1995 Azərbaycanda hərbi çevrilişə cəhd — 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin komandiri polkovnik Rövşən Cavadov rəhbərliyində Azərbaycan hərbçiləri tərəfindən edilən hərbi çevriliş cəhdidir. Məqsəd prezident Heydər Əliyevdən ölkə hakimiyyətini almaq və əvvəlki prezident Əbülfəz Elçibəyi hakimiyyətə gətirmək idi. Türkiyə prezidenti Süleyman Dəmirəl Türkiyədə çevrilişi dəstəkləyən ünsürlərdən xəbərdar olanda xəbərdar etmək üçün Əliyevə zəng elədi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü. 1996-cı il Susurluq qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar bəzi Türkiyə kəşfiyyatçılarının çevrilişi dəstəklədiyini və rol oynadığını üzə çıxardı.
1995 Azərbaycanda hərbi çevrilişə cəhd | |||
---|---|---|---|
Tarix | 13–17 mart 1995 | ||
Yeri | Azərbaycan | ||
Nəticəsi | Uğursuzluq • Rövşən Cavadov öldürüldü. | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
İtkilər | |||
| |||
Ümumi itkilər | |||
| |||
Zəmin
1990 -cı ilin avqustunda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan Daxili İşlər Nazirliyinə tabe olan Xüsusi Təyinatlı Milis Dəstəsi (OMON) yaradıldı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra bu birlik Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) adlandırıldı. XTPD ilk dəfə 1994-cü ilin oktyabr ayında dövlət çevrilişinə cəhd hadisələrində iştirak etmişdi. Lakin sonradan XTPD Heydər Əliyevə dəstək göstərdiyi üçün birləşmə ləğv edilmədi, qiyamın digər rəhbəri Surət Hüseynov isə baş nazir postundan istefaya göndərilərək həbs edildi. Buna baxmayaraq XTPD dövlətin birbaşa nəzarətində olmayan silahlı birlik olaraq qalmağa davam edirdi. Həmin dövrdə parlamentin spikeri olan Rəsul Quliyev hökumət üzvlərinin 90%-nin XTPD-dən və onun rəhbəri Cavadov qardaşlarından fiziki olaraq qorxduğunu qeyd edirdi.
12 dekabr 1994-cü ildə Korkut Eken (Türkiyənin Milli Kəşfiyyat Təşkilatı), İbrahim Şahin və Ayxan Çarxın (Türkiyənin Özəl Hərəkat Dairəsi Başkanlığı) və Abdullah Çatlının daxil olduğu qrup Türkiyədən Azərbaycana gəldi. Onların məqsədi 60 OMON polis məmurunu çevriliş üçün hazırlamaq idi. Onlar OMON komandiri Rövşən Cavadov tərəfindən dəvət edilmişdilər.Rusiya Federal Təhlükəsizlik Xidməti və ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi hadisələri izləyirdi.
Rövşən Cavadov Heydər Əliyevin hakimiyyətə gəlməsində çox böyük rol oynamışdı, üstəlik bir müddət şəxsən özü XTPD üzvləri ilə birlikdə H.Əliyevi qoruyurdu. Lakin sonradan onların arasındakı ziddiyyətlər artmağa başladı. 1995-ci il martın 13-də xarici səfərdən qayıdan H.Əliyev Pakistana səfərə hazırlaşsa da, Türkiyə prezidenti Süleyman Dəmirəl ona Azərbaycanda Cavadov qardaşlarının çevriliş etməyə hazırlaşdığı xəbərini ötürməsindən sonra səfərini ləğv etdi.
