Əl-Kisai (ərəb. الكسائي) və ya Əbül-Həsən Əli ibn Həmzə ibn Abdillah əl-Kisai əl-Kufi (737, Bəhəmşə və ya Kufə, Əməvilər — 805, Rey, Abbasilər) — yeddi qiraət imamından biri, görkəmli qrammatik. Rəmzi ərəb əlifbasındakı "ر" hərfidir.
Əl-Kisai | |
---|---|
ərəb. أبو الحسن علي بن حمزة الكسائي | |
![]() | |
Doğum tarixi | 737 |
Doğum yeri | |
Vəfat tarixi | 805 |
Vəfat yeri | |
Elm sahələri | qiraət, təfsir |
Bioqrafiyası
737 və ya 738-ci ildə Bağdadın şimalındakı Bəhəmşə kəndində dünyaya gəlib. Kufədə doğulduğu da söylənmişdir. Künyəsi Əbu Abdullahdır. Bəni-Əsədin mövlası olduğu üçün Əsədi nisbəsi ilə də tanınıb. "əl-Kisai" ləqəbi ilə məşhurlaşmasının səbəbi haqqında mənbələrdə müxtəlif məlumatlar vardır. Bu məlumatların əksəriyyətində onun "əl-Kisai" adlanmasının səbəbi, onun əba geyinməsi ilə bağlıdır.
Kiçik yaşlarından Kufəyə gedib, orada bir müddət asudə vaxt keçirdikdən sonra elmə yönəlib. İbn Əbu Leyla və Əbu Həyvə Şüreyh ibn Yezid əl-Hədramidən qiraət dərsləri alıb. Həmzə ibn Həbib əz-Zəyyata Quranı dörd dəfə əzbərdən xətim edim. Cəfər əs-Sadiq, Əməş və Süleyman ibn Ərkamdan hədis rəvayət edib. Danışdığı vaxt bir sözü səhv tələffüz etdiyi üçün dilçiliyə yönəlib və Muaz ibn Müslim əl-Hərradan nəhv (red — qrammatika) öyrənib. Daha sonra Bəsrəyə gedərək Xəlil ibn Əhmədin dərslərində iştirak edib. Əbu Əmr ibn Əla, Yunus ibn Həbib və İsa ibn Ömər əl-Həmədanidən faydalanıb. Xəlil ibn Əhmədin, nəhv elmi üçün Hicaz, Nəcd və Tihamə qəbilələrinə getməsini tövsiyə etməsindən ötrü səfərə çıxdı. Nəhv elmini ən fəsih şəkildə bu bölgələrdəki ərəb qəbilələrindən öyrənməyə çalışdı. Bəsrəyə qayıtdığında Xəlil ibn Əhməd vəfat etmiş, yerini Yunus ibn Həbib tutmuşdu. Yunusla aralarındakı elmi mübahisələr nəticəsində Yunus onun üstünlüyünü qəbul edərək dərs vermə vəzifəsini ona həvalə etdi.
əl-Kisaidən Əbu Übeyd Qasım ibn Səllam, Əbu Ömər əd-Duri, Quteybə ibn Mihran, Əbül-Haris Leys ibn Xalid kimi alimlər qiraət elmində faydalanmış, Yəhya ibn Ziyad əl-Fərra, Yəqub ibn İbrahim əd-Dəvraki, Əhməd ibn Hənbəl, Məhəmməd ibn Sədan və digərləri ondan rəvayət nəql etmişdir. Bundan əlavə, Fərra "Məanil-Quran" adlı əsərində Kisaidən aldığı rəvayətlərə geniş yer vermişdir. Abbasi xəlifəsi Mehdi-Billah əl-Kisaini Bağdada dəvət edərək onu oğlu Harun ər-Rəşidin müəllimi olaraq vəzifələndirdi. Daha sonra Harun da oğulları Əmin və Məmunun təhsillərini ona həvalə etdi; onu həccə apardı və ondan faydalanmağa davam etdi.
Ömrünün sonuna qədər qiraət və dil sahəsində nüfuzlu bir alim sayılan əl-Kisai, Harun ər-Rəşidlə çıxdığı Xorasan səfəri zamanı Reyin Rənbəveyh (Ərinbuyə) kəndində 189-cu ildə (805) vəfat etdi. Bu tarix bəzi mənbələrdə 181 (797), 182, 183, 185, 192, 193 (809) illəri kimi də qeyd edilmişdir, lakin Zəhəbi bu tarixlərin hamısının yanlış olduğunu bildirmişdir. Bundan əlavə, onun Tusda vəfat etdiyi də rəvayət olunmuşdur.
