Fərhad və Şirin — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəridir.
Fərhad və Şirin | |
---|---|
Müəllif | Səməd Vurğun |
Janr | Dram |
Orijinalın dili | Azərbaycan dili |
Orijinalın nəşr ili | 1941 |
Əvvəlki | Vaqif |
Məzmunu
"Fərhad və Şirin" dramının əsas qəhrəmanı Fərhaddır. Fərhad Azərbaycan xalqının sənətkarı, sərkərdəsi və qəhrəman oğludur. O, təhlükəyə düşmüş vətəninin istiqlaliyyətini qorumaq, qaçırılmış sevgilisini xilas etmək uğrunda fədakarlıq göstərmək, vətənin şərəfini, özünün namusunu müdafiə etmək üçün yaradılmışdır.
Dramda Fərhad müsbət bir obraz, mütərəqqi qüvvələrin rəmzi kimi tərənnüm edilir. Lakin xeyir qüvvələrin rəmzi kimi yaranan bu qəhrəman əsərdə şər qüvvələrin xəyanəti nəticəsində ölür.
S. Vurğun Xosrovu işğalçı-depot kimi təqdim edir. Pyesdə Xosrovun Şirinə olan məhəbbəti əsl məhəbbət deyildir. O, Azərbaycanı İranla birləşdirmək məqsədilə bu yanlış sevgiyə uymuşdur. Bu, siyasi bir hiylədir. Lakin Nizaminin poemasının əsas motivi əsl məhəbbət mövzusu, həqiqi əxlaq və tərbiyə məsələsidir.
Obrazlar
Fərhad
Səməd Vurğunun "Fərhad və Şirin" dramının əsas qəhrəmanı olan Fərhad Azərbaycan xalqının bacarıqlı, vətənpərvər oğludur. O, mahir bir sənətkar, görkəmli bir sərkərdə və sədaqətli aşiqdir. S. vurğun Fərhadı bir insan kimi təsvir etmişdir, onu ideallıq, nöqsansızlıq göylərindən endirmiş, ona daha həyatı daha təbii bir xarakter vermişdir.
A.Arşaruni yazır ki, Səməd Vurğun Fərhadı nə igid bir sərkərdə, nə fədakar bir aşiq nə də ardıcıl bir sənətkar kimi özünü göstərə bilmişdir. Şair öz qəhrəmanını bu üç böyük sifət və səciyyənin heç birinin rəmzi və nümayəndəsi kimi təmsil etdirə bilməmişdir. Onun surəti nəinki mükəmməl və dolğun təsvir olunmuşdur, əksinə, hər üç sahədə Fərhad obrazı naqisdir.
M. A. Dadaşzadə 1941-ci ildə Fərhad surətinin bəzi nöqsanlarından bəhs edərək yazır ki, S. Vurğun Fərhad ilə Şirinin münasibətlərində, bu iki qəhrəmanın xarakterində dramatik cəhətdən əsaslandırılmayan hallara yol vermiş, xüsusən Fərhadı bütövlükdən, daxili ardıcıllıq və dramatizmdən mərhum etmişdir.
Səməd Vurğun Fərhadın rolunu nə qədər böyüdüb, onu gah sərkərdə, gah sənətkar, gah da fədakar bir aşiq kimi tərənnüm etsə də, Fərhad Xosrovun bərabərində Yenə də Nizami əsərindəki sadə, əməkçi bir insan kimi, tragik bir qəhrəman olaraq qalmışdır.
Şirin
Səməd Vurğunun Şirini öz xarakteri, mənəviyyatı etibarilə Nizami Şirinindən tamamilə fərqlidir. Səməd Vurğunun dramında Şirin müstəqil, ardıcıl və bütöv bir surət olmamış, Nizami Şirini səviyyəsinə qalxa bilməmişdir. Şirin daim tərəddüddə olub kimi sevdiyini müəyyən edə bilməmiş, Xosrova meyl göstərsə də, ürəyini ona açmamışdır.
