Azərbaycanda təkrar parlament seçkiləri (2006) — 2006-cı ilin may ayında Azərbaycanda seçki nəticələri ləğv olunmuş seçki dairələrində keçirilmiş təkrar parlament seçkiləri.
Azərbaycanda təkrar parlament seçkiləri | ||||
---|---|---|---|---|
13 may 2006 | ||||
Seçici fəallığı | 36.48% | |||
Rəhbər | İlham Əliyev | İlyas İsmayılov | Sabir Rüstəmxanlı | |
Partiya | Yeni Azərbaycan Partiyası | Ədalət Partiyası | Vətəndaş Həmrəyliyi Partiyası | |
Tutulan yerlər | 5 | 1 | 1 |
Zəmin
2005-ci il parlament seçkiləri yekunlaşdıqdan sonra seçki nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən açıqlanmışdır. Mərkəzi Seçki Komissiyası 23 noyabr 2005-ci il tarixli iclasında yekun nəticələri açıqlamış və 4 seçki dairəsində seçki nəticələrinin ləğv edildiyini elan etmişdir. Yekun protokol komissiya üzvlərinin 11-nin lehinə, 4-nün əleyhinə səsi olmaqla qəbul edilmişdir. Daha sonra komissiya yekun protokolu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə göndərmişdir. Noyabr ayının 26-da keçirilmiş iclasda Mərkəzi Seçki Komissiyası tərəfindən seçki nəticələri ləğv olunmuş 9 saylı Binəqədi ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci və 110 saylı Zaqatala seçki dairələrinin komissiyaları buraxılmışdır.
1 dekabr 2005-ci il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin iclası keçirilmiş və iclasda protokolları Azərbaycan Respublikası Seçki Məcəlləsinənuyğun olmayan 6 seçki dairəsinin — 31 saylı Suraxanı ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa və 119 saylı Ağdam kənd seçki dairələrinin seçki nəticələri ləğv edilmişdir.
İlk dəfə tam majoritar üsulla keçirilən parlament seçkiləri olan 2005-ci il parlament seçkilərində nəticələri ləğv edilmiş 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Azadlıq Blokunun vahid namizədi Əli Kərimli, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə lider namizəd Yeni Azərbaycan Partiyası üzvü , 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə lider namizəd Azərbaycan Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Azadlıq Blokunun vahid namizədi Qulamhüseyn Əlibəyli, 103 saylı Gədəbəy seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi Fəxrəddin Qəmbərov, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə lider namizəd bitərəf siyasətçi İlqar Qılıcov, 119 saylı Ağdam kənd seçki dairəsi üzrə lider namizəd isə Yeni Azərbaycan Partiyası üzvü, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 dekabr 2005-ci il tarixində 9 saylı Binəqədi ikinci, 42 saylı Sumqayıt ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz-Qazax-Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisinin deputatlarının təkrar seçkilərinin 13 may 2006-cı il tarixinə təyin edilməsi ilə bağlı sərəncam imzalamışdır.
Partiyalardakı vəziyyət
Yeni Azərbaycan Partiyasının ilk sədri və qurucusu Heydər Əliyevin ölümündən sonra müvəqqəti olaraq partiya sədrinin birinci müavini, prezident İlham Əliyev sədr vəzifələrini icra etmişdir. İlham Əliyev 26 may 2005-ci il tarixində Yeni Azərbaycan Partiyasının III Qurultayında yekdilliklə partiya sədri seçilmişdir.2005-ci il parlament seçkiləri Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəsmi rəhbərliyində qatıldığı ilk parlament seçkilərdir.
2005-ci il parlament seçkiləri səbəbi ilə müxalifət cərgəsində iki əsas ittifaq yaradılmışdır. Onlardan biri Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası və Müsavat Partiyasını birləşdirən "Azadlıq" Seçki Bloku, digəri isə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Sosial Demokrat Partiyasını birləşdirən "YeS" Seçki Bloku olmuşdur. Onlardan Azadlıq Bloku Azərbaycan Liberal Partiyası və ilə razılaşmaya getmiş və nəticədə seçkilərdəki aparıcı bloka çevrilmişdir.
Seçki nəticələri açıqlandıqdan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Liberal Partiyası başda olmaqla iki əsas müxalif blok seçki nəticələrinə etiraz etmiş, lider namizədlər Əli Kərimli, Qulamhüseyn Əlibəyli və Lalə Şövkət parlamentin işinə qatılmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Əli Kərimli və Qulamhüseyn Əlibəylinin namizədliyini irəli sürdüyü dairələrin nəticələrini ləğv etdikdən sonra etirazlar səngiməmişdir.
"YeS" Seçki Blokundan iki bitərəf namizəd — baş nazirin sabiq müavinləri Əli Məsimli və Vahid Əhmədov deputat seçilsə də, onlar blokla əlaqələrini kəsmiş və müstəqil siyasət yürütmüşdür. Azərbaycan Milli İstiqlal Partiyası isə bu hadisələrə kəskin etirazını bildirmişdir. Yeni Siyasət Seçki Blokuna üzv olan Azərbaycan Milli İstiqlal Partiyasının Mərkəzi Seçki Komissiyasındakı nümayəndəsi Arzuxan Əlizadə (hazırkı sədr) seçkinin yekun protokoluna imza atmışdır. Azərbaycan Milli İstiqlal Partiyası sədri Əli Əliyev buna etiraz etmişdir. Partiya sədri Əli Əliyev fövqəladə iclas keçirmiş və iclasda Etibar Məmmədov və Arzuxan Əlizadənin dəstəkçilərini Siyasi Şura üzvlüyündən ixrac etmişdir. 22 yanvar 2006-cı il tarixində həm Əli Əliyev, həm də Etibar Məmmədov Azərbaycan Milli İstiqlal Partiyasının növbədənkənar qurultayını keçirmişdir. Əli Əliyev keçirdiyi qurultayda Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Demokrat Partiyası, Müsavat Partiyası nümayəndələri iştirak etmiş, Etibar Məmmədov liderlik postundan uzaqlaşdırılmış, özü isə Azərbaycan Milli İstiqlal Partiyasının yenidən sədri seçilmişdir. Etibar Məmmədov keçirdiyi qurultayda isə Əli Əliyevə etimadsızlıq göstərilmiş, Ayaz Rüstəmov partiyanın müvəqqəti sədri seçilmişdir. Hər iki tərəf müvafiq qurultay sənədlərini Ədliyyə Nazirliyinə təqdim etmişdir. Ədliyyə Nazirliyi nəticə olaraq Etibar Məmmədovun keçirdiyi qurultayın nəticələrini tanımışdır.
Nəticədə Azadlıq Blokuna daxil olan partiyalar, Azərbaycan Liberal Partiyası Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası və digər narazı şəxslər 26 noyabr 2005-ci ildə etiraz aksiyası təşkil etmişdir.
Namizədlər
Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət deputat seçilsə də, nəticələrə etiraz əlaməti olaraq mandatından imtina etmişdir. Daha sonra təkrar seçkilərə qatılmayaraq Azərbaycan Liberal Partiyası prosesi boykot etmişdir.