Qiraətinin xüsusiyyətləri
İbn Mücahidə görə, əl-Kisai qiraət elmini əsasən Həmzə ibn Həbib əz-Zəyyatdan öyrənməsinə baxmayaraq, təxminən 300 yerdə ona müxalif olmuş, həm onun qiraətindən, həm də digər bəzi imamların oxunuşundan seçimlər edərək isnad prinsipini də nəzərə almaqla özünəməxsus bir qiraət formalaşdırmışdır. Etdiyi seçimlər sayəsində əsrin qiraət imamı hesab olunmuşdur.
Rəsm-xətt baxımından Kufə mushəfi onun qiraətinin əsasını təşkil etsə də, bəzi hallarda bu mushəfin xəttinə zidd seçimlər etdiyi də olmuşdur. Həm Quran qarisi, həm də Quran müəllimi kimi kufəlilər, Həmzədən sonra əl-Kisainin qiraətini qəbul etmiş və bu qiraət bölgədə V (XI) əsrin sonlarına qədər təsirini qorumuşdur. əl-Kisai qiraəti, xüsusilə İbn Mücahidin yeddili sistemindən əvvəl, xəlifə Məmun dövründə aparılan seçimlərdə yeddinci imam olaraq yerini tutmuşdur. Lakin İbn Mücahidin "Kitabus-Səba"sında yer aldıqdan sonra Şam bölgəsində də geniş yayılmış və Misirdə də eyni sistem daxilində qəbul olunmuşdur.
əl-Kisai qiraətinin bəzi xüsusiyyətləri bunlardır:
- Sonunda "tə-i təsnis" olan sözlər üzərində dayanarkən müəyyən şərtlərlə "ta"dan əvvəlki hərfi imalə ilə oxuyur.
- "Musa", "fətləqqa", "əl-hudə" kimi sözlərdə də imalə edir.
- "huvə" və "hiyə" əvəzliklərindən əvvəl "lam", "fə" və "vav" hərflərindən biri olduqda, əvəzlikdəki "ha" hərfini sükunla oxuyur.
- "əl-Muhsənət" - "muhsənət" sözlərindəki "sad" hərfini və "bəyyut" - "əl-bəyyut" sözlərindəki "ba" hərfini kəsrə ilə oxuyur.
- "Nəam" sözünü oxuyarkən "ayn" hərfinə kəsrə verir.
əl-Kisai, nəhv elminə dair sənədi səhih olan əhəd xəbərləri qəbul etmiş, fəsih danışan ərəb qəbilələrinin tələffüzünü əsas götürmüş, hətta bu tələffüzlər nadir (şaz) olsa belə, onları mənimsəməkdən çəkinməmişdir. O, dil qaydalarının qurulmasından çox, tələffüzə önəm vermişdir. Bəsrə nəhvçilərinin nadir nümunələri sadəcə əzbərləməklə kifayətlənib onlara qiyas tətbiq etməməsinin əksinə olaraq, əl-Kisai qiyas metodunu ön plana çıxarmış və bu yanaşması ilə Kufə nəhv məktəbinin əsasını qoymuşdur.
Haqqındakı fikirlər
əl-Kisainin elmi şəxsiyyəti haqqında fərqli fikirlər mövcuddur. İmam Şafii, nəhvdə dərinləşmək istəyənlərin Kisaiyə ehtiyac duyduğunu bildirmiş, İbnul-Ənbari isə onu dövrünün ən böyük nəhv alimi, qərib sözləri və Quran elmlərini ən yaxşı bilən şəxs kimi xarakterizə etmişdir. Saləb də onu dövrünün ən çox rəvayət bilən və ən geniş elmi biliyə sahib olan alimi kimi təsvir edir.
Lakin Əbu Hətim ər-Razi, əl-Kisainin şöhrətini Abbasi xəlifələri ilə yaxın münasibətləri ilə əlaqələndirərək onun elminin zəif olduğunu iddia etmişdir. Həmçinin, Bağdada getdikdən sonra ərəb qəbilələrindən əldə etdiyi yanlış formaları elmi bilikləri ilə qarışdıraraq dili pozduğu iddia olunmuşdur.
