Ktişvəng monastırı və ya Gütəvəng monastırı — Toxasar dağının şimal-şərq ətəyində, sıx meşənin ortasında yerləşən XIII əsrə aid tarixi monastır kompleksi. Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir.
Ktişvəng monastırı | |
---|---|
erm. Գտչավանք | |
Ölkə | Azərbaycan |
Şəhər | Xocavənd |
Yerləşir | Tuğ kəndi |
Tikilmə tarixi | XIII əsr |
İstinad nöm. | 4320 |
Kateqoriya | Monastır |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
| |
Vikianbarda əlaqəli mediafayllar |
XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir. Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər.
Kompleksin əsas elementi kafedral kilsədir. Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir.
Tarixi
Mənbələrin məlumatına görə Qtiçavəng Qarabağın əsas dini və siyasi mərkəzlərindən biri olmuşdur.Moisey Kalankatlı “Alban ölkəsinin tarixi” əsərində Partav kilsə məclisindən bəhs edərkən, məclisdə iştirak edənlər arasında “Qtiçavəng tanuteri”nin də iştirak etdiyini qeyd edir. Mənbələrdə monastırın adı Ktiş, Qtiç və Qtiçavəng kimi qeyd edilir.
Yeparxiya mərkəzi kimi monastır əvvəlcə Arranşahların nəzarətində olmuş, VIII əsrdən etibarən isə həmin sülalənin Dizaq qolunun himayəsinə keçmişdir. Yaxınlıqda yerləşən Ktiş qalası IX əsrdən Yesai Əbu Musanın iqamətgahı olmuşdur. X əsrdən etibarən qala burda yaradılmış Dizaq çarlığının mərkəzi olmuşdur.
XIII əsrdə yeni tikililər hesabına monastır genişlənir, xüsusilə Dizaq məlikləri Avan və Yeqanın dövründə Qafqazın ən məşhur monastır komplekslərindən birinə çevrilir.
Monastırın divarlarında yerləşdirilmiş kitabələr və xaçdaşlar ərazinin orta əsrlər tarixi üçün əhəmiyyətli məlumatlar verirlər. Monastır divarındakı epiqrafik abidələr erkən monastır tikililərinin ərəblərin Azərbaycanı işğal etməsindən sonra dağıdıldığını xəbər verir. Hazırkı kilsə binasının şimal divarındakı kitabəyə əsasən Amaras monastırından buraya köçmüş iki yepiskop qardaş Ter Sarkis və Ter Vardanes dağıdılmış köhnə kilsənin təməlləri əsasında monastırın kafedral kilsəsini inşa etdirmişlər. İnşaat işlərinə 1241-ci ildə başlanılmış və 1248-ci ildə tamamlanmışdır.
Kitabədə həm də həmin dövrün qorxulu siyasi hadisələri haqqında məlumat verilir: “Kilsə oxçular qəbiləsinin bütün ölkəni xarabalıqlara çevirdiyi və Amarası da dağıtdığı çətin bir vaxtda inşa edilmişdir.”
Amaras monastırının dağıdılmasından sonra Sarkis və Vardanes qardaşları əvvəl orda xidmət etmiş rahib qardaşları Ktişvəng monastırında toplamışdılar. Kitabələrdə kilsənin inşa tarixi və kompleksin bərpası ilə bağlı ətraflı məlumatla yanaşı, Dizaq məliyi Qaqikin varislərinin monastıra bağışladığı monastır mülkləri haqqında da məlumat verilir: “Aqvan çayından başlayaraq Erasxa kimi, Vakunisdən Vaxaznaqetə kimi, Karatnisdən Xozanaget çayına kimi, Zaristdən Həkəriyə, Azaraget, Krataget, Dizaq, Belukan, həmçinin Parax, Qotanoç və Yekexeçadzor...” Kitabənin sonunda daha dörd kəndin adı çəkilir ki, onlardan Tuğ, Möhrənis və Akaku dövrümüzə kimi çatmış, Tais kəndi isə Tuğ və Böyük Tağlar kəndləri arasında olmuşdur.
