Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (24 sentyabr 1857 və ya 1857, Bakı – 23 fevral 1921 və ya 1921, Bakı) — Azərbaycanın ilk kimyaçı (üzvi kimya) alimi və Bakı Şəhər Dumasının üzvü.
Mövsüm bəy Xanlarov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 24 sentyabr 1857 və ya 1857 |
Doğum yeri | |
Vəfat tarixi | 23 fevral 1921 və ya 1921 |
Vəfat yeri | |
Təhsili | |
Fəaliyyəti | kimyaçı |
Həyatının erkən dövrləri
Mövsüm bəy Xanlarov 1857-ci ilin 24 sentyabrında Bakıda bəy nəsli olan Xanlarovlar ailəsində anadan olmuş və ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, Quranı, şəriət elmini, islam əxlaqını burada öyrənmiş, klassik ədəbiyyat və tarixlə də məhz mədrəsədə tanış olmuşdur. 1871-ci ildə mədrəsə təhsilini başa vurandan sonra o, müstəqil şəkildə rus dilini öyrənmiş, az sonra isə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur.
Mövsüm bəy 1872-ci ildə Bakı realnı gimnaziyasına (1874-cü ildə bu təhsil ocağının bazasında Bakı realnı məktəbi təşkil edildi) qəbul olmuşdur. 1877-ci ildə Bakı realnı məktəbini bitirdikdən sonra o, qulluğa başlamayıb məktəbin əlavə siniflərində təhsilini davam etdirmişdir. Həmin məktəbdə o dövrün tələblərinə cavab verən mükəmməl kimya laboratoriyası və fizika kabineti vardı. Məktəbin kitabxanası müxtəlif xarici elmi-kütləvi nəşrlərə abunə idi. Fundamental elmlərə böyük maraq göstərən Mövsüm bəy bu imkanlardan bəhrələnərək nəzəri-praktiki biliklərini daha da artıra bilərdi. Buna görə də o, əlavə siniflərdə təhsilini davam etdirməyi xidmətə başlamaqdan üstün tutdu.
Həyatının Avropa dövrü
1878-ci ildə Mövsüm bəy Xanlarov Bakı realnı məktəbini uğurla başa vurub Avropa universitetlərindən birində ali təhsil almaq üçün hazırlaşmağa başladı. Bu məqsəd üçün 1878-ci ilin payızında Almaniyanın Vyüsburq şəhərinə gəldi və Vyüsburq Universitetinin tələbəsi oldu. O dövrdə Almaniyanın digər universitetlərində olduğu kimi, bu universitetdə də həm ümumi, həm fundamental, həm də dini fənlər tədris olunurdu. Tələbələrə ilahiyyatdan tutmuş, təbiət elmlərinə qədər bütün sahələr üzrə mühazirələr oxunurdu.
Mövsüm bəyin Almaniyadan öz sevimli müəllimi, Azərbaycan milli mətbuatının banisi, böyük mütəfəkkir Həsən bəy Zərdabiyə göndərdiyi məktubların, müəllim və tələbə arasında gedən yazışmaların məzmunu xeyli maraqlıdır. Bu məktublarında Mövsüm bəy Həsən bəy Zərdabiyə öz təhsili, əldə etdiyi nəticələr, gələcək planları barədə söhbət açır və keçmiş məktəb yoldaşları Nəcəf bəyin (Nəcəf bəy Vəzirov) və Əsgər ağanın (Əsgər ağa Gorani) əhvalını soruşurdu. Xatırladaq ki, adı çəkilən bu iki şəxs də Bakı realnı məktəbini bitirdikdən sonra Moskvadakı Petrovski-Razumovski Kənd Təsərrüfatı Akademiyasında ali təhsil almağa başlamış, Həsən bəy Zərdabinin 1875-ci ildə əsasını qoyduğu "Əkinçi" qəzetinin fəal müəllifləri kimi tanınmışdılar. Mövsüm bəy, Nəcəf bəy və Əsgər ağa arasında məktəb illərindən əsası qoyulmuş dostluq münasibəti uzun illər qorundu.
