Bəşir bəy Aşurbəyov (1875, Sabunçu, Bakı qəzası – 1930, Nargin adası, Abşeron rayonu) — Balaxanı və Sabunçuda neft mədənlərinə sahib olmuş Bakı milyonçusu,İttihad Partiyasının yaradıcılarından biri və partiyanın Mərkəzi Komitəsinin üzvü.
Bəşir bəy Aşurbəyov | |
---|---|
Doğum tarixi | 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 1930 |
Vəfat yeri | |
Vəfat səbəbi | siyasi repressiya |
Həyatı
Bəşir bəy Aşurbəyov 1875-ci ildə Sabunçu qəsəbəsində anadan olmuşdur. O, Sabunçu qəsəbəsinin tacirlərindən və əsas torpaq sahiblərindən olan Hacı Məhəmmədhəsən bəyin yeganə oğlu idi.
O dövrün müsəlman-Şərq adət-ənənələrinə görə, ailədə əsas vərəsə oğlan övladı sayıldığından Hacı Məhəmmədhəsən bəyin bütün varidatı da Bəşir bəyə keçmişdi. XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda neft bumu başlananda Bəşir bəy böyük neft mədənlərinə sahib idi. Bu mədənləri təkbaşına idarə etmək mümkün olmadığı üçün o, bu işə öz əmisi oğlanlarını da cəlb etmişdi. Onlara yeni mədənlər yaratmaları üçün torpaq sahələri ayırmışdı. Bəşir bəyin birinci həyat yoldaşı da elə öz əmisi qızı Balaxanım idi. Onların izdivacından Rübabə və Nağı adlı iki övladı dünyaya gəlmişdi. Amma bu, Bəşir bəyin yeganə evliliyi olmamışdı.
Bakıda yaşasa da, onun Gədəbəyin Xınna dərəsi adlanan obada yaşayan və Yelizavetpol (Gəncə) quberniyasında böyük torpaq sahələri olan, Gəncə Şəhər Dümasının üzvü Allahyar bəy Zülqədərov əlaqələri mövcud olmuşdur.
Bəşir bəy Aşurbəyov Allahyar bəyin evində qonaq olarkən onun Nəzakət adlı qızını görüb bəyənir, elçi göndərir və onunla ailə qurur.
O, 1901-ci ildə birinci ailəsi üçün Sabunçu qəsəbəsində bir imarət tikdirir. Həyat yoldaşı Balaxanım iki övladı və qayınanası Cəvahir xanımla bu imarətdə yaşayır. Bəşir bəy özü isə Nəzakət xanımla Bakının keçmiş Kladbişenski — 89 (indiki Mehdi Hüseyn küçəsi) ünvanında tikilmiş evə köçür. Onların bu evliliyindən dörd övladı — üç oğlan, bir qız dünyaya gəlir: Kazım, Məhəmmədhəsən, Midhət və Rəbiyyə.
Xeyriyyə işləri
Atasından qalmış geniş torpaq sahələri, böyük neft mədənləri, Bakının müxtəlif yerlərindəki 10-a yaxın mülkü Bəşir bəy Aşurbəyova böyük sərvət qazandırır. O, qazancının müəyyən hissəsini xeyriyyə işlərinə xərcləyirdi. Ona görə də Bəşir bəy zəmanəsinin səxavətli mesenatlarından biri kimi ad qazanmışdı. 1897-ci ildə Sabunçu qəsəbəsində möminlərin istifadəsinə verilmiş məscidi də Bəşir bəy Aşurbəyov tikdirmişdi.[]
Bu məscidin inşası əslində onun atası Hacı Məhəmmədhəsən bəyin arzusu idi. O, həcc ziyarətinə gedərkən Sabunçu qəsəbəsindən özü ilə 10 zəvvarı da ziyarətə aparır. Onların bütün xərclərini ödəyir və söz verir ki, kəndə qayıdandan sonra Sabunçuda böyük bir məscid tikdirəcək.Ziyarətdən qayıdan kimi sözünə əməl edir. Kənd ağsaqqalları məsləhət görürlər ki, məscidi Sabunçu kəndindəki qədim tarixi abidələrdən olan "Göynüz məbədi"nin qalıqları üzərində tikdirsin. Nəhayət, təntənəli şəkildə təməlqoyulma mərasimi keçirilir. Lakin əfsuslar olsun ki, arzusunun həyata keçməsini görmək Hacı Məhəmmədhəsən bəyə qismət olmur. Məscid hazır olmamış xəstələnir və vəfat edir. Tikinti işlərini 20 yaşlı oğlu Bəşir bəy tamamlayır.