Hadisələr
Qazax-Ağstafa zonasında
12 mart 1995-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanlarına Tovuz bölgəsinin ərazisində, Gürcüstana doğru gedən yolda Dövlət Yol Polisi (DYP) işçilərinin dayanma tələblərinə baxmayaraq, içərisində silahlı adamlar olan 4 avtomobilin DYP postunun yanından keçməsi barədə məlumat daxil oldu. Hüquq-mühafizə orqanları XTPD zabitlərinin müşayiəti ilə içərisində 150 ton mis daşınan avtomobilləri saxlaya bilib. Buna cavab olaraq Qazax rayonu XTPD üzvləri və onlara qoşulmuş silahlı mülki şəxslər Qazax şəhər polis idarəsini və bir hərbi hissəni ələ keçirdilər, burada bir neçə zirehli texnikanı ələ keçirərək Ağstafa rayonuna doğru hərəkət etdi. Onlar səhər saat 4:40-da, Ağstafa yaxınlığında yol polisi postuna atəş açdılar, sonra onu tutaraq tərksilah etdilər. Şəhər istiqamətində hərəkətə davam edən qiyamçılar saat 5:20-də şəhər polis idarəsinə hücuma keçdilər və səhər 6.30-da XTPD üzvləri Ağstafa Polis Şöbəsini ələ keçirərək tərksilah etdilər. Daha sonra onlar Tovuz bölgəsindəki hərbçilərə hücum etmək istəsələr də məğlub olaraq geri çəkildilər. Martın 15-də hökumət qüvvələri Ağstafa bölgəsindəki OPON mövqelərinə hücum etdilər və qiyamçıları Ağstafa rayonundan çıxardılar. TURAN agentliyinin məlumatına görə, döyüş zamanı hökumət qüvvələri Qrad qurğularından istifadə edib. Məğlub olan qiyamçıların bir hissəsi Gürcüstana qaçdı.
Bakıda
Martın 14 -də Azərbaycanın daxili işlər naziri Ramil Usubovun XTPD-nin ləğv edilməsi ilə bağlı əmri televiziyada elan etdi. Bu qərar XTPD-nin "demək olar ki, idarə olunmayan bir vahid halına gəlməsi, nazirliyin tabeliyindən tamamilə çıxması və kriminal aləmlə işbirliyi qurması" səbəbiylə qəbul edilmişdi. XTPD komandiri Rövşən Cavadova və döyüşçülərinə, 17 Mart 00:00-a qədər üç gün ərzində dəstədəki bütün texniki vasitələri və silahları təhvil vermə əmri verildi. Əmrə görə, silahı könüllü təhvil verənlər törətdikləri əməllərə görə cəzalandırılmayacaq və DİN sistemində müvafiq işlə təmin ediləcəkdilər. Lakin XTPD-nin başçısı Rövşən Cavadov Xətai rayonunun o vaxtkı prokuroru, qardaşı Mahir Cavadovla birlikdə dövlət başçısı qarşısında müəyyən şərtlər qoydular. Ertəsi gün Prezident Heydər Əliyev XTPD komandiri Rövşən Cavadovu daxili işlər nazirinin müavini vəzifəsindən azad etdi. 17 mart 1995-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin dəstələri üsyançıların düşərgəsini mühasirəyə aldı və hücum edərək Cavadovu öldürdü.
Dəstəklər
1996-cı il Milli İstihbarat Təşkilatı məlumatlarına görə Türkiyənin baş naziri Tansu Çillər nazir Ayvaz Gökdemir, polis müdiri Mehmet Ağar, İbrahim Şahin və Korkut Ekenə Elçibəyi prezident etmək üçün yaşıl işıq yandırmışdı. Elçibəy Türkiyənin Milliyətçi Hərəkat Partiyasının lideri Alparslan Türkeşin ideolojik müttəfiqi idi. Alparslan Türkeş Qafqaza qədər uzanan bir türk dövləti yaratmaq arzusunda idi. Türkeşin çevrilişə verdiyi dəstək Türkiyə və Azərbaycan arasında diplomatik böhrana səbəb oldu. Azərbaycan dövlət çevrilişi cəhdi ilə bağlı məruzə hissəsinin təkzib edilməsi barədə bəyanat tələb etdi.
1996-cı il Susurluq Qəzasından sonra Türkiyədə ortaya çıxan məlumatlar göstərir ki, baş nazir Tansu Çillərin baş məsləhətçiləri Acar Okan və Süleyman Kamil Yüceoral çevriliş cəhdi ilə əlaqədar idilər. Susurluq Kommissiyası üzvü Fikri Sağlara görə məqsəd Əfqanıstandan başlayan narkotik marşrutu qorumaq idi. Sağlar qeyd edir ki, Yüceoral Əfqanıstanda general Əbdül Rəşid Dostuma pul ödəyib.