Öyrəndiyi texniki ixtisasa daha mükəmməl yiyələnməkdən ötrü Mövsüm bəyə növbəti il təhsilini davam etdirmək üçün Almaniyanın başqa bir şəhərinə getmək lazım gəlirdi. Həsən bəy Zərdabiyə məktubunda o yazırdı ki, növbəti il üçün artıq Leypsiqi seçmişdir. Beləliklə, Mövsüm bəy Xanlarov təhsilini Leypsiq Universitetində davam etdirməyə başladı. O dövrdə Leypsiqdə zamanının nüfuzlu elm xadimlərindən sayılan professor Vaqner çalışırdı və professorla azərbaycanlı tələbə arasında normal münasibətlər qurulmuşdu. Neft emalı üzrə biliklərə yiyələnmək üçün müvafiq təhsil ocağı və səriştəli müəllim axtarışında olan Mövsüm bəy bu barədə professor Vaqnerdən məsləhət istəyərkən o, Almaniyada belə mütəxəssisin olmadığını bildirmiş, vəziyyətdən çıxış yolu kimi onu müvəqqəti olaraq öz laboratoriyasına dəvət etmişdi. Bununla belə, Mövsüm bəy Leypsiqdə uzun müddət qala bilmədi, 1881-ci ilin mayında Strasburq şəhərinə, bu şəhərdə fəaliyyət göstərən Vilhelm Kayzer Universitetinə gəldi. Bu universitet o dövrdə Avropanın və ümumilikdə dünyanın ən nüfuzlu elm və təhsil mərkəzlərindən sayılırdı. İ. V. Höte, L. Paster kimi nüfuzlu alimlər bu universitetlə bağlı idilər. Burada zamanının tanınmış alimlərindən olan bioloq Anton de Bari, kimyaçı Rudolf Fittiq kimi insanlar çalışır, onlardan öyrənmək və bu alimlərin laboratoriyalarında çalışmaq üçün dünyanın müxtəlif ölkələrindən gənclər axın-axın Strasburqa gəlirdi. Mövsüm bəy Xanlarov da burada professor Rudolf Fittiqin rəhbərliyi altında elmi araşdırmalara başladı.
1880-ci ilin mayından Strasburq Universitetində tanınmış professor Avqust Adolf Kundtın laboratoriyasında Rusiyadan gəlmiş gənc dağ mühəndisi, sonralar öz elmi nailiyyətləri ilə dünya şöhrəti qazanmış Dimitri Petroviç Konovalov da tədqiqat aparırdı. O, Fittiqin üzvi-kimya laboratoriyasına yazılsa da, burada çox az müddət çalışdı. 1881-ci ilin uyulunda Strasburqdakı Kayzer Vilhelm Universitetinin riyaziyyat və təbiət elmləri fakültəsinin elmi şurasında doktorluq dissertasiyasını uğurla müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alan D. Konovolovla Mövsüm bəy arasında qurulmuş dostluq əlaqələri uzun illər qorunmuşdur.
Mövsüm bəy özü Fittiqin laboratoriyasında toksin turşusunun rodan etilinə təsirini tədqiq edirdi. Öz elmi araşdırmalarının nəticələrini 1882-ci ildə alman kimya ictimaiyyətinin "Berichte der Deutschen Chemischem Gesellchaft" jurnalında nəşr etdirmişdir. Həmin vaxt professor R. Fittiq laktonu araşdırır, bakılı tələbəsi də bu mövzuda elmi tədqiqatları ilə alimə dəstək verirdi. O bu sahədə uğurlu nəticələr əldə etmiş, butirolakton və alfa-butirolaktonun sintezi xüsusiyyətlərinə dair ona qədər bir çox alimləri düşündürən sualların cavabını tapmışdı. Gənc alimin əldə etdiyi elmi nəticələri professor R. Fittiq yüksək qiymətləndirirdi.