Azadlıq Bloku 6 mandat qazansa da, mandatlardan 4-ü Müsavat Partiyasının payına düşürdü. Müsavat Partiyası təkrar seçkilərə qatılmaq istəyini bildirdiyi üçün blok daxilində narazılıq və parçalanma yaranmışdır. Blokun qurucularından Azərbaycan Xalq Cəbhəsi Partiyası və Azərbaycan Demokrat Partiyası seçkiləri boykot etmə qərarı almışdır. Belə ki, 18 yanvar 2006-cı il tarixində keçirilən Azərbaycan Demokrat Partiyası Ali Məclisinin Rəyasət Heyətinin iclasında parlamentdə və təkrar seçkilərdə iştirakın məqbul olmadığı qərarı qəbul edilmişdir.
Nəticədə Azərbaycan Xalq Cəbhəsi Partiyası sıralarından deputat seçilmiş Cəmil Həsənli partiyasından istefa verdi və Azadlıq Blokundan deputat seçilmiş Pənah Hüseyn blokla əlaqələrini kəsmişdir.
Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurası 2006-cı ilin yanvarında keçirdiyi iclasda təkrar seçkilərdə və parlamentdə iştirak qərarı almışdır.
Mart ayının 3-nədək davam edən namizəd irəli sürmə prosesi nəticəsində 10 seçki dairəsi üzrə 218 nəfər namizədliyini irəli sürmüşdür. 13 mart tarixinədək onlardan sadəcə 196-sı onlara verilən imza vərəqələrini 450 imza toplayaraq təhvil verə bilmişdir. Dairə seçki komissiyaları 22 nəfərin namizədliyini qəbul etməmiş, 20 nəfər isə proses bitmədən namizədliyini geri çəkmişdir. 9 saylı Binəqədi ikinci seçki dairəsi 39 nəfər namizədliyini irəli sürmüş, onlardan 22-sinin namizədliyi qeydiyyata alınmışdır və beləliklə bu seçkilərdə ən çox namizəd sayısı bu dairədən olmuşdur. 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi və 110 saylı Zaqatala seçki dairəsi üzrə isə 10 nəfərin namizədliyi qeydiyyata alınmışdır.
Yeni Azərbaycan Partiyası rəsmi qaydada 10 seçki dairəsindən 6-sı üzrə namizəd irəli sürmüşdür. Buna baxmayaraq daha 17 nəfər partiya üzvü öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. Nümunə olaraq 103 saylı Gədəbəy seçki dairəsi üzrə qeydə alınmış 18 namizəddən 8-i Yeni Azərbaycan Partiyasının üzvü idi.
Yeni Azərbaycan Partiyası Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayevin 18 aprel tarixində verdiyi məlumata əsasən partiyanın təxminən 20 üzvü müstəqil şəkildə seçkiyə qatılmışdı. Martda onlardan 13-ü partiyanın vahid siyahısında təmsil olan namizədlərin xeyirinə geri çəkilmişdi. 7-i isə seçkilərədək seçki marafonunu dayandırmışdır. Yeni Azərbaycan Partiyasının vahid namizəd siyahısına 9 saylı Binəqədi seçki dairəsindən Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, 110 saylı Zaqatal seçki dairəsindən Azərbaycan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin rəisi Rizvan Vahabov, 119 saylı Ağdam kənd seçki dairəsindən "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov və 42 saylı Sumqayıt seçki dairəsindən Məcid Kərimov daxil idi. YAP İdarə Heyətinin qərarına görə, müstəqil şəkildə seçkiyə qatılan namizədlər partiyanın vahid siyahısında təmsil olan namizədlərin xeyrinə geri çəkilməli idi. İdarə Heyətinin qərarına tabe olmayan namizədlər partiya sıralarından xaric ediləcəkdi.
Müxalifət cərgəsindən Müsavat Partiyası 10 seçki dairəsindən 7-i üzrə rəsmi namizəd irəli sürsə də, daha 5 partiya üzvü öz təşəbbüsü ilə seçkilərə qatılmışdır. Partiyanın seçki qərargahının sədri və başqan müavini Arif Hacılı 110 saylı Zaqatala seçki dairəsi üzrə seçkilərə qatılmışdı.
Digər partiyalardan Azərbaycan Milli İstiqlal Partiyası 5, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası 3, Ədalət Partiyası 3, Ümid Partiyası 3, Azərbaycan Xalq Cəbhəsi Partiyasının "klassiklər" qanadı 2 və daha 10 siyasi partiya 1 namizədlə seçkilərə qatılmışdır. Namizədlərdən 71-i bitərəf olmuş, 12-si isə siyasi mənsubiyyətini göstərməmişdir. Namizədlərdən 127-si kişi, 27-si isə qadın olmuşdur. Həmçinin 2005-ci il parlament seçkilərində deputat seçilə bilməyən 40-a yaxın namizəd təkrar seçkilərə qatılmışdır. II çağırış Milli Məclisin 6 deputatı da seçki marafonuna qoşulmuşdur.
İki aya yaxın davam edən təbliğat-təşviqat prosesi ərzində 30-a yaxın namizəd öz namizədliyini geri götürmüşdür. Həmçinin 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə namizədliyini irəli sürmüş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, Yeni Azərbaycan Partiyasının üzvü Elşad Abdullayev seçiciləri maddi təşviqlə ələ almaqda ittiham olunaraq Apellyasiya Məhkəməsinin qərarı ilə seçki yarışından kənarlaşdırılmışdır.
13 may seçki günü ərəfəsində namizədlərin sayı 124-ə enmiş, ən çox namizəd olan seçki dairəsi 18 namizədlə 9 saylı Binəqədi ikinci seçki dairəsi, ən az namizəd olan seçki dairələri isə 7 namizədlə 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi və 110 saylı Zaqatala seçki dairəsi olmuşdur.
Yekunda 124 namizəd seçkilərə qatılmışdır. Onlardan 17-si partiya mənsubiyyətini göstərməmiş, 60-ı bitərəf, 10-u hakim Yeni Azərbaycan Partiyasının, 9-u Müsavat Partiyasının, 5-i Azərbaycan Milli İstiqlal Partiyası, 5-i Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının, 3-ü Azərbaycan Ümid Partiyasının, 3-ü Azərbaycan Kommunist Partiyasının, 3-ü Ədalət Partiyasının, 2-si Azərbaycan Xalq Cəbhəsi Partiyasının, 1-i Azərbaycan Xalq Demokratik Partiyasının, 1-i Vətəndaş Həmrəyliyi Partiyasının, 1-i Demokratik Azərbaycan Dünyası Partiyasının, 1-i Azərbaycan Sosial Demokrat Partiyasının, 1-i Vəhdət Partiyasının, 1-i Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyasının və 1-i isə Böyük Azərbaycan Partiyasının üzvü olmuşdur.
