Cabbar İsmayıl oğlu Qaryağdıoğlu (31 mart 1861, Şuşa – 20 aprel 1944, Bakı) — xanəndə, bəstəkar, musiqi xadimi, Azərbaycan SSR xalq artisti (1935). Azərbaycan xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri.
Cabbar Qaryağdıoğlu | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Yelizavetpol quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Dəfn yeri | Çəmbərəkənd qəbiristanlığı Yasamal qəbiristanlığı |
Vətəndaşlığı | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Xanəndə, bəstəkar |
Fəaliyyət illəri | 1876-cı ildən |
Janrlar | xalq mahnısı, muğam |
Təhsili | |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Cabbar Qaryağdıoğlu XIX əsrin II yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardan biridir. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına həsr etmişdir. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnını işləyib Azərbaycanın xanəndəlik sənətini yaratmağa həsr etmiş müğənni Zaqafqaziyada ən yaxşı xalq ifaçısı şöhrətini qazanmışdır.
Həyatı
Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olmuşdur. Atası Məşədi İsmayıl kişi boyaqçı idi. Bu sənəti Cabbara da öyrətmək istəyirdi. Lakin oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı başqa bir sahəyə istiqamətləndirirdi. Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşında", "Qırxpilləkəndə", "Ağzıyastı kahada" quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərdi. Sonralar bu zümzümələr XIX əsrin ən böyük xanəndəsinin yetişməsinə səbəb oldu.
Cabbar Qaryağdıoğlunu Azərbaycan xalq musiqisinin canlı tarixi, ensiklopediyası adlandırırdılar. Onun oxuduğu muğam və xalq mahnıları indi də Azərbaycanın musiqi xəzinəsinin ən qiymətli inciləridir. Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir.
1944-cü ildə Bakıda vəfat edib. Çəmbərəkənd qəbiristanlığında dəfn olunub. SSRİ Nazirlər Soveti tərəfindən 1948-ci ildə Cabbar Qaryağdıoğlu və digər vəfat etmiş mədəniyyət xadimlərinin məzarları fəxri xiyabana köçürülməsi barədə qərar qəbul olunub. Siyahıda olan şəxsiyyətlərdən təkcə Cabbar Qaryağdıoğlunun məzarı Fəxri xiyabana köçürülməyib. Hazırda məzarı Yasamal qəbirstanlığında yerləşir.
Yaradıcılığı
Cabbar Qaryağdıoğlunun səsi güclü dramatik-tenor tipli səs idi. O, bu güclü və əzəmətli səsi ilə son dərəcə lirik-minor ruhlu muğam sayılan "Segah"ı olduqca həzin və yumşaq, eyni zamanda, yanıqlı səsləndirməklə adamda elə təsəvvür yaradırdı ki, muğamı dramatik tenor yox, lirik tenor oxuyur. Onun köhnə qrammafon vallarını səsləndirdikdə adam o dəqiqə hiss edir ki, belə bir qüdrətli səs, temperamentli üsullar, müxtəlif formalı çətin zəngulələr vuran yalnız Cabbar Qaryağdıoğlu ola bilər. O, major muğamları oxumaqda da mahir idi. Vokal ustalığı ilə nəinki dinləyicini heyran qoyur, eyni zamanda təsiredici ifaçılıq məharəti ilə dinləyicini fikrindən ayırır, kədərini, qəmini unutdururdu. Cabbar ilk musiqi təhsilini Şuşada Xarrat Qulunun məktəbində alıb. O, on yaşında ikən şəhərdəki məktəbə daxil olur, müəllimi Mirzəli Zeynalabdin oğlundan musiqi elmini və fars dilini öyrənir. 