"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri — Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur.
İslam | |
Cərcis Peyğəmbər ziyarətgahı | |
---|---|
| |
Din | |
İlahi gücü | Müqəddəs Georgi |
Həsr olunub | Müqəddəs Georgi |
Statusu | Fəaliyyət göstərir |
Yerləşməsi | |
Ölkə | |
Bölgə | Beyləqan rayonu |
Yeri | Şəfəq qəsəbəsi, Beyləqan rayonu |
Memarlıq | |
İnşa tarixi | Əsası: təq. IV əsr Yenidən tikilmə: XVII–XVIII əsrlər Məscid: 2008–2010 |
Tikdirəni | Hacı Qurban Hacı Nəbi oğlu Hacıqulu Hacı Qurban oğlu |
Memarı | Həsən Təbrizi |
Üslubu | islam memarlığı |
Bərpası | 1899–1905 1991-ci ildən sonra |
| |
Vikianbarda əlaqəli mediafayllar |
İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir.
Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir.
Yeri
Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində, Şəfəq qəbiristanlığının içərisində yerləşir. Qəbiristanlıq sonradan onun ətrafında salınmışdır.
Tarixi
Müqəddəs Georgi
İslam mənbələrində adı "Cərcis" kimi qeyd olunan Müqəddəs Georgi İsadan sonra, təxminən III–IV əsrlərdə yaşamışdır. O, Müqəddəs Georgi islam mənbələrində peyğəmbər kimi təsvir edilmiş,müsəlman ölkələrində bəzən Xızır və İlyas ilə də eyniləşdirilmişdir.Əbu İshaq Əhməd ibn Məhəmməd Sələbinin yazılarına görə əslən Fələstindən olan Müqəddəs Georgi islam mənbələrində İsanın son həvariləri ilə birbaşa əlaqədə olan bir qrup mömin arasında yaşadığı bildirilmişdir. O, bütlərə inanan padşah Dadənin hakimiyyət sürdüyü Mosulda əhalini bütlərdən döndərib xristianlığa doğru çağırmağa başlamış, Apollon heykəlini ucaltmasına qarşı çıxmış varlı tacir kimi təsvir edilmişdir. Padşah buna görə Georgini həbs etmiş, onu öldürmək üçün onu ən ağır işgəncələrə məruz qoymuşdur, lakin Georgiyə mələklər yardım göstərmişdir. Nəhayət, o, bütlərin şeytan tərəfindən qorunduğunu ifşa etmiş və şəhid olmuşdur, bundan sonra isə tanrı şəhəri od yağışı ilə yerlə-yeksan etmişdir. Onun nəşinin İsrailin Lod şəhərində yerləşən dəfn olunduğuna inanılır.
Suriyadan təbliğat səfərinə çıxaraq Mil düzünə gəlmiş, yerli mənbələrə görə, Müqəddəs Georgi qədim dövrlərdə Paytarakan olaraq tanınan Beyləqanda 15–20 il yaşamışdır. Burada xristianlığı yaymağa cəhdlərinə görə zərdüşti kahinlərin təqibinə məruz qalan Müqəddəs Georgiyə ziyarətgahın yerləşdiyi yerdə hücum edilmişdir. Ona atılan oxlardan və zərbələrdən Müqəddəs Georgiyə xətər dəyməmiş, o, bir quyuya düşmüşdür. Zərdüştilər bu quyunun üstünü torpaqlamış və beləcə, bu ziyarətgahın yerində bir təpə yaranmışdır.