Seçki nəticələri
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt -Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz—Qazax—Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərilə bağlı səsvermənin yekun nəticələri haqqında 27 may 2006-cı il tarixində iclas keçirmiş, iclasda 103 saylı Gədəbəy seçki dairəsinin 3 saylı, 110 saylı Zaqatala seçki dairəsinin 14 saylı və 119 saylı Ağdam kənd seçki dairəsinin 10 və 37 saylı seçki mənətəqələri üzrə səsvermənin nəticələrinin ləğv olunması və seçkilərin yekun nəticələri təsdiqlənmişdir. 5 iyun 2006-cı il tarixində Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərarlara və protokollara baxaraq seçki nəticələrini təsdiq etmişdir. Nəticələrə əsasən 9 saylı Binəqədi ikinci seçki dairəsi üzrə bitərəf siyasətçi Rafael Kamil oğlu Cəbrayılov, 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Əhməd Abdulkərim oğlu Vəliyev, 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi üzrə bitərəf siyasətçi Asəf Hacı oğlu Hacıyev, 42 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Məcid Zahid oğlu Kərimov, 44 saylı Sumqayıt-Abşeron seçki dairəsi üzrə bitərəf siyasətçi Baba Əli oğlu Tağıyev, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi üzrə Vətəndaş Həmrəyliyi Partiyası sədrinin müavini Fəzail Feyruz oğlu İbrahimli, 103 saylı Gədəbəy seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Rafiq Musa oğlu Məmmədhəsənov, 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi üzrə Ədalət Partiyası sədri İlyas İsmayılov, 110 saylı Zaqatala seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Hikmət İsmayıl oğlu Atayev və 119 saylı Ağdam kənd seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyası üzvü Bəxtiyar Yusif oğlu Sadıqov deputat seçilmişdir.
Seçilmiş deputatlardan 3-ü, yəni Asəf Hacıyev, Bəxtiyar Sadıqov və Fəzail İbrahimli sabiq deputat olmuşdur. Onlardan Fəzail İbrahimli 2005-ci il parlament seçkilərində 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə seçkiləri 1394 (7.84%) səs toplayaraq Yeni Azərbaycan Partiyası üzvü Mixail Zabelin və Azərbaycan Vahid Kommunist Partiyası sədri Sayad Sayadovun ardınca üçüncü sırada tamamlamışdır.
Ümumi
9 saylı Binəqədi ikinci | 31 saylı Suraxanı ikinci | 38 saylı Nizami ikinci (Gəncə) | 42 saylı Sumqayıt ikinci | 44 saylı Sumqayıt-Abşeron | 69 saylı Cəlilabad-Masallı-Biləsuvar | 103 saylı Gədəbəy | 106 saylı Tovuz-Qazax-Ağstafa | 110 saylı Zaqatala | 119 saylı Ağdam kənd | Cəmi | |
Məntəqə sayı | 30 | 28 | 25 | 37 | 30 | 37 | 36 | 35 | 41 | 44 | 343 |
Seçici sayı | 37 993 | 38 254 | 33 606 | 43 564 | 42 244 | 39 760 | 36 596 | 41 252 | 41 928 | 35 912 | 391 109 |
Seçici aktivliyi | 19.07% | 27.16% | 33.42% | 43.34% | 35.48% | 38.98% | 34.11% | 32.87% | 59.30% | 37.66% | |
Deputat sayı | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 1 | 10 |
Dairələr üzrə
9 saylı Binəqədi ikinci
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Milli İstiqlal Partiyası | Bəkir Əbdülrəhmanov | ||
Bitərəf | Rafael Cəbrayılov | 31.87 | |
Elşad Musayev | |||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Elçin Mirzəbəyli | ||
Müsavat Partiyası | |||
Nadir Orucov | |||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
31 saylı Suraxanı ikinci
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Müsavat Partiyası | Hökümə İbrahimova | ||
Yeni Azərbaycan Partiyası | Əhməd Vəliyev | 72.55 | |
Bitərəf | Vüqar Oruc | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
38 saylı Nizami ikinci (Gəncə)
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Milli İstiqlal Partiyası | Eldar Aslanov | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Eldəniz Quliyev | ||
Bitərəf | Asəf Hacıyev | 62.60 | |
Müsavat Partiyası | Mürşüd Məmmədli | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
42 saylı Sumqayıt ikinci
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf | Mirmahmud Fəttayev | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Zöhrab Abdullayev | ||
Vətəndaş Həmrəyliyi Partiyası | Yusif Salmanov | ||
Yeni Azərbaycan Partiyası | Məcid Kərimov | 81.80 | |
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
44 saylı Sumqayıt-Abşeron
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf | Baba Tağıyev | 64.77 | |
Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası | Tofiq Yadigarov | ||
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Arzu Şirinova | ||
Müsavat Partiyası | Nəsiman Yaqublu | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
69 saylı Cəlilabad-Masallı-Biləsuvar
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bitərəf | Fikrət Cəfərov | ||
Bitərəf | Musa Qasımlı | ||
Vətəndaş Həmrəyliyi Partiyası | Fəzail İbrahimli | 49.28 | |
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
103 saylı Gədəbəy
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Yeni Azərbaycan Partiyası | Rafiq Məmmədhəsənov | 56.64 | |
Müsavat Partiyası | Sabir Məmmədli | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
106 saylı Qazax-Tovuz-Ağstafa
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası | Bəhruz Cabbarov | ||
Ədalət Partiyası | İlyas İsmayılov | 71.14 | |
Müsavat Partiyası | |||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
110 saylı Zaqatala
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Elnurə Mədətova | |||
Müsavat Partiyası | Arif Hacılı | ||
Yeni Azərbaycan Partiyası | Hikmət Atayev | 65.02 | |
Yeni Azərbaycan Partiyası | Rizvan Vahabov | ||
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
119 saylı Ağdam kənd
Partiya | Namizəd | Topladığı səs | Səs faizi (%) |
---|---|---|---|
Azərbaycan Milli İstiqlal Partiyası | Yaşar Həsənov | ||
Yeni Azərbaycan Partiyası | Bəxtiyar Sadıqov | 63.03 | |
Etibarlı səslərin sayı | ' | ||
Etibarsız səslərin sayı | - | - |
Qeydlər
- Mirmahmud Fəttayevin rəhbərliyində Azərbaycan Xalq Cəbhəsi Partiyasının klassiklər qanadı 2006-cı ilin mart ayında qurultay keçirərək partiyanın bazasında Klassik Xalq Cəbhəsi Partiyasını təsis etmişdir. Lakin bu partiya 31 yanvar 2007-ci ildə rəsmi dövlət qeydiyyatına alınmışdır.
- Rəsmi dövlət qeydiyyatı olmayan Klassik Xalq Cəbhəsi Partiyası sədrinin müşaviri.
İstinadlar
- "III çağırış Azərbaycan Milli Məclisinə seçkilərin ilkin nəticələri". 2007-03-19 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "Səsvermənin ümumi yekunları haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının protokolu" (PDF). 2018-02-19 tarixində (PDF). İstifadə tarixi: 2022-08-11.
- "Noyabrın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir". 2022-08-12 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "Noyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir". 2020-08-15 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "2005-ci il noyabrın 6-da keçirilmiş üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI". 2022-07-30 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 5. Seçkilərin yekunu (dekabr 2005)". 2021-09-03 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "Bəzi seçki dairələri üzrə Azərbaycan Respublikasının Milli Məclisi deputatlarının təkrar seçkilərinin təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2018-06-04 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "Yeni Azərbaycan Partiyasının III Qurultayı". 2022-08-09 tarixində . İstifadə tarixi: 2022-08-11.