Sonrakı məlumatlar iddia edir ki, Veli Küçükün üzvü olması ehtimal edilən Ergenekon bu çevrilişdən məsul idi. Bu da Susurluq ilə Ergenekon arasındakı əlaqəni göstərir. Həmin dövrdə Azərbaycanın baş prokuroru işləmiş Eldar Həsənov 2021-ci ildə məhkəmədə dindirilərkən 1995-ci il çevriliş cəhdində Türkiyənin iştirakı ilə bağlı aşağıdakı sözləri deyib:
1995-ci ildə dövlət çevrilişinə cəhd ittihamıyla iki nəfər türk saxlanmışdı. Onlardan biri Türkiyə, digəri isə Avstriya vətəndaşı idi. Həmin vaxt prezident olan Heydər Əliyev baş prokuror kimi mənə və Ali Məhkəmənin sədri Xanlar Hacıyevə deyib ki, onların türk olması qabardılmasın. Dedi ki, biz hamımız gəldi-gedərik, amma bu iş uzun illər arxivdə qalacaq. Sabah türk adına xələl gəlməsin. Türkiyə vətəndaşı bütün Türkiyə deyil, bütün türk xalqı deyil. Biz 11 gün işlədik, onu təmizlədik, bu gün arxivlərdə qalan materiallarda iz buraxmadıq.
Videoqrafiya
- "Rovsen Cavadov - 1" ( (az.) və (rus.)). YouTube. 2011-07-03. İstifadə tarixi: 2015-01-17.
- "Rovsen Cavadov - 2" ( (az.) və (rus.)). YouTube. 2011-07-03. İstifadə tarixi: 2015-01-17.
- ANS TV, — "OMON qiyamı", 1995-03-17, YouTube-da izlə
- ANS TV, — "1994-ün oktyabr hadisələri", 1995-10-04, YouTube-da izlə
- ANS TV, — "Mart hadisələri", 2000-03-18, YouTube-da izlə
- ANS TV, Ən Yeni Tarix — "1994-cü il oktyabr hadisələri", YouTube-da izlə
- Azadlıq Radiosu, — "Rövşən Саvаdоv və ОМОN hаdisələri hаqdа detаllаr", 15 mart 2012, YouTube-da izlə
- Meydan TV, Sevinc Osmanqızı ilə — "Qiyam - Rövşən Cavadov Heydər Əliyevə qarşı", 25 mart 2017, YouTube-da izlə
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- de Waal, 2003. səh. 295
- (HRFT 1998, С. 48)
- de Waal, 2003. səh. 252
- Yunus, 2003. səh. 15
- "Report on fact-finding mission til Azerbaijan Former OPON forces in Azerbaijan, etc. 27 Januar to 1 Februar 2002" (PDF). Danimarka İmmiqrasiya Xidməti (ingilis). 1 fevral 2022. 2022-08-28 tarixində (PDF). İstifadə tarixi: 28 avqust 2022.
- "Darbede kilit isimler" ( (türk.)). hurriyet.com.tr. 1998-02-17. 2017-08-04 tarixində . İstifadə tarixi: 2017-08-04.
- "Niyə Azərbaycanda Qanunsuz Silahlı Birləşmələr Yoxdur?" (rus). Jurnal «Vlast». 20.05.1991.
- "Bu oyunun adı üç maymunlar". Yorum ( (türk.)). Radikal. 1998-06-25. 2015-09-24 tarixində . İstifadə tarixi: 2008-12-29.
KGB'nin adamıyken CIA'ya kayan ve çok taraflı çalışmalarıyla dikkat çeken Ruşen Cevadov'a Azerbaycan'da darbe yaptırılmasına kalkışmaktır.
- (HRFT 1998, С. 49)
- "Rəsul Quliyev: «Hökumətdə olanların 90 faizi Cavadov qardaşlarından qorxurdu»". 2021-08-29 tarixində . İstifadə tarixi: 2021-08-29.
- Andrey, Smirnov. "Əlvan metallar üsyan üçün əsas kimi". www.kommersant.ru (rus). 15 mart 1995. 2020-04-30 tarixində . İstifadə tarixi: 31 avqust 2021.
