Hafiz Əbru adı ilə tanınan, XIV–XV əsr tarixçi və coğrafiyaçısı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfi. Xorasanlı Hafiz Əbru həm də dövrünün mahir şahmatçılarından idi.
Hafiz Əbru | |
---|---|
Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfi | |
Doğum tarixi | |
Doğum yeri | Herat |
Vəfat tarixi | |
Vəfat yeri | |
Elm sahələri | Tarix, Coğrafiya |
Vikianbarda əlaqəli mediafayllar |
Hafiz Əbrunun həyatı
Hafiz Əbrunun həyatı və fəaliyyəti haqqında bir o qədər də çox məlumat sahibi deyilik. Onun həyatı və əsərləri haqqında V. V. Bartold, İ. Y. Kraçkovski, A. Krımski, E. Braunun, X. Elliotun, X. Bayani, M. Xərəvi, Ç. Stori, Z. Safa və bir çox başqa tədqiqatçıların əsərlərində göstərilən faktlar əsasında və müxtəlif orta əsr mənbələrindən götürülən məlumatlar əsasında məlumat alırıq. Onun doğulduğu yer Herat şəhəri hesab edilir. Təhsilini Həmədanda alıb. Əsərlərində özünü Abdullah ibn Lütfullah ibn ər-Rəşid Behdaddini adlandırır. Bartold öz tədqiqatlarında belə nəticəyə gəlmişdi ki, onun əsl adı Şihabəddin Abdullah ibn Lütfullah əl-Xəvəfidir. Hafiz Əbrunun təxəllüsü ilə bağlı müxtəlif fikirlər var. "Hafiz" sözünün 2 mənası var: ya bu şəxs Quranın mətninin əzbər bilir, ya da 100.000 hədis bilir (Məhəmməd peyğəmbərin əməlləri barədə hədslər və peyğəmbərimiz tərəfindən deyilən hədislər). Hafiz sözünün digər mənası qoruyan deməkdir. Adın ikinci hissəsi — "Əbru" (farscadan tərcümədə qaş deməkdir) onun gözəl qaşları olduğuna görə Hafiz sözünə bu söz əlavə olunub. Onun doğum və ölüm tarixi dəqiq müəyyən edilməyib. Oun 1430-cu ildə ölməsini Elliot irəli sürür. İlk dəfə o göstərdiyi fəaliyyətlə bağlı "Zeyl-e Came ət-Təvarix" əsərində məlumat verir. Fasih Xəvəfi göstərirdi ki, Hafiz Əbru 3 şəvval hicri 833-cü ildə (25. VI.1430) Şahruxun (1377–1447) Azərbaycandan qayıtdığı vaxt vəfat edib. Şahrux Azərbaycandan Qaraqoyunlu (Baharlı) dövləti ilə — Qara İsgəndərlə (1420–1435) müharibədən sonra qayıdıb. Əgər bu faktı da diqqətə alsaq, onda Hafiz Əbrunun 70 il yaşadığını hesab etmək olar (1361–1430). O, ilk dəfə Teymurun sarayında (1336–1405) şahmatçı kimi şöhrət tapıb. Əbdür-rəzzaq Səmərqəndi yazır ki, Teymur hər bir şəhəri tutandan sonra şahmat oynamaq üçün şahmatçı axtarırdı. Hafiz Əbru ilə tanışlığı belə olub. Bundan sonra onlar arasında dostluq möhkəmlənib. Hafiz Əbru ilə Teymur arasında isti münasibətlərinin yaranmasında təkcə şahmat oyunu deyil, həm də birincinin mənşəyi olub. V. V. Bartoldun sözlərinə görə, Teymur hər kəsdən çox xorasanlılara etibar edirdi. Hafiz Əbru da xorasanlı idi. Teymurun ölümündən sonra Hafiz Əbru onun oğlu Şahruxun sarayında qaldı. Burada artıq Teymur zamanında olduğu kimi şahmatçılara dəyər verilmirdi. Şahrux öz növbəsində ona müxtəlif tapşırıqlar verirdi. Tapşırıqların öhdəsindən layiqincə gələn Hafiz Əbru məşhur tarixçi və coğrafiyaşünas oldu.
Hafiz Əbrunun əsərləri
Hafiz Əbru türk, ərəb, fars dillərini bilirdi. Həm də dövrün yazılı mənbələri ilə tanış idi. O əsərlərini sadə və anlaşıqlı dildə yazmışdır. Tarixçinin əsərlərinə aşağıdakılar daxildir:
"Məcmue-ye Hafiz-e Əbru" (Hafiz Əbrunu toplusu)
Bu əsər 1417-ci ildə Şahruxun göstərişi ilə yazılıb, müxtəlif tarixçilərin əsərlərindən təşkil olunub aralarında Hafiz Əbrunun əsərləri də vardı. Bu əsər aşağıdakı hissələrdən ibarətdir:
— Ön söz;
— "Tarix-e Təbəri" (Təbərinin tarixi) Bəlaminin tərcüməsində;
— "Came ət-təvarix" (tarixlərin toplusu) Fəzlulah Rəşidəddin;
— "Zey-e Came ət-Təvarix" (Rəşidəddinin tarixlər toplusuna əlavə).
— Qurdlar sülaləsinin mənşəyi və qısa tarixinin təsviri;
— Müzəffəridlər sülaləsinin mənşəyi və qısa tarixinin təsviri;
— Toğay Teymura, əmir Valiyə, Sərbərdar və Əmir Arqun şaha həsr edilmiş 4 traktat;
— "Zəfərnamə" əsəri-Nizaməddin Şami
— "Zeyl-e Zəfərnamə" (Hafiz Əbrunun Nizaməddin Şaminin əsərinə əlavəsi).
