Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir.(fevral 2024) |
Diffuzionizm (lat. diffusio — tökülmə, sızma), mədəni diffuzionizm (ing. cultural diffusion), transkultural diffuzionizm (ing. Trans-cultural diffusion) — mədəniyyətin bir mərkəzdən digərinə sosial inkişafın əsası kimi baxan sosial antropologiya, mədəni antropologiya, mədəni coğrafiya və etnoqrafiya (etnologiya), mədəniyyətşünaslıq, arxeologiya, sosiologiya istiqamətləri.
Bu istiqamət təkamülçülərə reaksiya olaraq inkişaf etdi. Sonunculardan fərqli olaraq, diffuzionistlər əsasən fəth, ticarət, müstəmləkəçilik və yalnız ikincisi — inkişafın intrasistem amilləri kimi mədəniyyətin yayılması vasitələrinə diqqət yetirirdilər. Diffuzionizm bəşəriyyətin ilk tarixinin öyrənilməsinə əsas diqqəti yönəltdi.
Diffuziyaçı fikirlər Avstriya və Almaniya kimi ölkələrdə ən çox yayılmışdır.
Diffuziya anlayışı
XIX əsrin sonu XX əsrin əvvəllərində antropologiyada təkamül nəzəriyyəsinin çatışmayan cəhətləri və qapalılığına cavab olaraq yeni fikirlər və ideyalar formalaşdı. Belə ki, bu dövrdə əldə olunan etnoqrafik materialların yalnız təkamül ideyaları sistemində tədqiqi və araşdırılması qeyri-mümkün olmuşdu. Bunun sayəsində diffuzionizm cərəyanı formalaşmışdı. Diffuzionizmin formalaşmasının ikinci mühüm səbəbi isə araşdırmaların və tədqiqatların forma və mahiyyətinin dəyişməsi idi. Belə ki, bu dövrdə tədqiqatçıların özləri bilavasitə tərtib etdikləri xüsusi proqramlar əsasında araşdırma və tədqiqatlar aparmağı digərlərinin topladıqları materiallardan istifadə etməkdən üstün tuturdular.
Diffuziya termini fizikadan götürülüb və latın dilində "nüfuz etmək" mənasındadır. Mədəniyyətin öyrənilməsi sahəsinə tətbiq edilən diffuzionizm termini müxtəlif xalqlar və qəbilələr arasında mədəniyyətin və onun elementlərinin müxtəlif əlaqələr vasitəsilə yayılmasını nəzərdə tutur. Bu əlaqələrin ən əsas formaları ticarət, köçlər və işğallardır. Diffuzionistlərin fikrinə görə tarixi inkişaf prosesinin əsas mahiyyətini diffuziya, yəni əlaqələr, toqquşmalar, mədəni elementlərin əxz olunması, mədəniyyətin digərlərinin təsiri ilə dəyişməsi və s. təşkil edir. Təkamülçülərin əsas ideyalarından biri olan eyni tarixi şəraitdə və eyni iqlim və təbii coğrafi məkanda eyni mədəni elementlərin yaranıb inkişaf etməsi ideyasını diffuzionistlər qəbul etmirdilər. Onların fikrinə görə insan mədəniyyətinin müxtəlif gerçəklikləri və elementləri tarixi qanunauyğunluqların fəaliyyəti sayəsində deyil, təsadüflər sayəsində yaranır və bir dəfə yaranmış bu elementlər digər ərazilərə yayılır və insan mədəniyyətinin tərkib hissəsi olur.
Diffuzionistlər
Diffuzionistlər ümumiyyətlə tarixi inkişaf qanunauyğunluqlarının olmasını inkar edirdilər. Onlar tərəqqi anlayışının nisbi olduğunu göstərirdilər. İnsan mədəniyyətinin bu və ya digər bir elementi hər hansısa bir cəmiyyətdə inkişafa səbəb olursa, digər bir cəmiyyətdə deqredasiyaya gətirib çıxara bilər. Diffuzionistlər mədəniyyət elementlərinin məkan-zaman daxilində hərəkət etməsini qəbul etdikləri halda, təkamülçülərdə bu yox idi. Diffuzionizmin demək olar ki, bütün qollarında əsas ideyalardan biri mədəniyyətin bir mərkəzdən digər bölgələrə yayılması ideyasıdır. Təsadüfi deyil ki, antropologiya tarixində diffuzionistlər mədəniyyət elementlərinin kortoqrafiyasını verməyə çalışan ilk tədqiqatçılar olmuşlar. Əksər diffuzionistlər mədəni tarixi areallar, mədəni tarixi mərkəzlər kimi anlayışlardan istifadə edirdilər. Bəziləri isə bəşər sivilizaiyalarının bir tarixi mərkəzdən yayılması ideyasını müdafiə edirdilər. Diffuzionizmin əsas istiqamət və nümayəndələrindən ibarət olan Almaniyada tarixi mədəni məktəb özü də iki qola bölünürdü. Frits Qrebner və Vilhelm Şmidt. ABŞ-də bu məktəb "eycan era" adı ilə məşhurdur. Bura Eduard Sepir, Belvin Xertkoviç, Bencamin Uorf və başqaları daxildir. İngiltərədə əsasən hiper diffuzionizm formasında mövcud olan diffuzionizmin əsas nümayəndələri Eliot Smit, Uilyam Rivers və Uilyam Perri olmuşdur.
Bütün diffuzionistlərin mənəvi atası isə antropocoğrafiyanın banisi Fridrix Ratsel hesab olunur. O, "Antropocografiya", "Xalqşünaslıq", "Yer kürəsi və həyat" əsərlərində hələ XIX əsrin əvvəllərində məşhur alman səyahətçisi, bioloqu, həkimi Vilhelm Umbolt tərəfindən irəli sürülmüş coğrafi determinizm nəzəriyyəsini müdafiə edirdi. Ratsel, xüsusən də "Antropocoğrafiya" və "Xalqşünaslıq" əsərlərində bəşəriyyətin yer kürəsində yerləşməsi, mədəniyyətlərin yer kürəsində yayılmasının coğrafi şəraitlə əlaqəsini müəyyənləşdirməyə səy etmişdir. Bu məqsədlə o, coğrafi mühitin müxtəlif tayfaların daxili həyatına təsirini müəyyənləşdirməyə çalışmışdır. Ratselin ən mühüm xidməti ondan ibarətdir ki, mədəniyyətin tayfalar və xalqlar üzrə paylanmasını coğrafi məkan baxımından müəyyənləşdirib, sistemləşdirmişdi. Onun əsas irəli sürdüyü ideya ondan ibarətdir ki, ayrı-ayrı xalqların və qəbilələrin mədəniyyətinin fərqli olmasının səbəbi təbii coğrafi şəraitin müxtəlifliyidir. Lakin, əksər bölgələrdə biz mədəniyyətlər arasında böyük fərqlər görmürük, bunun isə səbəbi mədəniyyətin yayılması, müxtəlif bölgələr arasında mövcud olan əlaqələrdir. Ratselin bu ideyası diffuzionistlərin əsas ideyasına, amalına çevrildi. Bu səbəbdən də o, mədəniyyətlərin məkan daxilində yayılmasını ictimai tərəqqinin əsas ünsürlərindən biri hesab edirdi. Ratsell mədəniyyət elementlərinin yayılmasının əsas iki formasını göstərirdi:
- Mədəniyyətin bütün kompleksinin qısa zaman ərzində çox tez və tamamilə yerdəyişməsi. Bunu Amerika antropoloqları sonralar akkulturasiya adlandırırdılar.
- Mədəniyyətin ayrı-ayrı elementlərinin bir tayfadan, xalqdan digərinə ötürülməsi.
