Əbülüla Gəncəvi yaxud Əbüləla Gəncəvi (XI əsr, Gəncə – bilinmir) — mənşəcə Azərbaycan türklərindən olan şair.
Əbülüla Gəncəvi | |
---|---|
| |
Doğum tarixi | |
Doğum yeri | Gəncə |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Əbülüla Gəncəvi Vikimənbədə |
Həyatı
Azərbaycana gələndən sonra XI–XII əsrlərdə, ölkənin Ərəb xilafətinə daxil olduğu illər ərzində toplanmış nəhəng elmi-mədəni potensialın istifadəsi üçün, elm və mədəniyyətin inkişafı üçün səmərəli sosial-iqtisadi şərait yaranmışdı. Şəhərlərdə mədrəsə və məktəblər açılır, şəxsi və ictimai kitabxanalar fəaliyyət göstərirdi. Kağız istehsalı, kitabların üzünü köçürmək və cildləmək üçün mərkəzlər yaranırdı. Rəsədxanalar, ictimai xəstəxanalar işləyir, Şamaxı, Ərdəbil, Təbriz kimi şəhərlər çiçəklənirdi. Bu şəhərlər içərisində Gəncənin xüsusi yeri və mövqeyi vardı. O zaman beş yüz mindən artıq əhali məskunlaşmış bu şəhərdə türk, ərəb, fars, alban, yəhudi, gürcü, erməni və başqa dillərdə danışıqlar eşitmək mümkündü. Nizami Gəncəvi təsadüfən "Mənim Babilim" deyə öymürdü. Bir çox ölkələrdən buraya tacirlər, alimlər, şairlər, sənətkarlar gəlirdi. XI əsrin ortalarında görkəmli Azərbaycan şairi də Gəncəyə köçür. O, burada tez bir zamanda Şəddadilərin sarayına dəvət olunur və saray şairləri içərisində seçilərək, böyük rəğbət qazanır.
poetik ənənələrinin davamçısı, Əbülüla Gəncəvi XI əsrin sonunda Gəncədə anadan olub. Təhsilini bitirdikdən sonra o, müsəlman dövlətinin paytaxtı şəhərinə gəlir. Akademik mülahizələrinə görə, o, "Ərmənşahlar sarayında şeir qoşurdu." Əbülüla burada çox qalmır və Şamaxıya köçür. Şamaxıda da fitri istedadına və yüksək hazırcavablığına görə o, tezliklə şairlərin böyük himayədarı Şirvanşah I Mənuçöhrün (1120–1149) yanında xidmətə götürülür.
Şairin əsərlərinin təhlili göstərir ki, Əbülüla poetika, fəlsəfə, astronomiya və tibb elmləri sahələrində hərtərəfli biliklərə sahib olmuşdur. Əbülülanın poeziyası akademizmi və bədii kamilliyi ilə seçilir. Sarayda o, öz ətrafına qabiliyyətli cavanlar toplayaraq, rəsmən "məliküşşüəra" (şairlərin hökmdarı) adını qazandıqdan sonra faktiki olaraq, məşhur farsdilli Şirvan poeziya məktəbinin əsasını qoyur. Əbülülanın şagirdləri içərisində bütün Şərqdə məşhur olan Xaqani Şirvani və Fələki Şirvani kimi şairlər vardı.
Yaradıcılığı
Özündən qabaqkı ədəbi,elmi fikri yaxşı bilən Əbülüla dövrünün qabaqcıl ziyalılarından idi, dövrünün məlik-üş-şüərası idi. Ədəbi irsindən "Andnamə"(Sövqəndnamə) adlı bir qəsidəsi və bir neçə kiçik qitəsi qalmışdır. Təkcə "Andnamə" qəsidəsi onun qüdrətli şair olduğunu göstərir:
Ürək bulud, sözüm inci, könülsə bir dərya,
Dilim bu gövhərə carçı, zəmanə isə baha.
Mənəm həməsrlərimdən qabaq gedən ustad,
Mənimlə gəncəlilər fəxr edir, deyil bica.
