Yunanıstan İstiqlaliyyət müharibəsi (yun. Ελληνικός πόλεμος της Ανεξαρτησίας, türk. Yunan Kurtuluş Savaşı), Yunan üsyanı (Osm. يونان عصياني, Yunan üsyanı) və ya Yunan inqilabı (yun. Ελληνική επανάσταση) — yunanların qarşı başlatdığı, 1821-ci ilin fevralından 1829-cu ilin sentyabrına qədər davam edən, Osmanlı İmperiyası və arasında baş vermiş, Yunanıstanın müstəqilliyi ilə nəticələnən hərbi münaqişə.
Yunanıstan İstiqlaliyyət müharibəsi | |||
---|---|---|---|
Tarix | 22 fevral, 1821 – 12 sentyabr, 1829 8 il, 6 ay, 3 həftə) | ||
Yeri | Balkan yarımadası (əsasən Yunanıstan) və Egey dənizi | ||
Səbəbi | Yunanıstanın müstəqilliyi | ||
Nəticəsi | Yunanların qələbəsi
| ||
Ərazi dəyişikliyi | Yunanıstanın indiki Peloponnes, Mərkəzi Yunanıstan regionlarının hamısı və Egey dənizinin cənubunda yerləşən bütün adalar | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Ümumi itkilər | |||
| |||
Vikianbarda əlaqəli mediafayllar |
Osmanlı suverenliyi
Yunanların müstəqil bir ölkə olaraq varlıqları 1453-cü ildə Konstantinopolun fəthi və Bizans İmperiyasının varisləri olan dövlətlərin də məğlub olması ilə sona çatmışdır. Beləcə İon adaları, Aqrafa dağları, İsfakiyə, Suli və Mani bölgələrində müstəqil yaşayan az sayda yunanlardan başqa, bütün yunan xalqları Osmanlı dövlətinin suverenliyi altına girmişdir. Yunanlar Osmanlı İmperiyasının təxminən hər tərəfinə yayılmışdılar. Ancaq Peloponnes, Tessaliya və İon adalarında çox sayda yunan yaşayırdı. Yunanlar Osmanlıların dinə söykənən xalq sistemində yerlərini alaraq ölkədəki xalqlardan biri halına gəlmişdilər. Bu sistemə görə Osmanlı dövlətində yaşayan yunanlar, Fənər Rum Ortodoks Patriarxiyasına bağlı, qismən muxtariyyət sahibi bir cəmiyyət idi. Bütün qeyri-müsəlmanlar kimi əsgərlik çəkməyən yunanlar, ailələrini tərk edib, məcburi olaraq, müsəlmanlaşdıqdan sonra, dövlətin heyətlərində vəzifə almaq məcburiyyətində qalırdı.
Müharibədən əvvəl olan üsyanlar
Hər bir müharibə kimi Yunanıstan istiqlal müharibəsi də, kiçik-kiçik hadisələrlə başlamışdır. Konstantinopolun fəthindən bəri bir çox müvəffəqiyyətsiz üsyanlar olmuşdur. Xüsusilə 17-ci əsrdə, Mora başda olmaqla bütün Yunanıstanda Osmanlılara qarşı çox əhəmiyyətli bir müqavimət var idi. 1600-cü və 1611-ci illərdə Diyonisius Filzofunun rəhbərliyindəki iki üsyan olmuşdur. İoanninada 1611-ci ildə baş vermiş üsyan, Aslan paşa tərəfindən yatırılmışdır (İoanninadakı Aslan paşa məscidi bu hadisəyə görə onun xatirəsinə tikilmişdir) və müvəffəqiyyətsizliklə nəticələnmişdir. Osmanlı qüvvələti, nəzarətə alınan Diyonisios Filozofunu işgəncə edib, canlı ikən dərisini soydular. Baş vermiş ilk böyük üsyan, rusların dəstək və köməyi ilə başladılan Orlov üsyanı (1770) idi. 18. əsrdə Rusiya ilə olan əlaqələr, yunanlar arasında azadlıq və müstəqillik fikirlərinin yayılmasına səbəb oldu. Rusların 18. əsrin sonlarına doğru Rusiyanın daha çox ənənəvi din əlaqələrindən istifadə edərək icra etdiyi təsirlər, bölgə xalqına yönəltdiyi üsyan çağırışlarına qədər çatan səyləri, xüsusilə yoxsulluq və torpaqsızlığın ciddi ölçülərə çatdığı Morada geniş dəstək tapdı. Buna görə, 1768 Osmanlı-Rusiya müharibəsi əsnasında Mora sahillərinə gələn Böyük Katerinanın yaxın dostu olan Admiral Kont Alekseyin əmrindəki Rusiya donanması, Morada Osmanlı qüvvələrinə qarşı bir üsyanın çıxmasına səbəb olmuşdu. Orlov