Memarlıq xüsusiyyətləri
Kafedral kilsə
Kompleksin əsas elementi kafedral kilsədir. Xaricdən 10x7.5 metr ölçüyə malik düzbucaqlı, daxildən isə mərkəzi günbəzli tikili, qoşa divar pilonları və yarımdairəvi apsidanın hər iki tərəfində yerləşən iki mərtəbəli otaqlara malikdir. Otaqların ikinci mərtəbəsinə girişlər daş pilləkənlərin apardığı apsidadan açılır.
Kilsə yerli sarımtıl daşdan inşa edilmişdir. Qövsvari tağlar divar qabağındakı pilonları birləşdirməklə, həm də kilsənin çox iti uclu olmayan, lakin kifayət qədər yüksəkdə yerləşən günbəzini saxlayır. Silindrik baraban üzərində yerləşən günbəz, ikipilləli dam kərpiclərindən yığılmış yelpik formalı örtüyə malikdir. Kafedralın fasadları qoşa üçbucaqlı nişlərlə bəzədilmişdir. Pəncərə yerləri naxışlarla bəzədilmiş düzbucaqlı çərçivəyə malikdir.
Kilsənin divarları həm xaricdən, həm də daxildən kifayət qədər sadə görünüşə malik olmaqla, dekorativ relyeflər və qabartmalarla yüklənməmişdir. Ərazinin seysmoaktiv olmasına baxmayaraq, hətta 1868-ci ildə baş vermiş dağıdıcı zəlzələdən sonra belə kilsə ilkin görünüşünü saxlayaraq dövrümüzə çatmışdır.
Fasadların tərtibatında pəncərə yerləri və üçbucaqlı fasad nişlərini əhatə edən çərçivələr fərqlənir. Kilsənin memarlığında həm köhnə, həm də yeni dekorativ motivlər birləşdirilmişdir. Müxtəlif detallar Müqəddəs Qriqorisin Amaras monastırındakı məzarı və Gəncəsər monastırındakı Müqəddəs Vəftizçi İohann kilsəsinin künc nişlərin dekorativ tağları ilə oxşarlıq təşkil edir.
Digər tikililər
Kilsə binasına bitişik böyük narteks Makar Barxudaryanın fikrincə kilsə binasından daha qədimdir. Kifayət qədər geniş olan narteksin şimal tərəfində ucaldılmış sütunlar əlavə həcm yaratmaqla yanaşı, həm də narteksin daxili həcmini genişləndirir. Kobud yonulmuş bazalt daşlarından tikilmiş və tağ-tavanla örtülmüş narteks yalnız toplantı yeri olmamış, həm də türbə kimi istifadə edilmişdir. Narteksin döşəməsi monastırda xidmət etmiş din xadimləri və bir neçə yerli məliyin məzar daşları ilə örtülmüşdür. İncə oyma naxışlarla bəzədilmiş məzar daşlarının hər biri üzərində həm də kitabələr vardır. Bir neçə məzar daşı isə kilsənin içində yerləşir.
Şimaldan kilsə və narteksə daha kiçik ölçülü daha bir kilsə binası birləşir. Düzbucaqlı plan və altara malik birnefli zal kilsəsinin üstü çatmatağla örtülmüşdür. Kilsənin divarlarında qırmızı kərpiclə hörgü işləri müşahidə olunur ki, bu da XVII əsrdə həyata keçirilmiş bərpanın nəticəsidir.
Kilsə narteks ilə cənub çıxışı vasitəsiylə əlaqələndirilmişdir. Buna görə də kompleksə daxil olan hər iki kilsənin narteksi ümumidir. Kilsənin divarlarına naxışlı xaç daşlar hörülmüşdür. Həmiin xaç daşlardan biri üzərində 1000-ci il tarixi göstərilmişdir. Ş. Mkrtçyanın fikrincə bu, dövrümüzə çatmış kilsənin yerində daşdan tikilmiş başqa bir kilsə olmasını sübut edir.
Kompleksin qərb tərəfində yaşayış binaları vəə kompleksi əhatə edən qala divarlarının qalıqları dövrümüzə çatmışdır. Monastır ətrafında yerləşən qəbirsanlıq yüz illər ərzində baxımsız qaldığından torpaq altına batmış və yalnız məzar daşlarının yuxarı hissələri görünməkdədir.