Mədəni elementlərin yerdəyişməsi, bir xalqdan digərinə keçməsi məsələsinə toxunanda Ratsel göstərirdi ki, heç də bütün mədəniyyətlər eyni formada əxz olunmurlar. O göstərirdi ki, dünyanın bütün bölgələrində dini inamlar, miflər və ümumiyyətlə mənəvi mədəniyyətin elementləri dəyişməzdir. Amma təsərrüfat sahəsində, maddi mədəniyyətdə dəyişiklər çox sürətlə baş verir. Mədəniyyətin elə elementləri var ki, onları zorla da dəyişdirmək mümkün deyil. Digərlərinin isə dəyişməsinin qarşısını almaq mümkün deyil.
Ratsel göstərirdi ki, mədəniyyəti öyrənən insanların əsas məqsədlərindən biri də mədəni dairələrin, mədəni bölgələrin öyrənilməlisidir. Bu mədəni bölgələrin yaranmasını çox qədim dövrlərə şamil edirdi. O, diffuzionzmin bir elmi fikir cərəyanı kimi formalaşmasında əsas istiqamətləri də müəyyənləşdirmişdir:
- Mədəniyyətlərin qarşılıqlı əlaqələrinin müəyyənləşdirilməsi;
- Mədəniyyətlərin qarşılıqlı təsir nəticəsində dəyişməsinin istiqamətlərinin müəyyənləşdirilməsi;
- İlkin mədəni mərkəzlərin coğrafi mövqeyinin müəyyənləşdirilməsi.
Frits Qrebner yaxud Köln məktəbi
Diffuzionizmin əsas istiqamətlərindən biri "mədəni dairələr" istiqamətidir. "Mədəni dairələr" istiqamətinin banilərindən biri Frits Qrebnerdir. Qrebner antropologiyada Ratsel tərəfindən irəli sürülən bir çox ideyaları özünəməxsus şəkildə izah edəcәk yeni bir istiqamətin əsasını qoymuşdur. Təhsilinə görə tarixçi-mediyevis olan Qrebner Berlin və Marburq univetsitetlərində təhsil almışdır. 1904-cü ildə Berlin Antropologiya Cəmiyyətində "mədəni dairələr" haqqında təlim məruzəsi ilə çıxış etmiş və "Okeaniyada mədəni dairələr və təbəqələr" əsəri ilə təliminin əsas müddəalarını izah etmişdir. O, qeyd edirdi ki, mədəniyyətin elementləri müəyyən bir zaman kəsiyində coğrafi məkanda yaranır və sonra diffuziya nəticəsində digər ərazilərə yayılır. Bu səbəbdən o, mədəniyyətin elementlərini kartoqrafiya etməyə çalışırdı. Müəyyən mədəni elementlərin məcmusu mədəni dairəni təşkil edir. Bir çox hallarda mədəni dairələr üst-üstə düşür və onlar mədəni təbəqələri yaradırlar. Onun fikrinə görə mədəni təbəqələrdə mərkəzdə yerləşən mədəni dairələr daha sonra formalaşıb, kənarda olanlar isə daha qədimdə yarananlardır. Yəni, yeni gələn mədəniyyət köhnəsini sıxışdırır mərkəzi tutur, köhnəsi isə məcbur olur qırağa çəkilir. Qrebner diffuziyanın istiqamətini müəyyənləşdirmək üçün də müəyyən qayda fikirləşmişdi.
O, göstərirdi ki, mədəni dairənin periferiyasında həmin mədəni dairə üçün səciyyəvi olan elementlərin ən sıx yerləşdiyi bölgə diffuziyanın baş verdiyi istiqamətdir. Avstraliya və Okeaniyada o, 8 mədəni dairə müəyyənləşdirir və hər bir mədəni dairə üçün də 8–10 elementin xarakterik olduğunu göstərir. Məsələn, totem mədəni dairəsi üçün nizə, tək ağac gövdəsindən hazırlanmış qayıq, ekzoqamiya, torpaqüstü qəbirlər, günəş mifologiyası, totem ayinləri və s. səciyyəvi olduğunu göstərir. Qrebnerin həmfikri Ankerman Afrikada da bu cür mədəni dairələr müəyyənləşdirir.
F. Qrebner "Cənub dənizində sosial sistemlər", "Melaneziyanın ox kaman mədəniyyəti", "Etnologiya", "Etnologiya metodu" və s. əsərlərində irəli sürdüyü konsepsiyanı daha da təkmilləşdirir. Qrebner qeyd edirdi ki, mədəniyyətin hər bir elementi bəşər tarixində bir dəfə yaranır və sonra diffuziya nəticəsində bütün dünyaya yayılır. O, diffuziyanın iki formasını müəyyənləşdirir. Transmissiya və miqrasiya. Transmissiya köçlərin baş verməməsi nəticəsində baş verən diffuziyadır. Burada deyilir ki, mədəniyyət özü yayılır, onu yaradanlar yerlərində qalır. Miqrasiya isə mədəniyyətin yaradıcıları ilə birlikdə yerdəyişməsidir. Qrebner göstərirdi ki, faktiki olaraq bütün mədəniyyət elementləri bir ərazidə yaranır və sonra dünyaya səpələnməyə başlayır. Qrebner mədəniyyət elementlərinin yayılmasının diffuziyasının müxtəlif amillərini də müəyyənləşdirməyə səy etmişdir. O göstərirdi ki, funksiyaları, düzəltmə texnikaları, tərkib hissələri və s. fərqli olan oxşar elementlər yalnız təsadüfən yarana bilər və diffuziya nəticəsində yayıla bilər.
Faktiki olaraq Qrebner tədqiqatlarında mədəniyyətlər arasında analogiyalardan daha çox homologiyaları (fərqli oxşarlıq) tədqiq etməyə çalışırdı. Mədəniyyətin hansı elementinin nəzərdən keçirilməsindən asılı olmayaraq Qrebner iddia edir ki, onlar bəşər tarixində bir yerdə, bir məkanda, bir zamanda yaranıblar. Qrebnerin ilk əvvəllər kifayət qədər tərəfdarları var idi. Ankerman, Yulius Lips, Krauze və başqaları. Lakin, həyatının sonlarında Qrebner müəyyən qədər təkamülçülüyə meyil etməyə başlayır. "İbtidai xalqların dünyagürüşü" əsərində o qeyd edir ki, ümumilikdə bəşər mədəniyyətinin formalaşmasında mədəni dairələrin və onu təşkil edən elementlərin bir dəfə yaranmasını qəbul etməklə yanaşı mədəni dairələrin tərəqqi nəticəsində bir-birini əvəz etməsini də biz inkar edə bilmərik. Frits Qrebner 38 yaşında kəskin xəstələnir və elmi fəaliyyətlə məşğul olmur, sonra da ölür. Qrebner Köln şəhərindəki təbiət muzeyində işlədiyinə görə onun yaratdığı məktəb "Köln məktəbi" adlanır.
Vilhelm Şmidt və Vyana məktəbi
Mədəni dairələr nəzəriyyəsinin digər bir qolu isə Vyanada formalaşmışdır. Vyana tarixi mədəni məktəbinin banisi katolik keşişi Vilhelm Şmidtdir. O hələ gəncliyində katolik kilsəsi ilə maraqlanmış, 15 yaşında "Allahın sözü" cəmiyyətinə daxil olmuş və missionerlik fəaliyyəti ilə məşğul olmuşdur. Şmidt Berlin universitetinə daxil olaraq şərq dillərini öyrənməyə başlamış və fəaliyyətinin ilk dövründə dilçiliklə məşğul olmuşdur. Şmidtin Cənub Şərqi Asiya və Melaneziya dilləri, xüsusən mon-kxmer dilləri ilə bağlı olan tədqiqatları müasir dövrdə də əhəmiyyətini itirmir və bir dilçi kimi o, çox məşhurlaşır və bir çox kxmer dilləri üçün əlifba da tərtib edir. Dilçilik sahəsindəki fəaliyyətinə görə Avstriya Elmlər Akademiyasının müxbir üzvü seçilir.