— 1416-cı ilə qədərki hadisələrin təsviri.
"Məcməat-təvarix" (Tarixlər Məcmuəsi) adlı tarixlər toplusu
Bu əsər Şahruxun oğlu göstərişi ilə yazılmış ümumdünya tarixidir. Əsərdəki məlumatlar 4 hissədən ibarətdir:
— Həzrəti Məhəmmədə qədər ilk insan Həzrəti Adəmdən başlayaraq, və İslama qədərki İran tarixi də daxil olmaqla peyğəmbərlərin tarixinin təsviri.
— Məhəmməd peyğəmbərin həyatından başlayaraq Abbasilər sülaləsinin (751–1258) idarəçiliyinin sonuna qədər baş verən hadisələrin təsviri.
— Monqol dövrünə qədər Səffarilər, Samanilər, Qəznəvilər, Qurilər, Səlcuqilər, Xarəzmşahlar sülalələrinin hakimiyyətlərinin təsviri;
"Zübdət ət-təvarix-e Baysunquri" ("Baysunqur tarixinin qaymaqları") Hafiz Əbru Baysunqura həsr edib. O, öz növbəsində 2 hissəyə bölünür;
— 1335-ci ildən 1405-ci ilədək hadisələrin təsviri;
— Şahruxun hakimiyyəti dövründə 1427-ci ilə qədərki hadisələrin tarixi təsviri.
Əgər müəllifin 1430-cu ildə öldüyü faktı ilə razılaşsaq, onda güman etmək olar ki, o, 2–3 il qocalığı ilə əlaqədar fəaliyyət göstərməyib.
"Coğrafiya-ye Hafiz-i Əbru" (Hafiz Əbrunun Coğrafiyası)
Bu əsər 2 hissədən ibarətdir:
- Qərbdən şərqə, Məğribdən Kerman əyalətinə qədər olan ölkələrin təsviri və kosmoqrafik xarakterinə giriş;
- Xorasan və Mavərənnəhr şəhərləri haqqında məlumatlar və 1420-ci ilə qədər olan hadisələrin təsviri;
"Zeyl-e Came ət-təvarix-e Rəşidi" (Rəşidəddinin tarixlər toplusuna əlavə).
Yuxarıda deyilənlərdən aydın olur ki, "Zeyl-e Came ət-təvarix-e Rəşidi" "Məcmueyi Hafizi Əbru" toplusunun tərkibinə daxildir. Onun yazılma tarixi 1417-ci ilə aid edilir. Şahrux Hafiz Əbrunu yanına çağıraraq Fəzlullah Rəşidəddinin "Came ət-təvarix"nin davamını yazmağı tapşırır. Əsər 1304-cü ildən Hafiz Əbrunun dövrünə qədər olan hadisələri əks etdirməli idi, lakin bu göstərişə baxmayaraq hadisələr 1393-cü ilə kimi hadisələrin tarixini özündə əks etdirir. Səbəbi isə Nizaməddin Şaminin hadisələri xroniki şəkildə "Zəfərnamə" əsərində əks etdirməsi idi. Ona görə Hafiz Əbru onu təkrarlamağı lazım bilməyib. Hafiz Əbru əsərlərində adətən öz adını göstərmirdi və bu müasir tədqiqatçılar üçün müəyyən çətinliklər yaradırdı. Belə əsərlər sırasında "Coğrafiya-ye Hafiz-i Əbru", "Zübdət ət-təvarix-e Baysunquri", "Məcmue-ye Hafiz-e Əbru"nun adını çəkmək olar. Tanınmış şərqşünas V. Q. Tizenqauzen "Zeyl-e Came ət-təvarix-e Rəşidi" əsərini tədqiq edərkən yazırdı: "Rəşidəddinin "Salnamələr toplusu"nun ardı Olcaytu və Əbu Səidin hakimiyyəti dövrünü əhatə edir, naməlum müəllif tərəfindən Şahruxun göstərişi ilə yazılmış ola bilər ki, bu müəllif Hafiz Əbru olub. "V. Q. Tizenqauzenlə yanaşı Çex alimi Feliks Tauer öz tədqiqatlarında Hafiz Əbruya və onun əsərlərinə xüsusi diqqət ayırıb. 1909-cu ildə E. Braunun fars ədəbiyyatının tarixi üzrə kitabı nəşr olunur. Orada müəllif Hafiz Əbruun bütün əsərlərini yazıb, lakin "Zeyl-e Came ət-təvarix-e Rəşidi" haqqlnda məlumat kasad xarakter daşıyır. X. Elliotun "Hindistan tarixi" əsərində (1872) Hafiz Əbru haqqında müəyyən məlumatlar öz əksini tapıb, lakin bizim haqqında danışdığımız əsəri haqqında lazımi məlumat vermir. 1927-ci ildə Ç. A. Stori avtobioqrafik toplu nəşr etdirib. 