Elektron (q.yun ἤλεκτρον «kəhrəba») — fizikada kәşf edilәn ilk elementar zәrrәcik; tәbiәtdә әn kiçik kütlәyә vә әn kiçik elektrik yükünә malik maddi daşıyıcı olan elektron atomların tәrkib hissәsidir; neytral atomda onların sayı atom nömrәsinә, yәni nüvәdәki protonların sayına bәrabәrdir. Elektronun yükü (e) vә kütlәsi (me):
e= – 4,803·10–10 ≈ – 1,6·10–19Kl, me ≈ 0,91·10–27q ≈ 0,511 MeV.
Elektronun spini 1/2-ә bәrabәrdir (ħ vahidlәrindә) vә demәli, elektron Fermi–Dirak statistikasına tabedir. elektronun maqnit momenti μe ≈ 1,00116 μ0-dır, burada μ0 – Bor maqnetonudur. Elektron stabil zәrrәcikdir vә leptonlar sinfinә aiddir.
Elektron ingilis fiziki C.C. Tomson tәrәfindәn 1897-ci ildә kәşf edilmişdir vә onun yükü mәnfi qәbul olunmuşdur. elektronun antizәrrәciyi – pozitron 1932-ci ildә kәşf edilib. Elektron elektromaqnit, zәif vә qravitasiya qarşılıqlı tәsirlәrindә iştirak edir. Klassik elektrodinamikada elektron özünü hәrәkәti Lorens–Maksvell tәnliklәrinә tabe olan zәrrәcik kimi aparır. r0 =e2/me c2 ~ 10–11 sm kәmiyyәtinin elektronun klassik radiusu kimi qәbul edilmәsinә baxmayaraq, “elektron ölçüsünü” ziddiyyәtsiz formalaşdırmaq olmur. Bu çәtinliyin sәbәbi kvant mexanikası çәrçivәsindә başa düşülür. Fransız fiziki L. de Broylun hipotezinә görә (1924) elektron (bütün digәr maddi mikroobyektlәr kimi) yalnız korpuskulyar deyil, hәm dә dalğa xassәlәrinә malikdir. Elektronun de Broyl dalğasının uzunluğu λ = 2πħ/meυ, burada υ – elektronun hәrәkәt sürәtidir. Buna görә dә elektron işıq kimi interferensiyaya vә difraksiyaya uğrayır. Elektronun dalğa xassәlәri 1927-ci ildә Amerika fiziklәri vә tәrәfindәn eksperimental şəkildə müşahidә edilmişdir.
Elektronun hәrәkәti kvant mexanikasının tәnliklәrinә: qeyri-relyativist hadisәlәr üçün Şredinger tәnliyinә vә relyativist hadisәlәr üçün tabedir. Bu tәnliklәrә әsaslanaraq göstәrmәk olar ki, maddәlәrin optik, elektrik, maqnit, kimyәvi vә mexaniki xassәlәri elektronun hәrәkәt xüsusiyyәtlәri ilә izah olunur. Spinin mövcudluğu atomda elektronun hәrәkәt xarakterinә әhәmiyyәtli dәrәcәdә tәsir edir. Mәs., kvant mexanikası çәrçivәsindә elektronun yalnız spininin nәzәrә alınması D.İ. Mendeleyevin elementlәrin dövri sistemini, hәmçinin molekullarda atomların kimyәvi rabitәsinin tәbiәtini izah etmәyә imkan verdi.
Elm vә texnikada elektron getdikcә böyük әhәmiyyәt kәsb edir. Müxtәlif növ sürәtlәndiricilәrdә yüksәk enerjilәrә qәdәr sürәtlәndirilmiş intensiv elektron dәstәlәri elementar zәrrәciklәrin vә nüvәlәrin tәbiәtinin öyrәnilmәsindә әsas vasitәlәrdәn biridir. Kiçik enerjili elektronlardan isә radioelektronikada vә texnikanın bir çox başqa sahәlәrindә geniş istifadә edilir.
Elektronun daxili mәntiqi ziddiyyәtlәrinin olması sәbәbindәn onun nәzәriyyәsini bitmiş saymaq olmaz.