16 yaşında ilk dəfə müəllimi ilə getdiyi toyda tarzən Cavadbəyin müşayiəti ilə "Kürdü-Şahnaz" oxuyur, zil və təravətli səsi ilə təkcə dinləyiciləri deyil, musiqiçiləri də məftun edir. Qoca xanəndə Hacı Hüsü onun alnından öpüb, "Gələcəkdə bizim yerimizi bu cavan xanəndə tutacaqdır" deyir. Bu hadisədən sonra məşhur tarzən Sadıq Əsəd oğlu (Sadıqcan) Cabbarı rəhbərlik etdiyi sazəndələr dəstəsinə qəbul edir. Cabbar bu dəstə ilə Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilən "Xeyriyyə gecəsi"ndə "Heyratı" oxuyur. Azərbaycanda ilk Şərq konserti 1901-ci ilin yayında Ə. Haqverdiyevin rəhbərliyi altında Şuşada "Xandəmirovun teatr salonu"nda təşkil edilmişdir. Konsertdə Cabbar Qaryağdıoğlu böyük ifaçılıq qabiliyyəti göstərərək, Azərbaycan şairləri ─ Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Qasım bəy Zakir, Seyid Əzim Şirvani və Xurşidbanu Natəvanın qəzəllərini doğma ana dilində ilham və məhəbbətlə oxumaqla, xanəndəlik sənətində yeni bir mərhələ açmış, muğamatın geniş xalq kütlələri içərisində yayılmasına böyük köməklik göstərmişdir. Şuşadakı ilk Şərq konsertindən sonra Azərbaycanın digər şəhərlərində, xüsusilə də Bakıda XX əsrin ilk illərindən başlayaraq Şərq konsertləri verilirdi. 1902-ci ilin yanvarında "Kaspi" qəzeti belə bir məlumat vermişdi: "Yanvarın 11-də, cümə günü Hacı Zeynalabdin Tağıyevin teatrında məşhur Qarabağ aşığı Nəcəfqulunun və xanəndələrdən Qaryağdıoğlu Cabbarın, Bakılı Seyidin, Şəkili Ələsgərin və Keçəçi Məhəmmədin iştirakı ilə Bakıda birinci Şərq konserti olacaqdır". Konsertin birinci şöbəsində artıq bütün Qafqazda bir xanəndə kimi məşhur olan Cabbar Qaryağdıoğlu "Mahur" oxumuşdu. "Kaspi" qəzeti yazırdı: "Cabbar "Mahur"u çox gözəl oxudu, tamaşaçılar onu uzun müddət mahir bir xanəndə kimi alqışladılar". Mütəxəssislərin fikrincə, sonralar da "Mahur"u Cabbar Qaryağdıoğlu kimi misilsiz məharətlə oxuyan ikinci bir xanəndə olmamışdır. Qocaman xanəndəmiz Xan Şuşinski deyirdi: "Mahur Cabbar ilə getdi" 1902-ci il yanvarın 23-də tamaşaçıların xahişi ilə yenə də Tağıyev teatrının binasında ikinci Şərq konserti oldu. Cabbar Qaryağdıoğlu "Heyratı" oxumaqla dinləyicilərə dərin təsir bağışladı. 1903-cü il yanvarın 27-də həmin teatrın binasında üçüncü Şərq konserti təşkil edilir. Bu konsertə hazırlıq daha yaxşı idi. Küçələrə afişalar vurulmuş, konsertə gələnlər üçün proqramlar nəşr olunmuşdu. Konsert əvvəlkilərə nisbətən daha geniş, rəngarəng və maraqlı idi. Cabbar Qaryağdıoğlu tarzən Mirzə Fərəc Rzayevin və kamançaçı Məşədi Qulunun müşayiəti ilə "Bayatı-Qacar" muğamını məharətlə ifa etmişdi. Konsertdə olmuş bir rus jurnalisti yazırdı: "Əgər mən antreprenyor olsaydım, heç fikirləşmədən dünənki ifaçıları Peterburqa aparardım. Onlar orada müvəffəqiyyətlər qazanardılar. Onları dinləməyə gələr, dinlər və ağlardılar…". Yeri gəlmişkən qeyd edək ki, Cabbar Qaryağdıoğlunun həmin konsertlərdə istifadə etdiyi qaval hazırda Milli Azərbaycan Tarixi Muzeyindədir. Qoz ağacı və balıq dərisindən hazırlanmış bu qavalı tarzən Qurban Pirimovun qızı Tamara xanım 1967-ci ildə Muzeyə hədiyyə etmişdir. Cabbar Qaryağdıoğlu 1905-ci ildə Gəncə şəhərində məşhur xanəndə İslam Abdullayevin vasitəsilə tanış olduğu tarzən Qurban Pirimov və kamançaçı Saşa Oqanezaşvilidən ibarət ikinci bir musiqi üçlüyü yaradır. Xanəndə "Heyratı"nı qrammafon valına 1906-cı ildə yazdırmışdır. Eyni zamanda onun ifasında olan "Ovşarı" muğamı da yüksək ifaçılıq məharətindən və onun səsinin qeyri-adi gücündən xəbər verir. Təsadüfü deyildir ki, Cabbar Qaryağdıoğludan sonra bu günə qədər bu muğamı hələ heç kəs oxumağa cürət etməmişdir. Onu "Şərq musiqisinin peyğəmbəri" adlandırırdılar. Doğrudur, Cabbar Qaryağdıoğludan əvvəl bizim musiqi tariximizdə Şahqulu, , Hacı Hüsü, Məşədi İsi, Səttar, , , Bülbülcan kimi klassik xanəndələrimiz olmuşdur. Lakin onların heç biri xalq musiqisini Cabbar Qaryağdıoğlu qədər dərindən bilməmişlər.