qardaşları, Mora yarımadasındakı yunan xalqına muxtariyyət verməklə vəzifələndirildi. Ancaq 1770-ci ildə başlayan Orlov üsyanı Rusiyadan yaxşı dəstək görə bilmədiyinə görə Osmanlı (müsəlman və Albaniyalı muzdlu əsgərlər) qüvvələri üsyanı qısa müddətdə yatırdı. Rusların Moranı tərk etməsindən sonra Orlov üsyanına mislləmə hazırlayan Osmanlı qüvvələri, yunanlara qarşı böyük hücumlara başladılar. Divan-ı Humayunu Moradaki yunanların öldürülməsi əmrini verməsinə, kapitan-ı deryalığa gətirilən Cəzairli Qazi Həsən Paşa: "Yunanları yok edersek haracı kim verecek?" (azərb. "Yunanları məhv etsək xəracı kim verəcək?") cavabını vermişdi. Sonrakı illərdə, Rusiya casusu olaraq günahlandırılan Aitolyalı Kosmas, 24 avqust 1779-cu ilin avqust ayının 24-də, Osmanlı səlahiyyətliləri tərəfindən nəzarətə alındı və edam edildi. Bunlara əlavə olaraq, öldürülən yunanların arasında Teodoros Kolokotronisin atası olan Konstantis Kolokotronis də var idi. Bununla birlikdə Yunanıstanın bir çox yerində (Mani yarımadası və Girit) çıxan üsyanlar və xüsusilə Giritdəki İoannis Vlaşos Daskaloqiyannis üsyanı Osmanlı qüvvələri tərəfindən qanlı bir şəkildə yatırılmışdır. Orlov üsyanı yatırıldıqdan sonra, rus qüvvələri qarşısında çətin vəziyyətə düşən və sonunda 1768–1774 Osmanlı-Rus müharəbəsində məğlub olan Osmanlı dövlətinin, 1774-cü ildə imzaladığı Kiçik Qaynarca müqaviləsi, Rusiyaya yunan ortodokslarının himayədarlıq verərək yeni müdaxilələrə açıq bir qapı buraxdı.
Səbəbləri
Osmanlı tarixinin "ən uzun yüz ili" deyilən XIX əsrin əvvəllərinin ən ağrılı hadisələrindən biri 21 fevral 1821 – 12 sentyabr 1829-cu illəri əhatə edən yunan üsyanlarıdır. Bu üsyanların daxili və xarici olmaqla müxtəlif səbəbləri vardır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar:
- XVIII əsr Fransa Burjua inqilabının meydana çıxardığı millətçilik cərəyanlarının təsiri;
- Ortodoks birliyi qurmağa çalışan Rusiyanın yunanları dəstəkləməsi;
- Yunan burjuaziyasının Yunanıstan dövləti qurmaq istəyi;
- Filiki-Eteriya cəmiyyəti və onun fəaliyyətləri;
- Yanya valisi Tepedelenli Ali Paça ilə Osmanlı dövləti arasındakı mübarizə,
- Ali Paşanın vəzifədən uzaqlaşdırılması.
Belə ki, XVIII əsr Fransa burjua inqilabının təsiri ilə millətçilik hərəkatları meydana çıxmağa başladı. Osmanlı ticarətində mühüm rol oynayan yunan tacirlər Avropa ilə sıx təmasda idilər və onlar Avropada cərəyan edən hadisələrin təsiri ilə yunanlar üçün təhsil qurumları açmaları ilə, yunan ziyalıları isə mətbuatı inkişaf etdirmələri ilə yunan milli şüurunun formalaşmasına təsir edirdilər. Həmçinin təşkilatlanma prosesi gedirdi. Təməl hədəfi – müstəqil Yunan dövlətinin qurulması olan Filiki Etereya (1814) təşkilatı yaranmışdı. Fener Rum Patrikliyi, bir çox zəngin yunan tacirlər bu cəmiyyətin üzvləri idilər. Filiki Eteriyanın bir çox yerlərdə fəaliyyət göstərən şöbələri üsyanı hazırlayırdılar. Lakin bu üsyanlar müxtəlif səbəblərdən bir çox hallarda baş tutmurdular. Bu səbəblərdən biri də, bəzi Osmanlı məmurlarının hadisələrə müdaxiləsi, sərt idarəçilik üsulları hesab edilirdi. Belə məmurlardan biri olan Yanya valisi Tepedelenli Ali Paşa bölgədə nəzarəti əlində toplamışdı. Dövlətə qarş çıxdığına görə onun edam edilməsi yunan üsyanları üçün bir fürsət oldu. Ondan çəkinərək üsyan qaldıra bilməyən qüvvələr, yoxluğundan istifadə edərək üsyana başladılar.
