1994-cü il Azərbaycanda hərbi çevrilişə cəhd – 1994-cü il oktyabrın 2-də Azərbaycanda Baş nazir Surət Hüseynovun rəhbərliyi ilə baş vermiş qiyam cəhdidir. Bu, Surət Hüseynovun artıq ikinci qiyamı idi.
1994 Azərbaycanda hərbi çevrilişə cəhd | |||
---|---|---|---|
Tarix | 2–5 oktyabr 1994 | ||
Yeri | Azərbaycan | ||
Nəticəsi | Qiyam yatırıldı Surət Hüseynov vəzifədən kənarlaşdırıldı | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Səbəbləri
Birinci dəfə 1993-cü il iyunun 4-də Gəncədə qiyama başlayan polkovnik, 709-cu hərbi hissənin komandiri, Prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi, "Yun" zavodunun direktoru və nəhayət, Milli Qəhrəman Surət Hüseynov Elçibəy hakimiyyətinin süqutuna səbəb olmuşdu. Surət Hüseynov ilk dəfə 1993-cü ildə, Elçibəy komandasının neft müqavilələri bağlamaq üçün iyunun 30-da Böyük Britaniyaya səfəri ərəfəsində qiyam qaldırmışdı. Bu dəfə də S.Hüseynov növbəti dəfə Heydər Əliyevin başçılığı ilə 20 sentyabr 1994-cü ildə imzalanan neft kontraktları – "Əsrin Müqaviləsi"ndən dərhal sonra qiyama başladı. Heydər Əliyev də 1999-cu ildə Washington Post qəzetinə verdiyi müsahibədə bu qiyamın Azərbaycanın neft lahiyələrinə mane olmaq üçün Rusiya tərəfindən təşkil edildiyini deyib.
1994-cü ildə Qarabağ müharibəsinin dayandırılması üçün Bişkek protokolu imzalandıqdan sonra Heydər Əliyev ilə Surət Hüseynov, həmçinin Cavadov qardaşları arasında müharibənin dayandırılması, neft müqavilələri və iqtisadiyyatın idarəolunması barəsində ziddiyyətlər getdikcə dərinləşməyə başladı. 1994-cü ilin yayı H.Əliyev və S.Hüseynov arasında açıq qarşıdurmalarla keçir. Surət Hüseynov Əliyevin getdikcə Qərbpərəst mövqeyindən, Qərb şirkətləri ilə neft müqavilələri imzalamasından və Əliyevin yaxınlarının və uzun müddətdir ortağı olan spiker Rəsul Quliyevin əsas rol oynadığı özəlləşdirmədən narazılığını gizlətmir. Xarici neft şirkətləri, BVF və Dünya Bankı fəal hərbi əməliyyatlar gedən ölkələrə investisiya yatırmadıqları üçün onlar neft müqaviləsinin imzalanması üçün Qarabağda atəşkəs imzalanmasını istəyirdilər. Atəşkəslə bağlı H. Əliyevə hakimiyyətdaxili müxalifət yarandı. Bu müxalifətin aparıcı fiqurları Şəmsi Rəhimov və Afiyəddin Cəlilov idi. BVF-n investisiya şərtlərindən biri enerji daşıyıcılarına və əsas qida məhsullarına daxili bazarda qiymətlərin azad buraxılması (liberallaşdırılması) idi. 1994-cü ilin avqustunda S. Hüseynov Respublika qəzetində Nazirlər Kabinetinin alternativ iqtisadi siyasət paketini açıqlamış və qiymətlərin liberallaşdırılmasına qarşı çıxmışdı. Buna etiraz edən H. Əliyev o zaman televiziya vasitəsilə çıxış edərək, "Baş nazirə Prezidentə müxalif olmaq yaramaz" dedi. Bu zamandan etibarən Prezidentlə Baş nazir arasındakı gərginlik getdikcə artmağa başladı.
