Hacı Rəhim xan Hacı Əli xan oğlu Çələbiyanlı (1820-1909)—Məşrutə inqilabının əleyhidarı, general, Cənubi Azərbaycanın Qaradağ bölgəsində yaşayan Çələbiyanlı elinin elxanı.
Hacı Rəhim xan Çələbiyanlı | |
---|---|
Hacı Rəhim xan Hacı Əli xan oğlu Çələbiyanlı | |
Doğum tarixi | |
Doğum yeri | , Kərmədüz mahalı, Qaradağ vilayəti |
Vəfat tarixi | |
Vəfat yeri | Təbriz, Cənubi Azərbaycan |
Dəfn yeri | , Kərmədüz mahalı, Qaradağ vilayəti |
Uşaqları | Şücailəşkər, Əli xan, Nüsrətulla xan, Həbibulla xan, İzzətulla xan, Firuz xan və Cəfər xan |
Milliyyəti | Türk |
Fəaliyyəti | siyasətçi |
Həyatı
Hacı Rəhim xan Hacı Əli xan oğlu 1820-ci ildə Qaradağ vilayətinin Kərmədüz mahalının Həsrətan kəndində anadan olmuşdu. 1877-ci ildə böyük qardaşını Çələbiyanlı elinin elbəyiliyindən və sərhəddar vəzifəsindən kənarlaşdırıb, özü yiyələndi. Qardaşı oğlu Kərim xan Rəşidəddövlə ölən günə qədər nə onu, nə də böyük oğlu Nüsrətəssultan Böyük xanı bağışladı.
1883-cü ildə Azərbaycan əyalətinin hakimliyini Əmir Nizam Həsənəli xan Gərrusini təyin etdilər. Həsənəli xanın Qacarlar səltənətində rüşvət almaqda tayı-bərabəri yox idi. O, vəzifəyə təyin olunan kimi adamları bir-bir işdən çıxarır, sonra böyük məbləğdə rüşvət alıb, yenidən bərpa edildi. Əmir Nizam Rəhim xanı da fərmanla sərhədçibaşı vəzifəsindən azad etdirdi. Rəhim xan şaha layiq bir peşkəş düzəldib Həsənəli xana təqdim etdi və yerində qaldı. Həsənəli xan ona üstəlik mirpənc (general-leytenant) rütbəsi və Nüsrətüssəltənə ləqəbini verdi.
1886-cı ildə Rəhim xanı yenidən Təbrizə çağırıb incitməyə başladılar. Həsənəli xan ondan külli miqdarda rüşvət istəyirdi. Rəhim xan canını güc-bəla ilə qurtarıb Qaradağa qayıtdı. Özünə söz verdi ki, bir daha Təbrizə çağırışa getməsin.
Müzəffərəddin şah Qacarın Rəhim xanı görməyə gözü yox idi. Lakin oğlu Məhəmmədəli Mirzə Rəhim xanı böyük məhəbbətlə sevirdi. Hər dəfə atasından xahiş edirdi ki, Nüsrətülsəltənəni çox incitməsin.
1906-cı ilin sonlarında Müzəffərəddin şahın xəstəliyi gücləndi və tax-tacı oğlu Məhəmmədəli mirzəyə buraxırdı. Vəliəhd Təbrizdən Tehrana yollandı. Azərbaycan hakimliyinə keçmiş ədliyyə naziri Nizamülmülk təyin olundu.
