Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir.
Skif,sak və massagetlərin Azərbaycana gəlişi
Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir. Relyefdə təsvir olunan ox və yayla silahlanmış iki atlını o, geyim və əlbisəsinə görə skif hesab edir.
E.ə.VIII əsrin sonlarına aid Assur mənbələrindən assurların "gimirrai" adlandırdıqları köçəri kimmerlərin axınlarının baş verdiyini bilmək olur. Onların ardınca isə tezliklə mənbələr (e.ə. VII əsrin əvvəlləri) "asğuzai/isguzai" şəklində skiflərin adını çəkir. Herodotun məlumatına görə kimmerlər Qara dəniz sahili boyunca, Qafqazdan keçərək, skiflər isə Qafqaz dağlarını sağda qoyub Xəzər dənizinin Qərb sahili boyunca hərəkət etmişlər.
Kimmer və skiflərin Qafqazdan keçərək Cənubi rus çöllərindən Ön Asiyaya hərəkət yolları barədə Herodotun verdiyi məlumatı arxeoloji dəlillər də təsdiqləyir. Y.İ.Krupnov öz tədqiqat işində bu türk tayfalarının hərəkət yollarını izləyir və belə hesab edir ki, onlar yolun bütün əlverişli keçidlərindən – Kolxida sahilboyu yolu, Dəryal keçidi ilə hərbi Gürcüstan yolu, ilə hərbi osetin yolu və Dərbənd keçidindən istifadə etmişlər.
Skiflərin Ön Asiya tayfaları ilə münasibətləri
Skiflər Manna dövləti ərazisində məskunlaşdıqdan sonra Assur sərhədlərini təhdid etməyə başladılar.
Aşşurbanipalın (e.ə. 668-635/27) "Rassam silindri" adlanan kitabəsinə görə Assurla ittifaq bağlamağı rədd edən, "öz gücünə arxalanan və lovğalanan" Luddu (Lidiya) hökmdarı Quqqu (Qiqes) kimmerlərlə döyüşdə öz ölümünü tapdı. Bu hadisə astrologiyaya bağlı bir mətndə də əks olunmuşdur. Bu mətndə göstərilən astronomik məlumatların tədqiqi həmin hadisənin dəqiq tarixini məhz e.ə.657-ci il 16/17 may kimi söyləməyə imkan verir. Aşşurbanipalın dövrünə aid ilahə İştarın şərəfinə yazılmış mərmər lövhədəki mətndən bizə öz hakimiyyətini saklar və Qutium (bu ad altında Manna nəzərdə tutulur) üzərində bərqərar etmiş kimmer (Q.Qeybullayevə görə əslində sak) hökmdarı Tuqdammenin adı məlumdur.
Təqribən e.ə. 639-cu ildə Tuqdammenin vərəsəsi Sandakşatru Assurun Şimal-Qərb sərhədlərinə təcavüz edir. Elə həmin dövrdə skif-massaget birləşmələri tərəfindən məğlub edilir və Azərbaycana doğru geri çəkilməyə məcbur olur. Bu məğlubiyyətdən sonra Assur mənbələrində massagetlərin adı çəkilmir (masssagetlər Azərbaycanın Şimal-Şərq sərhəddlərinə köçərək indiki Dərbənd-Xaçmaz bölgəsində məskunlaşmışdılar). Skiflər uzun müddət Yaxın Şərqdə təhdidedici qüvvəyə çevrildilər. Burada bir şeyi də qeyd etmək lazımdır ki, bu ərazidə baş verən bütün bu hadisələr Assuriyanın zəifləməsinə və süqutuna səbəb oldu. Bunu Aşşurbanipaldan sonra rəsmi dövlət kitabələrinin olmaması da sübut edir.
Assurlara qarşı mübarizədə mannalar skiflərin köməyindən faydalanır, müttəfiq kimi birgə çıxış edirdilər. Qələbələrini sadalayan Assur hökmdarı özü haqqında məlumat verir:
"Manna ölkəsinin adamlarını, ram olmayan kutiləri pərən-pərən salan mən silahla onları xilas edə bilməyən müttəfiq, skif İşpakayın qoşununu əzişdirdim".
