Belçikalı Luiza Mariya Amaliya (fr. Louise Marie Amélie de Belgique; 18 fevral 1858, Brüssel – 1 mart 1924, Visbaden, Prussiya[d]) — Belçika kralı II Leopoldun qızı, Saksen-Koburq-Qota şahzadəsi.
Belçikalı Luiza | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 fevral 1858 |
Doğum yeri | |
Vəfat tarixi | 1 mart 1924(66 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri |
|
Fəaliyyəti | əsilzadə |
Atası | II Leopold |
Anası | Marie Henriette of Austria |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
İlk illəri
18 fevral 1858-ci ildə Brüsseldə dünyaya gəldi. Atası Belçika kralı I Leopoldun oğlu və varisi Brabant hersoqu Şahzadə Leopold, anası isə onun xanımı Avstriyalı Mariya Henrettadır. Babasının səltənətində dünyaya gəldi və 28 martda vəftiz edildi. Vəftiz anası atasının nənəsi Siciliyalı Mariya Amaliya, vəftiz atası isə anasının əmisi Avstriyalı İohann oldu. Cütlüyün ən böyük övladı idi və özündən sonra bir qardaşı və 2 bacısı daha dünyaya gəldi.
1865-ci ildə babasının ölümü və atası II Leopoldun taxta çıxmasıyla həyatı dəyişdi. Onun təlim-tərbiyəsilə məşğul olan xüsusi mürəbbiyələrin yerini saray məmurları aldı və daha sərt nəzarət altında yaşamağa başladı. Qapalı saray həyatı boyunca yalnız qohumu olan bəzi monarx ailələrinin övladlarıyla münasibət saxlaya bildi. Bunlar arasında Kraliça Viktoriyanın ən kiçik qızı Beatris və gələcəkdə İspaniya kraliçası olan xalası qızı Mariya Kristina vardı. 6 yaşından etibarən fransızca, ingiliscə, almanca və italyanca dilləriylə yanaşı, riyaziyyat, tarix, din və musiqi dərsləri almağa başladı. Ancaq 1869-cu ildə yeganə qardaşı Şahzadə Leopoldun vəfatıyla atası yeganə oğul varisini itirdi və əmisi Flandriya qrafı Şahzadə Filipp Belçika səltənətinin yeni varisi elan olundu.
Evliliyi
Hələ 14 yaşında ikən evlənməsi üçün 2 namizəd irəli sürüldü. Bunlar Hohensollernli Fridrix (əmisinin qaynı idi) və (ataları əmioğlu idi) idi. Bunlardan ikincisi 1873-cü ildə anası yla birlikdə Ostendə gələrək Belçika kral və kraliçasını ziyarət etdi və evlilik təklifini təkrarladı. Cütlük həm ata, həm də ana şəcərəsindən qohum idi. Belə ki, ataları əmioğlu idi. in anası isə gəlinin nənəsi və ilk Belçika kraliçası Orleanlı Luizanın bacısı idi. 25 mart 1874-cü ildə keçirilən nişan mərasiminin ardından gəlinin həddi-buluğa çatması və papadan gələcək icazəni gözləmək məqsədilə bir il gözlənildi. Nəhayət, cütlük 4 fevral 1875-ci ildə Brüsseldəki kral sarayında evləndilər. Mərasimin ardından Vyanadakı Koburq sarayını, Qota və Drezden saraylarını ziyarət edən cütlük Praqa və Budapeştə səyahət etdi. Aralarındakı 14 yaş fərq səbəbilə tez-tez mübahisə edən cütlüyün bu nigahdan 2 övladı dünyaya gəldi. Vyana sarayındakı ən yaxın dostu isə imperator I Frans İosifin oğlu oldu və onun bacısı Stefaniya ilə evlənməsində vasitəçi oldu. 10 may 1881-ci ildə baş tutan toy mərasiminin ardından bacısı Stefaniya da onunla birlikdə Vyana sarayında yaşamağa başladı.