Məşrutə hərəkatında iştirakı və öldürülməsi
Çələbiyanlılar 1906-1911-ci illər Məşrutə hərəkatı zamanı özlərinin quldurluğu ilə şan salmış Rəhim xanın fəaliyyəti nəticəsində beynəlxalq şöhrət qazandılar. Bu zaman Qacarların vəliəhd şahzadəsi vəliəhdliyi zamanı Təbrizdə yaşayır və Azərbaycanın valisi hesab edilirdi. O, şahzadə ilə bu zaman tanış olmuş, onun sevimlisinə çevrilmişdi. 1907-ci ildə Məhəmmədəli Mirzə Qacar atasının ölümündən sonra şah oldu və o, Tehrana daxil olarkən onu müşayət edənlərdən biri də Rəhim xan idi. Şah Rəhim xanı saray süvarilərinin komandanı (rīāsat-e savārān-e dīvānī ) təyin etdi. Bundan başqa NÜsrət-əl-Sultan və Sərdar-e Nüsrət titulları da Rəhim xana verildi.' Müxbirüssəltənə, xatıratında bu ifadəni işlədir:
Qəməri 1327/ 1909-cu il tarixində Ərdəbil, Meşkinşəhr, Sərab, Xalxal və Qaradağ el və əşirətlərinin rəisləri bir araya gələrək, Rəhim xana; Həzrət-i Əcəl ləqəbi verib, ittifaqla özlərinə rəis seçdilər.
Rəhim xan, onun böyük və ən sevimli oğlu Böyük xan bütün inqilab zamanı Məhəmmədəli şaha sadiq qaldılar və şah tərəfində döyüşən tayfalar içində ən güclü tayfa rəisi oldular. Təbrizin mühasirəsi zamanı Rəhim çələbiyanlılardan, məhəmmədxanlılardan və şahsevənlərdən təşkil etmiş olduğu dəstə ilə şəhərin şimalını ələ keçirmiş, oradan da bütün ətrafa yürüşlər təşkil etmişdi. Onun yürüşlər etdiyi yerlərə Kəleybərlə Culfa yolu arası da daxil idi. 1909-cu ilin iyulunda Məhəmmədəli şahın devrilməsindən sonra Rəhim xan və onun müttəfiqləri rus səfirliyində yaşayan Məhəmmədəliyə teleqram göndərərək onların yaşadıqları müddətdə heç kimə konstitusiya adı çəkməyə icazə verməyəcəklərini bildirirdilər. Rəhim xan həmçinin qaradağlıların və şahsevənlərin köməyi ilə Tehrana yürüş edəcəyi ilə hədələyirdi, lakin o, bunun əvəzinə 10 min nəfərlik tayfa ordusu ilə (Cənubi) Azərbaycanın şimal-şərqini ələ keçirdi.Səttar xanın rəhbərliyində toplanan təxminən 100 nəfərlik dəstə Təbrizdə toplanaraq təcili Ərdəbilə yollandı. Onların məqsədi şəhərin Rəhim xan tərəfindən ələ keçirilməsinin qarşısını almaq idi. Lakin bu qüvvələr daha üstün olan Rəhim xanın qarşısında dura bilmədilər və geri çəkildilər. 1909-cu ilin noyabrında Ərdəbil Rəhim xan tərəfindən ələ keçirildi.
Ərdəbilin ələ keçirilməsi ilə Rəhim xan Azərbaycanın şimal-şərqinin işğalını başa çatdırdı, lakin burada öz hakimiyyətini möhkəmləndirməyi bacarmadı. Ərdəbilin ələ keçirilməsi xəbəri Tehrana çatan kimi konstitusiya rejimi Yeprem xanı və Cəfərqulu xan Bəxtiyarini 500 nəfərlik döyüşçü, 4 top ilə birlikdə Ərdəbilə göndərdi. Bu intizamlı orduya Sərab qarnizonu da qatıldı və birləşmiş ordu Rəhim xanın ordusunu asanlıqla məğlub etdi. Bunun səbəblərindən biri də Rəhim xan ordusunun qeyri-nizami olması ilə birlikdə, fərarilik hallarının artması idi. 1909-cu ilin dekabrında mərkəzdən gələn ordu nəinki Ərdəbili ger aldı, hətta çələbiyanlıların paytaxtı hesab edilən Əhəri də ələ keçirdi. Rəhim xan və köməkçiləri Arazı keçərək 1910-cu ilin fevralında Rusiyadan sığınacaq aldılar.