1972-ci ildə bu nəşri Y. E. Breqal ingilis dilində tərcümə edib dərc edir. Burada Hafiz Əbru haqqında qısa bioqrafik məlumatlar (tərcümeyi hallar) verilib. Onun əsərləri, o cümlədən "Zeyl-e Came ət-təvarix-e Rəşidi" əsəri haqqında məlumatlar verilir. Rus şərqşünasları arasında bu və ya digər dərəcədə Hafiz Əbrunun əsərlərinə nəzər salanlardan akademik V. V. Bartoldu, İ. Y. Kraçkovskini, A. Krımskini və başqalarını misal göstərmək olar. Akademik V. V. Bartold öz əsərlərində mənbəşünaslığa Hafiz Əbrunun Şərqin tarixi və coğrafiyası üçün əhəmiyyətli bütün əsərləri haqqında məlumat verir. Bu məlumatlara baxmayaraq göstərilən mənbələr çox azdır. Akademik İ. Y. Kraçkovski coğrafi ədəbiyyatları tədqiq edərkən Hafiz Əbrunun yaradıcılığını diqqətdən kənarda qoymayıb əsərlərin bütün nüanslarını tamamilə əhatə etməyə çalışsa da, o, "Zeyl-e Came ət-təvarix-e Rəşidi" əsərinə heç toxunmayıb. Krımski "İran tarixi, onun ədəbiyyatı" əsərində mənbə haqqında bəzi məlumatlar verir, lakin yanlış olaraq əsərin 1316-cı ilə qədər olan hadisələri əhatə etməsini göstərmişdi. D. Y. Yusupov Fasih Xəvəfinin yaradıcılığını və onun "Mucməl-i Fasihi" əsərini tədqiq edərək onu Hafiz Əbrunun əsəri ilə müqayisə etmişdi. Burada Hafiz Əbrunun tərcümeyi-halı haqqında bəzi məlumatlar da əks olunmuşdu. Farsdilli mənbəşünaslar arasında Z. Safa, M. Xaravi, X. Bayaninin adını çəkmək olar. X. Bayani Hafiz Əbrunun bütün irsini fundamental şəkildə ilk dəfə öyrənmişdi. X. Bəyani 1972-ci ildə daha da irəli gedərək Tehranda həmin əsərin mətnini nəşr etdirib. Hafiz Əbru M. Xaravidə tarixçi kimi yox, coğrafiyaçı kimi verilmişdi. Hafiz Əbrunun coğrafi əsərlərinə istinad edərək Xorasanın coğrafiyasını tədqiq etmişdi. Burada müəllifin özü və onun başqa əsərləri haqqında olan məlumatları əldə etmək olar. Azərbaycan tarixində Ə. Əlizadə, Z. Bünyadov, S. M. Onullahi, S. Aşurbəyli, V. Z. Piriyev, M. D. Kazımov kimi tarixçilər Hafiz Əbrunun XIV əsr Azərbaycan tarixi ilə bağlı hissələrini əsərlərində işıqlandırmışlar. Əbdülkərim Əlizadə 1956-cı ildə nəşr etdiyi "XIII-XIV əsrlərdə Azərbaycanın sosial-iqtisadi və siyasi tarixi" adlı fundamental monoqrafiyasını, Seyidağa Onulahi 1982-ci ildə nəşr etdiyi "XIII-XVII əsrlərdə Təbriz şəhəri", Sara Aşurbəyli "Bakı şəhərinin tarixi", "Şirvanşahlar dövləti" kitablarını yazarkən Hafiz Əbruya müraciət etmişdilər. Hafiz Əbrunun məlumatları konkret, dəqiq, digər mənbələri tamamlaya bilən məlumatlardır. Hadisələri əks etdirərkən müəllif heç bir detalı qaçırtmamağa çalışırdı. Dediyimiz kimi müəllif 1304–1393-cü iləri əsərində əks etdirib. Əsər isə önsözlə başlayır. Burada kitabın yazılma səbəbi, ardınca 75 rəvayət əksini tapıb. Onların adı bəziləri istisna olmaqla, "xatırlatma" sözü ilə başlayır, məsələn "Gilan döyüşü haqqında xatırlatma". Bu Hafiz Əbrunun həmin hadisələrin şahidi olmaması ilə bağlıdır. Burada vilayət hakimlərinin dəyişdirilməsi, onların mərkəzi hakimiyyətə qarşı müxtəlif çıxışları haqqında məlumat verilir və b. Hafiz Əbru şairlər, qanunvericilər, Cəmaləddin Salman ibn Ələddini Məhəmməd (XIV əsrin əvvəlləri – 1376/1377) kimi tanınan şeyx Qütbəddin Çişti (sufilərin Çişti ordeninin nümayəndəsi), Mövlana Mahiəddin Bərdəyi, Pir Ömər Naxçıvanı və b. haqqında bəzi məlumatlar verir. Bu mənbədə tikinti işləri, təsərrüfat tədbirləri haqqında məlumatlar da var. Sultaniyyə şəhərinin yaradılması haqqında olan məlumatda riyazi və həndəsi biliklər haqqında möhtəşəm biliklər verilir. Hafiz Əbru Fəzlullah Rəşidəddinin "Came ət-təvarix", Əbülqasim Kaşaninin "Tarix-e Ulcaytu", Həmdullah Qəzvininin "Tarix-e Qozide" və "Zeyl-e Tarix-e Qozide", Zeynəddin ibn Həmdullah Qəzvininin "Zeyl-e Tarix-e Qozide", İbn Bəttutənin "Səfərnamə", Əbu Bəkr əl Qütbi əl-Əhərini "Tarix-e Şeyx Üveys" və b. müəlliflərin əsərlərindən mənbə kimi yararlanmışdır. Hafiz Əbru üçün ilkin mənbə rolunu Həmdullah Qəzvini və onun oğlu Zeynəddinin əsərləri oynamışdı. Həmin əsərləri müqayisə edəndə onlar arasında yaxınlıq sezilir. Hafiz Əbru onlardan fərqli olaraq bəzi hadisələri geniş deyil, faktı göstərməklə əks etdirmişdi. Məsələn, Sultaniyyə şəhərinin salınması ilə bağlı Hafiz Əbru yazır ki, Sultan Ulcaytu orada Müstənsirin Bağdadda tikdirdiyi kimi mədrəsə tikdirdi. Həmdullah Qəzvini 1226–1242-ci illərdə hakimiyyətdə olmuş xəlifə Müstənsirin 7 illiyə (1227–1234) tikdirdiyi mədrəsə haqqında məlumat verir. Hafiz Əbru uzun-uzadı söhbətdən qaçaraq konkret faktları göstərirdi. 