1883-cü ildə ərinin xidmətində olan baron Daniel Ablanqla münasibət yaşamağa başlayan Luiza, anasının etirazlarına baxmayaraq bu münasibətlərini baronun 1888-ci ildəki ölümünədək davam etdirdi. Ardından isə macar aristokratlarından baron Nikolas Xobahazla eşq yaşamağa başladı. Üstəlik baron Luiza və ərinin qatıldığı xarici səfərlərdə də iştirak edirdi. Luizanın anası Mariya Henrettanın səyləri nəticəsində baron Nikolas Xobahaz 1893-cü ildə evləndi və Luiza ilə olan münasibətləri bitdi. 1894-cü ildə əri lə birlikdə Misirə səyahət edən Luiza, ertəsi il Vyanada özündən 9 yaş kiçik xorvat əsilli hərbiçi qraf Qeza Mattaxiklə eşq yaşamağa başladı. Üstəlik bu dəfəki münasibəti imperator I Frans İosifə bildirilmişdi və beləliklə, bu skandal qısa zamanda bütün Avropada yayıldı. Atası II Leopold Vyana sarayında olan qızı Stefaniyaya yazdığı məktubla onun bacısı Luiza ilə görüşməsini qadağan etdi. Bütün bunların ardından əri öz şərəfini qorumaq məqsədilə 18 fevral 1898-ci ildə qraf Mattaxiki düollaya çağırdı ancaq bu düelloda məğlub oldu. O əsnada Luiza qızı Doroteyanı da yanına alaraq Nitsaya qaçdı. Çıxan çatışmanın ardından qraf Nitsada olan Luizanın yanına gəldi. Ancaq in səyləriylə qızı Doroteya anasından alınaraq Drezdenə gətirildi. Üstəlik Luizanın külli-miqdarda olan alış-veriş borclarını qarşılamaqdan imtina edərək bu barədə qaynatası olan Belçika kralı II Leopolda xəbər göndərdi. Ancaq onun bu təklifi geri çevrildi. Nəhayət, xanımının dəli olduğunu elan edərək onun Vyana yaxınlığındakı Doblinqdə bir xəstəxanaya qapadılmasına nail oldu. Sevgilisi qraf Mattaxik isə ələ keçirildi və Zaqrebdəki hərbi kazarmaya həbs olundu. Ancaq çox keçmədən onun ölkədən göndərilməsinə qərar verildi və Luiza 17 iyun 1899-cu ildə Saksoniyadakı bir digər sanatoriyaya göndərildi. Sevgilisi qraf Mattaxik isə 27 avqust 1902-ci ildə bağışlanaraq azadlığa buraxıldı.
Azadlığa çıxmasının ardından qraf Mattaxik sevgilisi Luizanın həbs olunduğu sanatoriyadan çıxarılması üçün fəaliyyətə başladı. 1904-cü ilin yanvarında öz xatirələrini "Mad by Reason of State" ("Dövlətin səbəb olduğu Dəli") adı altında Leypsiqdə nəşr etdirdi. Onun bu səyləri nəticəsində Luiza 31 avqust 1904-cü ildə tutulduğu sanatoriyadan Fransaya qaçırıldı və ertəsi il burada aparılan elmi tədqiqatların ardından dəli olmadığı isbatlandı. Nəhayət, cütlük 15 yanvar 1906-cı ildə boşandıqlarını elan etdilər. Lüks həyat tərzinə alışan Luiza qısa zamanda yenidən külli miqdarda borclandı və borc sahiblərindən qaçmaq üçün sevgilisi qraf Mattaxiklə birlikdə bütün Avropanı dolaşdı. Anası Mariya Henrettanın ölümündən sonra ona vəsiyyət olunan bir çox zinyət əşyası borc sahibləri tərəfindən satışa çıxarıldı və Luizanın Vyanadakı geyimləri auksionda satıldı.
Sonrakı illəri
Atasının 1909-cu ildə ölümündən sonra Luiza vəsiyyətdən yararlanmaq üçün Belçikaya qayıtdı. Ancaq II Leopold bütün şəxsi xəzinəsini son illərini yaşadığı məşuqəsi Karolina Lakroks və ondan doğulan 2 övladına, eləcə də bəzi dövlət qurumlarına vəsiyyət etmişdi. Bacılarıyla birlikdə hökumətə yazdıqları ərizəylə buna etiraz edən Luiza, bacılarının müəyyən məbləğ qarşılığında bunu qəbul etmələrinin ardından 1910-cu ilin dekabrında Belçika hökumətini beynəlxalq məhkəməyə verdi. Uzun illər davam edən məhkəmə çəkişmələri tərəflərin 22 yanvar 1914-cü ildə uzlaşması ilə nəticələndi. Uzlaşma nəticəsində atasının mirasından yalnız 5 milyon frank alması qərarlaşdırıldı.