Səməd Vurğun Şirini Fərhada hörmət bəsləyib onunla nəzakətlə rəftar etsə də, bu, məhəbbət deyildir; Şirin Fərhadı sevmədiyini dəfələrlə açıq şəkildə söyləyir. Fitnə ilə söhbətlərində Şirin Fərhadı sevə bilmədiyi üçün daxilən iztirab çəkdiyini söyləyir, öz fikrini belə ifadə edir:
"O ki, eşqə layiq bir qəhrəmandır, O, məni çox sevir, xeyli zamandır. Mən niyə sevmirəm, sevmirəm onu, |
Nizami əsərində Şirin və Məryəm üz-üzə gəlmirlər, Səməd Vurğun isə Şirini Mədainə gətirib çıxaranda hamıdan qabaq onu Məryəmlə görüşdürür. Bu görüş zamanı Məryəm Xosrovun nə fikirdə olduğunu Şirinə söyləyir.
Xosrov
"Fərhad və Şirin" dramında əsas surətlərdən biri də Xosrovdur. S. Vurğun da öz pyesində məhəbbət mövzusunun məşhur üçlük probleminə toxunub, əsərin əsas qəhrəmanlarını üç nəfər götürmüşdür. Şair Fərhadla Xosrov arasındakı konflikti əsas götürüb, Şirinin şəxsiyyət və rolunu kiçiltmiş, məhəbbət mövzusunu hərbi-siyasi bir hadisəyə çevirib, özünə qədər olan ənənədən uzaqlaşmışdır.
S. Vurğun Xosrovu sələflərinin, o cümlədən Nizaminin qələmə aldığı Xosrov surətindən xarakter etibarilə tamamilə fərqlidir. Şirinin İrana gətirilməsi də sevgi məsələsi ilə əlaqədar olmayıb, büsbütün siyasi xarakter daşıyır. Həm də S. Vurğun Xosrovu gəncliyində deyil, Şirin yaşda oğlu – Şiruyə olduğu bir vaxtda, oğlu ilə eyni qıza vurulmuşdu.
Əgər Nizami Xəsrovu uzun müddətdən sonra nəhayət xosrovla evlənmişdisə, Vurğun Xosrovu elə ilk görüşdəcə Şirinlə evlənmək məsələsini qoyur.
S. Vurğun Xosrovunun Məryəm üzərinə qılınc çəkmək istəməsi onun zəifliyini göstərir. S. Vurğun Xosrovun keçmişdə nə qədər zövqü-səfa düşgünü olmasına diqqət yetirmədən onu sufiməslək və tərki-dünya kimi göstərmək istəmişdir. Halbuki, şair özü dəfələrlə Xosrovun əyyaş olduğuna, minlərlə cariyə və diməni sarayına toplamasına, həyatının sonuna kimi içki və kefdən doymadığına işarə etmişdir. Ancaq şair yenə də onu: "Nə gördüm bu dünyadan mən?", "Nə verdi Xosrova bu hökmdarlıq" – deyə dilləndirir.
Səməd Vurğunun Xosrovu Şirini ürəkdən sevmir, onun məqsədi siyasi hiylədir, Azərbaycana sahib olmaqdır. Bu məsələnin özü də xosrovun əsl mahiyyətini aşkar edir. O, Şirinlə gələcək barədə söhbət edəndə belə deyir:
"Bu iş çox asandı...Sən qal İranda, Qarışsın İrana Azərbaycan da." |
S. Vurğun Xosrovu Nizami Xosrovundan şəxsiyyət, mənəviyyat və xarakter cəhətdən dəfələrlə zəif olduğu üçün arvadı Məryəm ona qarşı silahlı toqquşma təşkil edə bilir. Səməd Vurğunun Xosrovu da doğma oğlu Şiruyə tərəfindən öldürülür.
