Bu məqalənin şübhə doğurur. |
Kamil Müseyib oğlu Əliyev (22 oktyabr 1921, İrəvan – 1 mart 2005, Bakı) — Azərbaycan xalçaçı-rəssamı, professor, Azərbaycan SSR xalq rəssamı (1982).
Kamil Əliyev | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | İrəvan, Ermənistan SSR |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Dəfn yeri | Fəxri Xiyaban |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | |
Təhsili | Azərbaycan Dövlət Rəssamlıq Məktəbi |
Janrlar | Dekorativ və tətbiqi sənət, portret |
Stil | Təbriz Xalçaçılıq Məktəbi |
Tanınmış işləri | Nizami, Fizuli, Nəsimi, Puşkin, Rustaveli, Taqor, Indira Qandi, Heydər Əliyev, Ilham Əliyev portret xalçaları |
Hamisi | Lətif Kərimov |
Təsirlənib | Təbriz Xalçaçılıq Məktəbi |
Mükafatları | |
Həyatı
Kamil Əliyev 1921-ci il oktyabrın 22-də Qərbi Azərbaycanda, Ermənistan SSRin mərkəzi İrəvan şəhərində anadan olmuşdur. Anası Xanım, atası Müseyib kişi olub.
1936-cı ilin sentyabr ayında anası onu, Bakı Rəssamlıq Məktəbinə, tanınmış rəssam Əzim Əzimzadənin yanına aparır. Məktəbə qəbul edilən Kamil Əliyev 3 il burada dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin məsləhəti ilə oxuya-oxuya "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.
Kamil Əliyev Böyük Vətən müharibəsində iştirak etmiş, döyüş rəşadətinə görə 22 orden və medalla təltif edilmişdir.
Kamil Əliyev Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam — müəllifi kimi özünü təsdiqlədi. Bədii sənət üzrə fəxri fərmanın, respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olmuşdur.
Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib.
Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.
2007-ci ilin oktyabrın 26-da Azərbaycan xalçaçılıq sənətinin klassiki, rənglər və ilmələr sehrkarı Kamil Əliyevin vaxtilə yaşadığı evin qarşısında xatirə lövhəsi və ev muzeyi açılmışdır. Xatirə lövhəsində bu sözlər yazılmışdır: "Azərbaycanın xalq rəssamı, professor Kamil Əliyev bu evdə yaşamışdır 1921–2005".
Yaradıcılığı
Kamil Əliyev öz yaradıcılığı ilə Azərbaycan xalq dekorativ-tətbiqi sənətini yeni yüksəkliklərə qaldıran, xalça sənətinin incəliklərini qoruyub-saxlayaraq, onu daha da zənginləşdirən, xalçada rəngarəng milli naxışlar, rəng çalarları, müxtəlif kompozisiya və süjetlər yaradan görkəmli bir sənətkardır. Kamil Əliyev milli mənliyimizi təmsil edən bu sahəyə hələ gənc yaşlarından gəlmişdir. O, 1930-cu illərdə oxuyarkən "Azərxalça" birliyində Lətif Kərimov, Qəzənfər Xalıqov, Kazım Kazımzadə və başqa görkəmli sənət adamları ilə birlikdə bacarıqlı ornamental rəssam kimi çalışmışdır.
İkinci dünya müharibəsinin iştirakçısı Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra da öz sevimli peşəsini davam etdirir. Bir müddət o, Respublika Bədii Fonduna rəhbərlik edir, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışır. Həmin illərdə o, yalnız xalı, parça kimi toxuma mallarında yox, həmçinin, qızıl, gümüş və digər materiallarda da özünün mahir bədii tərtibatçı, ornamental rəssam kimi məharətini nümayiş etdirir. 1950-ci illərdən etibarən, Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionalıqla Azərbaycan klassiklərinin, görkəmli dövlət xadimləriinn portretlərini yaradır.
Kamil Əliyev ornamentdən istifadə edərək şair, mütəfəkkirlərin yaradıcılığındakı hisslər və emosiyalar aləmini rəng çalarları vasitəsilə canlandıraraq, tamaşaçının mənəvi dünyasına təsir göstərir.
Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr etmişdir. Bu xalçanın təravətli, şux rəngli naxışları Füzuli lirikasının dərinliyini tamaşaçıya çatdırır. Bu xalı xalq sənətimizin qiymətli bir incisi kimi Azərbaycan Dövlət İncəsənət Muzeyinin daimi ekspozisiyasına daxil edilmişdir. Xalının uğuru rəssamı o qədər ruhlandırır ki, o, bir müddət keçəndən sonra İmadəddin Nəsimi və Nizami Gəncəviyə həsr edilmiş xalıları da yaradır. Rəssam bu dahi şairlərimizin hər birinin yaradıcılığına və dünyagörüşünə xas olan cəhətləri xalça sənətinin ifadə vasitələri ilə açmağa səy göstərmiş və məqsədinə nail olmuşdur.
Hazırda Bakıda Azərbaycan xalçası muzeyində nümayiş etdirilən Nizami Gəncəvi xalısının iki başqa variantı da var. Onlardan birini müəllif Kiyevdə keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti günlərində özbək xalqına bağışlamışdır. Kamil Əliyevin portret-xalçalarının ikinci silsiləsi müxtəlif ölkələrin tanınmış siyasət və dövlət xadimlərinə həsr olunmuşdur.
Rəssam Hindistanda yaradıcılıq ezamiyyətində olarkən bu qədim Şərq ölkəsinin mədəniyyətilə yaxından tanış olur, İndira Qandinin portert-xalçasını yaratmaq üzərində düşünür. Vətənə qayıtdıqdan sonra uzun müddət xalçanın çeşnisi üzərində işləyir. Uzun axtarışlar və hind incəsənətinin incilərilə tanışlıq müəllifə bu işdə kömək etmişdir. Kamil Əliyev Azərbaycan və Hindistan sənəti üçün ənənəvi olan "buta" ornament motivindən, hindli və azərbaycanlı xalça ustalarının çox sevdiyi tünd-göy rəng çalarlarından özünəmxəsus surətdə ustalıqla istifadə etmişdir.
Kamil Əliyevin türk xalqının böyük oğlu Atatürkə həsr etdiyi portret-xalısı tam başqa ovqatlı bədii üsluba malikdir. Bu portret-xalı Kamil Əliyevin ən böyük sənət uğurlarından sayılır. Turqut Özal, Süleyman Dəmirəl, eləcə də, neçə-neçə başqa dövlət, elm və mədəniyyət xadimləri bu xalçanı çox yüksək qiymətləndirib, Kamil Əliyev sənətinə böyük hörmətlərini, ehtiramlarını bildirmişlər.
Portret təsvirli xalılar, adətən, "Türkbaf" ilməsi ilə toxunur. Bu da rəsmin dəqiq, real təsvirini təmin edir. Bu xalılar çox sıx toxunması ilə də səciyyəvidir. Texniki cəhətdən portret xalçalığı yüksək professionallıq tələb edir. Bütün bunlar, xalçalardakı portretlərin orijinala oxşamasına da böyük təsir göstərir. Ömrünü-gününü xalqına həsr etmiş, öz xalqının taleyində əbədi iz qoymuş böyük dövlət xadimi, qüdrətli şəxsiyyət Heydər Əliyevin Kamil Əliyevin tərəfindən 1999-cu ildə yaradılmış yüksək bədii xüsusiyyətlər kəsb edən portreti də belə əsərlərdəndir. Kamil Əliyev Heydər Əliyevin ölkənin Ali Baş Komandanı kimi general libasında portret xalçasını yaratmışdır. Bu portret ictimaiyyət arasında böyük rəğbətlə qarşılanmışdır. Heydər Əliyevin portreti onun 75 illiyinə hədiyyə idi.
Kamil Əliyev incəsənətimizi yüksəkliklərə qaldıran, onu öz əsərləri ilə daha da zənginləşdirən görkəmli şəxslərdən biridir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilmişdir.
Təltif və mükafatları
- "Azərbaycan SSR tətbiqi incəsənət ustası" fəxri adı — 24 may 1960
- "Azərbaycan SSR əməkdar rəssamı" fəxri adı — 7 iyul 1967
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982
- — 27 dekabr 1999
- — 22 aprel 1943
- — 23 aprel 1945
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 50 illiyi" yubiley medalı
- "Əmək veteranı" medalı
- "SSRİ Silahlı Qüvvələrinin 50 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi" yubiley medalı
- "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı
- "Berlinin alınmasına görə" medalı
- "Varşavanın azad edilməsinə görə" medalı
Mənbə
- Əsgər Zeynalov, "İrəvan ziyalıları", Bakı, "Oğuz eli", 1999. səh.255-də.