1914-cü ildə Birinci Dünya Müharibəsi başladığı əsnada Luiza və sevgilisi qraf Mattaxik Vyanadakı bir oteldə yaşamaqda davam edirdilər. Müharibənin başlamasının ardından cütlüyün dərhal ölkəni tərk etmələri tələb olundu. Qısa zamanda cütlük Münxenə gəldi və bir müddət burada yaşadı. O əsnada illərdir ondan imtina edən yeganə oğlu Leopold Klementin məşuqəsi tərəfindən qətlə yetirilməsi xəbərini aldı. Sevgilisi qraf Mattaxik əslən xorvat idi və bu səbəblə 25 avqust 1916-cı ildə hökumətə qarşı xəyanətlə təqsirləndirilərək Avstriya hökuməti tərəfindən həbs olundu. Ardından daha da müflisləşən Luiza bacısı Stefaniya və qızı Doroteyanın yardımlarıyla yaşamağa davam etdi. Bir müddət Budapeştdə yaşayan Luiza 1919-cu ilin aprelində Macarıstan Sovet hökuməti tərəfindən ölkədən qovuldu və Vyanaya qayıtdı.
Müharibənin ardından işğaldan azad olunan Belçika hökuməti Luizanın bütün şəxsi mülklərinə əl qoydu. 1921-ci ildə Parisdə öz xatirələrini "Autour des trônes que j'ai vu tomber" ("Düşdüyünü gördüyüm taxtların ətrafında") başlığı ilə nəşr etdirdi. Həmin ilin ortalarında keçmiş əri vəfat etdi və Luiza yenə mirasdan məhrum edildi. Belçika hökuməti tərəfindən Persona non grata elan edilən Luiza qalan həyatını Visbadendə yaşadı. 1 mart 1924-cü ildə yaşadığı evdə ölü olaraq tapıldı və 3 gün sonra keçirilən sadə cənazə mərasiminin ardından Visbadendəki cənub məzarlığına dəfn olundu. Belçika monarx ailəsindən heç kim mərasimdə iştirak etməsə də, bir ay boyunca sarayda yas tutuldu.
Övladları
Qalereya
Mənbə
- Dan Jacobson (2005). All for Love. London: Hamish Hamilton. ()
- Ouvrage collectif (2003). Louise et Stephanie de Belgique. Brussels: Le Cri. ()
- Kerckvoorde, Mia (2001). Marie-Henriette: une amazone face à un géant (in French). Translated by Marie Hooghe. Brussels: Racine.
- Enache, Nicolas (1999). La descendance de Marie-Thérèse de Habsburg (in French). Paris: Éditions L'intermédiaire des chercheurs et curieux.
- Damien Bilteryst (2013). Le prince Baudouin: Frère du Roi-Chevalier (in French). Brussels: Éditions Racine. pp. 255–258.
- Defrance, Olivier (2007). La Médicis des Cobourg: Clémentine d'Orléans (in French). Brussels: Racine.
- Defrance, Olivier (2001). Louise de Saxe-Cobourg: Amours, argent, procès (in French). Brussels: Racine.
- de Belgique, Louise (2003). Autour des trônes que j'ai vu tomber: Mémoires des filles de Léopold II (in French). Brussels: Le Cri – Preface by Georges-Henri Dumont.
- de Belgique, Louise (1921). Autour des trônes que j'ai vu tomber (in French). Paris: Albin Michel.
- Damien Bilteryst (2013). Le prince Baudouin: Frère du Roi-Chevalier (in French). Brussels: Éditions Racine. p. 27.
- Barbara Emerson (1979). Leopold II of the Belgians: King of colonialism. Weidenfeld and Nicolson.
- Louise, Princess of Belgium, 1858-1924. (2013). Autour Des Trones Qu J'Ai Vu Tomber (in French). HardPress Publishing.
İstinadlar
- Lundy D. R. Louise Marie Amélie de Belgique, Princesse de Belgique // The Peerage (ing.).
