Hüma Şah Sultan (Gürcüstan – ən tezi 1672, Konstantinopol, Osmanlı imperiyası) — 18-ci Osmanlı sultanı Sultan İbrahimin nikahlı xanımı, Hasəki sultan.Sultan İbrahimlə nikahlanmış və toy mərasimində başından asdığı tellər səbəbilə, Telli Hasəki olaraq anılmağa başlanmışdır.
Hüma Şah Sultan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | ən tezi 1672 |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Uşağı |
|
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
Həyatının ilk illəri və saraya necə alındığı bilinməsə də, Sultan İbrahim səltənətinin son illərində hərəmə alındığı ehtimal olunur. Sultan İbrahimin ən sevimli qadını olan Hümaşah Sultanla 1647-ci ildə rəsmi nikahla evləndiyi məlumdur. Tarixçi Mustafa Naimanın qeydlərinə görə, nikah əsnasında gəlin vəkili olaraq Darüssəadə ağası, sultanın vəkili olaraq isə sədrəzəm Həzərparə Əhməd Paşa iştirak etmişdir. Nigahın ardından bütün divan vəzirləri və digər saray xidmətçiləri saçlarından gümüş və qızıl tellər asılan gəlini alayla birlikdə Topqapı sarayına gətirdilər. Mehir məbləği olaraq o ilki Misir xəzinəsi Hümaşah Sultana hədiyyə edildi.
Sultan İbrahimin psixoloji zəifliyindən istifadə edərək üzərində nüfuz qazanan Hümaşah Sultan gün keçdikcə sərvətini artırırdı. Ancaq onun bu qədər qısa zamanda yüksəlməsi başda Validə Mahpeykər Kösəm Sultan olmaqla, qızları Fatma, Gövhər və Atikə Sultanların da narazılığına səbəb olmuşdu. Bu sürtüşmədə xanımı Hümüşah Sultanın tərəfini tutan Sultan İbrahim isə bacılarını Hümaşah Sultana xidmət etdirmiş, bu hadisənin ardından isə mallarını müsadirə etdirərək Ədirnə sarayına sürgün etmişdir.
Sultan İbrahimin dəlilikləri və dövlət işlərindən uzaqlaşaraq eyş-işrətə dalması nəticəsində, 8 avqust 1648-ci ildə ayaqlanan üləma və ordu mənsubları, Validə Mahpeykər Kösəm Sultanın rəhbərlik etdiyi saray çevrilişi ilə Sultan İbrahimi taxtdan endirdi və yerinə 7 yaşlı oğlu Şahzadə Mehmedi taxta çıxardılar. Ancaq yeni sultan hələ 7 yaşında idi və Validə sultan olan Turhan Sultan taxt naibəsi olmaq üçün çox təcrübəsiz idi. Bu səbəblə dövlət adamları və saray əyanları yeni sultanın nənəsi Mahpeykər Kösəm Sultanın taxt naibəliyinə gətirilməsini istədilər. "Valide-yi kəbir" ünvanıyla hakimiyyəti yenidən ələ alan Mahpeykər Kösəm Sultanın istəyilə, Sultan İbrahimin bütün hərəmi Köhnə saraya göndərilsə də, Şahzadə Süleymanın anası Dilaşub Sultan və Şahzadə Əhmədin anası Müəzzəz Sultan Topqapı sarayında övladlarıyla birlikdə qaldılar. O əsnada hamilə olan Hümaşah Sultan da Köhnə saraya sürgün edilənlər arasında idi. Saray çevrilişindən 2 ay sonra 1648-ci ilin oktyabrında yeganbə övladı olan Şahzadə Orxanı dünyaya gətirən Hümaşah Sultan bir müddət sonra övladından ayrıldı və körpə şahzadə Topqapı sarayına alınaraq burada Mahpeykər Kösəm Sultanın himayəsi altına alındı. Ancaq 1650-ci ilin yanvarında körpə yaşlarında vəfat etdi və Sultan İbrahim türbəsinə - atasının yanına dəfn olundu.
Oğlunun vəfatından sonrakı həyatı məlum olmayan Hümaşah Sultanın 1672-ci ilədək yaşadığı bilinir. Saray məsrəf kitabında bu tarixdən sonra adı görülməyən Hümaşah Sultanın 1672-ci ildən sonra vəfat etdiyi güman olunur. Dəqiq ölüm tarixi və dəfn yeri bilinmir.
Mənbə
- Sakaoğlu, Necdet (2008). Bu Mülkün Kadın Sultanları: Vâlide Sultanlar, Hâtunlar, Hasekiler, Kandınefendiler, Sultanefendiler. Oğlak Yayıncılık.
İstinadlar
- Uluçay, M. Çağatay (2011). Padişahların kadınları ve kızları. Ötüken.
