Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 saylı qətnaməsi — Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsi ilə bağlı AŞPA tərəfindən 26 yanvar 2016-cı ildə qəbul edilmiş qətnamə. Sənəddə (en) və (en) istinad edilməklə, sudan istifadə hüququnun əhəmiyyəti və bu hüququ təmin etmək öhdəliyi vurğulanır. Qətnamədə, həmçinin, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin 20 may 2014-cü il tarixli bəyanatına da xatırlatma edilir.
Avropa Şurası Parlament Assambleyasının 2085 saylı qətnaməsi | |
---|---|
ing. Council of Europe Parliamentary Assembly (PACE) Resolution 2085 (2016) | |
İmzalanma tarixi | 26 yanvar 2016 |
Orijinal dil | ingilis dili |
İmzalayanlar | Lehinə – 98 Əleyhinə – 71 Bitərəf – 40 |
Məqsədi | Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin sudan qəsdən məhrum edilməsinə münasibət |
AŞPA-nın 2085 saylı qətnaməsində Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazisində yerləşən Sərsəng su anbarının cari vəziyyətinin yeni yarada bilməsi ehtimalı qeyd olunmuş və Ermənistan hakimiyyətindən su ehtiyatlarından "siyasi təsir aləti və ya təzyiq vasitəsi kimi istifadəni dayandırması" tələb edilmişdir. Bununla yanaşı, sənəddə sözügedən məsələ ilə bağlı hesabatın hazırlanması zamanı Ermənistan parlamentinin nümayəndə heyətinin və digər səlahiyyətli şəxslərin əməkdaşlıq etməməsi Assambleya tərəfindən qətiyyətlə pislənilmişdir.
Zəmin
1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış münaqişə tezliklə genişmiqyaslı müharibəyə çevrilir və Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Ermənilər tərəfindən ələ keçirilmiş strateji əhəmiyyətli obyektlərdən biri də Sərsəng su anbarı olur. Hələ 1976-1977-ci illərdə Heydər Əliyevin Azərbaycan KP MK-nin I katibi olduğu dövrdə həmin anbarla yanaşı, Tərtər çayı üzərində gücü 50 MVt olan eyni adlı su elektrik stansiyası da tikilib istifadəyə verilmişdi. Nəticədə nəinki içməli suyun təmin edilməsinə, həm də Tərtər, Bərdə, Yevlax, Ağcabədi, Ağdam və Goranboy rayonlarının ümumilikdə 120 min hektara yaxın əkin sahələrinin suvarılmasına nail olunmuşdu. Müharibənin başlanması Azərbaycanın ən yüksəklikdə yerləşən və Qarabağ iqtisadi rayonunun ümumi su tutumu 575 mln m³ olan ən iri su hövzəsinə – Sərsəng su anbarına da öz təsirini göstərir. Belə ki, 1993-cü il fevralın əvvəlində Bakı radiosu anbarın cənub hissəsinin erməni qüvvələrinin nəzarəti altına keçməsi barədə xəbər yayımlayır. Ayın sonunda anbara və SES-ə nəzarəti tamamilə ələ keçirən və bu əməliyyatı "tayı-bərabəri olmayan qələbə" kimi qeyd edən ermənilər bununla azərbaycanlılar üçün Tərtər–Kələbəcər yolunu da bağlamış olurlar.
Nəhayət, 12 may 1994-cü ildə ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Rusiyanın vasitəçiliyi ilə Qarabağ münaqişəsində atəşkəsə nail olunur. Lakin Sərsəng su anbarının itirilməsi cəbhəboyu ərazidə Azərbaycan əhalisi üçün böhrana səbəb olur; belə ki, suya ən çox ehtiyac duyulan yay fəslində bəndi bağlayan ermənilər tərəfindən payız-qış aylarında heç bir xəbərdarlıq edilmədən böyük həcmdə su verilməsi xüsusilə Tərtərin kəndlərində müvafiq olaraq, quraqlıq və süni daşqınlarla nəticələnir. Digər tərəfdən isə anbarda müntəzəm texniki xidmət işlərinin aparılmaması bölgə əhalisi üçün ekoloji, humanitar və təhlükəsizlik baxımından problemlər yaradır. Müharibə nəticəsində məcburi köçkün vəziyyətinə düşən əhalinin əsasən cəbhə bölgəsində məskunlaşması da suya olan tələbatı artırır. Su anbarının yaxınlığında – Heyvalı kəndində yerləşən və "Vallex Group" şirkəti tərəfindən istismar edilən mis və qızıl mədənlərinin tullantılarının utilizasiya edilmədən Sərsəngə axıdılması balıq ehtiyatlarının məhvi ilə müşahidə olunur. Suyun kimyəvi zəhərlənməsi bölgə əhalisində dəri-zöhrəvi və mədə-bağırsaq xəstəliklərinin də geniş yayılmasına səbəb olur. Anbarın suyundan istifadənin mümkün olmaması həm də azərbaycanlıların yaşadığı ərazilərdə şoran torpaqların artması və məhsuldarlığın azalması ilə nəticələnir. Bununla belə, münaqişə tərəfləri arasında anbarın idarə edilməsi ilə bağlı effektiv danışıqlara nail olunmur.