Azərbaycanda opera sənətinin meydana gəlməsində də onun rolu böyükdür. Opera səhnəmizin ilk aktyoru məhz Qaryağdıoğlu olmuşdur.
Cabbar Qaryağdıoğlu dəfələrlə İran şahlarının, Türkiyə sultanlarının məclislərinə dəvət olunmuş, öz gözəl ifası ilə onları məftun etmişdir. O, yaradıcı sənətkar idi. Bir muğamı 2–3 saat, bəzən isə böyük məclislərdə 4 saat belə oxuyardı. O, həm böyük sənətkar, həm də qayğıkeş müəllim idi. O, şagirdlərinin qayğısına qalar, onlara səslərini qorumağı tövsiyə edərdi: "Səs və gözəllik Allah vergisidir. Gərək onların qədrini biləsən. Birinci növbədə səsini qorumalısan. Yeməyinə, yatmağına fikir verməlisən. Xanəndə çox yeməməlidir. Qarınqululuq oxumağın düşmənidir. Gündə ən azı 10 saat yatmalıdır".
Klassik ədəbiyyatı gözəl bilirdi və deyirdi ki, əruzu bilməyəndən xanəndə olmaz.
Cabbar Qaryağdıoğlunun tələbələrindən Xan Şuşinski həmişə fərəhlə qeyd edərdi ki, xanəndə olmağım üçün unudulmaz müəllimim Cabbar Qaryağdıoğluna minnətdaram. Seyid Şuşinski, Bülbül, Davud Səfiyarov, Zülfü Adıgözəlov, Xan Şuşinski, Cahan Talışinskaya, Yavər Kələntərli, Mütəllim Mütəllimov kimi görkəmli muğam ustaları məhz Cabbar Qaryağdıoğlunun tələbələri olmuşlar.
Cabbar Qaryağdıoğlunun böyük sənəti və zəngin səsi dünyanın bir çox bəstəkarlarının, musiqişünas və mədəniyyət xadimlərinin diqqət mərkəzində olmuşdur. Akademik Boris Astafyev, professor Yevgeni Braudo, bəstəkarlardan M. İppolitov, Vladimir Kor Georgixubov, Reynqold Qlier və başqaları Cabbar Qaryağdıoğlu sənətinin vokal ustalığını yüksək qiymətləndirmişlər.
Bu gün Azərbaycanın musiqi tarixində Cabbar Qaryağdıoğlunun adı böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Onun "Şahnaz"ı, "Qatar"ı, "Heyratı"sı musiqi xəzinəmizin ən qiymətli inciləridir.
- Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olmuşdur.
- Şuşada 1906-cı ildə "Leyli və Məcnun" tamaşasını səhnəyə qoyublarmış. Məcnun rolunu Cabbar Qaryağdıoğlu oynayırmış. Deyirdilər o, başına quş yuvası qoyubmuş. Yuvanın içində bülbül varmış. Cabbar Qaryağdıoğlu Leylinin qəbri üstündə hönkürəndə bülbül uçub gedib.
- 1934-cü il mayın 30-da Tiflisdə Cənubi Qafqaz xalqlarının incəsənət olimpiadasında 74 yaşlı Cabbar Qaryağdıoğlu qeyri-adi sənətkarlıq və saflığı ilə fərqlənən ən yaxşı çıxışına görə birinci yerə layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilmişdir.
- 1936-cı il martın 31-də M. Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının binasında Cabbar Qaryağdıoğlunun anadan olmasının 75 illiyi təntənəli surətdə qeyd edildi.
- Cabbar Qaryağdıoğluya Azərbaycan SSR xalq artisti adı verilməsi haqqında Azərbaycan Xalq Komissarları Şurasının qərarı oxunmuş, yubilyara 1500 manat pul mükafatı, piano, patefon, qızıl saat və s. qiymətli
hədiyyələr verilmiş və şəxsi təqaüd təyin edilmişdir.
- 1938-ci ildə isə Cabbar Qaryağdıoğlu uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə və musiqi mədəniyyətimizin inkişafındakı ölməz xidmətlərinə görə "Şərəf nişanı ordeni" ilə təltif edilmişdir.
- Cabbar Qaryağdıoğlunun fonovalikə köçürülmüş 50 xalq mahnısı 1938-ci ildə Azərbaycan musiqisini öyrənən elmi tədqiqat kabineti tərəfindən "Azərbaycan xalq nəğmələri" başlığı altında ayrıca kitab şəklində çap edilmişdir.
