Georq Zimmel (alm. Georg Simmel; 1 mart 1858[…], Berlin – sentyabr 1918, Strasburq) — məşhur alman sosioloqu, filosofu və tənqidçisi, "həyat fəlsəfəsinin" son nəsil nümayəndələrindən. Əsərlərində əsasən mədəniyyət fəlsəfəsi və sosioloji tədqiqatlara yer vermişdir.
Georq Zimmel | |
---|---|
alm. Georg Simmel | |
Doğum tarixi | 1 mart 1858[…] |
Doğum yeri |
|
Vəfat tarixi | sentyabr 1918 (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Vətəndaşlığı | |
Əsas maraqları | fəlsəfə, Din sosiologiyası |
Təsirlənib | Maks Veber |
Vikianbarda əlaqəli mediafayllar |
Çox zaman sosiologiyanın "böyük dördlüyü"nün unudulmuş üzvü kimi təqdim olunur (digər üzvlər Marks, Veber, Dürkheym). Amerika sosioloji dairələrində daha çox "Marks olmayan alman" kimi də tanınmış Zimmelin toplunun fəaliyyətində moda, pul kimi faktorların rolu, şəhər həyatının individual keyfiyyətlərə təsiri və sair bu qismdən maraqlı tədqiqat işləri olmuşdur.
Həyatı
Zimmel çox uşaqlı ailənin sonuncu, yeddinci uşağı kimi dünyaya göz açmışdır. Atası şokolad fabrikinin sahibi olmuşdur və vəfat edərkən övladların kifayət qədər miras qoymuşdur. Buna baxmayaraq, Zimmel üçün əsas miras Beynəlxalq Musiqi Nəşr Evinin yaradıcısı Yulius Fridlander (Julius Friedlände) tərəfindən qalmışdır. O, gənc Georqu öz himayəsinə götürmüş və ona elmlə məşğul ola bilməsi üçün hədsiz böyük məbləğdə vəsait qoymuşdur.
Zimmelin ailəsində dini baxışlara münasibət bir qədər mürəkkəb olmuşdur. O, imkanlı yəhudi biznesmenin ailəsində göz açmışdır, amma atası sonradan katoliklisizmi qəbul etmişdir. Anası da mənşəcə yəhudi olsa da, lüteranlığa ibadət etmişdir. G. Zimmelin baptizm mərasimi isə o, uşaq olarkən protestant kilsəsində keçirilmişdir. . Atasının vəfatı, anası ilə aralarında elə də sıx bağların olmaması onu ailəyə çox da bağlı olmayan, marginal bir şəxs kimi yetişməsinə şərait yaratmışdır.
O, 1890-cı ildə filosof Gertrud Kinel ilə evlənir. Onlar sosial-maddi təlatümlərdən uzaq, burjua həyat tərzi sürmüş, mənzilləri yaşadıqları dövrün ənənələrinə uyğun olaraq, elmi-mədəni görüşlər yerinə çevrilmişdir. Bir övladları olmuşdur — Hans Eugen
Gimnaziyanı bitirdikdən sonra, Zimmel fəlsəfə və tarixi Berlin Universitetində öyrənmiş, 1881-ci ildə İmmanuel Kantın maddi fəlsəfəsi mövzusundakı tezislərinə görə doktorluq dərəcəsi almışdır. Bu tezislər sonradan nəşr edilən "Kantın fiziki mondologiyasına əsasən maddənin təbiəti" adı ilə nəşr edilən əsərin tərkib hissəsi olmuşdur.
1885-ci ildə aşağı elmi dərəcə hesab edilən privat-dosent (maaş verilməyən, yalnız tələbələrin təhsil haqqında asılı olan mühazirəçi) kimi Berlin universitetində rəsmi olaraq fəlsəfə mövzusunda mühazirələr oxumağa başlasa da, qeyri-rəsmi olaraq, etika, məntiq, pessimizm, incəsənət, psixologiya və sosiologiya sahəsində də mühazirələrlə çıxış etmişdir. Onun mühazirələrinin populyarlığı təkcə universitet divarları ilə məhdudlaşmamış, Berlinin intellektual elitasının diqqətini də çəkə bilmişdir.