Tarixi
Böyük Vətən Müharibəsi illərində Səməd Vurğun faşizmə qarşı qəzəb və nifrət hissi oyatmaq məqsədilə zorakılıq və hər xür despotizmə qarşı mübarizəyə ruhlandıran "Fərhad və Şirin" dramını yazdı. Məhz buna görə də S. Vurğunun əsəri Nizami "Xosrov və Şirin"i kimi sırf eşq və məhəbbət mövzusuna həsr edilməmişdir. Bu əsərdə vətən məhəbbəti, qəsbkara qarşı nifrət və intiqam hissi, qəhrəmanlıq məsələsi daha qabarıq şəkildə tərənnüm edilmişdir. Bu əsas məsələ ilə bağlı olaraq, əsərdə Şirinlə Fərhadın nakam eşq macərasına da müəyyən yer verilmişdir. Əgər Nizami Firdovsi "Şahnamə"sindəki cəngavərliyi, qəhrəmanlığı məhəbbət mövzusu ilə dəyişib, öz "Xosrov və Şirin" poemasını saf eşqə, ülvi məhəbbətə həsr etmişdisə, Səməd Vurğun Nizami mövzusundan çıxış edərək eşq və məhəbbət məsələsini vətənpərvərlik mövzusuna çevirmişdir.
B. Vahabzadə Vurğunun bu dramı haqqında yazır:
"Səməd Vurğun isə yenə müharibə məsələsini, müdafiə və mücadilə problemini ortaya atıb, məhəbbət mövzusunu vətənpərvərlik mövzusuna çevirmişdir." |
S. Vurğun "Fərhad və Şirin" dramında hərb və qəhrəmanlıq mövzusunun əsas yer tutması barədə belə yazır:
“Dram Azərbaycan xalqının İran despotuna – şah xosrova qarşı, milli və ictimai zülmə qarşı mübarizəsindən danışır. Mən böyük Nizaminin gözəl romantikasını və fantaziyasını öz pyesimdə saxlayaraq, bunu böyük zəmanəmizin romantikası ilə əlaqələndirməyə çalışmışam.” |
Dramdakı eşq və məhəbbət mövzusunu nə üçün məhz Nizaminin "Xosrov və Şirin" poeması əsasında işləməsi barədə isə şair öz fikrini belə ifadə edir: "Mənə elə gəlir ki, bu poemanın əsas ürəti Xosrov yox, Şirin və Şirinin məhəbbətidir. Elə bir saf insan məhəbbəti ki, bütün yer üzündə qara qüvvələr, qanun və adətlət, duyğu və düşüncələr, hər şey və hər şey ona tabedir…Məhəbbət Nizamidə ümumbəşəri səadət və vətənpərvərlik deməkdir."
Səməd Vurğunun məhəbbət poeması yox, məhəbbət dramı yazmasına gəldikdə, şairin fikrincə, Nizami dramaturq olmasa da, öz ölməz poemaları ilə Şekspir dramatizmini xatırladan qüvvətli dramatik konfliktlər, gözəl dramatik dialoq və monoloqlar yaratmaqda xələflərinə kömək edə bilən sənətkardır. Məhz buna görə də, Vurğun öz əsərini yaratmaq üçün Nizami poemasını örnək seçmiş, "Xosrov və Şirin"in epik təsviri ilə yanaşı dramatik təsirindən ruhlanaraq dövrün tələbinə uyğun, yeni, orijinal bir əsər yaratmışdır.
Tədqiqi
Azərbaycan alimlərindən H. Hüseynov, M. Arif, M. Hüseyin, M. İbrahimov, Mir Cəlal, M. C. Cəfərov, B. Vahabzadə, O. Həsənov və başqaları S. Vurğunun həyat və yaradıcılıq yolunu işıqlandırarkən "Fərhad və Şirin" pyesinə də diqqət yetirmişlər. M. Hüseyin "Fərhad və Şirin" dramını Azərbaycan xalqının xarici qəsbkarlara qarşı apardığı qəhrəmancasına mübarizəsindən bəhs edən dəyərli bir əsər kimi qiymətləndirir.
M. Arif əsəri geniş təhlil edib, onun müsbət və mənfi cəhətlərini göstərmişdir. O, S. Vurğunun yaradıcılıq prinsipinin bəzi nöqtələrinin Nizami yaradıcılığına toxunmasına işarə edərək şairin də müsbət qəhrəmanları böyük bir məhəbbətlə romantikləşdirməsindən, onun fəlsəfi ümumiləşdirməyə meyl göstərməsindən danışmışdır. Müəllifin fikrincə, Nizaminin yaradıcılıq vüsəti, humanizminin dərinliyi, insanın nəcib qüvvələrinə inamı, müsbət mənəvi keyfiyyətləri təcəssüm etdirən surətləri romantikləşdirmə üsulu S. Vurğunu da çox düşündürmüş, o, böyük Nizaminin yaradıcılığından ilhamlanmışdır.