1994-cü ildə bağlanan "Əsrin Müqaviləsi"nin danışıqları məxfilik şəraitində aparılmış və Rusiya KQB-si bundan vaxtında xəbər tuta bilməmişdi. Sabiq dövlət müşaviri Vəfa Quluzadə qiyamın niyə neft kontraktlarından əvvəl deyil, sonraya təsadüf etməsini bununla əsaslandırırdı. Həmin müqavilənin imzalanmasından sonra Azərbaycanda bir neçə fövqəladə hadisə baş verir. Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Bunlar 1993-cü ilin iyununda Azərbaycanda Talış-Muğan Muxtar Respublikasının yaradılmasına çağırış edən, əvvəllər müdafiə nazirinin müavini olmuş Əlikram Hümbətov, həmçinin keçmiş müdafiə naziri Rəhim Qazıyev, və Arif Paşayev idi. H.Əliyev televiziyada çıxışında bu hadisəni bir gün əvvəl Qərb konsorsiumu ilə müqavilənin imzalanması ilə əlaqələndirir. O vaxt Dövlət Təhlükəsizliyi Naziri olan Nəriman İmranov və bu nazirliyin bir neçə əməkdaşı bu qaçışa imkan yaratmaq ittihamı ilə həbs olundu. Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Onların öldürülməsinə görə məsuliyyət Mahir Cavadovun üzərinə qoyulur. Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır.
Qiyamın başlanması və yatırılması
Surət Hüseynovun qanunsuz yaratdığı Gəncədə yerləşən silahlı dəstələr, onun göstərişi əsasında oktyabrın 2-də silahlı basqın yolu ilə Gəncə şəhərində icra hakimiyyətini, hüquq mühafizə orqanlarını, dövlət əhəmiyyətli obyektləri ələ keçirdilər və bunu digər rayonlarda davam etdirməyə çalışdılar. Həmin vaxt Amerikada səfərdə olan Heydər Əliyev səfərini yarımçıq qoyaraq dərhal Bakıya qayıtdı. Rövşən Cavadovun qardaşı Mahir Cavadov və onun nəzarətində olan 8 nəfər silahlı şəxs isə Respublika Prokurorluğunun inzibati binasına basqın edir. Burada OMON-un komandiri və onun 5 nəfərlik silahlı dəstəsi də ona qoşulur. Baş Prokuror Əli Ömərov qiyamçılar tərəfindən əsir alınaraq döyülür, lakin Rövşən Cavadovun məsələyə qarışmasından sonra azad edilir. M.Cavadovun əsas tələbi Afiyəddin Cəlilov və Şəmsi Rəhimovun ölümündə təqsirli bilinən şəxslərin azad edilməsi və ölkə rəhbərliyinin istefaya getməsi olur. Bu zaman paytaxtda iki hərbi hissənin əsgərləri artilleriya qurğularını Prezident sarayı, Ali Sovet və Müdafiə Nazirliyi binalarına tuşlayıb əmrə müntəzir dayanmışdılar.
Qiyam başladıqdan az sonra Azərbaycanın şimal sərhədlərində, Dağıstan ərazisində Rusiya qoşunlarının cəmləşməsi xəbərləri yayılmağa başlandı. Heydər Əliyev qiyamla və Rusiya qoşunlarının Azərbaycana mümkün müdaxiləsi ilə bağlı xalqa müraciət etdi. Oktyabrın 4-də Bakıda fövqəladə vəziyyət elan edildi. Oktyabrın 4–5-də minlərlə insan Prezident Aparatının qarşısına toplandı və hakimiyyətə dəstək nümayiş etdirdi. H. Əliyev Baş nazir Sürət Hüseynov və daxili işlər nazirinin müavini Rövşən Cavadovu çevrilişdə ittiham edir. Lakin R.Cavadov Prezident Aparatına gəlir və onunla danışıqlardan sonra H.Əliyev tonunu dəyişir. "XTPD üzvləri səhv ediblər və indi günahlarını etiraf edərək tövbə edirlər" dedi. R.Cavadovun vəzifədən kənarlaşdırılması ilə bağlı fərman, eləcə də prokurorla baş verən hadisə unudulur. Döyüləndən sonra sağalan baş prokuror Əli Ömərov "sağlamlıq səbəblərinə görə" işdən çıxarılır.
