Əli Mirzəli oğlu Qurbanov (20 iyun 1898, Tiflis – 14 oktyabr 1962, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940).
Əli Qurbanov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Tiflis, Tiflis qəzası, Tiflis quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | (64 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Fəaliyyəti | aktyor |
Fəaliyyət illəri | 1914 – 1962 |
Mükafatları | |
Həyatı
Əli Qurbanov 1898-ci ildə Tiflis şəhərində anadan olmuşdur. O, aktyorluq fəaliyyətinə 1914-cü ildə Tiflisdə teatr həvəskarları truppasında başlamışdır. İlk dəfə Möhsün Sənaninin təkidi ilə həvəskarların "Gaveyi-Ahəngər" tamaşasında bircə kəlmə "gedək" sözü ilə səhnəyə çıxmışdır. 1915-ci ildə isə "O olmasın, bu olsun" tamaşasında Rüstəm bəy rolunu ifa edərək maraqları öz üzərinə çəkir. Bu hadisədən sonra onu yalnız dram tamaşalarına deyil, hətta opera, operetta və müsamirələrə həm artist, həm də tarzən kimi dəvət etməyə başlayırlar.
1917-ci ildə Tiflisdə "İttihad" dram cəmiyyəti təşkil olunur və həmin il Əli Qurbanov bu truppaya dəvət edilir. "İttihad" truppası ilə "Bəxtsiz cavan" (Qoca kəndli) və "Pəri cadu" (Niyaz) əsərlərində məharətlə çıxış edir.
Əli Qurbanov 1918-ci ildən aktyorluq fəaliyyətini "İbrət" dram cəmiyyətində davam etdirir. Bu truppada Mirzəli Abbasov, Mirzəxan Quliyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı kimi aktyorlarla birlikdə çalışmışdır. O, burada Hacı Həsən ("Ölülər"), Şahmar bəy ("Müsibəti-Fəxrəddin"), Şah Sultan Hüseyn xan ("Nadir şah"), Cavad bəy ("Dağılan tifaq"), Əsgər bəy ("Hacı Qara") və digər rollarda oynamışdır.
1921-ci ilədək truppa şəklində fəaliyyət göstərmiş Tiflis teatrı həmin il Tiflis Dövlət Azərbaycan Dram Teatrına çevrilir. Həmin vaxtdan etibarən digər aktyorlarla birlikdə Əli Qurbanov da həmin teatrın aktyoru olur. O, Tiflis Dövlət Azərbaycan Dram Teatrının tərkibində 1922-ci ildə Türkiyəyə, 1925-ci ildə isə İrana qastrol səfərlərində olmuşdur.
O, 1925-ci ilin axırlarında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamı ilə Azərbaycan Dövlət Dram Teatrına dəvət olunmuş və ömrünün sonunadək burada fəaliyyət göstərmişdir.
Əli Qurbanov 50 ildən artıq səhnədə olmuşdur. Bu müddətdə 200-ə yaxın müxtəlif rollarda çıxış etmiş, bəzi rolları bir neçə yüz dəfə oynamışdır. Məsələn, Vidadi rolunu 700, Əzizbəyov və Hacı Əhməd rollarını 350 dəfədən artıq ifa etmişdir. Aktyor 40 ildən artıq C. Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının filmlərində də çəkilmişdir. İlk dəfə 1928-ci ildə "Hacı Qara" filmində Aşıq roluna çəkilmiş Əli Qurbanov sonralar "Kəndlilər", "Almaz" (Aftil), "Yeni Horizont", "Səbuhi" (Ağalarov), "Bəxtiyar" (Qurban), "Doğma Xalqıma" (buruq ustası), "Mahnı Belə Yaranır" (Kor aşıq), "Qızmar Günəş Altında" (Əli dayı), "Qara Daşlar" (Usta Ramazan), "Ögey Ana" (çoban), "Bir Qalanın Sirri" (Kamran baba) və s. filmlərdə çıxış edərək yaddaqalan obrazlar yaratmışdır.