Vilhelm Şmidttin antropologiya ilə məşğul olması isə iki amillə bağlıdır. Birincisi onun 1898-ci ildə İngiltərədə nəşr etdirdiyi "Allahın yaradılması" əsəri ilə tanışlığı, ikincisi alman antropoloqu Kolmanın "Piqmey nəzəriyyəsi" ilə tanışlığı. Enru Lengin əsərində dini görüşlərin təhlili verilir və burada bir çox ibtidai qəbilələrdə təkallahlılıqla bağlı görüşlərin olduğu irəli sürülür. Katolik keşişi kimi Şmidt E. Lenqin bu ideyasından yapışaraq ilkin monoteizmin (promonoteizm) olması ideyasını irəli sürür. O, dilçiliklə bağlı elmi fəaliyyətini dayandırır və bütün tədqiqatlarını bu ideyanı əsaslandırmağa yönəldir. Şmidt təkamülçü olan Lenqin ümumi şəkildə irəli sürdüyü müddəanı tarixi, etnoqrafik materiallar əsasında dəqiqləşdirməyi və inkişaf etdirib yaymağı qarşısına məqsəd qoyur.
Vilhelm Şmidtin öz ideyalarını əsaslandırmaq üçün istifadə etdiyi digər amil isə piqmey nəzəriyyəsidir. Etnoqrafik materiallarda piqmeylərdə vahid Allahla bağlı təsəvvürlərin olması əks olunmuşdur. 1910-cu ildə Şmidt "Bəşər tarixində piqmey xalqlarının mövqeyi" əsərini nəşr etdirir və burada o, həmin bu ideyalarını şərh edir. 1906-cı ildə Şmidt "Anthropos" jurnalını yaradır və bu jurnalda "Allah ideyasının mənşəyi" əsərini çap etdirməyə başlayır. 1940-cı ilə qədər o, bu əsərin 12 cildini buraxır. Öz ideyasını əsaslandırmaq üçün Şmidt Afrikada piqmeylər və buşmenlər, Andoman adalarında andomanlılar, İndoneziyada semanqlar və başqalarının mədəniyyətini tədqiq etməyə başlayır və burada monoteizmin izlərini müəyyənləşdirməyə çalışır.
Bu tədqiqatların əsasında o özünün mədəni dairələrini yaradır. Həmin mədəni dairələrin müxtəlif səviyyələrini müəyyənləşdirir. Ən aşağı səviyyəni yığıcılığa əsaslanan ibtidai mədəni dairələr təşkil edir. Bura , avstraliyalılar, tasmaniyalılar aid edilir. İkinci səviyyəni istehsal təsərrüfatına əsaslanan ilkin mədəni dairələr təşkil edir. Bura isə köçəri maldarları, ilkin hind-avropalıları, semitləri, hamitləri, Ural-Altay xalqlarını və s. aid edir. Üçüncü mədəni dairəni isə üçüncü səviyyəli ikinci mədəni dairələr təşkil edir. Bura Polineziya, Sudan, Melaneziya və s. mədəniyyətləri şamil edir. Müasir Asiya, Avropa, Amerikada olan yüksək mədəniyyətləri isə üçüncü mədəni dairələrə və dördüncü səviyyəyə şamil edir. Beləliklə, mədəni dairələr ideyasını Şmidt mədəni tərəqqinin ümumdünya tarixi konsepsiyasına çevirdi. Şmidt təkamülü, tərəqqini, hətta insanın digər bioloji növlərdən yaranmasını belə inkar etmirdi. Şmidt promonoteizm ideyasını irəli sürmək üçün təkamül və diffuziya ideyalarının hər ikisindən istifadə edirdi. Təkamülçülər kimi o, müasir dövrdə mövcud olan ibtidai tayfaları, xalqları hal-hazırda inkişaf etmiş xalqların qədim tarixinin canlı yaşayan təmsilçiləri kimi götürürdü. Digər tərəfdən mədəni xüsusiyyətlərin, gerçəkliklərin yayılmasında əsas amil kimi miqrasiya və diffuziyanı götürürdü.
Katolik kilsəsi Şmidtin tədqiqatları üçün böyük miqdarda maliyyə vəsaitləri ayırdı və o, Vatikanda Loferant etnoqrafik muzeyinin direktoru təyin olundu. Şmidt indiyə qədər fəaliyyət göstərən əsasını qoydu.
Vilhelm Şmidtin tədqiqatlarında ikinci əsas məsələ isə mülkiyyət məsələsi idi. "Bəşəriyyətin ilkin mərhələlərində mülkiyyət" adlı əsərində o göstərirdi ki, xüsusi mülkiyyət insana xas olan əsas xüsusiyyətdir. Mülkiyyəti məhv etmək üçün insanın Mən'ini məhv etmək lazımdır. Bu sahədə o marksistlərin irəli sürdüyü ideyaları kəskin tənqid edirdi. 1937-ci ildə Şmidt "Tarixi-mədəni etnologiyanın metodu" haqqında dərslik yazır. Almaniyada faşistlər hakimiyyətə gəldikdən sonra Şmidt Vatikana köçməli olur.
Köln və Vyana tarixi məktəblərinin irəli sürdükləri metodların içərisində ən mühümü ən dəyərlisi olan mədəni gerçəkliklərin, mədəniyyət elementlərinin dəqiqliklə kartoqrafiyasının həyata keçirilməsidir.
ABŞ və İngiltərədə diffuzionizm
Əsasən Almaniyada yaranan diffuzionizm cərəyanı qısa müddətdə digər ölkələrdə də yayılmağa başladı. Böyük Britaniyada diffuzionizm hiperdiffuzionizm formasında yayılmağa başladı. Böyük Britaniyada diffuzionizmin ilkin ideyalarını Pit Rivers yaymağa başlamışdır. O, "Melaneziya cəmiyyətinin tarixi" əsərində Okeaniyada mövcud olmuş müxtəlif təbəqələri (kava, betel) tədqiq etməyə çalışmışdır.
Böyük Britaniyada diffuzionizmin əsas nümayəndələri nəzəriyyəsinin baniləri Qrafton və onun tələbəsi Uilyom Ceyms Perridir. Eliot Smit bildirirdi ki, bəşər tarixində birinci mədəniyyət Misir mədəniyyətidir. E. Smit öz təhsilinə görə həkim olmuş və anatomiya ilə məşğul olmuşdur. O, xüsusən də nevrologiya sahəsində fəaliyyət göstərmişdir. E. Smiti 1900-cü ildə universiteti qurtardıqdan sonra Qahirə Universitetində dərs demək üçün Misirə göndərirlər. Misirə gəldikdən sonra isə o, Misir mumiyalarının anatomik tədqiqi ilə məşğul olmağa başlayır və mumiyaların necə hazırlanmasını müəyyənləşdirmək üçün onların vertanaqramasını çəkir (tarixdə ilk dəfə) və mumiyasını analiz etmək üçün onu açır. Bu tədqiqatlarını sonralar o, "Mumiyaların hazırlanması və Misir mumiyaları" əsərində nəşr etdirir. 1909-cu ildə İngiltərəyə qayıdan E. Smit Mançester şəhərində dərs deməyə başlayır və uzun müddət burada yaşayır. Ona görə onun məktəbini "Mançester məktəbi" adlandırırlar. Onun məşhur tələbələri içərisində , Blek, , Daos yer alır.
E. Smit Mançesterdə tədrislə məşğul olduğu dövrdə meqalitlərlə maraqlanmağa başlayır. Meqalitlərlə tanış olduqdan sonra İngiltərədə olan meqalitlərin Misirdə tədqiq etdiyi qayaaltı sərdabələrə (mastava) çox oxşadırdı. Bunun nəticəsində mədəniyyətin müəyyən elementlərinin bütün dünyaya Misirdən yayılması fikrinə gəlmişdi. E. Smit sonralar da öz tədqiqatlarını davam etdirmiş və son nəticədə "panmisirlilik" nəzəriyyəsini yaratmışdı. O, 1911-ci ildə "Qədim misirlilər və onların Avropa mədəniyyətinə təsiri" adlı əsərini nəşr etdirir və burada Avropa mədəniyyətinin Misir mədəniyyətindən yaranmasını müxtəlif faktlarla sübut etməyə çalışır. 1912-ci ildə o "Hökmdar mumiyaları" adlı albomunu nəşr etdirir. Bu günün özündə də bu albom öz əhəmiyyətini saxlayır. E. Smit bəşər tarixində sivilizasiyaların yaranmasının başlanğıcını qədim Misirdən götürürdü. Xüsusən də, Misirdə arxitekturada istifadə olunan iri daşlarla hörgü və Avropanın digər bölgələrində meqalit mədəniyyətləri arasında oxşarlıqlar tapmaqla Avropada olan mədəniyyətlərin başlanğıcını Misirdən götürdüyünü əsaslandırırdı.
