Andaluzit Al2 [O | SiO4] — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. Andalusit siyanit və sillimanit ilə trimorfikdir, aşağı təzyiqli orta temperaturlu polimorfdur. Daha yüksək temperatur və təzyiqlərdə andaluzit sillimanite çevrilə bilər. Beləliklə, digər polimorflarında olduğu kimi, andaluzit də alüminosilikat indeksli mineraldır və ana süxurun istehsalında iştirak edən dərinlik və təzyiqlərə dair ipuçları verir.
Andaluzit | |
---|---|
Ümumi məlumatlar | |
Kateqoriya | Mineral |
Formul (təkrarlanan vahid) | Al₂SiO₅ |
VIII/A’.02 | |
Xüsusiyyətləri | |
Kristalloqrafik sinqoniya | rombik[d] |
ağ | |
Sıxlıq | 3,15 ± 0,03 q/sm³ |
Vikianbarda əlaqəli mediafayllar |
Növ müxtəliflikləri
Viridin – tünd — yaşıl manqanlı (7 %-dək) andaluzit; hiastolit – kristalın en kəsiyində kömür möhtəvilərinin xaç şəklində yerləşdiyi andaluzit.
Xassələri
Rəng – boz, qonur, sarı, narıncı, qəhvəyi, qırmızı, az hallarda tünd-yaşıl, nadir hallarda rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşədən tutqunadək; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,1–3,2; Sərtlik – 7–7,5; Ayrılma – {110} üzrə mükəmməl, {100} üzrə qeyri-mükəmməl, Bölünmə – {120} və {230} üzrə; Sınıqlar – qeyri-hamar, qəlpəli, Lüminessensiya – zəifdir, yaşıldan-yaşılımtıl-sarıyadək; Morfologiya – kristallar: prizmatik, psevdotetraqonal; İkiləşmə: qeyd olunmayıb, Mineral aqreqatları: çubuğabənzər-şüalı, bəzən – lifli.
Mənşəyi və yayılması
Tipik metamorfogen mineraldır. Gilli və kömürlü-gilli şistlərdə, bəzən qneyslərdə rast gəlir. Roqoviklərdə, alp tipli kvars damarlarında qeyd edilir. Törəmə kvarsitlərdə geniş inkişaf etmişdir. Bəzən qreyzenlərdə rast gəlir. Andaluzit qranit peqmatitlərində də qeyd edilmişdir. Çökmə süxurların adi qırıntı mineralıdır. Çox vaxt səpintilərdə tapılır, miqdarca çox olduqda praktik əhəmiyyət kəsb edir. Birlikdə rast gəldiyi minerallar: kordiyerit, , qranat, kvars və b. Mineralın tapıldığı yerlər: Syerra-de Ronda (İspaniya); Vayt-Mauntin, Stendiş (ABŞ); Minas-Novas, Minas-Jerays (Braziliya); Xazi-Xils (Hindistan), Semiz-Buğu (Qazaxıstan); Murzinka (Rusiya). Andaluzitin iri yığınları həmçinin CAR, Tanzaniya, Avstraliya, Böyük Britaniya, İsveçrə və b. ölkələrdə aşkar edilmişdir. Azərbaycanda andaluzit Gədəbəy, Bittibulaq, Paraqaçay yataqlarının və Tutqun filiz sahəsinin filizyanı metasomatitlərində qeyd edilir.
Tətbiqi
Oda və turşuyadavamlı mühüm xammal olmaqla metallurgiya və keramika sənayesində, silisium-alüminium xəlitəsi – silumin almaq üçün istifadə edilir. Mineralın gözəl rəngli növ müxtəliflikləri zərgərlik işlərində praktik baxımdan maraq doğurur.
İstinadlar
- International Mineralogical Association - Commission on new minerals, nomenclature and classification The IMA List of Minerals (December 2014). 2014.
- Strunz K. H., Tennyson C. Mineralogische Tabellen : Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage, mit einer Einfuhrung in die Kristallchemie. 8 Leypsiq: Akademische Verlagsgesellschaft, 1982.