Bir parçasını nümunə göstərdiyimiz bu qəsidədəki əzəmət, obrazlılıq Xaqani və Nizami qəsidələrini xatırladır. Şairin özünü "Tay-tuşundan qabaq gedən ustad"adlandırması bu baxımdan lovğalıq təsiri bağışlamır. Əbülülanın Əbu Əli ibn Sina və Əbu Əli Dəqqaq kimi qabaqcıl şəxsiyyətləri xatırlatması, özünü onlarla müqayisə etməsi onun dövrün ideoloji döyüşlərində mövqeyini göstərən maraqlı faktdır.
Əbülüla Gəncəvinin Xaqani ilə münasibətləri
Əbülüla xüsusən, Xaqaninin taleyində böyük rol oynamışdı. O, ilk olaraq, bu gəncin istedadını kəşf edir və onu Şirvanşahlar sarayına qulluğa düzəldir. Görünür, gənc şairə əvvəllər götürdüyü "Həqaiqi" təxəllüsünü "Xaqani" ilə dəyişməsini də Şirvanşahın arzusu ilə məhz o məsləhət görmüşdü. Artıq Xaqaninin istedadı özünü türk adətincə, xaqan adlandıran tərəfindən də qiymətləndirilirdi və şairin özünü Xaqani adlandırması həm Şirvanşaha, həm də sənətkara fəxr gətirərdi. Hicri qəməri ilə 550-ci illərin ortalarında Əbülüla və Xaqani arasında ziddiyyətlər yaranır və bu iki sənətkar bir-birinə həcvlər yazır. Əbülüla Xaqani Şirvaniyə "Xaqani" təxəllüsünü özünün verdiyini deyirdi və belə yazırdı: "Mən sənin təhsil almağın üçün qayğı göstərdim. Mən sənin dilini şairliyə açdım. Sənin həqiqi şair olduğunu görəndə Mən səni xaqanın (şirvanşah Mənuçöhrün) yanına gətirdim. Mən sənə Xaqani adını verdim." Şeirində bu haqda məlumata rast gəlirik:
Sən adi bir dülgər oğlu idin, Xaqani oldun,
Sənin təliminə bel bağlamışdım,
Sənin şairlikdə dilini açdım,
Səni o xaqana özüm göstərdim,
Xaqani adını sənə mən verdim.
Bu vaxta qədər Əbülüla başqa bir şamaxılıya – şair və astronom Cəlal əd-Din (öl. 1181) himayə göstərmişdi. Rəvayətə görə, hətta Əbülüla öz qızını da ona verməyi vəd etmişdi. Lakin sarayda yeni və daha bir parlaq ulduz görsənəndən sonra Əbülüla öz qərarını dəyişir və onun qızı Xaqaniyə qismət olur. Pərişan olmuş təsəlli olmaq üçün ustad ona 20 min dirhəm pul verir və əlavə edir ki, "Oğlum, sən bu pula hər biri mənim qızımdan daha gözəl əlli Türkistan kənizi ala bilərsən." Həmin rəvayətin əksinə olaraq, Xaqani haqqında iri həcmli əsərində Qafar Kəndli onun Əbülülanın qızı ilə nigahı faktını təkzib etmişdir.
"Məliküşşüəra"ya layiq görülən bütün üstünlüklərinə baxmayaraq, sarayda Əbülülanın həyatı heç də təhlükəsiz keçmirdi. Onu istəməyənlər və hətta ona açıq düşmən kəsilənlər də az deyildi.Hətta ustadın sevimli şagirdi Xaqani də tezliklə onun bədxahlarından birinə çevrilir. Ustadla şagird arasında mütəmadi şer atışmaları baş verir. Bütün bunlar haqda Əbülüla ömrünün son dövrlərində belə yazır:
Mənə həsəd aparır hər tərəfdə min düşmən
Çuğullayır məni hər yanda min rəzil, ədna.
Mənim tək arif olanlar həsəddən olmaz iraq,
Mənim tək alim olanlar çəkir həmişə cəfa.
İstinadlar
- "Əbülüla Gəncəvi". 2019-09-13 tarixində . İstifadə tarixi: 2021-05-21.