Başqa bir versiyaya görə, onun Müqəddəs Georginin indiki Beyləqan ərazisində padşah olmuş, əmisinin yanına gələndə, o, taxtdan devrilmiş və yerinə Dərziyana adlı şah gəlmişdir. Şah Müqəddəs Georginin buraya gəlişini görükdən sonra elə hesab edibmiş ki, ondan qisas almaq üçün gəlib. Ona görə də Müqəddəs Georgiyə qarşı bir sıra təqiblər olmuş, lakin hər biri nəticəsiz qalmışdır. Əvəzində xristianlığı qəbul edənlərin sayı bəzi mənbələrə görə qısa müddətdə 33 min nəfərə çatmışdır. Dərziyanə şah Müqəddəs Georgini həbs edib doğratdırmış və bir quyuya tökdürmüşdür. Buna baxmayaraq, o, tanrı tərəfindən yenidən dirildirilərək quyudan çıxmışdır və bu hadisə üç dəfə təkrarlanmışdır. Nəhayət, dördüncü dəfə doğranılıb quyuya tökülmüş Müqəddəs Georgi tanrıdan onu bir daha həyata qaytarmamağı xahiş etmiş, bundan sonra quyu torpaqla doldurmuşdur. Bu hadisədən sonra Müqəddəs Georgini dəstəkləmiş olan insanlar həmin ərazini ziyarət üçün hasara almışdır.
Ziyarətgah
Ziyarətgahın əsası Qafqaz Albaniyasında xristianlığın yayıldığı dövrdə qoyulmuşdur. Tarixən ziyarətgahın günbəzində Haramı düzündə hərəkət edən karvanlara uzaqdan istiqamət vermək üçün böyük güzgülər olmuşdur. Müqəddəs Georginin xarici görünüşü səbəbilə yerli əhali tərəfindən "sarı peyğəmbər" adlandırıldığından ziyarətgahın binası əvvəllər sarı rəngdə olmuş, tikili özü də "Sarı peyğəmbər" adlandırılmışdır. Sonradan təmir-bərpa zamanı digər rənglərlə boyanmışdır. Təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı ziyarətgah dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir.
1899–1905-ci illərdə Aşıqlı kəndindən Hacı Qurban Hacı Nəbi oğlu ziyarətgahın restavrasiyası işini öz öhdəsinə götürmüşdür. O, bunun üçün Qacar İranından memar Həsən Təbrizini buraya gətirmişdir. Təmir işləri başlayanda Hacı Qurban vəfat etmiş və bu işləri oğlu Hacıqulu davam etdirmişdir. 1989-cu ildən ziyarətgah təmir edilməyə başlamış, Azərbaycan müstəqillik qazandıqdan sonra, 1997-ci ildə burada yenidən təmir işləri davam etdirilmişdir. Bu işlər ziyarətgaha daxil olan nəzir-niyaz hesabına həyata keçirilmişdir. 2008–2010-cu illərdə ziyarətgahın ərazisində Hindarxlı Hacı Adil Qardaşxan oğlu tərəfindən öz vəsaiti hesabına "Həzrəti Cərcis peyğəmbər" məscidi inşa edilmişdir. İndiki dövrdə Bakı və Azərbaycanın digər bölgələri ilə yanaşı,Gürcüstandan və Dağıstandan, yaxın müsəlman ölkələrindən də ziyarətgaha çoxsaylı gələnlər var. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindədir.
Təsviri
Abidə fasad tərəfdən dairəvi formalı olub, divarları bişmiş kərpiclə işlənmişdir. Divarların qalınlığı 1,20 metrdir. Giriş qapısı taxtadan olub (1x2m), düzbucaqlı formadadır. Ziyarətgahın hündürlüyü 7 metrdir. Abidənin yuxarı hissəsi günbəz şəklindədir. Günbəz də bişmiş kərpiclə işlənmişdir. Günbəzdə dörd gözlük (0,20x0,40m) vardır və onlar tağvari formadadır. Bundan əlavə, abidənin aşağı qatında daha iki pəncərə (1x1,40m) qoyulmuşdur. Ziyarətgahın mərkəzi hissəsində qəbir vardır. Qəbir ağ mərmərlə üzlənmiş və baş daşında kiril, latın və ərəb qrafikaları ilə "Həzrət Cərcis Peyğəmbər" sözləri həkk olunmuşdur. Ziyarətgahın daxili divarları dövrələmə səkkiz guşədən ibarətdir. Əsas giriş qapısından içəridə dəhliz yerləşmişdir. Dəhlizin sahəsi 3x4 metr olub, hündürlüyü 6 metrdir. Dəhlizin sağ və sol tərəflərindən damın üstünə çıxmaq üçün iki daş pilləkən qoyulmuşdur. İki minarəli abidənin daxilində günbəzin tən ortasından asılmış uzun zəncir mövcuddur. Abidənin interyeri dekorativ naxışlarla bəzədilmişdir. Abidə daxilində eyni vaxtda 100 nəfər ibadət edə bilir. İnsanların abidəyə rahat gediş-gəlişini təmin etmək üçün oraya asfalt yol da çəkilmişdir.