Sadalanan problemlərə diqqət çəkmək məqsədilə 2013-cü ilin mayında Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "Sərsəng SOS: Humanitar Böhranın Qarşısının Alınması" layihəsinin icrasına başlayır. 2014-cü il 16–19 may tarixlərində münaqişə bölgəsinə səfər zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri Sərsəng su anbarına baş çəkərək cari rəhbərliklə vəziyyəti müzakirə edirlər. Həmsədrlər birgə bəyanatlarında tərəflərin regionun rifahı naminə bu su ehtiyatlarının birgə idarə olunmasına dair razılığa gələcəyinə ümid etdiklərini bildirirlər. Bunun ardınca həmin ilin sentyabrında Ermənistanın "ArmWaterProject Company Ltd." şirkəti tərəfindən qondarma DQR-ə su anbarının irriqasiya məqsədilə istifadəsi üçün tikintisi ilə bağlı layihə təqdim olunur. Nəhayət, 2015-ci ildə AVCİYA-nın prezidenti, deputat, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA-ya Sərsəng su anbarı məsələsi ilə bağlı qətnamə layihəsinin hazırlanmasını təklif edir.
Qətnamənin tarixçəsi
12 dekabr 2015-ci ildə AŞPA-nın Bosniya və Herseqovinanı təmsil edən nümayəndəsi Militsa Markoviç qətnamə layihəsinin hazırlanması haqqında məruzə ilə çıxış edir. Qətnamədən fərqli olaraq, layihənin mətnində Ermənistanın ratifikasiya etmədiyi 1992-ci il tarixli BMT-nin Su Konvensiyasına istinad edilirdi.
Markoviç hesabatı hazırlayarkən yalnız iki dəfə faktaraşdırıcı səfərdə olduğunu və hər iki səfərin 2014-cü ilin dekabrında və 2015-ci ilin avqustunda yalnız Azərbaycana münasibətdə həyata keçirildiyini bildirir. Məruzəçinin sözlərinə görə Ermənistan nümayəndə heyətinə həm rəsmi, həm də şəxsən müraciət etməsinə baxmayaraq, sorğusuna cavab verilmədiyindən Ermənistana səfəri baş tutmayıb.
Hesabat tərtib edilərkən peyk şəkillərinin araşdırılması nəticəsində məlum olur ki, müharibə zamanı irriqasiya kanalına iki hissədə ciddi ziyan dəyib və təmir işləri aparılmadan kanalın bu vəziyyətdə istifadəsi təxminən 400,000 nəfər əhali üçün ciddi təhdid törədir. Həmçinin, müharibədən sonra su anbarının əvəzinə kütləvi şəkildə artezian quyularından istifadə edilməsinin də içməli suya olan tələbatı tam qarşılamadığı aşkar edilir. Markoviçin məruzəsinə görə, qış aylarında kanallarda suyun həcminin çox olmasına baxmayaraq, Sərsəng suyunun zəhərli tullantılar və ağır minerallarla çirkləndirilməsi ilə bağlı narahatlıqlar olduğuna görə azərbaycanlılar həmin dövrdə belə artezian və çəndə saxlanılan sularından istifadəyə davam edirlər; bu isə öz növbəsində əlavə xərclər yaradır və daha da önəmlisi ictimai sağlamlıq üçün təhlükəlidir.
Qətnamə layihəsinin əleyhinə çıxış edən Ermənistan nümayəndəsi sənədin "birtərəfli hazırlandığını" və bundan dərin narahat olduqlarını qeyd edir. Lakin 26 yanvar 2016-cı ildə keçirilən səsvermə nəticəsində qətnamə 40-ı bitərəf, 71-i əleyhinə olmaqla 98 lehinə səslə qəbul edilir.
Qətnamənin mətni
Qətnamə 9 bənddən ibarətdir. II bənddə suyun "strateji əhəmiyyətli sərvət" olduğunu bildirən Assambleya, günahsız vətəndaşlara zərər vurmaq məqsədilə onların bilərəkdən sudan məhrum edilməsinin yolverilməz olduğunu təsdiq edir. III-IV bəndlərdə təəssüflə qeyd olunur ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Aşağı Qarabağ vadisində yaşayan azərbaycanlılar üçün "qəsdən süni ekoloji böhran vəziyyəti" yaratdığından bu cür fəaliyyət "ekoloji təcavüz" hesab olunmaqla, bir üzv dövlətin digərinə qarşı "düşmənçilik hərəkəti kimi qiymətləndirilməlidir." Sənəddə digər təhlükəli fakt kimi anbarın 20 ildən artıq müddət ərzində təmir edilməməsi göstərilir.
Mövcud vəziyyətin təcili xarakterini nəzərə alan AŞPA növbəti müddəalarda iki mühüm tələb irəli sürür: Ermənistan Silahlı Qüvvələrinin regiondan dərhal çıxarılması və Ermənistan hakimiyyətinin su ehtiyatlarından münaqişə tərəflərindən yalnız birinin xeyrinə olacaq vasitə kimi istifadəni dayandırması. Qətnaməyə görə, birinci tələbin yerinə yetirilməsi müstəqil mühəndis və hidroloqların iştirakı ilə yerində araşdırmanın aparılmasını, ərazidəki su hövzələrinin qlobal səviyyədə idarə edilməsini və regiondakı suvarma kanallarının, eləcə də Sərsəng və Madagiz bəndlərinin vəziyyətinə beynəlxalq nəzarəti mümkün edə bilər.
