Nisantasi koskunde bas tutdu Merasimin ardindan cutluye Besiktas sahilindeki saraylardan biri tesis edildi Enver Pasanin olkenin sosial ve siyasi heyatindaki rolu sebebile Naciye Sultan da bu fealiyyete aktiv sekilde istirak etdi 1916 ci ilin avqustunda Naciye Sultan Istanbulda Emekci Muelman Qadinlar Cemiyyeti ni tesis etdi ve bu cemiyyetin fealiyyetleri cercivesinde qadinlarin calisma seraitinin yaxsilasdirilmasina calisdi Cutluyun bu nigahdan 3 ovladi dunyaya geldi ki bunlardan ilk iki ovladi Mahpeyker ve Turkan xanim Sultanlar Istanbulda dunyaya geldi Bele ki 14 oktyabr 1918 ci ilde Enver Pasa herbi nazirlikden azad edilmis Ingilislerin Ittihad ve Tereqqi uzvleri haqqinda hebs qerari cixarmasinin ardindan Enver Pasa da olkeden qacmaga mecbur qalmisdir O esnada Naciye Sultan hamile oldugu ucun onunla gede bilmedi Bu sebeble ikinci qizinin dunyaya gelisinden bir il sonra 1920 ci ilde qizlarini da yanina alaraq erinin yanina Berline getdi Cutluyun son ovladi olan Sultanzade Eli bey mehz burada dunyaya geldi Ancaq ovladi dunyaya gelmeden bir nece ay once Enver Pasa Sovet Rusiyasina qacmis bu sebeble oglunu hec vaxt gore bilmemisdir Onun 4 avqust 1922 ci ilde vefatinin ardindan dul qalan Naciye Sultan ovladlarini da yanina alaraq Istanbula dondu ve erinin vesiyyetine esasen ertesi il 30 oktyabr 1923 cu ilde qayni Mehmed Kamil beyle nigahlandi Ancaq cox kecmeden 3 mart 1924 tarixli TBMM qerari ile diger Osmanli sulalesi uzvleri kimi Naciye Sultan da ailesiyle birlikde surgune gonderildi Ilk once Parisde yasayan Naciye Sultanin 1926 ci ilde ikinci nigahindan Rena xanim Sultan adli bir qizi daha dunyaya geldi 1933 cu ilde Nitsaya geldi ve illerdir gormediyi qardasi Serafeddin Efendiyle gorusdu Ikinci Dunya Muharibesinin baslangicinda ailesiyle birlikde Isvecrenin Bern seherine koc eden Naciye Sultan uzun muddet ovladlarini gore bilmedi 1943 cu ilde qizlari Mahpeyker ve Turkan xanim Sultanlar cixan efv qanunuyla Istanbula qayida bildiler Ikinci Dunya Muharibesinin ardindan Naciye Sultan eri ve qizi Rena xanim Sultanla birlikde 1946 ci ilde Parise geri dondu 1949 cu ilde eri Mehmed Kamil beyden formal olaraq bosandi Belece Istanbula donen Mehmed Kamil bey apardigi bezi huquqi prosedurlarin ardindan Naciye Sultaani Enver Pasanin dul xanimi unvaniyla Istanbula getire bildi Resmi sekilde bosanmis gorulseler de omrunun sonuna qeder Mehmed Kamil beyle yasayan Naciye Sultan 4 dekabr 1957 ci ilde Istanbulda qaraciyer xercengi sebebile vefat etdi Cenazesi Yehya Efendi turbesine atasinin yanina defn olundu SeceresiMahpeyker xanim Sultan Turkan xanim Sultan d 29 sentyabr 1921 Berlin o 2 dekabr 1971 Avstraliya Ilk evliliyi 1948 ci ilde Perizad xanimla bas tutdu 1 ovladi oldu Ikinci evliliyi 1954 cu ilde Maya Brit ile bas tutdu Arzu Enver d 15 sentyabr 1955 Neapol Arslan Sadikoglu ile evlendi 1 ovladi oldu Burak Sadikoglu Rena xanim Sultan d 25 fevral 1926 Paris o 14 aprel 2008 Istanbul 25 iyul 1949 cu ilde Osman Sedi Eldem ile evlendi 3 ovladi oldu Ceyda Eldem d 1 mart 1952 Necla Eldem d 24 mart 1954 Istanbul o 24 avqust 1964 Keraci Ethem Eldem d 2 mart 1960 Cenevre 2 sentyabr 1983 cu ilde Zeyneb Sedef Torunoglu ile evlendi 1 ovladi oldu Simin Eldem d 26 yanvar 1987 MenbeAdra Jamil 2005 Genealogy of the Imperial Ottoman Family 2005 p 32 Woronzow Salome September 20 2016 Sehzade Zevceleri Osmanli Hanedani Gelinleri 1850 1923 GRIN Verlag p 5 ISBN 978 3 668 30031 6 Suad Adem April 6 2015 100 Meshur Ask Az Kitap ISBN 978 6 054 81261 5 Akmese Handan Nezir November 12 2005 The Birth of Modern Turkey The Ottoman Military and the March to WWI I B Tauris p 100 ISBN 978 1 850 43797 0 Fortna Benjamin C 2014 The Circassian A Life of Esref Bey Late Ottoman Insurgent and Special Agent Oxford University Press pp 293 n 16 ISBN 978 0 190 49244 1 Bey Yaver Suphi November 16 2011 Enven Pasa nin Son Gunleri artcivic ISBN 978 6 054 33739 2 Hacker Barton Vining Margaret 17 August 2012 A Companion to Women s Military History BRILL p 199 ISBN 978 9 004 21217 6 Hourani Albert Khoury Philip Shukry Wilson Mary Christina January 1 1993 The Modern Middle East A Reader University of California Press pp 137 ISBN 978 0 520 08241 0 Rabo Annika Utas Bo 2005 The Role of the State in West Asia Swedish Research Institute in Istanbul p 21 ISBN 978 9 186 88413 0Istinadlar