Lakin skif hökmdarları tədricən elə güclənir ki, onu öz müttəfiqi kimi görmək istəyən öz qızını skif hökmdarı Partatuaya ərə vermək yolu ilə skiflərlə münasibətləri nizamlamağa çalışdı. Lakin bu işlə də sülh əldə edilmədi. Belə ki, orakullara müraciət mətnlərini tədqiq edən Y.Aronun fikrincə skiflər Asarxaddonun hakimiyyətinin son illərində təhdidedici qüvvə olaraq qalmaqda idilər. O, öz nəticəsini onunla əsaslandırır ki, Partatuanın adı çəkilən mətn düşmən skifləri xatırlayan digər mətnlərdən əvvəl tərtib olunmuşdur.
Bizə məlum olan mixi yazılı məmbələrə görə Skif hökmdarlığı təqribən 80 il mövcud olmuşdur. Herodotda daha bir skif hökmdarının – Prototinin (mixi yazlı mənbələrdəki Partatua ilə eyniləşdirilir) oğlu Madinin adı saxlanmışdır. (Herodot,I,103) Onun dövründə skiflər Midiya hökmdarı Kiaksarı məğlubiyyətə uğradıb Midiyada özlərinin 28 illik hökmdarlıqlarını yaratdılar və viranedici yürüşlərini həyata kçirdilər. Lakin madaylar skifləri məğlub edərək yenidən öz hakimiyyətlərini bərpa edə bildilər. Skiflər isə yenidən Şimali Azərbaycana doğru geri çəkildilər.
Skif dövlətinin ərazisi
Skiflərin Azərbaycan ərazisində harada möhkəmlənmələri və öz dövlətlərini qurmaları hələ də mübahisəli məsələlərdəndir. Lakin Assur mənbələrindən biz bilirik ki, onlar Manna dövlətini hansısa Şimal əyalətlərində məskunlaşmışdılar. Assur hökmdarı Asarxaddonun (e.ə. 680-669) dövrünə aid məlumatda bu barədə danışılarkən "mannalar ölkəsinin əyalətində yaşayan skiflər" ifadəsi işlədilir.
Yazılı mənbələrin məlumatlarını təhlil edən İ.M.Dyakonova görə, skiflərin məskənini Manna torpaqlarının Şimal sərhəddində, Araz çayı rayonu və Şimala doğru Qərbi Azərbaycan (indiki Ermənistan) və Azərbaycanın Qərbində lokalizə etmək lazımdır. Q.Qeybullayev də skif hökmdarlığının lokalizəsini bu cür verir.
İ.H.Əliyev də skif hökmdarlığını qismən Azərbaycanın Şimal, qismən də Cənub ərazisində yerləşdirir. O, belə hesab edir ki, skiflər özlüyündə yerli türklərlə müqayisədə işğal olunmuş əyalətlərdə siyasi hakimiyyəti öz əllərində saxlayan azlıq təşkil edən hakim təbəqə olmuşdur.
Skif yoxsa sak çarlığı
Q.Qeybullayev qeyd edir ki, Sak çarlığının tarixini ən çox tədqiq edən tarixçilərdən İ.M.Dyakonov və İ.H.Əliyev nəzərə almamışlar ki, antik müəlliflər skif adı altında Şimali Qara dəniz sahillərində və Orta Asiyada yaşayan köçəri tayfaları nəzərdə tuturdular. Sonrakı araşdırmalardan bəlli oldu ki, bu alimlərin Skif çarlığı kimi tədqiq etdikləri dövlət əslində Sak çarlığıdır. Bu dövlətin Bibliyada "Aşkenaz" adlandırılması da bunu göstərir. Çünki, Aşkenaz "sakların (şakaların) çarlığı" mənasındadır.
Skif çarlığının yaranması və süqutu
Skiflər (burada təkcə işquzlar deyil, eyni zamanda saklar da nəzərdə tutulur) Ön Asiyada əsasən iki ərazidə Urartu dövlətinin Cənubunda (Hubuşkiya vilayəti) və Manna dövlətinin Şimalında məskunlaşmışdılar. Tədricən bu iki mərkəz vahid dövlətdə birləşdirilmiş və e.ə. VII əsrin ortalarında vahid Skif çarlığı (Sak-skif-kimmer dövləti) yaradılmışdı. E.ə. VII əsrin ortalarında bu dövlətin hökmdarı Tuqdamme olmuşdur. O, "sak və kuti ölkəsinin hökmdarı" rütbəsini daşıyırdı. Tuqdamme e.ə. VII əsrin 60-50-ci illərində Aşşurbanipal ilə müqavilə bağladı, lakin Kiçik Asiyadakı döyüşlərin birində həlak oldu.
