Türk-Fransa müharibəsi və ya Türkiyə İstiqlaliyyət müharibəsinin Cənub Cəbhəsi, həmçinin Kilikya kampaniyası və Fransızların Kilikiyaya müdaxiləsi — 1918-ci ilin dekabrından 1921-ci ilin oktyabrına qədər Türkiyə İstiqlaliyyət müharibəsi çərçivəsində Fransa ekspedisiya qüvvələri ilə 1920-ci ilə qədər nizamsız türk hərbi birləşmələri arasında, sonradan Türkiyə Böyük Millət Məclisi hökuməti rəhbərliyi ilə gedən döyüşlər.
Türk-Fransa müharibəsi | |||
---|---|---|---|
Türkiyə İstiqlaliyyət müharibəsi | |||
| |||
Tarix | dekabr 1918 - oktyabr 1921 | ||
Yeri | Kilikiya, Cəzirə | ||
Səbəbi | Fransanın Cənub-Şərqi Anadolunu işğal cəhdi | ||
Nəticəsi | Türkiyənin qələbəsi: Kilikiya müqaviləsi, Ankara müqaviləsi, Lozanna müqaviləsi | ||
Ərazi dəyişikliyi | Türkiyə | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Ümumi itkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Mudros müqaviləsindən sonra Fransa ordusu 1916-cı il gizli Says-Piko sazişinə uyğun olaraq Çukurovaya hərəkət etdi. Müharibədən sonra Osmanlı imperiyasının bölünməsi haqqında olan sazişdə Livan, Suriya, Şimali İraq və Türkiyənin cənub-şərqi Fransanın maraq zonası kimi tanınırdı. Fransızlar İskəndərun (Alexandretta) və Erganidəki mis mədənlərini ələ keçirdi. Digər tərəfdən, Mesopotamiyanın münbit torpaqları və Mosul vilayəti (burada iri neft yataqlarının olması ehtimal olunurdu) ingilislər üçün prioritet idi. Razılaşmaya görə, fransızlar Anadolunun özlərinə ayrılan cənub bölgələrinə gələnə qədər Antep, Maraş və Urfa şəhərlərinə ingilislər nəzarət edəcəkdi.
Elə həmin il Fransa-Erməni müqaviləsi bağlandı, ona əsasən Fransa erməni legionu yaradıldı. General Edmund Allenbinin komandanlığı altında Fransa erməni legionu erməni könüllülərdən ibarət idi.
Hadisələrin gedişi
Osmanlı imperiyası ilə Antanta ölkələri arasında 1918-ci ildə Mudros müqaviləsinin imzalanmasından dərhal sonra Fransa qoşunları noyabrın 12-də fransız briqadasının daxil olduğu İstanbulun işğalında iştirak etdi.
1919-cu il martın 18-də fransız qoşunları Zonquldak və Ereğliyə desant endirdilər. Əsas döyüş meydanı fransızların maraq zonası hesab etdikləri Kilikiya idi. 1918-ci il noyabrın 17-də 15 minə yaxın fransız əsgəri (150 fransız zabitinin komandanlığı altında Fransa erməni legionunun əsgərləri) Mersinə daxil oldu. Fransa ordusu noyabrın 19-da Tarsusu işğal etdi. Fransa qoşununun qərargahının Adanada yerləşdirmək üçün hazırlıqlar başladı. 1918-ci ilin sonunda bütün Kilikiya Fransanın işğalı altında idi. 1919-cu ildə fransızlar Anadoluda Antep, Maraş və Urfa vilayətlərini işğal edərək oradakı ingilisləri əvəzlədilər. Fransızlar bölgəni yaxşı tanımadıqları üçün erməni birləşmələrindən fəal istifadə edirdilər ki, bu da oradakı türklərlə ermənilərin düşmənçiliyi səbəbindən gərginliyin sürətlə artmasına səbəb oldu.
1919-cu il oktyabrın 31-də Sütçu İmamla baş verən hadisə Maraş uğrunda döyüşün başlanğıcı oldu. 1920-ci ilin fevralında fransızlar Maraşdan çıxmağa məcbur oldular. Onların getməsi Maraşda qalan erməni əhalisinin yerli türklər tərəfindən qovulmasına səbəb oldu.