1911-ci ilin fevralında Rəhim xan geri dönərək konstitusiya rejiminə daha çox problemlər yaratmağa başladı. Lakin qısa müddət sonraTəbriz Əncüməninin rəhbərlərinin planı ilə şəhərdə tələyə salındı. Ala Qapıda yerləşdirilən Rəhim xan, daha sonra Ərk qalasına göndərildi. Bütün bu yerlərdə ona polis nəzarət edirdi. Nəhayət, Ramazan ayında, 1911-ci ilin sentyabrında Məhəmmədəli şahın öz taxtını geri almaq üçün uğursuz cəhdindən sonra edam edildi. Rəhim xanın ölümündən sonra Nasrülməmalik, “Sərdar-Nüsrət” ləqəblərini alan oğlu Böyük xan onun yerinə gəldi. Böyük xan da 1934-cü ildə Qaradağda vəfat etdi. Bundan sonra Hacı Rəhim xanın qardaşının oğlu Kərim xan Rəşidüddövlə, ardından Kərim xanın oğlu Əliqulu Kərimi elin idarəsini ələ aldı.
Rəhim xanın ölümündən sonra çələbiyanlıar Qaradağdakı nüfuzlarını itirdilər və hacıəlili tayfasının rəhbəri Sam xan Əmir Ərşad onun yerinə nüfuzunu daha da artırdı.
Haqqında şeirlər
Şair və jurnalist Əliqulu Qəmküsar yazır:
Həldi yenə Rəhim xan İranə, barəkəllah!
Çıxdı əcəb igid tək meydanə, barəkəllah!
Çün gördü başpozuğluq olmuş bu qövmə pişə,
Etmiş cəmaət adət qan tökməyə həmişə.
İştə bu zalım istər, vursun bübarə tişə,
Aləm bütün boyansın al qənə, barəkallah!…
Hacı Rəhim xan Çələbiyanlı Məhəmmədəli şah Qacarın ağalıq illərində Qaradağın hakimi olmuşdu. Məhəmmədəli şah qaçandan sonra onu bu vəzifədən azad etdilər. Şair Əli Nəzmi şahın dilindən yazırdı:
Ax! Sevgili xanə, a gözəl Şəmsi-imarə,
Heyf ki, vida eləyirəm ba dili-parə!
Əfsus, sana yol tapa bilməm ki, dübarə,
İranlılar, altmış neçə oğlan sizin olsun!
İstəklilərimdən də Rəhim xan sizin olsun!..
Şair Mirzə Əli Möcüz Şəbüstəri də deyirdi:
Rəhim xan xahdır əhli-Şütürban, həm Səməd xan xah,
Donub onlar da misli-buzi-novdan, ey müsəlmanlar!..
Ailəsi
Rəhim xanın Şücailəşkər, Əli xan, Nüsrətulla xan, Həbibulla xan, İzzətulla xan, Firuz xan və Cəfər xan adlı oğulları vardı.
Həmçinin bax
Mənbə
- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı: Ozan. 1998. 192.
- Ənvər Çingizoğlu. Qaradağ xanlığı. Bakı: Mütərcim. 2011. 212.
- Pierre Oberling. ČALABĪĀNLŪ. Encyclopædia Iranica. 1990.
- Pierre Oberling. The Tribes of Qarāca Dāġ: A Brief History. Oriens 17. 1964. 60–95.
- H. J. Brydges. The Dynasty of the Kajars. London. 1829.
- M. Moḵber-al-Salṭana Hedāyat. Ḵāṭerāt o ḵaṭarāt. Tehran. 1950.
- Ḥ. Farzād. Enqelāb wa taḥawwol-e Āḏarbāyjān dar dawra-ye Mašrūṭīyat. Tabrīz. 1945.
- S. Bāybūrdī. Tārīḵ-e Arasbārān. Tehran. 1962.
- Ənvər Çingizoğlu. Hacı Rəhim xan Çələbiyanlı. Bakı: Mütərcim. 60.
- E. Amīrḵīzī. Qīām-e Āḏarbāyjān wa Sattār Khan. Təbriz. 1960.
- British Parliament: Accounts and Papers 1909. CV. 1910.
- A. Kasrawī. Tārīḵ-e hījdah-sāla-ye Āḏarbāyjān. Tehran. 1954.
- Məhəmməd Hafizzadə. Ərəsbaran dər qozəre həmase və tarixe Təbriz. Mehre Azəri nəşriyyatı. 1376.