Tədqiqatçı Orucəli Həsənov "Fərhad və Şirin"in leytmotivinin vətənpərvərlik olduğunu, yadelli qəsbkarlara qarşı mübarizənin pyesdə əsas yer tutduğunu qeyd edir. Tənqidçi Pyotr Skosıryev əsəri təhlil edərkən demişdir: "memar Fərhadın şahzadə Şirinə məhəbbəti zahirən böyük azadlıq müharibəsi hadisələri ilə əlaqədar deyildir…"
İstinadlar
- А. Аршаруни – Поетическая традииция и пьеса Самед Вургуна в сб. "Фархад и Ширин", М., изд-во ВТО, 1946, стр. 10
- Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 346
- M. Arif – Fərhad və Şirin haqqında bəzi qeydlər, "Vətən uğrunda", 1941, N.7–8, səh. 43
- M. Arif – Səməd Vurğunun dramaturgiyası, Bakı, 1964, səh. 126
- S. Vurğun – Dram əsərləri, Bakı, 1955, səh. 303
- S. Vurğun – Dram əsərləri, Bakı, 1955, səh. 334
- S. Vurğun – Dram əsərləri, Bakı, 1955, səh. 345
- Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 344
- B. Vahabzadə - Səməd Vurğunun yaradıcılıq yolu, doktorluq dissertasiyası, ADU kitabxanası, Bakı, 1964, səh. 639
- S. Vurğun – Azərbaycan sovet ədəbiyyatı və Nizami, Ədəbiyyat qəzeti, 12 iyun 1947, N16
- S. Vurğun — Nizami Gəncəvi, "Kommunist", 15 dekabr
- Q. Beqdeli – Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu, Bakı, Elm, 1970, səh. 340
- M. Hüseyn – Ədəbiyyat və sənət məsələləri, Bakı, 1958, səh. 545
- M. Arif – Xalq şairi Səməd Vurğun, Bakı, 1956, səh. 113
- M. Arif – Səməd Vurğunun dramaturgiyası, Bakı, 1964, səh. 115
- O. Həsənov – Səməd Vurğun, Bakı, 1956, səh. 92
- "Новый мир" jurnalı, 1942, N3
Ədəbiyyat
- M. Arif – Səməd Vurğunun dramaturgiyası, Bakı, 1964
- Q. Beqdeli – Şərq ədəbiyyatında "Xosrov və Şirin" mövzusu, Bakı, 1970
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Ferhad ve Sirin Bu adin diger istifade formalari ucun bax Xosrov ve Sirin deqiqlesdirme Ferhad ve Sirin Semed Vurgun terefinden 1941 ci ilde Nizami Gencevinin Xosrov ve Sirin poemasinin tesiri ile yazilmis dram eseridir Ferhad ve SirinMuellif Semed VurgunJanr DramOrijinalin dili Azerbaycan diliOrijinalin nesr ili 1941Evvelki VaqifMezmunu Ferhad ve Sirin draminin esas qehremani Ferhaddir Ferhad Azerbaycan xalqinin senetkari serkerdesi ve qehreman ogludur O tehlukeye dusmus veteninin istiqlaliyyetini qorumaq qacirilmis sevgilisini xilas etmek ugrunda fedakarliq gostermek vetenin serefini ozunun namusunu mudafie etmek ucun yaradilmisdir Dramda Ferhad musbet bir obraz mutereqqi quvvelerin remzi kimi terennum edilir Lakin xeyir quvvelerin remzi kimi yaranan bu qehreman eserde ser quvvelerin xeyaneti neticesinde olur S Vurgun Xosrovu isgalci depot kimi teqdim edir Pyesde Xosrovun Sirine olan mehebbeti esl mehebbet deyildir O Azerbaycani Iranla birlesdirmek meqsedile bu yanlis sevgiye uymusdur Bu siyasi bir hiyledir Lakin Nizaminin poemasinin esas motivi esl mehebbet movzusu heqiqi exlaq ve terbiye meselesidir ObrazlarFerhad Esas meqale Ferhad Semed Vurgunun Ferhad ve Sirin draminin esas qehremani olan Ferhad