Məmmədtağı Abbas oğlu Bağırov (5 avqust 1890, Bakı – 16 aprel 1961, Bakı) — Azərbaycan-sovet opera müğənnisi (bariton), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti, Azərbaycan SSR xalq artisti (1938).
Məmmədtağı Bağırov | |
---|---|
Ümumi məlumatlar | |
Digər adı | Məmməd Tağı Bağırov |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | Rusiya imperiyası→ AXC→ SSRİ |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1909-cu ildən |
Səs tembri | bariton |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məmmədtağı Bağırov 1890-cı ildə Bakıda anadan olmuşdur. İki il mollaxana təhsili almış, mütərəqqi üsullu rus-tatar məktəbində beş il oxumuşdur. İlk dəfə səhnəyə 1909-cu ildə, "Nicat" teatr truppasında göstərilən Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında xorun tərkibində çıxmış, bundan əlavə, burada dram və komediya tamaşalarında epizodik rollar oynamışdır. Bariton səsə malik olan müğənni 1914-cü ildən solist kimi çıxış etmişdir.
Məmmədtağı Bağırov 1914–1919-cu illərdə "Səfa", Hüseynqulu Sarabskinin yaratdığı "Müsəlman opera artistləri", "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti" teatr truppalarında çıxış edib. Yeniyetmə yaşlarından özünə "Əraqi" ləqəbini götürmüşdür. Bəzi proqram afişalarda təxəllüsü "İraqi" kimi də verilib.
Məmmədtağı Bağırov 1920-ci ildən Azərbaycan Dram Teatrının opera truppasında işləyib. Kollektiv 1925-ci ildə Azərbaycan Dram Teatrından ayrılaraq Rus Operasının nəzdinə keçən vaxt Məmmədtağı Bağırov da yeni teatr truppasının tərkibinə qatılmışdır.
Məmmədtağı Bağırov 1934-cü ildə Qlierin "Şahsənəm" operasında Şahvələdin partiyasını ifa etmiş, sonra Müslüm Maqomayevin "Nərgiz" operasında Ağalarbəyin obrazını yaratmış, 1937-ci ildə isə Üzeyir Hacıbəyovun "Koroğlu" operasında Həsən xan rolunda çıxış etmişdir.
1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənət və ədəbiyyatı ongünlüyündə M. T. Bağırov müvəffəqiyyətlə çıxış etmiş, ongünlükdən sonra o, Rossininin "Sevilya bərbəri" operasında Don Bazilionun, "Arşın mal alan" operettasında Sultan bəyin partiyalarını və başqa partiyaları ifa etmişdir.
Əsas partiyaları: Həsən xan ("Koroğlu", Üzeryir Hacıbəyov), Aslan şah, Ağalar bəy ("Şah İsmayıl", "Nərgiz", Müslüm Maqomayev), Şahvələd ("Aşıq Qərib", Zülfüqar Hacıbəyov), Əbdüləli bəy ("Sevil" Fikrət Əmirov), Bartolo ("Sevilya bərbəri", Coakkino Rossini).
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 25 may 1934
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 4 dekabr 1938
- — 17 aprel 1938; 9 iyun 1959
İstinadlar
- Rəhimli, 2005. səh. 284
- Азәрбајҹан Совет Енсиклопедијасы, 1976, сәһ. 532
- Rəhimli, 2017. səh. 294–295
- Rəhimli, 2005. səh. 270
- Коммунист. № 92, 1961, сәһ. 4
Ədəbiyyat
- Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: С. С. Мокульский. Т. 1. А — «Глобус». М.: Советская энциклопедия. 1961. 1214 стб. 43 000 экз.
- Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. 647 с.
- Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. 608 səh. ISBN .
- İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 2-ci cild. Bakı: Azərnəşr. 2017. 392 səh. ISBN .
- Rəhimli, İ. Azərbaycan Teatr Tarixi (dərslik). Bakı: Çaşıoğlu. 2005. 864 səh.
- Үзејир Һаҹыбәјов енсиклопедијасы. Бакы: «Азәрбајҹан» нәшријјаты. Елми-редаксија шурасынын сәдри: Н. С. Ибраһимов. 1996. 304 сәһ.