1336-cı ildə Rəşidəddin oğlu Qiyasəddin Rəşidinin ölümündən sonra oyratlar tərəfindən Təbrizin talan edilməsi və ora əmir təyin olunması haqqında məlumat verərkən Hafiz Əbru səhvə yol verir. Hafiz Əbru Təbrizə vəzir vəzifəsinə yalnız bir şəxsin təyin edilməsini göstərir. Həmdullah Qəzvini isə iki vəzir göstərir. Hafiz Əbru ilə Zeynəddinin əsəri arasında da bu tip ziddiyyətlər var. Hafiz Əbru gah mənbəni bütövlükdə köçürdüb, gah da səhv əlavələr etmişdir. Hafiz Əbru Azərbaycanda ərazi adlarını göstərərkən də səhvlər edir. Ağstafa, Şamxor, Bərgüşad yerinə o, Akiyata, Şamxur, Bəzkaşad yazır. Kazımov və Piriyev bunu müəllifin Azərbaycanı pis tanıması ilə əlaqələndirir. Hafiz Əbru Kaşaninin "Tarix-e Ulcaytu" əsərindən də yararlanıb. Bu əsərdə 1304–1316-cı illər əks olunub. Hafiz Əbru və Həmdullah Qəzvinidən fərqli olaraq bəzi tarixlərdə Kaşani ilə uyğunsuzluqlar var. Məsələn, Ulcaytu daha da dəqiqləşdirərək 27 ramazan, hicri 716-cı ildə (13.12.1316) hansısa bir içkidən içəndən sonra ölçdüyünü göstərmişdi. Onun ölümündən sonra Rəşidəddin və oğlu Xoca İbrahim edam edildi. Ulcaytunun islamı qəbul etməsi, zəlzələ (20 ramazan, hicri 704-cü il (16.04.1305) və sair kimi məlumatları Hafiz Əbru Kaşanidən götürə bilməyib. Digər mənbə Fəxrəddin Banakatinin "Tarix-e Banakati" əsəridir. Bu əsərdə hadisələr 1317-ci ilə kimidir. Hafiz Əbru Əl-Əhəridən ayrı-ayrı dövlət xadimləri haqqında məlumatlar toplamışdı, lakin yenə səhvlər buraxmışdı. O, yanlış olaraq yazır ki, Şeyx Üveysin babası ata xətti üzrə Həsən olub. Əl-Əhəriyə görə isə Hüseyn adlanırdı. Hafiz Əbrunun mənbələrinə Muinəddin Natanzinin "Müntəxab ət-təvarix" əsəri də daxil idi. Bu sadaladıqlarım Hafiz Əbru üçün yalnız mənbə olub. Elə məlumatlar var ki, yalnız Hafiz Əbruda var. Məsələn, sarer vergisinin ləğv edilməsi haqqında məlumata yalnız Hafiz Əbruda rastlanır. Ümumiyyətlə elxanilər dövlətinin vergi sistemi haqqında Hafiz Əbruda xeyli məlumat var. Hafiz Əbru əsərini şeirlərlə də bəzəyirdi. Tanınmış şairlərdən Əbülqasim Firdovsi, Nizami Gəncəvi, Salman Savəci, İmrul Qeys və başqalarının şeirlərini bəzən öz şəxsi şeirlərini əsərinə əlavə edirdi. Bu əsər XIV əsr Azərbaycan tarixi üçün əvəzəedilməz qaynaqdır. "Zeyl-e Came ət-təvarix-e Rəşidi" əsərinin əlyazmaları dünyanın müxtəlif kitabxanalarında saxlanılır. Bu gün 10 əlyazması haqqında məlumat var: 1 Paris, 2 İstanbul, 3 London, 3 Tehran və 1 Məşhəddə saxlanılan əlyazma. X. Bayani tərəfindən 1972-ci ildə Tehranda mətnin tərcüməsi nəşr olunmuşdu. 68 başlıq xatırlatma sözü ilə başlanır. Xatırlatma Ulcaytudan başlanaraq 1356-cı il Məlik Əşrəfin hakimiyyətini xatırlatması ilə bitir. Növbəti Şeyx Həsənin ölümü və Üveysin taxta çıxması ilə artıq yeni bölüm başlayır və Ağçokun İraqda hakimiyyətə gəlməsi ilə başa çatır. Hülakilər Qazan xandan sonrakı vəziyyətini, Azərbaycandakı vəziyyəti, Üveysin Azərbaycanı tutması, hələ bundan əvvəl dövlət yaratması və sair haqqında bu 89 il ərzində baş verən hadisələr çox gözəl, maraqlı, anlaşıqlı şəkildə təsvir olunurdu. Müəllif Teymuru xatırlatmağa ehtiyac duymamışdı. Bunun da səbəbi Nizaməddin Şami tərəfindən "Zəfərnamə" 1393-cü ildən sonrakı hadisələri ardıcıllıqla həkk olunması idi.