- W. M. Shuster. The Strangling of Persia. New York. 1912.
- M. Malekzāda. Tārīḵ-e enqelāb-e mašrūṭīyat-e Īrān. Tehran. 1984.
İstinadlar
- Oberling, 1990
- Farzād, 1945. səh. 91
- Amīrḵīzī, 1960. səh. 33
- Hedāyat, 1950. səh. 256-60
- Kasrawī, 1954. səh. 90
- Amīrḵīzī, 1960. səh. 431
- British Parliament, 1910. səh. 5
- Kasrawī, 1954. səh. 91
- Kasrawī, 1954. səh. 84-94
- Amīrḵīzī, 1960. səh. 410-438
- Kasrawī, 1954. səh. 107-109
- Amīrḵīzī, 1960. səh. 444-447
- British Parliament, 1910. səh. 155
- Shuster, 1912. səh. iii
- Malekzāda, 1984. səh. 179-182
- Çingizoğlu, 2012
- Bāybūrdī, 1962. səh. 137
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Haci Rehim xan Haci Eli xan oglu Celebiyanli 1820 1909 Mesrute inqilabinin eleyhidari general Cenubi Azerbaycanin Qaradag bolgesinde yasayan Celebiyanli elinin elxani Haci Rehim xan CelebiyanliHaci Rehim xan Haci Eli xan oglu CelebiyanliDogum tarixi 1820Dogum yeri Kermeduz mahali Qaradag vilayetiVefat tarixi 1909Vefat yeri Tebriz Cenubi AzerbaycanDefn yeri Kermeduz mahali Qaradag vilayetiUsaqlari Sucailesker Eli xan Nusretulla xan Hebibulla xan Izzetulla xan Firuz xan ve Cefer xanMilliyyeti TurkFealiyyeti siyasetciHeyatiHaci Rehim xan Haci Eli xan oglu 1820 ci ilde Qaradag vilayetinin Kermeduz mahalinin Hesretan kendinde anadan olmusdu 1877 ci ilde boyuk qardasini Celebiyanli elinin elbeyiliyinden ve serheddar vezifesinden kenarlasdirib ozu yiyelendi Qardasi oglu Kerim xan Resideddovle olen gune qeder ne onu ne de boyuk oglu Nusretessultan Boyuk xani bagisladi 1883 cu ilde Azerbaycan eyaletinin hakimliyini Emir Nizam Heseneli xan Gerrusini teyin etdiler Heseneli xanin Qacarlar seltenetinde rusvet almaqda tayi beraberi yox idi O vezifeye teyin olunan kimi adamlari bir bir isden cixarir sonra boyuk meblegde rusvet alib yeniden berpa edildi Emir Nizam Rehim xani da fermanla serhedcibasi vezifesinden azad etdirdi Rehim xan saha layiq bir peskes duzeldib Heseneli xana teqdim etdi ve yerinde qaldi Heseneli xan ona ustelik mirpenc general leytenant rutbesi ve Nusretusseltene leqebini verdi 1886 ci ilde Rehim xani yeniden Tebrize cagirib incitmeye basladilar Heseneli xan ondan kulli miqdarda rusvet isteyirdi Rehim xan canini guc bela ile qurtarib Qaradaga qayitdi Ozune soz verdi ki bir daha Tebrize cagirisa getmesin Muzeffereddin sah Qacarin Rehim xani gormeye gozu yox idi Lakin oglu Mehemmedeli Mirze Rehim xani boyuk mehebbetle sevirdi Her defe atasindan xahis edirdi ki Nusretulselteneni cox incitmesin 1906 ci ilin sonlarinda Muzeffereddin sahin xesteliyi guclendi ve tax taci oglu Mehemmedeli mirzeye buraxirdi Veliehd Tebrizden Tehrana yollandi Azerbaycan hakimliyine kecmis edliyye naziri Nizamulmulk teyin olundu Mesrute herekatinda istiraki ve oldurulmesiCelebiyanlilar 1906 1911 ci iller Mesrute herekati zamani ozlerinin quldurlugu ile san salmis Rehim xanin fealiyyeti neticesinde beynelxalq sohret qazandilar Bu zaman Qacarlarin veliehd sahzadesi