Azərbaycanın daxili suları — Hidroqrafik cəhətdən Azərbaycan Respublikası Xəzər dənizi hövzəsinə aiddir. Respublikanın hidroqrafik şəbəkəsi (çayları, gölləri) uzun geoloji dövrdə yaranmış və bu müddətdə xeyli dəyişikliklərə uğramışdır. Hazırda ölkə ərazisində rast gəlinən bir sıra qədim çay dərələrinin qalıqları buna sübutdur. İndi də hidroqrafik şəbəkə təbii amillər və insanların təsərrüfat fəaliyyəti nəticəsində dəyişməkdədir. Süni su axarları (kanallar) və su anbarları da hidroqrafik şəbəkəyə aid edilir.
Azərbaycan çayları
Azərbaycanda 8000-ə yaxın çay vardır. Uzunluğu 5 km-dən artıq çayların sayı 190-dir. 21 çayın uzunluğu isə 100 km-dən çoxdur. Yalnız 2 çayın uzunluğu 500 km-dən çoxdur. Çaylar əsasən dağlarda formalaşır. Düzənlikdə onlar Kür və Araz çaylarına qovuşur və yaxud birbaşa Xəzərə tökülür. Azərbaycanın bütün çayları qapalı axarsız hövzə olan Xəzərə aiddir. Çayların orta illik su axımı 31 km3-a yaxındır ki, bunun da 2/3-si qonşu ölkələrdə yaranır. Iqlimin quraqlığının artması Böyük və Kiçik Qafqazda çay şəbəkəsinin sıxlığının düzənliklərə doğru azalmasına səbəb olur. Ən sıx çay şəbəkəsi orta dağlıqda, ən az isə düzənliklərdə müşahidə edilir.
Çayların qruplaşdırılması
Çaylar müxtəlif xüsusiliyinə görə qruplaşdırılırlar.
I. Uzunluğuna görə: Kür-1515 km, Araz-1072 km, Qanıx-413 km, Qabırrı — 389 km, Samur-216 km, Tərtər-200 km;
II. Mənbəyinin hündürlüyünə görə: Türyançay-3680 m, Samur-3600 m, Qusarçay-3780 m, Əyriçay-3200 m;
III. Mənsəbinə görə:
- Mənsəbsiz — Ceyrankeçməz, Sumqayıtçay, Pirsaat;
- Mənsəbli — qalan bütün çaylar;
- Mənsəbi okean səviyyəsindən aşağı- Kür, Araz və Xəzərə birbaşa tökülən çaylar -Lənkərançay, Vəlvələ, Qusarçay, Viləşçay,Qudyalçay və s.
IV. Relyef xüsusiyyətinə görə:
- Üzərində şəlalə yaranan — Dəmiraparan (Mucux şəlaləsi), Tərtər, Katexçay, Vəlvələ, Kürmükçay və s.;
- Dərəsində kanyon olan çaylar — əhəngdaşı yumşaq süxurları kəsib keçən dağ çaylarında Qudyalçay, Qusarçay, Qaraçay,Vəlvələçay və s. ;
- Enli "U" şəkilli çaylar- gilli süxurları kəsib keçən düzənlik çaylarında — Kür, Araz və s. ;
V. Formalaşmasına görə:
- Kənardan (tranzit) mənbə götürənlər — Kür, Araz, Arpaçay,Samur, Oxçu, Akstafaçay, Tovuzçay, Qanıx, Qabırrı;
- Azərbaycanda formalaşan — Tərtər, Girdiman, Qusar, Xaçın, Əyriçay, Viləş, Pirsaat, Sumqayıt, Qudyalçay, Turyançay,Ceyrankeçməz;
VI. Qidalanmasına görə 2 qrupa:
- Yayda quruyan — Sumqayıt, Ceyrankeçməz, Pirsaat;
- Daimi axarlı -Azərbaycanın yerdə qalan çaylarının hamısı.
Azərbaycanın çaylarını coğrafi yerləşmə xüsusiyyətinə görə 4 əsas qrupa bölmək olar:
- Böyük Qafqazın şimal-şərq yamacının çayları.
- Abşeron-Qobustan sahəsinin çayları.
- Kür hövzəsinin çayları.
- Talış dağlarından axan çaylar.
Kür hövzəsinin çaylarından başqa, digər qruplara Aid çaylar sərbəst olaraq Xəzər dənizinə tökülür.
Azərbaycan çayları yağış, qar, buzlaq və yeraltı sularla qidalanır. Yüksək dağlıqdan başlayan çaylar (Qusarçay, Dəmiraparan, Qudyalçay və s.) yazda və yayın əvvəllərində bol sulu olur. Qar və buzlaqla qidalandıqlarından mənbələri qar xəttindən yuxarıda olur. Orta dağlıqdan başlayan çaylar (Lənkərançay, Ataçay) yeraltı su, yağış və qismən qar suları ilə qidalanır. Alçaq dağlıqdan başlayan çaylar (Ceyrankeçməz, Incəçay) ancaq yağış suları ilə qidalanırlar. Azsulu olub yayda quruyurlar.
VII. Coğrafi yerləşməsinə görə:
- Böyük Qafqazın şimal-şərqindən axan çaylar — Qusar, Qudyal, Vəlvələ, Qaraçay, Ataçay birbaşa Xəzərə tökülürlər. Qar və buzlaqda qidalandıqlarından yazın sonu, yayın əvvəlində bol sulu olurlar.
- Böyük Qafqazın cənub yamacının çayları — Katex, Şin, Kiş, Balakən, Talaçay, Mazım, Kürmük çayları Qanıx və Əyriçaya, daha sonra isə Kürə tökülərək onun sol qollarını əmələ gətirirlər. Bu çaylar öz yataqları boyu- iri gətirmə konusları yaradırlar.
- Abşeron-Qobustanın çayları — Pirsaat, Ceyrankeçməz, Sumqayıtçay yağış suları ilə qidalandığıdan yayda quruyurlar. Çünki bu əraziyə yağıntı yalnız ilin soyuq dövründə düşür. Mənsəbsizdirlər.