- ""Azadlıq" seçki bloku rəsmən təsis olundu". 2022-08-11 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "İqtidaryönlü partiyalar «Reforma» seçki bloku yaradacaq". Azadlıq Radiosu. 2022-05-04 tarixində . İstifadə tarixi: 2022-05-04.
- "Daha iki seçki bloku təsis olundu". 2022-08-11 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "Vidadi Mahmudlu yekun protokolu imzalamasını düzgün addım sayır". Azadlıq Radiosu. 2022-05-04 tarixində . İstifadə tarixi: 2022-05-04.
- "AMİP parçalanmaya doğru daha bir addım atdı". 2022-05-04 tarixində . İstifadə tarixi: 2022-05-04.
- "AMİP-də iki qurultay". Azadlıq Radiosu. 2021-04-14 tarixində . İstifadə tarixi: 2022-05-04.
- ""Dovşan həkimi" AMİP-dən necə qovuldu? - Əli Əliyev haqqında yeni şok sənəd". AzNews.az. 2021-05-08 tarixində . İstifadə tarixi: 2022-05-04.
- ""Regionçuluq" faktoru müxalifət partiyasının zəifləməsinə səbəb olub". Trend İnformasiya Agentliyi. 2020-10-29 tarixində . İstifadə tarixi: 2022-06-02.
- "Üçüncü çağırış Milli Məclisə seçkilər (2005). 7. Təkrar seçkilərlə tamamlanan parlament". 2021-09-03 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "ADP təkrar parlament seçkisində iştirak etməmək barədə qərar çıxarıb". 2023-03-06. 2023-03-06 tarixində arxivləşdirilib.
- "Vətəndaş Həmrəyliyi Partiyası təkrar seçkilərdə iştirak edəcək". 2021-06-22 tarixində . İstifadə tarixi: 2023-03-06.
- "YAP-ın müstəqil namizədlərinin hamısı partiyanın vahid namizədlərinin xeyrinə geri çəkilib". Trend.Az (az.). 2006-04-18. 2023-03-01 tarixində . İstifadə tarixi: 2024-01-14.
- "Bu gün Azərbaycanda 10 seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilər keçirilir". 2023-03-29 tarixində . İstifadə tarixi: 2023-03-29.
- "Mayın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir". 2020-02-15 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 2006-cı il mayın 13-də keçirilmiş 9 saylı Binəqədi ikinci, 31 saylı Suraxanı ikinci, 38 saylı Nizami ikinci (Gəncə), 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt -Abşeron, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar, 103 saylı Gədəbəy, 106 saylı Tovuz—Qazax—Ağstafa, 110 saylı Zaqatala, 119 saylı Ağdam kənd seçki dairələri üzrə Azərbaycan Respublikası Milli Məclisi deputatlarının təkrar seçkilərinin nəticələrinə dair AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN QƏRARI". 2022-08-11 tarixində . İstifadə tarixi: 2022-08-11.
- "2006-cı ilin may ayının 13-də keçirilmiş təkrar parlament seçkilərinin nəticələri". 2007-03-19 tarixində . İstifadə tarixi: 2022-08-11.
- 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi üzrə ilkin nəticələr 2007-03-10 at the Wayback Machine
- "Dörd namizəd təkrar seçkilərdə baş verəcək qanunsuzluğa qarşı birgə mübarizə aparacaqları ilə bağlı razılığa gəlib". Trend.Az (az.). 2006-05-10. 2023-04-02 tarixində . İstifadə tarixi: 2023-12-25.
- "BAXCP 6 seçki dairəsində namizədlərini müəyyənləşdirib". 2022-01-21 tarixində . İstifadə tarixi: 2023-04-08.
- "Müsavat Partiyası Divanının növbədənkənar toplantısı keçirib". 2022-01-24 tarixində . İstifadə tarixi: 2023-04-07.
- "GÜLƏR ƏHMƏDOVANIN PUL ALDIĞI İKİNCİ NAMİZƏD MƏLUM OLDU". 2023-06-30 tarixində . İstifadə tarixi: 2023-05-08.
- "Vüqar Oruc (Vüqar Bəyturan):?Qələbəmə zərrə qədər zübhəm yoxdur?". 2023-06-30 tarixində . İstifadə tarixi: 2023-05-08.
- "ATƏT-in müşahidə missiyasının nümayəndələri AMİP funksionerləri ilə görüşüb". 2023-03-29 tarixində . İstifadə tarixi: 2023-03-29.
- "BAXCP 3 seçki dairəsində namizədlərini müəyyənləşdirib". 2023-04-08 tarixində . İstifadə tarixi: 2023-04-08.
- "İsa Qəmbər: "Müsavat Partiyasının təkrar seçkilərə qatılan namizədləri seçicilərlə maneəsiz görüşlər keçirirlər"". 2023-03-29 tarixində . İstifadə tarixi: 2023-03-29.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycanda tekrar parlament seckileri 2006 2006 ci ilin may ayinda Azerbaycanda secki neticeleri legv olunmus secki dairelerinde kecirilmis tekrar parlament seckileri Azerbaycanda tekrar parlament seckileri13 may 2006Secici fealligi 36 48 Rehber Ilham Eliyev Ilyas Ismayilov Sabir RustemxanliPartiya Yeni Azerbaycan PartiyasiEdalet PartiyasiVetendas Hemreyliyi PartiyasiTutulan yerler 511Zemin2005 ci il parlament seckileri yekunlasdiqdan sonra secki neticeleri Merkezi Secki Komissiyasi terefinden aciqlanmisdir Merkezi Secki Komissiyasi 23 noyabr 2005 ci il tarixli iclasinda yekun neticeleri aciqlamis ve 4 secki dairesinde secki neticelerinin legv edildiyini elan etmisdir Yekun protokol komissiya uzvlerinin 11 nin lehine 4 nun eleyhine sesi olmaqla qebul edilmisdir Daha sonra komissiya yekun protokolu Azerbaycan Respublikasi Konstitusiya Mehkemesine gondermisdir Noyabr ayinin 26 da kecirilmis iclasda Merkezi Secki Komissiyasi terefinden secki neticeleri legv olunmus 9 sayli Bineqedi ikinci 38 sayli Nizami ikinci Gence 42 sayli Sumqayit ikinci ve 110 sayli Zaqatala secki dairelerinin komissiyalari buraxilmisdir 1 dekabr 2005 ci il tarixinde Azerbaycan Respublikasi Konstitusiya Mehkemesinin iclasi kecirilmis ve iclasda protokollari Azerbaycan Respublikasi Secki Mecellesinenuygun olmayan 6 secki dairesinin 31 sayli Suraxani ikinci 44 sayli Sumqayit Abseron 69 sayli