Təhsil
Bəşir bəyin xeyriyyəçilik fəaliyyətinin mühüm bir qismini də təhsilə, maarifə dəstək təşkil edirdi. Ayrı-ayrı məktəblərdə oxuyan şagirdlərə davamlı ianələr verən Bəşir bəy 1901-ci ildə Cənubi Azərbaycandan olan fəhlə uşaqları üçün Sabunçuda məktəb açır. El arasında "Həmşəri məktəbi" kimi tanınan bu təhsil ocağının fəaliyyətinə uzun illər dəstək verir.
Bəşir bəy Aşurbəyli həmçinin şeirlər də yazmışdır. Onun şeirlər kitabı AMEA-nın Əlyazmalar İnstitutunda qorunur.
1911-ci ildə Müslüm Maqomayev Sabunçu məktəbinə müəllim təyin edilir. Bir müddət çalışdıqdan sonra Sabunçuda teatr yaratmaq qərarına gəlir. Amma kəndin söz sahibləri, nüfuzlu, varlı-karlı adamları ona mane olmağa başlayırlar. Bu zaman Bəşir bəy Sabunçuda teatrın yaradılmasında Müslüm Maqomayevə dəstək olur, lazımi köməyi göstərir.
1925-ci ildə ilk Azərbaycan filmlərindən birinin çəkilişləri də Bəşir bəyin 1915-ci ildə Sabunçu vağzalı yaxınlığında yetim uşaqlar üçün tikdirdiyi və yerli əhali arasında "Putovski dvor" adlanan yerdə aparılıb.
Mədənlərində çalışan yoxsul, kimsəsiz gənclər də Bəşir bəyin himayəsində idilər. O, belə gənclərin ailə qurub ev-eşik sahibi olmalarına kömək göstərmək üçün indiki Sabunçu vağzalının yaxınlığında ikimərtəbəli binalar inşa etdirmişdi. Bəşir bəy qohumu Nabat xanım Aşurbəyovanın tikdirdiyi xəstəxanada imkansız insanların müalicəsinə dərmanla da kömək göstərirdi.
Cəfər Cabbarlının nəşrlərindən birində — 1996-cı ildə çapdan çıxan "Ədirnə fəthi" kitabında verilmiş məktublar bölməsindəki "Təzə həyat" qəzetinin 8 aprel 1907-ci il tarixli 7-ci nömrəsində gənc Cəfərin mətbuatda ilk çıxışı hesab olunan məktubda yazılır:
“Qeydkeş və millətpərəstlərimiz cümləsindən cənab Bəşir bəy Aşurbəyov həzrətləri! Biz, imzaları aşağıda qeyd olunan Bakı şəhərinin 7-nci Müsəlmani və rusi məktəbinin fəqir və təvanasız şagirdləri və elm və məarifə təhris və təğrib qılmaq niyyətilə hər ayda 30 manat verməgi də röhd qılıb iki aykı həman pulu məktəb naziri, möhtərəm Süleyman bəy Axundov vasitəsilə əta buyururlar. ...Bəşir bəy cənabları! Əmin olunuz ki, elm və məarif kəsb edib səadət və xoşbəxtliyə nail olmaq məqsədilə ciddən səy edəcəyiz. Bakı şəhərinin 7-minci Müsəlmani və rusi məktəbinin ianə alan şagirdləri: Əsgər Hüseynzadə, Mirzə Qasım Cabbarzadə, Ağaməli Hüseynzadə, Cəfər Cabbarzadə və Məhərrəm Mollazadə. |
Bəşir bəy Aşurbəyliyə ünvanlanmış digər bir təşəkkür məktubu isə Yusif Vəzir Çəmənzəminli tərəfindən yazılmışdır. Belə ki, maddi sıxıntı ucbatından təhsilinin yarımçıq qalacağından qorxan Yusif Vəzir təzə tanış olduğu Bəşir bəy Aşurbəyova müraciət edir. Aşurbəyov özü Yusif Vəzirin ona müraciət etməsinə şərait yaradır. Bəzi mənbələrə görə Bəşir bəy Aşurbəyov biləndə ki, milyonçu Hacı İsrafil Aydəmirov Yusif Vəzirə təqaüd verməkdən imtina edib, ona ayda 25 manat təqaüd veməyə