Qeydlər
- Yunanıstan, 1923-cü ilin fevral ayının 16-da qriqoryan təqvimini rəsmi olaraq qəbul etdi. Bunun əvvəlindəki bütün tarixlər, xüsusilə nəzərdə tutulmamışdırsa Köhnə Üslub-dur.
İstinadlar
- The War Chronicles: From Flintlocks to Machine Guns: A Global Reference of ... , İosif Kummins, 2009, səhifə 50
- Nuri Çevikel, "Kıbrıs: Akdeniz'de bir Osmanlı adası 1570–1878" s.124, 47 Numara Yayıncılık (2006).
- Mübahat Kütükoğlu, "Yunan İsyanı Sırasında Anadolu ve Adalar Rumlarının Tutumları ve Sonuçları", Üçüncü Askeri Tarih Semineri Bildiriler-Tarih Boyunca Türk-Yunan İlişkileri (20 Temmuz 1974'e ladar), Genelkurmay ATASE Yayını, Ankara, 1986, s.133–161.
- Yücel Özkaya, "1821 Yunan (Eflak-Boğan) İsyanları, Avrupalıların İsyan Karşısındaki Tutumları", a.g.e., s. 114–130.
- Zeki Arıkan, 1821 Yunan İsyanının Başlangıcı, a.g.e., s. 98–112.
- Meral Bayrak, Osmanlı Arşivleri Işığında Rum İsyanı Sırasında Avrupa Devletlerinin Tumumu, Osmanlı, Cilt 2, Yeni Türkiye Yayınları, 1999, ISBN 975-6782-05-6, s.71–86.
- Erik Goldstein "Wars and Peace Treaties" s.20, HarperCollins Academic (1992)
- . XIX əsrin əvvəllərində Osmanlıda Yunan üsyanları və Böyük dövlətlər / Türk Dünyası Gənc Tədqiqatçılar Dərnəyinin Araşdırmaları, № 4(4) 2020, səh. 43–44. 2022-07-14 at the Wayback Machine
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Yunanistan Istiqlaliyyet muharibesi yun Ellhnikos polemos ths Ane3arthsias turk Yunan Kurtulus Savasi Yunan usyani Osm يونان عصياني Yunan usyani ve ya Yunan inqilabi yun Ellhnikh epanastash yunanlarin qarsi baslatdigi 1821 ci ilin fevralindan 1829 cu ilin sentyabrina qeder davam eden Osmanli Imperiyasi ve arasinda bas vermis Yunanistanin musteqilliyi ile neticelenen herbi munaqise Yunanistan Istiqlaliyyet muharibesiPatrasli Yunanistan bayragini muqeddes hesab etmesinin tesviri Tarix 22 fevral 1821 12 sentyabr 1829 8 il 6 ay 3 hefte Yeri Balkan yarimadasi esasen Yunanistan ve Egey deniziSebebi Yunanistanin musteqilliyiNeticesi Yunanlarin qelebesi qurulmasiErazi deyisikliyi Yunanistanin indiki Peloponnes Merkezi Yunanistan regionlarinin hamisi ve Egey denizinin cenubunda yerlesen butun adalarMunaqise terefleri Yunan usyancilar Herbi destek Rusiya imperiyasi Boyuk Britaniya Fransa Osmanli Imperiyasi Tunis beyliyi Osmanli TripolitaniyasiKomandan lar Markos Botsaris II Mahmud Kavalali Mehemmedeli pasa Tereflerin quvvesi150 000 200 000 Yunanistan esgeri 15 Rusiya zirehli gemisi 50 000 60 000 Britaniya ve Fransa esgeri 300 000 400 000 Osmanli esgeri 50 000 Misir esgeri 10 Berberi gemisi 346 Misir adi gemisi 54 Misir zirehli gemisiItkilertex 25 000 tex 20 000Umumi itkilerOlmus mulki sexsler Iki terefden de 105 000 den cox mulki sexs Vikianbarda elaqeli mediafayllarOsmanli suverenliyiYunanlarin musteqil bir olke olaraq varliqlari 1453 cu ilde Konstantinopolun fethi ve Bizans Imperiyasinin varisleri olan dovletlerin de meglub olmasi ile sona catmisdir Belece Ion adalari Aqrafa daglari Isfakiye Suli ve Mani bolgelerinde musteqil yasayan az sayda yunanlardan basqa butun yunan xalqlari Osmanli dovletinin suverenliyi altina girmisdir Yunanlar Osmanli Imperiyasinin texminen her terefine yayilmisdilar