- "Firidun bəy Köçərli — Əbülüla Gəncəvi haqqında". 2021-05-21 tarixində . İstifadə tarixi: 2021-05-21.
- "Nizami Gəncəvi 875 illik yubileyi". 2021-05-21 tarixində . İstifadə tarixi: 2021-05-21.
- AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI TARİX İNSTİTUTU. Еlmi əsərlər 60-cı cild (PDF). 2016. səh. 23. 2022-01-30 at the Wayback Machine (PDF). Archived from the original on 2022-01-30. İstifadə tarixi: 2021-05-21.
- Məhəmməd Rza Kərimi. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ VƏ ƏDƏBİYYATINDA MƏŞHUR QADINLAR. 2014. səh. 62. 2022-08-06 at the Wayback Machine . Archived from the original on 2022-08-06. İstifadə tarixi: 2021-05-21.
- Əlyar Səfərli,Xəlil Yusifli. Azərbaycan Ədəbiyyatı Tarixi. Bakı. 2008. səh. 91.
Xarici keçidlər
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Gencevi Ebulula Gencevi yaxud Ebulela Gencevi XI esr Gence bilinmir mensece Azerbaycan turklerinden olan sair Ebulula GenceviEjder Qafarov Ebulula Gencevinin bedii portreti Azerbaycan Tarix Muzeyi Dogum tarixi 1096Dogum yeri GenceVefat tarixi 1159Fealiyyeti sairEbulula Gencevi VikimenbedeHeyatiAzerbaycana gelenden sonra XI XII esrlerde olkenin Ereb xilafetine daxil oldugu iller erzinde toplanmis neheng elmi medeni potensialin istifadesi ucun elm ve medeniyyetin inkisafi ucun semereli sosial iqtisadi serait yaranmisdi Seherlerde medrese ve mektebler acilir sexsi ve ictimai kitabxanalar fealiyyet gosterirdi Kagiz istehsali kitablarin uzunu kocurmek ve cildlemek ucun merkezler yaranirdi Resedxanalar ictimai xestexanalar isleyir Samaxi Erdebil Tebriz kimi seherler ciceklenirdi Bu seherler icerisinde Gencenin xususi yeri ve movqeyi vardi O zaman bes yuz minden artiq ehali meskunlasmis bu seherde turk ereb fars alban yehudi gurcu ermeni ve basqa dillerde danisiqlar esitmek mumkundu Nizami Gencevi tesadufen Menim Babilim deye oymurdu Bir cox olkelerden buraya tacirler alimler sairler senetkarlar gelirdi XI esrin ortalarinda gorkemli Azerbaycan sairi de Genceye kocur O burada tez bir zamanda Seddadilerin sarayina devet olunur ve saray sairleri icerisinde secilerek boyuk regbet qazanir poetik enenelerinin davamcisi Ebulula Gencevi XI esrin sonunda Gencede anadan olub Tehsilini bitirdikden sonra o muselman dovletinin paytaxti seherine gelir Akademik mulahizelerine gore o Ermensahlar sarayinda seir qosurdu Ebulula burada cox qalmir ve Samaxiya kocur Samaxida da fitri istedadina ve yuksek hazircavabligina gore o tezlikle sairlerin boyuk himayedari Sirvansah I Menucohrun 1120 1149 yaninda xidmete goturulur Sairin eserlerinin tehlili gosterir ki Ebulula poetika felsefe astronomiya ve tibb elmleri sahelerinde herterefli biliklere sahib olmusdur Ebululanin poeziyasi akademizmi ve bedii kamilliyi ile secilir Sarayda o oz etrafina qabiliyyetli cavanlar toplayaraq resmen melikussuera sairlerin hokmdari adini qazandiqdan sonra faktiki olaraq meshur farsdilli Sirvan poeziya mektebinin esasini qoyur Ebululanin sagirdleri icerisinde butun Serqde meshur olan Xaqani Sirvani ve Feleki Sirvani kimi sairler vardi YaradiciligiOzunden qabaqki edebi elmi fikri yaxsi bilen Ebulula dovrunun qabaqcil ziyalilarindan idi dovrunun melik us suerasi