- mineralienatlas.de (ing.).
Mənbə
- Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
- THE MINERAL ANDALUSITE
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Andaluzit Al2 O SiO4 Rombik sinqoniya Rast gelme tezliyi skalasi cox da tez tez rast gelmeyen Andalusit siyanit ve sillimanit ile trimorfikdir asagi tezyiqli orta temperaturlu polimorfdur Daha yuksek temperatur ve tezyiqlerde andaluzit sillimanite cevrile biler Belelikle diger polimorflarinda oldugu kimi andaluzit de aluminosilikat indeksli mineraldir ve ana suxurun istehsalinda istirak eden derinlik ve tezyiqlere dair ipuclari verir AndaluzitUmumi melumatlarKateqoriya MineralFormul tekrarlanan vahid Al SiO VIII A 02XususiyyetleriKristalloqrafik sinqoniya rombik d agSixliq 3 15 0 03 q sm Vikianbarda elaqeli mediafayllarNov muxteliflikleriAndaluzit 100 mm Paraqacay filiz tezahuru Ordubad rayonu Viridin tund yasil manqanli 7 dek andaluzit hiastolit kristalin en kesiyinde komur mohtevilerinin xac seklinde yerlesdiyi andaluzit XasseleriReng boz qonur sari narinci qehveyi qirmizi az hallarda tund yasil nadir hallarda rengsiz Mineralin cizgisinin rengi ag Parilti suseden tutqunadek Seffafliq seffafdan qeyri seffafadek Sixliq 3 1 3 2 Sertlik 7 7 5 Ayrilma 110 uzre mukemmel 100 uzre qeyri mukemmel Bolunme 120 ve 230 uzre Siniqlar qeyri hamar qelpeli Luminessensiya zeifdir yasildan yasilimtil sariyadek Morfologiya kristallar prizmatik psevdotetraqonal Ikilesme qeyd olunmayib Mineral aqreqatlari cubugabenzer suali bezen lifli Menseyi ve yayilmasiTipik metamorfogen mineraldir Gilli ve komurlu gilli sistlerde bezen qneyslerde rast gelir Roqoviklerde alp tipli kvars damarlarinda qeyd edilir Toreme kvarsitlerde genis inkisaf etmisdir Bezen qreyzenlerde rast gelir Andaluzit qranit peqmatitlerinde de qeyd edilmisdir Cokme suxurlarin adi qirinti mineralidir Cox vaxt sepintilerde tapilir miqdarca cox olduqda praktik ehemiyyet kesb edir Birlikde rast geldiyi minerallar kordiyerit qranat kvars ve b Mineralin tapildigi yerler Syerra de Ronda Ispaniya Vayt Mauntin Stendis ABS Minas Novas Minas Jerays Braziliya Xazi Xils Hindistan Semiz Bugu Qazaxistan Murzinka Rusiya Andaluzitin iri yiginlari hemcinin CAR Tanzaniya Avstraliya Boyuk Britaniya Isvecre ve b olkelerde askar edilmisdir Azerbaycanda andaluzit Gedebey Bittibulaq Paraqacay yataqlarinin ve Tutqun filiz sahesinin filizyani metasomatitlerinde qeyd edilir TetbiqiOda ve tursuyadavamli muhum xammal olmaqla metallurgiya ve keramika senayesinde silisium aluminium xelitesi silumin almaq ucun istifade edilir Mineralin gozel rengli nov muxteliflikleri zergerlik islerinde praktik baximdan maraq dogurur IstinadlarInternational Mineralogical Association Commission on new minerals nomenclature and classification The IMA List of Minerals December 2014 2014 Strunz K H Tennyson C Mineralogische Tabellen Eine Klassifizierung der Mineralien auf kristallchemischer Grundlage mit einer Einfuhrung in die Kristallchemie 8 Leypsiq Akademische Verlagsgesellschaft 1982 mineralienatlas de ing MenbeAzerbaycan minerallari Baki Nafta Press 2004 Xarici kecidlerTHE MINERAL ANDALUSITE