- Talış dağlarının çayları — Lənkərançay, Astaraçay, Viləşçay — əsasən yağış və yeraltı sularla qidalanır və birbaşa Xəzərə tökülürlər. Talış dağları qar xəttindən aşağıda yerləşdiyindən buradakı çaylar buzlaqla qidalanmırlar. Yayda hava quraq keçdiyindən bu çayların suyu azalır.
- Kiçik Qafqazın şimal-şərq yamacından axan Akstafaçay, Tovuzçay, Əsrikçay, Zəyəm, Şəmkirçay, Gəncəçay və Kürəkçay — Kürə qovuşaraq, onun sağ qollarını əmələ gətirir. Əsasən yağış (70%) qismən qar və yeraltı sularla qidalanır.
- Kiçik Qafqazın cənub-şərq yamacından axan Tərtər, Xaçın, Həkəri, Oxçu və Qarqarçay — Mil və Qarabağ düzlərinin suvarılmasında istifadə edilir. Bu çaylar püskürülmüş vulkanik süxurlanından ibarət Qarabağ vulkanik yaylasında formalaşdıqlarından əsasən yeraltı sularla qidalanır. Belə süxurların geniş yayılması ərazidə çay şəbəkəsinin seyrək olmasına səbəb olub.
- Naxçıvanın əsas çayları — Arpaçay, Naxçivançay, Əlincəçay, Gilançay və Ordubadçaydır. Bu çaylanın hamısı Araz çayına tökülür. Əsasən qar və yeraltı sularla qidalanırlar.
Azərbaycanda orta illik axım rütubətli iqlimə malik Lənkəran vilayəti və Böyük Qafqazın cənubunda maksimum, Kür-Araz, Abşeron-Qobustan və Naxçıvanın Arazboyu düzənliklərində isə minimuma bərabərdir. (səbəbi rütubət çatışmamazlığıdır)
Üzərində su anbarı olan çaylara axımı tənzimlənən çaylar deyilir. Kür, Araz, Akstafaçay, Arpaçay, Tərtər belə çaylardandır. Kür, Araz, Türyançay, Arpaçay və s. düzən çaylarından suvarmada istifadə edilir.
Azərbaycan çaylarının çoxu sellidir. Tərkibinə görə sellər aşağıdakı kimidir:
- a) Palçıqlı sellər — Naxçıvan, Qobustan, Acınohur və Ceyrançölün çayları üçün;
- b) Daşlı və daşlı-palçıqlı sellər isə Böyük Qafqazın cənub yamacındakı Kiş, Şin, Dəmiraparan, Kürmük, Mucux, Tikanlı çayları üçün səciyyəvidir. Təsərrüfata ziyan vurur. Iki yolla mübarizə aparılır:
- Hidrotexniki qurğular tikməklə (beton bəndlər);
- Fitomeliorativ (ağac, kol, ot örtüyü əkməklə). Yamacların böyük meylliyi, gur yağışların yağması və asanlıqla aşınan süxurlanın üstünlük təşkil etməsi selin yaranmasının başlıca səbəbləridir.
Kür çayı
Kür çayının uzunluğu 1515 km olub, Türkiyənin Qızılgədik dağından (2740 m) başlayıb, Gürcüstandan keçərək Azərbaycana daxil olur. Azərbaycan daxilində Kürün uzunluğu 906 km olub, Neftçala rayonunda Xəzərə tökülür. Kür çayı əsasən qar suları (52%) ilə qidalandığından yazın sonu və yayın əvvəlində, yəni qarın intensiv əridiyi dövrdə bol sulu olur. Çayda suyun maksimum səviyyəsi apreldə, minimum səviyyəsi isə sentyabr aylarında olur.
Kürün sağ qolları əsasən Kiçik Qafqazdan başlanan Şəmkirçay, Gəncəçay, Zəyəmçay, Xaçınçay, Tərtər və s. sol qollar isə Böyük Qafqazın cənub yamacından başlayan Qanıx, Qabırrı, Türyançay, Əlicançay və s. çaylarıdır. Kür üzərində Mingəçevir, Yenikənd, Şəmkir və Varvara kimi su anbarları var. Bu su anbarlarının yaradılması qrunt sularının səviyyəsinin artmasına, tuqay meşələri və torpaqların xeyli hissəsinin su altında qalmasına səbəb olmuşdur. Kür Azərbaycanın yeganə çay gəmiçiliyi yoludur. Buradakı gəmilər Kürün mənsəbindən Yevlax şəhərinə qədər hərəkət edir.
Kür-Araz ovalığı ilə çay meandr döngələrlə axdığından gəmilərin hərəkətini asanlaşdırmaq üçün çayın yatağıdakı bəzi döngələr kəsilib düzəldilmişdir. Bu meandrda Kürün "axmaz" gölləri Ağgöl, Hacıqabul, Sarısu və Mehman gölləri yaranmışdır. Kür Sabirabad şəhərindən mənsəbinə qədər heç bir qol qəbul etmir. Kür çayından balıqçılıq, nəqliyyat, suvarma və hidroenerji məqsədi ilə istifadə olunur.
Araz çayı
Araz çayı Türkiyənin Bingöl — silsiləsindən (2990 m) başlayıb, Ermənistan və Iran sərhəddindən keçərək Sabirabad rayonunun Suqovuşan kəndində Küra qovuşur. Uzunluğu 1072 km, hövzəsinin sahəsi 182 km² olan Araz çayının suyu çox bulanıqdır. Kürdən fərqli olaraq, əsasən, yeraltı sularla (46%) qidalanır. Suyunun səviyyəsi mayda maksimum, avqustda isə minimum həddə çatır. Naxçıvandakı Arpaçay, Ordubadçay, Naxçıvançay, Gilançay və Əlincəçay; Qarabağ vulkanik yaylasındakı Həkəri, Oxçuçay və Bərgüşad — Araza tökülən əsas çaylardır. Araz çayı üzərində — Bəhramtəpə, Mil-Muğan və Araz su qovşağı yaradılıb. Kür-Araz ovalığını suvarmaq üçün Araz çayından Baş Muğan, Baş Mil və Əzizbəyov adlı kanallar çəkilmişdir.