G. Zimmelin Maks Veber, , kimi məşhur akademiklərin güclü dəstəyini almasına baxmayaraq, uzun müddət akademik autsayder olmuş, müraciət etsə də, Almaniya universitetlərində vakant professor vəzifəsinə qəbul edilməmişdir. Zimmel yalnız 1901-ci ildə ştatdankənar professor vəzifəsini ala bilmişdir. Bu vaxta kimi isə o, artıq Avropa və Amerikada geniş məşhurluq qazanmış və güclü maarif sahibi kimi tanınmışdı. Ona bu dərəcədə məşhurluq jurnallar və qəzetlərdə nəşr olunmuş məqalələri gətirmişdi.
O zamankı Almaniya intellektual elitasının Maks Veber, Rainer Mariya Rilke, , Edmund Husserl kimi görkəmli nümayəndələrinin dəstəklərinə baxmayaraq, onun akademik icma tərəfindən qəbul edilməsi çox ağrılı və çətin olmuşdur. Buna səbəb qismən onun yaşadığı dövrdə Prussiya Krallığında güclənməkdə olan antisemitizm olsa da, yazılarındakı sadəlik, sadə auditoriyaya istiqamətlənməsi akademik sosioloqlar tərəfindən yaxşı qarşılanmamışdır. O, akademik standartları, çərçivələri çox zaman rədd edir, emosiyalar və ya sevgi haqqında fəlsəfi fikirlər səsləndirərdi. Onun mühazirələrinə qulaq asan digər professorlar mühazirə zalından çox zaman stess almış kimi çıxardılar; səbəb onların fikrincə, Zimmelin əksər parlaq fikirlərinin mühazirənin gedişatında meydana çıxara bilməsi olmuşdur. Ona görə də çıxış virtuozu kimi də məşhurluq qazanmışdır. Bu kimi amillər onun işlərinin professionallar tərəfindən düzgün qiymətləndirilməsinə səbəb olmuşdur.
Zimmel incəsənət dairələrində kifayət qədər məşhur olmuşdur, amma heç bir zaman akademik fəaliyyətdən əl çəkməmiş, və Maks Veberlə birlikdə həmtəsisçisi olmuşdur. Universitetdə fəaliyyəti ilə yanaşı sosial aktivlik nümayiş etdirməsi, incəsənət və fəlsəfənin qovşağında olan bir həyat tərzi sürməsi bəlkə də onun sələfinin incəsənət sahəsinə bağlı olan biri olması ilə bağlıdır.
Ən nəhayət, 1914-cü ildə Zimmel o zaman Almaniya universiteti hesab edilən Strasburq Universitetində adi professor dərəcəsi alsa da, bu qərar ona rahatlıq gətirmədi. Birinci dünya müharibəsinin başlaması ilə universitet binasında bütün tədris prosesləri dayandırıldı və bina hospitala çevrildi. Zimmel taleyin ironiyası ilə barışmaq istəmir və 1915-ci ildə Heydelberq Universitetinə vakant olan iki professor vəzifəsi üçün müraciət etsə də, müsbət cavab almadı.
Əvvəllər Zimell müasir tarixlə o qədər də maraqlanmasa da, müharibənin başlanması onun bu mövzuya marağını artırdı, "Avropa ideyası" və "mədəniyyət böhranı" haqqında danışmağa başladı. Nəhayət, müharibə Zimmeli də yordu və onun səhhətinə mənfi təsir etdi. O, müharibənin qurtarmasından qısa bir müddət öncə, 1918-ci ildə Strasburqda qaraciyər xərçəngindən vəfat etdi.
Fikirləri
Əsas əsərləri
- Sosial differensasiya. Sosioloji və psixoloji tədqiqatlar (1890)
- Tarixin fəlsəfəsi problemləri (1892–1893)
- Etikaya giriş (1892–1893)
- Pul fəlsəfəsi (1900)
- Böyük şəhərlər və mənəvi həyat (1903)
- Modanın fəlsəfəsi (1905)
- Kant və Göte (1906)
- Din (1906)
- Şopenhauer və Niçşe (1907)
- Sosiologiya. İcmalaşma formalarının tədqiqi (1908)
- Mədəniyyətin fəlsəfəsi (1911)
- Göte (1913)
- Tarizi zaman problemi (1916)
- Rembrandt (1916)
- Sosiologiyanın fundamental sualları (1917)
- Müasir mədəniyyətin konflikti (1918)
İstinad
- Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- Georg Simmel // Brockhauz Ensiklopediyası (alm.).
- Deutsche Nationalbibliothek Record #118614436 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- "Cardiff University. School of Social Sciences. Georg Simmel". 2017-10-24 tarixində . İstifadə tarixi: 2012-08-02.