hazır olduğunu bildirib. Lakin bu vaxt Yusif Vəzir dərs verib aldığı 20 manatla özünü dolandırırdı. O, buna görədə bu təkliflə razı olmur. Həmin vaxt imtahanının təxirə salınması nəticəsində elə vəziyyət yaranmışdı ki, təqaüd üçün müraciət etmək lazım idi. Yusifin müraciətinin cavabı olaraq Bəşir bəy ona ayda 25 manat təqaüd verir. O öz gündəliyinin 8 may 1908-ci il tarixli qeydlərində Bəşir bəyin xeyirxahlığını "Ümid işığı" başlığı altında qələmə alır:
Artıq iki gündür ki, buraxılmışıq, imtahanlar avqusta keçirilib. İmtahanların vaxtının uzadılması mənim üçün böyük zərbə oldu. Fikirləşirəm “Hara gedim ki, vaxtımı yalnız dərslərə sərf edim? Bu sualıma heç bir yerdə qənaətbəxş cavab tapa bilmirəm. Doğrudan axı hara gedim? Aşqabadda hava istidir, həm də bir dəstə bekarın arasında həyat da azad deyil. |
Siyasi faəliyyəti
Bəşir bəy Aşurbəyov Rusiyada Müsəlmanlıq Firqəsinin yaradıcılarından biridir. Bu siyasi partiya özünün əsas xətti kimi islam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışırdı. Firqənin ideoloji əsasını ittihadi-islam, islam modernizmi, islam reformizmi kimi nəzəriyyələr təşkil edirdi.Fevral inqilabından sonra, 1918-ci ilin yanvar ayında Azərbaycan ərazisində formalaşmağa başlamış islamçı təşkilatlardan Rusiyada Müsəlmanlıq Firqəsi və həmin ilin payızında Gəncədə təsis olunmuş vahid qurumda birləşərək İttihadi-İslam Rusiyada Müsəlmanlıq Firqəsi adını almışdır.
İttihad Partiyası Azərbaycan Parlamentində sayca ikinci böyük fraksiya (əvvəl 4, sonra isə 13 deputatla) idi. Parlamentdə bu fraksiyaya Qara bəy Qarabəyli rəhbərlik edirdi. Onun əvvəlcə "Müsəlmanlıq" adlı qəzeti nəşr olunurdu. Daha sonra isə Ceyhun bəy Hacıbəylinin redaktorluq etdiyi "İttihad" qəzeti partiyanın orqanına çevrilmişdi. Bəşir bəy Aşurbəyov bu mətbuat orqanlarının nəşrinə maliyyə yardımı göstərir, dəstək olurdu.
1919-cu ilin aprel ayının 10-da partiyanın I qurultayı keçirilmişdir. Bakı Şəhər İdarəsinin binasında keçirilən qurultayda partiyanın adı Qafqaz İttihad Firqəsi olaraq dəyişdirilmişdir. Həmçinin qurultayda Bəşir bəy Aşurbəyovun da daxil olduğu 22 nəfərdən ibarət Mərkəzi Komitə üzvləri seçilmişdir.
Ermənilərə qarşı
XIX əsrin əvvəllərində Sabunçu əhalisinin böyük əksəriyyətini azərbaycanlılarla birlikdə ruslar, ermənilər, yəhudilər, malakanlar da təşkil edirdi. 20-ci ildən etibarən İrandan Bakıya, xüsusən də Sabunçuya, mədənlərdə işləmək üçün fəhlələr gəlirlər. Ermənilər bura "Sebunçey" deməyə başlayıblar. Bu söz əslində ermənicə cümlədir: sey – bura, bun – yuva, çey – deyil. Əvvəlcə yerli camaat bu sözün nə demək olduğunu başa düşməyib. Sonradan Sabunçunun neft milyonçuları, ziyalıları Bəşir bəy Aşurbəyov, Əliağa Murtuzov və Hacı Gəncəli Ələkbərzadə buna etiraz edirlər. Hökumət referendum keçirməyi qərara alır. Səsvermə keçirilsə də, ad dəyişməz olaraq qalır.
