I Leopold (fr. Léopold Ier; alm. Leopold I) və ya Saksen-Koburq-Zaalfeldli Leopold Corc Kristian Fridrix (fr. Léopold Georges Chrétien Frédéric de Saxe-Cobourg-Saalfeld; alm. Leopold Georg Christian Friedrich von Sachsen-Coburg-Saalfeld) (16 dekabr 1790[…], Koburq – 10 dekabr 1865[…], Laken[d], Brüssel) — ilk Belçika kralı.
I Leopold | |
---|---|
alm. Leopold Georg Christian Friedrich von Sachsen-Coburg-Saalfeld | |
21 iyul 1831 – 10 dekabr 1865 | |
Əvvəlki | - |
Sonrakı | II Leopold |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 dekabr 1790[…] |
Doğum yeri | |
Vəfat tarixi | 10 dekabr 1865[…](74 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, əsilzadə |
Həyat yoldaşları |
|
Uşaqları | |
Ailəsi | Saksen-Koburq-Qot sülaləsi |
Dini | lüteranlıq |
Hərbi xidmət | |
Mənsubiyyəti | Rusiya imperiyası, Saksen-Koburq-Qota, Belçika, Böyük Britaniya və İrlandiya Birləşmiş Krallığı |
Qoşun növü | Belçika Silahlı Qüvvələri, Britaniya Ordusu[d] |
Döyüşlər | |
Rütbəsi | feldmarşal[d], general-leytenant |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Saksen-Koburq-Zaalfeld hersoqu Fransiskin ən kiçik oğlu olan Leopold Rusiya imperiya ordusunda xidmət etdi və Napoleon müharibələrində Saksen-Koburqu işğal edən fransız qüvvələrinə qarşı döyüşdü. Napoleon Bonapartın məğlubiyyətinin ardından Leopol Birləşmiş Krallığa yollandı və burada 1816-cı ildə naib Şahzadə Corcun qızı Uelsli Şarlotta ilə evləndi. İlk evliliyində xoşbəxt olsa da, çox keçmədən xanımı doğuş əsnasında vəfat etdi. Buna baxmayaraq Leopold Birləşmiş Krallıqdakı nüfuzunu itirmədi.
Yunanıstan İstiqlaliyyət Müharibəsinin (1821-1830) ardından toplanan Birinci London konfransında Yunanıstan taxt-tacı Leopolda təklif edilsə də, bölgədəki qeyri-sabitlik səbəbilə bu təklifi qəbul etmədi. Bunun yerinə həmin il müstəqilliyini qazanan bir digər taxt-tac - Belçika səltənətində haqq iddia etdi və 21 iyul 1831-ci ildə keçirilən and içmə mərasiminin ardından ilk Belçika kralı seçildi. Ertəsi il Orleanlı Luiza ilə evlənən I Leopoldun bu nigahdan 4 övladı doğuldu. Üstəlik kralın məşuqəsindən də nigahdan kənar 2 oğlu dünyaya gəldi. Onun səltənəti hollandların Belçikanı yenidən işğal etmə cəhdləri və katolik-protestant sürtüşmələri ilə xarakterizə olunur. Protestant olan I Leopold, 1835-ci ildə Belçikadakı ilk dəmiryolu xəttinin çəkilməsini dəstəkləyərək iqtisadi modernizasiyanı və sənaye inqilabına təkan verdi. Belçika Konstitusiyasında qeyri-müəyyənlikdən istifadə edərək monarxın səlahiyyətlərini olduqca genişləndirsə də, 1848-ci il inqilablarının ölkənin siyasi həyatını dəyişdirməsinə imkan vermədi. 1865-ci ildə vəfat etdi və ölümünün ardından oğlu II Leopold taxta çıxdı.