- Wolff, Kurt H. The Sociology Of Georg Simmel (1950)
- "Cardiff University. School of Social Sciences. Georg Simmel - The Person - Introduction". 2017-06-06 tarixində . İstifadə tarixi: 2012-08-02.
- "Cardiff University. School of Social Sciences. Georg Simmel - A Virtuoso On The Platform". 2017-05-23 tarixində . İstifadə tarixi: 2012-08-02.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Georq Zimmel alm Georg Simmel 1 mart 1858 Berlin sentyabr 1918 Strasburq meshur alman sosioloqu filosofu ve tenqidcisi heyat felsefesinin son nesil numayendelerinden Eserlerinde esasen medeniyyet felsefesi ve sosioloji tedqiqatlara yer vermisdir Georq Zimmelalm Georg Simmel Dogum tarixi 1 mart 1858 1858 03 01 Dogum yeri Berlin Brendenburq eyaleti d Prussiya Almaniya ittifaqiVefat tarixi sentyabr 1918 60 yasinda Vefat yeri StrasburqVefat sebebi qaraciyer xercengiVetendasligi PrussiyaEsas maraqlari felsefe Din sosiologiyasiTesirlenib Maks Veber Vikianbarda elaqeli mediafayllar Cox zaman sosiologiyanin boyuk dordluyu nun unudulmus uzvu kimi teqdim olunur diger uzvler Marks Veber Durkheym Amerika sosioloji dairelerinde daha cox Marks olmayan alman kimi de taninmis Zimmelin toplunun fealiyyetinde moda pul kimi faktorlarin rolu seher heyatinin individual keyfiyyetlere tesiri ve sair bu qismden maraqli tedqiqat isleri olmusdur HeyatiZimmel cox usaqli ailenin sonuncu yeddinci usagi kimi dunyaya goz acmisdir Atasi sokolad fabrikinin sahibi olmusdur ve vefat ederken ovladlarin kifayet qeder miras qoymusdur Buna baxmayaraq Zimmel ucun esas miras Beynelxalq Musiqi Nesr Evinin yaradicisi Yulius Fridlander Julius Friedlande terefinden qalmisdir O genc Georqu oz himayesine goturmus ve ona elmle mesgul ola bilmesi ucun hedsiz boyuk meblegde vesait qoymusdur Zimmelin ailesinde dini baxislara munasibet bir qeder murekkeb olmusdur O imkanli yehudi biznesmenin ailesinde goz acmisdir amma atasi sonradan katoliklisizmi qebul etmisdir Anasi da mensece yehudi olsa da luteranliga ibadet etmisdir G Zimmelin baptizm merasimi ise o usaq olarken protestant kilsesinde kecirilmisdir Atasinin vefati anasi ile aralarinda ele de six baglarin olmamasi onu aileye cox da bagli olmayan marginal bir sexs kimi yetismesine serait yaratmisdir O 1890 ci ilde filosof Gertrud Kinel ile evlenir Onlar sosial maddi telatumlerden uzaq burjua heyat terzi surmus menzilleri yasadiqlari dovrun enenelerine uygun olaraq elmi medeni gorusler yerine cevrilmisdir Bir ovladlari olmusdur Hans Eugen Gimnaziyani bitirdikden sonra Zimmel felsefe ve tarixi Berlin Universitetinde oyrenmis 1881 ci ilde Immanuel Kantin maddi felsefesi movzusundaki tezislerine gore doktorluq derecesi almisdir Bu tezisler sonradan nesr edilen Kantin fiziki mondologiyasina esasen maddenin tebieti adi ile nesr edilen eserin terkib hissesi olmusdur 1885 ci ilde asagi elmi derece hesab edilen privat dosent maas verilmeyen yalniz telebelerin tehsil haqqinda asili olan muhazireci kimi Berlin universitetinde resmi olaraq felsefe movzusunda muhazireler oxumaga baslasa da qeyri resmi olaraq etika mentiq pessimizm incesenet psixologiya ve sosiologiya sahesinde de muhazirelerle cixis etmisdir Onun muhazirelerinin populyarligi tekce universitet divarlari ile mehdudlasmamis Berlinin intellektual elitasinin diqqetini de ceke bilmisdir G Zimmelin Maks Veber kimi meshur akademiklerin guclu desteyini almasina baxmayaraq uzun muddet akademik autsayder olmus muraciet etse de Almaniya universitetlerinde vakant professor vezifesine qebul edilmemisdir Zimmel yalniz 1901 ci ilde statdankenar professor