Azerbaycan xalqinin bacariqli vetenperver ogludur O mahir bir senetkar gorkemli bir serkerde ve sedaqetli asiqdir S vurgun Ferhadi bir insan kimi tesvir etmisdir onu idealliq noqsansizliq goylerinden endirmis ona daha heyati daha tebii bir xarakter vermisdir A Arsaruni yazir ki Semed Vurgun Ferhadi ne igid bir serkerde ne fedakar bir asiq ne de ardicil bir senetkar kimi ozunu gostere bilmisdir Sair oz qehremanini bu uc boyuk sifet ve seciyyenin hec birinin remzi ve numayendesi kimi temsil etdire bilmemisdir Onun sureti neinki mukemmel ve dolgun tesvir olunmusdur eksine her uc sahede Ferhad obrazi naqisdir M A Dadaszade 1941 ci ilde Ferhad suretinin bezi noqsanlarindan behs ederek yazir ki S Vurgun Ferhad ile Sirinin munasibetlerinde bu iki qehremanin xarakterinde dramatik cehetden esaslandirilmayan hallara yol vermis xususen Ferhadi butovlukden daxili ardicilliq ve dramatizmden merhum etmisdir Semed Vurgun Ferhadin rolunu ne qeder boyudub onu gah serkerde gah senetkar gah da fedakar bir asiq kimi terennum etse de Ferhad Xosrovun beraberinde Yene de Nizami eserindeki sade emekci bir insan kimi tragik bir qehreman olaraq qalmisdir Sirin Esas meqale Sirin Semed Vurgunun Sirini oz xarakteri meneviyyati etibarile Nizami Sirininden tamamile ferqlidir Semed Vurgunun draminda Sirin musteqil ardicil ve butov bir suret olmamis Nizami Sirini seviyyesine qalxa bilmemisdir Sirin daim tereddudde olub kimi sevdiyini mueyyen ede bilmemis Xosrova meyl gosterse de ureyini ona acmamisdir Semed Vurgun Sirini Ferhada hormet besleyib onunla nezaketle reftar etse de bu mehebbet deyildir Sirin Ferhadi sevmediyini defelerle aciq sekilde soyleyir Fitne ile sohbetlerinde Sirin Ferhadi seve bilmediyi ucun daxilen iztirab cekdiyini soyleyir oz fikrini bele ifade edir O ki esqe layiq bir qehremandir O meni cox sevir xeyli zamandir Men niye sevmirem sevmirem onu Oz ana yurdumun boyuk oglunu Nizami eserinde Sirin ve Meryem uz uze gelmirler Semed Vurgun ise Sirini Medaine getirib cixaranda hamidan qabaq onu Meryemle gorusdurur Bu gorus zamani Meryem Xosrovun ne fikirde oldugunu Sirine soyleyir Xosrov Esas meqale II Xosrov Ferhad ve Sirin draminda esas suretlerden biri de Xosrovdur S Vurgun da oz pyesinde mehebbet movzusunun meshur ucluk problemine toxunub eserin esas qehremanlarini uc nefer goturmusdur Sair Ferhadla Xosrov arasindaki konflikti esas goturub Sirinin sexsiyyet ve rolunu kiciltmis mehebbet movzusunu herbi siyasi bir hadiseye cevirib ozune qeder olan eneneden uzaqlasmisdir S Vurgun Xosrovu seleflerinin o cumleden Nizaminin qeleme aldigi Xosrov suretinden xarakter etibarile tamamile ferqlidir Sirinin Irana getirilmesi de sevgi meselesi ile elaqedar olmayib busbutun siyasi xarakter dasiyir Hem de S Vurgun Xosrovu gencliyinde deyil Sirin yasda oglu Siruye oldugu bir vaxtda oglu ile eyni qiza vurulmusdu Eger Nizami Xesrovu uzun muddetden sonra nehayet xosrovla evlenmisdise