Ancaq Peloponnes Tessaliya ve Ion adalarinda cox sayda yunan yasayirdi Yunanlar Osmanlilarin dine soykenen xalq sisteminde yerlerini alaraq olkedeki xalqlardan biri halina gelmisdiler Bu sisteme gore Osmanli dovletinde yasayan yunanlar Fener Rum Ortodoks Patriarxiyasina bagli qismen muxtariyyet sahibi bir cemiyyet idi Butun qeyri muselmanlar kimi esgerlik cekmeyen yunanlar ailelerini terk edib mecburi olaraq muselmanlasdiqdan sonra dovletin heyetlerinde vezife almaq mecburiyyetinde qalirdi Muharibeden evvel olan usyanlarHer bir muharibe kimi Yunanistan istiqlal muharibesi de kicik kicik hadiselerle baslamisdir Konstantinopolun fethinden beri bir cox muveffeqiyyetsiz usyanlar olmusdur Xususile 17 ci esrde Mora basda olmaqla butun Yunanistanda Osmanlilara qarsi cox ehemiyyetli bir muqavimet var idi 1600 cu ve 1611 ci illerde Diyonisius Filzofunun rehberliyindeki iki usyan olmusdur Ioanninada 1611 ci ilde bas vermis usyan Aslan pasa terefinden yatirilmisdir Ioanninadaki Aslan pasa mescidi bu hadiseye gore onun xatiresine tikilmisdir ve muveffeqiyyetsizlikle neticelenmisdir Osmanli quvveleti nezarete alinan Diyonisios Filozofunu isgence edib canli iken derisini soydular Bas vermis ilk boyuk usyan ruslarin destek ve komeyi ile basladilan Orlov usyani 1770 idi 18 esrde Rusiya ile olan elaqeler yunanlar arasinda azadliq ve musteqillik fikirlerinin yayilmasina sebeb oldu Ruslarin 18 esrin sonlarina dogru Rusiyanin daha cox enenevi din elaqelerinden istifade ederek icra etdiyi tesirler bolge xalqina yoneltdiyi usyan cagirislarina qeder catan seyleri xususile yoxsulluq ve torpaqsizligin ciddi olculere catdigi Morada genis destek tapdi Buna gore 1768 Osmanli Rusiya muharibesi esnasinda Mora sahillerine gelen Boyuk Katerinanin yaxin dostu olan Admiral Kont Alekseyin emrindeki Rusiya donanmasi Morada Osmanli quvvelerine qarsi bir usyanin cixmasina sebeb olmusdu Orlov qardaslari Mora yarimadasindaki yunan xalqina muxtariyyet vermekle vezifelendirildi Ancaq 1770 ci ilde baslayan Orlov usyani Rusiyadan yaxsi destek gore bilmediyine gore Osmanli muselman ve Albaniyali muzdlu esgerler quvveleri usyani qisa muddetde yatirdi Ruslarin Morani terk etmesinden sonra Orlov usyanina mislleme hazirlayan Osmanli quvveleri yunanlara qarsi boyuk hucumlara basladilar Divan i Humayunu Moradaki yunanlarin oldurulmesi emrini vermesine kapitan i deryaliga getirilen Cezairli Qazi Hesen Pasa Yunanlari yok edersek haraci kim verecek azerb Yunanlari mehv etsek xeraci kim verecek cavabini vermisdi Sonraki illerde Rusiya casusu olaraq gunahlandirilan Aitolyali Kosmas 24 avqust 1779 cu ilin avqust ayinin 24 de Osmanli selahiyyetlileri terefinden nezarete alindi ve edam edildi Bunlara elave olaraq oldurulen yunanlarin arasinda Teodoros Kolokotronisin atasi olan Konstantis Kolokotronis de var idi Bununla birlikde Yunanistanin bir cox yerinde Mani yarimadasi ve Girit cixan usyanlar ve xususile Giritdeki Ioannis Vlasos Daskaloqiyannis usyani Osmanli quvveleri terefinden qanli bir sekilde yatirilmisdir Orlov usyani yatirildiqdan sonra rus quvveleri qarsisinda cetin veziyyete dusen ve sonunda 1768 1774 Osmanli Rus muharebesinde meglub olan