əl-Kisainin əxlaqı ilə bağlı da fərqli fikirlər mövcuddur. Əhməd ibn Haris əl-Həzzaz onun comərdliyi və gözəl əxlaqını vurğulasa da, tələbəsi Əbu Abdullah İbnül-Ərəbi onun bəzi əxlaqi qüsurlarının olduğunu iddia etmişdir. Onun elmi və əxlaqi şəxsiyyəti ilə bağlı bu mübahisələrə onun tənqidçi və mübahisəçi xarakterinin səbəb olduğunu düşünmək mümkündür.
Əsərləri
Kisainin qələmə almış olduğu bəzi əsərləri bunlardır:
- Mutəşabihul-Quran. Qurandaki ləfzi oxşarlıqlarla bağlı qələmə alınmış əsərdir. Sabih ət-Təmimi əsəri təhqiq edərək nəşr etdirmişdir (Tripoli 1982). Mənna ibn Məhəmməd Saəd əl-Qirni tərəfindən bu təhqiqə dissertasiya yazılmışdır.
- Mətəlxanu fihil-əvam. Karl Brokelman tərəfindən nəşr etdirilmişdir.
- əl-Bədu fi qisasil-ənbiya əleyhimus-səlam. Tunisdə üç nüsxəsi mövcud olub, Eysenberq tərədindən nəşr etditilmişdir (Kirxheyn 1903).
- Təliqat alə siyağit-talaq fi bəyt minəş-şir (Briyaniya Muzeyi, 70b-71a).
- Qiraətul-Kisai. Kserokopiya şəklində olan bir nüsxəsi Cəmiətu Ummil-qurada saxlanılır.
İstinadlar
- "Kıraat Imamlarinin Ve Ravilerinin Rumuzlari". 31.03.2025 tarixində arxivləşdirilib.
- Yaqut. Mucəmul-buldan (ərəb). I. Beyrut. 1957. 316.
- Zəhəbi. Mərifətul-qurra. I. İstanbul. 1995. 296.
- Əndərabi. Qıraətul-qurrail-mərufin bi-rivayətir-ruvatil-məşhurin (ərəb). Beyrut. 1986. 120.
- Zəhəbi. Mərifətul-qurra. I. İstanbul. 1995. 305.
- İbn Həllikan. Vəfəyat (ərəb). II. Beyrut. 458.
- Kitabüs-Səba (ərəb). Qahirə. 1972. 78.
- Zəhəbi. Aləmun-nubəla (ərəb). IX. Beyrut. 1981–85. 132.
- Yaqut. Mucəmul-udəba (ərəb). XIII. Qahirə. 1936–38. 191.
- "Kisai - الكسائي". (#archive_missing_date) tarixində arxivləşdirilib.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
El Kisai ereb الكسائي ve ya Ebul Hesen Eli ibn Hemze ibn Abdillah el Kisai el Kufi 737 Behemse ve ya Kufe Emeviler 805 Rey Abbasiler yeddi qiraet imamindan biri gorkemli qrammatik Remzi ereb elifbasindaki ر herfidir 1 El Kisaiereb أبو الحسن علي بن حمزة الكسائي Dogum tarixi 737 Dogum yeri Kufe Iraq Vefat tarixi 805 Vefat yeri Rey Abbasiler xilafeti Elm saheleri qiraet tefsir Mundericat 1 Bioqrafiyasi 2 Qiraetinin xususiyyetleri 3 Haqqindaki fikirler 4 Eserleri 5 IstinadlarBioqrafiyasiredakte737 ve ya 738 ci ilde Bagdadin simalindaki Behemse kendinde dunyaya gelib 2 3 Kufede doguldugu da soylenmisdir 4 Kunyesi Ebu Abdullahdir Beni Esedin movlasi oldugu ucun Esedi nisbesi ile de taninib el Kisai leqebi ile meshurlasmasinin sebebi haqqinda menbelerde muxtelif melumatlar vardir Bu melumatlarin ekseriyyetinde onun el Kisai adlanmasinin sebebi onun eba geyinmesi ile baglidir Kicik yaslarindan Kufeye gedib orada bir muddet asude vaxt kecirdikden sonra elme yonelib Ibn Ebu Leyla ve Ebu Heyve Sureyh ibn Yezid el Hedramiden qiraet dersleri alib Hemze ibn Hebib ez Zeyyata Qurani dord defe ezberden xetim edim Cefer es Sadiq Emes ve Suleyman ibn Erkamdan hedis revayet edib Danisdigi vaxt bir sozu sehv teleffuz etdiyi ucun dilciliye yonelib ve Muaz ibn Muslim el