- 1965-ci ildə Moskvada nəşr olunmuş "Pesnya i muzıka Azerbaydjana" kitabında deyilir ki, Cabbar Qaryağdıoğlu 1906-cı ildə Varşavada konsert verib. Bu konsertdən toplanan pul vəsaiti Zaqafqaziya müsəlman tələbələrinə paylanıb. Bu müdrik xanəndə xeyriyyəçi kimi də tanınırdı.
- O, Bakıda Mərdəkan qəsəbəsində Yesenin və Şalyapinlə görüşmüşdü. Aralarında müəyyən söhbət də olmuşdu. Cabbar Qaryağdıoğlunun zil və məlahətli səsi, geniş səs diapazonu onları heyrətə salmışdı. Yesenin Cabbar Qaryağdıoğlunu "Şərq musiqisinin peyğəmbəri" adlandırmış və ona bir şer həsr etmişdi.
- Cabbar Qaryağdıoğlunun şairliyi də vardı. Bəstəkar kimi mahnılar da qoşurdu. O, bir dəfə Irəvanda bir toy məclisində oxuyurmuş. Məclisin qızğın vaxtında toy sahibi, daha doğrusu, qız atası xanəndədən xahiş edir ki, gəlini tərifləyən bir mahnı oxusun. Cabbar əmi də o dəqiqə elə oradaca "İrəvanda xal qalmadı" adlı mahnı bəstələyib oxuyur. Toy sahibi çox razı qalır. Məclis xanəndəni alqışlayır…
- XX yüzilin əvvəllərinədək Azərbaycan xanəndələri farsdilli şeirlərlə muğam melodiyalarını ifa etmək ənənəsinə riayət edirdilər. Bu ənənəyə görkəmli Azərbaycan xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu. Onunla başlayaraq, muğamların Azərbaycan dilində ifası Azərbaycanda, eləcə də Azərbaycan muğamlarının çox geniş populyarlığa malik olduğu bütün Güney Qafqazda ənənəyə çevrildi.
Adlar və mükafatlar
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1935
Filmoqrafiya
- Neft və milyonlar səltənətində (film, 1916)-Xanəndə (Tammetrajlı Bədii Film)
- Məhəmməd Füzuli (film, 1958)
İstinadlar
- "Arxivlənmiş surət". 2024-01-31 tarixində . İstifadə tarixi: 2024-01-31.
- "Cabbar Qaryağdıoğlunun məzarı baxımsız vəziyyətdədir - FOTO". Oxu.Az (az.). 2024-01-31. 2024-01-31 tarixində . İstifadə tarixi: 2024-01-31.
Ədəbiyyat
- Шушински Ф. Народные музыканты и певцы Азербайджана.- M., 1979.
- Şuşinski F. Azərbaycan xalq musiqiçiləri.- B., 1985.
- Şuşinski F. Cabbar Qaryağdı oğlu: Monoqrafiya.- B.: İşıq,1987 −128s.
- Şuşinski F. Xalq sənətkarı: C. Qaryağdıoğlu–125 //Ədəbiyyat və incəsənət.- 1987.- 6 fevr.- S.7.
- Şuşinski F. Görkəmli xanəndə //Bakı .- 1987.-11 fevr.
- Məhəmədoğlu F. Unudulmaz sənətkar //Azərbaycan gəncləri.- 1987.- 12 fevr.
- Bəkir oğlu Sayyədin. C. Qaryağdıoğlu toyda //Ədəbiyyat və incəsənət.-1990.-14 sent.- S.5.
- Əbdülqasımov F. Qüdrətli sənətkar //Qarabağ .- 1991–21 iyun.
- Çərkəzqızı S. "O tək xanəndə deyildi" /Sənətkarın qızı Şəhla xanımla müsahibə/ //Millət. –1997.-3 apr.
- Rzayeva V. Uğursuz mərsiyəxan, dünya şöhrətli xanəndə //Yeni Azərbaycan .- 1999.- 26 mart.
- Musiqi korifeyləri // Müxalifət .- 2002.- 11 may.- S.16.
- Zemfira Səfərova. Şərq musiqisinin peyğəmbəri. Bakı: "Şərq-Qərb", 2008
Mənbə
- [1]
- Şərq musiqinin peyğəmbərləri
- Cabbar Qaryağdıoğlu 2007-10-06 at the Wayback Machine
- Azərbaycan Milli Kitabxanası 2007-10-09 at the Wayback Machine
- Rəna Səfərova. https://www.academia.edu/37866798/Milli_Az%C9%99rbaycan_Tarixi_Muzeyi_-_2013 Ustad xanəndə (Cabbar Qaryağdıoğlunun MATM-dakı materialları əsasında). S. 117–128] / Milli Azərbaycan Tarixi Muzeyi-2013. Bakı, 2013.