Samurçay
Samurçay Azərbaycanın şimal-şərqinin ən böyük çayı olub Dağıstanda 3600 m yüksəklikdən başlayıb, birbaşa Xəzərə tökülür. Uzunluğu 216 km olan Samurçaydan Samur-Abşeron su kanalı çəkilib. Əsasən yeraltı və buzlaq suları ilə qidalanır.
Çayların çirklənməsi
Kür, Araz, Oxçu, Ağstafa, Tovuz, Qarqar çayları Azərbaycanın ən çirklənmiş çayları sayılır.
Samur, Qanıx, Araz, Astara və Bolqarçay Azərbaycanın sərhəd çaylarıdır.
Azərbaycana Ermənistan və Gürcüstandan daxil olan Kür və Araz çayları, onların Oxçuçay, Bazarçay, Ağstafaçay, Tovuzçay, Bərgüşad və s. qolları çirklənməyə daha çox məruz qalıb. Ermanistanın Qafan rayonundakı dağ-mədən sənayesinin tullantıları Oxçuçayı "Ölü suya" çevirmişdir.
Kür Gürcüstanın Tbilisi və Rustavi, qismən isə Azərbaycanın Kürboyu şəhərlərinin sənaye və məişət suları ilə çirklənmişdir. Daşkəsənin zərərli tullantıları Qoşqarçayla Kürə, Naxçıvandakı Parağacay mədənlərinin tullantıları isə Araza qarışır. Azərbaycanın əkin sahələrinə verilən 10 min tonlarla gübrələr, zərərverici maddələr axar sular vasitəsilə çaylara və s. sututarlara tökülür və onları çirkləndirir.
Sular təbii və süni yolla təmizlənir. Axar sular 8–20 km axdıqdan sonra təbii yolla özü-özünü təmizləyir. Çirkab sulardan istifadə etmək üçün onu xüsusi qurğularda təmizləyib, zərərsizləşdirirlər.
Su hövzələrinin özü-özünü təmizləməsi
Su hövzələrinin özü-özünü təmizləməsi- su hövzəsinin üzvi və qismən qeyri-üzvi maddələri zərərsiz birləşmələrə çevirməsi qabiliyyəti. Su hövzələrinin özü-özünü təmizləməsi fiziki (suspenziya hissəcikərinin çökməsi, buxarlanma); kimyəvi (maddələrin oksigen və hidrogen peroksidlə oksidləşməsi, suda həll olması, hidrantlara çevrilməsi: kolqulyasiya və çökmə; toksikantların hidrolizi); bioloji (çirklənmiş maddələrin mübadilə prosesinə girməsi, onların parçalanması və ya zəhərsiz formalara keçməsi). Su hövzələrinin özü-özünü təmizləməsi də bütün hidrobiontlar iştirak edir, əsas rolu isə bakteriyalar, göbələklər, ibtidailər və çoxhüceyrəli heyvanlar-süzdürücülər oynayır.
Su hövzələrinin sanitariya mühafizəsi
Su hövzələrinin sanitariya mühafizəsi-içməli su mənbələrinin çirklənmədən qoruyan qanunverici, təşkilatı və sanitar-texniki tədbirlər sistemi. SHSM barədə ilk dövlət qanunu 19 əsrin 70-ci illərində Böyük Britaniyada, 90-cı illərdə isə Fransada həyata keçirilmişdir. Su hövzələrinin sanitariya mühafizəsidə ciddi rejimli və məhdudlaşdırılmış sanitariya mühafizəsi zonası müəyyənləşdirilmişdir. Birinci zonaya su götürülən yer və su kəmərinin baş qurğuları aiddir; bura hasara alınır, sahəsi yaşıllaşdırılır, qorunur və tikinti işləri qadağan edilir. İkinci zonaya su təchizatı mənbəyinə təsir göstərə bilən sahə aiddir. Çayın sahili 150–200 m enində yaşıllaşdırılır və sanitariya rejimi gözlənilir. Su hövzələrinin sanitariya mühafizəsində sanitariya-epidemioloji stansiyalar nəzarət edir.
Su hövzəsinin özü-özünə çirklənməsi
Su hövzəsinin özü-özünə çirklənməsi-parçalanan ölü maddələrlə çirklənməsi. Su hövzəsinin özü-özünə çirklənməsi yosunların kütləvi parçalanması (əsasən göy-yaşıl yosunların) nəticəsində baş verir. Su mühiti bu zaman nəinki ölü üzvi maddələrlə zənginləşir, həm də mürəkkəb molekulyar strukturlu zəhərli maddələrin ayrılması nəticəsində zəhərlənir, heyvan və insanlar üçün təhlükəli olur. Zəhərli yosunlarla zəhərlənmiş balıqları insan qəbul etdikdə zəhərlənə bilər.
Göllər, kanallar və su anbarları
Azərbaycanda 700-ə yaxın göl vardır ki, bunun da yalnız 250-si yayda qurumur. Sahəsi 1 km2 -dan çox olan və böyük təsərrüfat əhəmiyyəti olan göllərin sayı 25-dir.
Mənşəyinə görə göllər
- Tektonik göllərə — Abşeron-Qobustandakı və Kiçik Qafqazdakı Böyük və Kiçik Alagöllər, həmçinin Acınohur gölü aiddir.
- Buzlaq mənşəli göllər — Böyük və Kiçik Qafqazın 2800–3500 m hissələrində yaranıb. Məsələn: Qəbələdə Tufangöl.
- Uçqun və sürüşmədən yaranan bənd gölləri Kiçik Qafqazdakı — Göygöl, Maralgöl, Ağgöl, Qanlıgöl və Naxçıvandakı Batabat aiddir.
- Axmaz və ya çay-dərə gölləri Kür-Araz ovalığında Kür çayı boyunca yaranıb. Məsələn: Ağgöl, Sarısu, Mehman, Hacıqabul və s.
- Qalıq və ya relikt göllər Xəzərin qalıqları olub, şor suludurlar. Xəzərin sahillərində yerləşir.