veliehdliyi zamani Tebrizde yasayir ve Azerbaycanin valisi hesab edilirdi O sahzade ile bu zaman tanis olmus onun sevimlisine cevrilmisdi 1907 ci ilde Mehemmedeli Mirze Qacar atasinin olumunden sonra sah oldu ve o Tehrana daxil olarken onu musayet edenlerden biri de Rehim xan idi Sah Rehim xani saray suvarilerinin komandani riasat e savaran e divani teyin etdi Bundan basqa NUsret el Sultan ve Serdar e Nusret titullari da Rehim xana verildi Muxbirusseltene xatiratinda bu ifadeni isledir Qemeri 1327 1909 cu il tarixinde Erdebil Meskinsehr Serab Xalxal ve Qaradag el ve esiretlerinin reisleri bir araya gelerek Rehim xana Hezret i Ecel leqebi verib ittifaqla ozlerine reis secdiler Rehim xan onun boyuk ve en sevimli oglu Boyuk xan butun inqilab zamani Mehemmedeli saha sadiq qaldilar ve sah terefinde doyusen tayfalar icinde en guclu tayfa reisi oldular Tebrizin muhasiresi zamani Rehim celebiyanlilardan mehemmedxanlilardan ve sahsevenlerden teskil etmis oldugu deste ile seherin simalini ele kecirmis oradan da butun etrafa yurusler teskil etmisdi Onun yurusler etdiyi yerlere Keleyberle Culfa yolu arasi da daxil idi 1909 cu ilin iyulunda Mehemmedeli sahin devrilmesinden sonra Rehim xan ve onun muttefiqleri rus sefirliyinde yasayan Mehemmedeliye teleqram gondererek onlarin yasadiqlari muddetde hec kime konstitusiya adi cekmeye icaze vermeyeceklerini bildirirdiler Rehim xan hemcinin qaradaglilarin ve sahsevenlerin komeyi ile Tehrana yurus edeceyi ile hedeleyirdi lakin o bunun evezine 10 min neferlik tayfa ordusu ile Cenubi Azerbaycanin simal serqini ele kecirdi Settar xanin rehberliyinde toplanan texminen 100 neferlik deste Tebrizde toplanaraq tecili Erdebile yollandi Onlarin meqsedi seherin Rehim xan terefinden ele kecirilmesinin qarsisini almaq idi Lakin bu quvveler daha ustun olan Rehim xanin qarsisinda dura bilmediler ve geri cekildiler 1909 cu ilin noyabrinda Erdebil Rehim xan terefinden ele kecirildi Erdebilin ele kecirilmesi ile Rehim xan Azerbaycanin simal serqinin isgalini basa catdirdi lakin burada oz hakimiyyetini mohkemlendirmeyi bacarmadi Erdebilin ele kecirilmesi xeberi Tehrana catan kimi konstitusiya rejimi Yeprem xani ve Ceferqulu xan Bextiyarini 500 neferlik doyuscu 4 top ile birlikde Erdebile gonderdi Bu intizamli orduya Serab qarnizonu da qatildi ve birlesmis ordu Rehim xanin ordusunu asanliqla meglub etdi Bunun sebeblerinden biri de Rehim xan ordusunun qeyri nizami olmasi ile birlikde ferarilik hallarinin artmasi idi 1909 cu ilin dekabrinda merkezden gelen ordu neinki Erdebili ger aldi hetta celebiyanlilarin paytaxti hesab edilen Eheri de ele kecirdi Rehim xan ve komekcileri Arazi kecerek 1910 cu ilin fevralinda Rusiyadan siginacaq aldilar 1911 ci ilin fevralinda Rehim xan geri donerek konstitusiya rejimine daha cox problemler yaratmaga basladi Lakin qisa muddet sonraTebriz Encumeninin rehberlerinin plani ile seherde teleye salindi Ala Qapida yerlesdirilen Rehim xan daha