Həmçinin bax
İstinadlar
- Dahi xalçaçılar — Kamil əliyev[ölü keçid]
- Xalq rəssamı Kamil Əliyevin barelyefinin açılış mərasimi keçirilib[ölü keçid]
- . 2009-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-10-19.
- Dahi xalçaçaılar — Kamil Əliyev[ölü keçid]
- "Arxivlənmiş surət". 2021-11-27 tarixində . İstifadə tarixi: 2010-10-19.
- Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı 2020-01-16 at the Wayback Machine — anl.az saytı
Xarici keçidlər
- Xalq rəssamı Kamil Əliyevə — Bakı şəhəri, 27 dekabr 1999-cu il 2010-07-14 at the Wayback Machine
- "Azərbaycan xalça sənətinin Kamili" kitabının təqdimatı olmuşdur
- AME
- Görkəmli xalçaçı-rəssam Kamil Əliyevin 100 yaşı tamam olur
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu ad soyadli diger sexsler haqqinda da meqaleler var bax Kamil Eliyev Bu meqalenin neytralligi subhe dogurur Meqalede teref tutma ve ya pislemek meqsedi dasiyan ve dogrulugu subut edilmeyen fikirlerin oldugu iddia edilir Xahis olunur bu mesele ile elaqedar istirak edesiniz Kamil Museyib oglu Eliyev 22 oktyabr 1921 Irevan 1 mart 2005 Baki Azerbaycan xalcaci ressami professor Azerbaycan SSR xalq ressami 1982 Kamil EliyevDogum tarixi 22 oktyabr 1921Dogum yeri Irevan Ermenistan SSRVefat tarixi 1 mart 2005 83 yasinda Vefat yeri Baki AzerbaycanDefn yeri Fexri XiyabanMilliyyeti AzerbaycanliFealiyyetiTehsili Azerbaycan Dovlet Ressamliq MektebiJanrlar Dekorativ ve tetbiqi senet portretStil Tebriz Xalcaciliq MektebiTaninmis isleri Nizami Fizuli Nesimi Puskin Rustaveli Taqor Indira Qandi Heyder Eliyev Ilham Eliyev portret xalcalariHamisi Letif KerimovTesirlenib Tebriz Xalcaciliq MektebiMukafatlari 1982 1967 1960 1992 1943 1945HeyatiKamil Eliyev 1921 ci il oktyabrin 22 de Qerbi Azerbaycanda Ermenistan SSRin merkezi Irevan seherinde anadan olmusdur Anasi Xanim atasi Museyib kisi olub 1936 ci ilin sentyabr ayinda anasi onu Baki Ressamliq Mektebine taninmis ressam Ezim Ezimzadenin yanina aparir Mektebe qebul edilen Kamil Eliyev 3 il burada dekorasiya sobesinde tehsil alir ve muellimlerinin mesleheti ile oxuya oxuya Azerxalca birliyinde eksperimental laboratoriyada kocurucu ressam kimi islemeye baslayir Kamil Eliyev Boyuk Veten muharibesinde istirak etmis doyus resadetine gore 22 orden ve medalla teltif edilmisdir Kamil Eliyev Baki Bedii Ressamliq Fondunda calisarken fil sumuyunden qizildan gumusden onlarla orijinal entiq esyanin gumus dolca caydan armudu stekan destlerinin bedii tertibatcisi ressam muellifi kimi ozunu tesdiqledi Bedii senet uzre fexri fermanin respublikanin tetbiqi incesenet ustasi adinin 1960 ilk sahibi olmusdur Xalq dekorativ tetbiqi seneti sahesinde gorduyu semereli elmi islere gore ona professor elmi derecesi verilib Kamil Eliyev 1 mart 2005 ci ilde vefat etmisdir Kamil Eliyevin xatire lovhesi Baki 2007 ci ilin oktyabrin 26 da Azerbaycan xalcaciliq senetinin klassiki rengler ve ilmeler sehrkari Kamil Eliyevin vaxtile yasadigi evin qarsisinda xatire lovhesi ve ev muzeyi acilmisdir Xatire lovhesinde bu sozler yazilmisdir Azerbaycanin xalq ressami professor Kamil Eliyev bu evde yasamisdir 1921 2005 YaradiciligiKamil Eliyev oz yaradiciligi ile Azerbaycan xalq dekorativ tetbiqi senetini