- "М. Т. Бағыров". № 92 (11651). Коммунист. 18 апрел 1961-ҹи ил.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Memmedtagi Abbas oglu Bagirov 5 avqust 1890 Baki 16 aprel 1961 Baki Azerbaycan sovet opera mugennisi bariton Azerbaycan Dovlet Opera ve Balet Teatrinin solisti Azerbaycan SSR xalq artisti 1938 Memmedtagi BagirovUmumi melumatlarDiger adi Memmed Tagi BagirovDogum tarixi 5 avqust 1890Dogum yeri Baki Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 16 aprel 1961 70 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIVetendasligi Rusiya imperiyasi AXC SSRIMusiqici melumatlariFealiyyeti mugenniFealiyyet illeri 1909 cu ildenSes tembri baritonMukafatlari 19381938 1959 Vikianbarda elaqeli mediafayllarHeyatiMemmedtagi Bagirov 1890 ci ilde Bakida anadan olmusdur Iki il mollaxana tehsili almis mutereqqi usullu rus tatar mektebinde bes il oxumusdur Ilk defe sehneye 1909 cu ilde Nicat teatr truppasinda gosterilen Uzeyir Hacibeyovun Leyli ve Mecnun operasinda xorun terkibinde cixmis bundan elave burada dram ve komediya tamasalarinda epizodik rollar oynamisdir Bariton sese malik olan mugenni 1914 cu ilden solist kimi cixis etmisdir Memmedtagi Bagirov 1914 1919 cu illerde Sefa Huseynqulu Sarabskinin yaratdigi Muselman opera artistleri Zulfuqar bey ve Uzeyir bey Hacibeyov qardaslarinin mudiriyyeti teatr truppalarinda cixis edib Yeniyetme yaslarindan ozune Eraqi leqebini goturmusdur Bezi proqram afisalarda texellusu Iraqi kimi de verilib Memmedtagi Bagirov 1920 ci ilden Azerbaycan Dram Teatrinin opera truppasinda isleyib Kollektiv 1925 ci ilde Azerbaycan Dram Teatrindan ayrilaraq Rus Operasinin nezdine kecen vaxt Memmedtagi Bagirov da yeni teatr truppasinin terkibine qatilmisdir Memmedtagi Bagirov 1934 cu ilde Qlierin Sahsenem operasinda Sahveledin partiyasini ifa etmis sonra Muslum Maqomayevin Nergiz operasinda Agalarbeyin obrazini yaratmis 1937 ci ilde ise Uzeyir Hacibeyovun Koroglu operasinda Hesen xan rolunda cixis etmisdir 1938 ci ilde Moskvada kecirilen Azerbaycan incesenet ve edebiyyati ongunluyunde M T Bagirov muveffeqiyyetle cixis etmis ongunlukden sonra o Rossininin Sevilya berberi operasinda Don Bazilionun Arsin mal alan operettasinda Sultan beyin partiyalarini ve basqa partiyalari ifa etmisdir Esas partiyalari Hesen xan Koroglu Uzeryir Hacibeyov Aslan sah Agalar bey Sah Ismayil Nergiz Muslum Maqomayev Sahveled Asiq Qerib Zulfuqar Hacibeyov Ebduleli bey Sevil Fikret Emirov Bartolo Sevilya berberi Coakkino Rossini Mukafatlari Azerbaycan SSR emekdar artisti fexri adi 25 may 1934 Azerbaycan SSR xalq artisti fexri adi 4 dekabr 1938 Qirmizi emek bayragi ordeni 17 aprel 1938 9 iyun 1959 Qafqazin mudafiesine gore medali 1941 1945 ci iller Boyuk Veten muharibesinde resadetli emeye gore medaliIstinadlarRehimli 2005 seh 284 Azәrbaјҹan Sovet Ensiklopediјasy 1976 sәһ 532 Rehimli 2017 seh 294 295 Rehimli 2005 seh 270 Kommunist 92 1961 sәһ 4EdebiyyatTeatralnaya enciklopediya v 6 t gl red S S Mokulskij T 1 A Globus M Sovetskaya enciklopediya 1961 1214 stb 43 000 ekz Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә I ҹild A Balzak Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1976 647 s Azerbaycan Milli Ensiklopediyasi 25 cildde 1 ci cild A Argelander 25 000 nus Baki Azerbaycan Milli Ensiklopediyasi Elmi Merkezi 2009 608 seh ISBN 978 9952 441 02 4 Ilham Rehimli Azerbaycan Teatr Ensiklopediyasi 3 cildde 2 ci cild Baki Azernesr 2017 392 seh ISBN 978 9952 8021 9 1 Rehimli I Azerbaycan Teatr Tarixi derslik Baki Casioglu 2005 864 seh Үzeјir Һaҹybәјov ensiklopediјasy Baky Azәrbaјҹan nәshriјјaty Elmi redaksiјa shurasynyn sәdri N S Ibraһimov 1996 304 sәһ M T Bagyrov 92 11651 Kommunist 18 aprel 1961 ҹi il