Erməni neft sahibləri Sabunçu qəsəbəsinin məscidinin də olduğu aşağı məhəlləsinin ləğv edilməsi, sakinlərin köçürülməsi və burada erməni sahibkarlara məxsus neft mədənlərinin salınması barədə də iddia qaldırırlar.Bakı qubernatoru Alışevski iddianı təmin etmək üçün öz nümayəndəsini Sabunçuya göndərir. Bəşir bəy nümayəndəni tikdirdiyi məscidin həyətinə aparır. Su quyusunu açır və içindəki suyu göstərir. Deyir ki, əgər buradan neft çıxsaydı, mən həmin yerdə məscid tikdirməzdim, neft çıxarardım. Bəşir bəy Aşurbəyov bu ərazidə yaşayanların hamısının onun qohumları olduğunu və onların köçürülməsinin yolverilməzliyini bildirir. Halbuki evləri köçürüləcək ailələrin heç birinin Bəşir bəyə qohumluğu çatmırdı. Amma o, dövlət idarələri rəhbərlərinin yanındakı yüksək nüfuzundan istifadə edərək Sabunçu qəsəbəsinin dağıdılmasına imkan vermir.
Mart soyqırmı zamanı da Bəşir bəy Aşurbəyli Sabunçu qəsəbəsi sakinlərinin kütləvi qətllərdən qorunması üçün mübarizə aparmışdır O, Qoçu Yusif kimi tanınan xalası oğlu və digər yerli qoçularla birgə Sabunçu dairəsi yaxınlığında müdafiə mövqeləri qurur, ətraf kəndlərdən də əlisilahlı insanlar köməyə gəlir. Burada güclü atışmalar baş verir. Daşnakların Sabunçuya girməsinin qarşısı alınır. Beləliklə, Qafqaz İslam Ordusu gələnə qədər həm kənd sakinlərinin, həm də ərazidəki neft mədənlərinin mühafizəsi təmin olunur.
Ölümü
Bəşir bəy Aşurbəyov da sovet hakimiyyəti qurulandan sonra çox çətin tale ilə üzləşir. Əksər qohumları təqiblərdən qurtulmaq üçün Türkiyəyə, İrana köçüb məskunlaşırlar. Ona da vaxtında ailə üzvlərini götürüb ölkəni tərk etmək tövsiyə olunur. Amma Bəşir bəy bütün var-dövlətini yeni hökumətə bağışladığından bolşeviklərin ona toxunmayacağını düşünür. Bəşir bəy Aşurbəyovun yeni hakimiyyətin Nəriman Nərimanov kimi təmsilçiləri ilə də çox yaxın münasibətləri vardı. Nərimanov kiminsə ona toxunmasına imkan verməyəcəyini bildirmişdi. Onda Bakıda qalması üçün əminlik yaradan həm də bu idi.
Nəriman Nərimanovun Moskvada vəfatına qədər həqiqətən kimsə Bəşir bəyə toxunmur. O, Sabunçu qəsəbəsində, bir vaxtlar xidmətçilərinin yaşadığı sadə bir komada ailəsi ilə birgə həyatına davam edir. Ailənin Sabunçudakı imarətini sovet hökuməti onlardan alıb Qadın Klubuna çevirir.
Bəşir bəy Aşurbəyli 1925-ci ildə tutulur və 5 illik həbs həyatından sonra, 1930-cu ildə Nargin (indiki Böyük Zirə) adasında güllələnir.
Bəşir bəyin nəvəsi Nəzakət xanım 1989-cu ildə Respublika Prokurorluğuna müraciət edir. Babasının repressiya qurbanı kimi günahsızlığı təsdiqlənir və 1991-ci ilin 13 noyabrında Bəşir bəyə bəraət verilir. O belə xatırlayır:
Mən ərizəni təqdim edəndə Respublika Prokurorluğunda yaşlı bir ədliyyə işçisi vardı. Bəşir bəy Aşurbəyovun nəvəsi olduğumu biləndə dedi ki, xəbəriniz varmı, Bakıya ilk avtomobili sənin baban gətirib. |
Bundan əlavə Sabunçuya ilk dəfə fotostudiyanı gətirənin də Bəşir bəy Aşurbəyov olduğu iddia edilir.[]
İstinadlar
- "Məşhur Aşurbəyovlardan biri". azerbaijan-news.az. 3 iyul 2019. 4 avqust 2019 tarixində . İstifadə tarixi: 2 iyul 2021.
- "Əfşar boyundan olan maarifçi fədailər – Aşurbəyovlar". 1 fevral 2021. 2021-08-02 tarixində . İstifadə tarixi: 2 iyul 2021.
- "Məzarı tapılmayan repressiya və azadlıq qurbanlarının siyahısı". 28 yanvar 2019. 17 aprel 2021 tarixində . İstifadə tarixi: 2 iyul 2021.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı. 2005. səh. 110.