- "Azərbaycanda vəziyyət". www.kommersant.ru (rus). 17 mart 1995. 2020-04-30 tarixində . İstifadə tarixi: 4 sentyabr 2021.
- "1995-ci ilin mart hadisələri". Sia.az (az.). 15 mart 2018. 2022-03-08 tarixində . İstifadə tarixi: 5 sentyabr 2021.
- Los Angeles Times, 18 March 1995, Azerbaijan Coup Attempt Crushed Caucasus: Loyal forces storm a building and overcome mutinous police units, president reports.[ölü keçid]
- Savumlu, Serpil; Doğan, Şahin. . Gündem. (Turkish). 2006-11-04. 2009-07-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-23.
- (HRFT 1998, С. 50)
- "Report: Garih's execution warrant issued in 1995". . 2008-12-17. 2013-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-12-26.
This was at a time when the Ergenekon organization was trying to overthrow late Azerbaijani President Haydar Aliyev and reinstate Elçibey, who was ousted in 1993 in a coup d'état.
- "Eldar Həsənov: 'Mənə nə cəza istəyirsiniz, verin, amma o iki ünvana ləkə gətirməyin'". 2022-02-08 tarixində . İstifadə tarixi: 2022-02-07.
Ədəbiyyat
- de Waal, Thomas. Black Garden: Armenia and Azerbaijan Through Peace and War. New York: New York University Press. 2003. ISBN .
- (PDF). Ankara: . 2000. 2009-02-05 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-06-21.(contains the Susurluk reports in the annex, and material on the ) (ing.)
- "Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında". e-qanun.az. 20 fevral 2017 tarixində . İstifadə tarixi: 20 fevral 2017.
- Ferman Demirkol, "Diktatörleri Uyku Tutmaz", DER YAYINLARI, 2002,
Həmçinin bax
Xarici keçidlər
- Azerbaycanlı darbeciler: 'Çiller ve Gökdemir'le yemekte buluştuk' 2019-09-06 at the Wayback Machine
- Q Ə S D (1995-ci il 13-17 mart)
- Darbeden haberim vardı
- Bir darbe girişiminin perde arkası
- İşte Bakü darbesi
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
1995 Azerbaycanda herbi cevrilise cehd 1995 ci ilde Xususi Teyinatli Polis Destesinin komandiri polkovnik Rovsen Cavadov rehberliyinde Azerbaycan herbcileri terefinden edilen herbi cevrilis cehdidir Meqsed prezident Heyder Eliyevden olke hakimiyyetini almaq ve evvelki prezident Ebulfez Elcibeyi hakimiyyete getirmek idi Turkiye prezidenti Suleyman Demirel Turkiyede cevrilisi destekleyen unsurlerden xeberdar olanda xeberdar etmek ucun Eliyeve zeng eledi 17 mart 1995 ci ilde Azerbaycan Silahli Quvvelerinin desteleri usyancilarin dusergesini muhasireye aldi ve hucum ederek Cavadovu oldurdu 1996 ci il Susurluq qezasindan sonra Turkiyede ortaya cixan melumatlar bezi Turkiye kesfiyyatcilarinin cevrilisi desteklediyini ve rol oynadigini uze cixardi 1995 Azerbaycanda herbi cevrilise cehdTarix 13 17 mart 1995Yeri AzerbaycanNeticesi Ugursuzluq Rovsen Cavadov olduruldu Munaqise terefleriOMON Destekleyenler MHP Turkiye Kesfiyyati Azerbaycan Respublikasinin Prezidenti Azerbaycan Silahli QuvveleriKomandan lar Rovsen Cavadov Mahir Cavadov Heyder Eliyev Sefer Ebiyev Ramil Usubov Destekleyenler Suleyman DemirelTereflerin quvvesi500 nefer Namelum 27 herbi qulluqcu 11 XTPD qulluqcusu ve 7 mulki sexs helak olmus 117 nefer yaralanmisdir Itkiler11 XTPD qulluqcusu helak olmus 710 nefer hebs edilmisdir 27 herbi qulluqcu helak olmusdurUmumi