yeni yuksekliklere qaldiran xalca senetinin inceliklerini qoruyub saxlayaraq onu daha da zenginlesdiren xalcada rengareng milli naxislar reng calarlari muxtelif kompozisiya ve sujetler yaradan gorkemli bir senetkardir Kamil Eliyev milli menliyimizi temsil eden bu saheye hele genc yaslarindan gelmisdir O 1930 cu illerde oxuyarken Azerxalca birliyinde Letif Kerimov Qezenfer Xaliqov Kazim Kazimzade ve basqa gorkemli senet adamlari ile birlikde bacariqli ornamental ressam kimi calismisdir Ikinci dunya muharibesinin istirakcisi Kamil Eliyev 1946 ci ilde ordudan qayitdiqdan sonra da oz sevimli pesesini davam etdirir Bir muddet o Respublika Bedii Fonduna rehberlik edir sonralar Baki zergerlik fabrikinde direktor vezifesinde calisir Hemin illerde o yalniz xali parca kimi toxuma mallarinda yox hemcinin qizil gumus ve diger materiallarda da ozunun mahir bedii tertibatci ornamental ressam kimi meharetini numayis etdirir 1950 ci illerden etibaren Kamil Eliyevin yaradiciliginda sujetli xalilarin ve portret xalcalarin yaradilmasi aparici movqe tutur Bu illerde senetkar bir birinin ardinca yuksek professionaliqla Azerbaycan klassiklerinin gorkemli dovlet xadimleriinn portretlerini yaradir Kamil Eliyev ornamentden istifade ederek sair mutefekkirlerin yaradiciligindaki hissler ve emosiyalar alemini reng calarlari vasitesile canlandiraraq tamasacinin menevi dunyasina tesir gosterir Kamil Eliyev ilk portret xalcasini 1958 ci ilde boyuk Azerbaycan sairi Mehemmed Fuzulinin anadan olmasinin 400 illiyine hesr etmisdir Bu xalcanin teravetli sux rengli naxislari Fuzuli lirikasinin derinliyini tamasaciya catdirir Bu xali xalq senetimizin qiymetli bir incisi kimi Azerbaycan Dovlet Incesenet Muzeyinin daimi ekspozisiyasina daxil edilmisdir Xalinin uguru ressami o qeder ruhlandirir ki o bir muddet kecenden sonra Imadeddin Nesimi ve Nizami Genceviye hesr edilmis xalilari da yaradir Ressam bu dahi sairlerimizin her birinin yaradiciligina ve dunyagorusune xas olan cehetleri xalca senetinin ifade vasiteleri ile acmaga sey gostermis ve meqsedine nail olmusdur Hazirda Bakida Azerbaycan xalcasi muzeyinde numayis etdirilen Nizami Gencevi xalisinin iki basqa varianti da var Onlardan birini muellif Kiyevde kecirilen Azerbaycan edebiyyati ve inceseneti gunlerinde ozbek xalqina bagislamisdir Kamil Eliyevin portret xalcalarinin ikinci silsilesi muxtelif olkelerin taninmis siyaset ve dovlet xadimlerine hesr olunmusdur Ressam Hindistanda yaradiciliq ezamiyyetinde olarken bu qedim Serq olkesinin medeniyyetile yaxindan tanis olur Indira Qandinin portert xalcasini yaratmaq uzerinde dusunur Vetene qayitdiqdan sonra uzun muddet xalcanin cesnisi uzerinde isleyir Uzun axtarislar ve hind incesenetinin incilerile tanisliq muellife bu isde komek etmisdir Kamil Eliyev Azerbaycan ve Hindistan seneti ucun enenevi olan buta ornament motivinden hindli ve azerbaycanli xalca ustalarinin cox sevdiyi tund goy reng calarlarindan ozunemxesus suretde ustaliqla istifade etmisdir Kamil Eliyevin turk xalqinin boyuk oglu Ataturke hesr etdiyi portret xalisi tam basqa ovqatli bedii usluba malikdir Bu portret xali Kamil Eliyevin en boyuk senet ugurlarindan sayilir Turqut Ozal Suleyman Demirel