Celilabad Masalli Bilesuvar 103 sayli Gedebey 106 sayli Tovuz Qazax Agstafa ve 119 sayli Agdam kend secki dairelerinin secki neticeleri legv edilmisdir Ilk defe tam majoritar usulla kecirilen parlament seckileri olan 2005 ci il parlament seckilerinde neticeleri legv edilmis 31 sayli Suraxani ikinci secki dairesi uzre lider namized Azerbaycan Xalq Cebhesi Partiyasinin sedri Azadliq Blokunun vahid namizedi Eli Kerimli 42 sayli Sumqayit ikinci secki dairesi uzre lider namized Yeni Azerbaycan Partiyasi uzvu 69 sayli Celilabad Masalli Bilesuvar secki dairesi uzre lider namized Azerbaycan Xalq Cebhesi Partiyasi Ali Meclisinin sedri Azadliq Blokunun vahid namizedi Qulamhuseyn Elibeyli 103 sayli Gedebey secki dairesi uzre lider namized biteref siyasetci Fexreddin Qemberov 106 sayli Tovuz Qazax Agstafa secki dairesi uzre lider namized biteref siyasetci Ilqar Qilicov 119 sayli Agdam kend secki dairesi uzre lider namized ise Yeni Azerbaycan Partiyasi uzvu Azerbaycan qezetinin bas redaktoru Bextiyar Sadiqov olmusdur Azerbaycan Respublikasinin Prezidenti Ilham Eliyev 9 dekabr 2005 ci il tarixinde 9 sayli Bineqedi ikinci 42 sayli Sumqayit ikinci 31 sayli Suraxani ikinci 38 sayli Nizami ikinci Gence 42 sayli Sumqayit ikinci 44 sayli Sumqayit Abseron 69 sayli Celilabad Masalli Bilesuvar 103 sayli Gedebey 106 sayli Tovuz Qazax Agstafa 110 sayli Zaqatala 119 sayli Agdam kend secki daireleri uzre Azerbaycan Respublikasinin Milli Meclisinin deputatlarinin tekrar seckilerinin 13 may 2006 ci il tarixine teyin edilmesi ile bagli serencam imzalamisdir Partiyalardaki veziyyet Yeni Azerbaycan Partiyasinin ilk sedri ve qurucusu Heyder Eliyevin olumunden sonra muveqqeti olaraq partiya sedrinin birinci muavini prezident Ilham Eliyev sedr vezifelerini icra etmisdir Ilham Eliyev 26 may 2005 ci il tarixinde Yeni Azerbaycan Partiyasinin III Qurultayinda yekdillikle partiya sedri secilmisdir 2005 ci il parlament seckileri Yeni Azerbaycan Partiyasinin Ilham Eliyevin resmi rehberliyinde qatildigi ilk parlament seckilerdir 2005 ci il parlament seckileri sebebi ile muxalifet cergesinde iki esas ittifaq yaradilmisdir Onlardan biri Azerbaycan Xalq Cebhesi Partiyasi Azerbaycan Demokrat Partiyasi ve Musavat Partiyasini birlesdiren Azadliq Secki Bloku digeri ise Azerbaycan Milli Istiqlal Partiyasi Azerbaycan Milli Herekat Partiyasi ve Azerbaycan Sosial Demokrat Partiyasini birlesdiren YeS Secki Bloku olmusdur Onlardan Azadliq Bloku Azerbaycan Liberal Partiyasi ve ile razilasmaya getmis ve neticede seckilerdeki aparici bloka cevrilmisdir Secki neticeleri aciqlandiqdan sonra Azerbaycan Xalq Cebhesi Partiyasi ve Azerbaycan Liberal Partiyasi basda olmaqla iki esas muxalif blok secki neticelerine etiraz etmis lider namizedler Eli Kerimli Qulamhuseyn Elibeyli ve Lale Sovket parlamentin isine qatilmaqdan imtina etmisdir Azerbaycan Respublikasi Merkezi Secki Komissiyasi Eli Kerimli ve Qulamhuseyn Elibeylinin namizedliyini ireli surduyu dairelerin neticelerini legv etdikden sonra etirazlar sengimemisdir YeS Secki Blokundan iki biteref namized bas nazirin sabiq muavinleri Eli Mesimli ve Vahid Ehmedov deputat secilse de onlar blokla elaqelerini kesmis ve musteqil siyaset yurutmusdur Azerbaycan Milli Istiqlal Partiyasi ise bu hadiselere keskin etirazini bildirmisdir Yeni Siyaset Secki Blokuna uzv olan Azerbaycan Milli Istiqlal Partiyasinin Merkezi Secki Komissiyasindaki numayendesi Arzuxan Elizade hazirki sedr seckinin yekun protokoluna imza atmisdir Azerbaycan Milli Istiqlal Partiyasi sedri Eli Eliyev buna etiraz etmisdir Partiya sedri Eli Eliyev fovqelade iclas kecirmis ve iclasda Etibar Memmedov ve Arzuxan Elizadenin destekcilerini Siyasi Sura uzvluyunden ixrac etmisdir 22 yanvar 2006 ci il tarixinde hem Eli Eliyev hem de Etibar Memmedov Azerbaycan Milli Istiqlal Partiyasinin novbedenkenar qurultayini kecirmisdir Eli Eliyev kecirdiyi qurultayda Azerbaycan Xalq Cebhesi Partiyasi Azerbaycan Demokrat Partiyasi Musavat Partiyasi numayendeleri istirak etmis Etibar Memmedov liderlik postundan uzaqlasdirilmis ozu ise Azerbaycan Milli Istiqlal Partiyasinin yeniden sedri secilmisdir Etibar Memmedov kecirdiyi qurultayda ise Eli Eliyeve etimadsizliq gosterilmis Ayaz Rustemov partiyanin muveqqeti sedri secilmisdir Her iki teref muvafiq qurultay senedlerini Edliyye Nazirliyine teqdim etmisdir Edliyye Nazirliyi netice olaraq Etibar Memmedovun kecirdiyi qurultayin neticelerini tanimisdir Neticede Azadliq Blokuna daxil olan partiyalar Azerbaycan Liberal Partiyasi Azerbaycan Milli Istiqlal Partiyasi Azerbaycan Demokrat Partiyasi ve diger narazi sexsler 26 noyabr 2005 ci ilde etiraz aksiyasi teskil etmisdir NamizedlerAzerbaycan Liberal Partiyasinin lideri Lale Sovket deputat secilse de neticelere etiraz elameti olaraq mandatindan imtina etmisdir Daha sonra tekrar seckilere qatilmayaraq Azerbaycan Liberal Partiyasi prosesi boykot etmisdir Azadliq Bloku 6 mandat qazansa da mandatlardan 4 u Musavat Partiyasinin payina dusurdu Musavat Partiyasi tekrar seckilere qatilmaq isteyini bildirdiyi ucun blok daxilinde naraziliq ve parcalanma yaranmisdir Blokun qurucularindan Azerbaycan Xalq Cebhesi Partiyasi ve Azerbaycan Demokrat Partiyasi