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Belcikali Luiza Mariya Amaliya fr Louise Marie Amelie de Belgique 18 fevral 1858 Brussel 1 mart 1924 Visbaden Prussiya d Belcika krali II Leopoldun qizi Saksen Koburq Qota sahzadesi Belcikali LuizaSexsi melumatlarDogum tarixi 18 fevral 1858 1858 02 18 Dogum yeri Brussel BelcikaVefat tarixi 1 mart 1924 1924 03 01 66 yasinda Vefat yeri Visbaden Prussiya d Almaniya Reyxi d Defn yeri Cenub Veysbaden qebiristanligi d Fealiyyeti esilzadeAtasi II LeopoldAnasi Marie Henriette of Austria Vikianbarda elaqeli mediafayllarHeyatiIlk illeri 18 fevral 1858 ci ilde Brusselde dunyaya geldi Atasi Belcika krali I Leopoldun oglu ve varisi Brabant hersoqu Sahzade Leopold anasi ise onun xanimi Avstriyali Mariya Henrettadir Babasinin seltenetinde dunyaya geldi ve 28 martda veftiz edildi Veftiz anasi atasinin nenesi Siciliyali Mariya Amaliya veftiz atasi ise anasinin emisi Avstriyali Iohann oldu Cutluyun en boyuk ovladi idi ve ozunden sonra bir qardasi ve 2 bacisi daha dunyaya geldi 1865 ci ilde babasinin olumu ve atasi II Leopoldun taxta cixmasiyla heyati deyisdi Onun telim terbiyesile mesgul olan xususi murebbiyelerin yerini saray memurlari aldi ve daha sert nezaret altinda yasamaga basladi Qapali saray heyati boyunca yalniz qohumu olan bezi monarx ailelerinin ovladlariyla munasibet saxlaya bildi Bunlar arasinda Kralica Viktoriyanin en kicik qizi Beatris ve gelecekde Ispaniya kralicasi olan xalasi qizi Mariya Kristina vardi 6 yasindan etibaren fransizca ingilisce almanca ve italyanca dilleriyle yanasi riyaziyyat tarix din ve musiqi dersleri almaga basladi Ancaq 1869 cu ilde yegane qardasi Sahzade Leopoldun vefatiyla atasi yegane ogul varisini itirdi ve emisi Flandriya qrafi Sahzade Filipp Belcika seltenetinin yeni varisi elan olundu Evliliyi Hele 14 yasinda iken evlenmesi ucun 2 namized ireli suruldu Bunlar Hohensollernli Fridrix emisinin qayni idi ve atalari emioglu idi idi Bunlardan ikincisi 1873 cu ilde anasi yla birlikde Ostende gelerek Belcika kral ve kralicasini ziyaret etdi ve evlilik teklifini tekrarladi Cutluk hem ata hem de ana seceresinden qohum idi Bele ki atalari emioglu idi in anasi ise gelinin nenesi ve ilk Belcika kralicasi Orleanli Luizanin bacisi idi 25 mart 1874 cu ilde kecirilen nisan merasiminin ardindan gelinin heddi buluga catmasi ve papadan gelecek icazeni gozlemek meqsedile bir il gozlenildi Nehayet cutluk 4 fevral 1875 ci ilde Brusseldeki kral sarayinda evlendiler Merasimin ardindan Vyanadaki Koburq sarayini Qota ve Drezden saraylarini ziyaret eden cutluk Praqa ve Budapeste seyahet etdi Aralarindaki 14 yas ferq sebebile tez tez mubahise eden cutluyun bu nigahdan 2 ovladi dunyaya geldi Vyana sarayindaki en yaxin dostu ise imperator I Frans Iosifin oglu oldu ve onun bacisi Stefaniya ile evlenmesinde vasiteci oldu 10 may 1881 ci ilde bas tutan toy merasiminin ardindan bacisi Stefaniya da onunla birlikde Vyana sarayinda yasamaga basladi 1883 cu ilde erinin xidmetinde olan baron Daniel Ablanqla munasibet yasamaga baslayan Luiza anasinin etirazlarina baxmayaraq bu munasibetlerini baronun 1888 ci ildeki olumunedek davam etdirdi Ardindan ise macar aristokratlarindan baron Nikolas Xobahazla esq yasamaga basladi Ustelik baron Luiza ve erinin qatildigi xarici seferlerde de istirak edirdi Luizanin anasi Mariya