- "Azərbaycan xalq cümhuriyyəti dövründə dövlət-din münasibətləri". stm.az. 8 may 2020. 2 August 2021 tarixində . İstifadə tarixi: 2 iyul 2021.
- "Bakıda alman memarlarının izləri". 2021-05-14 tarixində . İstifadə tarixi: 2021-08-02.
- "Tazə həyat" qəzeti, 1907, 8 aprel, № 7
- Cəfər Cabbarlı. Əsərləri (pdf). I. Bakı: Şərq-Qərb. 2005. 2021-08-02 tarixində (PDF). İstifadə tarixi: 2021-08-02.
- "Tazə həyat" qəzeti, 1907, 8 aprel, № 7
- Xalqa həsr edilmiş həyat (pdf). Bakı. 2017. 2021-08-02 tarixində (PDF). İstifadə tarixi: 2021-08-02.
- "Sabunçu rayonunda erməni hiyləsi..." 1 oktyabr 2013. 2021-08-02 tarixində . İstifadə tarixi: 2 iyul 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Besir bey Asurbeyov 1875 Sabuncu Baki qezasi 1930 Nargin adasi Abseron rayonu Balaxani ve Sabuncuda neft medenlerine sahib olmus Baki milyoncusu Ittihad Partiyasinin yaradicilarindan biri ve partiyanin Merkezi Komitesinin uzvu Besir bey AsurbeyovDogum tarixi 1875Dogum yeri Sabuncu Baki qezasi Baki quberniyasi Rusiya imperiyasiVefat tarixi 1930Vefat yeri Nargin adasi Abseron rayonu Azerbaycan SSR ZSFSR SSRIVefat sebebi siyasi repressiyaHeyatiBesir bey Asurbeyov 1875 ci ilde Sabuncu qesebesinde anadan olmusdur O Sabuncu qesebesinin tacirlerinden ve esas torpaq sahiblerinden olan Haci Mehemmedhesen beyin yegane oglu idi O dovrun muselman Serq adet enenelerine gore ailede esas verese oglan ovladi sayildigindan Haci Mehemmedhesen beyin butun varidati da Besir beye kecmisdi XIX esrin sonu XX esrin evvellerinde Bakida neft bumu baslananda Besir bey boyuk neft medenlerine sahib idi Bu medenleri tekbasina idare etmek mumkun olmadigi ucun o bu ise oz emisi oglanlarini da celb etmisdi Onlara yeni medenler yaratmalari ucun torpaq saheleri ayirmisdi Besir beyin birinci heyat yoldasi da ele oz emisi qizi Balaxanim idi Onlarin izdivacindan Rubabe ve Nagi adli iki ovladi dunyaya gelmisdi Amma bu Besir beyin yegane evliliyi olmamisdi Bakida yasasa da onun Gedebeyin Xinna deresi adlanan obada yasayan ve Yelizavetpol Gence quberniyasinda boyuk torpaq saheleri olan Gence Seher Dumasinin uzvu Allahyar bey Zulqederov elaqeleri movcud olmusdur Besir bey Asurbeyov Allahyar beyin evinde qonaq olarken onun Nezaket adli qizini gorub beyenir elci gonderir ve onunla aile qurur O 1901 ci ilde birinci ailesi ucun Sabuncu qesebesinde bir imaret tikdirir Heyat yoldasi Balaxanim iki ovladi ve qayinanasi Cevahir xanimla bu imaretde yasayir Besir bey ozu ise Nezaket xanimla Bakinin kecmis Kladbisenski 89 indiki Mehdi Huseyn kucesi unvaninda tikilmis eve kocur Onlarin bu evliliyinden dord ovladi uc oglan bir qiz dunyaya gelir Kazim Mehemmedhesen Midhet ve Rebiyye Xeyriyye isleriCavaliqda Atasindan qalmis genis torpaq saheleri boyuk neft medenleri Bakinin muxtelif yerlerindeki 10 a yaxin mulku Besir bey Asurbeyova boyuk servet qazandirir O qazancinin mueyyen hissesini xeyriyye islerine xercleyirdi Ona gore de Besir bey zemanesinin sexavetli mesenatlarindan biri kimi ad qazanmisdi 1897 ci ilde Sabuncu qesebesinde mominlerin istifadesine verilmis mescidi de Besir bey Asurbeyov tikdirmisdi menbe gosterin Bu mescidin insasi eslinde onun atasi Haci Mehemmedhesen beyin arzusu idi O hecc ziyaretine gederken Sabuncu qesebesinden ozu ile 10 zevvari da ziyarete aparir Onlarin butun xerclerini