1915-ci ildə nəşr etdirdiyi "Qədim mədəniyyətin miqrasiyası" əsərində dünyanın müxtəlif bölgələrində Avropa, Asiya, Afrikada eyni mədəniyyətin aşkar olunduğunu qeyd edirdi. Bu mədəniyyəti fərqləndirən əsas əlamətlər isə mumiyalar, nəhəng daş abidələr və bütlərin hazırlanmasıdır. Qədim Misirdə isə bu mədəniyyət daha geniş mədəni komplekslə təmsil olunmuşdur. Sadaladığımız elementlərdən əlavə bura günəş kultu, svastika, kəllənin deformasiyası, tatirovka, allahların ilahi mənşəyi, kuvada adəti və s. ilə təmsil olunmuşdur. E. Smitin fikrinə görə bu oxşarlıqlar təsadüfi ola bilməz. Belə ki, onların funksional əlaqəsi yoxdur. Bu oxşarlıqlar yalnız miqrasiyalardan və qohumluqdan xəbər verir və bunlar bir mərkəzdən, yəqin ki Misirdən dünyaya yayılmışdır. E.ә. IX–VIII əsrlərdə bu mədəniyyət Ərəbistan vasitəsilə Hindistan, İndoneziya və Okeaniyaya yayılmış və oradan da Amerikaya gedib çıxmışdır. Eliotun irəli sürdüyü nəzəriyyə "hiperdiffuzionizm" adlanır. Qrafton Smit öz nəzəriyyəsinin Rivers tərəfindən, xüsusilə onun "Melaneziya cəmiyyətinin tarixi" əsərində irəli sürdüyü ideyaların davamı olduğunu bildirirdi. Misirdə yaranmış yüksək mədəniyyəti E. Smit heliolitik mədəniyyət adlandırır. Çünki bu mədəniyyətin ən mühüm ünsürlərindən biri günəş kultudur. 1919-cu ildə isə o, "Əjdahanın təkamülü" əsərini yazır və burada heliolitik nəzəriyyəsini daha da əsaslandırmağa çalışır. Sonrakı dövrlərdə o, ideyalarını "Mədəniyyətin diffuziyası" əsərində ümumiləşdirmişdir. O, bu əsərində mədəni ünsürlərin miqrasiya və təkamül nəticəsində diffuziyaya uğradığını xüsusilə qeyd edir. Onun irəli sürdüyü ideyalardan biri də odur ki, insan mümkün qədər hazır ideyaları, faktları, həyati gerçəklikləri mənimsəməyə çalışır. Tarix heç bir qanunauyğunluğu olmayan təsadüfi və təkrarolunmaz hadisələrin məcmusudur. E. Smit yazırdı ki, insan davranışının ən mühüm fərqləndirici cəhəti ondan ibarətdir ki, mövcud şəraitin irəli sürdüyü xüsusiyyətlərə qarşı onun necə reaksiya göstərməsini qabaqcadan təyin etmək mümkün deyildir.
Diffuzionizm cərəyanı artıq XX əsrin 30-cu illərində antropologiyada müxtəlif konsepsiyalar tərəfindən tənqid olunmağa başlanmışdı. Diffuzionizm, xüsusən də ifrat qolları (məsələn, mədəniyyətin morfologiyası, hiperdiffuzionizm və s.) faktiki olaraq tarixi reallıqlarla uyğun gəlmirdi, yaxud bu nəzəriyyəni irəli sürən tədqiqatçılar öz ideyalarını əsaslandırmaq üçün tarixi faktların bilərəkdən təhrif olunmasına yol verirdilər. Ona görə də artıq XX əsrin 20-ci illərindən antropologiyada digər elmi cərəyanlar formalaşmağa başladı. Lakin, diffuzionizmin bir çox ideyaları müasir dövrümüzə qədər müxtəlif tədqiqatçılar tərəfindən qəbul olunurdu. Diffuzionizmi əsas tənqid edənlər funksionalistlər və Amerika mədəni məktəbinin antropoloqları idi. Amerikan antropoloqu F. Boasın tələbəsi Robert Loyi yazırdı ki, heliosentrik, heliolitik nəzəriyyənin əsasında ümumiyyətlə həqiqətin izləri belə görsənmir. Faktların dəfələrlə təkrar olunması burada arqumentlərin yerini tutur. E. Smit və Perri elmi metodlardan ümumiyyətlə uzaqlaşmış, faktları və nəzəriyyələri elmi süzgəcdən keçirtmədən əsl elm kimi təqdim etməyə çalışmışdılar. Hətta, Amerika antropoloqu Qlindenil yazırdı ki, "E. Smit Misirlə xəstələnmişdir, mumiyalar və meqalitlər onu dəli etmişdir". Xüsusən də, diffuzionistlərin təsiri özünü müasir dövrdə səyyahların elmi görüşlərində daha çox büruzə verir. Məsələn, Arktikanın əsas tədqiqatçılarından biri olan isveçli Norden Şeldin "Müqayisəli etnoqrafik tədqiqatlar" əsərində diffuzionizm açıq şəkildə özünü büruzə verir.
Müasir dövrdə diffuzionizm ideyalarını müdafiə edən əsas tədqiqatçılardan biri Norveç səyyahı Tur Heyerdaldır. O, əsasən dəniz səyahətləri və onların mədəniyyətlərin yayılmasında rolunu aydınlaşdırmağa çalışmışdır. Məsələn, dəniz səyahətləri vasitəsilə Cənubi Amerika hindularının Okeaniyaya, şumerlərin Hindistana, misirlilərin Cənubi Amerikaya və s. mədəni təsirlərini aydınlaşdırmağa çalışmışdır. Etnoqraf və fərqli olaraq o, ideyalarını öz səyahətləri ilə sübut etməyə çalışırdı. Tur Heyerdal 1947-ci ildə kontiki salında Amerikadan Rapunayi adasına 101 günə səyahət etmiş, 1954–1956-cı illərdə Pasxadan Qalapaqos adalarına, 1970-ci ildə isə Ra qayığında Aralıq dənizi və Atlantik okeanı vasitəsilə Misirdən Cənubi Amerikaya, 1970-ci illərin sonunda isə Tiqris adlı qayıqda Afrika sahillərindən Hindistana səyahət etmişdir.
O, belə səyahətlərin mövcudluğunu coğrafi amillərlə (hava axınlarının, su axınlarının istiqaməti) əsaslandırmağa çalışırdı. Onun əsas əsərləri "Kontikiyə səyahət", "Amerika hinduları Sakit okeanda", "Aku-aku", "Fato-fiva" və s. əsərləridir. Tur Heyerdal köhnə dünyanın mədəniyyətinin Amerika xalqlarına təsirini əsaslandırmağa səy etmiş, bir qisminin, xüsusən polineziyalıların mənşəli olduğunu əsaslandırmağa çalışmışdır. Tur Heyerdal 1978-ci ildə Azərbaycanda olanda Qobustandakı qayıq təsvirləri əsasında Azərbaycanın dünyada dənizçiliyin yarandığı ən qədim məskənlərdən biri olduğunu qəbul etmiş və bu barədə elmi məqalələri də vardır. Tur Heyerdalın polineziyaların mənşəyi ideyasına qarşı isə əslən maoryo olan Piter Bakli çıxmışdır. O, "Gündoğar ölkənin dənizçiləri" əsərində polineziyalıların Cənub Şərqi Asiya mənşəli olduğunu əsaslı dəlillərlə sübut etmişdir. Müasir dövrdə isə bunu DNT testləri sübut edir.