Ən sonda Assambleya "bütün maraqlı tərəfləri Sərsəng su anbarının ehtiyatlarının birgə idarə edilməsində yaxından əməkdaşlıq etmək üçün səylərini artırmağa çağırır."
Sonrakı hadisələr
Hələ qətnamə qəbul edilməzdən dörd gün əvvəl ATƏT-in Minsk qrupunun həmsədrləri mətbuata açıqlama verərək qrupun "danışıqlar üçün yeganə qəbul olunmuş format olaraq qaldığını" vurğulamış və AŞPA üzvlərini qrupun "mandatına xələl gətirə biləcək addımlar atmamağa" çağırmışdı. Qətnamənin qəbul edilməsinə baxmayaraq, Ermənistan hökuməti bu sənədi təbliğat hiyləsi kimi pisləyir və təkidlə su anbarının beynəlxalq standartlara cavab verdiyini qeyd edir. 2018-ci ildə isə Ermənistan mətbuatı Sərsəng su anbarında yeni kanalın çəkilməsi üçün 100 milyon dollar dəyərində xarici investisiya yatırılması xəbərini yayır.ICESCO Ermənistanın Azərbaycanın digər ərazilərində daşqın və quraqlığa səbəb ola biləcək bu addımını pisləyir və müvafiq hərəkətləri "Azərbaycanın təbii sərvətlərinin talan edilməsi" kimi qiymətləndirir.
İkinci Qarabağ müharibəsi zamanı 3 oktyabr 2020-ci ildə Azərbaycan ordusu Suqovuşan su anbarını işğaldan azad edir. Sərsəng su anbarı isə bu müharibəni yekunlaşdıran 9 noyabr 2020-ci il tarixli üçtərəfli atəşkəs bəyanatından sonra Rusiya sülhməramlılarının müvəqqəti nəzarətinə keçir. 2022-ci ilin yayında Qisas əməliyyatı nəticəsində Azərbaycan tərəfi Buzluq dağını azad etməklə Sərsəng SES-ə vizual nəzarət etmək imkanı əldə edir. Bu əməliyyatdan bir neçə həftə sonra, avqustun 23-də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin nümayəndələri anbarın erməni istismarçıları ilə birlikdə qarşılıqlı razılıq əsasında su anbarına baxış keçirib su bölgüsünün aparılmasını və anbarın alt suvarma ərazisində olan rayonlara su verilməsinin bərpasını müzakirə edirlər. Görüş konstruktiv şəraitdə baş tutsa da, həmin ilin dekabrında Azərbaycanın "Ecofront" ictimai təşkilatı Turağayçayın yuxarı bolsulu axarında ermənilər tərəfindən 3 sutoplayıcı qurğunun quraşdırılması və nəticədə Suqovuşan su anbarına birbaşa axmalı olan bu çayın məcrasının Sərsəngə yönəldilməsi və Suqovuşanda suyun həcminin azaldılması barədə məlumat yayır. Növbəti il Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, Qarabağ ərazisində işğal zamanı Ermənistan icazəsiz ən azı 37 əlavə su elektrik qurğusu tikib. Bunu əsas gətirən Azərbaycan 2023-cü il fevralın 27-də (en) uyğun olaraq, Ermənistana qarşı beynəlxalq arbitraj prosesi başladır. Arbitraj bildirişində 1991-ci ildən 2020-ci ilə qədərki qanunsuz işğal dövründə Azərbaycanın enerji resursları, o cümlədən Sərsəng SES üzərində suveren hüquqlarını pozduğuna görə Ermənistandan maliyyə təzminatı tələb edilir.
Həmçinin bax
İstinadlar
- Council of Europe Parliamentary Assembly (PACE). "Inhabitants of frontier regions of Azerbaijan are deliberately deprived of water". assembly.coe.int (ingilis). 26 January 2016. 31 oktyabr 2022 tarixində . İstifadə tarixi: 5 mart 2023.
- Ohannes Geukjian. Negotiating Armenian-Azerbaijani Peace: Opportunities, Obstacles, Prospects (ingilis). New York: Routledge. 2016. səh. 12. ISBN .
- "Human Rights Watch organization" (PDF). www.hrw.org. 28 June 2020 tarixində . İstifadə tarixi: 12 September 2017.
- Pirverdiyev, Etibar. . Xalq qəzeti. 7 may 2010: 3. Archived from the original on 5 March 2023. İstifadə tarixi: 5 mart 2023.
- "Ermənistan Sərsəng su anbarını ekoloji silaha çevirib" (az.). bbc.com. 2 iyun 2006. 5 mart 2023 tarixində .
- Mahir Humbatov. Threat to the World: Hydrological Crime and Ecological Genocide (ingilis). Vilnius. 2018. səh. 200.
- "Sərsəng su anbarına baxış keçirilib - danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitdə baş tutub" (az.). marja.az. 24 avqust 2022. 1 sentyabr 2022 tarixində . İstifadə tarixi: 5 mart 2023.
- Mekhtiyev, Aidyn. "Vspyshka Aktivnosti na Armyano-Azerbaidzhanskom Fronte". Nezavisimaya Gazeta (Moscow). 2 February 1993: 3.
- R. DeRouen, Karl; Heo, Uk. Civil Wars of the World: Major Conflicts Since World War II. New York: ABC-CLIO. 2007. 156. ISBN .