Ailəsi
Gürcüstan SSR əməkdar artisti Abbas Qurbanovun qardaşı, Azərbaycan SSR xalq artisti Möhsün Sənani və Tiflis Azərbaycan teatrının aktyoru Əbülfət Sənaninin xalası oğludur.
Adlar və mükafatlar
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 23 aprel 1940
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938
- 2 dəfə — 22 iyul 1949; 9 iyun 1959
Filmoqrafiya
İstinadlar
- Əli Qurbanov // Большая советская энциклопедия: [в 30 т.]. Бари — Браслет (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1970. ст. 277.
- "Əli Qurbanov Tiflis teatrında". medeniyyet.az (az.). 29 fevral 2012. 2021-09-18 tarixində . İstifadə tarixi: 2 dekabr 2020.
- İlham Rəhimli. Əli Qurbanov // Azərbaycan Teatr Ensiklopediyası. Bakı: "Azərnəşr". 2016. səh. 356.
- "М. Әзизбәйов адына Азәрбайҹан Дөвләт Драм Театры ишчиләринин орден вә медалларла тәлтиф эдилмәси һаггында ССР Али Совети Рәясәт Һей'әтинин Фәрманы". № 143 (8099). Коммунист. 23 июл 1949-ҹу ил: 1.
Mənbə
- Cəlil Məmmədquluzadə Ensiklopediyası (az.). Bakı. 2008. səh. 159.
- "50 ildən artıq böyük səhnədə". Kaspi. 21 iyun 2011.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Eli Mirzeli oglu Qurbanov 20 iyun 1898 Tiflis 14 oktyabr 1962 Baki Azerbaycan teatr ve kino aktyoru Azerbaycan SSR xalq artisti 1940 Eli QurbanovDogum tarixi 20 iyun 1898Dogum yeri Tiflis Tiflis qezasi Tiflis quberniyasi Rusiya imperiyasiVefat tarixi 14 oktyabr 1962 64 yasinda Vefat yeri Baki Azerbaycan SSR SSRIFealiyyeti aktyorFealiyyet illeri 1914 1962Mukafatlari 1940 1949 1959HeyatiEli Qurbanov 1898 ci ilde Tiflis seherinde anadan olmusdur O aktyorluq fealiyyetine 1914 cu ilde Tiflisde teatr heveskarlari truppasinda baslamisdir Ilk defe Mohsun Senaninin tekidi ile heveskarlarin Gaveyi Ahenger tamasasinda birce kelme gedek sozu ile sehneye cixmisdir 1915 ci ilde ise O olmasin bu olsun tamasasinda Rustem bey rolunu ifa ederek maraqlari oz uzerine cekir Bu hadiseden sonra onu yalniz dram tamasalarina deyil hetta opera operetta ve musamirelere hem artist hem de tarzen kimi devet etmeye baslayirlar 1917 ci ilde Tiflisde Ittihad dram cemiyyeti teskil olunur ve hemin il Eli Qurbanov bu truppaya devet edilir Ittihad truppasi ile Bextsiz cavan Qoca kendli ve Peri cadu Niyaz eserlerinde meharetle cixis edir Eli Qurbanov 1918 ci ilden aktyorluq fealiyyetini Ibret dram cemiyyetinde davam etdirir Bu truppada Mirzeli Abbasov Mirzexan Quliyev Mirseyfeddin Kirmansahli Ibrahim Isfahanli kimi aktyorlarla birlikde calismisdir O burada Haci Hesen Oluler Sahmar bey Musibeti Fexreddin Sah Sultan Huseyn xan Nadir sah Cavad bey Dagilan tifaq Esger bey Haci Qara ve diger rollarda oynamisdir 1921 ci iledek truppa seklinde fealiyyet