Xaçdaşlar
Monastır ərazisində səpələnmiş yüksək bədii dəyərlərə malik çoxsaylı xaçkarların ən qədimi IX əsrə ən yenisi isə XIX əsrin əvvəllərinə aiddir. Onlar arasında zərgər incəliyi ilə işlənmiş naxışları və yüksək səviyyəli bədii tərtibatı ilə seçilən iki xaçdaş kafedral kilsənin giriş qapısının sağ və sol tərəflərində sərgilənir. Cənub tərəfdəki xaçdaş üzərində yazılmışdır: “695-ci ildə (1246) Mən, ter Vardanes ruhumun xilas olunması üçün bu xaçdaşı ucaltdım...” Digər xaçdaş üzərində isə yazılmışdır: “Mən...yepiskop bu xaçı ucaltdım.” İkinci xaçdaş SSRİ dövründə monastır ərazisindən götürülərək Ermənistana aparılmışdır və hazırda Üçkilsə kafedralının həyətində sərgilənir.
İstinadlar
- Мкртчян, 1989. səh. 67
- Каланкатуаци, Мовсес. История страны Алуанк (Перевод с древнеармянского Ш. В. Смбатяна). Ереван: Институт древних рукописей им. Маштоца. 1984. 239.
- Мкртчян, 1989. səh. 68
- Բարխուտարեանց, Մակար. Աղվանից երկիր և դրացիք, հատոր Բ. Թիֆլիս. 1907.
- Мкртчян, 1989. səh. 69
- Мкртчян, 1989. səh. 70
- Мкртчян, Ш. Церковные и исторические памятники Гадрутского района (№3). Эчмиадзин. 1977. 43.
- Мкртчян, 1989. səh. 71
- Бархударян, С. Свод армянских надписей, вып. 5. Ереван. 1982. 184.
Ədəbiyyat
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Каланкатуаци, Мовсес, История страны Алуанк / Пер. Ш. В. Смбатяна, Ереван: Матенадаран, 1984
- Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Ktisveng monastiri ve ya Guteveng monastiri Toxasar daginin simal serq eteyinde six mesenin ortasinda yerlesen XIII esre aid tarixi monastir kompleksi Yeparxiya merkezi kimi monastir evvelce Arransahlarin nezaretinde olmus VIII esrden etibaren ise hemin sulalenin Dizaq qolunun himayesine kecmisdir Ktisveng monastirierm ԳտչավանքMonastirin esas kilse binasi 2023 cu ilde39 35 37 sm e 46 56 32 s u Olke AzerbaycanSeher XocavendYerlesir Tug kendiTikilme tarixi XIII esrAzerbaycandaki tarixi abidelerin milli qeydiyyatiIstinad nom 4320KateqoriyaMonastirEhemiyyetiYerli ehemiyyetliKtisveng monastiriMonastirin plani Vikianbarda elaqeli mediafayllar XIII esrde yeni tikililer hesabina monastir genislenir xususile Dizaq melikleri Avan ve Yeqanin dovrunde Qafqazin en meshur monastir komplekslerinden birine cevrilir Monastirin divarlarinda yerlesdirilmis kitabeler ve xacdaslar erazinin orta esrler tarixi ucun ehemiyyetli melumatlar verirler Kompleksin esas elementi kafedral kilsedir Kilse yerli sarimtil dasdan insa edilmisdir Qovsvari taglar divar qabagindaki pilonlari birlesdirmekle hem de kilsenin cox iti uclu olmayan lakin kifayet qeder yuksekde yerlesen gunbezini saxlayir Silindrik baraban uzerinde yerlesen gunbez ikipilleli dam kerpiclerinden yigilmis yelpik formali ortuye malikdir TarixiKafedral kilsenin qapisi agzinda yerlesen xacdas Menbelerin melumatina gore Qticaveng Qarabagin esas dini ve siyasi merkezlerinden biri olmusdur Moisey Kalankatli Alban olkesinin tarixi eserinde Partav kilse meclisinden behs ederken meclisde istirak edenler arasinda Qticaveng tanuteri nin de istirak etdiyini qeyd edir Menbelerde monastirin adi Ktis Qtic ve Qticaveng kimi qeyd edilir Yeparxiya merkezi kimi monastir evvelce Arransahlarin nezaretinde olmus VIII esrden