itkiler7 mulki sexs helak olmus 117 nefer yaralanmisdirZemin1990 ci ilin avqustunda Azerbaycan SSR Ali Soveti Reyaset Heyetinin fermani ile Azerbaycan Daxili Isler Nazirliyine tabe olan Xususi Teyinatli Milis Destesi OMON yaradildi 1991 ci ilde Azerbaycan musteqilliyini elan etdikden sonra bu birlik Xususi Teyinatli Polis Destesi XTPD adlandirildi XTPD ilk defe 1994 cu ilin oktyabr ayinda dovlet cevrilisine cehd hadiselerinde istirak etmisdi Lakin sonradan XTPD Heyder Eliyeve destek gosterdiyi ucun birlesme legv edilmedi qiyamin diger rehberi Suret Huseynov ise bas nazir postundan istefaya gonderilerek hebs edildi Buna baxmayaraq XTPD dovletin birbasa nezaretinde olmayan silahli birlik olaraq qalmaga davam edirdi Hemin dovrde parlamentin spikeri olan Resul Quliyev hokumet uzvlerinin 90 nin XTPD den ve onun rehberi Cavadov qardaslarindan fiziki olaraq qorxdugunu qeyd edirdi 12 dekabr 1994 cu ilde Korkut Eken Turkiyenin Milli Kesfiyyat Teskilati Ibrahim Sahin ve Ayxan Carxin Turkiyenin Ozel Herekat Dairesi Baskanligi ve Abdullah Catlinin daxil oldugu qrup Turkiyeden Azerbaycana geldi Onlarin meqsedi 60 OMON polis memurunu cevrilis ucun hazirlamaq idi Onlar OMON komandiri Rovsen Cavadov terefinden devet edilmisdiler Rusiya Federal Tehlukesizlik Xidmeti ve ABS nin Merkezi Kesfiyyat Idaresi hadiseleri izleyirdi Rovsen Cavadov Heyder Eliyevin hakimiyyete gelmesinde cox boyuk rol oynamisdi ustelik bir muddet sexsen ozu XTPD uzvleri ile birlikde H Eliyevi qoruyurdu Lakin sonradan onlarin arasindaki ziddiyyetler artmaga basladi 1995 ci il martin 13 de xarici seferden qayidan H Eliyev Pakistana sefere hazirlassa da Turkiye prezidenti Suleyman Demirel ona Azerbaycanda Cavadov qardaslarinin cevrilis etmeye hazirlasdigi xeberini oturmesinden sonra seferini legv etdi HadiselerQazax Agstafa zonasinda 12 mart 1995 ci ilde Azerbaycanin huquq muhafize orqanlarina Tovuz bolgesinin erazisinde Gurcustana dogru geden yolda Dovlet Yol Polisi DYP iscilerinin dayanma teleblerine baxmayaraq icerisinde silahli adamlar olan 4 avtomobilin DYP postunun yanindan kecmesi barede melumat daxil oldu Huquq muhafize orqanlari XTPD zabitlerinin musayieti ile icerisinde 150 ton mis dasinan avtomobilleri saxlaya bilib Buna cavab olaraq Qazax rayonu XTPD uzvleri ve onlara qosulmus silahli mulki sexsler Qazax seher polis idaresini ve bir herbi hisseni ele kecirdiler burada bir nece zirehli texnikani ele kecirerek Agstafa rayonuna dogru hereket etdi Onlar seher saat 4 40 da Agstafa yaxinliginda yol polisi postuna ates acdilar sonra onu tutaraq terksilah etdiler Seher istiqametinde herekete davam eden qiyamcilar saat 5 20 de seher polis idaresine hucuma kecdiler ve seher 6 30 da XTPD uzvleri Agstafa Polis Sobesini ele kecirerek terksilah etdiler Daha sonra onlar Tovuz bolgesindeki herbcilere hucum etmek isteseler de meglub olaraq geri cekildiler Martin 15 de hokumet quvveleri Agstafa bolgesindeki OPON movqelerine hucum etdiler ve qiyamcilari Agstafa rayonundan cixardilar TURAN agentliyinin melumatina gore doyus zamani hokumet quvveleri Qrad qurgularindan istifade edib Meglub olan qiyamcilarin bir hissesi Gurcustana qacdi Bakida Martin 14 de Azerbaycanin