Urfa bölgəsində Əli Sahib Ursavaş bəy öz tabeliyinə üç minə yaxın adam topladı. Beləliklə Urfa döyüşü başladı. 1920-ci ilin fevralında onlar Urfa fransız qarnizonuna ultimatum təqdim etdilər və 1920-ci ilin aprelində fransız qarnizonu boşaldıldı.
1920-ci ilin aprelində Antep fransızlara və ermənilərə qarşı üsyan qaldırdı. Ancaq Suriyadan təzə qoşunlar gətirən fransızlar Antepi mühasirəyə aldılar. Onlar mühasirəyə alınmış şəhəri artilleriya atəşi ilə məhv etməyə başladılar. 11 aylıq mühasirə zamanı bir neçə on minlərlə bina dağıdıldı və 6 mindən çox insan (əsasən dinc sakinlər) həlak oldu.
Maraş və Urfanı tərk edən fransızlar buna baxmayaraq Kilikiyanı tərk etmək fikrində deyildilər. Türk millətçilərinin növbəti vəzifəsi Tavr dağlarındakı aşırımlara nəzarəti ələ keçirmək idi. 1920-ci ilin mayında Kilikiya qapılarının (Gülək dərəsi) şimalında yerləşən Pozantı dəmir yolu stansiyasında fransız qarnizonunun yolu kəsildi. Fransanın blokadanı qaldırmaq üçün iki cəhdi uğursuz olduqdan sonra 500 nəfərlik qarnizon şəhəri tərk edərək cənubdakı dağları keçərək mühasirədən çıxmağa çalışdı. Mayın 28-də fransız hərbi kolonu 40 türk partizanının pusqusuna düşdü. Fransız komandiri mayor Mesnil təslim oldu. O, komandanlığa verdiyi hesabatda 15 min türkün əhatəsində olduqlarını iddia etmişdi. Bundan sonra yerli türk və fransız birləşmələri arasında 20 günlük atəşkəs sazişi bağlandı. Fransızlar Pozantı və ətraf əraziləri tərk etməyə razı oldular.
Mustafa Kamal Paşa avqustun 5-də Fevzi Paşa ilə birlikdə nizamsız qüvvələrin hərəkətlərini şəxsən əlaqələndirmək üçün Pozantıya gəldi. Döyüş Sevr müqaviləsi ilə fransızlara təslim olan şərqi Kilikiyaya keçdi. Oktyabrın 15-16-da türk nizamsız qüvvələri Tavr dağlarında ermənilərin qalası olan Hacın şəhərinə basqın etdilər.
9 fevral 1921-ci ildə mühasirəyə alınan Antep fransızlara təslim oldu. Müdafiəçilərin qəhrəmanlığının xatirəsinə Türkiyə Böyük Millət Məclisi şəhərin adına “Qazi” fəxri prefiksini əlavə edərək, adını dəyişdirərək Qaziantep qoydu. Bununla, cənub cəbhəsində əsas hərbi əməliyyatlar sona çatdı. Fransızlar qərb cəbhəsində türklərlə yunanlar arasında gedən döyüşlərin necə bitəcəyini gözləməyə başladılar.
Nəticə və yekun
1921-ci il fevralın 21-də Türkiyə ilə bağlı məsələlərin həlli üçün London konfransı başladı. Martın 9-da keçirilən bu konfransda Türkiyə Böyük Millət Məclisi hökumətinin nümayəndəsi Bəkir Sami Kunduh Fransa tərəfi ilə hərbi əməliyyatların dayandırılması və fransız qoşunlarının Türkiyənin cənubundan cəbhə xəttindən kənara 1918-ci ildə atəşkəs vaxtı olan cəbhə xətinə çıxarılması barədə razılığa gəldi. Bunun müqabilində fransızlar Türkiyənin cənubunda və şərqində iqtisadi imtiyazlar aldılar. Lakin Mustafa Kamal Paşa cəbhələrdə daha əlverişli vəziyyətin yaranmasını gözləmək qərarına gələrək bu müqaviləni Məclisin təsdiqinə təqdim etmədi.