Abidənin ətrafında yerləşən məzarlar üzərindəki təsvirlərə həyatı təcəssüm etdirən çərxifələk simvolu, ayı, günəşi təsvir edən müxtəlif simvollar, at və atlı təsvirləri və altıguşəli ulduzdan ibarət idi. Buradakı altıguşəli ulduz təsvirləri olan abidələr Çar Rusiyası dövrünə aiddir və üzərlərində ərəb qrafikası ilə yazılar mövcuddur.
İnanclar
Ziyarətgahda Müqəddəs Georgiyə aid olduğuna inanılan məzar mövcuddur. Bundan Buna əlavə oalraq, rayonunun Qaxingiloy kəndi ərazisində 1888-ci ildə Müqəddəs Georginin şərəfinə tikilmiş kilsə də mövcuddur.
Memar Həsən Təbrizi abidənin içərisində işləyərkən günbəzin ortasından 9 metrlik zəncir asmış, lakin işini yarımçıq qoyaraq Təbrizə getmiş və orada vəfat etmişdir. Yerli tərəkəmələr Müqəddəs Georginin qəbri üzərindəki zənciri inanc mənbəyi kimi qəbul etmişdir. Zəncirlə bağlı müxtəlif versiyalar mövcuddur. Birinə görə, Müqəddəs Georgi bu zəncirlə quyudan su çıxarmışdı, digər bir mənbədə türbənin tikintisi zaman tarazlığı qorumaq üçün bu zəncirdən istifadə olunduğu qeyd edilmişdir, başqasında isə zəncirin içərini işıqlandırmaq məqsədilə çırağın asılması üçün olduğu bildirilmişdir. Yerli ruhanilərə görə, bu zəncirin islamla da heç bir bağlılığı yoxdur və sadəcə Müqəddəs Georginin qəbrinin üzərində olduğundan yerli əhali ondan inanc yeri kimi istifadə edir. Zəvvarlar əvvəlcə dua edə-edə qəbrin ətrafına dolanırlar və sonra yuxarıdan asılan həmin zəncirə yaylıq atırlar. Zəncir yaylığı tutub saxlayarsa, onu atanın arzusu gerçəkləşəcəyinə inanılır. İnanclara görə, heç çəkisi olmayan bu yaylıq zəncirə doğru atılar-atılmaz, o, yerə düşmək üçün tərpənməyə başlayır; Bir-iki həmləyə düşmədisə, yaylıq zəncirin ucundakı qarmaqdan asılı qalır.
SSRİ dövründə Azərbaycanda məscidlər, mədrəsələr, ziyarətgahlar sökülür və ya anbar kimi istifadəyə verilirdi. Yerli mənbələrə görə, "Cərcis Peyğəmbər" ziyarətgahının sökülməsi üçün bura bir qrup səlahiyyətli göndərilmiş, lakin qrupun rəhbəri olan rus zabitini ilan sancıb öldürmüşdür. Bundan sonra da öz əməllərini gerçəkləşdirməkdə israrlı olan rəhbərlik dəfələrlə buranı sökmək istəmiş, amma ilanlar onlara imkan verməmişdir. Əlacsız qalan rəhbərlik insanların bura gəlişinin qarşısını almağa başlamışdır.