Suyunun tərkibinə və axarlılığına görə göllər
- a) Şorsulu (axarsız) göllər əsasən Abşeron-Qobustan və Acınohur-Ceyrançölün arid iqlim şəraitinə malik ərazilərində yaranıb. Acınohur, Böyükşor, Binəqədi və Masazır Azərbaycanın ən iri şorsulu gölləridir;
- b) şirinsulu (axarlı) göllər əsasən dağlıq ərazilərdə yerləşib. Məsələn: Göygöl, Maralgöl, Batabat, Hacıqabul, Mehman, Ağgöl, Böyük və Kiçik Alagöllər və s.
Sahəsinə görə ən böyük göl — Sarısu (15 km²), ən dərin göl isə – Göygöldür (95 m).
- Azerbaycanin Caylari
a)Kur,Araz,Samur
- b) Böyük Qafqazda Tufangöl, Ağzıbirçala;
- c) Kiçik Qafqazda Böyük və Kiçik Alagöllər, Qaragöl (hər 2-si Qarabağ vulkanik yaylasında), Göygöl, Maralgöl;
- d) Kür-Arazda — Sarısu, Mehman, Candar, Hacıqabul;
- e) Abşeronda Böyük Şor, Bülbülə, Masazır, Binəqədi, Qanlıgöl.
Göygöl və bundan əlavə 7 göl — Maralgöl, Zəligöl, Ördəkgöl, Ağgöl, Şamlıgöl, Ceyrangöl və Qaragöl 1139-ci il zəlzələsi zamanı Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranmışlar. Suyundan Gəncə şəhərində istifadə olunan Göygöl okean səviyyəsindən 1556 m yüksəklikdə yerləşir. Ən dərin yeri 95 m-dir.
Su anbarları
Azərbaycanda 140-a qədər su anbarı vardır ki, bunun da 34-ü daha böyük əhəmiyyət kəsb edir. Su anbarları çay dərələrində bənd tikməklə yaradılır. Lakin çay yatağından kənarda tikilən su anbarları da mövcuddur ki, onlar da çaylardan başlayan xüsusi kanallar vasitəsi ilə qidalanır. Məsələn: Ceyranbatan. Azərbaycandakı su anbarları altında bərəkətli torpaqlar, Tuğay meşələri qalır. Sahəsinə görə — Mingəçevir (605 km2 ), Araz su qovşağı (145 km2 ), Şəmkir (116 km2 ), Varvara, Sərsəng ən böyük su anbarlarıdır.
Mingəçevir su anbarı
Mingəçevir Azərbaycanın ən iri su anbarıdır. O, Kür çayının Bozdağı yarıb keçdiyi yerdə — Samux çökəkliyinin su ilə doldurulması nəticəsində yaradılıb. Bura Qanıx, Qabırrı və Kür çayları tökülür. Buradan Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları öz mənbəyini götürür. Mingəçevirdən başqa Kür üzərində Varvara, Şəmkir və Yenikənd su anbarları da tikilib. Bu su anbarlarından suvarmada və elektrik enerjisinin alınmasında istifadə edilir. Lakin bu su anbarları altında geniş tuğay meşələri qalmış və ətraf ərazilərdə şoranlıqlar yaranmısdır.
Bundan əlavə Naxçıvanda Araz su qovşağı (Azərbaycanın 2-ci böyük su anbarı), Ağsuda Cavanşir, Qazaxda Ağstafa və Coğaz, Qəbələdə Nohurqışlaq, Ismayıllıda Aşıq Bayramlı, Lənkəranda Xanbulan, Tərtər çayı üzərində Sərsəng su anbarları var. Samur — Abşeron kanalı ilə qidalanan Ceyranbatan su anbarının suyundan Abşeron yarımadasının su təchizatından geniş istifadə olunur.
Su kanalları
Su kanallarının ümumi uzunluğu 90000 km olub, 1,3 mln. ha quraq əraziləri suvarılır. Uzunluğuna görə 1-ci yerdə Samur-Abşeron (Samurçaydan Ceyranbatana qədər 182 km), Yuxarı Qarabağ (Mingəçevirdən Bəhramtəpə su anbarına qədər 172 km), Yuxarı Şirvan, Əzizbəyov, Sabir, Baş Mil, Baş Muğan və s.
Yuxarı Şirvan və Yuxarı Qarabağ kanalları Mingəçevir su anbarından, Baş Muğan və Əzizbəyov kanalları Bəhramtəpə su anbarından Baş Mil su kanalı Araz çayındakı Mil-Muğan su qovşağından başlayır.
Əzizbəyov, Baş Muğan və Sabir kanalları ilə Muğan düzü; Yuxarı Şirvan kanalı ilə Şirvan düzü; Yuxarı Qarabağ kanalı ilə Qarabağ və Mil düzü; Samur-Abşeron kanalı ilə Abşeron və Samur-Dəvəçi ovalığının ərazisi suvarılır. Suvarılan bu ərazilərdə irriqasiya (suvarma) eroziyası geniş yayılmışdır.
Su anbarları və su kanallarının dibi betonlaşdırılmadığı üçün su itkisinə və şor qrunt sularının səviyyəsinin qalxaraq, şoranlıqların yaranmasına səbəb olur. Qrunt sularının səviyyəsini tənzimləmək və şoran torpaqların yuyulması məqsədi ilə əsasən Kür-Araz ovalığında kollektor-drenaj şəbəkəsi yaradılıb. Bunlardan Ən mühümü Baş Şirvan kollektorudur.
Yeraltı sular
Yeraltı suların ümumi ehtiyatı 5 km3-dir. Kür-Araz, Qanıx-Əyriçay, Lənkəran ovalığında qrunt suları 1–5 m dərinlikdədir. Digər ərazilərdən fərqli olaraq Kür-Araz ovalığındakı qrunt suları şor sulu və şoran sahələr yaratması ilə fərqlənir. Qrunt suları yağıntı, səth suları və hidrotexniki qurğulardan sızan sularla qidalanır. Düzənliklərdə suvarma mövsümündə qrunt sularının səviyyəsi artır, digər dövrlərdə isə aşağı düşür. Dağlarda bu sular bulaq şəklində səthə çıxır. Yeraltı sularla ən az təmin olunmuş ərazi Abşeron yarımadasıdır. Qafqazın ən iri artezian hövzəsi Kür-Araz ovalığındadır. Onun temperaturu bəzən 150 °C çatır.