Vurgun Xosrovu ele ilk gorusdece Sirinle evlenmek meselesini qoyur S Vurgun Xosrovunun Meryem uzerine qilinc cekmek istemesi onun zeifliyini gosterir S Vurgun Xosrovun kecmisde ne qeder zovqu sefa dusgunu olmasina diqqet yetirmeden onu sufimeslek ve terki dunya kimi gostermek istemisdir Halbuki sair ozu defelerle Xosrovun eyyas olduguna minlerle cariye ve dimeni sarayina toplamasina heyatinin sonuna kimi icki ve kefden doymadigina isare etmisdir Ancaq sair yene de onu Ne gordum bu dunyadan men Ne verdi Xosrova bu hokmdarliq deye dillendirir Semed Vurgunun Xosrovu Sirini urekden sevmir onun meqsedi siyasi hiyledir Azerbaycana sahib olmaqdir Bu meselenin ozu de xosrovun esl mahiyyetini askar edir O Sirinle gelecek barede sohbet edende bele deyir Bu is cox asandi Sen qal Iranda Qarissin Irana Azerbaycan da S Vurgun Xosrovu Nizami Xosrovundan sexsiyyet meneviyyat ve xarakter cehetden defelerle zeif oldugu ucun arvadi Meryem ona qarsi silahli toqqusma teskil ede bilir Semed Vurgunun Xosrovu da dogma oglu Siruye terefinden oldurulur TarixiBoyuk Veten Muharibesi illerinde Semed Vurgun fasizme qarsi qezeb ve nifret hissi oyatmaq meqsedile zorakiliq ve her xur despotizme qarsi mubarizeye ruhlandiran Ferhad ve Sirin dramini yazdi Mehz buna gore de S Vurgunun eseri Nizami Xosrov ve Sirin i kimi sirf esq ve mehebbet movzusuna hesr edilmemisdir Bu eserde veten mehebbeti qesbkara qarsi nifret ve intiqam hissi qehremanliq meselesi daha qabariq sekilde terennum edilmisdir Bu esas mesele ile bagli olaraq eserde Sirinle Ferhadin nakam esq macerasina da mueyyen yer verilmisdir Eger Nizami Firdovsi Sahname sindeki cengaverliyi qehremanligi mehebbet movzusu ile deyisib oz Xosrov ve Sirin poemasini saf esqe ulvi mehebbete hesr etmisdise Semed Vurgun Nizami movzusundan cixis ederek esq ve mehebbet meselesini vetenperverlik movzusuna cevirmisdir B Vahabzade Vurgunun bu drami haqqinda yazir Semed Vurgun ise yene muharibe meselesini mudafie ve mucadile problemini ortaya atib mehebbet movzusunu vetenperverlik movzusuna cevirmisdir S Vurgun Ferhad ve Sirin draminda herb ve qehremanliq movzusunun esas yer tutmasi barede bele yazir Dram Azerbaycan xalqinin Iran despotuna sah xosrova qarsi milli ve ictimai zulme qarsi mubarizesinden danisir Men boyuk Nizaminin gozel romantikasini ve fantaziyasini oz pyesimde saxlayaraq bunu boyuk zemanemizin romantikasi ile elaqelendirmeye calismisam Dramdaki esq ve mehebbet movzusunu ne ucun mehz Nizaminin Xosrov ve Sirin poemasi esasinda islemesi barede ise sair oz fikrini bele ifade edir Mene ele gelir ki bu poemanin esas ureti Xosrov yox Sirin ve Sirinin mehebbetidir Ele bir saf insan mehebbeti ki butun yer uzunde qara quvveler qanun ve adetlet duygu ve dusunceler her sey ve her sey ona tabedir Mehebbet Nizamide umumbeseri seadet ve vetenperverlik demekdir Semed Vurgunun mehebbet poemasi yox mehebbet drami yazmasina geldikde sairin fikrince Nizami