Ədəbiyyat
- Белик, Андрей Александрович. Культурология: Антропологические теории культур. М.: РГГУ. 1999.
- Воронкова, Людмила Петровна Диффузионизм // Культурология. XX век : Энциклопедия. Т. 1: А-Л / Гл. ред., сост. Левит, Светлана Яковлевна. — СПб. : Университетская книга, 1998. — 446 с.
- Лурье, Светлана Владимировна. Историческая этнология. Учебное пособие для вузов (2-е изд). М.: Аспект Пресс. 1998. ISBN .
- Семёнов, Юрий Иванович Диффузия культурная // Культурология. XX век : Энциклопедия. Т. 1: А-Л / Гл. ред., сост. Левит, Светлана Яковлевна. — СПб. : Университетская книга, 1998. — 446 с.
- Соловей, Татьяна Дмитриевна. . 9. 108.
- Токарев, Сергей Александрович Венская школа этнографии // Вестник истории мировой культуры. 1958. № 3.
- Токарев, Сергей Александрович. . М.: Высшая школа (издательство). 1978.Arxiv surəti 19 may 2003 tarixindən (Wayback Machine) saytında
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalenin sonunda menbe siyahisi var lakin metndaxili menbeler hec ve ya kifayet qeder istifade edilmediyi ucun bezi melumatlarin menbesi bilinmir Lutfen menbeleri uygun sekilde metnin daxilinde yerlesdirerek meqalenin tekmillesdirilmesine komek edin fevral 2024 Diffuzionizm lat diffusio tokulme sizma medeni diffuzionizm ing cultural diffusion transkultural diffuzionizm ing Trans cultural diffusion medeniyyetin bir merkezden digerine sosial inkisafin esasi kimi baxan sosial antropologiya medeni antropologiya medeni cografiya ve etnoqrafiya etnologiya medeniyyetsunasliq arxeologiya sosiologiya istiqametleri XX esrin evvellerinde Heliosentrik sistem fikrinin terefdarlarinin diffuziya hadisesini ozunde eks etdiren modeli Bu istiqamet tekamulculere reaksiya olaraq inkisaf etdi Sonunculardan ferqli olaraq diffuzionistler esasen feth ticaret mustemlekecilik ve yalniz ikincisi inkisafin intrasistem amilleri kimi medeniyyetin yayilmasi vasitelerine diqqet yetirirdiler Diffuzionizm beseriyyetin ilk tarixinin oyrenilmesine esas diqqeti yoneltdi Diffuziyaci fikirler Avstriya ve Almaniya kimi olkelerde en cox yayilmisdir Diffuziya anlayisiXIX esrin sonu XX esrin evvellerinde antropologiyada tekamul nezeriyyesinin catismayan cehetleri ve qapaliligina cavab olaraq yeni fikirler ve ideyalar formalasdi Bele ki bu dovrde elde olunan etnoqrafik materiallarin yalniz tekamul ideyalari sisteminde tedqiqi ve arasdirilmasi qeyri mumkun olmusdu Bunun sayesinde diffuzionizm cereyani formalasmisdi Diffuzionizmin formalasmasinin ikinci muhum sebebi ise arasdirmalarin ve tedqiqatlarin forma ve mahiyyetinin deyismesi idi Bele ki bu dovrde tedqiqatcilarin ozleri bilavasite tertib etdikleri xususi proqramlar esasinda arasdirma ve tedqiqatlar aparmagi digerlerinin topladiqlari materiallardan istifade etmekden ustun tuturdular Diffuziya termini fizikadan goturulub ve latin dilinde nufuz etmek menasindadir Medeniyyetin oyrenilmesi sahesine tetbiq edilen diffuzionizm termini muxtelif xalqlar ve qebileler arasinda medeniyyetin ve onun elementlerinin muxtelif elaqeler vasitesile yayilmasini nezerde tutur Bu elaqelerin en esas formalari ticaret kocler ve isgallardir Diffuzionistlerin fikrine gore tarixi inkisaf prosesinin esas mahiyyetini diffuziya yeni elaqeler toqqusmalar medeni elementlerin exz olunmasi medeniyyetin digerlerinin tesiri ile deyismesi ve s teskil edir Tekamulculerin esas ideyalarindan biri olan eyni tarixi seraitde ve eyni iqlim ve tebii cografi mekanda eyni medeni elementlerin yaranib inkisaf etmesi ideyasini diffuzionistler qebul etmirdiler Onlarin fikrine gore insan medeniyyetinin muxtelif gerceklikleri ve elementleri tarixi qanunauygunluqlarin fealiyyeti sayesinde deyil tesadufler sayesinde yaranir ve bir defe yaranmis bu elementler diger erazilere yayilir ve insan medeniyyetinin terkib hissesi olur DiffuzionistlerDiffuzionistler umumiyyetle tarixi inkisaf qanunauygunluqlarinin olmasini inkar edirdiler Onlar tereqqi anlayisinin nisbi oldugunu gosterirdiler Insan medeniyyetinin bu ve ya diger bir elementi her hansisa bir cemiyyetde inkisafa sebeb olursa diger bir cemiyyetde deqredasiyaya getirib cixara biler Diffuzionistler medeniyyet elementlerinin mekan zaman daxilinde hereket etmesini qebul etdikleri halda tekamulculerde bu yox idi Diffuzionizmin demek olar ki butun qollarinda esas ideyalardan biri medeniyyetin bir merkezden diger bolgelere yayilmasi ideyasidir Tesadufi deyil ki antropologiya tarixinde diffuzionistler medeniyyet elementlerinin kortoqrafiyasini vermeye calisan ilk tedqiqatcilar olmuslar Ekser diffuzionistler medeni tarixi areallar medeni tarixi merkezler kimi anlayislardan istifade edirdiler Bezileri ise beser sivilizaiyalarinin bir tarixi merkezden yayilmasi ideyasini mudafie edirdiler Diffuzionizmin esas istiqamet ve numayendelerinden ibaret olan Almaniyada tarixi medeni mekteb ozu de iki qola bolunurdu Frits Qrebner ve Vilhelm Smidt ABS de bu mekteb eycan era adi ile meshurdur Bura Eduard Sepir Belvin Xertkovic Bencamin Uorf ve basqalari daxildir Ingilterede esasen hiper diffuzionizm formasinda movcud olan diffuzionizmin esas numayendeleri Eliot Smit Uilyam Rivers ve Uilyam Perri olmusdur Butun diffuzionistlerin menevi atasi ise antropocografiyanin banisi Fridrix Ratsel hesab olunur O Antropocografiya Xalqsunasliq Yer kuresi ve heyat eserlerinde hele XIX esrin evvellerinde meshur alman seyahetcisi bioloqu hekimi Vilhelm Umbolt terefinden ireli surulmus cografi determinizm nezeriyyesini mudafie edirdi Ratsel xususen de Antropocografiya ve Xalqsunasliq eserlerinde beseriyyetin yer kuresinde yerlesmesi medeniyyetlerin yer kuresinde yayilmasinin cografi seraitle elaqesini mueyyenlesdirmeye sey etmisdir Bu meqsedle o cografi muhitin muxtelif tayfalarin daxili heyatina tesirini mueyyenlesdirmeye calismisdir Ratselin en muhum xidmeti ondan ibaretdir ki medeniyyetin tayfalar ve xalqlar uzre paylanmasini cografi mekan baximindan mueyyenlesdirib sistemlesdirmisdi Onun esas ireli surduyu ideya ondan ibaretdir ki ayri ayri xalqlarin ve qebilelerin medeniyyetinin ferqli olmasinin sebebi tebii cografi seraitin muxtelifliyidir Lakin ekser bolgelerde biz medeniyyetler arasinda boyuk ferqler gormuruk