sonra Erk qalasina gonderildi Butun bu yerlerde ona polis nezaret edirdi Nehayet Ramazan ayinda 1911 ci ilin sentyabrinda Mehemmedeli sahin oz taxtini geri almaq ucun ugursuz cehdinden sonra edam edildi Rehim xanin olumunden sonra Nasrulmemalik Serdar Nusret leqeblerini alan oglu Boyuk xan onun yerine geldi Boyuk xan da 1934 cu ilde Qaradagda vefat etdi Bundan sonra Haci Rehim xanin qardasinin oglu Kerim xan Residuddovle ardindan Kerim xanin oglu Eliqulu Kerimi elin idaresini ele aldi Rehim xanin olumunden sonra celebiyanliar Qaradagdaki nufuzlarini itirdiler ve hacielili tayfasinin rehberi Sam xan Emir Ersad onun yerine nufuzunu daha da artirdi Haqqinda seirlerSair ve jurnalist Eliqulu Qemkusar yazir Heldi yene Rehim xan Irane barekellah Cixdi eceb igid tek meydane barekellah Cun gordu baspozugluq olmus bu qovme pise Etmis cemaet adet qan tokmeye hemise Iste bu zalim ister vursun bubare tise Alem butun boyansin al qene barekallah Haci Rehim xan Celebiyanli Mehemmedeli sah Qacarin agaliq illerinde Qaradagin hakimi olmusdu Mehemmedeli sah qacandan sonra onu bu vezifeden azad etdiler Sair Eli Nezmi sahin dilinden yazirdi Ax Sevgili xane a gozel Semsi imare Heyf ki vida eleyirem ba dili pare Efsus sana yol tapa bilmem ki dubare Iranlilar altmis nece oglan sizin olsun Isteklilerimden de Rehim xan sizin olsun Sair Mirze Eli Mocuz Sebusteri de deyirdi Rehim xan xahdir ehli Suturban hem Semed xan xah Donub onlar da misli buzi novdan ey muselmanlar AilesiRehim xanin Sucailesker Eli xan Nusretulla xan Hebibulla xan Izzetulla xan Firuz xan ve Cefer xan adli ogullari vardi Hemcinin baxQaradag vilayeti Celebiyanli eliMenbeEnver Cingizoglu Qarsi yatan Qaradag Baki Ozan 1998 192 Enver Cingizoglu Qaradag xanligi Baki Mutercim 2011 212 Pierre Oberling CALABiANLu Encyclopaedia Iranica 1990 Pierre Oberling The Tribes of Qaraca Daġ A Brief History Oriens 17 1964 60 95 H J Brydges The Dynasty of the Kajars London 1829 M Moḵber al Salṭana Hedayat Ḵaṭerat o ḵaṭarat Tehran 1950 Ḥ Farzad Enqelab wa taḥawwol e Aḏarbayjan dar dawra ye Masruṭiyat Tabriz 1945 S Bayburdi Tariḵ e Arasbaran Tehran 1962 Enver Cingizoglu Haci Rehim xan Celebiyanli Baki Mutercim 60 E Amirḵizi Qiam e Aḏarbayjan wa Sattar Khan Tebriz 1960 British Parliament Accounts and Papers 1909 CV 1910 A Kasrawi Tariḵ e hijdah sala ye Aḏarbayjan Tehran 1954 Mehemmed Hafizzade Eresbaran der qozere hemase ve tarixe Tebriz Mehre Azeri nesriyyati 1376 W M Shuster The Strangling of Persia New York 1912 M Malekzada Tariḵ e enqelab e masruṭiyat e iran Tehran 1984 IstinadlarOberling 1990 Farzad 1945 seh 91 Amirḵizi 1960 seh 33 Hedayat 1950 seh 256 60 Kasrawi 1954 seh 90 Amirḵizi 1960 seh 431 British Parliament 1910 seh 5 Kasrawi 1954 seh 91 Kasrawi 1954 seh 84 94 Amirḵizi 1960 seh 410 438 Kasrawi 1954 seh 107 109 Amirḵizi 1960 seh 444 447 British Parliament 1910 seh 155 Shuster 1912 seh iii Malekzada 1984 seh 179 182 Cingizoglu 2012 Bayburdi 1962 seh 137