seckileri boykot etme qerari almisdir Bele ki 18 yanvar 2006 ci il tarixinde kecirilen Azerbaycan Demokrat Partiyasi Ali Meclisinin Reyaset Heyetinin iclasinda parlamentde ve tekrar seckilerde istirakin meqbul olmadigi qerari qebul edilmisdir Neticede Azerbaycan Xalq Cebhesi Partiyasi siralarindan deputat secilmis Cemil Hesenli partiyasindan istefa verdi ve Azadliq Blokundan deputat secilmis Penah Huseyn blokla elaqelerini kesmisdir Vetendas Hemreyliyi Partiyasi Siyasi Surasi 2006 ci ilin yanvarinda kecirdiyi iclasda tekrar seckilerde ve parlamentde istirak qerari almisdir Mart ayinin 3 nedek davam eden namized ireli surme prosesi neticesinde 10 secki dairesi uzre 218 nefer namizedliyini ireli surmusdur 13 mart tarixinedek onlardan sadece 196 si onlara verilen imza vereqelerini 450 imza toplayaraq tehvil vere bilmisdir Daire secki komissiyalari 22 neferin namizedliyini qebul etmemis 20 nefer ise proses bitmeden namizedliyini geri cekmisdir 9 sayli Bineqedi ikinci secki dairesi 39 nefer namizedliyini ireli surmus onlardan 22 sinin namizedliyi qeydiyyata alinmisdir ve belelikle bu seckilerde en cox namized sayisi bu daireden olmusdur 106 sayli Tovuz Qazax Agstafa secki dairesi ve 110 sayli Zaqatala secki dairesi uzre ise 10 neferin namizedliyi qeydiyyata alinmisdir Yeni Azerbaycan Partiyasi resmi qaydada 10 secki dairesinden 6 si uzre namized ireli surmusdur Buna baxmayaraq daha 17 nefer partiya uzvu oz tesebbusu ile seckilere qatilmisdir Numune olaraq 103 sayli Gedebey secki dairesi uzre qeyde alinmis 18 namizedden 8 i Yeni Azerbaycan Partiyasinin uzvu idi Yeni Azerbaycan Partiyasi Metbuat Xidmetinin rehberi Huseyn Pasayevin 18 aprel tarixinde verdiyi melumata esasen partiyanin texminen 20 uzvu musteqil sekilde seckiye qatilmisdi Martda onlardan 13 u partiyanin vahid siyahisinda temsil olan namizedlerin xeyirine geri cekilmisdi 7 i ise seckileredek secki marafonunu dayandirmisdir Yeni Azerbaycan Partiyasinin vahid namized siyahisina 9 sayli Bineqedi secki dairesinden Azerbaycan Beynelxalq Universitetinin rektoru Elsad Abdullayev 31 sayli Suraxani ikinci secki dairesinden Odlar Yurdu Universitetinin rektoru Ehmed Veliyev 110 sayli Zaqatal secki dairesinden Azerbaycan Dovlet Neft Sirketinin Neft Kemerleri Idaresinin reisi Rizvan Vahabov 119 sayli Agdam kend secki dairesinden Azerbaycan qezetinin bas redaktoru Bextiyar Sadiqov ve 42 sayli Sumqayit secki dairesinden Mecid Kerimov daxil idi YAP Idare Heyetinin qerarina gore musteqil sekilde seckiye qatilan namizedler partiyanin vahid siyahisinda temsil olan namizedlerin xeyrine geri cekilmeli idi Idare Heyetinin qerarina tabe olmayan namizedler partiya siralarindan xaric edilecekdi Muxalifet cergesinden Musavat Partiyasi 10 secki dairesinden 7 i uzre resmi namized ireli surse de daha 5 partiya uzvu oz tesebbusu ile seckilere qatilmisdir Partiyanin secki qerargahinin sedri ve basqan muavini Arif Hacili 110 sayli Zaqatala secki dairesi uzre seckilere qatilmisdi Diger partiyalardan Azerbaycan Milli Istiqlal Partiyasi 5 Butov Azerbaycan Xalq Cebhesi Partiyasi 3 Edalet Partiyasi 3 Umid Partiyasi 3 Azerbaycan Xalq Cebhesi Partiyasinin klassikler qanadi 2 ve daha 10 siyasi partiya 1 namizedle seckilere qatilmisdir Namizedlerden 71 i biteref olmus 12 si ise siyasi mensubiyyetini gostermemisdir Namizedlerden 127 si kisi 27 si ise qadin olmusdur Hemcinin 2005 ci il parlament seckilerinde deputat secile bilmeyen 40 a yaxin namized tekrar seckilere qatilmisdir II cagiris Milli Meclisin 6 deputati da secki marafonuna qosulmusdur Iki aya yaxin davam eden tebligat tesviqat prosesi erzinde 30 a yaxin namized oz namizedliyini geri goturmusdur Hemcinin 9 sayli Bineqedi ikinci secki dairesi uzre namizedliyini ireli surmus Azerbaycan Beynelxalq Universitetinin rektoru Yeni Azerbaycan Partiyasinin uzvu Elsad Abdullayev secicileri maddi tesviqle ele almaqda ittiham olunaraq Apellyasiya Mehkemesinin qerari ile secki yarisindan kenarlasdirilmisdir 13 may secki gunu erefesinde namizedlerin sayi 124 e enmis en cox namized olan secki dairesi 18 namizedle 9 sayli Bineqedi ikinci secki dairesi en az namized olan secki daireleri ise 7 namizedle 106 sayli Tovuz Qazax Agstafa secki dairesi ve 110 sayli Zaqatala secki dairesi olmusdur Yekunda 124 namized seckilere qatilmisdir Onlardan 17 si partiya mensubiyyetini gostermemis 60 i biteref 10 u hakim Yeni Azerbaycan Partiyasinin 9 u Musavat Partiyasinin 5 i Azerbaycan Milli Istiqlal Partiyasi 5 i Butov Azerbaycan Xalq Cebhesi Partiyasinin 3 u Azerbaycan Umid Partiyasinin 3 u Azerbaycan Kommunist Partiyasinin 3 u Edalet Partiyasinin 2 si Azerbaycan Xalq Cebhesi Partiyasinin 1 i Azerbaycan Xalq Demokratik Partiyasinin 1 i Vetendas Hemreyliyi Partiyasinin 1 i Demokratik Azerbaycan Dunyasi Partiyasinin 1 i Azerbaycan Sosial Demokrat Partiyasinin 1 i Vehdet Partiyasinin 1 i Azerbaycan Demokratik Islahatlar Siyasi Partiyasinin ve 1 i ise Boyuk Azerbaycan Partiyasinin uzvu olmusdur Secki neticeleriMandatlarin siyasi partiyalara gore dagilisi Yeni Azerbaycan Partiyasi 50 Biteref 30 Edalet Partiyasi 10 Vetendas Hemreyliyi Partiyasi 10 Azerbaycan Respublikasinin Merkezi Secki Komissiyasi 9 sayli Bineqedi