Herradan nehv red qrammatika oyrenib Daha sonra Besreye gederek Xelil ibn Ehmedin derslerinde istirak edib Ebu Emr ibn Ela Yunus ibn Hebib ve Isa ibn Omer el Hemedaniden faydalanib Xelil ibn Ehmedin nehv elmi ucun Hicaz Necd ve Tihame qebilelerine getmesini tovsiye etmesinden otru sefere cixdi Nehv elmini en fesih sekilde bu bolgelerdeki ereb qebilelerinden oyrenmeye calisdi Besreye qayitdiginda Xelil ibn Ehmed vefat etmis yerini Yunus ibn Hebib tutmusdu Yunusla aralarindaki elmi mubahiseler neticesinde Yunus onun ustunluyunu qebul ederek ders verme vezifesini ona hevale etdi el Kisaiden Ebu Ubeyd Qasim ibn Sellam Ebu Omer ed Duri Quteybe ibn Mihran Ebul Haris Leys ibn Xalid kimi alimler qiraet elminde faydalanmis Yehya ibn Ziyad el Ferra Yequb ibn Ibrahim ed Devraki Ehmed ibn Henbel Mehemmed ibn Sedan ve digerleri ondan revayet neql etmisdir Bundan elave Ferra Meanil Quran adli eserinde Kisaiden aldigi revayetlere genis yer vermisdir Abbasi xelifesi Mehdi Billah el Kisaini Bagdada devet ederek onu oglu Harun er Residin muellimi olaraq vezifelendirdi Daha sonra Harun da ogullari Emin ve Memunun tehsillerini ona hevale etdi onu hecce apardi ve ondan faydalanmaga davam etdi Omrunun sonuna qeder qiraet ve dil sahesinde nufuzlu bir alim sayilan el Kisai Harun er Residle cixdigi Xorasan seferi zamani Reyin Renbeveyh Erinbuye kendinde 189 cu ilde 805 vefat etdi Bu tarix bezi menbelerde 181 797 182 183 185 192 193 809 illeri kimi de qeyd edilmisdir lakin Zehebi bu tarixlerin hamisinin yanlis oldugunu bildirmisdir 5 Bundan elave onun Tusda vefat etdiyi de revayet olunmusdur 6 Qiraetinin xususiyyetleriredakte nbsp el Kisainin Mehemmed peygembere qeder gedib catan qiraet senedinin sxemi Ibn Mucahide gore el Kisai qiraet elmini esasen Hemze ibn Hebib ez Zeyyatdan oyrenmesine baxmayaraq texminen 300 yerde ona muxalif olmus hem onun qiraetinden hem de diger bezi imamlarin oxunusundan secimler ederek isnad prinsipini de nezere almaqla ozunemexsus bir qiraet formalasdirmisdir Etdiyi secimler sayesinde esrin qiraet imami hesab olunmusdur 7 Resm xett baximindan Kufe mushefi onun qiraetinin esasini teskil etse de bezi hallarda bu mushefin xettine zidd secimler etdiyi de olmusdur Hem Quran qarisi hem de Quran muellimi kimi kufeliler Hemzeden sonra el Kisainin qiraetini qebul etmis ve bu qiraet bolgede V XI esrin sonlarina qeder tesirini qorumusdur el Kisai qiraeti xususile Ibn Mucahidin yeddili sisteminden evvel xelife Memun dovrunde aparilan secimlerde yeddinci imam olaraq yerini tutmusdur Lakin Ibn Mucahidin Kitabus Seba sinda yer aldiqdan sonra Sam bolgesinde de genis yayilmis ve Misirde de eyni sistem daxilinde qebul olunmusdur el Kisai qiraetinin bezi xususiyyetleri bunlardir Sonunda te i tesnis olan sozler uzerinde dayanarken mueyyen sertlerle ta dan evvelki herfi imale ile oxuyur Musa fetleqqa el hude kimi sozlerde de imale edir huve ve hiye evezliklerinden evvel lam fe ve vav herflerinden biri olduqda evezlikdeki ha