Mənbə
İstinadlar
- Mustafayev, 2019
- Məcidli, Altay, 2017
- Fouks-Dzhekson, 2005. səh. 461
- Nogel, Viler, 2010. səh. 313
- Hovanisyan, Sabağ, 2000. səh. 109–110
- Həddad, 1969. səh. 37
- Franciscan Cyberspot, 2004
- Bəxtiyar, 2013a
- Rəis, 2014. səh. 8
- Abdullayeva, 2017
- Ocaqnəjad, 2001. səh. 96
- Nəciyev, Nəciyeva, 2018
Ədəbiyyat
- Həddad, H. S. "'Georgic' Cults and Saints of the Levant". Numen (ingilis). Brill. 16, Fasc. 1. 1969. doi:10.2307/3269569.
- Fouks-Cekson, F. C. A History of the Christian Church (ingilis). Cosimo Press. 2005. ISBN .
- . Franciscan Cyberspot. Christus Rex Society Inc. 25 noyabr 2004. 23 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib.
- Nogel, Skott B.; Viler, Brennon M. The A to Z of Prophets in Islam and Judaism (ingilis). Rowman & Littlefield. 2010. ISBN .
- Hovanisyan, Riçard G.; Sabağ, Corc. Religion and Culture in Medieval Islam (ingilis). Kembric: Cambridge University Press. 1999. ISBN .
- Ocaqnəjad, Əliəkbər, redaktorCərcis Peyğəmbər ziyarətgahı // Azərbaycan Respublikası Məscidlərinin Ensiklopediyası (az.). Bakı: Beynəlxalq Əlhuda, İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzi. 2001. ISBN .
- Rəis, Xəyalə. "Cərcis Peyğəmbər ziyarətgahı". Kaspi (az.). 10 oktyabr 2014. 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2022 – Azərbaycan Milli Kitabxanası vasitəsilə.
- ""Həmid bəy Allahın adı ilə insanları aldadır" (ANS-dəki pir verilişiylə bağlı debat)". Azadlıq Radiosu (az.). 3 iyul 2013. 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2022.
- Bəxtiyar, Cəmşid. "Cərcis: müsəlmanların xristian peyğəmbəri". AzVision (az.). 3 dekabr 2013. 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 May 2022.
- Bəxtiyar, Cəmşid. "Cərcis peyğəmbər əslində kimdir – miflər və reallıq". AzVision (az.). 10 dekabr 2013. 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2022.
- Nəciyev, Elnur; Nəciyeva, Günay. "Örənqala və Cərcis peyğəmbərin sorağı ilə". Azərbaycan Tarixi Elektron Kitabxanası (az.). 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2022.
- Məcidli, Miri; Altay, Oğuz. "Azərbaycanda tikə-tikə doğranan peyğəmbər - Sirli ziyarətgahdan videoreportaj". Femida.az (az.). 24 aprel 2017. 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2022.
- Mustafayev, Nazim. "Beyləqandakı "Georgius"un qəbri necə "Zəncir piri" oldu? - VİDEO". Tərəf qəzeti (az.). 9 oktyabr 2019. 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2022.