Bataqlıqlaşmış sahələr
Azərbaycanın ən geniş bataqlıqlaşmış sahəsi Mərkəzi Arandadır (yəni Kür-Araz ovalığı). Buzlaqların ümumi sahəsi 6,6 km2 -dir. Onlar Baş Qafqazın Yan və Baş Qafqaz suayrıcı silsiləsinin Bazardüzü, Bazaryurd, Şahdağ, Tufandağ zirvələrində və Kiçik Qafqazın yalnız Zəngəzur silsiləsindəki Qapıcıq zirvəsindədir. Azərbaycanda qar xətti 3600–4000 m-dən yüksəkdə keçdiyindən buzlaqlar yalnız bu hündürlükdə yaranır. Iqlimi soyuq olduğundan Böyük Qafqazın şimal yamacında qar xətti cənuba nisbətən aşağıdan keçir.[]
İstinadlar
- "Su mənbələrimiz çirklənməyə necə məruz qalır?". 2021-02-28 tarixində . İstifadə tarixi: 2017-07-25.
- "Azərbaycan Respublikası Göygöl Rayon İcra Hakimiyyəti — Coğrafi mövqeyi". 2022-01-20 tarixində . İstifadə tarixi: 2013-07-27.
Mənbə
- Azərbaycanın çayları, gölləri və su anbarları 2014-10-17 at the Wayback Machine
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanin daxili sulari Hidroqrafik cehetden Azerbaycan Respublikasi Xezer denizi hovzesine aiddir Respublikanin hidroqrafik sebekesi caylari golleri uzun geoloji dovrde yaranmis ve bu muddetde xeyli deyisikliklere ugramisdir Hazirda olke erazisinde rast gelinen bir sira qedim cay derelerinin qaliqlari buna subutdur Indi de hidroqrafik sebeke tebii amiller ve insanlarin teserrufat fealiyyeti neticesinde deyismekdedir Suni su axarlari kanallar ve su anbarlari da hidroqrafik sebekeye aid edilir Xezer denizi hovzesiKur cayi hovzesi Azerbaycan Respublikasi erazisinin boyuk ekseriyyetini teskil edirAzerbaycan caylariAzerbaycanda 8000 e yaxin cay vardir Uzunlugu 5 km den artiq caylarin sayi 190 dir 21 cayin uzunlugu ise 100 km den coxdur Yalniz 2 cayin uzunlugu 500 km den coxdur Caylar esasen daglarda formalasir Duzenlikde onlar Kur ve Araz caylarina qovusur ve yaxud birbasa Xezere tokulur Azerbaycanin butun caylari qapali axarsiz hovze olan Xezere aiddir Caylarin orta illik su aximi 31 km3 a yaxindir ki bunun da 2 3 si qonsu olkelerde yaranir Iqlimin quraqliginin artmasi Boyuk ve Kicik Qafqazda cay sebekesinin sixliginin duzenliklere dogru azalmasina sebeb olur En six cay sebekesi orta dagliqda en az ise duzenliklerde musahide edilir Caylarin qruplasdirilmasi Caylar muxtelif xususiliyine gore qruplasdirilirlar I Uzunluguna gore Kur 1515 km Araz 1072 km Qanix 413 km Qabirri 389 km Samur 216 km Terter 200 km II Menbeyinin hundurluyune gore Turyancay 3680 m Samur 3600 m Qusarcay 3780 m Eyricay 3200 m III Mensebine gore Mensebsiz Ceyrankecmez Sumqayitcay Pirsaat Mensebli qalan butun caylar Mensebi okean seviyyesinden asagi Kur Araz ve Xezere birbasa tokulen caylar Lenkerancay Velvele Qusarcay Vilescay Qudyalcay ve s IV Relyef xususiyyetine gore Uzerinde selale yaranan Demiraparan Mucux selalesi Terter Katexcay Velvele Kurmukcay ve s Deresinde kanyon olan caylar ehengdasi yumsaq suxurlari kesib kecen dag caylarinda Qudyalcay Qusarcay Qaracay Velvelecay ve s Enli U sekilli caylar gilli suxurlari kesib kecen duzenlik caylarinda Kur Araz ve s V Formalasmasina gore Kenardan tranzit menbe goturenler Kur Araz Arpacay Samur Oxcu Akstafacay Tovuzcay Qanix Qabirri Azerbaycanda formalasan Terter Girdiman Qusar Xacin Eyricay Viles Pirsaat Sumqayit Qudyalcay Turyancay Ceyrankecmez VI Qidalanmasina gore 2 qrupa Yayda quruyan Sumqayit Ceyrankecmez Pirsaat Daimi axarli Azerbaycanin yerde qalan caylarinin hamisi Azerbaycanin caylarini cografi yerlesme xususiyyetine gore 4 esas qrupa bolmek olar Boyuk Qafqazin simal serq yamacinin caylari Abseron Qobustan sahesinin caylari Kur hovzesinin caylari Talis daglarindan axan caylar Kur hovzesinin caylarindan basqa diger qruplara Aid caylar serbest olaraq Xezer denizine tokulur Azerbaycan caylari yagis qar buzlaq ve yeralti sularla qidalanir Yuksek dagliqdan baslayan caylar Qusarcay Demiraparan Qudyalcay ve s yazda ve yayin evvellerinde bol sulu olur Qar ve buzlaqla qidalandiqlarindan menbeleri qar xettinden yuxarida olur Orta dagliqdan baslayan caylar Lenkerancay Atacay yeralti su yagis ve qismen qar sulari ile qidalanir Alcaq dagliqdan baslayan caylar Ceyrankecmez Incecay ancaq yagis sulari ile qidalanirlar Azsulu olub yayda quruyurlar VII Cografi yerlesmesine gore Boyuk Qafqazin simal serqinden axan caylar Qusar Qudyal Velvele Qaracay Atacay birbasa Xezere tokulurler Qar ve buzlaqda qidalandiqlarindan yazin sonu yayin evvelinde bol sulu olurlar Boyuk Qafqazin cenub yamacinin caylari Katex Sin Kis Balaken Talacay Mazim Kurmuk caylari Qanix ve Eyricaya daha sonra ise Kure tokulerek onun sol qollarini emele getirirler Bu