Skif çarlığı tarixdə ilk dəfə Azərbaycanın hər iki hissəsini birləşdirən dövlət idi. Bu dövlət həmçinin Qərbi Azərbaycan ərazisində də ilk dövlət idi.
Skif çarlığının mərkəzinin hansı şəhər olduğu da tədqiqatçılar arasında mübahisə mövzusudur. İ.M.Dyakonova görə bu dövlətin mərkəzi Gəncə şəhəri idi. Çünki Alban ölkəsinin tarixində deyilir ki, Gəncə şəhəri Sakaşendə yaranmışdı.
E.ə. IV əsrdə Skif dövləti kiçik knyazlıqlara parçalanmışdır. Ondan sonra çarlıq ərazisinə daxil olan kiçik ərmən vilayətində ərmən , Sisakanda türk Sisaklar, Kürdən Şimalda türk Qafqaz albanları hakimiyyətə keçmişdilər. Eramızın I əsrində Kürdən Cənubdakı Azərbaycan torpaqları isə Sisak nəslindən olan Ərənin hakimiyyəti altına keçmiş, sonra da Kürdən Şimaldakı Azərbaycan torpaqları da bu hakimiyyət altında birləşdirilərək vahid Albaniya – Qafqaz Albaniyası dövləti yaradılmışdır.
Mənbələr
- Azərbaycan tarixi (7 cilddə). I cild. Bakı:
- Z.M.Bünyadov, Y.B.Yusifov. Azərbaycan tarixi. Bakı: 1994
- Q.Ə.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən.
- Q.Ə.Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı: 1992
- İ.M.Dyakonov. Midiya tarixi. Moskva-Leninqrad: 1956
- Y.B.Yusifov. Kimmer, skif və saklar qədim Azərbaycanda. Tiflis: 1988
- M.İ.Artamanov. Kimmerlər və skiflər. Leninqrad: 1974
- A.P.Smirnov. Skiflər. Moskva: 1966
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Azerbaycan erazisinde sak skif massaget tayfalarinin meskunlasdigi erazide yaradilmis qedim dovlet Eramizdan evvel VII IV esrlerde movcud olmus Sak carligi Simali Azerbaycan elece de Qerbi Azerbaycan indiki Ermenistan erazisinde yaradilmis ilk dovletdir Skif sak ve massagetlerin Azerbaycana gelisiSkiflerin Cenubi Qafqaz erazisinden Cenuba dogru irelilediyini gosteren T Sulimirski onlarin Cenubi Qafqaza ve Guney Azerbaycana gelmeleri tarixini daha evvele cekmeyi meslehet gorur Yazili menbelerin verdiyi melumatlara hemcinin Qara denizyani bozqirlarin ve Qafqazin skiflere aid edilen arxeoloji materiallarina esaslanaraq skiflerin gelmeleri arasinda iki il ferq oldugunu qeyd eden T Sulimirski Azerbaycanda kertme qebirler medeniyyetini erken skif medeniyyeti saymagi teklif edir O katakomba medeniyyeti adamlarini kimmerlerle eynilesdirir Katakomba qebirleri medeniyyetinin sonunu ise teqriben e e 700 cu ilde kimmerlerin Urartu dovleti serheddlerinde gorunmeleri dovrune aid edir Ag bezekli keramika ile musahide olunan yaranmasini o Cenubi Qafqaza yeni turk tayfalari olan skif ve massagetlerin Q Qeybullayev qeyd edir ki onlar skifler yox saklar ve massagetler idi axinlari ile elaqelendirir O qeyd edir ki Gence Qarabag medeniyyeti numuneleri Cenubi Qafqaz cizgileri ile yanasi Qara denizyani bozqirlarin cizgilerini de ozunde birlesdirir T Sulimirski skiflerin daha once bu eraziye gelmelerini tesdiqlemek ucun II Assurnasirpalin dovrune aid relyefdeki sehneni misal getirir Relyefde tesvir olunan ox ve yayla silahlanmis iki atlini o geyim ve elbisesine gore skif hesab edir E e VIII esrin sonlarina aid Assur menbelerinden assurlarin gimirrai adlandirdiqlari koceri kimmerlerin axinlarinin bas verdiyini bilmek olur Onlarin ardinca ise tezlikle menbeler e e VII esrin evvelleri asguzai isguzai seklinde skiflerin adini cekir Herodotun melumatina gore kimmerler Qara deniz sahili boyunca Qafqazdan kecerek skifler ise Qafqaz daglarini sagda qoyub Xezer denizinin Qerb sahili boyunca