Osmanli dovletinin 1774 cu ilde imzaladigi Kicik Qaynarca muqavilesi Rusiyaya yunan ortodokslarinin himayedarliq vererek yeni mudaxilelere aciq bir qapi buraxdi SebebleriOsmanli tarixinin en uzun yuz ili deyilen XIX esrin evvellerinin en agrili hadiselerinden biri 21 fevral 1821 12 sentyabr 1829 cu illeri ehate eden yunan usyanlaridir Bu usyanlarin daxili ve xarici olmaqla muxtelif sebebleri vardir Onlari asagidaki kimi qruplasdirmaq olar XVIII esr Fransa Burjua inqilabinin meydana cixardigi milletcilik cereyanlarinin tesiri Ortodoks birliyi qurmaga calisan Rusiyanin yunanlari desteklemesi Yunan burjuaziyasinin Yunanistan dovleti qurmaq isteyi Filiki Eteriya cemiyyeti ve onun fealiyyetleri Yanya valisi Tepedelenli Ali Paca ile Osmanli dovleti arasindaki mubarize Ali Pasanin vezifeden uzaqlasdirilmasi Bele ki XVIII esr Fransa burjua inqilabinin tesiri ile milletcilik herekatlari meydana cixmaga basladi Osmanli ticaretinde muhum rol oynayan yunan tacirler Avropa ile six temasda idiler ve onlar Avropada cereyan eden hadiselerin tesiri ile yunanlar ucun tehsil qurumlari acmalari ile yunan ziyalilari ise metbuati inkisaf etdirmeleri ile yunan milli suurunun formalasmasina tesir edirdiler Hemcinin teskilatlanma prosesi gedirdi Temel hedefi musteqil Yunan dovletinin qurulmasi olan Filiki Etereya 1814 teskilati yaranmisdi Fener Rum Patrikliyi bir cox zengin yunan tacirler bu cemiyyetin uzvleri idiler Filiki Eteriyanin bir cox yerlerde fealiyyet gosteren sobeleri usyani hazirlayirdilar Lakin bu usyanlar muxtelif sebeblerden bir cox hallarda bas tutmurdular Bu sebeblerden biri de bezi Osmanli memurlarinin hadiselere mudaxilesi sert idarecilik usullari hesab edilirdi Bele memurlardan biri olan Yanya valisi Tepedelenli Ali Pasa bolgede nezareti elinde toplamisdi Dovlete qars cixdigina gore onun edam edilmesi yunan usyanlari ucun bir furset oldu Ondan cekinerek usyan qaldira bilmeyen quvveler yoxlugundan istifade ederek usyana basladilar QeydlerYunanistan 1923 cu ilin fevral ayinin 16 da qriqoryan teqvimini resmi olaraq qebul etdi Bunun evvelindeki butun tarixler xususile nezerde tutulmamisdirsa Kohne Uslub dur IstinadlarThe War Chronicles From Flintlocks to Machine Guns A Global Reference of Iosif Kummins 2009 sehife 50 Nuri Cevikel Kibris Akdeniz de bir Osmanli adasi 1570 1878 s 124 47 Numara Yayincilik 2006 Mubahat Kutukoglu Yunan Isyani Sirasinda Anadolu ve Adalar Rumlarinin Tutumlari ve Sonuclari Ucuncu Askeri Tarih Semineri Bildiriler Tarih Boyunca Turk Yunan Iliskileri 20 Temmuz 1974 e ladar Genelkurmay ATASE Yayini Ankara 1986 s 133 161 Yucel Ozkaya 1821 Yunan Eflak Bogan Isyanlari Avrupalilarin Isyan Karsisindaki Tutumlari a g e s 114 130 Zeki Arikan 1821 Yunan Isyaninin Baslangici a g e s 98 112 Meral Bayrak Osmanli Arsivleri Isiginda Rum Isyani Sirasinda Avrupa Devletlerinin Tumumu Osmanli Cilt 2 Yeni Turkiye Yayinlari 1999 ISBN 975 6782 05 6 s 71 86 Erik Goldstein Wars and Peace Treaties s 20 HarperCollins Academic 1992 XIX esrin evvellerinde Osmanlida Yunan usyanlari ve Boyuk dovletler Turk Dunyasi Genc Tedqiqatcilar Derneyinin Arasdirmalari 4 4 2020 seh 43 44 2022 07 14 at the Wayback Machine