caylar oz yataqlari boyu iri getirme konuslari yaradirlar Abseron Qobustanin caylari Pirsaat Ceyrankecmez Sumqayitcay yagis sulari ile qidalandigidan yayda quruyurlar Cunki bu eraziye yaginti yalniz ilin soyuq dovrunde dusur Mensebsizdirler Talis daglarinin caylari Lenkerancay Astaracay Vilescay esasen yagis ve yeralti sularla qidalanir ve birbasa Xezere tokulurler Talis daglari qar xettinden asagida yerlesdiyinden buradaki caylar buzlaqla qidalanmirlar Yayda hava quraq kecdiyinden bu caylarin suyu azalir Kicik Qafqazin simal serq yamacindan axan Akstafacay Tovuzcay Esrikcay Zeyem Semkircay Gencecay ve Kurekcay Kure qovusaraq onun sag qollarini emele getirir Esasen yagis 70 qismen qar ve yeralti sularla qidalanir Kicik Qafqazin cenub serq yamacindan axan Terter Xacin Hekeri Oxcu ve Qarqarcay Mil ve Qarabag duzlerinin suvarilmasinda istifade edilir Bu caylar puskurulmus vulkanik suxurlanindan ibaret Qarabag vulkanik yaylasinda formalasdiqlarindan esasen yeralti sularla qidalanir Bele suxurlarin genis yayilmasi erazide cay sebekesinin seyrek olmasina sebeb olub Naxcivanin esas caylari Arpacay Naxcivancay Elincecay Gilancay ve Ordubadcaydir Bu caylanin hamisi Araz cayina tokulur Esasen qar ve yeralti sularla qidalanirlar Azerbaycanda orta illik axim rutubetli iqlime malik Lenkeran vilayeti ve Boyuk Qafqazin cenubunda maksimum Kur Araz Abseron Qobustan ve Naxcivanin Arazboyu duzenliklerinde ise minimuma beraberdir sebebi rutubet catismamazligidir Uzerinde su anbari olan caylara aximi tenzimlenen caylar deyilir Kur Araz Akstafacay Arpacay Terter bele caylardandir Kur Araz Turyancay Arpacay ve s duzen caylarindan suvarmada istifade edilir Azerbaycan caylarinin coxu sellidir Terkibine gore seller asagidaki kimidir a Palciqli seller Naxcivan Qobustan Acinohur ve Ceyrancolun caylari ucun b Dasli ve dasli palciqli seller ise Boyuk Qafqazin cenub yamacindaki Kis Sin Demiraparan Kurmuk Mucux Tikanli caylari ucun seciyyevidir Teserrufata ziyan vurur Iki yolla mubarize aparilir Hidrotexniki qurgular tikmekle beton bendler Fitomeliorativ agac kol ot ortuyu ekmekle Yamaclarin boyuk meylliyi gur yagislarin yagmasi ve asanliqla asinan suxurlanin ustunluk teskil etmesi selin yaranmasinin baslica sebebleridir Kur cayiEsas meqale Kur cayi Kur cayinin uzunlugu 1515 km olub Turkiyenin Qizilgedik dagindan 2740 m baslayib Gurcustandan kecerek Azerbaycana daxil olur Azerbaycan daxilinde Kurun uzunlugu 906 km olub Neftcala rayonunda Xezere tokulur Kur cayi esasen qar sulari 52 ile qidalandigindan yazin sonu ve yayin evvelinde yeni qarin intensiv eridiyi dovrde bol sulu olur Cayda suyun maksimum seviyyesi aprelde minimum seviyyesi ise sentyabr aylarinda olur Kurun sag qollari esasen Kicik Qafqazdan baslanan Semkircay Gencecay Zeyemcay Xacincay Terter ve s sol qollar ise Boyuk Qafqazin cenub yamacindan baslayan Qanix Qabirri Turyancay Elicancay ve s caylaridir Kur uzerinde Mingecevir Yenikend Semkir ve Varvara kimi su anbarlari var Bu su anbarlarinin yaradilmasi qrunt sularinin seviyyesinin artmasina tuqay meseleri ve torpaqlarin xeyli hissesinin su altinda qalmasina sebeb olmusdur Kur Azerbaycanin yegane cay gemiciliyi yoludur Buradaki gemiler Kurun mensebinden Yevlax seherine qeder hereket edir Kur Araz ovaligi ile cay meandr dongelerle axdigindan gemilerin hereketini asanlasdirmaq ucun cayin yatagidaki bezi dongeler kesilib duzeldilmisdir Bu meandrda Kurun axmaz golleri Aggol Haciqabul Sarisu ve Mehman golleri yaranmisdir Kur Sabirabad seherinden mensebine qeder hec bir qol qebul etmir Kur cayindan baliqciliq neqliyyat suvarma ve hidroenerji meqsedi ile istifade olunur Araz cayiEsas meqale Araz cayi Araz cayi Turkiyenin Bingol silsilesinden 2990 m baslayib Ermenistan ve Iran serheddinden kecerek Sabirabad rayonunun Suqovusan kendinde Kura qovusur Uzunlugu 1072 km hovzesinin sahesi 182 km olan Araz cayinin suyu cox bulaniqdir Kurden ferqli olaraq esasen yeralti sularla 46 qidalanir Suyunun seviyyesi mayda maksimum avqustda ise minimum hedde catir Naxcivandaki Arpacay Ordubadcay Naxcivancay Gilancay ve Elincecay Qarabag vulkanik yaylasindaki Hekeri Oxcucay ve Bergusad Araza tokulen esas caylardir Araz cayi uzerinde Behramtepe Mil Mugan ve Araz su qovsagi yaradilib Kur Araz ovaligini suvarmaq ucun Araz cayindan Bas Mugan Bas Mil ve Ezizbeyov adli kanallar cekilmisdir SamurcayEsas meqale Samurcay Samurcay Azerbaycanin simal serqinin en boyuk cayi olub Dagistanda 3600 m yukseklikden baslayib birbasa Xezere tokulur Uzunlugu 216 km olan Samurcaydan Samur Abseron