Polkovnik-leytenant Nazim Bayramov 2013-cü ildə verdiyi müsahibədə o vaxtkı hadisələrin gedişatını ətraflı şəkildə belə təsvir edir:
Oktyabrın 2-si gecədən OMON 8 km bazasında cəmləşib həbs olunan yoldaşlarının azad olunmasını tələb edirdi. H.Əliyev ölkənin başqa iri şəhər və rayonlarında OMON bölmələrinin və Rövşən Cavadova dəstək ola biləcək qüvvələrin qiyam qaldırmasından ehtiyatlanaraq və sabitliyi qorumaq üçün 3 oktyabrda Sürət Hüseynovdan Gəncəyə bir-iki nüfuzlu şəxs göndərməsini xahiş etdi. Sürət Hüseynov məsələ ilə bağlı keçirilən ilk dövlət müşavirəsində və sonrakı müzakirələrdə OMON-u və Rövşən Cavadovu Qarabağ döyüşçüləri kimi müdafiə edib, onlara qarşı silah işlətməyə imkan verməyəcəyini qəti bildirmişdi. Sürət Hüseynov H.Əliyevdən OMON-a qarşı məsələni silah işlətmədən, dinc yolla həll olunacağına vəd alandan sonra Gəncəyə İnterpolun Azərbaycan şöbəsinin rəisi polkovnik İlqar Səfixanovu və hərbçi polkovnik Vahid Tacibovu göndərmək qərarına gəlir. Bu haqda H.Əliyevi də məlumatlandırır. İlqar Səfixanov Rövşən Cavadovla dost olduqlarından, Gəncəyə getməmiş, OMON-un bazasına gedib və Rövşəndən onun gedən proseslər haqqında fikirini öyrənib. Rövşən İlqara deyib ki, Heydər Əliyevi hakimiyyətdən yıxana kimi gedəcək və bu yolda "öldü var döndü yoxdur". İlqar Səfixanov Rövşənə bildirir ki, onu Sürət Hüseynov Gəncəyə sabitliyi qorumaq üçün göndərib, lakin əgər Rövşənin H.Əliyevə qarşı getmək fikri qətidirsə, o, öz Gəncədəki nüfuzundan istifadə edərək, şəhərdəki narazı qüvvələri OMON-a dəstək üçün qaldıra bilər. Rövşən fikrində qəti olduğunu İlqar Səfixanovu inandırmaq üçün sona qədər gedəcəyinə Qurana əl basaraq and içir. İlqar Səfixanov Rövşənin yanından Gəncəyə yola düşür, yolda Yevlaxı qaldırır, sonra Gəncəni qaldırır. İlqar Səfixanovun rəhbərliyi ilə Gəncədəki OMON bölməsi və onlara dəstək verən Sürət Hüseynovun qohumu Kəramət Kərimovun başına yığışmış bir dəstə adam bir neçə dövlət binalarını zəbt edirlər, Gəncənin icra hakimiyyətinin başçısını tuturlar. Bu zaman, yəni 4 oktyabr axşam saatlarında yaranmış vəziyətlə bağlı H.Əliyev Prezident Apparatının qarşısında mitinq çağırışı edir. O, özünün və Rəsul Quliyevin mitinqə gedəcəyini bildirir, Sürət Hüseynova isə iş otağında qalıb bölgələrlə əlaqə saxlamağı tapşırır. Eyni zamanda H.Əliyev Süleyman Dəmirəllə əlaqə saxlayaraq, Rövşənə bu yoldan qayıtmaq üçün təsir etməyi xahiş edir və Demirəlin qarantiyası ilə Rövşən Cavadova, OMON bazanı tərk etsə və onu dəstəkləsə Prokurorluğa basqına görə cinayət işinin xətm olunacağına söz verir. 4-dən 5-nə keçən gecə Rövşən Cavadov Prezident Aparatının qarşısına gəlir və H.Əliyevin yanında dayanaraq, mitinqdə çıxış edir, H.Əliyevi dəstəklədiyini bildirir. Rövşən Cavadovun çıxışından dərhal sonra H.Əliyev çıxış edir və "Budur, Sürət Hüseynov dövlət çevrilişi edir. Mən onu tapa bilmirəm. Bilirsiniz ki, Gəncədə Sürət Hüseynova məxsus silahlı dəstələr var. Bizdə olan məlumatlara görə o, Gəncədədir və Bakıya silahlı yürüşə başlayıb". Sürət Hüseynov bu zaman özünün (Baş nazirin) iş otağından bu çıxışı televiziya ilə görür.