elece de nece nece basqa dovlet elm ve medeniyyet xadimleri bu xalcani cox yuksek qiymetlendirib Kamil Eliyev senetine boyuk hormetlerini ehtiramlarini bildirmisler Portret tesvirli xalilar adeten Turkbaf ilmesi ile toxunur Bu da resmin deqiq real tesvirini temin edir Bu xalilar cox six toxunmasi ile de seciyyevidir Texniki cehetden portret xalcaligi yuksek professionalliq teleb edir Butun bunlar xalcalardaki portretlerin orijinala oxsamasina da boyuk tesir gosterir Omrunu gununu xalqina hesr etmis oz xalqinin taleyinde ebedi iz qoymus boyuk dovlet xadimi qudretli sexsiyyet Heyder Eliyevin Kamil Eliyevin terefinden 1999 cu ilde yaradilmis yuksek bedii xususiyyetler kesb eden portreti de bele eserlerdendir Kamil Eliyev Heyder Eliyevin olkenin Ali Bas Komandani kimi general libasinda portret xalcasini yaratmisdir Bu portret ictimaiyyet arasinda boyuk regbetle qarsilanmisdir Heyder Eliyevin portreti onun 75 illiyine hediyye idi Kamil Eliyev incesenetimizi yuksekliklere qaldiran onu oz eserleri ile daha da zenginlesdiren gorkemli sexslerden biridir Ressamin eserleri Paris London Tokio Dehli Ankara Istanbul Tehran Moskva Kiyev ve basqa seherlerin nufuzlu muzey ve qalereyalarinda numayis etdirilmisdir Teltif ve mukafatlari Azerbaycan SSR tetbiqi incesenet ustasi fexri adi 24 may 1960 Azerbaycan SSR emekdar ressami fexri adi 7 iyul 1967 Azerbaycan SSR xalq ressami fexri adi 1 dekabr 1982 Istiqlal ordeni 27 dekabr 1999 Seref nisani ordeni 1 ci dereceli Veten muharibesi ordeni Doyus xidmetlerine gore medali 22 aprel 1943 Qafqazin mudafiesine gore medali 23 aprel 1945 1941 1945 ci iller Boyuk Veten muharibesinde Almaniya uzerinde qelebeye gore medali 1941 1945 ci iller Boyuk Veten muharibesinde qelebenin 20 illiyi yubiley medali 1941 1945 ci iller Boyuk Veten muharibesinde Qelebenin 30 illiyi yubiley medali 1941 1945 ci iller Boyuk Veten muharibesinde Qelebenin 40 illiyi yubiley medali 1941 1945 ci iller Boyuk Veten muharibesinde qelebenin 50 illiyi yubiley medali Emek veterani medali SSRI Silahli Quvvelerinin 50 illiyi yubiley medali SSRI Silahli Quvvelerinin 60 illiyi yubiley medali SSRI Silahli Quvvelerinin 70 illiyi yubiley medali Vladimir Ilic Leninin anadan olmasinin 100 illiyi munasibetile yubiley medali Berlinin alinmasina gore medali Varsavanin azad edilmesine gore medaliMenbeEsger Zeynalov Irevan ziyalilari Baki Oguz eli 1999 seh 255 de Hemcinin baxKamil Eliyevin ev muzeyiIstinadlarDahi xalcacilar Kamil eliyev olu kecid Xalq ressami Kamil Eliyevin barelyefinin acilis merasimi kecirilib olu kecid 2009 09 24 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2010 10 19 Dahi xalcacailar Kamil Eliyev olu kecid Arxivlenmis suret 2021 11 27 tarixinde Istifade tarixi 2010 10 19 Respublika tesviri senet xadimlerine Azerbaycan SSR fexri adlari verilmesi haqqinda Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin 1 dekabr 1982 ci il tarixli Fermani 2020 01 16 at the Wayback Machine anl az saytiXarici kecidlerXalq ressami Kamil Eliyeve Baki seheri 27 dekabr 1999 cu il 2010 07 14 at the Wayback Machine Azerbaycan xalca senetinin Kamili kitabinin teqdimati olmusdur AME Gorkemli xalcaci ressam Kamil Eliyevin 100 yasi tamam olur