Mənbə
Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Elektron q yun ἤlektron kehreba fizikada kәsf edilәn ilk elementar zәrrәcik tәbiәtdә әn kicik kutlәyә vә әn kicik elektrik yukunә malik maddi dasiyici olan elektron atomlarin tәrkib hissәsidir neytral atomda onlarin sayi atom nomrәsinә yәni nuvәdәki protonlarin sayina bәrabәrdir Elektronun yuku e vә kutlәsi me Mueyyen enerji seviyyelerine asagiya dogru artan n 1 2 3 ve impuls momentlerine malik saga dogru artan s p d hidrogen atomunun elektronunun dalga funksiyalari Daha parlaq zonalar elektronun movqeyi ucun daha yuksek ehtimal amplitudu demekdir e 4 803 10 10 1 6 10 19Kl me 0 91 10 27q 0 511 MeV Elektronun spini 1 2 ә bәrabәrdir ħ vahidlәrindә vә demәli elektron Fermi Dirak statistikasina tabedir elektronun maqnit momenti me 1 00116 m0 dir burada m0 Bor maqnetonudur Elektron stabil zәrrәcikdir vә leptonlar sinfinә aiddir Elektron ingilis fiziki C C Tomson tәrәfindәn 1897 ci ildә kәsf edilmisdir vә onun yuku mәnfi qәbul olunmusdur elektronun antizәrrәciyi pozitron 1932 ci ildә kәsf edilib Elektron elektromaqnit zәif vә qravitasiya qarsiliqli tәsirlәrindә istirak edir Klassik elektrodinamikada elektron ozunu hәrәkәti Lorens Maksvell tәnliklәrinә tabe olan zәrrәcik kimi aparir r0 e2 me c2 10 11 sm kәmiyyәtinin elektronun klassik radiusu kimi qәbul edilmәsinә baxmayaraq elektron olcusunu ziddiyyәtsiz formalasdirmaq olmur Bu cәtinliyin sәbәbi kvant mexanikasi cәrcivәsindә basa dusulur Fransiz fiziki L de Broylun hipotezinә gorә 1924 elektron butun digәr maddi mikroobyektlәr kimi yalniz korpuskulyar deyil hәm dә dalga xassәlәrinә malikdir Elektronun de Broyl dalgasinin uzunlugu l 2pħ mey burada y elektronun hәrәkәt surәtidir Buna gorә dә elektron isiq kimi interferensiyaya vә difraksiyaya ugrayir Elektronun dalga xassәlәri 1927 ci ildә Amerika fiziklәri vә tәrәfindәn eksperimental sekilde musahidә edilmisdir Elektronun hәrәkәti kvant mexanikasinin tәnliklәrinә qeyri relyativist hadisәlәr ucun Sredinger tәnliyinә vә relyativist hadisәlәr ucun tabedir Bu tәnliklәrә әsaslanaraq gostәrmәk olar ki maddәlәrin optik elektrik maqnit kimyәvi vә mexaniki xassәlәri elektronun hәrәkәt xususiyyәtlәri ilә izah olunur Spinin movcudlugu atomda elektronun hәrәkәt xarakterinә әhәmiyyәtli dәrәcәdә tәsir edir Mәs kvant mexanikasi cәrcivәsindә elektronun yalniz spininin nәzәrә alinmasi D I Mendeleyevin elementlәrin dovri sistemini hәmcinin molekullarda atomlarin kimyәvi rabitәsinin tәbiәtini izah etmәyә imkan verdi Elm vә texnikada elektron getdikcә boyuk әhәmiyyәt kәsb edir Muxtәlif nov surәtlәndiricilәrdә yuksәk enerjilәrә qәdәr surәtlәndirilmis intensiv elektron dәstәlәri elementar zәrrәciklәrin vә nuvәlәrin tәbiәtinin oyrәnilmәsindә әsas vasitәlәrdәn biridir Kicik enerjili elektronlardan isә radioelektronikada vә texnikanin bir cox basqa sahәlәrindә genis istifadә edilir Elektronun daxili mәntiqi ziddiyyәtlәrinin olmasi sәbәbindәn onun nәzәriyyәsini bitmis saymaq olmaz MenbeAzerbaycan Milli Ensiklopediyasi VII CILD