Rövşən Cavadovun da gəlib mitinqdə çıxış etməsi, H.Əliyevi dəstəkləməsi qiyamçıları ruhdan saldı və onlar geri çəkildilər. Mahir Cavadovun dəstəsi, OMON-çuların Bakı şəhərinin 8 km qəsəbəsində yerləşən qərargahına (qardaşı Rövşən Cavadovun tabeliyində olan dəstələrin yerləşdiyi qərargah) gedir. Ali Sovetin sədri Rəsul Quliyev qiyamın məğlubiyyətini həm də onunla əlaqələndirirdi ki, qiyamın başçıları Surət Hüseynov və Mahir Cavadov bir-birləri ilə lazımi səviyyədə dil tapa bilmirdilər. Həmçinin Rəsul Quliyev Prezident Aparatının qarşısına yığışan və Heydər Əliyevi dəstəkləyən kütlənin bir neçə gün əvvəldən hazırlandığını iddia edib. Qiyamla əlaqəli baş verən qarşıdurmalarda ümumilikdə 3 nəfər həyatını itirir, daha bir neçə nəfər isə yaralanır.
Sürət Hüseynov 1994-cü il oktyabrın 6-da Milli Məclis üzvlüyündən, oktyabrın 7-də isə baş nazir vəzifəsindən uzaqlaşdırıldı. S.Hüseynov parlamentin iclasında özünə haqq qazandırmağa çalışaraq deyir: "Əgər çevriliş etmək istəsəydim, bunu Gəncədə yox, Bakıda həyata edərdim, çünki ofisim prezident aparatından cəmi yüz metr məsafədədir". Cəmi bir həftə sonra parlament keçmiş baş nazirə qarşı cinayət işinin qaldırılması, barəsində həbs qətimkan tədbiri seçilməsinə razılıq verilməsi və Azərbaycanın Milli Qəhrəmanı adından məhrum edilməsinin tövsiyə olunması haqqında qərar qəbul etdi. Oktyabrın 30-da Sürət Hüseynovun əlindən "Azərbaycan Milli Qəhrəmanı" adı alındı. Həbs olunan Hüseynov az sonra naməlum şəxslər tərəfindən qaçırıldı. Tezliklə o, Rusiyada peyda oldu. 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib. Sürət Hüseynov 2004-cü ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edildi.
Nəticəsi
Qiyamdan sonra Heydər Əliyev hakimiyyətdə öz mövqelərini daha da möhkəmləndirdi. Qiyamdan sonra 4 oktyabr 1994-cü il hadisələri ilə bağlı həbslər başlayır, Azərbaycanın Qarabağ müharibəsini keçmiş bir çox zabit və bir neçə generalı, bütövlükdə 800-dən artıq adam müxtəlif ittihamlarla həbs olunur. R.Cavadov daha sonra öz hərəkətləri ilə Baş nazir Surət Hüseynovun hazırladığı iddia edilən "əsl çevrilişin" qarşısını aldığını bildirdi. R.Cavadov nəinki vəzifəsini qorudu, həm də XTPD-nin irəli sürdüyü bir sıra tələblərin yerinə yetirilməsinə nail oldu.
İstinadlar
Bu məqalədəki istinadlar müvafiq ilə göstərilməlidir. |
- Heydər Əliyev (Bir adam portreti və "rejimin portreti" üçün eskizlər) 2022-01-02 at the Wayback Machine Sənubər Şermatova
- . 2021-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-09-04.
- "Azərbaycan. İşgəncələrin Cəzasız Qalması". 2021-12-15 tarixində . İstifadə tarixi: 2021-08-26.
- "Mahir Cavadov Facebook". 2023-06-29 tarixində . İstifadə tarixi: 2020-09-04.
- Əli Həsənov 4 oktyabr 1994-cü il Surət Hüseynov qiyamından yazdı[ölü keçid]
- "Ən Yeni Tarix – 1994-cü il oktyabr hadisələri". 2021-08-29 tarixində . İstifadə tarixi: 2021-08-28.
- Azərbaycan tarixi 1941-2002-ci illər. Bakı: Elm. səh. 267. ISBN . (#accessdate_missing_url)
- "ƏSRİN MÜQAVİLƏSİ. Tarixi retrospektivdə problem". 2021-08-26 tarixində . İstifadə tarixi: 2021-08-26.
- "Azərbaycan Respublikasında dövlət çevrilişi cəhdinin qarşısının alınması və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi tədbirləri haqqında". 2017-08-02 tarixində . İstifadə tarixi: 2020-09-04.
- "1994-cü il 4 oktyabr qiyamı". 2021-08-28 tarixində . İstifadə tarixi: 2021-08-28.
- "Rəsul Quliyev: "Hökumətdə olanların 90 faizi Cavadov qardaşlarından qorxurdu"". 2021-08-29 tarixində . İstifadə tarixi: 2020-09-04.