odeyir ve soz verir ki kende qayidandan sonra Sabuncuda boyuk bir mescid tikdirecek Ziyaretden qayidan kimi sozune emel edir Kend agsaqqallari meslehet gorurler ki mescidi Sabuncu kendindeki qedim tarixi abidelerden olan Goynuz mebedi nin qaliqlari uzerinde tikdirsin Nehayet tenteneli sekilde temelqoyulma merasimi kecirilir Lakin efsuslar olsun ki arzusunun heyata kecmesini gormek Haci Mehemmedhesen beye qismet olmur Mescid hazir olmamis xestelenir ve vefat edir Tikinti islerini 20 yasli oglu Besir bey tamamlayir Tehsil Besir beyin xeyriyyecilik fealiyyetinin muhum bir qismini de tehsile maarife destek teskil edirdi Ayri ayri mekteblerde oxuyan sagirdlere davamli ianeler veren Besir bey 1901 ci ilde Cenubi Azerbaycandan olan fehle usaqlari ucun Sabuncuda mekteb acir El arasinda Hemseri mektebi kimi taninan bu tehsil ocaginin fealiyyetine uzun iller destek verir Besir bey Asurbeyli hemcinin seirler de yazmisdir Onun seirler kitabi AMEA nin Elyazmalar Institutunda qorunur 1911 ci ilde Muslum Maqomayev Sabuncu mektebine muellim teyin edilir Bir muddet calisdiqdan sonra Sabuncuda teatr yaratmaq qerarina gelir Amma kendin soz sahibleri nufuzlu varli karli adamlari ona mane olmaga baslayirlar Bu zaman Besir bey Sabuncuda teatrin yaradilmasinda Muslum Maqomayeve destek olur lazimi komeyi gosterir 1925 ci ilde ilk Azerbaycan filmlerinden birinin cekilisleri de Besir beyin 1915 ci ilde Sabuncu vagzali yaxinliginda yetim usaqlar ucun tikdirdiyi ve yerli ehali arasinda Putovski dvor adlanan yerde aparilib Medenlerinde calisan yoxsul kimsesiz gencler de Besir beyin himayesinde idiler O bele genclerin aile qurub ev esik sahibi olmalarina komek gostermek ucun indiki Sabuncu vagzalinin yaxinliginda ikimertebeli binalar insa etdirmisdi Besir bey qohumu Nabat xanim Asurbeyovanin tikdirdiyi xestexanada imkansiz insanlarin mualicesine dermanla da komek gosterirdi Cuxada Cefer Cabbarlinin nesrlerinden birinde 1996 ci ilde capdan cixan Edirne fethi kitabinda verilmis mektublar bolmesindeki Teze heyat qezetinin 8 aprel 1907 ci il tarixli 7 ci nomresinde genc Ceferin metbuatda ilk cixisi hesab olunan mektubda yazilir Qeydkes ve milletperestlerimiz cumlesinden cenab Besir bey Asurbeyov hezretleri Biz imzalari asagida qeyd olunan Baki seherinin 7 nci Muselmani ve rusi mektebinin feqir ve tevanasiz sagirdleri ve elm ve mearife tehris ve tegrib qilmaq niyyetile her ayda 30 manat vermegi de rohd qilib iki ayki heman pulu mekteb naziri mohterem Suleyman bey Axundov vasitesile eta buyururlar Besir bey cenablari Emin olunuz ki elm ve mearif kesb edib seadet ve xosbextliye nail olmaq meqsedile cidden sey edeceyiz Baki seherinin 7 minci Muselmani ve rusi mektebinin iane alan sagirdleri Esger Huseynzade Mirze Qasim Cabbarzade Agameli Huseynzade Cefer Cabbarzade ve Meherrem Mollazade Besir bey Asurbeyliye unvanlanmis diger bir tesekkur mektubu ise Yusif Vezir Cemenzeminli terefinden yazilmisdir Bele ki maddi sixinti ucbatindan tehsilinin yarimciq qalacagindan qorxan Yusif Vezir teze tanis oldugu Besir bey Asurbeyova muraciet edir Asurbeyov ozu Yusif Vezirin ona muraciet etmesine serait yaradir Bezi menbelere gore Besir bey Asurbeyov bilende ki milyoncu Haci Israfil Aydemirov Yusif Vezire teqaud vermekden imtina edib ona ayda 25 manat teqaud vemeye hazir oldugunu