Həyatının Bakı dövrü
1883-cü ildə Strasburq Universitetinin Elmi Şurasında 26 yaşlı azərbaycanlı Mövsüm bəy Xanlarov doktorluq dissertasiyasını uğurla müdafiə edərək, kimya elmləri doktoru alimlik dərəcəsi aldı. Qısa müddətdən sonra doktor Mövsüm bəy Xanlarov Azərbaycana döndü və mühəndis-texnik kimi bu uğurların sırasını daha da genişləndirdi.
Mövsüm bəy Xanlarov bir sıra rəhbər orqanlara seçilmişdi. Bakının ziyalı mühitində onun adı daim hörmətlə çəkilirdi. Mövsüm bəy Xanlarovun D. İ.Mendeleyev, D. P. Konovalov, N. A. Mentuşkin kimi alimlərlə yazışmaları, adı çəkilən elm xadimlərinin azərbaycanlı alimə göndərdikləri məktublar onun hansı elmi səviyyəyə malik olduğunu və hansı səviyyədə qəbul olunduğunu ortaya qoyan ən parlaq faktlardır.
İsmayıl Qaspıralının Tərcüman qəzetinin 1884-cü ildəki 20-ci sayında Bakıdakı teatrın inkişafına töhfə verən şəxslərin başında "Kimyaçı Xanlarov"un gəldiyi qeyd olunmuşdur. Bu şəxsin Mövsüm bəy Xanlarov olma ehtimalı yüksəkdir.
Bakıda olarkən Rusiya Texniki Cəmiyyətinin Bakı filialının və onun inispeksiya komisisyasının üzvü olmuşdur. Mövsüm bəy Azərbaycanın sovetləşdirilməsindən öncə kimya sahəsində sistemli təhsil almış ilk və tək şəxsdir. Yusif Məmmədəliyevin bildirdiyinə görə, uyğun şərtlərin olmamasına görə Mövsüm bəy Bakıya döndükdən sonra elmi fəaliyyətlə o qədər də məşğul ola bilməmiş, elmi araşdırmalarını 1887-ci ildə dayandırmışdır. Buna görədir ki, bu ildən etibarən onun adı Rusiya Fizika-Kimya Cəmiyyəti üzvləri siyahısında yoxdur.
Ailəsi
O, Avropada təhsilini başa vurub Bakıya qayıdandan sonra Mövsüm bəy Xanlarov məşhur mesenat Hacı Zeynalabdin Tağıyevin qızı Xanımla ailə qurmuşdur. Bu da 23 fevral 1921-ci ildə dünyasını dəyişmiş Mövsüm bəy Xanlarovun sovet dövründə tam unutdurulmasına, belə bir alimin diqqətdən tamamilə kənarda qalmasına gətirən amillərdən biri idi.
İstinadlar
- Мөвсүм бәј Ханларов // Azərbaycan Sovet Ensiklopediyası: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 50.
- Платонов, 1966. səh. 186
- Zülfüqarov, 1970. səh. 86
- Məmmədəliyev, 1960. səh. 26
- Chanlaroff, Moehsin Beg. Verhalten von Thiacetsäure gegen Schwefelcyanäthyl // Berichte der deutschen chemischen Gesellschaft 2022-01-22 at the Wayback Machine. — 1882. — № 15. — p. 1987–1989.
- Azərbaycan Sovet Ensiklopediyası, 1986. səh. 50
Ədəbiyyat
- Quliyev, Cəmil. Azərbaycan Sovet Ensiklopediyası. Baku: ASE Redaksiyası. 1986.
- Zülfüqarov, J. Химия в АГУ за пятьдесят лет. Baku: BSU Press. 1970.
- Платонов, Б; Мамедалиев, А. Страницы жизни. Baku: здательство Академии наук Азербайджанской ССР. 1966.
- Рахшанлы, Расул. Герр доктор Ханларов. Баку: Адильоглу. 2007.