bunun ise sebebi medeniyyetin yayilmasi muxtelif bolgeler arasinda movcud olan elaqelerdir Ratselin bu ideyasi diffuzionistlerin esas ideyasina amalina cevrildi Bu sebebden de o medeniyyetlerin mekan daxilinde yayilmasini ictimai tereqqinin esas unsurlerinden biri hesab edirdi Ratsell medeniyyet elementlerinin yayilmasinin esas iki formasini gosterirdi Medeniyyetin butun kompleksinin qisa zaman erzinde cox tez ve tamamile yerdeyismesi Bunu Amerika antropoloqlari sonralar akkulturasiya adlandirirdilar Medeniyyetin ayri ayri elementlerinin bir tayfadan xalqdan digerine oturulmesi Medeni elementlerin yerdeyismesi bir xalqdan digerine kecmesi meselesine toxunanda Ratsel gosterirdi ki hec de butun medeniyyetler eyni formada exz olunmurlar O gosterirdi ki dunyanin butun bolgelerinde dini inamlar mifler ve umumiyyetle menevi medeniyyetin elementleri deyismezdir Amma teserrufat sahesinde maddi medeniyyetde deyisikler cox suretle bas verir Medeniyyetin ele elementleri var ki onlari zorla da deyisdirmek mumkun deyil Digerlerinin ise deyismesinin qarsisini almaq mumkun deyil Ratsel gosterirdi ki medeniyyeti oyrenen insanlarin esas meqsedlerinden biri de medeni dairelerin medeni bolgelerin oyrenilmelisidir Bu medeni bolgelerin yaranmasini cox qedim dovrlere samil edirdi O diffuzionzmin bir elmi fikir cereyani kimi formalasmasinda esas istiqametleri de mueyyenlesdirmisdir Medeniyyetlerin qarsiliqli elaqelerinin mueyyenlesdirilmesi Medeniyyetlerin qarsiliqli tesir neticesinde deyismesinin istiqametlerinin mueyyenlesdirilmesi Ilkin medeni merkezlerin cografi movqeyinin mueyyenlesdirilmesi Frits Qrebner yaxud Koln mektebiDiffuzionizmin esas istiqametlerinden biri medeni daireler istiqametidir Medeni daireler istiqametinin banilerinden biri Frits Qrebnerdir Qrebner antropologiyada Ratsel terefinden ireli surulen bir cox ideyalari ozunemexsus sekilde izah edecәk yeni bir istiqametin esasini qoymusdur Tehsiline gore tarixci mediyevis olan Qrebner Berlin ve Marburq univetsitetlerinde tehsil almisdir 1904 cu ilde Berlin Antropologiya Cemiyyetinde medeni daireler haqqinda telim meruzesi ile cixis etmis ve Okeaniyada medeni daireler ve tebeqeler eseri ile teliminin esas muddealarini izah etmisdir O qeyd edirdi ki medeniyyetin elementleri mueyyen bir zaman kesiyinde cografi mekanda yaranir ve sonra diffuziya neticesinde diger erazilere yayilir Bu sebebden o medeniyyetin elementlerini kartoqrafiya etmeye calisirdi Mueyyen medeni elementlerin mecmusu medeni daireni teskil edir Bir cox hallarda medeni daireler ust uste dusur ve onlar medeni tebeqeleri yaradirlar Onun fikrine gore medeni tebeqelerde merkezde yerlesen medeni daireler daha sonra formalasib kenarda olanlar ise daha qedimde yarananlardir Yeni yeni gelen medeniyyet kohnesini sixisdirir merkezi tutur kohnesi ise mecbur olur qiraga cekilir Qrebner diffuziyanin istiqametini mueyyenlesdirmek ucun de mueyyen qayda fikirlesmisdi O gosterirdi ki medeni dairenin periferiyasinda hemin medeni daire ucun seciyyevi olan elementlerin en six yerlesdiyi bolge diffuziyanin bas verdiyi istiqametdir Avstraliya ve Okeaniyada o 8 medeni daire mueyyenlesdirir ve her bir medeni daire ucun de 8 10 elementin xarakterik oldugunu gosterir Meselen totem medeni dairesi ucun nize tek agac govdesinden hazirlanmis qayiq ekzoqamiya torpaqustu qebirler gunes mifologiyasi totem ayinleri ve s seciyyevi oldugunu gosterir Qrebnerin hemfikri Ankerman Afrikada da bu cur medeni daireler mueyyenlesdirir F Qrebner Cenub denizinde sosial sistemler Melaneziyanin ox kaman medeniyyeti Etnologiya Etnologiya metodu ve s eserlerinde ireli surduyu konsepsiyani daha da tekmillesdirir Qrebner qeyd edirdi ki medeniyyetin her bir elementi beser tarixinde bir defe yaranir ve sonra diffuziya neticesinde butun dunyaya yayilir O diffuziyanin iki formasini mueyyenlesdirir Transmissiya ve miqrasiya Transmissiya koclerin bas vermemesi neticesinde bas veren diffuziyadir Burada deyilir ki medeniyyet ozu yayilir onu yaradanlar yerlerinde qalir Miqrasiya ise medeniyyetin yaradicilari ile birlikde yerdeyismesidir Qrebner gosterirdi ki faktiki olaraq butun medeniyyet elementleri bir erazide yaranir ve sonra dunyaya sepelenmeye baslayir Qrebner medeniyyet elementlerinin yayilmasinin diffuziyasinin muxtelif amillerini de mueyyenlesdirmeye sey etmisdir O gosterirdi ki funksiyalari duzeltme texnikalari terkib hisseleri ve s ferqli olan oxsar elementler yalniz tesadufen yarana biler ve diffuziya neticesinde yayila biler Faktiki olaraq Qrebner tedqiqatlarinda medeniyyetler arasinda analogiyalardan daha cox homologiyalari ferqli oxsarliq tedqiq etmeye calisirdi Medeniyyetin hansi elementinin nezerden kecirilmesinden asili olmayaraq Qrebner iddia edir ki onlar beser tarixinde bir yerde bir mekanda bir zamanda yaraniblar Qrebnerin ilk evveller kifayet qeder terefdarlari var idi Ankerman Yulius Lips Krauze ve basqalari Lakin heyatinin sonlarinda Qrebner mueyyen qeder tekamulculuye meyil etmeye baslayir Ibtidai xalqlarin dunyagurusu eserinde o qeyd edir ki umumilikde beser medeniyyetinin formalasmasinda medeni dairelerin ve onu teskil eden elementlerin bir defe yaranmasini qebul etmekle yanasi medeni dairelerin tereqqi neticesinde bir birini evez etmesini de biz inkar ede bilmerik Frits Qrebner 38 yasinda keskin xestelenir ve elmi fealiyyetle mesgul olmur sonra da olur Qrebner Koln seherindeki tebiet muzeyinde islediyine gore onun yaratdigi mekteb Koln mektebi adlanir Vilhelm Smidt ve Vyana mektebiMedeni daireler nezeriyyesinin diger bir qolu ise Vyanada formalasmisdir Vyana tarixi medeni mektebinin banisi katolik kesisi Vilhelm Smidtdir O hele gencliyinde katolik kilsesi ile maraqlanmis 15 yasinda Allahin sozu cemiyyetine daxil olmus ve missionerlik fealiyyeti ile mesgul olmusdur Smidt Berlin universitetine daxil olaraq serq dillerini oyrenmeye baslamis ve fealiyyetinin ilk dovrunde dilcilikle mesgul olmusdur Smidtin Cenub Serqi Asiya ve Melaneziya dilleri xususen mon kxmer dilleri ile bagli olan tedqiqatlari muasir dovrde de ehemiyyetini itirmir ve bir dilci kimi o cox meshurlasir ve bir cox kxmer dilleri ucun elifba da tertib edir Dilcilik