Türklər yunanları İkinci İnönü döyüşündə məğlub etdikdən sonra Mustafa Kamal danışıqları davam etdirməyin vaxtının gəldiyinə qərar verdi. İyunun 8-də Fransa Milli Assambleyasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Henri Franklin-Builyon Ankaraya gəldi (formal olaraq şəxsi səfərlə, əslində Fransa xarici işlər naziri Artistide Brianın nümayəndəsi kimi). Türkiyəyə böyük fransa kapitalı yatırıldı, Fransa normal münasibətlər qurmaqda maraqlı idi, lakin türk millətçiləri kapitulyasiya sisteminin ləğvini tələb edirdilər, Fransa isə o anda bunu etməyə hazır deyildi. Franklin-Buillon heç bir razılaşma əldə etmədən Parisə getdi, ancaq xoşməramlılıq əlaməti olaraq fransız qoşunları 8 iyun 1921-ci ildə Qaradəniz Ereğlini, 18 iyunda isə Zonquldağı tərk etdilər.
Sentyabrın 3-də Sakarya döyüşü yunan ordusunun geri çəkilməsi ilə başa çatdı və sentyabrın 20-də Franklin-Bulyon bu dəfə iki fransız zabitinin müşayiəti ilə yenidən Ankaraya gəldi. Uzun və çətin danışıqlardan sonra 20 oktyabr 1921-ci ildə müqavilə imzalandı (fransızlar “müqavilə” sözünü işlətmək istəmədilər, çünki ingilislərlə müqaviləyə əsasən, onlar ayrıca sülh bağlamalı deyildilər). Hərbi əməliyyatlar dayandırıldı, əsirlərin dəyişdirilməsi qərara alındı. Türkiyə ilə sərhəd Fransanın mandat Suriyası arasında təyin olundu.
Yeni sərhəd xətti əsasən türklərin məskunlaşdığı İskəndərun bölgəsini Fransa tərəfində qaldığı üçün müqavilənin ratifikasiyası Türkiyə Böyük Millət Məclisində çətinliklər yaratdı. Bununla belə, Franklin-Buillon söz vermişdi ki, Fransa tərəfi Türkiyəyə ehtiyacı olmayan silahları zavod qiymətinə satacaq və onların geri çəkilmə zamanı fransız birlikləri tərəfindən onlara veriləcək. Beləliklə, türk qoşunları Yunan cəbhəsindən bu ərazilərə əlavə silah gətirmək məcburiyyətində qalmayacaq. Fransız qoşunları ilə birlikdə Kilikiyaya gələn ermənilər onlarla birlikdə getməyə üstünlük verdilər.
1921-ci il dekabrın 21-də türk qoşunları Adanaya, dekabrın 25-də isə Qaziantepə daxil oldular.
Ankara müqaviləsi ilə Antanta dövlətlərinin siyasi birliyi pozulmuş və yeni türk dövləti Fransa tərəfindən tanındı. Müqavilə imzalandıqdan sonra iki ölkə də bir-birinə nümayəndə göndərmişdir. Bu müqavilə nəticəsində Cənub cəbhəsindəki müharibə rəsmən sona çatdı və Türkiyənin cənub sərhədi müəyyənləşdi. İsgəndərun sancağı Suriyanın tərkibində qalırdı, lakin bu sancaqlığa xüsusi imtiyazlar və muxtariyyət verilirdi. Türklər ən böyük etnik qrup olduqlarından vilayətin idarə olunmasında üstün qəbul edilirdilər. Osmanlının qurucusu I Osmanın atası Süleyman şahın Suriyada olan məzar-türbəsi Türkiyə torpağı hesab edildi.
İstinadlar
- Millî Mücadele'de İlk Kurşun ve Dörtyol'un Düşman İşgalinden Kurtuluşu 2018-03-15 at the Wayback Machine (Turkish)
- en:Erik Jan Zürcher: Turkey: A Modern History, I.B.Tauris, 2004, ISBN , page 149 2023-06-18 at the Wayback Machine.
- Military Training Publishing Corporation, 1921, National service (Volumes 9–10), page 287.
- Yücel Güçlü: The question of the Sanjak of Alexandretta: A study in Turkish-French-Syrian relations, Turkish Historical Society Printing House, 2001, ISBN , page 36.
- Yücel Güçlü, 2001, page 36.
- Western Society for French History. Meeting: Proceedings of the ... Annual Meeting of the Western Society for French History, New Mexico State University Press, 1996, page 206 2022-06-09 at the Wayback Machine.
- Ahmet Hulki Saral, Türk İstiklal Harbi Güney Cephesi IV, Ankara, 1996, pg 47
- Guclu, Yucel: Armenians and the Allies in Clicia 1914-1923 (2010). University of Utah Press. June 2009. Page 144, quoting Henry Franklin-Bouillon: "In Cilicia, France was expending 5 million francs a year and had buried some 5,000 of its sons..."