- Рахшанлы, Расул. Первый ученый-химик. Баку: Сада. 2012.
- Рахшанлы, Расул. Доктор Страсбургского Университета Ханларов (PDF). Баку: Elm və təhsil. 2017.
- Misir Mərdanov, Ədalət Tahirzadə. 1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar. C. 3 F-İ. Bakı: Təhsil. 2019.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Movsum bey Mehemmed bey oglu Xanlarov 24 sentyabr 1857 ve ya 1857 Baki 23 fevral 1921 ve ya 1921 Baki Azerbaycanin ilk kimyaci uzvi kimya alimi ve Baki Seher Dumasinin uzvu Movsum bey XanlarovSexsi melumatlarDogum tarixi 24 sentyabr 1857 1857 09 24 ve ya 1857Dogum yeri Baki Baki qezasi Samaxi quberniyasi Rusiya imperiyasiVefat tarixi 23 fevral 1921 1921 02 23 ve ya 1921Vefat yeri Baki Baki qezasi Azerbaycan SSRTehsili Strasburq UniversitetiFealiyyeti kimyaciHeyatinin erken dovrleriMovsum bey Xanlarov 1857 ci ilin 24 sentyabrinda Bakida bey nesli olan Xanlarovlar ailesinde anadan olmus ve ilk tehsilini medresede almis ereb ve fars dillerini Qurani seriet elmini islam exlaqini burada oyrenmis klassik edebiyyat ve tarixle de mehz medresede tanis olmusdur 1871 ci ilde medrese tehsilini basa vurandan sonra o musteqil sekilde rus dilini oyrenmis az sonra ise Bakidaki rus realni gimnaziyasinin telebesi olmusdur Movsum bey 1872 ci ilde Baki realni gimnaziyasina 1874 cu ilde bu tehsil ocaginin bazasinda Baki realni mektebi teskil edildi qebul olmusdur 1877 ci ilde Baki realni mektebini bitirdikden sonra o qulluga baslamayib mektebin elave siniflerinde tehsilini davam etdirmisdir Hemin mektebde o dovrun teleblerine cavab veren mukemmel kimya laboratoriyasi ve fizika kabineti vardi Mektebin kitabxanasi muxtelif xarici elmi kutlevi nesrlere abune idi Fundamental elmlere boyuk maraq gosteren Movsum bey bu imkanlardan behrelenerek nezeri praktiki biliklerini daha da artira bilerdi Buna gore de o elave siniflerde tehsilini davam etdirmeyi xidmete baslamaqdan ustun tutdu Heyatinin Avropa dovru1878 ci ilde Movsum bey Xanlarov Baki realni mektebini ugurla basa vurub Avropa universitetlerinden birinde ali tehsil almaq ucun hazirlasmaga basladi Bu meqsed ucun 1878 ci ilin payizinda Almaniyanin Vyusburq seherine geldi ve Vyusburq Universitetinin telebesi oldu O dovrde Almaniyanin diger universitetlerinde oldugu kimi bu universitetde de hem umumi hem fundamental hem de dini fenler tedris olunurdu Telebelere ilahiyyatdan tutmus tebiet elmlerine qeder butun saheler uzre muhazireler oxunurdu Movsum beyin Almaniyadan oz sevimli muellimi Azerbaycan milli metbuatinin banisi boyuk mutefekkir Hesen bey Zerdabiye gonderdiyi mektublarin muellim ve telebe arasinda geden yazismalarin mezmunu xeyli maraqlidir Bu mektublarinda Movsum bey Hesen bey Zerdabiye oz tehsili elde etdiyi neticeler gelecek planlari barede sohbet acir ve kecmis mekteb yoldaslari Necef beyin Necef bey Vezirov ve Esger aganin Esger aga Gorani ehvalini sorusurdu Xatirladaq ki adi cekilen bu iki sexs de Baki realni mektebini bitirdikden