- Felix Tsertisivadze. The Forgotten Genocide (ingilis). Adegi Press. 2005. səh. 119. ISBN .
- "Inhabitants of frontier regions of Azerbaijan are deliberately deprived of water (Report // Doc. 13931)". pace.coe.int (ingilis). PACE. 12 December 2015. 21 sentyabr 2022 tarixində . İstifadə tarixi: 5 mart 2023.
- Sarıer, Didem Ekinci. Devletten Bireye Uzanan Diplomaside Türkiye ve Güney Kafkasya // Akıllı, Erman (redaktor). Türkiye’de ve Dünyada Dış Yardımlar (türk). Nobel Akademik Yayıncılık. Ocak 2016. 296. ISBN .
- Sanasaryan, Hakob; Shirinian-Orlando, Anne. "Teghut, Drembon, Alaverdi and the politics of pollution" (ingilis). azad-hye.com. 29 August 2007. 6 December 2022 tarixində . İstifadə tarixi: 22 April 2023.
- "Karabagh: Catching Examples of Mining Armenia" (ingilis). aravot-en.am. 9 January 2013. 22 April 2023 tarixində . İstifadə tarixi: 22 April 2023.
- Bəşirova, Gülnar. "Ermənistandan növbəti təhdid: Sərsəng su anbarı partladıla bilər" (az.). modern.az. 5 fevral 2014. 2023-03-05 tarixində .
- Tuğba Evrim Maden. Weaponization of Water: The Case of Sarsang Reservoir (ingilis). Ankara: Berikan Yayınevi. 2015. səh. 112. ISBN .
- "Dünyada istilik 2 dəfə çoxalıb" (az.). realtv.az. 29 iyun. İstifadə tarixi: 22 aprel 2023.[ölü keçid]
- Bakhshiyeva, Yegane. "Threats and Provocations Originating from The Republic of Armenia towards The Water Resources of The Republic of Azerbaijan". Review of Armenian Studies (40). 2019: 113-131.
- OSCE Minsk Group. "Press Release by the Co-Chairs of the OSCE Minsk Group". osce.org (ingilis). 20 May 2014. 8 mart 2022 tarixində . İstifadə tarixi: 5 mart 2023.
- "Project of Sarsang Water Reservoir's water usage for irrigation presented to Karabakh premier" (ingilis). arka.am. 1 September 2014. 6 September 2014 tarixində . İstifadə tarixi: 22 April 2023.
- "AVCIYA-nın "Sərsəng harayı" layihəsi beynəlxalq arenada" (az.). teleqraf.com. 16 dekabr 2015. 22 aprel 2023 tarixində . İstifadə tarixi: 22 aprel 2023. (#first_missing_last)
- OSCE. "Press Release by the Co-Chairs of the OSCE Minsk Group" (ingilis). Vienna: osce.org. 22 January 2016. 25 June 2022 tarixində .
- Shikali, Islam; Safarova, Durna. "Azerbaijan: Can a Water Reservoir Help Resolve the Karabakh Conflict?" (ingilis). 22 March 2016. 24 January 2022 tarixində . İstifadə tarixi: 22 April 2022.
- Kocharyan, Stepan. "$100,000,000 dollar canal to connect Sarsang reservoir with Martakert in major Artsakh foreign investment deal" (ingilis). armenpress.am. 14 November 2018. 14 November 2018 tarixində . İstifadə tarixi: 22 April 2023.
- ICESCO. "ISESCO condemns Armenia's move to build a water canal from Sarsang Reservoir in the occupied territories of Azerbaijan". icesco.org (ingilis). 31 January 2019. 26 June 2022 tarixində . İstifadə tarixi: 22 April 2023.
- "Azerbaijani President: Azerbaijani Army raised Azerbaijani flag in Madagiz". APA.az (ingilis). 3 October 2020. 28 November 2020 tarixində . İstifadə tarixi: 3 October 2020.
'Azerbaijani Army has today raised the Azerbaijani flag in Madagiz. Madagiz is ours. Karabakh is Azerbaijan!, Azerbaijani President Ilham Aliyev posted on Twitter, APA reports.
- "MN: Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib" (ingilis). Azertag.az. 6 August 2022. 6 August 2022 tarixində . İstifadə tarixi: 24 April 2023.
- "Elxan Süleymanov: "Qalib Azərbaycan Sərsəng su anbarının problemlərini həll edəcək!"" (az.). musavat.com. 3 aprel 2023. 2023-04-22 tarixində .
- "Bakının Sərsəng gedişi: Qarabağa nəzarət güclənir" (az.). modern.az. 24 avqust 2022. 22 aprel 2023 tarixində .
- "Sərsəng su anbarına baxış keçirilib – danışıqlar qarşılıqlı anlaşma və konstruktiv şəraitdə baş tutub" (az.). marja.az. 24 avqust 2022. 5 mart 2023 tarixində .
- "Ermənilərdən daha bir ekoloji terror" (az.). gundeminfo.az. 21 dekabr 2022. 27 aprel 2023 tarixində . İstifadə tarixi: 23 aprel 2023.
- Shaban, Ilham. "Ermənistan işğal zamanı Azərbaycan ərazisində icazəsiz ən azı 37 su elektrik qurğusu tikib" (az.). caspianbarrel.org. 27 February 2023. 27 February 2023 tarixində . İstifadə tarixi: 22 April 2023.