İstinadlar
- Ḥāfiẓ-i Abrū // Encyclopædia Britannica (ing.).
- İslam Ansiklopedisi. İstanbul: Türkiyə Diyanet Vakfı, 1997, c.15. s. 89
- V. V. Bartold. Əsərləri. Moskva: Nauka, 1971, c. VII, s.241 (rusca)
- "Hafiz Əbru". 2022-04-03 tarixində . İstifadə tarixi: 2016-12-17.
- "Fəzlullah Rəşidəddin. Came ət-təvarix. Bakı: Nağıl evi, 2011, 540 s. (rusca)". 2022-04-03 tarixində . İstifadə tarixi: 2016-12-17.
- "Nizaməddin Şami". 2022-04-03 tarixində . İstifadə tarixi: 2016-12-17.
- X. Bayani. Hafiz Əbrunun hal və həyatının şərhi. Tehran, 1972 (farsca)
- "Şirvanşahlar dövləti". 2022-04-03 tarixində . İstifadə tarixi: 2016-12-17.
- Hafiz Əbru. Zey-i Cami ət-tarix-i Rəşidi. Fars diliindən tərcümə, önsöz, şərhlər, qeyd və göstəricilər Elvin Talışxanova aiddir. Bakı, 2007, s. 11–23 (rusca)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Hafiz Ebru adi ile taninan XIV XV esr tarixci ve cografiyacisi Sihabeddin Abdullah ibn Lutfullah el Xevefi Xorasanli Hafiz Ebru hem de dovrunun mahir sahmatcilarindan idi Hafiz EbruSihabeddin Abdullah ibn Lutfullah el XevefiDogum tarixi 1361Dogum yeri HeratVefat tarixi 1430Vefat yeri Zencan Zencan sehristani Zencan ostani IranElm saheleri Tarix Cografiya Vikianbarda elaqeli mediafayllarHafiz Ebrunun heyatiHafiz Ebrunun heyati ve fealiyyeti haqqinda bir o qeder de cox melumat sahibi deyilik Onun heyati ve eserleri haqqinda V V Bartold I Y Krackovski A Krimski E Braunun X Elliotun X Bayani M Xerevi C Stori Z Safa ve bir cox basqa tedqiqatcilarin eserlerinde gosterilen faktlar esasinda ve muxtelif orta esr menbelerinden goturulen melumatlar esasinda melumat aliriq Onun doguldugu yer Herat seheri hesab edilir Tehsilini Hemedanda alib Eserlerinde ozunu Abdullah ibn Lutfullah ibn er Resid Behdaddini adlandirir Bartold oz tedqiqatlarinda bele neticeye gelmisdi ki onun esl adi Sihabeddin Abdullah ibn Lutfullah el Xevefidir Hafiz Ebrunun texellusu ile bagli muxtelif fikirler var Hafiz sozunun 2 menasi var ya bu sexs Quranin metninin ezber bilir ya da 100 000 hedis bilir Mehemmed peygemberin emelleri barede hedsler ve peygemberimiz terefinden deyilen hedisler Hafiz sozunun diger menasi qoruyan demekdir Adin ikinci hissesi Ebru farscadan tercumede qas demekdir onun gozel qaslari olduguna gore Hafiz sozune bu soz elave olunub Onun dogum ve olum tarixi deqiq mueyyen edilmeyib Oun 1430 cu ilde olmesini Elliot ireli surur Ilk defe o gosterdiyi fealiyyetle bagli Zeyl e Came et Tevarix eserinde melumat verir Fasih Xevefi gosterirdi ki Hafiz Ebru 3 sevval hicri 833 cu ilde 25 VI 1430 Sahruxun 1377 1447 Azerbaycandan qayitdigi vaxt vefat edib Sahrux Azerbaycandan Qaraqoyunlu Baharli dovleti ile Qara Isgenderle 1420 1435 muharibeden sonra qayidib Eger bu fakti da diqqete alsaq onda Hafiz Ebrunun 70 il yasadigini hesab etmek olar 1361 1430 O ilk defe Teymurun sarayinda 1336 1405 sahmatci kimi sohret tapib Ebdur rezzaq Semerqendi yazir ki Teymur her bir seheri tutandan sonra sahmat oynamaq ucun sahmatci axtarirdi Hafiz Ebru ile tanisligi bele olub Bundan sonra onlar arasinda dostluq mohkemlenib Hafiz Ebru ile Teymur arasinda isti munasibetlerinin yaranmasinda tekce sahmat oyunu deyil hem de birincinin menseyi olub V V Bartoldun sozlerine gore Teymur her kesden cox xorasanlilara etibar edirdi Hafiz Ebru da xorasanli idi Teymurun olumunden sonra Hafiz Ebru onun oglu Sahruxun sarayinda qaldi Burada artiq Teymur zamaninda oldugu kimi sahmatcilara deyer verilmirdi Sahrux oz novbesinde ona muxtelif tapsiriqlar verirdi Tapsiriqlarin ohdesinden layiqince gelen Hafiz Ebru meshur tarixci ve cografiyasunas oldu Hafiz Ebrunun eserleriHafiz Ebru turk ereb fars dillerini bilirdi Hem de dovrun yazili menbeleri ile tanis idi O eserlerini sade ve anlasiqli dilde yazmisdir Tarixcinin eserlerine asagidakilar daxildir Mecmue ye Hafiz e Ebru Hafiz Ebrunu toplusu Bu eser 1417 ci ilde Sahruxun gosterisi ile yazilib muxtelif