- "Heydər Əliyev qiyamı belə yatırdı". 2021-02-03 tarixində . İstifadə tarixi: 2020-09-04.
- Smirnov, Andrey. "Polislərin qiyamı alovlanmaqdadır". www.kommersant.ru (rus). 16 mart 1995. 2020-04-30 tarixində . İstifadə tarixi: 4 sentyabr 2021.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
1994 cu il Azerbaycanda herbi cevrilise cehd 1994 cu il oktyabrin 2 de Azerbaycanda Bas nazir Suret Huseynovun rehberliyi ile bas vermis qiyam cehdidir Bu Suret Huseynovun artiq ikinci qiyami idi 1994 Azerbaycanda herbi cevrilise cehdTarix 2 5 oktyabr 1994Yeri AzerbaycanNeticesi Qiyam yatirildi Suret Huseynov vezifeden kenarlasdirildiMunaqise terefleriOMON Azerbaycan Respublikasinin Prezidenti Azerbaycan Silahli QuvveleriKomandan lar Mahir Cavadov Suret Huseynov Heyder Eliyev Sefer Ebiyev Ramil Usubov Destekleyenler Rovsen CavadovSebebleriBirinci defe 1993 cu il iyunun 4 de Gencede qiyama baslayan polkovnik 709 cu herbi hissenin komandiri Prezidentin Qarabag uzre selahiyyetli numayendesi Yun zavodunun direktoru ve nehayet Milli Qehreman Suret Huseynov Elcibey hakimiyyetinin suqutuna sebeb olmusdu Suret Huseynov ilk defe 1993 cu ilde Elcibey komandasinin neft muqavileleri baglamaq ucun iyunun 30 da Boyuk Britaniyaya seferi erefesinde qiyam qaldirmisdi Bu defe de S Huseynov novbeti defe Heyder Eliyevin basciligi ile 20 sentyabr 1994 cu ilde imzalanan neft kontraktlari Esrin Muqavilesi nden derhal sonra qiyama basladi Heyder Eliyev de 1999 cu ilde Washington Post qezetine verdiyi musahibede bu qiyamin Azerbaycanin neft lahiyelerine mane olmaq ucun Rusiya terefinden teskil edildiyini deyib 1994 cu ilde Qarabag muharibesinin dayandirilmasi ucun Biskek protokolu imzalandiqdan sonra Heyder Eliyev ile Suret Huseynov hemcinin Cavadov qardaslari arasinda muharibenin dayandirilmasi neft muqavileleri ve iqtisadiyyatin idareolunmasi baresinde ziddiyyetler getdikce derinlesmeye basladi 1994 cu ilin yayi H Eliyev ve S Huseynov arasinda aciq qarsidurmalarla kecir Suret Huseynov Eliyevin getdikce Qerbperest movqeyinden Qerb sirketleri ile neft muqavileleri imzalamasindan ve Eliyevin yaxinlarinin ve uzun muddetdir ortagi olan spiker Resul Quliyevin esas rol oynadigi ozellesdirmeden naraziligini gizletmir Xarici neft sirketleri BVF ve Dunya Banki feal herbi emeliyyatlar geden olkelere investisiya yatirmadiqlari ucun onlar neft muqavilesinin imzalanmasi ucun Qarabagda ateskes imzalanmasini isteyirdiler Ateskesle bagli H Eliyeve hakimiyyetdaxili muxalifet yarandi Bu muxalifetin aparici fiqurlari Semsi Rehimov ve Afiyeddin Celilov idi BVF n investisiya sertlerinden biri enerji dasiyicilarina ve esas qida mehsullarina daxili bazarda qiymetlerin azad buraxilmasi liberallasdirilmasi idi 1994 cu ilin avqustunda S Huseynov Respublika qezetinde Nazirler Kabinetinin alternativ iqtisadi siyaset paketini aciqlamis ve qiymetlerin liberallasdirilmasina qarsi cixmisdi Buna etiraz eden H Eliyev o zaman televiziya vasitesile cixis ederek Bas nazire Prezidente muxalif olmaq yaramaz dedi Bu zamandan etibaren Prezidentle Bas nazir arasindaki gerginlik getdikce artmaga basladi 1994 cu ilde baglanan Esrin Muqavilesi nin danisiqlari mexfilik seraitinde aparilmis ve Rusiya KQB si bundan vaxtinda xeber tuta bilmemisdi Sabiq dovlet musaviri Vefa Quluzade