- tr:Turgut Özakman: Vahidettin, M. Kemal ve milli mücadele: yalanlar, yanlışlar, yutturmacalar, Bilgi Yayınevi, 1997, ISBN , page 444.
- "Arxivlənmiş surət". 2004-12-20 tarixində . İstifadə tarixi: 2024-07-04.
- "Arxivlənmiş surət". 2004-12-20 tarixində . İstifadə tarixi: 2024-07-04.
- "Армянский легион: история разочарования". 2022-09-27 tarixində . İstifadə tarixi: 2022-09-27.
- Fromkin, David. . Macmillan. 2009. 360–373. ISBN .
- This is the figure given by French diplomat en:Philippe Berthelot during the London conference: Great Britain, Foreign Office. Documents on British Foreign Policy, 1919–1939. 1st series. Eds. Rohan Butler and J.P.T. Bury. London: H.M. Stationery Office, 1958, vol. 7, p. 301.
- Robert Farrer Zeidner, The Tricolor over the Taurus: The French in Cilicia and Vicinity, 1918-1922, Atatürk Supreme Council for Culture, Language and History, 2005, ISBN , p. 169.
- Rustow, Dankwart A. “The Army and the Founding of the Turkish Republic.” World Politics, vol. 11, no. 4, 1959, pp. 513–52. JSTOR, https://doi.org/10.2307/2009591. Accessed 17 Apr. 2024.
- Nejla, Günay (2019). "First Victory of The National Struggle: The National Struggle and Heroism of Marash". Journal of Turkology. 29 (1): 47–74. doi:10.26650/iuturkiyat.665123.
- Kerr, Stanley E. The Lions of Marash: Personal Experiences with American Near East Relief, 1919-1922. Albany: State University of New York Press, 1973, p. 63.
- The supplies activities during the Turkish war of independence 2011-06-21 at the Wayback Machine, Murat Günal Ataman, Hacettepe University (Atatürk Institute for Modern Turkish History), Ankara 2007, page 49
- Kerr, Stanley E. The Lions of Marash: Personal Experiences with American Near East Relief, 1919-1922. Albany: State University of New York Press, 1973, p. 214.
- Proceedings of the annual meeting of the Western Society for French History, Volume 24, Western Society for French History, 1997, p. 206.
- Ömer Asım Aksoy: Halkevi Konuşmaları, C.H. Partisi Basımevi, 1938, sayfa 174
- "Trains of Turkey | Network / CilicianGates".
- Edwards, Robert W. The Fortifications of Armenian Cilicia: Dumbarton Oaks Studies XXIII. Washington, D.C.: Dumbarton Oaks, Trustees for Harvard University. 1987. 62–65, 139–142, 281, 283, pls.6a–8b, 91a–94a. ISBN .
- Antep Savunması hakkında ayrıntılı bilgi ve resimler içeren internet sitesi.
- П.В.Шлыков. "БЕКИР Сами-бей (Кундух) — информация на портале Энциклопедия Всемирная история". w.histrf.ru. 2019-11-03 tarixində . İstifadə tarixi: 2019-11-03.
- S. Eriş Ülger. Özgün belge ve fotoğraflarla Mustafa Kemal Atatürk. Turkish Grand National Assembly. 1996. səh. 93.
- R. G. Grant. 1001 Battles That Changed the Course of World History. Universe. 2011. 777. ISBN .
- "Ankara, Treaty of" in The New Encyclopædia Britannica. Chicago: , 15th edn., 1992, Vol. 1, p. 423.
- "Franco-Turkish agreement of Ankara" (PDF) (fransız və ingilis). İstifadə tarixi: 8 August 2014.
Ədəbiyyat
- И. Г. Дроговоз «Турецкий марш: Турция в огне сражений», — Минск: «Харвест», 2007.
- Финкель Кэролайн. История Османской империи. Видение Османа (3000 nüs.). М.: АСТ, Мидгард. 2010. ISBN .
- Andrew Mango «Ataturk», — London: John Murray, 2004. .
- Саакян Р. Г. Франко-турецкие отношения и Киликия в 1918-1923 гг. — Ереван, из-во АН АрмССР, 1986. 283 с., 3000 экз.