daxili isler naziri Ramil Usubovun XTPD nin legv edilmesi ile bagli emri televiziyada elan etdi Bu qerar XTPD nin demek olar ki idare olunmayan bir vahid halina gelmesi nazirliyin tabeliyinden tamamile cixmasi ve kriminal alemle isbirliyi qurmasi sebebiyle qebul edilmisdi XTPD komandiri Rovsen Cavadova ve doyusculerine 17 Mart 00 00 a qeder uc gun erzinde destedeki butun texniki vasiteleri ve silahlari tehvil verme emri verildi Emre gore silahi konullu tehvil verenler toretdikleri emellere gore cezalandirilmayacaq ve DIN sisteminde muvafiq isle temin edilecekdiler Lakin XTPD nin bascisi Rovsen Cavadov Xetai rayonunun o vaxtki prokuroru qardasi Mahir Cavadovla birlikde dovlet bascisi qarsisinda mueyyen sertler qoydular Ertesi gun Prezident Heyder Eliyev XTPD komandiri Rovsen Cavadovu daxili isler nazirinin muavini vezifesinden azad etdi 17 mart 1995 ci ilde Azerbaycan Silahli Quvvelerinin desteleri usyancilarin dusergesini muhasireye aldi ve hucum ederek Cavadovu oldurdu Destekler1996 ci il Milli Istihbarat Teskilati melumatlarina gore Turkiyenin bas naziri Tansu Ciller nazir Ayvaz Gokdemir polis mudiri Mehmet Agar Ibrahim Sahin ve Korkut Ekene Elcibeyi prezident etmek ucun yasil isiq yandirmisdi Elcibey Turkiyenin Milliyetci Herekat Partiyasinin lideri Alparslan Turkesin ideolojik muttefiqi idi Alparslan Turkes Qafqaza qeder uzanan bir turk dovleti yaratmaq arzusunda idi Turkesin cevrilise verdiyi destek Turkiye ve Azerbaycan arasinda diplomatik bohrana sebeb oldu Azerbaycan dovlet cevrilisi cehdi ile bagli meruze hissesinin tekzib edilmesi barede beyanat teleb etdi 1996 ci il Susurluq Qezasindan sonra Turkiyede ortaya cixan melumatlar gosterir ki bas nazir Tansu Cillerin bas meslehetcileri Acar Okan ve Suleyman Kamil Yuceoral cevrilis cehdi ile elaqedar idiler Susurluq Kommissiyasi uzvu Fikri Saglara gore meqsed Efqanistandan baslayan narkotik marsrutu qorumaq idi Saglar qeyd edir ki Yuceoral Efqanistanda general Ebdul Resid Dostuma pul odeyib Sonraki melumatlar iddia edir ki Veli Kucukun uzvu olmasi ehtimal edilen Ergenekon bu cevrilisden mesul idi Bu da Susurluq ile Ergenekon arasindaki elaqeni gosterir Hemin dovrde Azerbaycanin bas prokuroru islemis Eldar Hesenov 2021 ci ilde mehkemede dindirilerken 1995 ci il cevrilis cehdinde Turkiyenin istiraki ile bagli asagidaki sozleri deyib 1995 ci ilde dovlet cevrilisine cehd ittihamiyla iki nefer turk saxlanmisdi Onlardan biri Turkiye digeri ise Avstriya vetendasi idi Hemin vaxt prezident olan Heyder Eliyev bas prokuror kimi mene ve Ali Mehkemenin sedri Xanlar Haciyeve deyib ki onlarin turk olmasi qabardilmasin Dedi ki biz hamimiz geldi gederik amma bu is uzun iller arxivde qalacaq Sabah turk adina xelel gelmesin Turkiye vetendasi butun Turkiye deyil butun turk xalqi deyil Biz 11 gun isledik onu temizledik bu gun arxivlerde qalan materiallarda iz buraxmadiq Videoqrafiya Rovsen Cavadov 1 az ve rus YouTube 2011 07 03 Istifade tarixi 2015 01 17 Rovsen Cavadov 2 az ve rus YouTube 2011 07 03 Istifade tarixi 2015 01 17 ANS TV OMON qiyami 1995 03 17 YouTube da izle ANS TV 1994 un oktyabr hadiseleri 1995 10 04 YouTube da izle ANS TV Mart hadiseleri 2000 03 18 YouTube da