su kanali cekilib Esasen yeralti ve buzlaq sulari ile qidalanir Caylarin cirklenmesiKur Araz Oxcu Agstafa Tovuz Qarqar caylari Azerbaycanin en cirklenmis caylari sayilir Samur Qanix Araz Astara ve Bolqarcay Azerbaycanin serhed caylaridir Azerbaycana Ermenistan ve Gurcustandan daxil olan Kur ve Araz caylari onlarin Oxcucay Bazarcay Agstafacay Tovuzcay Bergusad ve s qollari cirklenmeye daha cox meruz qalib Ermanistanin Qafan rayonundaki dag meden senayesinin tullantilari Oxcucayi Olu suya cevirmisdir Kur Gurcustanin Tbilisi ve Rustavi qismen ise Azerbaycanin Kurboyu seherlerinin senaye ve meiset sulari ile cirklenmisdir Daskesenin zererli tullantilari Qosqarcayla Kure Naxcivandaki Paragacay medenlerinin tullantilari ise Araza qarisir Azerbaycanin ekin sahelerine verilen 10 min tonlarla gubreler zererverici maddeler axar sular vasitesile caylara ve s sututarlara tokulur ve onlari cirklendirir Sular tebii ve suni yolla temizlenir Axar sular 8 20 km axdiqdan sonra tebii yolla ozu ozunu temizleyir Cirkab sulardan istifade etmek ucun onu xususi qurgularda temizleyib zerersizlesdirirler Su hovzelerinin ozu ozunu temizlemesi Su hovzelerinin ozu ozunu temizlemesi su hovzesinin uzvi ve qismen qeyri uzvi maddeleri zerersiz birlesmelere cevirmesi qabiliyyeti Su hovzelerinin ozu ozunu temizlemesi fiziki suspenziya hissecikerinin cokmesi buxarlanma kimyevi maddelerin oksigen ve hidrogen peroksidle oksidlesmesi suda hell olmasi hidrantlara cevrilmesi kolqulyasiya ve cokme toksikantlarin hidrolizi bioloji cirklenmis maddelerin mubadile prosesine girmesi onlarin parcalanmasi ve ya zehersiz formalara kecmesi Su hovzelerinin ozu ozunu temizlemesi de butun hidrobiontlar istirak edir esas rolu ise bakteriyalar gobelekler ibtidailer ve coxhuceyreli heyvanlar suzduruculer oynayir Su hovzelerinin sanitariya muhafizesi Su hovzelerinin sanitariya muhafizesi icmeli su menbelerinin cirklenmeden qoruyan qanunverici teskilati ve sanitar texniki tedbirler sistemi SHSM barede ilk dovlet qanunu 19 esrin 70 ci illerinde Boyuk Britaniyada 90 ci illerde ise Fransada heyata kecirilmisdir Su hovzelerinin sanitariya muhafizeside ciddi rejimli ve mehdudlasdirilmis sanitariya muhafizesi zonasi mueyyenlesdirilmisdir Birinci zonaya su goturulen yer ve su kemerinin bas qurgulari aiddir bura hasara alinir sahesi yasillasdirilir qorunur ve tikinti isleri qadagan edilir Ikinci zonaya su techizati menbeyine tesir gostere bilen sahe aiddir Cayin sahili 150 200 m eninde yasillasdirilir ve sanitariya rejimi gozlenilir Su hovzelerinin sanitariya muhafizesinde sanitariya epidemioloji stansiyalar nezaret edir Su hovzesinin ozu ozune cirklenmesi Su hovzesinin ozu ozune cirklenmesi parcalanan olu maddelerle cirklenmesi Su hovzesinin ozu ozune cirklenmesi yosunlarin kutlevi parcalanmasi esasen goy yasil yosunlarin neticesinde bas verir Su muhiti bu zaman neinki olu uzvi maddelerle zenginlesir hem de murekkeb molekulyar strukturlu zeherli maddelerin ayrilmasi neticesinde zeherlenir heyvan ve insanlar ucun tehlukeli olur Zeherli yosunlarla zeherlenmis baliqlari insan qebul etdikde zeherlene biler Goller kanallar ve su anbarlariAzerbaycanda 700 e yaxin gol vardir ki bunun da yalniz 250 si yayda qurumur Sahesi 1 km2 dan cox olan ve boyuk teserrufat ehemiyyeti olan gollerin sayi 25 dir Menseyine gore goller Tektonik gollere Abseron Qobustandaki ve Kicik Qafqazdaki Boyuk ve Kicik Alagoller hemcinin Acinohur golu aiddir Buzlaq menseli goller Boyuk ve Kicik Qafqazin 2800 3500 m hisselerinde yaranib Meselen Qebelede Tufangol Ucqun ve surusmeden yaranan bend golleri Kicik Qafqazdaki Goygol Maralgol Aggol Qanligol ve Naxcivandaki Batabat aiddir Axmaz ve ya cay dere golleri Kur Araz ovaliginda Kur cayi boyunca yaranib Meselen Aggol Sarisu Mehman Haciqabul ve s Qaliq ve ya relikt goller Xezerin qaliqlari olub sor suludurlar Xezerin sahillerinde yerlesir Suyunun terkibine ve axarliligina gore goller a Sorsulu axarsiz goller esasen Abseron Qobustan ve Acinohur Ceyrancolun arid iqlim seraitine malik erazilerinde yaranib Acinohur Boyuksor Bineqedi ve Masazir Azerbaycanin en iri sorsulu golleridir b sirinsulu axarli goller esasen dagliq erazilerde yerlesib Meselen Goygol Maralgol Batabat Haciqabul Mehman Aggol Boyuk ve Kicik Alagoller ve s Sahesine gore en boyuk gol Sarisu 15 km en derin gol ise Goygoldur 95 m Azerbaycanin Caylari a Kur Araz Samur b Boyuk Qafqazda Tufangol Agzibircala c Kicik Qafqazda Boyuk ve Kicik Alagoller Qaragol her 2 si Qarabag vulkanik yaylasinda Goygol Maralgol d Kur Arazda Sarisu