vezifesini ala bilmisdir Bu vaxta kimi ise o artiq Avropa ve Amerikada genis meshurluq qazanmis ve guclu maarif sahibi kimi taninmisdi Ona bu derecede meshurluq jurnallar ve qezetlerde nesr olunmus meqaleleri getirmisdi O zamanki Almaniya intellektual elitasinin Maks Veber Rainer Mariya Rilke Edmund Husserl kimi gorkemli numayendelerinin desteklerine baxmayaraq onun akademik icma terefinden qebul edilmesi cox agrili ve cetin olmusdur Buna sebeb qismen onun yasadigi dovrde Prussiya Kralliginda guclenmekde olan antisemitizm olsa da yazilarindaki sadelik sade auditoriyaya istiqametlenmesi akademik sosioloqlar terefinden yaxsi qarsilanmamisdir O akademik standartlari cerciveleri cox zaman redd edir emosiyalar ve ya sevgi haqqinda felsefi fikirler seslendirerdi Onun muhazirelerine qulaq asan diger professorlar muhazire zalindan cox zaman stess almis kimi cixardilar sebeb onlarin fikrince Zimmelin ekser parlaq fikirlerinin muhazirenin gedisatinda meydana cixara bilmesi olmusdur Ona gore de cixis virtuozu kimi de meshurluq qazanmisdir Bu kimi amiller onun islerinin professionallar terefinden duzgun qiymetlendirilmesine sebeb olmusdur Zimmel incesenet dairelerinde kifayet qeder meshur olmusdur amma hec bir zaman akademik fealiyyetden el cekmemis ve Maks Veberle birlikde hemtesiscisi olmusdur Universitetde fealiyyeti ile yanasi sosial aktivlik numayis etdirmesi incesenet ve felsefenin qovsaginda olan bir heyat terzi surmesi belke de onun selefinin incesenet sahesine bagli olan biri olmasi ile baglidir En nehayet 1914 cu ilde Zimmel o zaman Almaniya universiteti hesab edilen Strasburq Universitetinde adi professor derecesi alsa da bu qerar ona rahatliq getirmedi Birinci dunya muharibesinin baslamasi ile universitet binasinda butun tedris prosesleri dayandirildi ve bina hospitala cevrildi Zimmel taleyin ironiyasi ile barismaq istemir ve 1915 ci ilde Heydelberq Universitetine vakant olan iki professor vezifesi ucun muraciet etse de musbet cavab almadi Evveller Zimell muasir tarixle o qeder de maraqlanmasa da muharibenin baslanmasi onun bu movzuya maragini artirdi Avropa ideyasi ve medeniyyet bohrani haqqinda danismaga basladi Nehayet muharibe Zimmeli de yordu ve onun sehhetine menfi tesir etdi O muharibenin qurtarmasindan qisa bir muddet once 1918 ci ilde Strasburqda qaraciyer xercenginden vefat etdi FikirleriEsas eserleriSosial differensasiya Sosioloji ve psixoloji tedqiqatlar 1890 Tarixin felsefesi problemleri 1892 1893 Etikaya giris 1892 1893 Pul felsefesi 1900 Boyuk seherler ve menevi heyat 1903 Modanin felsefesi 1905 Kant ve Gote 1906 Din 1906 Sopenhauer ve Nicse 1907 Sosiologiya Icmalasma formalarinin tedqiqi 1908 Medeniyyetin felsefesi 1911 Gote 1913 Tarizi zaman problemi 1916 Rembrandt 1916 Sosiologiyanin fundamental suallari 1917 Muasir medeniyyetin konflikti 1918 IstinadBibliotheque nationale de France BnF identifikatoru fr aciq melumat platformasi 2011 Georg Simmel Brockhauz Ensiklopediyasi alm Deutsche Nationalbibliothek Record 118614436 Umumi tenzimleme nezareti GND alm 2012 2016 Cardiff University School of Social Sciences Georg Simmel 2017 10 24 tarixinde Istifade tarixi 2012 08 02 Wolff Kurt H The Sociology Of Georg Simmel 1950 Cardiff University School of Social Sciences Georg Simmel The Person Introduction 2017 06 06 tarixinde Istifade tarixi 2012 08 02 Cardiff University School of Social Sciences Georg Simmel A Virtuoso On The Platform 2017 05 23 tarixinde Istifade tarixi 2012 08 02 Elm xadimi ile elaqedar bu meqale qaralama halindadir Meqaleni redakte ederek Vikipediyani zenginlesdirin