izle ANS TV En Yeni Tarix 1994 cu il oktyabr hadiseleri YouTube da izle Azadliq Radiosu Rovsen Savadov ve OMON hadiseleri haqda detallar 15 mart 2012 YouTube da izle Meydan TV Sevinc Osmanqizi ile Qiyam Rovsen Cavadov Heyder Eliyeve qarsi 25 mart 2017 YouTube da izleIstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir de Waal 2003 seh 295 HRFT 1998 S 48 de Waal 2003 seh 252 Yunus 2003 seh 15 Report on fact finding mission til Azerbaijan Former OPON forces in Azerbaijan etc 27 Januar to 1 Februar 2002 PDF Danimarka Immiqrasiya Xidmeti ingilis 1 fevral 2022 2022 08 28 tarixinde PDF Istifade tarixi 28 avqust 2022 Darbede kilit isimler turk hurriyet com tr 1998 02 17 2017 08 04 tarixinde Istifade tarixi 2017 08 04 Niye Azerbaycanda Qanunsuz Silahli Birlesmeler Yoxdur rus Jurnal Vlast 20 05 1991 Bu oyunun adi uc maymunlar Yorum turk Radikal 1998 06 25 2015 09 24 tarixinde Istifade tarixi 2008 12 29 KGB nin adamiyken CIA ya kayan ve cok tarafli calismalariyla dikkat ceken Rusen Cevadov a Azerbaycan da darbe yaptirilmasina kalkismaktir HRFT 1998 S 49 Resul Quliyev Hokumetde olanlarin 90 faizi Cavadov qardaslarindan qorxurdu 2021 08 29 tarixinde Istifade tarixi 2021 08 29 Andrey Smirnov Elvan metallar usyan ucun esas kimi www kommersant ru rus 15 mart 1995 2020 04 30 tarixinde Istifade tarixi 31 avqust 2021 Azerbaycanda veziyyet www kommersant ru rus 17 mart 1995 2020 04 30 tarixinde Istifade tarixi 4 sentyabr 2021 1995 ci ilin mart hadiseleri Sia az az 15 mart 2018 2022 03 08 tarixinde Istifade tarixi 5 sentyabr 2021 Los Angeles Times 18 March 1995 Azerbaijan Coup Attempt Crushed Caucasus Loyal forces storm a building and overcome mutinous police units president reports olu kecid Savumlu Serpil Dogan Sahin Gundem Turkish 2006 11 04 2009 07 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2008 12 23 HRFT 1998 S 50 Report Garih s execution warrant issued in 1995 2008 12 17 2013 07 18 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2008 12 26 This was at a time when the Ergenekon organization was trying to overthrow late Azerbaijani President Haydar Aliyev and reinstate Elcibey who was ousted in 1993 in a coup d etat Eldar Hesenov Mene ne ceza isteyirsiniz verin amma o iki unvana leke getirmeyin 2022 02 08 tarixinde Istifade tarixi 2022 02 07 Edebiyyatde Waal Thomas Black Garden Armenia and Azerbaijan Through Peace and War New York New York University Press 2003 ISBN 978 0 8147 1945 9 PDF Ankara 2000 2009 02 05 tarixinde orijinalindan PDF arxivlesdirilib Istifade tarixi 2015 06 21 contains the Susurluk reports in the annex and material on the ing Azerbaycan Respublikasinda dovlet cevrilisi cehdinin qarsisinin alinmasi ve Azerbaycan dovletciliyinin mohkemlendirilmesi tedbirleri haqqinda e qanun az 20 fevral 2017 tarixinde Istifade tarixi 20 fevral 2017 Ferman Demirkol Diktatorleri Uyku Tutmaz DER YAYINLARI 2002 ISBN 9753532555Hemcinin bax4 iyun Gence qiyami 1994 Azerbaycanda dovlet cevrilisine cehdXarici kecidlerAzerbaycanli darbeciler Ciller ve Gokdemir le yemekte bulustuk 2019 09 06 at the Wayback Machine Q E S D 1995 ci il 13 17 mart Darbeden haberim vardi Bir darbe girisiminin perde arkasi Iste Baku darbesi