Mehman Candar Haciqabul e Abseronda Boyuk Sor Bulbule Masazir Bineqedi Qanligol Goygol ve bundan elave 7 gol Maralgol Zeligol Ordekgol Aggol Samligol Ceyrangol ve Qaragol 1139 ci il zelzelesi zamani Kepez daginin ucaraq Agsu cayinin qarsisini kesmesi neticesinde yaranmislar Suyundan Gence seherinde istifade olunan Goygol okean seviyyesinden 1556 m yukseklikde yerlesir En derin yeri 95 m dir Su anbarlari Azerbaycanda 140 a qeder su anbari vardir ki bunun da 34 u daha boyuk ehemiyyet kesb edir Su anbarlari cay derelerinde bend tikmekle yaradilir Lakin cay yatagindan kenarda tikilen su anbarlari da movcuddur ki onlar da caylardan baslayan xususi kanallar vasitesi ile qidalanir Meselen Ceyranbatan Azerbaycandaki su anbarlari altinda bereketli torpaqlar Tugay meseleri qalir Sahesine gore Mingecevir 605 km2 Araz su qovsagi 145 km2 Semkir 116 km2 Varvara Serseng en boyuk su anbarlaridir Mingecevir su anbari Esas meqale Mingecevir su anbari Mingecevir Azerbaycanin en iri su anbaridir O Kur cayinin Bozdagi yarib kecdiyi yerde Samux cokekliyinin su ile doldurulmasi neticesinde yaradilib Bura Qanix Qabirri ve Kur caylari tokulur Buradan Yuxari Sirvan ve Yuxari Qarabag kanallari oz menbeyini goturur Mingecevirden basqa Kur uzerinde Varvara Semkir ve Yenikend su anbarlari da tikilib Bu su anbarlarindan suvarmada ve elektrik enerjisinin alinmasinda istifade edilir Lakin bu su anbarlari altinda genis tugay meseleri qalmis ve etraf erazilerde soranliqlar yaranmisdir Bundan elave Naxcivanda Araz su qovsagi Azerbaycanin 2 ci boyuk su anbari Agsuda Cavansir Qazaxda Agstafa ve Cogaz Qebelede Nohurqislaq Ismayillida Asiq Bayramli Lenkeranda Xanbulan Terter cayi uzerinde Serseng su anbarlari var Samur Abseron kanali ile qidalanan Ceyranbatan su anbarinin suyundan Abseron yarimadasinin su techizatindan genis istifade olunur Su kanallari Su kanallarinin umumi uzunlugu 90000 km olub 1 3 mln ha quraq erazileri suvarilir Uzunluguna gore 1 ci yerde Samur Abseron Samurcaydan Ceyranbatana qeder 182 km Yuxari Qarabag Mingecevirden Behramtepe su anbarina qeder 172 km Yuxari Sirvan Ezizbeyov Sabir Bas Mil Bas Mugan ve s Yuxari Sirvan ve Yuxari Qarabag kanallari Mingecevir su anbarindan Bas Mugan ve Ezizbeyov kanallari Behramtepe su anbarindan Bas Mil su kanali Araz cayindaki Mil Mugan su qovsagindan baslayir Ezizbeyov Bas Mugan ve Sabir kanallari ile Mugan duzu Yuxari Sirvan kanali ile Sirvan duzu Yuxari Qarabag kanali ile Qarabag ve Mil duzu Samur Abseron kanali ile Abseron ve Samur Deveci ovaliginin erazisi suvarilir Suvarilan bu erazilerde irriqasiya suvarma eroziyasi genis yayilmisdir Su anbarlari ve su kanallarinin dibi betonlasdirilmadigi ucun su itkisine ve sor qrunt sularinin seviyyesinin qalxaraq soranliqlarin yaranmasina sebeb olur Qrunt sularinin seviyyesini tenzimlemek ve soran torpaqlarin yuyulmasi meqsedi ile esasen Kur Araz ovaliginda kollektor drenaj sebekesi yaradilib Bunlardan En muhumu Bas Sirvan kollektorudur Yeralti sularYeralti sularin umumi ehtiyati 5 km3 dir Kur Araz Qanix Eyricay Lenkeran ovaliginda qrunt sulari 1 5 m derinlikdedir Diger erazilerden ferqli olaraq Kur Araz ovaligindaki qrunt sulari sor sulu ve soran saheler yaratmasi ile ferqlenir Qrunt sulari yaginti seth sulari ve hidrotexniki qurgulardan sizan sularla qidalanir Duzenliklerde suvarma movsumunde qrunt sularinin seviyyesi artir diger dovrlerde ise asagi dusur Daglarda bu sular bulaq seklinde sethe cixir Yeralti sularla en az temin olunmus erazi Abseron yarimadasidir Qafqazin en iri artezian hovzesi Kur Araz ovaligindadir Onun temperaturu bezen 150 C catir Bataqliqlasmis sahelerAzerbaycanin en genis bataqliqlasmis sahesi Merkezi Arandadir yeni Kur Araz ovaligi Buzlaqlarin umumi sahesi 6 6 km2 dir Onlar Bas Qafqazin Yan ve Bas Qafqaz suayrici silsilesinin Bazarduzu Bazaryurd Sahdag Tufandag zirvelerinde ve Kicik Qafqazin yalniz Zengezur silsilesindeki Qapiciq zirvesindedir Azerbaycanda qar xetti 3600 4000 m den yuksekde kecdiyinden buzlaqlar yalniz bu hundurlukde yaranir Iqlimi soyuq oldugundan Boyuk Qafqazin simal yamacinda qar xetti cenuba nisbeten asagidan kecir menbe gosterin Istinadlar Su menbelerimiz cirklenmeye nece meruz qalir 2021 02 28 tarixinde Istifade tarixi 2017 07 25 Azerbaycan Respublikasi Goygol Rayon Icra Hakimiyyeti Cografi movqeyi 2022 01 20 tarixinde Istifade tarixi 2013 07 27 MenbeAzerbaycanin caylari golleri ve su anbarlari 2014 10 17 at the Wayback MachineHemcinin baxAzerbaycan caylari Azerbaycan golleri Azerbaycan su anbarlari Azerbaycan selaleleri