ikinci 31 sayli Suraxani ikinci 38 sayli Nizami ikinci Gence 42 sayli Sumqayit ikinci 44 sayli Sumqayit Abseron 69 sayli Celilabad Masalli Bilesuvar 103 sayli Gedebey 106 sayli Tovuz Qazax Agstafa 110 sayli Zaqatala 119 sayli Agdam kend secki daireleri uzre Azerbaycan Respublikasi Milli Meclisi deputatlarinin tekrar seckilerile bagli sesvermenin yekun neticeleri haqqinda 27 may 2006 ci il tarixinde iclas kecirmis iclasda 103 sayli Gedebey secki dairesinin 3 sayli 110 sayli Zaqatala secki dairesinin 14 sayli ve 119 sayli Agdam kend secki dairesinin 10 ve 37 sayli secki meneteqeleri uzre sesvermenin neticelerinin legv olunmasi ve seckilerin yekun neticeleri tesdiqlenmisdir 5 iyun 2006 ci il tarixinde Azerbaycan Respublikasi Konstitusiya Mehkemesi qerarlara ve protokollara baxaraq secki neticelerini tesdiq etmisdir Neticelere esasen 9 sayli Bineqedi ikinci secki dairesi uzre biteref siyasetci Rafael Kamil oglu Cebrayilov 31 sayli Suraxani ikinci secki dairesi uzre Yeni Azerbaycan Partiyasi uzvu Ehmed Abdulkerim oglu Veliyev 38 sayli Nizami ikinci Gence secki dairesi uzre biteref siyasetci Asef Haci oglu Haciyev 42 sayli Sumqayit ikinci secki dairesi uzre Yeni Azerbaycan Partiyasi uzvu Mecid Zahid oglu Kerimov 44 sayli Sumqayit Abseron secki dairesi uzre biteref siyasetci Baba Eli oglu Tagiyev 69 sayli Celilabad Masalli Bilesuvar secki dairesi uzre Vetendas Hemreyliyi Partiyasi sedrinin muavini Fezail Feyruz oglu Ibrahimli 103 sayli Gedebey secki dairesi uzre Yeni Azerbaycan Partiyasi uzvu Rafiq Musa oglu Memmedhesenov 106 sayli Tovuz Qazax Agstafa secki dairesi uzre Edalet Partiyasi sedri Ilyas Ismayilov 110 sayli Zaqatala secki dairesi uzre Yeni Azerbaycan Partiyasi uzvu Hikmet Ismayil oglu Atayev ve 119 sayli Agdam kend secki dairesi uzre Yeni Azerbaycan Partiyasi uzvu Bextiyar Yusif oglu Sadiqov deputat secilmisdir Secilmis deputatlardan 3 u yeni Asef Haciyev Bextiyar Sadiqov ve Fezail Ibrahimli sabiq deputat olmusdur Onlardan Fezail Ibrahimli 2005 ci il parlament seckilerinde 12 sayli Qaradag Bineqedi Yasamal secki dairesi uzre seckileri 1394 7 84 ses toplayaraq Yeni Azerbaycan Partiyasi uzvu Mixail Zabelin ve Azerbaycan Vahid Kommunist Partiyasi sedri Sayad Sayadovun ardinca ucuncu sirada tamamlamisdir Umumi 9 sayli Bineqedi ikinci 31 sayli Suraxani ikinci 38 sayli Nizami ikinci Gence 42 sayli Sumqayit ikinci 44 sayli Sumqayit Abseron 69 sayli Celilabad Masalli Bilesuvar 103 sayli Gedebey 106 sayli Tovuz Qazax Agstafa 110 sayli Zaqatala 119 sayli Agdam kend CemiMenteqe sayi 30 28 25 37 30 37 36 35 41 44 343Secici sayi 37 993 38 254 33 606 43 564 42 244 39 760 36 596 41 252 41 928 35 912 391 109Secici aktivliyi 19 07 27 16 33 42 43 34 35 48 38 98 34 11 32 87 59 30 37 66 Deputat sayi 1 1 1 1 1 1 1 1 1 1 10Daireler uzre 9 sayli Bineqedi ikinci Partiya Namized Topladigi ses Ses faizi Azerbaycan Milli Istiqlal Partiyasi Bekir EbdulrehmanovBiteref Rafael Cebrayilov 31 87Elsad MusayevButov Azerbaycan Xalq Cebhesi Partiyasi Elcin MirzebeyliMusavat PartiyasiNadir OrucovEtibarli seslerin sayi Etibarsiz seslerin sayi 31 sayli Suraxani ikinci Partiya Namized Topladigi ses Ses faizi Musavat Partiyasi Hokume IbrahimovaYeni Azerbaycan Partiyasi Ehmed Veliyev 72 55Biteref Vuqar OrucEtibarli seslerin sayi Etibarsiz seslerin sayi 38 sayli Nizami ikinci Gence Partiya Namized Topladigi ses Ses faizi Azerbaycan Milli Istiqlal Partiyasi Eldar AslanovButov Azerbaycan Xalq Cebhesi Partiyasi Eldeniz QuliyevBiteref Asef Haciyev 62 60Musavat Partiyasi Mursud MemmedliEtibarli seslerin sayi Etibarsiz seslerin sayi 42 sayli Sumqayit ikinci Partiya Namized Topladigi ses Ses faizi Biteref Mirmahmud FettayevButov Azerbaycan Xalq Cebhesi Partiyasi Zohrab AbdullayevVetendas Hemreyliyi Partiyasi Yusif SalmanovYeni Azerbaycan Partiyasi Mecid Kerimov 81 80Etibarli seslerin sayi Etibarsiz seslerin sayi 44 sayli Sumqayit Abseron Partiya Namized Topladigi ses Ses faizi Biteref Baba Tagiyev 64 77Azerbaycan Demokratik Islahatlar Siyasi Partiyasi Tofiq YadigarovButov Azerbaycan Xalq Cebhesi Partiyasi Arzu SirinovaMusavat Partiyasi Nesiman YaqubluEtibarli seslerin sayi Etibarsiz seslerin sayi 69 sayli Celilabad Masalli Bilesuvar Partiya Namized Topladigi ses Ses faizi Biteref Fikret CeferovBiteref Musa QasimliVetendas Hemreyliyi Partiyasi Fezail Ibrahimli 49 28Etibarli seslerin sayi Etibarsiz seslerin sayi 103 sayli Gedebey Partiya Namized Topladigi ses Ses faizi Yeni Azerbaycan Partiyasi Rafiq Memmedhesenov 56 64Musavat Partiyasi Sabir MemmedliEtibarli seslerin sayi Etibarsiz seslerin sayi 106 sayli Qazax Tovuz Agstafa Partiya Namized Topladigi ses Ses faizi Butov Azerbaycan Xalq Cebhesi Partiyasi Behruz CabbarovEdalet Partiyasi Ilyas Ismayilov 71 14Musavat PartiyasiEtibarli seslerin sayi Etibarsiz seslerin sayi 110 sayli Zaqatala Partiya Namized Topladigi ses Ses faizi Elnure MedetovaMusavat Partiyasi Arif HaciliYeni Azerbaycan Partiyasi Hikmet Atayev 65 02Yeni Azerbaycan Partiyasi Rizvan VahabovEtibarli seslerin sayi Etibarsiz seslerin sayi 119 sayli Agdam kend Partiya Namized Topladigi ses Ses faizi Azerbaycan Milli Istiqlal Partiyasi Yasar HesenovYeni Azerbaycan Partiyasi Bextiyar Sadiqov 