- Abdullayeva, Leyla. "Azərbaycanda ilanların mühafizə etdiyi qəbir kimindir". Sputnik Azərbaycan (az.). 9 noyabr 2017. 9 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 May 2022.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cercis Peygember ziyaretgahi hemcinin Sari peygember ziyaretgahi ve ya Zencir piri Azerbaycanin Beyleqan rayonunda Beyleqan seherinden merkezinden 3 4 km simal serqde Sefeq qesebesi erazisinde yerlesen ziyaretgah kompleksi Bura Sefeq qebiristanligi Cercis Peygember mescidi ve mescidin icerisinde Muqeddes Georgiye aid olunduguna inanilan mezar movcuddur IslamCercis Peygember ziyaretgahiZiyaretgahin uzerinde tikilmis mescidin eksteryeri DinIlahi gucu Muqeddes GeorgiHesr olunub Muqeddes GeorgiStatusu Fealiyyet gosterirYerlesmesiOlke AzerbaycanBolge Beyleqan rayonuYeri Sefeq qesebesi Beyleqan rayonuMemarliqInsa tarixi Esasi teq IV esr Yeniden tikilme XVII XVIII esrler Mescid 2008 2010Tikdireni Haci Qurban Haci Nebi oglu Haciqulu Haci Qurban ogluMemari Hesen TebriziUslubu islam memarligiBerpasi 1899 1905 1991 ci ilden sonraCercis Peygember ziyaretgahi Vikianbarda elaqeli mediafayllar Islam menbelerinde peygember kimi tesvir edilen ve Cercis adlanan Muqeddes Georgi Mosulda butperest padsaha qarsi cixmis ve bu sebebden isgenceye meruz qalaraq oldurulmusdur Bu hekaye sonradan tebligatcilar vasitesile Azerbaycana getirilmis Qafqaz Albaniyasi dovrunde burada Muqeddes Georgiye ziyaretgah yaradilmisdir Bu ziyaretgah tebii felaketler yadellilerin Azerbaycana hucumu zamani dagidilmis sonradan XVII XVIII esrlerde yeniden tikilmisdir Ziyaretgah XX esrin evvellerinde restavrasiya edilmisdir Restavrasiya isinden mesul olan iranli memar Hesen Tebrizi 1905 ci ilde isini yarimciq qoyaraq abidenin merkezinde zencir buraxib getmis sonradan yerliler terefinden bu zencir muqeddeslesdirilmisdir Azerbaycan musteqillik qazandiqdan sonra burada yene restavrasiya isleri aparilmis 2010 cu ilde mescid tikilmisdir Ziyaretgah tarixi abide kimi Azerbaycan Medeniyyet ve Turizm Nazirliyinin dini abide olaraq Qafqaz Muselmanlari Idaresinin icma olaraq ise Dini Qurumlarla Is uzre Dovlet Komitesinin tabeliyindedir YeriZiyaretgah Beyleqan rayonunda seherin merkezinden 3 4 km simal serqde Sefeq qesebesi erazisinde Sefeq qebiristanliginin icerisinde yerlesir Qebiristanliq sonradan onun etrafinda salinmisdir TarixiMuqeddes Georgi Islam menbelerinde adi Cercis kimi qeyd olunan Muqeddes Georgi Isadan sonra texminen III IV esrlerde yasamisdir O Muqeddes Georgi islam menbelerinde peygember kimi tesvir edilmis muselman olkelerinde bezen Xizir ve Ilyas ile de eynilesdirilmisdir Ebu Ishaq Ehmed ibn Mehemmed Selebinin yazilarina gore eslen Felestinden olan Muqeddes Georgi islam menbelerinde Isanin son hevarileri ile birbasa elaqede olan bir qrup momin arasinda yasadigi bildirilmisdir O butlere inanan padsah Dadenin hakimiyyet surduyu Mosulda ehalini butlerden donderib xristianliga dogru cagirmaga baslamis Apollon heykelini ucaltmasina qarsi cixmis varli tacir kimi tesvir edilmisdir Padsah buna gore Georgini hebs etmis onu oldurmek ucun onu en agir