bildirib Lakin bu vaxt Yusif Vezir ders verib aldigi 20 manatla ozunu dolandirirdi O buna gorede bu teklifle razi olmur Hemin vaxt imtahaninin texire salinmasi neticesinde ele veziyyet yaranmisdi ki teqaud ucun muraciet etmek lazim idi Yusifin muracietinin cavabi olaraq Besir bey ona ayda 25 manat teqaud verir O oz gundeliyinin 8 may 1908 ci il tarixli qeydlerinde Besir beyin xeyirxahligini Umid isigi basligi altinda qeleme alir Artiq iki gundur ki buraxilmisiq imtahanlar avqusta kecirilib Imtahanlarin vaxtinin uzadilmasi menim ucun boyuk zerbe oldu Fikirlesirem Hara gedim ki vaxtimi yalniz derslere serf edim Bu sualima hec bir yerde qenaetbexs cavab tapa bilmirem Dogrudan axi hara gedim Asqabadda hava istidir hem de bir deste bekarin arasinda heyat da azad deyil Siyasi faeliyyetiBesir bey Asurbeyov Rusiyada Muselmanliq Firqesinin yaradicilarindan biridir Bu siyasi partiya ozunun esas xetti kimi islam ideologiyasini siyaset seviyyesine qaldirmaga calisirdi Firqenin ideoloji esasini ittihadi islam islam modernizmi islam reformizmi kimi nezeriyyeler teskil edirdi Fevral inqilabindan sonra 1918 ci ilin yanvar ayinda Azerbaycan erazisinde formalasmaga baslamis islamci teskilatlardan Rusiyada Muselmanliq Firqesi ve hemin ilin payizinda Gencede tesis olunmus vahid qurumda birleserek Ittihadi Islam Rusiyada Muselmanliq Firqesi adini almisdir Ittihad Partiyasi Azerbaycan Parlamentinde sayca ikinci boyuk fraksiya evvel 4 sonra ise 13 deputatla idi Parlamentde bu fraksiyaya Qara bey Qarabeyli rehberlik edirdi Onun evvelce Muselmanliq adli qezeti nesr olunurdu Daha sonra ise Ceyhun bey Hacibeylinin redaktorluq etdiyi Ittihad qezeti partiyanin orqanina cevrilmisdi Besir bey Asurbeyov bu metbuat orqanlarinin nesrine maliyye yardimi gosterir destek olurdu 1919 cu ilin aprel ayinin 10 da partiyanin I qurultayi kecirilmisdir Baki Seher Idaresinin binasinda kecirilen qurultayda partiyanin adi Qafqaz Ittihad Firqesi olaraq deyisdirilmisdir Hemcinin qurultayda Besir bey Asurbeyovun da daxil oldugu 22 neferden ibaret Merkezi Komite uzvleri secilmisdir Ermenilere qarsiXIX esrin evvellerinde Sabuncu ehalisinin boyuk ekseriyyetini azerbaycanlilarla birlikde ruslar ermeniler yehudiler malakanlar da teskil edirdi 20 ci ilden etibaren Irandan Bakiya xususen de Sabuncuya medenlerde islemek ucun fehleler gelirler Ermeniler bura Sebuncey demeye baslayiblar Bu soz eslinde ermenice cumledir sey bura bun yuva cey deyil Evvelce yerli camaat bu sozun ne demek oldugunu basa dusmeyib Sonradan Sabuncunun neft milyonculari ziyalilari Besir bey Asurbeyov Eliaga Murtuzov ve Haci Genceli Elekberzade buna etiraz edirler Hokumet referendum kecirmeyi qerara alir Sesverme kecirilse de ad deyismez olaraq qalir Ermeni neft sahibleri Sabuncu qesebesinin mescidinin de oldugu asagi mehellesinin legv edilmesi sakinlerin kocurulmesi ve burada ermeni sahibkarlara mexsus neft medenlerinin salinmasi barede de iddia qaldirirlar Baki qubernatoru Alisevski iddiani temin etmek ucun oz numayendesini Sabuncuya gonderir Besir bey numayendeni tikdirdiyi mescidin heyetine aparir Su quyusunu acir ve icindeki suyu gosterir Deyir ki eger buradan neft cixsaydi men hemin yerde mescid tikdirmezdim neft cixarardim Besir bey Asurbeyov bu erazide yasayanlarin hamisinin onun qohumlari oldugunu ve onlarin