63 03Etibarli seslerin sayi Etibarsiz seslerin sayi QeydlerMirmahmud Fettayevin rehberliyinde Azerbaycan Xalq Cebhesi Partiyasinin klassikler qanadi 2006 ci ilin mart ayinda qurultay kecirerek partiyanin bazasinda Klassik Xalq Cebhesi Partiyasini tesis etmisdir Lakin bu partiya 31 yanvar 2007 ci ilde resmi dovlet qeydiyyatina alinmisdir Resmi dovlet qeydiyyati olmayan Klassik Xalq Cebhesi Partiyasi sedrinin musaviri Istinadlar III cagiris Azerbaycan Milli Meclisine seckilerin ilkin neticeleri 2007 03 19 tarixinde Istifade tarixi 2022 08 11 Sesvermenin umumi yekunlari haqqinda Azerbaycan Respublikasi Merkezi Secki Komissiyasinin protokolu PDF 2018 02 19 tarixinde PDF Istifade tarixi 2022 08 11 Noyabrin 23 de Mezahir Penahovun sedrliyi ile Merkezi Secki Komissiyasinin novbeti iclasi kecirilmisdir 2022 08 12 tarixinde Istifade tarixi 2022 08 11 Noyabrin 26 da Mezahir Penahovun sedrliyi ile Merkezi Secki Komissiyasinin iclasi kecirilmisdir 2020 08 15 tarixinde Istifade tarixi 2022 08 11 2005 ci il noyabrin 6 da kecirilmis ucuncu cagiris Azerbaycan Respublikasi Milli Meclisi deputatlarinin seckilerinin neticelerine dair AZERBAYCAN RESPUBLIKASI ADINDAN AZERBAYCAN RESPUBLIKASI KONSTITUSIYA MEHKEMESI PLENUMUNUN QERARI 2022 07 30 tarixinde Istifade tarixi 2022 08 11 Ucuncu cagiris Milli Meclise seckiler 2005 5 Seckilerin yekunu dekabr 2005 2021 09 03 tarixinde Istifade tarixi 2022 08 11 Bezi secki daireleri uzre Azerbaycan Respublikasinin Milli Meclisi deputatlarinin tekrar seckilerinin teyin edilmesi haqqinda AZERBAYCAN RESPUBLIKASI PREZIDENTININ SERENCAMI 2018 06 04 tarixinde Istifade tarixi 2022 08 11 Yeni Azerbaycan Partiyasinin III Qurultayi 2022 08 09 tarixinde Istifade tarixi 2022 08 11 Azadliq secki bloku resmen tesis olundu 2022 08 11 tarixinde Istifade tarixi 2022 08 11 Iqtidaryonlu partiyalar Reforma secki bloku yaradacaq Azadliq Radiosu 2022 05 04 tarixinde Istifade tarixi 2022 05 04 Daha iki secki bloku tesis olundu 2022 08 11 tarixinde Istifade tarixi 2022 08 11 Vidadi Mahmudlu yekun protokolu imzalamasini duzgun addim sayir Azadliq Radiosu 2022 05 04 tarixinde Istifade tarixi 2022 05 04 AMIP parcalanmaya dogru daha bir addim atdi 2022 05 04 tarixinde Istifade tarixi 2022 05 04 AMIP de iki qurultay Azadliq Radiosu 2021 04 14 tarixinde Istifade tarixi 2022 05 04 Dovsan hekimi AMIP den nece qovuldu Eli Eliyev haqqinda yeni sok sened AzNews az 2021 05 08 tarixinde Istifade tarixi 2022 05 04 Regionculuq faktoru muxalifet partiyasinin zeiflemesine sebeb olub Trend Informasiya Agentliyi 2020 10 29 tarixinde Istifade tarixi 2022 06 02 Ucuncu cagiris Milli Meclise seckiler 2005 7 Tekrar seckilerle tamamlanan parlament 2021 09 03 tarixinde Istifade tarixi 2022 08 11 ADP tekrar parlament seckisinde istirak etmemek barede qerar cixarib 2023 03 06 2023 03 06 tarixinde arxivlesdirilib Vetendas Hemreyliyi Partiyasi tekrar seckilerde istirak edecek 2021 06 22 tarixinde Istifade tarixi 2023 03 06 YAP in musteqil namizedlerinin hamisi partiyanin vahid namizedlerinin xeyrine geri cekilib Trend Az az 2006 04 18 2023 03 01 tarixinde Istifade tarixi 2024 01 14 Bu gun Azerbaycanda 10 secki dairesi uzre Milli Meclise tekrar seckiler kecirilir 2023 03 29 tarixinde Istifade tarixi 2023 03 29 Mayin 27 de Mezahir Penahovun sedrliyi ile Merkezi Secki Komissiyasinin novbeti iclasi kecirilmisdir 2020 02 15 tarixinde Istifade tarixi 2022 08 11 AZERBAYCAN RESPUBLIKASI ADINDAN 2006 ci il mayin 13 de kecirilmis 9 sayli Bineqedi ikinci 31 sayli Suraxani ikinci 38 sayli Nizami ikinci Gence 42 sayli Sumqayit ikinci 44 sayli Sumqayit Abseron 69 sayli Celilabad Masalli Bilesuvar 103 sayli Gedebey 106 sayli Tovuz Qazax Agstafa 110 sayli Zaqatala 119 sayli Agdam kend secki daireleri uzre Azerbaycan Respublikasi Milli Meclisi deputatlarinin tekrar seckilerinin neticelerine dair AZERBAYCAN RESPUBLIKASI KONSTITUSIYA MEHKEMESI PLENUMUNUN QERARI 2022 08 11 tarixinde Istifade tarixi 2022 08 11 2006 ci ilin may ayinin 13 de kecirilmis tekrar parlament seckilerinin neticeleri 2007 03 19 tarixinde Istifade tarixi 2022 08 11 12 sayli Qaradag Bineqedi Yasamal secki dairesi uzre ilkin neticeler 2007 03 10 at the Wayback Machine Dord namized tekrar seckilerde bas verecek qanunsuzluga qarsi birge mubarize aparacaqlari ile bagli raziliga gelib Trend Az az 2006 05 10 2023 04 02 tarixinde Istifade tarixi 2023 12 25 BAXCP 6 secki dairesinde namizedlerini mueyyenlesdirib 2022 01 21 tarixinde Istifade tarixi 2023 04 08 Musavat Partiyasi Divaninin novbedenkenar toplantisi kecirib 2022 01 24 tarixinde Istifade tarixi 2023 04 07 GULER EHMEDOVANIN PUL ALDIGI IKINCI NAMIZED MELUM OLDU 2023 06 30 tarixinde Istifade tarixi 2023 05 08 Vuqar Oruc Vuqar Beyturan Qelebeme zerre qeder zubhem yoxdur 2023 06 30 tarixinde Istifade tarixi 2023 05 08 ATET in musahide missiyasinin numayendeleri AMIP funksionerleri ile gorusub 2023 03 29 tarixinde Istifade tarixi 2023 03 29 BAXCP 3 secki dairesinde namizedlerini mueyyenlesdirib 2023 04 08 tarixinde Istifade tarixi 2023 04 08 Isa Qember Musavat Partiyasinin tekrar seckilere qatilan namizedleri secicilerle maneesiz gorusler kecirirler 2023 03 29 tarixinde Istifade tarixi 2023 03 29