Henrettanin seyleri neticesinde baron Nikolas Xobahaz 1893 cu ilde evlendi ve Luiza ile olan munasibetleri bitdi 1894 cu ilde eri le birlikde Misire seyahet eden Luiza ertesi il Vyanada ozunden 9 yas kicik xorvat esilli herbici qraf Qeza Mattaxikle esq yasamaga basladi Ustelik bu defeki munasibeti imperator I Frans Iosife bildirilmisdi ve belelikle bu skandal qisa zamanda butun Avropada yayildi Atasi II Leopold Vyana sarayinda olan qizi Stefaniyaya yazdigi mektubla onun bacisi Luiza ile gorusmesini qadagan etdi Butun bunlarin ardindan eri oz serefini qorumaq meqsedile 18 fevral 1898 ci ilde qraf Mattaxiki duollaya cagirdi ancaq bu duelloda meglub oldu O esnada Luiza qizi Doroteyani da yanina alaraq Nitsaya qacdi Cixan catismanin ardindan qraf Nitsada olan Luizanin yanina geldi Ancaq in seyleriyle qizi Doroteya anasindan alinaraq Drezdene getirildi Ustelik Luizanin kulli miqdarda olan alis veris borclarini qarsilamaqdan imtina ederek bu barede qaynatasi olan Belcika krali II Leopolda xeber gonderdi Ancaq onun bu teklifi geri cevrildi Nehayet xaniminin deli oldugunu elan ederek onun Vyana yaxinligindaki Doblinqde bir xestexanaya qapadilmasina nail oldu Sevgilisi qraf Mattaxik ise ele kecirildi ve Zaqrebdeki herbi kazarmaya hebs olundu Ancaq cox kecmeden onun olkeden gonderilmesine qerar verildi ve Luiza 17 iyun 1899 cu ilde Saksoniyadaki bir diger sanatoriyaya gonderildi Sevgilisi qraf Mattaxik ise 27 avqust 1902 ci ilde bagislanaraq azadliga buraxildi Azadliga cixmasinin ardindan qraf Mattaxik sevgilisi Luizanin hebs olundugu sanatoriyadan cixarilmasi ucun fealiyyete basladi 1904 cu ilin yanvarinda oz xatirelerini Mad by Reason of State Dovletin sebeb oldugu Deli adi altinda Leypsiqde nesr etdirdi Onun bu seyleri neticesinde Luiza 31 avqust 1904 cu ilde tutuldugu sanatoriyadan Fransaya qacirildi ve ertesi il burada aparilan elmi tedqiqatlarin ardindan deli olmadigi isbatlandi Nehayet cutluk 15 yanvar 1906 ci ilde bosandiqlarini elan etdiler Luks heyat terzine alisan Luiza qisa zamanda yeniden kulli miqdarda borclandi ve borc sahiblerinden qacmaq ucun sevgilisi qraf Mattaxikle birlikde butun Avropani dolasdi Anasi Mariya Henrettanin olumunden sonra ona vesiyyet olunan bir cox zinyet esyasi borc sahibleri terefinden satisa cixarildi ve Luizanin Vyanadaki geyimleri auksionda satildi Sonraki illeri Atasinin 1909 cu ilde olumunden sonra Luiza vesiyyetden yararlanmaq ucun Belcikaya qayitdi Ancaq II Leopold butun sexsi xezinesini son illerini yasadigi mesuqesi Karolina Lakroks ve ondan dogulan 2 ovladina elece de bezi dovlet qurumlarina vesiyyet etmisdi Bacilariyla birlikde hokumete yazdiqlari erizeyle buna etiraz eden Luiza bacilarinin mueyyen mebleg qarsiliginda bunu qebul etmelerinin ardindan 1910 cu ilin dekabrinda Belcika hokumetini beynelxalq mehkemeye verdi Uzun iller davam eden mehkeme cekismeleri tereflerin 22 yanvar 1914 cu ilde uzlasmasi ile neticelendi Uzlasma neticesinde atasinin mirasindan yalniz 5 milyon frank almasi qerarlasdirildi 1914 cu ilde Birinci Dunya Muharibesi basladigi esnada Luiza ve sevgilisi qraf Mattaxik Vyanadaki bir otelde yasamaqda davam edirdiler Muharibenin baslamasinin ardindan cutluyun derhal olkeni terk etmeleri teleb olundu Qisa zamanda cutluk Munxene geldi ve bir muddet burada yasadi O esnada illerdir ondan imtina eden