hereket etmisler Kimmer ve skiflerin Qafqazdan kecerek Cenubi rus collerinden On Asiyaya hereket yollari barede Herodotun verdiyi melumati arxeoloji deliller de tesdiqleyir Y I Krupnov oz tedqiqat isinde bu turk tayfalarinin hereket yollarini izleyir ve bele hesab edir ki onlar yolun butun elverisli kecidlerinden Kolxida sahilboyu yolu Deryal kecidi ile herbi Gurcustan yolu ile herbi osetin yolu ve Derbend kecidinden istifade etmisler Skiflerin On Asiya tayfalari ile munasibetleriSkifler Manna dovleti erazisinde meskunlasdiqdan sonra Assur serhedlerini tehdid etmeye basladilar Sak carliginin ehate etdiyi erazi Assurbanipalin e e 668 635 27 Rassam silindri adlanan kitabesine gore Assurla ittifaq baglamagi redd eden oz gucune arxalanan ve lovgalanan Luddu Lidiya hokmdari Quqqu Qiqes kimmerlerle doyusde oz olumunu tapdi Bu hadise astrologiyaya bagli bir metnde de eks olunmusdur Bu metnde gosterilen astronomik melumatlarin tedqiqi hemin hadisenin deqiq tarixini mehz e e 657 ci il 16 17 may kimi soylemeye imkan verir Assurbanipalin dovrune aid ilahe Istarin serefine yazilmis mermer lovhedeki metnden bize oz hakimiyyetini saklar ve Qutium bu ad altinda Manna nezerde tutulur uzerinde berqerar etmis kimmer Q Qeybullayeve gore eslinde sak hokmdari Tuqdammenin adi melumdur Teqriben e e 639 cu ilde Tuqdammenin veresesi Sandaksatru Assurun Simal Qerb serhedlerine tecavuz edir Ele hemin dovrde skif massaget birlesmeleri terefinden meglub edilir ve Azerbaycana dogru geri cekilmeye mecbur olur Bu meglubiyyetden sonra Assur menbelerinde massagetlerin adi cekilmir masssagetler Azerbaycanin Simal Serq serheddlerine kocerek indiki Derbend Xacmaz bolgesinde meskunlasmisdilar Skifler uzun muddet Yaxin Serqde tehdidedici quvveye cevrildiler Burada bir seyi de qeyd etmek lazimdir ki bu erazide bas veren butun bu hadiseler Assuriyanin zeiflemesine ve suqutuna sebeb oldu Bunu Assurbanipaldan sonra resmi dovlet kitabelerinin olmamasi da subut edir Assurlara qarsi mubarizede mannalar skiflerin komeyinden faydalanir muttefiq kimi birge cixis edirdiler Qelebelerini sadalayan Assur hokmdari ozu haqqinda melumat verir Manna olkesinin adamlarini ram olmayan kutileri peren peren salan men silahla onlari xilas ede bilmeyen muttefiq skif Ispakayin qosununu ezisdirdim Lakin skif hokmdarlari tedricen ele guclenir ki onu oz muttefiqi kimi gormek isteyen oz qizini skif hokmdari Partatuaya ere vermek yolu ile skiflerle munasibetleri nizamlamaga calisdi Lakin bu isle de sulh elde edilmedi Bele ki orakullara muraciet metnlerini tedqiq eden Y Aronun fikrince skifler Asarxaddonun hakimiyyetinin son illerinde tehdidedici quvve olaraq qalmaqda idiler O oz neticesini onunla esaslandirir ki Partatuanin adi cekilen metn dusmen skifleri xatirlayan diger metnlerden evvel tertib olunmusdur Bize melum olan mixi yazili membelere gore Skif hokmdarligi teqriben 80 il movcud olmusdur Herodotda daha bir skif hokmdarinin Prototinin mixi yazli menbelerdeki Partatua ile eynilesdirilir oglu Madinin adi saxlanmisdir Herodot I 103 Onun dovrunde skifler Midiya hokmdari Kiaksari meglubiyyete ugradib Midiyada ozlerinin 28 illik hokmdarliqlarini yaratdilar ve viranedici yuruslerini heyata kcirdiler Lakin madaylar skifleri meglub ederek yeniden oz hakimiyyetlerini berpa ede bildiler Skifler ise yeniden Simali Azerbaycana dogru geri cekildiler Skif dovletinin erazisiSkiflerin