Xarici keçidlər
- Azərbaycan muğam məktəbinin banisi
- Kövkəb Səfərəliyeva
- . "Virtual Qarabağ" İKT Mərkəzinin rəsmi portalı (az.). virtualkarabakh.az. 2013. 2017-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-10-14.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cabbar Ismayil oglu Qaryagdioglu 31 mart 1861 Susa 20 aprel 1944 Baki xanende bestekar musiqi xadimi Azerbaycan SSR xalq artisti 1935 Azerbaycan xanendelik senetinin en gorkemli numayendelerinden biri Cabbar QaryagdiogluUmumi melumatlarDogum tarixi 31 mart 1861Dogum yeri Susa Yelizavetpol quberniyasi Rusiya imperiyasiVefat tarixi 20 aprel 1944 83 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIDefn yeri Cemberekend qebiristanligi Yasamal qebiristanligiVetendasligi Rusiya imperiyasi AXC SSRIMusiqici melumatlariFealiyyeti Xanende bestekarFealiyyet illeri 1876 ci ildenJanrlar xalq mahnisi mugamTehsili Susa Humanitar KolleciMukafatlari 1935 Vikianbarda elaqeli mediafayllar Cabbar Qaryagdioglu XIX esrin II yarisinda yetisen ve musiqi tariximizde en gorkemli rol oynayan senetkarlardan biridir Xalqin icerisinden cixmis bu senetkar ozunun butun menali heyatini klassik Azerbaycan musiqisinin inkisafina hesr etmisdir Omrunun 60 ilini xalqdan oyrendiyi ve topladigi 500 den artiq mahnini isleyib Azerbaycanin xanendelik senetini yaratmaga hesr etmis mugenni Zaqafqaziyada en yaxsi xalq ifacisi sohretini qazanmisdir HeyatiCabbar Qaryagdioglu 1861 ci ilde Susada Seyidli mehellesinde anadan olmusdur Atasi Mesedi Ismayil kisi boyaqci idi Bu seneti Cabbara da oyretmek isteyirdi Lakin oglunun gozel sesi anadangelme istedadi Cabbari basqa bir saheye istiqametlendirirdi Cabbargilin evi seherin en sefali yeri olan Cidir duzune yaxin idi Usaqliqdan mehelle usaqlari ile Qayabasinda Qirxpillekende Agziyasti kahada quzu otaran Cabbar saatlarla Delikdasin ustunde oturaraq zumzume ederdi Sonralar bu zumzumeler XIX esrin en boyuk xanendesinin yetismesine sebeb oldu Cabbar Qaryagdioglunu Azerbaycan xalq musiqisinin canli tarixi ensiklopediyasi adlandirirdilar Onun oxudugu mugam ve xalq mahnilari indi de Azerbaycanin musiqi xezinesinin en qiymetli incileridir Serqin vokal seneti tarixinde genis xalq kutleleri arasinda Cabbar Qaryagdioglu ile muqayise edile bilecek ikinci bir mugenni yoxdur Onun adi dunya vokal senetinin bir sira gorkemli senetkarlarinin adlari ile yanasi cekilir 1944 cu ilde Bakida vefat edib Cemberekend qebiristanliginda defn olunub SSRI Nazirler Soveti terefinden 1948 ci ilde Cabbar Qaryagdioglu ve diger vefat etmis medeniyyet xadimlerinin mezarlari fexri xiyabana kocurulmesi barede qerar qebul olunub Siyahida olan sexsiyyetlerden tekce Cabbar Qaryagdioglunun mezari Fexri xiyabana kocurulmeyib Hazirda mezari Yasamal qebirstanliginda yerlesir Cabbar Qaryagdioglu ailesi ileYaradiciligiCabbar Qaryagdioglunun sesi guclu dramatik tenor tipli ses idi O bu guclu ve ezemetli sesi ile son derece lirik minor ruhlu mugam sayilan Segah i olduqca hezin ve yumsaq eyni zamanda yaniqli seslendirmekle adamda ele tesevvur yaradirdi ki mugami dramatik tenor yox lirik tenor oxuyur Onun kohne qrammafon vallarini seslendirdikde adam o deqiqe hiss edir ki bele bir qudretli ses temperamentli usullar muxtelif formali cetin zenguleler vuran yalniz Cabbar Qaryagdioglu ola biler O major mugamlari oxumaqda da mahir idi Vokal ustaligi ile neinki dinleyicini heyran qoyur eyni zamanda tesiredici ifaciliq mehareti ile dinleyicini fikrinden ayirir kederini