isgencelere meruz qoymusdur lakin Georgiye melekler yardim gostermisdir Nehayet o butlerin seytan terefinden qorundugunu ifsa etmis ve sehid olmusdur bundan sonra ise tanri seheri od yagisi ile yerle yeksan etmisdir Onun nesinin Israilin Lod seherinde yerlesen defn olunduguna inanilir Abidenin icinde yerlesen Muqeddes Georgiye aid oldugu inanilan qebir Abidenin interyerindeki naxislar Suriyadan tebligat seferine cixaraq Mil duzune gelmis yerli menbelere gore Muqeddes Georgi qedim dovrlerde Paytarakan olaraq taninan Beyleqanda 15 20 il yasamisdir Burada xristianligi yaymaga cehdlerine gore zerdusti kahinlerin teqibine meruz qalan Muqeddes Georgiye ziyaretgahin yerlesdiyi yerde hucum edilmisdir Ona atilan oxlardan ve zerbelerden Muqeddes Georgiye xeter deymemis o bir quyuya dusmusdur Zerdustiler bu quyunun ustunu torpaqlamis ve belece bu ziyaretgahin yerinde bir tepe yaranmisdir Basqa bir versiyaya gore onun Muqeddes Georginin indiki Beyleqan erazisinde padsah olmus emisinin yanina gelende o taxtdan devrilmis ve yerine Derziyana adli sah gelmisdir Sah Muqeddes Georginin buraya gelisini gorukden sonra ele hesab edibmis ki ondan qisas almaq ucun gelib Ona gore de Muqeddes Georgiye qarsi bir sira teqibler olmus lakin her biri neticesiz qalmisdir Evezinde xristianligi qebul edenlerin sayi bezi menbelere gore qisa muddetde 33 min nefere catmisdir Derziyane sah Muqeddes Georgini hebs edib dogratdirmis ve bir quyuya tokdurmusdur Buna baxmayaraq o tanri terefinden yeniden dirildirilerek quyudan cixmisdir ve bu hadise uc defe tekrarlanmisdir Nehayet dorduncu defe dogranilib quyuya tokulmus Muqeddes Georgi tanridan onu bir daha heyata qaytarmamagi xahis etmis bundan sonra quyu torpaqla doldurmusdur Bu hadiseden sonra Muqeddes Georgini desteklemis olan insanlar hemin erazini ziyaret ucun hasara almisdir Ziyaretgah Ziyaretgahin esasi Qafqaz Albaniyasinda xristianligin yayildigi dovrde qoyulmusdur Tarixen ziyaretgahin gunbezinde Harami duzunde hereket eden karvanlara uzaqdan istiqamet vermek ucun boyuk guzguler olmusdur Muqeddes Georginin xarici gorunusu sebebile yerli ehali terefinden sari peygember adlandirildigindan ziyaretgahin binasi evveller sari rengde olmus tikili ozu de Sari peygember adlandirilmisdir Sonradan temir berpa zamani diger renglerle boyanmisdir Tebii felaketler yadellilerin Azerbaycana hucumu zamani ziyaretgah dagidilmis sonradan XVII XVIII esrlerde yeniden tikilmisdir 1899 1905 ci illerde Asiqli kendinden Haci Qurban Haci Nebi oglu ziyaretgahin restavrasiyasi isini oz ohdesine goturmusdur O bunun ucun Qacar Iranindan memar Hesen Tebrizini buraya getirmisdir Temir isleri baslayanda Haci Qurban vefat etmis ve bu isleri oglu Haciqulu davam etdirmisdir 1989 cu ilden ziyaretgah temir edilmeye baslamis Azerbaycan musteqillik qazandiqdan sonra 1997 ci ilde burada yeniden temir isleri davam etdirilmisdir Bu isler ziyaretgaha daxil olan nezir niyaz hesabina heyata kecirilmisdir 2008 2010 cu illerde ziyaretgahin erazisinde Hindarxli Haci Adil Qardasxan oglu terefinden oz vesaiti hesabina Hezreti Cercis peygember mescidi insa edilmisdir Indiki