sonra Moskvadaki Petrovski Razumovski Kend Teserrufati Akademiyasinda ali tehsil almaga baslamis Hesen bey Zerdabinin 1875 ci ilde esasini qoydugu Ekinci qezetinin feal muellifleri kimi taninmisdilar Movsum bey Necef bey ve Esger aga arasinda mekteb illerinden esasi qoyulmus dostluq munasibeti uzun iller qorundu Oyrendiyi texniki ixtisasa daha mukemmel yiyelenmekden otru Movsum beye novbeti il tehsilini davam etdirmek ucun Almaniyanin basqa bir seherine getmek lazim gelirdi Hesen bey Zerdabiye mektubunda o yazirdi ki novbeti il ucun artiq Leypsiqi secmisdir Belelikle Movsum bey Xanlarov tehsilini Leypsiq Universitetinde davam etdirmeye basladi O dovrde Leypsiqde zamaninin nufuzlu elm xadimlerinden sayilan professor Vaqner calisirdi ve professorla azerbaycanli telebe arasinda normal munasibetler qurulmusdu Neft emali uzre biliklere yiyelenmek ucun muvafiq tehsil ocagi ve seristeli muellim axtarisinda olan Movsum bey bu barede professor Vaqnerden meslehet isteyerken o Almaniyada bele mutexessisin olmadigini bildirmis veziyyetden cixis yolu kimi onu muveqqeti olaraq oz laboratoriyasina devet etmisdi Bununla bele Movsum bey Leypsiqde uzun muddet qala bilmedi 1881 ci ilin mayinda Strasburq seherine bu seherde fealiyyet gosteren Vilhelm Kayzer Universitetine geldi Bu universitet o dovrde Avropanin ve umumilikde dunyanin en nufuzlu elm ve tehsil merkezlerinden sayilirdi I V Hote L Paster kimi nufuzlu alimler bu universitetle bagli idiler Burada zamaninin taninmis alimlerinden olan bioloq Anton de Bari kimyaci Rudolf Fittiq kimi insanlar calisir onlardan oyrenmek ve bu alimlerin laboratoriyalarinda calismaq ucun dunyanin muxtelif olkelerinden gencler axin axin Strasburqa gelirdi Movsum bey Xanlarov da burada professor Rudolf Fittiqin rehberliyi altinda elmi arasdirmalara basladi 1880 ci ilin mayindan Strasburq Universitetinde taninmis professor Avqust Adolf Kundtin laboratoriyasinda Rusiyadan gelmis genc dag muhendisi sonralar oz elmi nailiyyetleri ile dunya sohreti qazanmis Dimitri Petrovic Konovalov da tedqiqat aparirdi O Fittiqin uzvi kimya laboratoriyasina yazilsa da burada cox az muddet calisdi 1881 ci ilin uyulunda Strasburqdaki Kayzer Vilhelm Universitetinin riyaziyyat ve tebiet elmleri fakultesinin elmi surasinda doktorluq dissertasiyasini ugurla mudafie ederek felsefe doktoru elmi derecesi alan D Konovolovla Movsum bey arasinda qurulmus dostluq elaqeleri uzun iller qorunmusdur Movsum bey ozu Fittiqin laboratoriyasinda toksin tursusunun rodan etiline tesirini tedqiq edirdi Oz elmi arasdirmalarinin neticelerini 1882 ci ilde alman kimya ictimaiyyetinin Berichte der Deutschen Chemischem Gesellchaft jurnalinda nesr etdirmisdir Hemin vaxt professor R Fittiq laktonu arasdirir bakili telebesi de bu movzuda elmi tedqiqatlari ile alime destek verirdi O bu sahede ugurlu neticeler elde etmis butirolakton ve alfa butirolaktonun sintezi xususiyyetlerine dair ona qeder bir cox alimleri dusunduren suallarin