qemini unutdururdu Cabbar ilk musiqi tehsilini Susada Xarrat Qulunun mektebinde alib O on yasinda iken seherdeki mektebe daxil olur muellimi Mirzeli Zeynalabdin oglundan musiqi elmini ve fars dilini oyrenir 16 yasinda ilk defe muellimi ile getdiyi toyda tarzen Cavadbeyin musayieti ile Kurdu Sahnaz oxuyur zil ve teravetli sesi ile tekce dinleyicileri deyil musiqicileri de meftun edir Qoca xanende Haci Husu onun alnindan opub Gelecekde bizim yerimizi bu cavan xanende tutacaqdir deyir Bu hadiseden sonra meshur tarzen Sadiq Esed oglu Sadiqcan Cabbari rehberlik etdiyi sazendeler destesine qebul edir Cabbar bu deste ile Susada Xandemirovun teatr salonu nda teskil edilen Xeyriyye gecesi nde Heyrati oxuyur Azerbaycanda ilk Serq konserti 1901 ci ilin yayinda E Haqverdiyevin rehberliyi altinda Susada Xandemirovun teatr salonu nda teskil edilmisdir Konsertde Cabbar Qaryagdioglu boyuk ifaciliq qabiliyyeti gostererek Azerbaycan sairleri Mehemmed Fuzuli Molla Penah Vaqif Qasim bey Zakir Seyid Ezim Sirvani ve Xursidbanu Natevanin qezellerini dogma ana dilinde ilham ve mehebbetle oxumaqla xanendelik senetinde yeni bir merhele acmis mugamatin genis xalq kutleleri icerisinde yayilmasina boyuk komeklik gostermisdir Susadaki ilk Serq konsertinden sonra Azerbaycanin diger seherlerinde xususile de Bakida XX esrin ilk illerinden baslayaraq Serq konsertleri verilirdi 1902 ci ilin yanvarinda Kaspi qezeti bele bir melumat vermisdi Yanvarin 11 de cume gunu Haci Zeynalabdin Tagiyevin teatrinda meshur Qarabag asigi Necefqulunun ve xanendelerden Qaryagdioglu Cabbarin Bakili Seyidin Sekili Elesgerin ve Kececi Mehemmedin istiraki ile Bakida birinci Serq konserti olacaqdir Konsertin birinci sobesinde artiq butun Qafqazda bir xanende kimi meshur olan Cabbar Qaryagdioglu Mahur oxumusdu Kaspi qezeti yazirdi Cabbar Mahur u cox gozel oxudu tamasacilar onu uzun muddet mahir bir xanende kimi alqisladilar Mutexessislerin fikrince sonralar da Mahur u Cabbar Qaryagdioglu kimi misilsiz meharetle oxuyan ikinci bir xanende olmamisdir Qocaman xanendemiz Xan Susinski deyirdi Mahur Cabbar ile getdi 1902 ci il yanvarin 23 de tamasacilarin xahisi ile yene de Tagiyev teatrinin binasinda ikinci Serq konserti oldu Cabbar Qaryagdioglu Heyrati oxumaqla dinleyicilere derin tesir bagisladi 1903 cu il yanvarin 27 de hemin teatrin binasinda ucuncu Serq konserti teskil edilir Bu konserte hazirliq daha yaxsi idi Kucelere afisalar vurulmus konserte gelenler ucun proqramlar nesr olunmusdu Konsert evvelkilere nisbeten daha genis rengareng ve maraqli idi Cabbar Qaryagdioglu tarzen Mirze Ferec Rzayevin ve kamancaci Mesedi Qulunun musayieti ile Bayati Qacar mugamini meharetle ifa etmisdi Konsertde olmus bir rus jurnalisti yazirdi Eger men antreprenyor olsaydim hec fikirlesmeden dunenki ifacilari Peterburqa aparardim Onlar orada muveffeqiyyetler qazanardilar Onlari dinlemeye geler dinler ve aglardilar Yeri gelmisken qeyd edek ki Cabbar Qaryagdioglunun hemin konsertlerde istifade etdiyi qaval hazirda Milli Azerbaycan Tarixi Muzeyindedir Qoz agaci ve baliq derisinden hazirlanmis bu qavali tarzen Qurban Pirimovun qizi Tamara xanim 1967 ci ilde Muzeye hediyye etmisdir Cabbar Qaryagdioglu 1905 ci ilde Gence seherinde meshur xanende Islam Abdullayevin vasitesile tanis oldugu tarzen Qurban Pirimov ve kamancaci Sasa Oqanezasviliden ibaret ikinci bir musiqi ucluyu yaradir Xanende Heyrati ni qrammafon valina 1906 ci ilde yazdirmisdir Eyni zamanda onun ifasinda