Xarici keçidlər
- Türkiyə Qurtuluş Savaşı 2015-05-12 at the Wayback Machine
- Atatürk və Qurtuluş müharibəsi 2011-11-20 at the Wayback Machine
- Qurtuluş müharibəsi muzeyi (TBMM) 2014-02-21 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Turk Fransa muharibesi ve ya Turkiye Istiqlaliyyet muharibesinin Cenub Cebhesi hemcinin Kilikya kampaniyasi ve Fransizlarin Kilikiyaya mudaxilesi 1918 ci ilin dekabrindan 1921 ci ilin oktyabrina qeder Turkiye Istiqlaliyyet muharibesi cercivesinde Fransa ekspedisiya quvveleri ile 1920 ci ile qeder nizamsiz turk herbi birlesmeleri arasinda sonradan Turkiye Boyuk Millet Meclisi hokumeti rehberliyi ile geden doyusler Turk Fransa muharibesiTurkiye Istiqlaliyyet muharibesiFransiz Ermeni LegionuTarix dekabr 1918 oktyabr 1921Yeri Kilikiya CezireSebebi Fransanin Cenub Serqi Anadolunu isgal cehdiNeticesi Turkiyenin qelebesi Kilikiya muqavilesi Ankara muqavilesi Lozanna muqavilesiErazi deyisikliyi TurkiyeMunaqise terefleri Turkiye Boyuk Millet Meclisi hokumeti Turk Milli Herekati Milli quvveller Fransa Fransiz Ermeni LegionuKomandan lar Eli Fuad Cebesoy Eli Sahib Ursavas Eli Qilinc Sefik Ozdemir bey Anri QuronTereflerin quvvesi18 min nefer munaqisenin evvelinde 25 min nefer cemi 25 30 min nefer Mart 1920 texminen 40 min nefer May 1920 70 min nefer Fevral 1921 Fransa ermeni legionu 10150 neferItkilermelum deyil 5 min neferden artiqUmumi itkiler10 min nefere yaxin Vikianbarda elaqeli mediafayllarTarixiMudros muqavilesinden sonra Fransa ordusu 1916 ci il gizli Says Piko sazisine uygun olaraq Cukurovaya hereket etdi Muharibeden sonra Osmanli imperiyasinin bolunmesi haqqinda olan sazisde Livan Suriya Simali Iraq ve Turkiyenin cenub serqi Fransanin maraq zonasi kimi taninirdi Fransizlar Iskenderun Alexandretta ve Erganideki mis medenlerini ele kecirdi Diger terefden Mesopotamiyanin munbit torpaqlari ve Mosul vilayeti burada iri neft yataqlarinin olmasi ehtimal olunurdu ingilisler ucun prioritet idi Razilasmaya gore fransizlar Anadolunun ozlerine ayrilan cenub bolgelerine gelene qeder Antep Maras ve Urfa seherlerine ingilisler nezaret edecekdi Ele hemin il Fransa Ermeni muqavilesi baglandi ona esasen Fransa ermeni legionu yaradildi General Edmund Allenbinin komandanligi altinda Fransa ermeni legionu ermeni konullulerden ibaret idi Hadiselerin gedisiOsmanli imperiyasi ile Antanta olkeleri arasinda 1918 ci ilde Mudros muqavilesinin imzalanmasindan derhal sonra Fransa qosunlari noyabrin 12 de fransiz briqadasinin daxil oldugu Istanbulun isgalinda istirak etdi 1919 cu il martin 18 de fransiz qosunlari Zonquldak ve Eregliye desant endirdiler Esas doyus meydani fransizlarin maraq zonasi hesab etdikleri Kilikiya idi 1918 ci il noyabrin 17 de 15 mine yaxin fransiz esgeri 150 fransiz zabitinin komandanligi altinda Fransa ermeni legionunun esgerleri Mersine daxil oldu Fransa ordusu noyabrin 19 da Tarsusu isgal etdi Fransa qosununun qerargahinin Adanada yerlesdirmek ucun hazirliqlar basladi 1918 ci ilin sonunda butun Kilikiya Fransanin isgali altinda idi 1919 cu ilde fransizlar Anadoluda Antep Maras ve Urfa vilayetlerini isgal ederek oradaki ingilisleri evezlediler Fransizlar bolgeni yaxsi tanimadiqlari ucun ermeni birlesmelerinden feal istifade edirdiler ki bu da oradaki turklerle ermenilerin dusmenciliyi sebebinden gerginliyin suretle artmasina sebeb oldu 1919 cu il oktyabrin 31 de Sutcu