herfini sukunla oxuyur el Muhsenet muhsenet sozlerindeki sad herfini ve beyyut el beyyut sozlerindeki ba herfini kesre ile oxuyur Neam sozunu oxuyarken ayn herfine kesre verir el Kisai nehv elmine dair senedi sehih olan ehed xeberleri qebul etmis fesih danisan ereb qebilelerinin teleffuzunu esas goturmus hetta bu teleffuzler nadir saz olsa bele onlari menimsemekden cekinmemisdir O dil qaydalarinin qurulmasindan cox teleffuze onem vermisdir Besre nehvcilerinin nadir numuneleri sadece ezberlemekle kifayetlenib onlara qiyas tetbiq etmemesinin eksine olaraq el Kisai qiyas metodunu on plana cixarmis ve bu yanasmasi ile Kufe nehv mektebinin esasini qoymusdur Haqqindaki fikirlerredakteel Kisainin elmi sexsiyyeti haqqinda ferqli fikirler movcuddur Imam Safii nehvde derinlesmek isteyenlerin Kisaiye ehtiyac duydugunu bildirmis Ibnul Enbari ise onu dovrunun en boyuk nehv alimi qerib sozleri ve Quran elmlerini en yaxsi bilen sexs kimi xarakterize etmisdir 8 Saleb de onu dovrunun en cox revayet bilen ve en genis elmi biliye sahib olan alimi kimi tesvir edir Lakin Ebu Hetim er Razi el Kisainin sohretini Abbasi xelifeleri ile yaxin munasibetleri ile elaqelendirerek onun elminin zeif oldugunu iddia etmisdir Hemcinin Bagdada getdikden sonra ereb qebilelerinden elde etdiyi yanlis formalari elmi bilikleri ile qarisdiraraq dili pozdugu iddia olunmusdur el Kisainin exlaqi ile bagli da ferqli fikirler movcuddur Ehmed ibn Haris el Hezzaz onun comerdliyi ve gozel exlaqini vurgulasa da telebesi Ebu Abdullah Ibnul Erebi onun bezi exlaqi qusurlarinin oldugunu iddia etmisdir 9 Onun elmi ve exlaqi sexsiyyeti ile bagli bu mubahiselere onun tenqidci ve mubahiseci xarakterinin sebeb oldugunu dusunmek mumkundur EserleriredakteKisainin qeleme almis oldugu bezi eserleri bunlardir Mutesabihul Quran Qurandaki lefzi oxsarliqlarla bagli qeleme alinmis eserdir Sabih et Temimi eseri tehqiq ederek nesr etdirmisdir Tripoli 1982 Menna ibn Mehemmed Saed el Qirni terefinden bu tehqiqe dissertasiya yazilmisdir Metelxanu fihil evam Karl Brokelman terefinden nesr etdirilmisdir el Bedu fi qisasil enbiya eleyhimus selam Tunisde uc nusxesi movcud olub Eysenberq teredinden nesr etditilmisdir Kirxheyn 1903 Teliqat ale siyagit talaq fi beyt mines sir Briyaniya Muzeyi 70b 71a Qiraetul Kisai Kserokopiya seklinde olan bir nusxesi Cemietu Ummil qurada saxlanilir 10 Istinadlarredakte Kiraat Imamlarinin Ve Ravilerinin Rumuzlari 31 03 2025 tarixinde arxivlesdirilib Yaqut Mucemul buldan ereb I Beyrut 1957 316 Zehebi Merifetul qurra I Istanbul 1995 296 Enderabi Qiraetul qurrail merufin bi rivayetir ruvatil meshurin ereb Beyrut 1986 120 Zehebi Merifetul qurra I Istanbul 1995 305 Ibn Hellikan Vefeyat ereb II Beyrut 458 Kitabus Seba ereb Qahire 1972 78 Zehebi Alemun nubela ereb IX Beyrut 1981 85 132 Yaqut Mucemul udeba ereb XIII Qahire 1936 38 191 Kisai الكسائي archive missing date tarixinde arxivlesdirilib Menbe https az wikipedia org w index php title El Kisai amp oldid 8086803