olan Ovsari mugami da yuksek ifaciliq meharetinden ve onun sesinin qeyri adi gucunden xeber verir Tesadufu deyildir ki Cabbar Qaryagdiogludan sonra bu gune qeder bu mugami hele hec kes oxumaga curet etmemisdir Onu Serq musiqisinin peygemberi adlandirirdilar Dogrudur Cabbar Qaryagdiogludan evvel bizim musiqi tariximizde Sahqulu Haci Husu Mesedi Isi Settar Bulbulcan kimi klassik xanendelerimiz olmusdur Lakin onlarin hec biri xalq musiqisini Cabbar Qaryagdioglu qeder derinden bilmemisler Azerbaycanda opera senetinin meydana gelmesinde de onun rolu boyukdur Opera sehnemizin ilk aktyoru mehz Qaryagdioglu olmusdur Cabbar Qaryagdioglu defelerle Iran sahlarinin Turkiye sultanlarinin meclislerine devet olunmus oz gozel ifasi ile onlari meftun etmisdir O yaradici senetkar idi Bir mugami 2 3 saat bezen ise boyuk meclislerde 4 saat bele oxuyardi O hem boyuk senetkar hem de qaygikes muellim idi O sagirdlerinin qaygisina qalar onlara seslerini qorumagi tovsiye ederdi Ses ve gozellik Allah vergisidir Gerek onlarin qedrini bilesen Birinci novbede sesini qorumalisan Yemeyine yatmagina fikir vermelisen Xanende cox yememelidir Qarinqululuq oxumagin dusmenidir Gunde en azi 10 saat yatmalidir Klassik edebiyyati gozel bilirdi ve deyirdi ki eruzu bilmeyenden xanende olmaz Cabbar Qaryagdioglunun telebelerinden Xan Susinski hemise ferehle qeyd ederdi ki xanende olmagim ucun unudulmaz muellimim Cabbar Qaryagdiogluna minnetdaram Seyid Susinski Bulbul Davud Sefiyarov Zulfu Adigozelov Xan Susinski Cahan Talisinskaya Yaver Kelenterli Mutellim Mutellimov kimi gorkemli mugam ustalari mehz Cabbar Qaryagdioglunun telebeleri olmuslar Cabbar Qaryagdioglunun boyuk seneti ve zengin sesi dunyanin bir cox bestekarlarinin musiqisunas ve medeniyyet xadimlerinin diqqet merkezinde olmusdur Akademik Boris Astafyev professor Yevgeni Braudo bestekarlardan M Ippolitov Vladimir Kor Georgixubov Reynqold Qlier ve basqalari Cabbar Qaryagdioglu senetinin vokal ustaligini yuksek qiymetlendirmisler Bu gun Azerbaycanin musiqi tarixinde Cabbar Qaryagdioglunun adi boyuk mehebbetle cekilir Onun senetinin sirleri genc xanendelere oyredilir Onun Sahnaz i Qatar i Heyrati si musiqi xezinemizin en qiymetli incileridir Cabbar Qaryagdioglu ve BulbulCabbar Qaryagdioglu Azerbaycan Dovlet Konservatoriyasinin ilk teskilatcilarindan biri olmusdur Susada 1906 ci ilde Leyli ve Mecnun tamasasini sehneye qoyublarmis Mecnun rolunu Cabbar Qaryagdioglu oynayirmis Deyirdiler o basina qus yuvasi qoyubmus Yuvanin icinde bulbul varmis Cabbar Qaryagdioglu Leylinin qebri ustunde honkurende bulbul ucub gedib 1934 cu il mayin 30 da Tiflisde Cenubi Qafqaz xalqlarinin incesenet olimpiadasinda 74 yasli Cabbar Qaryagdioglu qeyri adi senetkarliq ve safligi ile ferqlenen en yaxsi cixisina gore birinci yere layiq gorulmus ve Zaqafqaziya Merkezi Icraiyye Komitesinin birinci dereceli Fexri fermani ile teltif edilmisdir 1936 ci il martin 31 de M Ezizbeyov adina Azerbaycan Dovlet Dram Teatrinin binasinda Cabbar Qaryagdioglunun anadan olmasinin 75 illiyi tenteneli suretde qeyd edildi Cabbar Qaryagdiogluya Azerbaycan SSR xalq artisti adi verilmesi haqqinda Azerbaycan Xalq Komissarlari Surasinin qerari oxunmus yubilyara 1500 manat pul mukafati piano patefon qizil saat ve s qiymetli hediyyeler verilmis ve sexsi teqaud teyin edilmisdir 1938 ci ilde ise Cabbar Qaryagdioglu uzun iller semereli yaradiciliq fealiyyetine ve musiqi medeniyyetimizin inkisafindaki olmez xidmetlerine gore Seref