etibaren ise hemin sulalenin Dizaq qolunun himayesine kecmisdir Yaxinliqda yerlesen Ktis qalasi IX esrden Yesai Ebu Musanin iqametgahi olmusdur X esrden etibaren qala burda yaradilmis Dizaq carliginin merkezi olmusdur XIII esrde yeni tikililer hesabina monastir genislenir xususile Dizaq melikleri Avan ve Yeqanin dovrunde Qafqazin en meshur monastir komplekslerinden birine cevrilir Monastirin divarlarinda yerlesdirilmis kitabeler ve xacdaslar erazinin orta esrler tarixi ucun ehemiyyetli melumatlar verirler Monastir divarindaki epiqrafik abideler erken monastir tikililerinin ereblerin Azerbaycani isgal etmesinden sonra dagidildigini xeber verir Hazirki kilse binasinin simal divarindaki kitabeye esasen Amaras monastirindan buraya kocmus iki yepiskop qardas Ter Sarkis ve Ter Vardanes dagidilmis kohne kilsenin temelleri esasinda monastirin kafedral kilsesini insa etdirmisler Insaat islerine 1241 ci ilde baslanilmis ve 1248 ci ilde tamamlanmisdir Kitabede hem de hemin dovrun qorxulu siyasi hadiseleri haqqinda melumat verilir Kilse oxcular qebilesinin butun olkeni xarabaliqlara cevirdiyi ve Amarasi da dagitdigi cetin bir vaxtda insa edilmisdir Amaras monastirinin dagidilmasindan sonra Sarkis ve Vardanes qardaslari evvel orda xidmet etmis rahib qardaslari Ktisveng monastirinda toplamisdilar Kitabelerde kilsenin insa tarixi ve kompleksin berpasi ile bagli etrafli melumatla yanasi Dizaq meliyi Qaqikin varislerinin monastira bagisladigi monastir mulkleri haqqinda da melumat verilir Aqvan cayindan baslayaraq Erasxa kimi Vakunisden Vaxaznaqete kimi Karatnisden Xozanaget cayina kimi Zaristden Hekeriye Azaraget Krataget Dizaq Belukan hemcinin Parax Qotanoc ve Yekexecadzor Kitabenin sonunda daha dord kendin adi cekilir ki onlardan Tug Mohrenis ve Akaku dovrumuze kimi catmis Tais kendi ise Tug ve Boyuk Taglar kendleri arasinda olmusdur Memarliq xususiyyetleriKafedral kilse ermeniler terefinden restavrasiya edilmezden evvelKafedral kilse Kompleksin esas elementi kafedral kilsedir Xaricden 10x7 5 metr olcuye malik duzbucaqli daxilden ise merkezi gunbezli tikili qosa divar pilonlari ve yarimdairevi apsidanin her iki terefinde yerlesen iki mertebeli otaqlara malikdir Otaqlarin ikinci mertebesine girisler das pillekenlerin apardigi apsidadan acilir Kilse yerli sarimtil dasdan insa edilmisdir Qovsvari taglar divar qabagindaki pilonlari birlesdirmekle hem de kilsenin cox iti uclu olmayan lakin kifayet qeder yuksekde yerlesen gunbezini saxlayir Silindrik baraban uzerinde yerlesen gunbez ikipilleli dam kerpiclerinden yigilmis yelpik formali ortuye malikdir Kafedralin fasadlari qosa ucbucaqli nislerle bezedilmisdir Pencere yerleri naxislarla bezedilmis duzbucaqli cerciveye malikdir Kilsenin divarlari hem xaricden hem de daxilden kifayet qeder sade gorunuse malik olmaqla dekorativ relyefler ve qabartmalarla yuklenmemisdir Erazinin seysmoaktiv olmasina baxmayaraq hetta 1868 ci ilde bas vermis dagidici zelzeleden sonra bele kilse ilkin gorunusunu saxlayaraq dovrumuze catmisdir Fasadlarin tertibatinda pencere yerleri ve ucbucaqli fasad nislerini ehate eden cerciveler ferqlenir Kilsenin memarliginda hem kohne hem de yeni dekorativ motivler birlesdirilmisdir