Imamla bas veren hadise Maras ugrunda doyusun baslangici oldu 1920 ci ilin fevralinda fransizlar Marasdan cixmaga mecbur oldular Onlarin getmesi Marasda qalan ermeni ehalisinin yerli turkler terefinden qovulmasina sebeb oldu Urfa bolgesinde Eli Sahib Ursavas bey oz tabeliyine uc mine yaxin adam topladi Belelikle Urfa doyusu basladi 1920 ci ilin fevralinda onlar Urfa fransiz qarnizonuna ultimatum teqdim etdiler ve 1920 ci ilin aprelinde fransiz qarnizonu bosaldildi Doyuslerin getdiyi bolgenin erazisi 1920 ci ilin aprelinde Antep fransizlara ve ermenilere qarsi usyan qaldirdi Ancaq Suriyadan teze qosunlar getiren fransizlar Antepi muhasireye aldilar Onlar muhasireye alinmis seheri artilleriya atesi ile mehv etmeye basladilar 11 ayliq muhasire zamani bir nece on minlerle bina dagidildi ve 6 minden cox insan esasen dinc sakinler helak oldu Maras ve Urfani terk eden fransizlar buna baxmayaraq Kilikiyani terk etmek fikrinde deyildiler Turk milletcilerinin novbeti vezifesi Tavr daglarindaki asirimlara nezareti ele kecirmek idi 1920 ci ilin mayinda Kilikiya qapilarinin Gulek deresi simalinda yerlesen Pozanti demir yolu stansiyasinda fransiz qarnizonunun yolu kesildi Fransanin blokadani qaldirmaq ucun iki cehdi ugursuz olduqdan sonra 500 neferlik qarnizon seheri terk ederek cenubdaki daglari kecerek muhasireden cixmaga calisdi Mayin 28 de fransiz herbi kolonu 40 turk partizaninin pusqusuna dusdu Fransiz komandiri mayor Mesnil teslim oldu O komandanliga verdiyi hesabatda 15 min turkun ehatesinde olduqlarini iddia etmisdi Bundan sonra yerli turk ve fransiz birlesmeleri arasinda 20 gunluk ateskes sazisi baglandi Fransizlar Pozanti ve etraf erazileri terk etmeye razi oldular Mustafa Kamal Pasa avqustun 5 de Fevzi Pasa ile birlikde nizamsiz quvvelerin hereketlerini sexsen elaqelendirmek ucun Pozantiya geldi Doyus Sevr muqavilesi ile fransizlara teslim olan serqi Kilikiyaya kecdi Oktyabrin 15 16 da turk nizamsiz quvveleri Tavr daglarinda ermenilerin qalasi olan Hacin seherine basqin etdiler 9 fevral 1921 ci ilde muhasireye alinan Antep fransizlara teslim oldu Mudafiecilerin qehremanliginin xatiresine Turkiye Boyuk Millet Meclisi seherin adina Qazi fexri prefiksini elave ederek adini deyisdirerek Qaziantep qoydu Bununla cenub cebhesinde esas herbi emeliyyatlar sona catdi Fransizlar qerb cebhesinde turklerle yunanlar arasinda geden doyuslerin nece biteceyini gozlemeye basladilar Netice ve yekunAnkara sulh muqavilesi 1921 ci il fevralin 21 de Turkiye ile bagli meselelerin helli ucun London konfransi basladi Martin 9 da kecirilen bu konfransda Turkiye Boyuk Millet Meclisi hokumetinin numayendesi Bekir Sami Kunduh Fransa terefi ile herbi emeliyyatlarin dayandirilmasi ve fransiz qosunlarinin Turkiyenin cenubundan cebhe xettinden kenara 1918 ci ilde ateskes vaxti olan cebhe xetine cixarilmasi barede raziliga geldi Bunun muqabilinde fransizlar Turkiyenin cenubunda ve serqinde iqtisadi imtiyazlar aldilar Lakin Mustafa Kamal Pasa cebhelerde daha elverisli veziyyetin yaranmasini gozlemek qerarina gelerek bu muqavileni Meclisin tesdiqine teqdim etmedi Turkler yunanlari Ikinci Inonu doyusunde meglub etdikden sonra Mustafa Kamal danisiqlari davam etdirmeyin vaxtinin geldiyine qerar verdi Iyunun 8 de Fransa Milli Assambleyasinin Beynelxalq Elaqeler Komitesinin rehberi Henri Franklin Builyon Ankaraya geldi formal olaraq sexsi seferle