Feyzullahzadə Mustafa Əfəndi (1679, Konstantinopol – 4 mart 1745, Konstantinopol) — Osmanlı alimi, şairi və şeyxülislamı. Atası Seyid Feyzullah Əfəndi II Süleyman və II Mustafa səltənətlərində, qardaşı Seyid Murtuz Əfəndi isə Sultan Mahmud və Sultan Osman səltənətlərində şeyxülislam olmuşdur.
Feyzullahzadə Mustafa Əfəndi | |
---|---|
Əvvəlki | Dürri Mehmed Əfəndi |
Sonrakı | Pirizadə Mehmed Sahib Əfəndi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Atası | Seyid Feyzullah Əfəndi |
Uşaqları | Osman Əfəndi Abdullah Əfəndi |
Həyatı
1679-cu ildə İstanbulda dünyaya gəldi. Atası II Süleyman və II Mustafa səltənətlərində şeyxülislam olan Seyid Feyzullah Əfəndi, anası isə yenə II Mustafanın müəllimlərindən Vani Mehmed Əfəndinin qızı idi. Atasından və onun mühitindəki bir çox mühüm alimlərdən dərslər aldı. Atasının nüfuzundan istifadə edərək qısa müddətdə yüksəldi və bu vəziyyət müxtəlif söz-söhbətlərə və tənqidə yol açdı. Hələ 23 yaşında ikən yüksək dərəcəli bir rütbə olan Məkkə qazılığına gətirildi (1701). Vəzifə müddətini tamamlayıb geri dönərkən yol boyunca onu qarşılayan üləma zümrəsinə mənsub şəxslərin ona hədiyyələr təqdim etməsi barədə dövrün tarixçilərindən Raşidi geniş şəkildə danışır. Döndükdən dərhal sonra 1703-cü ilin aprelində birbaşa Anadolu qazəsgəri təyin edilməsi, illərdir bu vəzifəni gözləyənlərin narazılığına səbəb oldu. Buna baxmayaraq həmin ilin iyununda Rumeli qazəsgərliyi payəsi də məhz Mustafa Əfəndiyə verildi.
Yenə tarixçi Raşidiyə görə, bu təyinat o illərdə Rumeli qazəsgəri olan qardaşı Seyid İbrahim Əfəndini qısqanan Mustafa Əfəndinın könlünü almaq üçün atası tərəfindən qəbul edilmişdir. Ancaq atası Feyzullah Əfəndiyə qarşı etirazların artması və 1703-cü ildə baş verən Ədirnə hadisələrində faciəvi şəkildə qətlə yetirilməsi Mustafa Əfəndidən də yan keçmədi. Bir müddət Yeddiqüllə zindanlarında həbs edilən Mustafa Əfəndi öncə Kipr adasına, ardından Bursaya sürgün edildi. Sultan Əhməd səltənətinin sonlarına qədər təxminən 27 il Bursada yaşayan Mustafa Əfəndi 1730-cu ildə Sultan Mahmudun taxta cülusunun ardından bağışlanaraq İstanbula çağırıldı. 2 avqust 1732-ci ildə Rumeli qazəsgəri, 13 aprel 1736-cı ildə Dürri Mehmed Əfəndinin yerinə şeyxülislamlığa gətirildi. Ədalətli bir şeyxülislam olaraq anılan Mustafa Əfəndi keçirdiyi iflicin ardından vəzifəsinə davam etsə də, çox keçmədən 4 mart 1745-ci ildə vəfat etdi. Cənazəsi bacısının əri və özü kimi şeyxülislam olan Mirzəzadə Mehmed Əfəndinin yanında Qaracaəhməd məzarlığında dəfn edildi.
Yaşlılığı və keçirdiyi xəstəlik səbəbilə Sultan Mahmud tərəfindən verilən icazəylə verdiyi fətvalarda imza yerinə möhür istifadə etdiyi bilinir. Özü kimi üləma zümrəsinə daxil olan oğullarından müdərris Osman Əfəndi 1738-ci ildə vəfat etmiş, digər oğlu Abdullah Əfəndi Rumeli qazəsgərliyi və naqibüləşraflığa qədər yüksələrək 1770-ci ildə vəfat etmişdir. Hər iki övladı da atasının yanına dəfn edilmişdir.