Muxtelif detallar Muqeddes Qriqorisin Amaras monastirindaki mezari ve Genceser monastirindaki Muqeddes Veftizci Iohann kilsesinin kunc nislerin dekorativ taglari ile oxsarliq teskil edir Diger tikililer Narteksin interyeri Kilse binasina bitisik boyuk narteks Makar Barxudaryanin fikrince kilse binasindan daha qedimdir Kifayet qeder genis olan narteksin simal terefinde ucaldilmis sutunlar elave hecm yaratmaqla yanasi hem de narteksin daxili hecmini genislendirir Kobud yonulmus bazalt daslarindan tikilmis ve tag tavanla ortulmus narteks yalniz toplanti yeri olmamis hem de turbe kimi istifade edilmisdir Narteksin dosemesi monastirda xidmet etmis din xadimleri ve bir nece yerli meliyin mezar daslari ile ortulmusdur Ince oyma naxislarla bezedilmis mezar daslarinin her biri uzerinde hem de kitabeler vardir Bir nece mezar dasi ise kilsenin icinde yerlesir Simaldan kilse ve nartekse daha kicik olculu daha bir kilse binasi birlesir Duzbucaqli plan ve altara malik birnefli zal kilsesinin ustu catmatagla ortulmusdur Kilsenin divarlarinda qirmizi kerpicle horgu isleri musahide olunur ki bu da XVII esrde heyata kecirilmis berpanin neticesidir Kilse narteks ile cenub cixisi vasitesiyle elaqelendirilmisdir Buna gore de komplekse daxil olan her iki kilsenin narteksi umumidir Kilsenin divarlarina naxisli xac daslar horulmusdur Hemiin xac daslardan biri uzerinde 1000 ci il tarixi gosterilmisdir S Mkrtcyanin fikrince bu dovrumuze catmis kilsenin yerinde dasdan tikilmis basqa bir kilse olmasini subut edir Kompleksin qerb terefinde yasayis binalari vee kompleksi ehate eden qala divarlarinin qaliqlari dovrumuze catmisdir Monastir etrafinda yerlesen qebirsanliq yuz iller erzinde baximsiz qaldigindan torpaq altina batmis ve yalniz mezar daslarinin yuxari hisseleri gorunmekdedir Xacdaslar Monastir erazisinde sepelenmis yuksek bedii deyerlere malik coxsayli xackarlarin en qedimi IX esre en yenisi ise XIX esrin evvellerine aiddir Onlar arasinda zerger inceliyi ile islenmis naxislari ve yuksek seviyyeli bedii tertibati ile secilen iki xacdas kafedral kilsenin giris qapisinin sag ve sol tereflerinde sergilenir Cenub terefdeki xacdas uzerinde yazilmisdir 695 ci ilde 1246 Men ter Vardanes ruhumun xilas olunmasi ucun bu xacdasi ucaltdim Diger xacdas uzerinde ise yazilmisdir Men yepiskop bu xaci ucaltdim Ikinci xacdas SSRI dovrunde monastir erazisinden goturulerek Ermenistana aparilmisdir ve hazirda Uckilse kafedralinin heyetinde sergilenir IstinadlarMkrtchyan 1989 seh 67 Kalankatuaci Movses Istoriya strany Aluank Perevod s drevnearmyanskogo Sh V Smbatyana Erevan Institut drevnih rukopisej im Mashtoca 1984 239 Mkrtchyan 1989 seh 68 Բարխուտարեանց Մակար Աղվանից երկիր և դրացիք հատոր Բ Թիֆլիս 1907 Mkrtchyan 1989 seh 69 Mkrtchyan 1989 seh 70 Mkrtchyan Sh Cerkovnye i istoricheskie pamyatniki Gadrutskogo rajona 3 Echmiadzin 1977 43 Mkrtchyan 1989 seh 71 Barhudaryan S Svod armyanskih nadpisej vyp 5 Erevan 1982 184 EdebiyyatMamedova Gyulchohra Zodchestvo Kavkazskoj Albanii Baku Chashyoglu 2004 Kalankatuaci Movses Istoriya strany Aluank Per Sh V Smbatyana Erevan Matenadaran 1984 Mkrtchyan Sh M Istoriko Arhitekturnye Pamyatniki Nagornogo Karabaha Erevan 1989