qiyamin niye neft kontraktlarindan evvel deyil sonraya tesaduf etmesini bununla esaslandirirdi Hemin muqavilenin imzalanmasindan sonra Azerbaycanda bir nece fovqelade hadise bas verir Sentyabrin 21 den 22 ne kecen gece dovleti cinayetlerde teqsirlendirilen 4 nefer Milli Tehlukesizlik Nazirliyinin tecridxanasindan qacirilir Bunlar 1993 cu ilin iyununda Azerbaycanda Talis Mugan Muxtar Respublikasinin yaradilmasina cagiris eden evveller mudafie nazirinin muavini olmus Elikram Humbetov hemcinin kecmis mudafie naziri Rehim Qaziyev ve Arif Pasayev idi H Eliyev televiziyada cixisinda bu hadiseni bir gun evvel Qerb konsorsiumu ile muqavilenin imzalanmasi ile elaqelendirir O vaxt Dovlet Tehlukesizliyi Naziri olan Neriman Imranov ve bu nazirliyin bir nece emekdasi bu qacisa imkan yaratmaq ittihami ile hebs olundu Sentyabrin 29 da axsam vaxti evinin astanasinda Milli Meclisin sedr muavini Afiyeddin Celilov ve Prezident yaninda Xususi Idarenin reisi Semsi Rehimov qetle yetirilir Onlarin oldurulmesine gore mesuliyyet Mahir Cavadovun uzerine qoyulur Sentyabrin 30 da bas prokurorun xidmeti avtomobili partladilir Qiyamin baslanmasi ve yatirilmasiSuret Huseynovun qanunsuz yaratdigi Gencede yerlesen silahli desteler onun gosterisi esasinda oktyabrin 2 de silahli basqin yolu ile Gence seherinde icra hakimiyyetini huquq muhafize orqanlarini dovlet ehemiyyetli obyektleri ele kecirdiler ve bunu diger rayonlarda davam etdirmeye calisdilar Hemin vaxt Amerikada seferde olan Heyder Eliyev seferini yarimciq qoyaraq derhal Bakiya qayitdi Rovsen Cavadovun qardasi Mahir Cavadov ve onun nezaretinde olan 8 nefer silahli sexs ise Respublika Prokurorlugunun inzibati binasina basqin edir Burada OMON un komandiri ve onun 5 neferlik silahli destesi de ona qosulur Bas Prokuror Eli Omerov qiyamcilar terefinden esir alinaraq doyulur lakin Rovsen Cavadovun meseleye qarismasindan sonra azad edilir M Cavadovun esas telebi Afiyeddin Celilov ve Semsi Rehimovun olumunde teqsirli bilinen sexslerin azad edilmesi ve olke rehberliyinin istefaya getmesi olur Bu zaman paytaxtda iki herbi hissenin esgerleri artilleriya qurgularini Prezident sarayi Ali Sovet ve Mudafie Nazirliyi binalarina tuslayib emre muntezir dayanmisdilar Qiyam basladiqdan az sonra Azerbaycanin simal serhedlerinde Dagistan erazisinde Rusiya qosunlarinin cemlesmesi xeberleri yayilmaga baslandi Heyder Eliyev qiyamla ve Rusiya qosunlarinin Azerbaycana mumkun mudaxilesi ile bagli xalqa muraciet etdi Oktyabrin 4 de Bakida fovqelade veziyyet elan edildi Oktyabrin 4 5 de minlerle insan Prezident Aparatinin qarsisina toplandi ve hakimiyyete destek numayis etdirdi H Eliyev Bas nazir Suret Huseynov ve daxili isler nazirinin muavini Rovsen Cavadovu cevrilisde ittiham edir Lakin R Cavadov Prezident Aparatina gelir ve onunla danisiqlardan sonra H Eliyev tonunu deyisir XTPD uzvleri sehv edibler ve indi gunahlarini etiraf ederek tovbe edirler dedi R Cavadovun vezifeden kenarlasdirilmasi ile bagli ferman elece de prokurorla bas veren hadise unudulur Doyulenden sonra sagalan bas prokuror Eli Omerov saglamliq sebeblerine gore isden cixarilir Polkovnik leytenant Nazim Bayramov 2013 cu ilde verdiyi musahibede o vaxtki hadiselerin gedisatini etrafli sekilde bele tesvir edir Oktyabrin 2 si geceden OMON 8 km