kocurulmesinin yolverilmezliyini bildirir Halbuki evleri kocurulecek ailelerin hec birinin Besir beye qohumlugu catmirdi Amma o dovlet idareleri rehberlerinin yanindaki yuksek nufuzundan istifade ederek Sabuncu qesebesinin dagidilmasina imkan vermir Mart soyqirmi zamani da Besir bey Asurbeyli Sabuncu qesebesi sakinlerinin kutlevi qetllerden qorunmasi ucun mubarize aparmisdir O Qocu Yusif kimi taninan xalasi oglu ve diger yerli qocularla birge Sabuncu dairesi yaxinliginda mudafie movqeleri qurur etraf kendlerden de elisilahli insanlar komeye gelir Burada guclu atismalar bas verir Dasnaklarin Sabuncuya girmesinin qarsisi alinir Belelikle Qafqaz Islam Ordusu gelene qeder hem kend sakinlerinin hem de erazideki neft medenlerinin muhafizesi temin olunur OlumuBesir bey Asurbeyov da sovet hakimiyyeti qurulandan sonra cox cetin tale ile uzlesir Ekser qohumlari teqiblerden qurtulmaq ucun Turkiyeye Irana kocub meskunlasirlar Ona da vaxtinda aile uzvlerini goturub olkeni terk etmek tovsiye olunur Amma Besir bey butun var dovletini yeni hokumete bagisladigindan bolseviklerin ona toxunmayacagini dusunur Besir bey Asurbeyovun yeni hakimiyyetin Neriman Nerimanov kimi temsilcileri ile de cox yaxin munasibetleri vardi Nerimanov kiminse ona toxunmasina imkan vermeyeceyini bildirmisdi Onda Bakida qalmasi ucun eminlik yaradan hem de bu idi Neriman Nerimanovun Moskvada vefatina qeder heqiqeten kimse Besir beye toxunmur O Sabuncu qesebesinde bir vaxtlar xidmetcilerinin yasadigi sade bir komada ailesi ile birge heyatina davam edir Ailenin Sabuncudaki imaretini sovet hokumeti onlardan alib Qadin Klubuna cevirir Besir bey Asurbeyli 1925 ci ilde tutulur ve 5 illik hebs heyatindan sonra 1930 cu ilde Nargin indiki Boyuk Zire adasinda gullelenir Besir beyin nevesi Nezaket xanim 1989 cu ilde Respublika Prokurorluguna muraciet edir Babasinin repressiya qurbani kimi gunahsizligi tesdiqlenir ve 1991 ci ilin 13 noyabrinda Besir beye beraet verilir O bele xatirlayir Men erizeni teqdim edende Respublika Prokurorlugunda yasli bir edliyye iscisi vardi Besir bey Asurbeyovun nevesi oldugumu bilende dedi ki xeberiniz varmi Bakiya ilk avtomobili senin baban getirib Bundan elave Sabuncuya ilk defe fotostudiyani getirenin de Besir bey Asurbeyov oldugu iddia edilir menbe gosterin Istinadlar Meshur Asurbeyovlardan biri azerbaijan news az 3 iyul 2019 4 avqust 2019 tarixinde Istifade tarixi 2 iyul 2021 Efsar boyundan olan maarifci fedailer Asurbeyovlar 1 fevral 2021 2021 08 02 tarixinde Istifade tarixi 2 iyul 2021 Mezari tapilmayan repressiya ve azadliq qurbanlarinin siyahisi 28 yanvar 2019 17 aprel 2021 tarixinde Istifade tarixi 2 iyul 2021 Azerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi II Baki 2005 seh 110 Azerbaycan xalq cumhuriyyeti dovrunde dovlet din munasibetleri stm az 8 may 2020 2 August 2021 tarixinde Istifade tarixi 2 iyul 2021 Bakida alman memarlarinin izleri 2021 05 14 tarixinde Istifade tarixi 2021 08 02 Taze heyat qezeti 1907 8 aprel 7 Cefer Cabbarli Eserleri pdf I Baki Serq Qerb 2005 2021 08 02 tarixinde PDF Istifade tarixi 2021 08 02 Taze heyat qezeti 1907 8 aprel 7 Xalqa hesr edilmis heyat pdf Baki 2017 2021 08 02 tarixinde PDF Istifade tarixi 2021 08 02 Sabuncu rayonunda ermeni hiylesi 1 oktyabr 2013 2021 08 02 tarixinde Istifade tarixi 2 iyul 2021