sahesindeki fealiyyetine gore Avstriya Elmler Akademiyasinin muxbir uzvu secilir Vilhelm Smidttin antropologiya ile mesgul olmasi ise iki amille baglidir Birincisi onun 1898 ci ilde Ingilterede nesr etdirdiyi Allahin yaradilmasi eseri ile tanisligi ikincisi alman antropoloqu Kolmanin Piqmey nezeriyyesi ile tanisligi Enru Lengin eserinde dini goruslerin tehlili verilir ve burada bir cox ibtidai qebilelerde tekallahliliqla bagli goruslerin oldugu ireli surulur Katolik kesisi kimi Smidt E Lenqin bu ideyasindan yapisaraq ilkin monoteizmin promonoteizm olmasi ideyasini ireli surur O dilcilikle bagli elmi fealiyyetini dayandirir ve butun tedqiqatlarini bu ideyani esaslandirmaga yoneldir Smidt tekamulcu olan Lenqin umumi sekilde ireli surduyu muddeani tarixi etnoqrafik materiallar esasinda deqiqlesdirmeyi ve inkisaf etdirib yaymagi qarsisina meqsed qoyur Vilhelm Smidtin oz ideyalarini esaslandirmaq ucun istifade etdiyi diger amil ise piqmey nezeriyyesidir Etnoqrafik materiallarda piqmeylerde vahid Allahla bagli tesevvurlerin olmasi eks olunmusdur 1910 cu ilde Smidt Beser tarixinde piqmey xalqlarinin movqeyi eserini nesr etdirir ve burada o hemin bu ideyalarini serh edir 1906 ci ilde Smidt Anthropos jurnalini yaradir ve bu jurnalda Allah ideyasinin menseyi eserini cap etdirmeye baslayir 1940 ci ile qeder o bu eserin 12 cildini buraxir Oz ideyasini esaslandirmaq ucun Smidt Afrikada piqmeyler ve busmenler Andoman adalarinda andomanlilar Indoneziyada semanqlar ve basqalarinin medeniyyetini tedqiq etmeye baslayir ve burada monoteizmin izlerini mueyyenlesdirmeye calisir Bu tedqiqatlarin esasinda o ozunun medeni dairelerini yaradir Hemin medeni dairelerin muxtelif seviyyelerini mueyyenlesdirir En asagi seviyyeni yigiciliga esaslanan ibtidai medeni daireler teskil edir Bura avstraliyalilar tasmaniyalilar aid edilir Ikinci seviyyeni istehsal teserrufatina esaslanan ilkin medeni daireler teskil edir Bura ise koceri maldarlari ilkin hind avropalilari semitleri hamitleri Ural Altay xalqlarini ve s aid edir Ucuncu medeni daireni ise ucuncu seviyyeli ikinci medeni daireler teskil edir Bura Polineziya Sudan Melaneziya ve s medeniyyetleri samil edir Muasir Asiya Avropa Amerikada olan yuksek medeniyyetleri ise ucuncu medeni dairelere ve dorduncu seviyyeye samil edir Belelikle medeni daireler ideyasini Smidt medeni tereqqinin umumdunya tarixi konsepsiyasina cevirdi Smidt tekamulu tereqqini hetta insanin diger bioloji novlerden yaranmasini bele inkar etmirdi Smidt promonoteizm ideyasini ireli surmek ucun tekamul ve diffuziya ideyalarinin her ikisinden istifade edirdi Tekamulculer kimi o muasir dovrde movcud olan ibtidai tayfalari xalqlari hal hazirda inkisaf etmis xalqlarin qedim tarixinin canli yasayan temsilcileri kimi gotururdu Diger terefden medeni xususiyyetlerin gercekliklerin yayilmasinda esas amil kimi miqrasiya ve diffuziyani gotururdu Katolik kilsesi Smidtin tedqiqatlari ucun boyuk miqdarda maliyye vesaitleri ayirdi ve o Vatikanda Loferant etnoqrafik muzeyinin direktoru teyin olundu Smidt indiye qeder fealiyyet gosteren esasini qoydu Vilhelm Smidtin tedqiqatlarinda ikinci esas mesele ise mulkiyyet meselesi idi Beseriyyetin ilkin merhelelerinde mulkiyyet adli eserinde o gosterirdi ki xususi mulkiyyet insana xas olan esas xususiyyetdir Mulkiyyeti mehv etmek ucun insanin Men ini mehv etmek lazimdir Bu sahede o marksistlerin ireli surduyu ideyalari keskin tenqid edirdi 1937 ci ilde Smidt Tarixi medeni etnologiyanin metodu haqqinda derslik yazir Almaniyada fasistler hakimiyyete geldikden sonra Smidt Vatikana kocmeli olur Koln ve Vyana tarixi mekteblerinin ireli surdukleri metodlarin icerisinde en muhumu en deyerlisi olan medeni gercekliklerin medeniyyet elementlerinin deqiqlikle kartoqrafiyasinin heyata kecirilmesidir ABS ve Ingilterede diffuzionizmEsasen Almaniyada yaranan diffuzionizm cereyani qisa muddetde diger olkelerde de yayilmaga basladi Boyuk Britaniyada diffuzionizm hiperdiffuzionizm formasinda yayilmaga basladi Boyuk Britaniyada diffuzionizmin ilkin ideyalarini Pit Rivers yaymaga baslamisdir O Melaneziya cemiyyetinin tarixi eserinde Okeaniyada movcud olmus muxtelif tebeqeleri kava betel tedqiq etmeye calismisdir Boyuk Britaniyada diffuzionizmin esas numayendeleri nezeriyyesinin banileri Qrafton ve onun telebesi Uilyom Ceyms Perridir Eliot Smit bildirirdi ki beser tarixinde birinci medeniyyet Misir medeniyyetidir E Smit oz tehsiline gore hekim olmus ve anatomiya ile mesgul olmusdur O xususen de nevrologiya sahesinde fealiyyet gostermisdir E Smiti 1900 cu ilde universiteti qurtardiqdan sonra Qahire Universitetinde ders demek ucun Misire gonderirler Misire geldikden sonra ise o Misir mumiyalarinin anatomik tedqiqi ile mesgul olmaga baslayir ve mumiyalarin nece hazirlanmasini mueyyenlesdirmek ucun onlarin vertanaqramasini cekir tarixde ilk defe ve mumiyasini analiz etmek ucun onu acir Bu tedqiqatlarini sonralar o Mumiyalarin hazirlanmasi ve Misir mumiyalari eserinde nesr etdirir 1909 cu ilde Ingiltereye qayidan E Smit Mancester seherinde ders demeye baslayir ve uzun muddet burada yasayir Ona gore onun mektebini Mancester mektebi adlandirirlar Onun meshur telebeleri icerisinde Blek Daos yer alir E Smit Mancesterde tedrisle mesgul oldugu dovrde meqalitlerle maraqlanmaga baslayir Meqalitlerle tanis olduqdan sonra Ingilterede olan meqalitlerin Misirde tedqiq etdiyi qayaalti serdabelere mastava cox oxsadirdi Bunun neticesinde medeniyyetin mueyyen elementlerinin butun dunyaya Misirden yayilmasi fikrine gelmisdi E Smit sonralar da oz tedqiqatlarini davam etdirmis ve son neticede panmisirlilik nezeriyyesini yaratmisdi O 1911 ci ilde Qedim misirliler ve onlarin Avropa medeniyyetine tesiri adli eserini nesr etdirir ve burada Avropa medeniyyetinin Misir medeniyyetinden yaranmasini muxtelif faktlarla subut etmeye calisir 1912 ci ilde o Hokmdar mumiyalari adli albomunu nesr etdirir Bu gunun ozunde de bu albom oz ehemiyyetini saxlayir E Smit beser tarixinde sivilizasiyalarin yaranmasinin baslangicini qedim Misirden gotururdu Xususen de Misirde arxitekturada istifade olunan iri daslarla horgu ve Avropanin diger bolgelerinde meqalit