bazasinda cemlesib hebs olunan yoldaslarinin azad olunmasini teleb edirdi H Eliyev olkenin basqa iri seher ve rayonlarinda OMON bolmelerinin ve Rovsen Cavadova destek ola bilecek quvvelerin qiyam qaldirmasindan ehtiyatlanaraq ve sabitliyi qorumaq ucun 3 oktyabrda Suret Huseynovdan Genceye bir iki nufuzlu sexs gondermesini xahis etdi Suret Huseynov mesele ile bagli kecirilen ilk dovlet musaviresinde ve sonraki muzakirelerde OMON u ve Rovsen Cavadovu Qarabag doyusculeri kimi mudafie edib onlara qarsi silah isletmeye imkan vermeyeceyini qeti bildirmisdi Suret Huseynov H Eliyevden OMON a qarsi meseleni silah isletmeden dinc yolla hell olunacagina ved alandan sonra Genceye Interpolun Azerbaycan sobesinin reisi polkovnik Ilqar Sefixanovu ve herbci polkovnik Vahid Tacibovu gondermek qerarina gelir Bu haqda H Eliyevi de melumatlandirir Ilqar Sefixanov Rovsen Cavadovla dost olduqlarindan Genceye getmemis OMON un bazasina gedib ve Rovsenden onun geden prosesler haqqinda fikirini oyrenib Rovsen Ilqara deyib ki Heyder Eliyevi hakimiyyetden yixana kimi gedecek ve bu yolda oldu var dondu yoxdur Ilqar Sefixanov Rovsene bildirir ki onu Suret Huseynov Genceye sabitliyi qorumaq ucun gonderib lakin eger Rovsenin H Eliyeve qarsi getmek fikri qetidirse o oz Gencedeki nufuzundan istifade ederek seherdeki narazi quvveleri OMON a destek ucun qaldira biler Rovsen fikrinde qeti oldugunu Ilqar Sefixanovu inandirmaq ucun sona qeder gedeceyine Qurana el basaraq and icir Ilqar Sefixanov Rovsenin yanindan Genceye yola dusur yolda Yevlaxi qaldirir sonra Genceni qaldirir Ilqar Sefixanovun rehberliyi ile Gencedeki OMON bolmesi ve onlara destek veren Suret Huseynovun qohumu Keramet Kerimovun basina yigismis bir deste adam bir nece dovlet binalarini zebt edirler Gencenin icra hakimiyyetinin bascisini tuturlar Bu zaman yeni 4 oktyabr axsam saatlarinda yaranmis veziyetle bagli H Eliyev Prezident Apparatinin qarsisinda mitinq cagirisi edir O ozunun ve Resul Quliyevin mitinqe gedeceyini bildirir Suret Huseynova ise is otaginda qalib bolgelerle elaqe saxlamagi tapsirir Eyni zamanda H Eliyev Suleyman Demirelle elaqe saxlayaraq Rovsene bu yoldan qayitmaq ucun tesir etmeyi xahis edir ve Demirelin qarantiyasi ile Rovsen Cavadova OMON bazani terk etse ve onu desteklese Prokurorluga basqina gore cinayet isinin xetm olunacagina soz verir 4 den 5 ne kecen gece Rovsen Cavadov Prezident Aparatinin qarsisina gelir ve H Eliyevin yaninda dayanaraq mitinqde cixis edir H Eliyevi desteklediyini bildirir Rovsen Cavadovun cixisindan derhal sonra H Eliyev cixis edir ve Budur Suret Huseynov dovlet cevrilisi edir Men onu tapa bilmirem Bilirsiniz ki Gencede Suret Huseynova mexsus silahli desteler var Bizde olan melumatlara gore o Gencededir ve Bakiya silahli yuruse baslayib Suret Huseynov bu zaman ozunun Bas nazirin is otagindan bu cixisi televiziya ile gorur Rovsen Cavadovun da gelib mitinqde cixis etmesi H Eliyevi desteklemesi qiyamcilari ruhdan saldi ve onlar geri cekildiler Mahir Cavadovun destesi OMON cularin Baki seherinin 8 km qesebesinde yerlesen qerargahina qardasi Rovsen Cavadovun tabeliyinde olan destelerin yerlesdiyi qerargah gedir Ali Sovetin sedri Resul Quliyev qiyamin meglubiyyetini hem de onunla elaqelendirirdi ki qiyamin bascilari Suret Huseynov ve Mahir