Həyatı
Hərbi karyerası
16 dekabr 1790-cı ildə Saksen-Koburq-Zaalfeld hersoqluğundakı (indiki Bavariya) Koburq şəhərində dünyaya gəldi. Atası Saksen-Koburq-Zaalfeld hersoqu Fransisk, anası isə Ebersdoflu Avqustadır. Hələ 6 yaşında ikən, 1797-ci ildə Rusiya imperiya ordusundakı İsmayılovski alayında fəxri polkovnik ünvanıyla hərbi təhsilinə başladı və 6 illik təhsilin ardından general-mayor rütbəsinə yüksəldi. Napoleon müharibələri əsnasında 1806-cı ildə fransızların Saksen-Koburqu işğal etməsinin ardından Leopold Parisə aparıldı və burada bir müddət Napoleon Bonapartın sarayında saxlanıldı. Burada yavərlik təklif edilsə də, o bunu qəbul etmədi və qısa zaman sonra o əsnada Fransa ilə müharibə vəziyyətində olan Rusiya imperiya ordusundakı xidmətinə geri döndü. Napoleon Bonaparta qarşı aparılan hərbi yürüşə qatılan Leopold kirasir adlanan ağır süvari birliklərinin başında Kulm döyüşündə özünü göstərdi. Napoleon Bonapartın məğlub edildiyi 1815-ci ildə o, hələ 25 yaşında ikən artıq general-leytenant rütbəsinə yüksəlmişdi.
Taxt-tac namizədliyi
1816-cı ilin martında Birləşmiş Krallıq vətəndaşlığını qəbul etdi və 2 may 1816-cı ildə Londonda Uelsli Şarlotta ilə evləndi. Şarlotta naib Şahzadə Corcun yeganə rəsmi övladı idi və bu səbəblə Birləşmiş Krallığın taxt sıralamasında ikinci yeri tuturdu. Cütlüyün evlənməsinin ardından Leopold feldmarşal ünvanı aldı və Bant ordeni ilə mükafatlandırıldı. Cütlük bu evliliyində xoşbəxt olsa da, çox keçmədən 5 noyabr 1817-ci ildə xanımı Şarlotta ölü bir oğlan uşağı dünyaya gətirdi və ertəsi gün özü də vəfat etdi. Leopoldun xanımının ölümündən məyus olduğu bilinir. Qızının ölümündən sonra varissiz qalan Şahzadə Corc isə taxt-tacın öz şəcərəsindən davam etməsi niyyətiylə Leopoldun nüfuzuna toxunmadı və 6 aprel 1818-ci ildə ona Əlahəzrət ünvanı verdi. 1828-1829-cu illərdə alman əsilli aktrisa Karolina Bauer ilə qeyri-rəsmi münasibət saxlayan Leopold onu və anasını Londona gətirdi. Ancaq 1829-cu ilin ortalarında bu münasibət sonlandı və məşuqəsiylə anasını yenidən Berlinə göndərdi. Aktrisanın ölümündən sonra nəşr olunan xatirələrində ikisi arasında qeyri-rəsmi nigah olduğu qeyd edilsə də, belə bir nigah barədə heç bir sübut tapılmadı.
Osmanlı imperiyasına qarşı olan Yunanıstan İstiqlaliyyət Müharibəsinin ardından toplanan Birinci London konfransında Yunanıstan taxt-tacı Leopolda təklif edilsə də, bölgədəki qeyri-sabitlik səbəbilə 17 may 1830-cu ildə bu təklifi geri çevirdi.
Səltənət illəri
Həmin ilin avqustunda Birləşmiş Niderland Krallığının cənub bölgəsindəki holland idarəçiliyinə qarşı Brüsseldə üsyan başladı və üsyançılar 20 dekabr 1830-cu ildə toplanan İkinci London konfransına nümayəndə göndərərək yeni bir dövlət qurmaq niyyətlərini bildirdilər. Bölgədəki holland idarəçiləri qovuldu və baron Erasme-Lui naib olaraq bölgəni müvəqqəti olaraq idarə etməyə başladı. Ancaq ən mühüm problem yeni yaradılacaq bu dövlətin başına kimin gətiriləcəyi idi. Yerli əhali holland və ya fransız mənşəli birinin kral olmasına qarşı idilər. Nəhayət uzun müzakirələrin ardından 22 aprel 1831-ci ildə Belçika taxt-tacı Leopolda təklif olundu. İlk addımda bu təklifi qəbul etməyən Leopold 17 iyulda Kaledən Belçikaya gəldi və Brüsselə doğru səyahətə çıxdı. Keçdiyi şəhərlərdə təntənəli olaraq qarşılandı və 21 iyul 1831-ci ildə Brüsseldəki kral sarayında keçirilən mərasimlə kral seçildi. Həmin gün Belçikada milli bayram olaraq qeyd olunur.