cavabini tapmisdi Genc alimin elde etdiyi elmi neticeleri professor R Fittiq yuksek qiymetlendirirdi Heyatinin Baki dovru1883 cu ilde Strasburq Universitetinin Elmi Surasinda 26 yasli azerbaycanli Movsum bey Xanlarov doktorluq dissertasiyasini ugurla mudafie ederek kimya elmleri doktoru alimlik derecesi aldi Qisa muddetden sonra doktor Movsum bey Xanlarov Azerbaycana dondu ve muhendis texnik kimi bu ugurlarin sirasini daha da genislendirdi Movsum bey Xanlarov bir sira rehber orqanlara secilmisdi Bakinin ziyali muhitinde onun adi daim hormetle cekilirdi Movsum bey Xanlarovun D I Mendeleyev D P Konovalov N A Mentuskin kimi alimlerle yazismalari adi cekilen elm xadimlerinin azerbaycanli alime gonderdikleri mektublar onun hansi elmi seviyyeye malik oldugunu ve hansi seviyyede qebul olundugunu ortaya qoyan en parlaq faktlardir Ismayil Qaspiralinin Tercuman qezetinin 1884 cu ildeki 20 ci sayinda Bakidaki teatrin inkisafina tohfe veren sexslerin basinda Kimyaci Xanlarov un geldiyi qeyd olunmusdur Bu sexsin Movsum bey Xanlarov olma ehtimali yuksekdir Bakida olarken Rusiya Texniki Cemiyyetinin Baki filialinin ve onun inispeksiya komisisyasinin uzvu olmusdur Movsum bey Azerbaycanin sovetlesdirilmesinden once kimya sahesinde sistemli tehsil almis ilk ve tek sexsdir Yusif Memmedeliyevin bildirdiyine gore uygun sertlerin olmamasina gore Movsum bey Bakiya dondukden sonra elmi fealiyyetle o qeder de mesgul ola bilmemis elmi arasdirmalarini 1887 ci ilde dayandirmisdir Buna goredir ki bu ilden etibaren onun adi Rusiya Fizika Kimya Cemiyyeti uzvleri siyahisinda yoxdur AilesiO Avropada tehsilini basa vurub Bakiya qayidandan sonra Movsum bey Xanlarov meshur mesenat Haci Zeynalabdin Tagiyevin qizi Xanimla aile qurmusdur Bu da 23 fevral 1921 ci ilde dunyasini deyismis Movsum bey Xanlarovun sovet dovrunde tam unutdurulmasina bele bir alimin diqqetden tamamile kenarda qalmasina getiren amillerden biri idi IstinadlarMovsүm bәј Hanlarov Azerbaycan Sovet Ensiklopediyasi 10 ҹilddә X ҹild Frost Shүshtәr Baky Azәrbaјҹan Sovet Ensiklopediјasynyn Bash Redaksiјasy Bash redaktor Ҹ B Guliјev 1987 S 50 Platonov 1966 seh 186 Zulfuqarov 1970 seh 86 Memmedeliyev 1960 seh 26 Chanlaroff Moehsin Beg Verhalten von Thiacetsaure gegen Schwefelcyanathyl Berichte der deutschen chemischen Gesellschaft 2022 01 22 at the Wayback Machine 1882 15 p 1987 1989 Azerbaycan Sovet Ensiklopediyasi 1986 seh 50EdebiyyatQuliyev Cemil Azerbaycan Sovet Ensiklopediyasi Baku ASE Redaksiyasi 1986 Zulfuqarov J Himiya v AGU za pyatdesyat let Baku BSU Press 1970 Platonov B Mamedaliev A Stranicy zhizni Baku zdatelstvo Akademii nauk Azerbajdzhanskoj SSR 1966 Rahshanly Rasul Gerr doktor Hanlarov Baku Adiloglu 2007 Rahshanly Rasul Pervyj uchenyj himik Baku Sada 2012 Rahshanly Rasul Doktor Strasburgskogo Universiteta Hanlarov PDF Baku Elm ve tehsil 2017 Misir Merdanov Edalet Tahirzade 1920 ci iledek ali mekteblerde oxumus azerbaycanlilar C 3 F I Baki Tehsil 2019