- Jones, Tom. "Azerbaijan lodges ECT claim against Armenia" (ingilis). globalarbitrationreview.com. 27 February 2023. 30 March 2023 tarixində . İstifadə tarixi: 22 April 2023.
- "Azerbaijan has new claims: Baku will try to initiate arbitration proceedings against Armenia" (ingilis). Armenia News - NEWS.am. 27 February 2023. 31 March 2023 tarixində . İstifadə tarixi: 22 April 2023.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Avropa Surasi Parlament Assambleyasinin ASPA 2085 sayli qetnamesi Azerbaycanin cebheyani bolgelerinin sakinlerinin sudan qesden mehrum edilmesi ile bagli ASPA terefinden 26 yanvar 2016 ci ilde qebul edilmis qetname Senedde en ve en istinad edilmekle sudan istifade huququnun ehemiyyeti ve bu huququ temin etmek ohdeliyi vurgulanir Qetnamede hemcinin ATET in Minsk Qrupunun hemsedrlerinin 20 may 2014 cu il tarixli beyanatina da xatirlatma edilir Avropa Surasi Parlament Assambleyasinin 2085 sayli qetnamesiing Council of Europe Parliamentary Assembly PACE Resolution 2085 2016 Imzalanma tarixi 26 yanvar 2016Orijinal dil ingilis diliImzalayanlar Lehine 98 Eleyhine 71 Biteref 40Meqsedi Azerbaycanin cebheyani bolgelerinin sakinlerinin sudan qesden mehrum edilmesine munasibet ASPA nin 2085 sayli qetnamesinde Ermenistan terefinden isgal olunmus Azerbaycan erazisinde yerlesen Serseng su anbarinin cari veziyyetinin yeni yarada bilmesi ehtimali qeyd olunmus ve Ermenistan hakimiyyetinden su ehtiyatlarindan siyasi tesir aleti ve ya tezyiq vasitesi kimi istifadeni dayandirmasi teleb edilmisdir Bununla yanasi senedde sozugeden mesele ile bagli hesabatin hazirlanmasi zamani Ermenistan parlamentinin numayende heyetinin ve diger selahiyyetli sexslerin emekdasliq etmemesi Assambleya terefinden qetiyyetle pislenilmisdir ZeminEsas meqale Birinci Qarabag muharibesiSerseng su anbari 2009 Heyvali kendinde mis medeni 2012 1980 ci illerin sonlarinda Ermenistanla Azerbaycan arasinda baslanmis munaqise tezlikle genismiqyasli muharibeye cevrilir ve Dagliq Qarabag ve onun etrafindaki yeddi rayonun ermeni silahli quvveleri terefinden isgali ile neticelenir Ermeniler terefinden ele kecirilmis strateji ehemiyyetli obyektlerden biri de Serseng su anbari olur Hele 1976 1977 ci illerde Heyder Eliyevin Azerbaycan KP MK nin I katibi oldugu dovrde hemin anbarla yanasi Terter cayi uzerinde gucu 50 MVt olan eyni adli su elektrik stansiyasi da tikilib istifadeye verilmisdi Neticede neinki icmeli suyun temin edilmesine hem de Terter Berde Yevlax Agcabedi Agdam ve Goranboy rayonlarinin umumilikde 120 min hektara yaxin ekin sahelerinin suvarilmasina nail olunmusdu Muharibenin baslanmasi Azerbaycanin en yukseklikde yerlesen ve Qarabag iqtisadi rayonunun umumi su tutumu 575 mln m olan en iri su hovzesine Serseng su anbarina da oz tesirini gosterir Bele ki 1993 cu il fevralin evvelinde Baki radiosu anbarin cenub hissesinin ermeni quvvelerinin nezareti altina kecmesi barede xeber yayimlayir Ayin sonunda anbara ve SES e nezareti tamamile ele keciren ve bu emeliyyati tayi beraberi olmayan qelebe kimi qeyd eden ermeniler bununla azerbaycanlilar ucun Terter Kelebecer yolunu da baglamis olurlar Nehayet 12 may 1994 cu ilde ATET in Minsk qrupunun hemsedr olkesi Rusiyanin vasiteciliyi ile Qarabag munaqisesinde ateskese nail olunur Lakin Serseng su anbarinin itirilmesi cebheboyu erazide Azerbaycan ehalisi ucun bohrana sebeb olur bele ki suya en cox ehtiyac duyulan yay feslinde bendi baglayan ermeniler terefinden payiz qis aylarinda hec bir xeberdarliq edilmeden boyuk hecmde su verilmesi xususile Terterin kendlerinde muvafiq olaraq quraqliq ve suni dasqinlarla neticelenir Diger terefden ise anbarda muntezem texniki xidmet islerinin aparilmamasi bolge ehalisi ucun ekoloji humanitar ve tehlukesizlik baximindan problemler yaradir Muharibe neticesinde mecburi kockun veziyyetine dusen ehalinin esasen cebhe bolgesinde meskunlasmasi da suya olan telebati artirir Su anbarinin yaxinliginda Heyvali kendinde yerlesen ve Vallex Group sirketi terefinden istismar edilen mis ve qizil medenlerinin tullantilarinin utilizasiya edilmeden Sersenge axidilmasi baliq ehtiyatlarinin mehvi ile musahide olunur Suyun kimyevi zeherlenmesi bolge