I Leopoldun taxta çıxmasından 12 gün sonra 2 avqustda hollandlar Belçikaya müharibəyə elan etdi. Kiçik Belçika ordusu cəbhə boyunca geri çəkilməyə məcbur oldu. 8 il boyunca davam edən bu hərbi münaqişə fransızların dəstəyi ilə Belçikanın qələbəsi və 1839-cu ilin aprelində hollandların Belçikanın müstəqilliyini tanıması ilə nəticələndi.
Dövlət idarəsini ümumilikdə məclisə verən I Leopold, Belçika Konstitusiyasında qeyri-müəyyənlikdən istifadə edərək monarxın səlahiyyətlərini olduqca genişləndirdi. Hollandlarla aparılan hərbi münaqişə səbəbilə bütün iqtisadi və ticarət əlaqələri kəsilən Belçika, ard-arda gələn quraqlıq illəri səbəbilə yoxsulluq çəkməyə başladı. Sənaye inqilabını dəstəkləmək məqsədilə Belçikadakı ilk dəmir yollu xətti olan Brüssel-Meşelin dəmiryolu xətti 1835-ci ildə fəaliyyətə başladı. Bu isə Avropadakı ilk dəmiryolu xətlərindən biri hesab olunur. Nəticədə yaranan iqtisadi böhran 1850-ci ilədək davam etdi. Digər yandan ölkədəki katolik və liberallar arasındakı siyasi mübarizə ən pik həddinə çatdı. 1846-cı ildə liberalların siyasi partiya olaraq fəaliyyətə keçməsiylə bu mübarizə daha da qızışdı.
1848-ci il inqilabları qonşu ölkələrdən fərqli olaraq Belçikada çox dəyişikliyə səbəb olmadı. Fransa inqilabının ardından Parisdə yaşayan Belçikalı işçi miqrantların ölkəyə qayıtması və burada da monarxiyanı devirərək respublika qurmaq arzusu ölkədə qısamüddətli vətəndaş müharibəsinə səbəb oldu. Mart ayında çıxan silahlı çatışmalarda 7 nəfər miqrant öldürüldü, çoxlu sayıda miqrant isə həbs olundu. Ölkəyə qayıdan miqrantlar sərhəddə saxlanılaraq tərk-silah edildilər. Bütün bu hadisələr əsnasında I Leopold, xalqının gələcəyi üçün taxtdan çəkilməyi belə təklif etdi. Ancaq həmin ilki məhsul bolluğu və bu səbəblə əldə olunan iqtisadi rifah əhalinin çatışmalardan soyumasına səbəb oldu və dövlətə olan etimadını artırdı.
Siyasi arenadakı tərəfsizliyi və Avropanın bir çox monarx ailəsiylə olan qohumluq əlaqələri səbəbilə, siyasi vasitəçi rolu oynamağa başlayan I Leopold, əsasən Birləşmiş Krallıq və III Napoleon arasındakı münasibətlərin yaxşılaşmasında mühüm rol oynadı. Belə ki, Birləşmiş Krallığın imperatriçası Kraliça Viktoriya onun bacısı qızı idi və onun digər qardaşı oğlu Şahzadə Albertlə olan evliliyi I Leopold tərəfindən təşkil olunmuşdu. Bu isə I Leopoldun ilk evlilik planı deyildi. Bundan başqa o, qardaşı oğlu ın Portuqaliya kraliçası ilə evlənməsini də tərtibləmişdi.
Ölümü
I Leopold 10 dekabr 1865-ci ildə Brüsseldəki Laykendə vəfat etdi. Cənazə mərasimi isə bir həftə sonra - 16 dekabrdakı doğum günündə keçirildi. Mərasimin ardından cənazə Layken yaxınlığındakı monarxial məzarlığa - ikinci xanımı Orleanlı Luizanın yanına dəfn olundu. Yerinə isə 30 yaşlı oğlu II Leopold Belçika taxt-tacına sahibləndi.
Ailəsi
İlk evliliyi 2 may 1816-cı ildə Londonda naib Şahzadə Corcun yeganə övladı Uelsli Şarlotta ilə baş tutdu. Ancaq cütlüyün ölü doğulan bir oğlan uşağından başqa övladı olmadı.
