Bosniyalı Dərviş Mehmed Paşa (1569 – 1606, Konstantinopol) — 1595–1596-cı illərdə kaptan-ı dərya, I Əhmədin hakimiyyəti dövründə,21 iyun 1606–9 dekabr 1606 tarixlərində isə ümumilikdə 5 ay 18 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı.
Bosniyalı Dərviş Mehmed Paşa | |
---|---|
درويش محمد باشا البوسني | |
21 iyun 1606 – 9 dekabr 1606 | |
Əvvəlki | Sokulluzadə Lələ Mehmed Paşa |
Sonrakı | Quyucu Murad Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bosniya |
Vəfat tarixi | |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Dini | islam |
Rütbəsi | Admiral |
Həyatı
Mehmed Paşa əslən bosniyalı olmuşdur. Dəvşirilərək qapıqulu ocağına daxil olmuş, gənc yaşında bostancıbaşı olduğundan "Cıvan bey" olaraq anılmışdır. Gənc padşah I Əhmədin gözünə girən Dərviş Paşa 1605-ci ildə vəzirliyə yüksələrək kaptan-ı dərya seçildi. Dövrün validə sultanı olan Handan Sultan Dərviş Paşanı oğlundan uzaqlaşdırmaq istəsə də, Handan Sultan 12 noyabr 1605 tarixində vəfat etdi və beləliklə, Dərviş Paşanın mövqeyi gücləndi.
Avstriya cəbhəsinin sərdarı Sədrəzəm Lələ Mehmed Paşa Avstriya ilə sülh danışıqları səbəbilə 1606-cı ilin may ayında paytaxta geri döndü. Ancaq Lələ Mehmed Paşanı özünə rəqib olaraq görən Dərviş Paşa sədrəzəmi paytaxtdan uzaqlaşdırmaq niyyətində idi. Bu məqsədlə sədrəzəmin Səfəvi cəbhəsinə yollanması üçün gənc padşaha təkidlər edirdi. Nəhayət, I Əhməd lələsi olan Lələ Mehmed Paşanı Səfəvi cəbhəsinə göndərmək üzrə qərar verdi. Ancaq Lələ Mehmed Paşanın cəbhəyə getmək istəməməsi səbəbilə padşahla münasibətləri pozulmuş, I Əhməd hətta öz lələsini edamla qorxutmuşdur. Bu olanları qəbul edə bilməyən Lələ Mehmed Paşa bir müddət sonra iflic keçirərək vəfat etdi.
Dərviş Mehmed Paşa 21 iyun 1606 tarixində vəzir-i əzəm təyin edildi. Lələ Mehmed Paşanın vəfatının ardından sərvətinin bir qisminin ordu xərclərinə, bir qisminin isə öz ailəsinə xərclənməsi üzrə padşah fərmanı olsa da, Dərviş Paşa xəzinənin boş olması səbəbilə mərhum sədrəzəmin bütün sərvətini müsadirə etdi. O illərdə İstanbulda İngiltərə elçisi olaraq fəaliyyət göstərən Sir Henri Lello öz xatirələrində Dərviş Paşanın xəzinənin boş olma bəhanəsiylə vəqflərin əlavə gəlirlərini mənimsədiyini və varlı yəhudi zərgərlərdən gümüş, zinət əşyaları aldığını qeyd edir.
Sədrəzəm olmaq niyyətiylə Lələ Mehmed Paşanı zorla Səfəvi cəbhəsinə göndərmək istəyən Dərviş Paşa özü sədarətə gəldikdən sonra Səfəvilərlə müharibədən çəkinmiş, yerinə bostancıbaşı Fərhad ağanı paşa rütbəsiylə göndərmişdir. Ancaq Fərhad Paşa getdiyi Aydın və Saruhan bölgələrində yerli xalqa zülm etmiş, nəticədə yerli xalqdan bir qrup insan paytaxta gələrək şikayətlərini bildirmişdir. Dərviş Paşanın ilk siyasi səhvi sayılan bu hadisə onu I Əhmədin gözündən salmışdır.
Sədarətə gələn Dərviş Paşa saray yaxınlığında özünə aid bir köşk inşa etdirmiş, köşkün inşası üçün çəkilən bütün xərcləri isə yəhudi bir tacirə ödətmişdir. Həmin yəhudi tacir isə "köşkün zirzəmisindən saraya gedən gizli yolla padşaha sui-qəsd edəcək" şayəsini bütün şəhərə yaymış, bu uydurma xəbər I Əhmədin də qulağına çatmışdır. Hələ təcrübəsiz bir gənc olan I Əhməd araşdırma aparmadan Dərviş Mehmed Paşanın edamına qərar vermiş, 9 dekabr 1606 tarixində Dərviş Mehmed Paşa saray ağaları tərəfindən qətlə yetirilmişdir.