ehalisinde deri zohrevi ve mede bagirsaq xesteliklerinin de genis yayilmasina sebeb olur Anbarin suyundan istifadenin mumkun olmamasi hem de azerbaycanlilarin yasadigi erazilerde soran torpaqlarin artmasi ve mehsuldarligin azalmasi ile neticelenir Bununla bele munaqise terefleri arasinda anbarin idare edilmesi ile bagli effektiv danisiqlara nail olunmur Sadalanan problemlere diqqet cekmek meqsedile 2013 cu ilin mayinda Azerbaycanda Vetendas Cemiyyetinin Inkisafina Yardim Assosiasiyasi AVCIYA Serseng SOS Humanitar Bohranin Qarsisinin Alinmasi layihesinin icrasina baslayir 2014 cu il 16 19 may tarixlerinde munaqise bolgesine sefer zamani ATET in Minsk qrupunun hemsedrleri Serseng su anbarina bas cekerek cari rehberlikle veziyyeti muzakire edirler Hemsedrler birge beyanatlarinda tereflerin regionun rifahi namine bu su ehtiyatlarinin birge idare olunmasina dair raziliga geleceyine umid etdiklerini bildirirler Bunun ardinca hemin ilin sentyabrinda Ermenistanin ArmWaterProject Company Ltd sirketi terefinden qondarma DQR e su anbarinin irriqasiya meqsedile istifadesi ucun tikintisi ile bagli layihe teqdim olunur Nehayet 2015 ci ilde AVCIYA nin prezidenti deputat Azerbaycanin ASPA da numayende heyetinin uzvu Elxan Suleymanov ASPA ya Serseng su anbari meselesi ile bagli qetname layihesinin hazirlanmasini teklif edir Qetnamenin tarixcesi12 dekabr 2015 ci ilde ASPA nin Bosniya ve Herseqovinani temsil eden numayendesi Militsa Markovic qetname layihesinin hazirlanmasi haqqinda meruze ile cixis edir Qetnameden ferqli olaraq layihenin metninde Ermenistanin ratifikasiya etmediyi 1992 ci il tarixli BMT nin Su Konvensiyasina istinad edilirdi Markovic hesabati hazirlayarken yalniz iki defe faktarasdirici seferde oldugunu ve her iki seferin 2014 cu ilin dekabrinda ve 2015 ci ilin avqustunda yalniz Azerbaycana munasibetde heyata kecirildiyini bildirir Meruzecinin sozlerine gore Ermenistan numayende heyetine hem resmi hem de sexsen muraciet etmesine baxmayaraq sorgusuna cavab verilmediyinden Ermenistana seferi bas tutmayib Hesabat tertib edilerken peyk sekillerinin arasdirilmasi neticesinde melum olur ki muharibe zamani irriqasiya kanalina iki hissede ciddi ziyan deyib ve temir isleri aparilmadan kanalin bu veziyyetde istifadesi texminen 400 000 nefer ehali ucun ciddi tehdid toredir Hemcinin muharibeden sonra su anbarinin evezine kutlevi sekilde artezian quyularindan istifade edilmesinin de icmeli suya olan telebati tam qarsilamadigi askar edilir Markovicin meruzesine gore qis aylarinda kanallarda suyun hecminin cox olmasina baxmayaraq Serseng suyunun zeherli tullantilar ve agir minerallarla cirklendirilmesi ile bagli narahatliqlar olduguna gore azerbaycanlilar hemin dovrde bele artezian ve cende saxlanilan sularindan istifadeye davam edirler bu ise oz novbesinde elave xercler yaradir ve daha da onemlisi ictimai saglamliq ucun tehlukelidir Qetname layihesinin eleyhine cixis eden Ermenistan numayendesi senedin birterefli hazirlandigini ve bundan derin narahat olduqlarini qeyd edir Lakin 26 yanvar 2016 ci ilde kecirilen sesverme neticesinde qetname 40 i biteref 71 i eleyhine olmaqla 98 lehine sesle qebul edilir Qetnamenin metniQetname 9 bendden ibaretdir II bendde suyun strateji ehemiyyetli servet oldugunu bildiren Assambleya gunahsiz vetendaslara zerer vurmaq meqsedile onlarin bilerekden sudan mehrum edilmesinin yolverilmez oldugunu tesdiq edir III IV bendlerde teessufle qeyd olunur ki Azerbaycan erazilerinin Ermenistan terefinden isgali Asagi Qarabag vadisinde yasayan azerbaycanlilar ucun qesden suni ekoloji bohran veziyyeti yaratdigindan bu cur fealiyyet ekoloji tecavuz hesab olunmaqla bir uzv dovletin digerine qarsi dusmencilik hereketi kimi qiymetlendirilmelidir Senedde diger tehlukeli fakt kimi anbarin 20 ilden artiq muddet erzinde temir edilmemesi gosterilir Movcud veziyyetin tecili xarakterini nezere alan ASPA novbeti muddealarda iki muhum teleb ireli surur Ermenistan Silahli Quvvelerinin regiondan derhal cixarilmasi ve Ermenistan hakimiyyetinin su ehtiyatlarindan munaqise tereflerinden yalniz birinin xeyrine olacaq vasite kimi istifadeni dayandirmasi Qetnameye gore birinci telebin yerine yetirilmesi musteqil