İkinci evliliyi isə 9 avqust 1832-ci ildə Fransa kralı I Lui-Filippin qızı Orleanlı Luiza ilə baş tutdu və cütlüyün bu nigahdan 4 övladı doğuldu.
- Lui-Filipp (24 iyul 1833 - 16 may 1834)
- II Leopold
- Filipp, Flandriya qrafı
- Şarlotta,
Bundan başqa onun Arkadiye Meyer adlı məşuqəsindən 2 nigahdna kənar oğlu daha vardı. Hər iki oğlu da 1862-ci ildə qardaşı II Ernest tərəfindən qraf ünvanı aldı
Mənbə
- Ascherson, Neal (1999). The King Incorporated: Leopold the Second and the Congo (New ed.). London: Granta.
- Christopoulos, Georgios A. & Bastias, Ioannis K., eds. (1975). Ιστορία του Ελληνικού Έθνους, Τόμος ΙΒ΄: Η Ελληνική Επανάσταση (1821 - 1832) [History of the Greek Nation, Volume XII: The Greek Revolution (1821 - 1832)] (in Greek). Athens: Ekdotiki Athinon.
- Wolmar, Christian (2010). Blood, Iron & Gold: How the Railways transformed the World. London: Grove Atlantic.
- The Lost Queen: The Life and Tragedy of the Prince Regent's Daughter. Pen and Sword History. 2020.
- Beaton, Rodrick (2019). Greece: Biography of a Modern Nation. Allen Lane. p. 111.
- Eric Van Hooydonk (2006). "Chapter 15". In Aldo E. Chircop; O. Lindén (eds.). Places of Refuge: The Belgian Experience. Leiden: Martinus Nijhoff. p. 417.
- Witte, Els; Craeybeckx, Jan; Meynen, Alain (2009). Political History of Belgium from 1830 Onwards (New ed.). Brussels: ASP. p. 25
- Anckaer, Jan (2014). "Dangerous Opportunities? Reassessing Belgian Neutrality during the Crimean War (1853–1856)". Journal of Belgian History XLIV. 4: 70
- Anckaer, Jan (2013). "3". Small power diplomacy and commerce. Belgium and the Ottoman Empire during the reign of Leopold I, 1831–1865. Istanbul: The Isis Press.
İstinadlar
- Leopold I // Encyclopædia Britannica (ing.).
- Lundy D. R. Leopold I Georg Christian Friedrich, Roi des Belges // The Peerage (ing.).
- Kindred Britain.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
I Leopold fr Leopold Ier alm Leopold I ve ya Saksen Koburq Zaalfeldli Leopold Corc Kristian Fridrix fr Leopold Georges Chretien Frederic de Saxe Cobourg Saalfeld alm Leopold Georg Christian Friedrich von Sachsen Coburg Saalfeld 16 dekabr 1790 Koburq 10 dekabr 1865 Laken d Brussel ilk Belcika krali I Leopoldalm Leopold Georg Christian Friedrich von Sachsen Coburg Saalfeld I Belcika krali21 iyul 1831 10 dekabr 1865Evvelki SonrakiII LeopoldSexsi melumatlarDogum tarixi 16 dekabr 1790 1790 12 16 Dogum yeri KoburqVefat tarixi 10 dekabr 1865 1865 12 10 74 yasinda Vefat yeri Laken d BrusselFealiyyeti siyasetci herbi qulluqcu esilzadeHeyat yoldaslari Princess Charlotte Augusta of Wales 1816 1817 Louise of Orleans 1832 1850 Usaqlari II Leopold Prince Philippe Count of Flanders Charlotte of BelgiumAilesi Saksen Koburq Qot sulalesiDini luteranliqHerbi xidmetMensubiyyeti Rusiya imperiyasi Saksen Koburq Qota Belcika Boyuk Britaniya ve Irlandiya Birlesmis KralligiQosun novu Belcika Silahli Quvveleri Britaniya Ordusu d Doyusler Napoleon muharibeleriRutbesi feldmarsal d general leytenant Vikianbarda elaqeli mediafayllar Saksen Koburq Zaalfeld hersoqu Fransiskin en kicik oglu olan Leopold Rusiya imperiya ordusunda xidmet etdi ve Napoleon muharibelerinde Saksen Koburqu isgal eden fransiz quvvelerine qarsi doyusdu Napoleon Bonapartin meglubiyyetinin ardindan