eslinde Fransa xarici isler naziri Artistide Brianin numayendesi kimi Turkiyeye boyuk fransa kapitali yatirildi Fransa normal munasibetler qurmaqda maraqli idi lakin turk milletcileri kapitulyasiya sisteminin legvini teleb edirdiler Fransa ise o anda bunu etmeye hazir deyildi Franklin Buillon hec bir razilasma elde etmeden Parise getdi ancaq xosmeramliliq elameti olaraq fransiz qosunlari 8 iyun 1921 ci ilde Qaradeniz Ereglini 18 iyunda ise Zonquldagi terk etdiler Sentyabrin 3 de Sakarya doyusu yunan ordusunun geri cekilmesi ile basa catdi ve sentyabrin 20 de Franklin Bulyon bu defe iki fransiz zabitinin musayieti ile yeniden Ankaraya geldi Uzun ve cetin danisiqlardan sonra 20 oktyabr 1921 ci ilde muqavile imzalandi fransizlar muqavile sozunu isletmek istemediler cunki ingilislerle muqavileye esasen onlar ayrica sulh baglamali deyildiler Herbi emeliyyatlar dayandirildi esirlerin deyisdirilmesi qerara alindi Turkiye ile serhed Fransanin mandat Suriyasi arasinda teyin olundu Yeni serhed xetti esasen turklerin meskunlasdigi Iskenderun bolgesini Fransa terefinde qaldigi ucun muqavilenin ratifikasiyasi Turkiye Boyuk Millet Meclisinde cetinlikler yaratdi Bununla bele Franklin Buillon soz vermisdi ki Fransa terefi Turkiyeye ehtiyaci olmayan silahlari zavod qiymetine satacaq ve onlarin geri cekilme zamani fransiz birlikleri terefinden onlara verilecek Belelikle turk qosunlari Yunan cebhesinden bu erazilere elave silah getirmek mecburiyyetinde qalmayacaq Fransiz qosunlari ile birlikde Kilikiyaya gelen ermeniler onlarla birlikde getmeye ustunluk verdiler 1921 ci il dekabrin 21 de turk qosunlari Adanaya dekabrin 25 de ise Qaziantepe daxil oldular Ankara muqavilesi ile Antanta dovletlerinin siyasi birliyi pozulmus ve yeni turk dovleti Fransa terefinden tanindi Muqavile imzalandiqdan sonra iki olke de bir birine numayende gondermisdir Bu muqavile neticesinde Cenub cebhesindeki muharibe resmen sona catdi ve Turkiyenin cenub serhedi mueyyenlesdi Isgenderun sancagi Suriyanin terkibinde qalirdi lakin bu sancaqliga xususi imtiyazlar ve muxtariyyet verilirdi Turkler en boyuk etnik qrup olduqlarindan vilayetin idare olunmasinda ustun qebul edilirdiler Osmanlinin qurucusu I Osmanin atasi Suleyman sahin Suriyada olan mezar turbesi Turkiye torpagi hesab edildi IstinadlarMilli Mucadele de Ilk Kursun ve Dortyol un Dusman Isgalinden Kurtulusu 2018 03 15 at the Wayback Machine Turkish en Erik Jan Zurcher Turkey A Modern History I B Tauris 2004 ISBN 1850433992 page 149 2023 06 18 at the Wayback Machine Military Training Publishing Corporation 1921 National service Volumes 9 10 page 287 Yucel Guclu The question of the Sanjak of Alexandretta A study in Turkish French Syrian relations Turkish Historical Society Printing House 2001 ISBN 9751614031 page 36 Yucel Guclu 2001 page 36 Western Society for French History Meeting Proceedings of the Annual Meeting of the Western Society for French History New Mexico State University Press 1996 page 206 2022 06 09 at the Wayback Machine Ahmet Hulki Saral Turk Istiklal Harbi Guney Cephesi IV Ankara 1996 pg 47 Guclu Yucel Armenians and the Allies in Clicia 1914 1923 2010 University of Utah Press June 2009 Page 144 quoting Henry Franklin Bouillon In Cilicia France was expending 5 million francs a year and had buried some 5 000 of its sons tr Turgut Ozakman Vahidettin M Kemal ve milli mucadele