dramaturq olmasa da oz olmez poemalari ile Sekspir dramatizmini xatirladan quvvetli dramatik konfliktler gozel dramatik dialoq ve monoloqlar yaratmaqda xeleflerine komek ede bilen senetkardir Mehz buna gore de Vurgun oz eserini yaratmaq ucun Nizami poemasini ornek secmis Xosrov ve Sirin in epik tesviri ile yanasi dramatik tesirinden ruhlanaraq dovrun telebine uygun yeni orijinal bir eser yaratmisdir TedqiqiAzerbaycan alimlerinden H Huseynov M Arif M Huseyin M Ibrahimov Mir Celal M C Ceferov B Vahabzade O Hesenov ve basqalari S Vurgunun heyat ve yaradiciliq yolunu isiqlandirarken Ferhad ve Sirin pyesine de diqqet yetirmisler M Huseyin Ferhad ve Sirin dramini Azerbaycan xalqinin xarici qesbkarlara qarsi apardigi qehremancasina mubarizesinden behs eden deyerli bir eser kimi qiymetlendirir M Arif eseri genis tehlil edib onun musbet ve menfi cehetlerini gostermisdir O S Vurgunun yaradiciliq prinsipinin bezi noqtelerinin Nizami yaradiciligina toxunmasina isare ederek sairin de musbet qehremanlari boyuk bir mehebbetle romantiklesdirmesinden onun felsefi umumilesdirmeye meyl gostermesinden danismisdir Muellifin fikrince Nizaminin yaradiciliq vuseti humanizminin derinliyi insanin necib quvvelerine inami musbet menevi keyfiyyetleri tecessum etdiren suretleri romantiklesdirme usulu S Vurgunu da cox dusundurmus o boyuk Nizaminin yaradiciligindan ilhamlanmisdir Tedqiqatci Oruceli Hesenov Ferhad ve Sirin in leytmotivinin vetenperverlik oldugunu yadelli qesbkarlara qarsi mubarizenin pyesde esas yer tutdugunu qeyd edir Tenqidci Pyotr Skosiryev eseri tehlil ederken demisdir memar Ferhadin sahzade Sirine mehebbeti zahiren boyuk azadliq muharibesi hadiseleri ile elaqedar deyildir IstinadlarA Arsharuni Poeticheskaya tradiiciya i pesa Samed Vurguna v sb Farhad i Shirin M izd vo VTO 1946 str 10 Q Beqdeli Serq edebiyyatinda Xosrov ve Sirin movzusu Baki Elm 1970 seh 346 M Arif Ferhad ve Sirin haqqinda bezi qeydler Veten ugrunda 1941 N 7 8 seh 43 M Arif Semed Vurgunun dramaturgiyasi Baki 1964 seh 126 S Vurgun Dram eserleri Baki 1955 seh 303 S Vurgun Dram eserleri Baki 1955 seh 334 S Vurgun Dram eserleri Baki 1955 seh 345 Q Beqdeli Serq edebiyyatinda Xosrov ve Sirin movzusu Baki Elm 1970 seh 344 B Vahabzade Semed Vurgunun yaradiciliq yolu doktorluq dissertasiyasi ADU kitabxanasi Baki 1964 seh 639 S Vurgun Azerbaycan sovet edebiyyati ve Nizami Edebiyyat qezeti 12 iyun 1947 N16 S Vurgun Nizami Gencevi Kommunist 15 dekabr Q Beqdeli Serq edebiyyatinda Xosrov ve Sirin movzusu Baki Elm 1970 seh 340 M Huseyn Edebiyyat ve senet meseleleri Baki 1958 seh 545 M Arif Xalq sairi Semed Vurgun Baki 1956 seh 113 M Arif Semed Vurgunun dramaturgiyasi Baki 1964 seh 115 O Hesenov Semed Vurgun Baki 1956 seh 92 Novyj mir jurnali 1942 N3EdebiyyatM Arif Semed Vurgunun dramaturgiyasi Baki 1964 Q Beqdeli Serq edebiyyatinda Xosrov ve Sirin movzusu Baki 1970Hemcinin baxXosrov ve Sirin Azerbaycan edebiyyati