muhendis ve hidroloqlarin istiraki ile yerinde arasdirmanin aparilmasini erazideki su hovzelerinin qlobal seviyyede idare edilmesini ve regiondaki suvarma kanallarinin elece de Serseng ve Madagiz bendlerinin veziyyetine beynelxalq nezareti mumkun ede biler En sonda Assambleya butun maraqli terefleri Serseng su anbarinin ehtiyatlarinin birge idare edilmesinde yaxindan emekdasliq etmek ucun seylerini artirmaga cagirir Sonraki hadiselerSerseng su anbari 2019 Hele qetname qebul edilmezden dord gun evvel ATET in Minsk qrupunun hemsedrleri metbuata aciqlama vererek qrupun danisiqlar ucun yegane qebul olunmus format olaraq qaldigini vurgulamis ve ASPA uzvlerini qrupun mandatina xelel getire bilecek addimlar atmamaga cagirmisdi Qetnamenin qebul edilmesine baxmayaraq Ermenistan hokumeti bu senedi tebligat hiylesi kimi pisleyir ve tekidle su anbarinin beynelxalq standartlara cavab verdiyini qeyd edir 2018 ci ilde ise Ermenistan metbuati Serseng su anbarinda yeni kanalin cekilmesi ucun 100 milyon dollar deyerinde xarici investisiya yatirilmasi xeberini yayir ICESCO Ermenistanin Azerbaycanin diger erazilerinde dasqin ve quraqliga sebeb ola bilecek bu addimini pisleyir ve muvafiq hereketleri Azerbaycanin tebii servetlerinin talan edilmesi kimi qiymetlendirir Ikinci Qarabag muharibesi zamani 3 oktyabr 2020 ci ilde Azerbaycan ordusu Suqovusan su anbarini isgaldan azad edir Serseng su anbari ise bu muharibeni yekunlasdiran 9 noyabr 2020 ci il tarixli ucterefli ateskes beyanatindan sonra Rusiya sulhmeramlilarinin muveqqeti nezaretine kecir 2022 ci ilin yayinda Qisas emeliyyati neticesinde Azerbaycan terefi Buzluq dagini azad etmekle Serseng SES e vizual nezaret etmek imkani elde edir Bu emeliyyatdan bir nece hefte sonra avqustun 23 de Azerbaycan Meliorasiya ve Su Teserrufati ASC nin numayendeleri anbarin ermeni istismarcilari ile birlikde qarsiliqli raziliq esasinda su anbarina baxis kecirib su bolgusunun aparilmasini ve anbarin alt suvarma erazisinde olan rayonlara su verilmesinin berpasini muzakire edirler Gorus konstruktiv seraitde bas tutsa da hemin ilin dekabrinda Azerbaycanin Ecofront ictimai teskilati Turagaycayin yuxari bolsulu axarinda ermeniler terefinden 3 sutoplayici qurgunun qurasdirilmasi ve neticede Suqovusan su anbarina birbasa axmali olan bu cayin mecrasinin Sersenge yoneldilmesi ve Suqovusanda suyun hecminin azaldilmasi barede melumat yayir Novbeti il Azerbaycan Xarici Isler Nazirliyinin yaydigi melumatda qeyd olunur ki Qarabag erazisinde isgal zamani Ermenistan icazesiz en azi 37 elave su elektrik qurgusu tikib Bunu esas getiren Azerbaycan 2023 cu il fevralin 27 de en uygun olaraq Ermenistana qarsi beynelxalq arbitraj prosesi basladir Arbitraj bildirisinde 1991 ci ilden 2020 ci ile qederki qanunsuz isgal dovrunde Azerbaycanin enerji resurslari o cumleden Serseng SES uzerinde suveren huquqlarini pozduguna gore Ermenistandan maliyye tezminati teleb edilir Hemcinin baxSerseng su anbari Serseng SESIstinadlarCouncil of Europe Parliamentary Assembly PACE Inhabitants of frontier regions of Azerbaijan are deliberately deprived of water assembly coe int ingilis 26 January 2016 31 oktyabr 2022 tarixinde Istifade tarixi 5 mart 2023 Ohannes Geukjian Negotiating Armenian Azerbaijani Peace Opportunities Obstacles Prospects ingilis New York Routledge 2016 seh 12 ISBN 9781315597621 Human Rights Watch organization PDF www hrw org 28 June 2020 tarixinde Istifade tarixi 12 September 2017 Pirverdiyev Etibar Xalq qezeti 7 may 2010 3 Archived from the original on 5 March 2023 Istifade tarixi 5 mart 2023 Ermenistan Serseng su anbarini ekoloji silaha cevirib az bbc com 2 iyun 2006 5 mart 2023 tarixinde Mahir Humbatov Threat to the World Hydrological Crime and Ecological Genocide ingilis Vilnius 2018 seh 200 Serseng su anbarina baxis kecirilib danisiqlar qarsiliqli anlasma ve konstruktiv seraitde bas tutub az marja az 24 avqust 2022 1 sentyabr 2022 tarixinde Istifade tarixi 5 mart 2023 Mekhtiyev Aidyn Vspyshka Aktivnosti na Armyano Azerbaidzhanskom Fronte Nezavisimaya Gazeta Moscow 2 February 1993 3 R DeRouen Karl Heo Uk Civil Wars of the World Major Conflicts Since World War II New York ABC CLIO 2007 156 ISBN 