Leopol Birlesmis Kralliga yollandi ve burada 1816 ci ilde naib Sahzade Corcun qizi Uelsli Sarlotta ile evlendi Ilk evliliyinde xosbext olsa da cox kecmeden xanimi dogus esnasinda vefat etdi Buna baxmayaraq Leopold Birlesmis Kralliqdaki nufuzunu itirmedi Yunanistan Istiqlaliyyet Muharibesinin 1821 1830 ardindan toplanan Birinci London konfransinda Yunanistan taxt taci Leopolda teklif edilse de bolgedeki qeyri sabitlik sebebile bu teklifi qebul etmedi Bunun yerine hemin il musteqilliyini qazanan bir diger taxt tac Belcika seltenetinde haqq iddia etdi ve 21 iyul 1831 ci ilde kecirilen and icme merasiminin ardindan ilk Belcika krali secildi Ertesi il Orleanli Luiza ile evlenen I Leopoldun bu nigahdan 4 ovladi doguldu Ustelik kralin mesuqesinden de nigahdan kenar 2 oglu dunyaya geldi Onun selteneti hollandlarin Belcikani yeniden isgal etme cehdleri ve katolik protestant surtusmeleri ile xarakterize olunur Protestant olan I Leopold 1835 ci ilde Belcikadaki ilk demiryolu xettinin cekilmesini destekleyerek iqtisadi modernizasiyani ve senaye inqilabina tekan verdi Belcika Konstitusiyasinda qeyri mueyyenlikden istifade ederek monarxin selahiyyetlerini olduqca genislendirse de 1848 ci il inqilablarinin olkenin siyasi heyatini deyisdirmesine imkan vermedi 1865 ci ilde vefat etdi ve olumunun ardindan oglu II Leopold taxta cixdi HeyatiHerbi karyerasi 16 dekabr 1790 ci ilde Saksen Koburq Zaalfeld hersoqlugundaki indiki Bavariya Koburq seherinde dunyaya geldi Atasi Saksen Koburq Zaalfeld hersoqu Fransisk anasi ise Ebersdoflu Avqustadir Hele 6 yasinda iken 1797 ci ilde Rusiya imperiya ordusundaki Ismayilovski alayinda fexri polkovnik unvaniyla herbi tehsiline basladi ve 6 illik tehsilin ardindan general mayor rutbesine yukseldi Napoleon muharibeleri esnasinda 1806 ci ilde fransizlarin Saksen Koburqu isgal etmesinin ardindan Leopold Parise aparildi ve burada bir muddet Napoleon Bonapartin sarayinda saxlanildi Burada yaverlik teklif edilse de o bunu qebul etmedi ve qisa zaman sonra o esnada Fransa ile muharibe veziyyetinde olan Rusiya imperiya ordusundaki xidmetine geri dondu Napoleon Bonaparta qarsi aparilan herbi yuruse qatilan Leopold kirasir adlanan agir suvari birliklerinin basinda Kulm doyusunde ozunu gosterdi Napoleon Bonapartin meglub edildiyi 1815 ci ilde o hele 25 yasinda iken artiq general leytenant rutbesine yukselmisdi Taxt tac namizedliyi 1816 ci ilin martinda Birlesmis Kralliq vetendasligini qebul etdi ve 2 may 1816 ci ilde Londonda Uelsli Sarlotta ile evlendi Sarlotta naib Sahzade Corcun yegane resmi ovladi idi ve bu sebeble Birlesmis Kralligin taxt siralamasinda ikinci yeri tuturdu Cutluyun evlenmesinin ardindan Leopold feldmarsal unvani aldi ve Bant ordeni ile mukafatlandirildi Cutluk bu evliliyinde xosbext olsa da cox kecmeden 5 noyabr 1817 ci ilde xanimi Sarlotta olu bir oglan usagi dunyaya getirdi ve ertesi gun ozu de vefat etdi Leopoldun xaniminin olumunden meyus oldugu bilinir Qizinin olumunden sonra varissiz qalan Sahzade Corc ise taxt tacin oz seceresinden davam etmesi niyyetiyle Leopoldun nufuzuna toxunmadi ve 6 aprel 1818 ci ilde ona Elahezret unvani verdi 1828 1829 cu illerde alman esilli aktrisa Karolina Bauer ile qeyri resmi munasibet saxlayan Leopold onu ve anasini Londona getirdi Ancaq 1829 