Azerbaycan erazisinde harada mohkemlenmeleri ve oz dovletlerini qurmalari hele de mubahiseli meselelerdendir Lakin Assur menbelerinden biz bilirik ki onlar Manna dovletini hansisa Simal eyaletlerinde meskunlasmisdilar Assur hokmdari Asarxaddonun e e 680 669 dovrune aid melumatda bu barede danisilarken mannalar olkesinin eyaletinde yasayan skifler ifadesi isledilir Yazili menbelerin melumatlarini tehlil eden I M Dyakonova gore skiflerin meskenini Manna torpaqlarinin Simal serheddinde Araz cayi rayonu ve Simala dogru Qerbi Azerbaycan indiki Ermenistan ve Azerbaycanin Qerbinde lokalize etmek lazimdir Q Qeybullayev de skif hokmdarliginin lokalizesini bu cur verir I H Eliyev de skif hokmdarligini qismen Azerbaycanin Simal qismen de Cenub erazisinde yerlesdirir O bele hesab edir ki skifler ozluyunde yerli turklerle muqayisede isgal olunmus eyaletlerde siyasi hakimiyyeti oz ellerinde saxlayan azliq teskil eden hakim tebeqe olmusdur Skif yoxsa sak carligiQ Qeybullayev qeyd edir ki Sak carliginin tarixini en cox tedqiq eden tarixcilerden I M Dyakonov ve I H Eliyev nezere almamislar ki antik muellifler skif adi altinda Simali Qara deniz sahillerinde ve Orta Asiyada yasayan koceri tayfalari nezerde tuturdular Sonraki arasdirmalardan belli oldu ki bu alimlerin Skif carligi kimi tedqiq etdikleri dovlet eslinde Sak carligidir Bu dovletin Bibliyada Askenaz adlandirilmasi da bunu gosterir Cunki Askenaz saklarin sakalarin carligi menasindadir Skif carliginin yaranmasi ve suqutuSkifler burada tekce isquzlar deyil eyni zamanda saklar da nezerde tutulur On Asiyada esasen iki erazide Urartu dovletinin Cenubunda Hubuskiya vilayeti ve Manna dovletinin Simalinda meskunlasmisdilar Tedricen bu iki merkez vahid dovletde birlesdirilmis ve e e VII esrin ortalarinda vahid Skif carligi Sak skif kimmer dovleti yaradilmisdi E e VII esrin ortalarinda bu dovletin hokmdari Tuqdamme olmusdur O sak ve kuti olkesinin hokmdari rutbesini dasiyirdi Tuqdamme e e VII esrin 60 50 ci illerinde Assurbanipal ile muqavile bagladi lakin Kicik Asiyadaki doyuslerin birinde helak oldu Skif carligi tarixde ilk defe Azerbaycanin her iki hissesini birlesdiren dovlet idi Bu dovlet hemcinin Qerbi Azerbaycan erazisinde de ilk dovlet idi Skif carliginin merkezinin hansi seher oldugu da tedqiqatcilar arasinda mubahise movzusudur I M Dyakonova gore bu dovletin merkezi Gence seheri idi Cunki Alban olkesinin tarixinde deyilir ki Gence seheri Sakasende yaranmisdi E e IV esrde Skif dovleti kicik knyazliqlara parcalanmisdir Ondan sonra carliq erazisine daxil olan kicik ermen vilayetinde ermen Sisakanda turk Sisaklar Kurden Simalda turk Qafqaz albanlari hakimiyyete kecmisdiler Eramizin I esrinde Kurden Cenubdaki Azerbaycan torpaqlari ise Sisak neslinden olan Erenin hakimiyyeti altina kecmis sonra da Kurden Simaldaki Azerbaycan torpaqlari da bu hakimiyyet altinda birlesdirilerek vahid Albaniya Qafqaz Albaniyasi dovleti yaradilmisdir MenbelerAzerbaycan tarixi 7 cildde I cild Baki Z M Bunyadov Y B Yusifov Azerbaycan tarixi Baki 1994 Q E Qeybullayev Azerbaycan turklerinin tesekkulu tarixinden Q E Qeybullayev Qedim turkler ve Ermenistan Baki 1992 I M Dyakonov Midiya tarixi Moskva Leninqrad 1956 Y B Yusifov Kimmer skif ve saklar qedim Azerbaycanda Tiflis 1988 M I Artamanov Kimmerler ve skifler Leninqrad 1974 A P Smirnov Skifler Moskva 1966Hemcinin baxSaklar Skifler Massagetler