nisani ordeni ile teltif edilmisdir Cabbar Qaryagdioglunun fonovalike kocurulmus 50 xalq mahnisi 1938 ci ilde Azerbaycan musiqisini oyrenen elmi tedqiqat kabineti terefinden Azerbaycan xalq negmeleri basligi altinda ayrica kitab seklinde cap edilmisdir 1965 ci ilde Moskvada nesr olunmus Pesnya i muzika Azerbaydjana kitabinda deyilir ki Cabbar Qaryagdioglu 1906 ci ilde Varsavada konsert verib Bu konsertden toplanan pul vesaiti Zaqafqaziya muselman telebelerine paylanib Bu mudrik xanende xeyriyyeci kimi de taninirdi O Bakida Merdekan qesebesinde Yesenin ve Salyapinle gorusmusdu Aralarinda mueyyen sohbet de olmusdu Cabbar Qaryagdioglunun zil ve melahetli sesi genis ses diapazonu onlari heyrete salmisdi Yesenin Cabbar Qaryagdioglunu Serq musiqisinin peygemberi adlandirmis ve ona bir ser hesr etmisdi Cabbar Qaryagdioglunun sairliyi de vardi Bestekar kimi mahnilar da qosurdu O bir defe Irevanda bir toy meclisinde oxuyurmus Meclisin qizgin vaxtinda toy sahibi daha dogrusu qiz atasi xanendeden xahis edir ki gelini terifleyen bir mahni oxusun Cabbar emi de o deqiqe ele oradaca Irevanda xal qalmadi adli mahni besteleyib oxuyur Toy sahibi cox razi qalir Meclis xanendeni alqislayir XX yuzilin evvellerinedek Azerbaycan xanendeleri farsdilli seirlerle mugam melodiyalarini ifa etmek enenesine riayet edirdiler Bu eneneye gorkemli Azerbaycan xanendesi Cabbar Qaryagdioglu son qoydu Onunla baslayaraq mugamlarin Azerbaycan dilinde ifasi Azerbaycanda elece de Azerbaycan mugamlarinin cox genis populyarliga malik oldugu butun Guney Qafqazda eneneye cevrildi Adlar ve mukafatlar Azerbaycan SSR xalq artisti fexri adi 1935 Seref nisani ordeniFilmoqrafiyaNeft ve milyonlar seltenetinde film 1916 Xanende Tammetrajli Bedii Film Mehemmed Fuzuli film 1958 Istinadlar Arxivlenmis suret 2024 01 31 tarixinde Istifade tarixi 2024 01 31 Cabbar Qaryagdioglunun mezari baximsiz veziyyetdedir FOTO Oxu Az az 2024 01 31 2024 01 31 tarixinde Istifade tarixi 2024 01 31 EdebiyyatShushinski F Narodnye muzykanty i pevcy Azerbajdzhana M 1979 Susinski F Azerbaycan xalq musiqicileri B 1985 Susinski F Cabbar Qaryagdi oglu Monoqrafiya B Isiq 1987 128s Susinski F Xalq senetkari C Qaryagdioglu 125 Edebiyyat ve incesenet 1987 6 fevr S 7 Susinski F Gorkemli xanende Baki 1987 11 fevr Mehemedoglu F Unudulmaz senetkar Azerbaycan gencleri 1987 12 fevr Bekir oglu Sayyedin C Qaryagdioglu toyda Edebiyyat ve incesenet 1990 14 sent S 5 Ebdulqasimov F Qudretli senetkar Qarabag 1991 21 iyun Cerkezqizi S O tek xanende deyildi Senetkarin qizi Sehla xanimla musahibe Millet 1997 3 apr Rzayeva V Ugursuz mersiyexan dunya sohretli xanende Yeni Azerbaycan 1999 26 mart Musiqi korifeyleri Muxalifet 2002 11 may S 16 Zemfira Seferova Serq musiqisinin peygemberi Baki Serq Qerb 2008Menbe 1 Serq musiqinin peygemberleri Cabbar Qaryagdioglu 2007 10 06 at the Wayback Machine Azerbaycan Milli Kitabxanasi 2007 10 09 at the Wayback Machine Rena Seferova https www academia edu 37866798 Milli Az C9 99rbaycan Tarixi Muzeyi 2013 Ustad xanende Cabbar Qaryagdioglunun MATM daki materiallari esasinda S 117 128 Milli Azerbaycan Tarixi Muzeyi 2013 Baki 2013 Xarici kecidlerVikianbarda Cabbar Qaryagdioglu ile elaqeli mediafayllar var Vikisitatda Cabbar Qaryagdioglu ile elaqedar sitatlar var Azerbaycan mugam mektebinin banisi Kovkeb Sefereliyeva Virtual Qarabag IKT Merkezinin resmi portali az virtualkarabakh az 2013 2017 12 22 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2014 10 14