dovrde Baki ve Azerbaycanin diger bolgeleri ile yanasi Gurcustandan ve Dagistandan yaxin muselman olkelerinden de ziyaretgaha coxsayli gelenler var Ziyaretgah tarixi abide kimi Azerbaycan Medeniyyet ve Turizm Nazirliyinin dini abide olaraq Qafqaz Muselmanlari Idaresinin icma olaraq ise Dini Qurumlarla Is uzre Dovlet Komitesinin tabeliyindedir TesviriMescidin interyeri Abide fasad terefden dairevi formali olub divarlari bismis kerpicle islenmisdir Divarlarin qalinligi 1 20 metrdir Giris qapisi taxtadan olub 1x2m duzbucaqli formadadir Ziyaretgahin hundurluyu 7 metrdir Abidenin yuxari hissesi gunbez seklindedir Gunbez de bismis kerpicle islenmisdir Gunbezde dord gozluk 0 20x0 40m vardir ve onlar tagvari formadadir Bundan elave abidenin asagi qatinda daha iki pencere 1x1 40m qoyulmusdur Ziyaretgahin merkezi hissesinde qebir vardir Qebir ag mermerle uzlenmis ve bas dasinda kiril latin ve ereb qrafikalari ile Hezret Cercis Peygember sozleri hekk olunmusdur Ziyaretgahin daxili divarlari dovreleme sekkiz guseden ibaretdir Esas giris qapisindan iceride dehliz yerlesmisdir Dehlizin sahesi 3x4 metr olub hundurluyu 6 metrdir Dehlizin sag ve sol tereflerinden damin ustune cixmaq ucun iki das pilleken qoyulmusdur Iki minareli abidenin daxilinde gunbezin ten ortasindan asilmis uzun zencir movcuddur Abidenin interyeri dekorativ naxislarla bezedilmisdir Abide daxilinde eyni vaxtda 100 nefer ibadet ede bilir Insanlarin abideye rahat gedis gelisini temin etmek ucun oraya asfalt yol da cekilmisdir Abidenin etrafinda yerlesen mezarlar uzerindeki tesvirlere heyati tecessum etdiren cerxifelek simvolu ayi gunesi tesvir eden muxtelif simvollar at ve atli tesvirleri ve altiguseli ulduzdan ibaret idi Buradaki altiguseli ulduz tesvirleri olan abideler Car Rusiyasi dovrune aiddir ve uzerlerinde ereb qrafikasi ile yazilar movcuddur InanclarZiyaretgahda Muqeddes Georgiye aid olduguna inanilan mezar movcuddur Bundan Buna elave oalraq rayonunun Qaxingiloy kendi erazisinde 1888 ci ilde Muqeddes Georginin serefine tikilmis kilse de movcuddur Mescidin eksteryeri Memar Hesen Tebrizi abidenin icerisinde isleyerken gunbezin ortasindan 9 metrlik zencir asmis lakin isini yarimciq qoyaraq Tebrize getmis ve orada vefat etmisdir Yerli terekemeler Muqeddes Georginin qebri uzerindeki zenciri inanc menbeyi kimi qebul etmisdir Zencirle bagli muxtelif versiyalar movcuddur Birine gore Muqeddes Georgi bu zencirle quyudan su cixarmisdi diger bir menbede turbenin tikintisi zaman tarazligi qorumaq ucun bu zencirden istifade olundugu qeyd edilmisdir basqasinda ise zencirin icerini isiqlandirmaq meqsedile ciragin asilmasi ucun oldugu bildirilmisdir Yerli ruhanilere gore bu zencirin islamla da hec bir bagliligi yoxdur ve sadece Muqeddes Georginin qebrinin uzerinde oldugundan yerli ehali ondan inanc yeri kimi istifade edir Zevvarlar evvelce dua ede ede qebrin etrafina dolanirlar ve sonra yuxaridan asilan hemin zencire yayliq atirlar Zencir yayligi tutub saxlayarsa onu atanin arzusu gercekleseceyine inanilir Inanclara gore hec cekisi olmayan bu yayliq zencire dogru atilar atilmaz o yere