tarixcilerin eserlerinden teskil olunub aralarinda Hafiz Ebrunun eserleri de vardi Bu eser asagidaki hisselerden ibaretdir On soz Tarix e Teberi Teberinin tarixi Belaminin tercumesinde Came et tevarix tarixlerin toplusu Fezlulah Resideddin Zey e Came et Tevarix Resideddinin tarixler toplusuna elave Qurdlar sulalesinin menseyi ve qisa tarixinin tesviri Muzefferidler sulalesinin menseyi ve qisa tarixinin tesviri Togay Teymura emir Valiye Serberdar ve Emir Arqun saha hesr edilmis 4 traktat Zefername eseri Nizameddin Sami Zeyl e Zefername Hafiz Ebrunun Nizameddin Saminin eserine elavesi 1416 ci ile qederki hadiselerin tesviri Mecmeat tevarix Tarixler Mecmuesi adli tarixler toplusu Bu eser Sahruxun oglu gosterisi ile yazilmis umumdunya tarixidir Eserdeki melumatlar 4 hisseden ibaretdir Hezreti Mehemmede qeder ilk insan Hezreti Ademden baslayaraq ve Islama qederki Iran tarixi de daxil olmaqla peygemberlerin tarixinin tesviri Mehemmed peygemberin heyatindan baslayaraq Abbasiler sulalesinin 751 1258 idareciliyinin sonuna qeder bas veren hadiselerin tesviri Monqol dovrune qeder Seffariler Samaniler Qezneviler Quriler Selcuqiler Xarezmsahlar sulalelerinin hakimiyyetlerinin tesviri Zubdet et tevarix e Baysunquri Baysunqur tarixinin qaymaqlari Hafiz Ebru Baysunqura hesr edib O oz novbesinde 2 hisseye bolunur 1335 ci ilden 1405 ci iledek hadiselerin tesviri Sahruxun hakimiyyeti dovrunde 1427 ci ile qederki hadiselerin tarixi tesviri Eger muellifin 1430 cu ilde olduyu fakti ile razilassaq onda guman etmek olar ki o 2 3 il qocaligi ile elaqedar fealiyyet gostermeyib Cografiya ye Hafiz i Ebru Hafiz Ebrunun Cografiyasi Bu eser 2 hisseden ibaretdir Qerbden serqe Megribden Kerman eyaletine qeder olan olkelerin tesviri ve kosmoqrafik xarakterine giris Xorasan ve Maverennehr seherleri haqqinda melumatlar ve 1420 ci ile qeder olan hadiselerin tesviri Zeyl e Came et tevarix e Residi Resideddinin tarixler toplusuna elave Yuxarida deyilenlerden aydin olur ki Zeyl e Came et tevarix e Residi Mecmueyi Hafizi Ebru toplusunun terkibine daxildir Onun yazilma tarixi 1417 ci ile aid edilir Sahrux Hafiz Ebrunu yanina cagiraraq Fezlullah Resideddinin Came et tevarix nin davamini yazmagi tapsirir Eser 1304 cu ilden Hafiz Ebrunun dovrune qeder olan hadiseleri eks etdirmeli idi lakin bu gosterise baxmayaraq hadiseler 1393 cu ile kimi hadiselerin tarixini ozunde eks etdirir Sebebi ise Nizameddin Saminin hadiseleri xroniki sekilde Zefername eserinde eks etdirmesi idi Ona gore Hafiz Ebru onu tekrarlamagi lazim bilmeyib Hafiz Ebru eserlerinde adeten oz adini gostermirdi ve bu muasir tedqiqatcilar ucun mueyyen cetinlikler yaradirdi Bele eserler sirasinda Cografiya ye Hafiz i Ebru Zubdet et tevarix e Baysunquri Mecmue ye Hafiz e Ebru nun adini cekmek olar Taninmis serqsunas V Q Tizenqauzen Zeyl e Came et tevarix e Residi eserini tedqiq ederken yazirdi Resideddinin Salnameler toplusu nun ardi Olcaytu ve Ebu Seidin hakimiyyeti dovrunu ehate edir namelum muellif terefinden Sahruxun gosterisi ile yazilmis ola biler ki bu muellif Hafiz Ebru olub V Q Tizenqauzenle yanasi Cex alimi Feliks Tauer oz tedqiqatlarinda Hafiz Ebruya ve onun eserlerine xususi diqqet ayirib 1909 cu ilde E Braunun fars edebiyyatinin tarixi uzre kitabi nesr olunur Orada muellif Hafiz Ebruun butun eserlerini yazib lakin Zeyl e Came et tevarix e Residi haqqlnda melumat kasad xarakter dasiyir X Elliotun Hindistan tarixi eserinde 1872 Hafiz Ebru haqqinda mueyyen melumatlar oz eksini tapib lakin bizim haqqinda danisdigimiz eseri haqqinda lazimi melumat vermir 1927 ci ilde C A Stori avtobioqrafik toplu nesr etdirib 1972 ci ilde bu nesri Y E Breqal ingilis dilinde tercume edib derc edir Burada Hafiz Ebru haqqinda qisa bioqrafik melumatlar tercumeyi hallar verilib Onun eserleri o cumleden Zeyl e Came et tevarix e Residi eseri haqqinda melumatlar verilir Rus serqsunaslari arasinda bu ve ya