1 85109 920 4 Felix Tsertisivadze The Forgotten Genocide ingilis Adegi Press 2005 seh 119 ISBN 9780974185774 Inhabitants of frontier regions of Azerbaijan are deliberately deprived of water Report Doc 13931 pace coe int ingilis PACE 12 December 2015 21 sentyabr 2022 tarixinde Istifade tarixi 5 mart 2023 Sarier Didem Ekinci Devletten Bireye Uzanan Diplomaside Turkiye ve Guney Kafkasya Akilli Erman redaktor Turkiye de ve Dunyada Dis Yardimlar turk Nobel Akademik Yayincilik Ocak 2016 296 ISBN 978 605 320 317 9 Sanasaryan Hakob Shirinian Orlando Anne Teghut Drembon Alaverdi and the politics of pollution ingilis azad hye com 29 August 2007 6 December 2022 tarixinde Istifade tarixi 22 April 2023 Karabagh Catching Examples of Mining Armenia ingilis aravot en am 9 January 2013 22 April 2023 tarixinde Istifade tarixi 22 April 2023 Besirova Gulnar Ermenistandan novbeti tehdid Serseng su anbari partladila biler az modern az 5 fevral 2014 2023 03 05 tarixinde Tugba Evrim Maden Weaponization of Water The Case of Sarsang Reservoir ingilis Ankara Berikan Yayinevi 2015 seh 112 ISBN 978 6059912587 Dunyada istilik 2 defe coxalib az realtv az 29 iyun Istifade tarixi 22 aprel 2023 olu kecid Bakhshiyeva Yegane Threats and Provocations Originating from The Republic of Armenia towards The Water Resources of The Republic of Azerbaijan Review of Armenian Studies 40 2019 113 131 OSCE Minsk Group Press Release by the Co Chairs of the OSCE Minsk Group osce org ingilis 20 May 2014 8 mart 2022 tarixinde Istifade tarixi 5 mart 2023 Project of Sarsang Water Reservoir s water usage for irrigation presented to Karabakh premier ingilis arka am 1 September 2014 6 September 2014 tarixinde Istifade tarixi 22 April 2023 AVCIYA nin Serseng harayi layihesi beynelxalq arenada az teleqraf com 16 dekabr 2015 22 aprel 2023 tarixinde Istifade tarixi 22 aprel 2023 first missing last OSCE Press Release by the Co Chairs of the OSCE Minsk Group ingilis Vienna osce org 22 January 2016 25 June 2022 tarixinde Shikali Islam Safarova Durna Azerbaijan Can a Water Reservoir Help Resolve the Karabakh Conflict ingilis 22 March 2016 24 January 2022 tarixinde Istifade tarixi 22 April 2022 Kocharyan Stepan 100 000 000 dollar canal to connect Sarsang reservoir with Martakert in major Artsakh foreign investment deal ingilis armenpress am 14 November 2018 14 November 2018 tarixinde Istifade tarixi 22 April 2023 ICESCO ISESCO condemns Armenia s move to build a water canal from Sarsang Reservoir in the occupied territories of Azerbaijan icesco org ingilis 31 January 2019 26 June 2022 tarixinde Istifade tarixi 22 April 2023 Azerbaijani President Azerbaijani Army raised Azerbaijani flag in Madagiz APA az ingilis 3 October 2020 28 November 2020 tarixinde Istifade tarixi 3 October 2020 Azerbaijani Army has today raised the Azerbaijani flag in Madagiz Madagiz is ours Karabakh is Azerbaijan Azerbaijani President Ilham Aliyev posted on Twitter APA reports MN Buzdux dagi ve etrafindaki yukseklikler Azerbaycan Ordusunun nezareti altina kecib ingilis Azertag az 6 August 2022 6 August 2022 tarixinde Istifade tarixi 24 April 2023 Elxan Suleymanov Qalib Azerbaycan Serseng su anbarinin problemlerini hell edecek az musavat com 3 aprel 2023 2023 04 22 tarixinde Bakinin Serseng gedisi Qarabaga nezaret guclenir az modern az 24 avqust 2022 22 aprel 2023 tarixinde Serseng su anbarina baxis kecirilib danisiqlar qarsiliqli anlasma ve konstruktiv seraitde bas tutub az marja az 24 avqust 2022 5 mart 2023 tarixinde Ermenilerden daha bir ekoloji terror az gundeminfo az 21 dekabr 2022 27 aprel 2023 tarixinde Istifade tarixi 23 aprel 2023 Shaban Ilham Ermenistan isgal zamani Azerbaycan erazisinde icazesiz en azi 37 su elektrik qurgusu tikib az caspianbarrel org 27 February 2023 27 February 2023 tarixinde Istifade tarixi 22 April 2023 Jones Tom Azerbaijan lodges ECT claim against Armenia ingilis globalarbitrationreview com 27 February 2023 30 March 2023 tarixinde Istifade tarixi 22 April 2023 Azerbaijan has new claims Baku will try to initiate arbitration proceedings against Armenia ingilis Armenia News NEWS am 27 February 2023 31 March 2023 tarixinde Istifade tarixi 22 April 2023