medeniyyetleri arasinda oxsarliqlar tapmaqla Avropada olan medeniyyetlerin baslangicini Misirden goturduyunu esaslandirirdi 1915 ci ilde nesr etdirdiyi Qedim medeniyyetin miqrasiyasi eserinde dunyanin muxtelif bolgelerinde Avropa Asiya Afrikada eyni medeniyyetin askar olundugunu qeyd edirdi Bu medeniyyeti ferqlendiren esas elametler ise mumiyalar neheng das abideler ve butlerin hazirlanmasidir Qedim Misirde ise bu medeniyyet daha genis medeni kompleksle temsil olunmusdur Sadaladigimiz elementlerden elave bura gunes kultu svastika kellenin deformasiyasi tatirovka allahlarin ilahi menseyi kuvada adeti ve s ile temsil olunmusdur E Smitin fikrine gore bu oxsarliqlar tesadufi ola bilmez Bele ki onlarin funksional elaqesi yoxdur Bu oxsarliqlar yalniz miqrasiyalardan ve qohumluqdan xeber verir ve bunlar bir merkezden yeqin ki Misirden dunyaya yayilmisdir E ә IX VIII esrlerde bu medeniyyet Erebistan vasitesile Hindistan Indoneziya ve Okeaniyaya yayilmis ve oradan da Amerikaya gedib cixmisdir Eliotun ireli surduyu nezeriyye hiperdiffuzionizm adlanir Qrafton Smit oz nezeriyyesinin Rivers terefinden xususile onun Melaneziya cemiyyetinin tarixi eserinde ireli surduyu ideyalarin davami oldugunu bildirirdi Misirde yaranmis yuksek medeniyyeti E Smit heliolitik medeniyyet adlandirir Cunki bu medeniyyetin en muhum unsurlerinden biri gunes kultudur 1919 cu ilde ise o Ejdahanin tekamulu eserini yazir ve burada heliolitik nezeriyyesini daha da esaslandirmaga calisir Sonraki dovrlerde o ideyalarini Medeniyyetin diffuziyasi eserinde umumilesdirmisdir O bu eserinde medeni unsurlerin miqrasiya ve tekamul neticesinde diffuziyaya ugradigini xususile qeyd edir Onun ireli surduyu ideyalardan biri de odur ki insan mumkun qeder hazir ideyalari faktlari heyati gerceklikleri menimsemeye calisir Tarix hec bir qanunauygunlugu olmayan tesadufi ve tekrarolunmaz hadiselerin mecmusudur E Smit yazirdi ki insan davranisinin en muhum ferqlendirici ceheti ondan ibaretdir ki movcud seraitin ireli surduyu xususiyyetlere qarsi onun nece reaksiya gostermesini qabaqcadan teyin etmek mumkun deyildir Diffuzionizm cereyani artiq XX esrin 30 cu illerinde antropologiyada muxtelif konsepsiyalar terefinden tenqid olunmaga baslanmisdi Diffuzionizm xususen de ifrat qollari meselen medeniyyetin morfologiyasi hiperdiffuzionizm ve s faktiki olaraq tarixi realliqlarla uygun gelmirdi yaxud bu nezeriyyeni ireli suren tedqiqatcilar oz ideyalarini esaslandirmaq ucun tarixi faktlarin bilerekden tehrif olunmasina yol verirdiler Ona gore de artiq XX esrin 20 ci illerinden antropologiyada diger elmi cereyanlar formalasmaga basladi Lakin diffuzionizmin bir cox ideyalari muasir dovrumuze qeder muxtelif tedqiqatcilar terefinden qebul olunurdu Diffuzionizmi esas tenqid edenler funksionalistler ve Amerika medeni mektebinin antropoloqlari idi Amerikan antropoloqu F Boasin telebesi Robert Loyi yazirdi ki heliosentrik heliolitik nezeriyyenin esasinda umumiyyetle heqiqetin izleri bele gorsenmir Faktlarin defelerle tekrar olunmasi burada arqumentlerin yerini tutur E Smit ve Perri elmi metodlardan umumiyyetle uzaqlasmis faktlari ve nezeriyyeleri elmi suzgecden kecirtmeden esl elm kimi teqdim etmeye calismisdilar Hetta Amerika antropoloqu Qlindenil yazirdi ki E Smit Misirle xestelenmisdir mumiyalar ve meqalitler onu deli etmisdir Xususen de diffuzionistlerin tesiri ozunu muasir dovrde seyyahlarin elmi goruslerinde daha cox buruze verir Meselen Arktikanin esas tedqiqatcilarindan biri olan isvecli Norden Seldin Muqayiseli etnoqrafik tedqiqatlar eserinde diffuzionizm aciq sekilde ozunu buruze verir Muasir dovrde diffuzionizm ideyalarini mudafie eden esas tedqiqatcilardan biri Norvec seyyahi Tur Heyerdaldir O esasen deniz seyahetleri ve onlarin medeniyyetlerin yayilmasinda rolunu aydinlasdirmaga calismisdir Meselen deniz seyahetleri vasitesile Cenubi Amerika hindularinin Okeaniyaya sumerlerin Hindistana misirlilerin Cenubi Amerikaya ve s medeni tesirlerini aydinlasdirmaga calismisdir Etnoqraf ve ferqli olaraq o ideyalarini oz seyahetleri ile subut etmeye calisirdi Tur Heyerdal 1947 ci ilde kontiki salinda Amerikadan Rapunayi adasina 101 gune seyahet etmis 1954 1956 ci illerde Pasxadan Qalapaqos adalarina 1970 ci ilde ise Ra qayiginda Araliq denizi ve Atlantik okeani vasitesile Misirden Cenubi Amerikaya 1970 ci illerin sonunda ise Tiqris adli qayiqda Afrika sahillerinden Hindistana seyahet etmisdir O bele seyahetlerin movcudlugunu cografi amillerle hava axinlarinin su axinlarinin istiqameti esaslandirmaga calisirdi Onun esas eserleri Kontikiye seyahet Amerika hindulari Sakit okeanda Aku aku Fato fiva ve s eserleridir Tur Heyerdal kohne dunyanin medeniyyetinin Amerika xalqlarina tesirini esaslandirmaga sey etmis bir qisminin xususen polineziyalilarin menseli oldugunu esaslandirmaga calismisdir Tur Heyerdal 1978 ci ilde Azerbaycanda olanda Qobustandaki qayiq tesvirleri esasinda Azerbaycanin dunyada denizciliyin yarandigi en qedim meskenlerden biri oldugunu qebul etmis ve bu barede elmi meqaleleri de vardir Tur Heyerdalin polineziyalarin menseyi ideyasina qarsi ise eslen maoryo olan Piter Bakli cixmisdir O Gundogar olkenin denizcileri eserinde polineziyalilarin Cenub Serqi Asiya menseli oldugunu esasli delillerle subut etmisdir Muasir dovrde ise bunu DNT testleri subut edir EdebiyyatBelik Andrej Aleksandrovich Kulturologiya Antropologicheskie teorii kultur M RGGU 1999 Voronkova Lyudmila Petrovna Diffuzionizm Kulturologiya XX vek Enciklopediya T 1 A L Gl red sost Levit Svetlana Yakovlevna SPb Universitetskaya kniga 1998 446 s ISBN 5 7914 0028 4 Lure Svetlana Vladimirovna Istoricheskaya etnologiya Uchebnoe posobie dlya vuzov 2 e izd M Aspekt Press 1998 ISBN 5 7567 0205 7 Semyonov Yurij Ivanovich Diffuziya kulturnaya Kulturologiya XX vek Enciklopediya T 1 A L Gl red sost Levit Svetlana Yakovlevna SPb Universitetskaya kniga 1998 446 s ISBN 5 7914 0028 4 Solovej Tatyana Dmitrievna 9 108 Tokarev Sergej Aleksandrovich Venskaya shkola etnografii Vestnik istorii mirovoj kultury 1958 3 Tokarev Sergej Aleksandrovich M Vysshaya shkola izdatelstvo 1978 Arxiv sureti 19 may 2003 tarixinden Wayback Machine saytinda