dusmek ucun terpenmeye baslayir Bir iki hemleye dusmedise yayliq zencirin ucundaki qarmaqdan asili qalir SSRI dovrunde Azerbaycanda mescidler medreseler ziyaretgahlar sokulur ve ya anbar kimi istifadeye verilirdi Yerli menbelere gore Cercis Peygember ziyaretgahinin sokulmesi ucun bura bir qrup selahiyyetli gonderilmis lakin qrupun rehberi olan rus zabitini ilan sancib oldurmusdur Bundan sonra da oz emellerini gerceklesdirmekde israrli olan rehberlik defelerle burani sokmek istemis amma ilanlar onlara imkan vermemisdir Elacsiz qalan rehberlik insanlarin bura gelisinin qarsisini almaga baslamisdir MenbeIstinadlar Mustafayev 2019 Mecidli Altay 2017 Fouks Dzhekson 2005 seh 461 Nogel Viler 2010 seh 313 Hovanisyan Sabag 2000 seh 109 110 Heddad 1969 seh 37 Franciscan Cyberspot 2004 Bextiyar 2013a Reis 2014 seh 8 Abdullayeva 2017 Ocaqnejad 2001 seh 96 Neciyev Neciyeva 2018 Edebiyyat Heddad H S Georgic Cults and Saints of the Levant Numen ingilis Brill 16 Fasc 1 1969 doi 10 2307 3269569 Fouks Cekson F C A History of the Christian Church ingilis Cosimo Press 2005 ISBN 1 59605 452 2 Franciscan Cyberspot Christus Rex Society Inc 25 noyabr 2004 23 oktyabr 2012 tarixinde orijinalindan arxivlesdirilib Nogel Skott B Viler Brennon M The A to Z of Prophets in Islam and Judaism ingilis Rowman amp Littlefield 2010 ISBN 978 1 4617 1895 6 Hovanisyan Ricard G Sabag Corc Religion and Culture in Medieval Islam ingilis Kembric Cambridge University Press 1999 ISBN 0 521 62350 2 Ocaqnejad Eliekber redaktorCercis Peygember ziyaretgahi Azerbaycan Respublikasi Mescidlerinin Ensiklopediyasi az Baki Beynelxalq Elhuda Iran Islam Respublikasinin Azerbaycandaki Sefirliyinin Medeniyyet Merkezi 2001 ISBN 964 8121 59 1 Reis Xeyale Cercis Peygember ziyaretgahi Kaspi az 10 oktyabr 2014 9 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 9 May 2022 Azerbaycan Milli Kitabxanasi vasitesile Hemid bey Allahin adi ile insanlari aldadir ANS deki pir verilisiyle bagli debat Azadliq Radiosu az 3 iyul 2013 9 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 9 May 2022 Bextiyar Cemsid Cercis muselmanlarin xristian peygemberi AzVision az 3 dekabr 2013 9 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 25 May 2022 Bextiyar Cemsid Cercis peygember eslinde kimdir mifler ve realliq AzVision az 10 dekabr 2013 9 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 9 May 2022 Neciyev Elnur Neciyeva Gunay Orenqala ve Cercis peygemberin soragi ile Azerbaycan Tarixi Elektron Kitabxanasi az 9 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 9 May 2022 Mecidli Miri Altay Oguz Azerbaycanda tike tike dogranan peygember Sirli ziyaretgahdan videoreportaj Femida az az 24 aprel 2017 9 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 9 May 2022 Mustafayev Nazim Beyleqandaki Georgius un qebri nece Zencir piri oldu VIDEO Teref qezeti az 9 oktyabr 2019 9 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 9 May 2022 Abdullayeva Leyla Azerbaycanda ilanlarin muhafize etdiyi qebir kimindir Sputnik Azerbaycan az 9 noyabr 2017 9 May 2022 tarixinde arxivlesdirilib Istifade tarixi 9 May 2022