Cavadov bir birleri ile lazimi seviyyede dil tapa bilmirdiler Hemcinin Resul Quliyev Prezident Aparatinin qarsisina yigisan ve Heyder Eliyevi destekleyen kutlenin bir nece gun evvelden hazirlandigini iddia edib Qiyamla elaqeli bas veren qarsidurmalarda umumilikde 3 nefer heyatini itirir daha bir nece nefer ise yaralanir Suret Huseynov 1994 cu il oktyabrin 6 da Milli Meclis uzvluyunden oktyabrin 7 de ise bas nazir vezifesinden uzaqlasdirildi S Huseynov parlamentin iclasinda ozune haqq qazandirmaga calisaraq deyir Eger cevrilis etmek isteseydim bunu Gencede yox Bakida heyata ederdim cunki ofisim prezident aparatindan cemi yuz metr mesafededir Cemi bir hefte sonra parlament kecmis bas nazire qarsi cinayet isinin qaldirilmasi baresinde hebs qetimkan tedbiri secilmesine raziliq verilmesi ve Azerbaycanin Milli Qehremani adindan mehrum edilmesinin tovsiye olunmasi haqqinda qerar qebul etdi Oktyabrin 30 da Suret Huseynovun elinden Azerbaycan Milli Qehremani adi alindi Hebs olunan Huseynov az sonra namelum sexsler terefinden qacirildi Tezlikle o Rusiyada peyda oldu 1997 ci ilde Rusiyada saxlanilaraq Azerbaycana getirilib ve 1999 cu ilin fevral ayinda mehkemenin qerari ile omurluk hebs cezasina mehkum edilib Suret Huseynov 2004 cu ilin martinda Prezident Ilham Eliyevin serencami ile efv edildi NeticesiQiyamdan sonra Heyder Eliyev hakimiyyetde oz movqelerini daha da mohkemlendirdi Qiyamdan sonra 4 oktyabr 1994 cu il hadiseleri ile bagli hebsler baslayir Azerbaycanin Qarabag muharibesini kecmis bir cox zabit ve bir nece generali butovlukde 800 den artiq adam muxtelif ittihamlarla hebs olunur R Cavadov daha sonra oz hereketleri ile Bas nazir Suret Huseynovun hazirladigi iddia edilen esl cevrilisin qarsisini aldigini bildirdi R Cavadov neinki vezifesini qorudu hem de XTPD nin ireli surduyu bir sira teleblerin yerine yetirilmesine nail oldu IstinadlarBu meqaledeki istinadlar muvafiq istinad sablonlari ile gosterilmelidir Heyder Eliyev Bir adam portreti ve rejimin portreti ucun eskizler 2022 01 02 at the Wayback Machine Senuber Sermatova 2021 02 01 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2020 09 04 Azerbaycan Isgencelerin Cezasiz Qalmasi 2021 12 15 tarixinde Istifade tarixi 2021 08 26 Mahir Cavadov Facebook 2023 06 29 tarixinde Istifade tarixi 2020 09 04 Eli Hesenov 4 oktyabr 1994 cu il Suret Huseynov qiyamindan yazdi olu kecid En Yeni Tarix 1994 cu il oktyabr hadiseleri 2021 08 29 tarixinde Istifade tarixi 2021 08 28 Azerbaycan tarixi 1941 2002 ci iller Baki Elm seh 267 ISBN 978 9952 448 48 1 accessdate missing url ESRIN MUQAVILESI Tarixi retrospektivde problem 2021 08 26 tarixinde Istifade tarixi 2021 08 26 Azerbaycan Respublikasinda dovlet cevrilisi cehdinin qarsisinin alinmasi ve Azerbaycan dovletciliyinin mohkemlendirilmesi tedbirleri haqqinda 2017 08 02 tarixinde Istifade tarixi 2020 09 04 1994 cu il 4 oktyabr qiyami 2021 08 28 tarixinde Istifade tarixi 2021 08 28 Resul Quliyev Hokumetde olanlarin 90 faizi Cavadov qardaslarindan qorxurdu 2021 08 29 tarixinde Istifade tarixi 2020 09 04 Heyder Eliyev qiyami bele yatirdi 2021 02 03 tarixinde Istifade tarixi 2020 09 04 Smirnov Andrey Polislerin qiyami alovlanmaqdadir www kommersant ru rus 16 mart 1995 2020 04 30 tarixinde Istifade tarixi 4 sentyabr 2021