- Peirce, Leslie (1993). The Imperial Harem: Women and Sovereignty in the Ottoman Empire. Oxford University Press. p. 108.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Huma Sah Sultan Gurcustan en tezi 1672 Konstantinopol Osmanli imperiyasi 18 ci Osmanli sultani Sultan Ibrahimin nikahli xanimi Haseki sultan Sultan Ibrahimle nikahlanmis ve toy merasiminde basindan asdigi teller sebebile Telli Haseki olaraq anilmaga baslanmisdir Huma Sah SultanSexsi melumatlarDogum yeri GurcustanVefat tarixi en tezi 1672Vefat yeri Konstantinopol Osmanli imperiyasiHeyat yoldasi I IbrahimUsagi Sahzade Orxan d Ailesi Osmanli xanedaniHeyatiHeyatinin ilk illeri ve saraya nece alindigi bilinmese de Sultan Ibrahim seltenetinin son illerinde hereme alindigi ehtimal olunur Sultan Ibrahimin en sevimli qadini olan Humasah Sultanla 1647 ci ilde resmi nikahla evlendiyi melumdur Tarixci Mustafa Naimanin qeydlerine gore nikah esnasinda gelin vekili olaraq Darusseade agasi sultanin vekili olaraq ise sedrezem Hezerpare Ehmed Pasa istirak etmisdir Nigahin ardindan butun divan vezirleri ve diger saray xidmetcileri saclarindan gumus ve qizil teller asilan gelini alayla birlikde Topqapi sarayina getirdiler Mehir meblegi olaraq o ilki Misir xezinesi Humasah Sultana hediyye edildi Sultan Ibrahimin psixoloji zeifliyinden istifade ederek uzerinde nufuz qazanan Humasah Sultan gun kecdikce servetini artirirdi Ancaq onun bu qeder qisa zamanda yukselmesi basda Valide Mahpeyker Kosem Sultan olmaqla qizlari Fatma Govher ve Atike Sultanlarin da naraziligina sebeb olmusdu Bu surtusmede xanimi Humusah Sultanin terefini tutan Sultan Ibrahim ise bacilarini Humasah Sultana xidmet etdirmis bu hadisenin ardindan ise mallarini musadire etdirerek Edirne sarayina surgun etmisdir Sultan Ibrahimin delilikleri ve dovlet islerinden uzaqlasaraq eys isrete dalmasi neticesinde 8 avqust 1648 ci ilde ayaqlanan ulema ve ordu mensublari Valide Mahpeyker Kosem Sultanin rehberlik etdiyi saray cevrilisi ile Sultan Ibrahimi taxtdan endirdi ve yerine 7 yasli oglu Sahzade Mehmedi taxta cixardilar Ancaq yeni sultan hele 7 yasinda idi ve Valide sultan olan Turhan Sultan taxt naibesi olmaq ucun cox tecrubesiz idi Bu sebeble dovlet adamlari ve saray eyanlari yeni sultanin nenesi Mahpeyker Kosem Sultanin taxt naibeliyine getirilmesini istediler Valide yi kebir unvaniyla hakimiyyeti yeniden ele alan Mahpeyker Kosem Sultanin isteyile Sultan Ibrahimin butun heremi Kohne saraya gonderilse de Sahzade Suleymanin anasi Dilasub Sultan ve Sahzade Ehmedin anasi Muezzez Sultan Topqapi sarayinda ovladlariyla birlikde qaldilar O esnada hamile olan Humasah Sultan da Kohne saraya surgun edilenler arasinda idi Saray cevrilisinden 2 ay sonra 1648 ci ilin oktyabrinda yeganbe ovladi olan Sahzade Orxani dunyaya getiren Humasah Sultan bir muddet sonra ovladindan ayrildi ve korpe sahzade Topqapi sarayina alinaraq burada Mahpeyker Kosem Sultanin himayesi altina alindi Ancaq 1650 ci ilin yanvarinda korpe yaslarinda vefat etdi ve Sultan Ibrahim turbesine atasinin yanina defn olundu Oglunun vefatindan sonraki heyati melum olmayan Humasah Sultanin 1672 ci iledek yasadigi bilinir Saray mesref kitabinda bu tarixden sonra adi gorulmeyen Humasah Sultanin 1672 ci ilden sonra vefat etdiyi guman olunur Deqiq olum tarixi ve defn yeri bilinmir MenbeSakaoglu Necdet 2008 Bu Mulkun Kadin Sultanlari Valide Sultanlar Hatunlar Hasekiler Kandinefendiler Sultanefendiler Oglak Yayincilik ISBN 978 6 051 71079 2IstinadlarUlucay M Cagatay 2011 Padisahlarin kadinlari ve kizlari Otuken ISBN 978 9 754 37840 5 Peirce Leslie 1993 The Imperial Harem Women and Sovereignty in the Ottoman Empire Oxford University Press p 108 ISBN 0 19 508677 5