cu ilin ortalarinda bu munasibet sonlandi ve mesuqesiyle anasini yeniden Berline gonderdi Aktrisanin olumunden sonra nesr olunan xatirelerinde ikisi arasinda qeyri resmi nigah oldugu qeyd edilse de bele bir nigah barede hec bir subut tapilmadi Osmanli imperiyasina qarsi olan Yunanistan Istiqlaliyyet Muharibesinin ardindan toplanan Birinci London konfransinda Yunanistan taxt taci Leopolda teklif edilse de bolgedeki qeyri sabitlik sebebile 17 may 1830 cu ilde bu teklifi geri cevirdi Seltenet illeri Hemin ilin avqustunda Birlesmis Niderland Kralliginin cenub bolgesindeki holland idareciliyine qarsi Brusselde usyan basladi ve usyancilar 20 dekabr 1830 cu ilde toplanan Ikinci London konfransina numayende gondererek yeni bir dovlet qurmaq niyyetlerini bildirdiler Bolgedeki holland idarecileri qovuldu ve baron Erasme Lui naib olaraq bolgeni muveqqeti olaraq idare etmeye basladi Ancaq en muhum problem yeni yaradilacaq bu dovletin basina kimin getirileceyi idi Yerli ehali holland ve ya fransiz menseli birinin kral olmasina qarsi idiler Nehayet uzun muzakirelerin ardindan 22 aprel 1831 ci ilde Belcika taxt taci Leopolda teklif olundu Ilk addimda bu teklifi qebul etmeyen Leopold 17 iyulda Kaleden Belcikaya geldi ve Brussele dogru seyahete cixdi Kecdiyi seherlerde tenteneli olaraq qarsilandi ve 21 iyul 1831 ci ilde Brusseldeki kral sarayinda kecirilen merasimle kral secildi Hemin gun Belcikada milli bayram olaraq qeyd olunur I Leopold ve monarxial qohumlari soldan saga oglu Filipp qardasi oglu Sahzade Albert onun qizi Sahzade Alis qardasi nevesi bacisi qizi Kralica Viktoriya onun oglu Sahzade Eduard ve ozu I Leopoldun taxta cixmasindan 12 gun sonra 2 avqustda hollandlar Belcikaya muharibeye elan etdi Kicik Belcika ordusu cebhe boyunca geri cekilmeye mecbur oldu 8 il boyunca davam eden bu herbi munaqise fransizlarin desteyi ile Belcikanin qelebesi ve 1839 cu ilin aprelinde hollandlarin Belcikanin musteqilliyini tanimasi ile neticelendi Dovlet idaresini umumilikde meclise veren I Leopold Belcika Konstitusiyasinda qeyri mueyyenlikden istifade ederek monarxin selahiyyetlerini olduqca genislendirdi Hollandlarla aparilan herbi munaqise sebebile butun iqtisadi ve ticaret elaqeleri kesilen Belcika ard arda gelen quraqliq illeri sebebile yoxsulluq cekmeye basladi Senaye inqilabini desteklemek meqsedile Belcikadaki ilk demir yollu xetti olan Brussel Meselin demiryolu xetti 1835 ci ilde fealiyyete basladi Bu ise Avropadaki ilk demiryolu xetlerinden biri hesab olunur Neticede yaranan iqtisadi bohran 1850 ci iledek davam etdi Diger yandan olkedeki katolik ve liberallar arasindaki siyasi mubarize en pik heddine catdi 1846 ci ilde liberallarin siyasi partiya olaraq fealiyyete kecmesiyle bu mubarize daha da qizisdi 1848 ci il inqilablari qonsu olkelerden ferqli olaraq Belcikada cox deyisikliye sebeb olmadi Fransa inqilabinin ardindan Parisde yasayan Belcikali isci miqrantlarin olkeye qayitmasi ve burada da monarxiyani devirerek respublika qurmaq arzusu olkede qisamuddetli vetendas muharibesine sebeb oldu Mart ayinda cixan silahli catismalarda 7 nefer miqrant olduruldu coxlu sayida miqrant ise hebs olundu Olkeye qayidan miqrantlar serhedde saxlanilaraq terk silah edildiler Butun bu hadiseler esnasinda I Leopold xalqinin geleceyi