diger derecede Hafiz Ebrunun eserlerine nezer salanlardan akademik V V Bartoldu I Y Krackovskini A Krimskini ve basqalarini misal gostermek olar Akademik V V Bartold oz eserlerinde menbesunasliga Hafiz Ebrunun Serqin tarixi ve cografiyasi ucun ehemiyyetli butun eserleri haqqinda melumat verir Bu melumatlara baxmayaraq gosterilen menbeler cox azdir Akademik I Y Krackovski cografi edebiyyatlari tedqiq ederken Hafiz Ebrunun yaradiciligini diqqetden kenarda qoymayib eserlerin butun nuanslarini tamamile ehate etmeye calissa da o Zeyl e Came et tevarix e Residi eserine hec toxunmayib Krimski Iran tarixi onun edebiyyati eserinde menbe haqqinda bezi melumatlar verir lakin yanlis olaraq eserin 1316 ci ile qeder olan hadiseleri ehate etmesini gostermisdi D Y Yusupov Fasih Xevefinin yaradiciligini ve onun Mucmel i Fasihi eserini tedqiq ederek onu Hafiz Ebrunun eseri ile muqayise etmisdi Burada Hafiz Ebrunun tercumeyi hali haqqinda bezi melumatlar da eks olunmusdu Farsdilli menbesunaslar arasinda Z Safa M Xaravi X Bayaninin adini cekmek olar X Bayani Hafiz Ebrunun butun irsini fundamental sekilde ilk defe oyrenmisdi X Beyani 1972 ci ilde daha da ireli gederek Tehranda hemin eserin metnini nesr etdirib Hafiz Ebru M Xaravide tarixci kimi yox cografiyaci kimi verilmisdi Hafiz Ebrunun cografi eserlerine istinad ederek Xorasanin cografiyasini tedqiq etmisdi Burada muellifin ozu ve onun basqa eserleri haqqinda olan melumatlari elde etmek olar Azerbaycan tarixinde E Elizade Z Bunyadov S M Onullahi S Asurbeyli V Z Piriyev M D Kazimov kimi tarixciler Hafiz Ebrunun XIV esr Azerbaycan tarixi ile bagli hisselerini eserlerinde isiqlandirmislar Ebdulkerim Elizade 1956 ci ilde nesr etdiyi XIII XIV esrlerde Azerbaycanin sosial iqtisadi ve siyasi tarixi adli fundamental monoqrafiyasini Seyidaga Onulahi 1982 ci ilde nesr etdiyi XIII XVII esrlerde Tebriz seheri Sara Asurbeyli Baki seherinin tarixi Sirvansahlar dovleti kitablarini yazarken Hafiz Ebruya muraciet etmisdiler Hafiz Ebrunun melumatlari konkret deqiq diger menbeleri tamamlaya bilen melumatlardir Hadiseleri eks etdirerken muellif hec bir detali qacirtmamaga calisirdi Dediyimiz kimi muellif 1304 1393 cu ileri eserinde eks etdirib Eser ise onsozle baslayir Burada kitabin yazilma sebebi ardinca 75 revayet eksini tapib Onlarin adi bezileri istisna olmaqla xatirlatma sozu ile baslayir meselen Gilan doyusu haqqinda xatirlatma Bu Hafiz Ebrunun hemin hadiselerin sahidi olmamasi ile baglidir Burada vilayet hakimlerinin deyisdirilmesi onlarin merkezi hakimiyyete qarsi muxtelif cixislari haqqinda melumat verilir ve b Hafiz Ebru sairler qanunvericiler Cemaleddin Salman ibn Eleddini Mehemmed XIV esrin evvelleri 1376 1377 kimi taninan seyx Qutbeddin Cisti sufilerin Cisti ordeninin numayendesi Movlana Mahieddin Berdeyi Pir Omer Naxcivani ve b haqqinda bezi melumatlar verir Bu menbede tikinti isleri teserrufat tedbirleri haqqinda melumatlar da var Sultaniyye seherinin yaradilmasi haqqinda olan melumatda riyazi ve hendesi bilikler haqqinda mohtesem bilikler verilir Hafiz Ebru Fezlullah Resideddinin Came et tevarix Ebulqasim Kasaninin Tarix e Ulcaytu Hemdullah Qezvininin Tarix e Qozide ve Zeyl e Tarix e Qozide Zeyneddin ibn Hemdullah Qezvininin Zeyl e Tarix e Qozide Ibn Bettutenin Sefername Ebu Bekr el Qutbi el Eherini Tarix e Seyx Uveys ve b muelliflerin eserlerinden menbe kimi yararlanmisdir Hafiz Ebru ucun ilkin menbe rolunu Hemdullah Qezvini ve onun oglu Zeyneddinin eserleri oynamisdi Hemin eserleri muqayise edende onlar arasinda yaxinliq sezilir Hafiz Ebru onlardan ferqli olaraq bezi hadiseleri genis deyil fakti gostermekle eks etdirmisdi Meselen Sultaniyye seherinin salinmasi ile bagli Hafiz Ebru yazir ki Sultan Ulcaytu orada Mustensirin Bagdadda tikdirdiyi kimi medrese tikdirdi Hemdullah Qezvini 1226 1242 ci illerde hakimiyyetde olmus xelife Mustensirin 7 illiye 1227 1234 tikdirdiyi