gostermis Tiflis teatri hemin il Tiflis Dovlet Azerbaycan Dram Teatrina cevrilir Hemin vaxtdan etibaren diger aktyorlarla birlikde Eli Qurbanov da hemin teatrin aktyoru olur O Tiflis Dovlet Azerbaycan Dram Teatrinin terkibinde 1922 ci ilde Turkiyeye 1925 ci ilde ise Irana qastrol seferlerinde olmusdur O 1925 ci ilin axirlarinda Azerbaycan Xalq Maarif Komissarliginin serencami ile Azerbaycan Dovlet Dram Teatrina devet olunmus ve omrunun sonunadek burada fealiyyet gostermisdir Eli Qurbanov 50 ilden artiq sehnede olmusdur Bu muddetde 200 e yaxin muxtelif rollarda cixis etmis bezi rollari bir nece yuz defe oynamisdir Meselen Vidadi rolunu 700 Ezizbeyov ve Haci Ehmed rollarini 350 defeden artiq ifa etmisdir Aktyor 40 ilden artiq C Cabbarli adina Azerbaycanfilm Kinostudiyasinin filmlerinde de cekilmisdir Ilk defe 1928 ci ilde Haci Qara filminde Asiq roluna cekilmis Eli Qurbanov sonralar Kendliler Almaz Aftil Yeni Horizont Sebuhi Agalarov Bextiyar Qurban Dogma Xalqima buruq ustasi Mahni Bele Yaranir Kor asiq Qizmar Gunes Altinda Eli dayi Qara Daslar Usta Ramazan Ogey Ana coban Bir Qalanin Sirri Kamran baba ve s filmlerde cixis ederek yaddaqalan obrazlar yaratmisdir AilesiGurcustan SSR emekdar artisti Abbas Qurbanovun qardasi Azerbaycan SSR xalq artisti Mohsun Senani ve Tiflis Azerbaycan teatrinin aktyoru Ebulfet Senaninin xalasi ogludur Adlar ve mukafatlar Azerbaycan SSR xalq artisti fexri adi 23 aprel 1940 Azerbaycan SSR emekdar artisti fexri adi 4 noyabr 1938 2 defe Lenin ordeni 22 iyul 1949 9 iyun 1959 Seref nisani ordeni Qirmizi emek bayragi ordeniFilmoqrafiyaAlmaz film 1936 Bakililar film 1938 Bextiyar film 1955 Bir qalanin sirri film 1959 Boyuk dayaq film 1962 Dogma xalqima film 1954 Feteli xan film 1947 Haci Qara film 1929 Ismet film 1934 Kendliler film 1939 Koroglu film 1960 Qara daslar film 1956 Qayidis film 1992 Qizmar gunes altinda film 1957 Mahni bele yaranir film 1957 Mehemmed Fuzuli film 1958 Ogey ana film 1958 Prima film 1994 Sebuhi film 1941 Veten oglu film 1941 Yeni horizont film 1940 IstinadlarEli Qurbanov Bolshaya sovetskaya enciklopediya v 30 t Bari Braslet 3 e izd M Sovetskaya enciklopediya gl red A M Prohorov 1970 st 277 Eli Qurbanov Tiflis teatrinda medeniyyet az az 29 fevral 2012 2021 09 18 tarixinde Istifade tarixi 2 dekabr 2020 Ilham Rehimli Eli Qurbanov Azerbaycan Teatr Ensiklopediyasi Baki Azernesr 2016 seh 356 M Әzizbәjov adyna Azәrbajҹan Dovlәt Dram Teatry ishchilәrinin orden vә medallarla tәltif edilmәsi һaggynda SSR Ali Soveti Rәyasәt Һej әtinin Fәrmany 143 8099 Kommunist 23 iyul 1949 ҹu il 1 MenbeCelil Memmedquluzade Ensiklopediyasi az Baki 2008 seh 159 50 ilden artiq boyuk sehnede Kaspi 21 iyun 2011