Həmçinin baxın
İstinadlar
- Mehmed Süreyya (haz. Nuri Akbayar) (1996), Sicill-i Osmani, İstanbul:Tarih Vakfı Yurt Yayınları ISBN 975-333-0383 C.1 say.291 [1]
- Uzunçarsılı, İsmail Hakkı, (1954) Osmanlı Tarihi III. Cilt, 2. Kısım , XVI. Yüzyıl Ortalarından XVIII. Yüzyıl Sonuna kadar), Ankara: Türk Tarih Kurumu (Altıncı Baskı 2011 ISBN 978-975-16-0010) say.362–363
- Sakaoğlu, Necdet (1999), Bu Mülkün Sultanları, İstanbul: Oğlak Yayınları ISBN 975-329-2999 s.205
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bosniyali Dervis Mehmed Pasa 1569 1606 Konstantinopol 1595 1596 ci illerde kaptan i derya I Ehmedin hakimiyyeti dovrunde 21 iyun 1606 9 dekabr 1606 tarixlerinde ise umumilikde 5 ay 18 gun Osmanli imperiyasinin sedrezemi olmus dovlet adami Bosniyali Dervis Mehmed Pasaدرويش محمد باشا البوسنيOsmanli sedrezemi21 iyun 1606 9 dekabr 1606EvvelkiSokulluzade Lele Mehmed PasaSonrakiQuyucu Murad PasaSexsi melumatlarDogum tarixi 1569Dogum yeri BosniyaVefat tarixi 9 dekabr 1606Vefat yeri Konstantinopol Osmanli imperiyasiDefn yeri KonstantinopolTehsili EnderunFealiyyeti siyasetciDini islamRutbesi AdmiralHeyatiMehmed Pasa eslen bosniyali olmusdur Devsirilerek qapiqulu ocagina daxil olmus genc yasinda bostancibasi oldugundan Civan bey olaraq anilmisdir Genc padsah I Ehmedin gozune giren Dervis Pasa 1605 ci ilde vezirliye yukselerek kaptan i derya secildi Dovrun valide sultani olan Handan Sultan Dervis Pasani oglundan uzaqlasdirmaq istese de Handan Sultan 12 noyabr 1605 tarixinde vefat etdi ve belelikle Dervis Pasanin movqeyi guclendi Avstriya cebhesinin serdari Sedrezem Lele Mehmed Pasa Avstriya ile sulh danisiqlari sebebile 1606 ci ilin may ayinda paytaxta geri dondu Ancaq Lele Mehmed Pasani ozune reqib olaraq goren Dervis Pasa sedrezemi paytaxtdan uzaqlasdirmaq niyyetinde idi Bu meqsedle sedrezemin Sefevi cebhesine yollanmasi ucun genc padsaha tekidler edirdi Nehayet I Ehmed lelesi olan Lele Mehmed Pasani Sefevi cebhesine gondermek uzre qerar verdi Ancaq Lele Mehmed Pasanin cebheye getmek istememesi sebebile padsahla munasibetleri pozulmus I Ehmed hetta oz lelesini edamla qorxutmusdur Bu olanlari qebul ede bilmeyen Lele Mehmed Pasa bir muddet sonra iflic kecirerek vefat etdi Dervis Mehmed Pasa 21 iyun 1606 tarixinde vezir i ezem teyin edildi Lele Mehmed Pasanin vefatinin ardindan servetinin bir qisminin ordu xerclerine bir qisminin ise oz ailesine xerclenmesi uzre padsah fermani olsa da Dervis Pasa xezinenin bos olmasi sebebile merhum sedrezemin butun servetini musadire etdi O illerde Istanbulda Ingiltere elcisi olaraq fealiyyet gosteren Sir Henri Lello oz xatirelerinde Dervis Pasanin xezinenin bos olma behanesiyle veqflerin elave gelirlerini menimsediyini ve varli yehudi zergerlerden gumus zinet esyalari aldigini qeyd edir Sedrezem olmaq niyyetiyle Lele Mehmed Pasani zorla Sefevi cebhesine gondermek isteyen Dervis Pasa ozu sedarete geldikden sonra Sefevilerle muharibeden cekinmis yerine bostancibasi Ferhad agani pasa rutbesiyle gondermisdir Ancaq Ferhad Pasa getdiyi Aydin ve Saruhan bolgelerinde yerli xalqa zulm etmis neticede yerli xalqdan bir qrup insan paytaxta gelerek sikayetlerini bildirmisdir Dervis Pasanin ilk siyasi sehvi sayilan bu hadise onu I Ehmedin gozunden salmisdir Sedarete gelen Dervis Pasa saray yaxinliginda ozune aid bir kosk insa etdirmis koskun insasi ucun cekilen butun xercleri ise yehudi bir tacire odetmisdir Hemin yehudi tacir ise koskun zirzemisinden saraya geden gizli yolla padsaha sui qesd edecek sayesini butun sehere yaymis bu uydurma xeber I Ehmedin de qulagina catmisdir Hele tecrubesiz bir genc olan I Ehmed arasdirma aparmadan Dervis Mehmed Pasanin edamina qerar vermis 9 dekabr 1606 tarixinde Dervis Mehmed Pasa saray agalari terefinden qetle yetirilmisdir Hemcinin baxinI Ehmed Kaptan i derya Sedrezem Durgunluq donemi Osmanli sedrezemleriIstinadlarMehmed Sureyya haz Nuri Akbayar 1996 Sicill i Osmani Istanbul Tarih Vakfi Yurt Yayinlari ISBN 975 333 0383 C 1 say 291 1 Uzuncarsili Ismail Hakki 1954 Osmanli Tarihi III Cilt 2 Kisim XVI Yuzyil Ortalarindan XVIII Yuzyil Sonuna kadar Ankara Turk Tarih Kurumu Altinci Baski 2011 ISBN 978 975 16 0010 say 362 363 Sakaoglu Necdet 1999 Bu Mulkun Sultanlari Istanbul Oglak Yayinlari ISBN 975 329 2999 s 205