medrese haqqinda melumat verir Hafiz Ebru uzun uzadi sohbetden qacaraq konkret faktlari gosterirdi 1336 ci ilde Resideddin oglu Qiyaseddin Residinin olumunden sonra oyratlar terefinden Tebrizin talan edilmesi ve ora emir teyin olunmasi haqqinda melumat vererken Hafiz Ebru sehve yol verir Hafiz Ebru Tebrize vezir vezifesine yalniz bir sexsin teyin edilmesini gosterir Hemdullah Qezvini ise iki vezir gosterir Hafiz Ebru ile Zeyneddinin eseri arasinda da bu tip ziddiyyetler var Hafiz Ebru gah menbeni butovlukde kocurdub gah da sehv elaveler etmisdir Hafiz Ebru Azerbaycanda erazi adlarini gostererken de sehvler edir Agstafa Samxor Bergusad yerine o Akiyata Samxur Bezkasad yazir Kazimov ve Piriyev bunu muellifin Azerbaycani pis tanimasi ile elaqelendirir Hafiz Ebru Kasaninin Tarix e Ulcaytu eserinden de yararlanib Bu eserde 1304 1316 ci iller eks olunub Hafiz Ebru ve Hemdullah Qezviniden ferqli olaraq bezi tarixlerde Kasani ile uygunsuzluqlar var Meselen Ulcaytu daha da deqiqlesdirerek 27 ramazan hicri 716 ci ilde 13 12 1316 hansisa bir ickiden icenden sonra olcduyunu gostermisdi Onun olumunden sonra Resideddin ve oglu Xoca Ibrahim edam edildi Ulcaytunun islami qebul etmesi zelzele 20 ramazan hicri 704 cu il 16 04 1305 ve sair kimi melumatlari Hafiz Ebru Kasaniden goture bilmeyib Diger menbe Fexreddin Banakatinin Tarix e Banakati eseridir Bu eserde hadiseler 1317 ci ile kimidir Hafiz Ebru El Eheriden ayri ayri dovlet xadimleri haqqinda melumatlar toplamisdi lakin yene sehvler buraxmisdi O yanlis olaraq yazir ki Seyx Uveysin babasi ata xetti uzre Hesen olub El Eheriye gore ise Huseyn adlanirdi Hafiz Ebrunun menbelerine Muineddin Natanzinin Muntexab et tevarix eseri de daxil idi Bu sadaladiqlarim Hafiz Ebru ucun yalniz menbe olub Ele melumatlar var ki yalniz Hafiz Ebruda var Meselen sarer vergisinin legv edilmesi haqqinda melumata yalniz Hafiz Ebruda rastlanir Umumiyyetle elxaniler dovletinin vergi sistemi haqqinda Hafiz Ebruda xeyli melumat var Hafiz Ebru eserini seirlerle de bezeyirdi Taninmis sairlerden Ebulqasim Firdovsi Nizami Gencevi Salman Saveci Imrul Qeys ve basqalarinin seirlerini bezen oz sexsi seirlerini eserine elave edirdi Bu eser XIV esr Azerbaycan tarixi ucun evezeedilmez qaynaqdir Zeyl e Came et tevarix e Residi eserinin elyazmalari dunyanin muxtelif kitabxanalarinda saxlanilir Bu gun 10 elyazmasi haqqinda melumat var 1 Paris 2 Istanbul 3 London 3 Tehran ve 1 Meshedde saxlanilan elyazma X Bayani terefinden 1972 ci ilde Tehranda metnin tercumesi nesr olunmusdu 68 basliq xatirlatma sozu ile baslanir Xatirlatma Ulcaytudan baslanaraq 1356 ci il Melik Esrefin hakimiyyetini xatirlatmasi ile bitir Novbeti Seyx Hesenin olumu ve Uveysin taxta cixmasi ile artiq yeni bolum baslayir ve Agcokun Iraqda hakimiyyete gelmesi ile basa catir Hulakiler Qazan xandan sonraki veziyyetini Azerbaycandaki veziyyeti Uveysin Azerbaycani tutmasi hele bundan evvel dovlet yaratmasi ve sair haqqinda bu 89 il erzinde bas veren hadiseler cox gozel maraqli anlasiqli sekilde tesvir olunurdu Muellif Teymuru xatirlatmaga ehtiyac duymamisdi Bunun da sebebi Nizameddin Sami terefinden Zefername 1393 cu ilden sonraki hadiseleri ardicilliqla hekk olunmasi idi IstinadlarḤafiẓ i Abru Encyclopaedia Britannica ing Islam Ansiklopedisi Istanbul Turkiye Diyanet Vakfi 1997 c 15 s 89 V V Bartold Eserleri Moskva Nauka 1971 c VII s 241 rusca Hafiz Ebru 2022 04 03 tarixinde Istifade tarixi 2016 12 17 Fezlullah Resideddin Came et tevarix Baki Nagil evi 2011 540 s rusca 2022 04 03 tarixinde Istifade tarixi 2016 12 17 Nizameddin Sami 2022 04 03 tarixinde Istifade tarixi 2016 12 17 X Bayani Hafiz Ebrunun hal ve heyatinin serhi Tehran 1972 farsca Sirvansahlar dovleti 2022 04 03 tarixinde Istifade tarixi 2016 12 17 Hafiz Ebru Zey i Cami et tarix i Residi Fars diliinden tercume onsoz serhler qeyd ve gostericiler Elvin Talisxanova aiddir Baki 2007 s 11 23 rusca