ucun taxtdan cekilmeyi bele teklif etdi Ancaq hemin ilki mehsul bollugu ve bu sebeble elde olunan iqtisadi rifah ehalinin catismalardan soyumasina sebeb oldu ve dovlete olan etimadini artirdi Siyasi arenadaki terefsizliyi ve Avropanin bir cox monarx ailesiyle olan qohumluq elaqeleri sebebile siyasi vasiteci rolu oynamaga baslayan I Leopold esasen Birlesmis Kralliq ve III Napoleon arasindaki munasibetlerin yaxsilasmasinda muhum rol oynadi Bele ki Birlesmis Kralligin imperatricasi Kralica Viktoriya onun bacisi qizi idi ve onun diger qardasi oglu Sahzade Albertle olan evliliyi I Leopold terefinden teskil olunmusdu Bu ise I Leopoldun ilk evlilik plani deyildi Bundan basqa o qardasi oglu in Portuqaliya kralicasi ile evlenmesini de tertiblemisdi Olumu I Leopoldun cenaze merasimi I Leopold 10 dekabr 1865 ci ilde Brusseldeki Laykende vefat etdi Cenaze merasimi ise bir hefte sonra 16 dekabrdaki dogum gununde kecirildi Merasimin ardindan cenaze Layken yaxinligindaki monarxial mezarliga ikinci xanimi Orleanli Luizanin yanina defn olundu Yerine ise 30 yasli oglu II Leopold Belcika taxt tacina sahiblendi AilesiIlk evliliyi 2 may 1816 ci ilde Londonda naib Sahzade Corcun yegane ovladi Uelsli Sarlotta ile bas tutdu Ancaq cutluyun olu dogulan bir oglan usagindan basqa ovladi olmadi Olu dogulan bir oglan usagi 5 noyabr 1817 Ikinci evliliyi ise 9 avqust 1832 ci ilde Fransa krali I Lui Filippin qizi Orleanli Luiza ile bas tutdu ve cutluyun bu nigahdan 4 ovladi doguldu Lui Filipp 24 iyul 1833 16 may 1834 II Leopold Filipp Flandriya qrafi Sarlotta Bundan basqa onun Arkadiye Meyer adli mesuqesinden 2 nigahdna kenar oglu daha vardi Her iki oglu da 1862 ci ilde qardasi II Ernest terefinden qraf unvani aldi Corc Fridrix von Epinqhoven 14 noyabr 1849 3 fevral 1904 Artur von Epinqhoven 25 sentyabr 1852 9 noyabr 1940 MenbeAscherson Neal 1999 The King Incorporated Leopold the Second and the Congo New ed London Granta ISBN 1862072906 Christopoulos Georgios A amp Bastias Ioannis K eds 1975 Istoria toy Ellhnikoy E8noys Tomos IB H Ellhnikh Epanastash 1821 1832 History of the Greek Nation Volume XII The Greek Revolution 1821 1832 in Greek Athens Ekdotiki Athinon ISBN 978 960 213 108 4 Wolmar Christian 2010 Blood Iron amp Gold How the Railways transformed the World London Grove Atlantic ISBN 9781848871717 The Lost Queen The Life and Tragedy of the Prince Regent s Daughter Pen and Sword History 2020 ISBN 9781526736444 Beaton Rodrick 2019 Greece Biography of a Modern Nation Allen Lane p 111 ISBN 9780241312841 Eric Van Hooydonk 2006 Chapter 15 In Aldo E Chircop O Linden eds Places of Refuge The Belgian Experience Leiden Martinus Nijhoff p 417 ISBN 9789004149526 Witte Els Craeybeckx Jan Meynen Alain 2009 Political History of Belgium from 1830 Onwards New ed Brussels ASP p 25 ISBN 9789054875178 Anckaer Jan 2014 Dangerous Opportunities Reassessing Belgian Neutrality during the Crimean War 1853 1856 Journal of Belgian History XLIV 4 70 Anckaer Jan 2013 3 Small power diplomacy and commerce Belgium and the Ottoman Empire during the reign of Leopold I 1831 1865 Istanbul The Isis Press ISBN 978 9754284898IstinadlarLeopold I Encyclopaedia Britannica ing Lundy D R Leopold I Georg Christian Friedrich Roi des Belges The Peerage ing Kindred Britain