yalanlar yanlislar yutturmacalar Bilgi Yayinevi 1997 ISBN 9754946698 page 444 Arxivlenmis suret 2004 12 20 tarixinde Istifade tarixi 2024 07 04 Arxivlenmis suret 2004 12 20 tarixinde Istifade tarixi 2024 07 04 Armyanskij legion istoriya razocharovaniya 2022 09 27 tarixinde Istifade tarixi 2022 09 27 Fromkin David Macmillan 2009 360 373 ISBN 978 0 8050 8809 0 This is the figure given by French diplomat en Philippe Berthelot during the London conference Great Britain Foreign Office Documents on British Foreign Policy 1919 1939 1st series Eds Rohan Butler and J P T Bury London H M Stationery Office 1958 vol 7 p 301 Robert Farrer Zeidner The Tricolor over the Taurus The French in Cilicia and Vicinity 1918 1922 Ataturk Supreme Council for Culture Language and History 2005 ISBN 978 975 16 1767 5 p 169 Rustow Dankwart A The Army and the Founding of the Turkish Republic World Politics vol 11 no 4 1959 pp 513 52 JSTOR https doi org 10 2307 2009591 Accessed 17 Apr 2024 Nejla Gunay 2019 First Victory of The National Struggle The National Struggle and Heroism of Marash Journal of Turkology 29 1 47 74 doi 10 26650 iuturkiyat 665123 Kerr Stanley E The Lions of Marash Personal Experiences with American Near East Relief 1919 1922 Albany State University of New York Press 1973 p 63 The supplies activities during the Turkish war of independence 2011 06 21 at the Wayback Machine Murat Gunal Ataman Hacettepe University Ataturk Institute for Modern Turkish History Ankara 2007 page 49 Kerr Stanley E The Lions of Marash Personal Experiences with American Near East Relief 1919 1922 Albany State University of New York Press 1973 p 214 Proceedings of the annual meeting of the Western Society for French History Volume 24 Western Society for French History 1997 p 206 Omer Asim Aksoy Halkevi Konusmalari C H Partisi Basimevi 1938 sayfa 174 Trains of Turkey Network CilicianGates Edwards Robert W The Fortifications of Armenian Cilicia Dumbarton Oaks Studies XXIII Washington D C Dumbarton Oaks Trustees for Harvard University 1987 62 65 139 142 281 283 pls 6a 8b 91a 94a ISBN 0 88402 163 7 Antep Savunmasi hakkinda ayrintili bilgi ve resimler iceren internet sitesi P V Shlykov BEKIR Sami bej Kunduh informaciya na portale Enciklopediya Vsemirnaya istoriya w histrf ru 2019 11 03 tarixinde Istifade tarixi 2019 11 03 S Eris Ulger Ozgun belge ve fotograflarla Mustafa Kemal Ataturk Turkish Grand National Assembly 1996 seh 93 R G Grant 1001 Battles That Changed the Course of World History Universe 2011 777 ISBN 978 0 7893 2233 3 Ankara Treaty of in The New Encyclopaedia Britannica Chicago 15th edn 1992 Vol 1 p 423 Franco Turkish agreement of Ankara PDF fransiz ve ingilis Istifade tarixi 8 August 2014 EdebiyyatI G Drogovoz Tureckij marsh Turciya v ogne srazhenij Minsk Harvest 2007 ISBN 978 985 16 2075 9 Finkel Kerolajn Istoriya Osmanskoj imperii Videnie Osmana 3000 nus M AST Midgard 2010 ISBN 978 5 17 043651 4 Andrew Mango Ataturk London John Murray 2004 ISBN 978 0 7195 6592 2 Saakyan R G Franko tureckie otnosheniya i Kilikiya v 1918 1923 gg Erevan iz vo AN ArmSSR 1986 283 s 3000 ekz Xarici kecidlerVikianbarda Fransa Turkiye muharibesi ile elaqeli mediafayllar var Turkiye Qurtulus Savasi 2015 05 12 at the Wayback Machine Ataturk ve Qurtulus muharibesi 2011 11 20 at the Wayback Machine Qurtulus muharibesi muzeyi TBMM 2014 02 21 at the Wayback Machine