Mənbə
- Râşid, Târih, II, 555–556, 581, 586–587;
- İzzî, Târih, İstanbul 1189, vr. 23a-24a;
- Subhî, Târih, vr. 45a, 92a-b;
- Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 106, 109, 116;
- Ayvansarâyî, Hadîkatü’l-cevâmi‘, I, 283;
- Devhatü’l-meşâyih, s. 92–93;
- Sicill-i Osmânî, IV, 428;
- İlmiyye Salnâmesi, s. 518–519;
- a.mlf., İlmiye Teşkilâtı, s. 187;
- Danişmend, Kronoloji2, V, 139;
- Erünsal, Türk Kütüphaneleri Tarihi II, s. 65–66;
- Öztuna, Devletler ve Hanedanlar, II, 661–663;
İstinadlar
- Defterdar Sarı Mehmed Paşa, Zübde-i Vekayiât (nşr. Abdülkadir Özcan), Ankara 1995, s. 792, 794, 796;
- Uzunçarşılı, Osmanlı Tarihi, IV/2, s. 472–473, 490;
- Ramazan Muslu, Osmanlı Toplumunda Tasavvuf (18. Yüzyıl), İstanbul 2003, s. 306.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Feyzullahzade Mustafa Efendi 1679 Konstantinopol 4 mart 1745 Konstantinopol Osmanli alimi sairi ve seyxulislami Atasi Seyid Feyzullah Efendi II Suleyman ve II Mustafa seltenetlerinde qardasi Seyid Murtuz Efendi ise Sultan Mahmud ve Sultan Osman seltenetlerinde seyxulislam olmusdur Feyzullahzade Mustafa Efendi84 Osmanli seyxulislamiEvvelkiDurri Mehmed EfendiSonrakiPirizade Mehmed Sahib EfendiSexsi melumatlarDogum tarixi 1679Dogum yeri Istanbul Osmanli imperiyasiVefat tarixi 4 mart 1745 56 yasinda Vefat yeri Konstantinopol Osmanli imperiyasiDefn yeri Qaracaehmed qebiristanligiAtasi Seyid Feyzullah EfendiUsaqlari Osman Efendi Abdullah EfendiHeyati1679 cu ilde Istanbulda dunyaya geldi Atasi II Suleyman ve II Mustafa seltenetlerinde seyxulislam olan Seyid Feyzullah Efendi anasi ise yene II Mustafanin muellimlerinden Vani Mehmed Efendinin qizi idi Atasindan ve onun muhitindeki bir cox muhum alimlerden dersler aldi Atasinin nufuzundan istifade ederek qisa muddetde yukseldi ve bu veziyyet muxtelif soz sohbetlere ve tenqide yol acdi Hele 23 yasinda iken yuksek dereceli bir rutbe olan Mekke qaziligina getirildi 1701 Vezife muddetini tamamlayib geri donerken yol boyunca onu qarsilayan ulema zumresine mensub sexslerin ona hediyyeler teqdim etmesi barede dovrun tarixcilerinden Rasidi genis sekilde danisir Dondukden derhal sonra 1703 cu ilin aprelinde birbasa Anadolu qazesgeri teyin edilmesi illerdir bu vezifeni gozleyenlerin naraziligina sebeb oldu Buna baxmayaraq hemin ilin iyununda Rumeli qazesgerliyi payesi de mehz Mustafa Efendiye verildi Yene tarixci Rasidiye gore bu teyinat o illerde Rumeli qazesgeri olan qardasi Seyid Ibrahim Efendini qisqanan Mustafa Efendinin konlunu almaq ucun atasi terefinden qebul edilmisdir Ancaq atasi Feyzullah Efendiye qarsi etirazlarin artmasi ve 1703 cu ilde bas veren Edirne hadiselerinde facievi sekilde qetle yetirilmesi Mustafa Efendiden de yan kecmedi Bir muddet Yeddiqulle zindanlarinda hebs edilen Mustafa Efendi once Kipr adasina ardindan Bursaya surgun edildi Sultan Ehmed seltenetinin sonlarina qeder texminen 27 il Bursada yasayan Mustafa Efendi 1730 cu ilde Sultan Mahmudun taxta culusunun ardindan bagislanaraq Istanbula cagirildi 2 avqust 1732 ci ilde Rumeli qazesgeri 13 aprel 1736 ci ilde Durri Mehmed Efendinin yerine seyxulislamliga getirildi Edaletli bir seyxulislam olaraq anilan Mustafa Efendi kecirdiyi iflicin ardindan vezifesine davam etse de cox kecmeden 4 mart 1745 ci ilde vefat etdi Cenazesi bacisinin eri ve ozu kimi seyxulislam olan Mirzezade Mehmed Efendinin yaninda Qaracaehmed mezarliginda defn edildi Yasliligi ve kecirdiyi xestelik sebebile Sultan Mahmud terefinden verilen icazeyle verdiyi fetvalarda imza yerine mohur istifade etdiyi bilinir Ozu kimi ulema zumresine daxil olan ogullarindan muderris Osman Efendi 1738 ci ilde vefat etmis diger oglu Abdullah Efendi Rumeli qazesgerliyi ve naqibulesrafliga qeder yukselerek 1770 ci ilde vefat etmisdir Her iki ovladi da atasinin yanina defn edilmisdir MenbeRasid Tarih II 555 556 581 586 587 Izzi Tarih Istanbul 1189 vr 23a 24a Subhi Tarih vr 45a 92a b Sem danizade Muri t tevarih Aktepe I 106 109 116 Ayvansarayi Hadikatu l cevami I 283 Devhatu l mesayih s 92 93 Sicill i Osmani IV 428 Ilmiyye Salnamesi s 518 519 a mlf Ilmiye Teskilati s 187 Danismend Kronoloji2 V 139 Erunsal Turk Kutuphaneleri Tarihi II s 65 66 Oztuna Devletler ve Hanedanlar II 661 663 IstinadlarDefterdar Sari Mehmed Pasa Zubde i Vekayiat nsr Abdulkadir Ozcan Ankara 1995 s 792 794 796 Uzuncarsili Osmanli Tarihi IV 2 s 472 473 490 Ramazan Muslu Osmanli Toplumunda Tasavvuf 18 Yuzyil Istanbul 2003 s 306