yegane oglu Leopold Klementin mesuqesi terefinden qetle yetirilmesi xeberini aldi Sevgilisi qraf Mattaxik eslen xorvat idi ve bu sebeble 25 avqust 1916 ci ilde hokumete qarsi xeyanetle teqsirlendirilerek Avstriya hokumeti terefinden hebs olundu Ardindan daha da muflislesen Luiza bacisi Stefaniya ve qizi Doroteyanin yardimlariyla yasamaga davam etdi Bir muddet Budapestde yasayan Luiza 1919 cu ilin aprelinde Macaristan Sovet hokumeti terefinden olkeden qovuldu ve Vyanaya qayitdi Muharibenin ardindan isgaldan azad olunan Belcika hokumeti Luizanin butun sexsi mulklerine el qoydu 1921 ci ilde Parisde oz xatirelerini Autour des trones que j ai vu tomber Dusduyunu gorduyum taxtlarin etrafinda basligi ile nesr etdirdi Hemin ilin ortalarinda kecmis eri vefat etdi ve Luiza yene mirasdan mehrum edildi Belcika hokumeti terefinden Persona non grata elan edilen Luiza qalan heyatini Visbadende yasadi 1 mart 1924 cu ilde yasadigi evde olu olaraq tapildi ve 3 gun sonra kecirilen sade cenaze merasiminin ardindan Visbadendeki cenub mezarligina defn olundu Belcika monarx ailesinden hec kim merasimde istirak etmese de bir ay boyunca sarayda yas tutuldu OvladlariSahzade Leopold Klement 19 iyul 1878 27 aprel 1916 hec vaxt evlenmedi ve ovladi olmadi Mesuqesi terefinden qetle yetirildi Sahzade Doroteya 30 aprel 1881 21 yanvar 1967 Slezviq Holsteyn hersoqu II Ernst Gunterle evlendi Ovladi olmadi QalereyaValideynleri Sahzade Leopold ve Mariya Henretta qardasi Sahzade Leopoldla birlikde 1862 ci il Anasi Belcika kralicasi Mariya Henretta ile 1863 cu il Heyat yoldasi le 1875 ci il Heyat yoldasi ve oglu Leopold Klementle 1878 ci il Xorvat esilli sevgilisi qraf Qeza Mattaxik Belcikali Luiza 1900 cu il Sahzade Luizanin mezardasi Cenub Visbaden mezarligiMenbeDan Jacobson 2005 All for Love London Hamish Hamilton ISBN 0241142733 Ouvrage collectif 2003 Louise et Stephanie de Belgique Brussels Le Cri ISBN 2 87106 324 9 Kerckvoorde Mia 2001 Marie Henriette une amazone face a un geant in French Translated by Marie Hooghe Brussels Racine ISBN 2 87386 261 0 Enache Nicolas 1999 La descendance de Marie Therese de Habsburg in French Paris Editions L intermediaire des chercheurs et curieux ISBN 978 2 908003 04 8 Damien Bilteryst 2013 Le prince Baudouin Frere du Roi Chevalier in French Brussels Editions Racine pp 255 258 ISBN 978 2 87386 847 5 Defrance Olivier 2007 La Medicis des Cobourg Clementine d Orleans in French Brussels Racine ISBN 978 2 87386 486 6 Defrance Olivier 2001 Louise de Saxe Cobourg Amours argent proces in French Brussels Racine ISBN 978 2 87386 230 5 de Belgique Louise 2003 Autour des trones que j ai vu tomber Memoires des filles de Leopold II in French Brussels Le Cri Preface by Georges Henri Dumont ISBN 978 2 87106 324 7 de Belgique Louise 1921 Autour des trones que j ai vu tomber in French Paris Albin Michel ISBN 978 2 87106 192 2 Damien Bilteryst 2013 Le prince Baudouin Frere du Roi Chevalier in French Brussels Editions Racine p 27 ISBN 978 2 87386 847 5 Barbara Emerson 1979 Leopold II of the Belgians King of colonialism Weidenfeld and Nicolson ISBN 978 0297775690 Louise Princess of Belgium 1858 1924 2013 Autour Des Trones Qu J Ai Vu Tomber in French HardPress Publishing ISBN 978 1314131451IstinadlarLundy D R Louise Marie Amelie de Belgique Princesse de Belgique The Peerage ing