idi Edebi irsinden Andname Sovqendname adli bir qesidesi ve bir nece kicik qitesi qalmisdir Tekce Andname qesidesi onun qudretli sair oldugunu gosterir Urek bulud sozum inci konulse bir derya Dilim bu govhere carci zemane ise baha Menem hemesrlerimden qabaq geden ustad Menimle genceliler fexr edir deyil bica Bir parcasini numune gosterdiyimiz bu qesidedeki ezemet obrazliliq Xaqani ve Nizami qesidelerini xatirladir Sairin ozunu Tay tusundan qabaq geden ustad adlandirmasi bu baximdan lovgaliq tesiri bagislamir Ebululanin Ebu Eli ibn Sina ve Ebu Eli Deqqaq kimi qabaqcil sexsiyyetleri xatirlatmasi ozunu onlarla muqayise etmesi onun dovrun ideoloji doyuslerinde movqeyini gosteren maraqli faktdir Ebulula Gencevinin Xaqani ile munasibetleriEbulula Gencevinin Hacikend qesebesindeki Selefler xelefler parki ndaki bustu Ebulula xususen Xaqaninin taleyinde boyuk rol oynamisdi O ilk olaraq bu gencin istedadini kesf edir ve onu Sirvansahlar sarayina qulluga duzeldir Gorunur genc saire evveller goturduyu Heqaiqi texellusunu Xaqani ile deyismesini de Sirvansahin arzusu ile mehz o meslehet gormusdu Artiq Xaqaninin istedadi ozunu turk adetince xaqan adlandiran terefinden de qiymetlendirilirdi ve sairin ozunu Xaqani adlandirmasi hem Sirvansaha hem de senetkara fexr getirerdi Hicri qemeri ile 550 ci illerin ortalarinda Ebulula ve Xaqani arasinda ziddiyyetler yaranir ve bu iki senetkar bir birine hecvler yazir Ebulula Xaqani Sirvaniye Xaqani texellusunu ozunun verdiyini deyirdi ve bele yazirdi Men senin tehsil almagin ucun qaygi gosterdim Men senin dilini sairliye acdim Senin heqiqi sair oldugunu gorende Men seni xaqanin sirvansah Menucohrun yanina getirdim Men sene Xaqani adini verdim Seirinde bu haqda melumata rast gelirik Sen adi bir dulger oglu idin Xaqani oldun Senin telimine bel baglamisdim Senin sairlikde dilini acdim Seni o xaqana ozum gosterdim Xaqani adini sene men verdim Bu vaxta qeder Ebulula basqa bir samaxiliya sair ve astronom Celal ed Din ol 1181 himaye gostermisdi Revayete gore hetta Ebulula oz qizini da ona vermeyi ved etmisdi Lakin sarayda yeni ve daha bir parlaq ulduz gorsenenden sonra Ebulula oz qerarini deyisir ve onun qizi Xaqaniye qismet olur Perisan olmus teselli olmaq ucun ustad ona 20 min dirhem pul verir ve elave edir ki Oglum sen bu pula her biri menim qizimdan daha gozel elli Turkistan kenizi ala bilersen Hemin revayetin eksine olaraq Xaqani haqqinda iri hecmli eserinde Qafar Kendli onun Ebululanin qizi ile nigahi faktini tekzib etmisdir Melikussuera ya layiq gorulen butun ustunluklerine baxmayaraq sarayda Ebululanin heyati hec de tehlukesiz kecmirdi Onu istemeyenler ve hetta ona aciq dusmen kesilenler de az deyildi Hetta ustadin sevimli sagirdi Xaqani de tezlikle onun bedxahlarindan birine cevrilir Ustadla sagird arasinda mutemadi ser atismalari bas verir Butun bunlar haqda Ebulula omrunun son dovrlerinde bele yazir Mene hesed aparir her terefde min dusmen Cugullayir meni her yanda min rezil edna Menim tek arif olanlar hesedden olmaz iraq Menim tek alim olanlar cekir hemise cefa Istinadlar Ebulula Gencevi 2019 09 13 tarixinde Istifade tarixi 2021 05 21 Firidun bey Kocerli Ebulula Gencevi haqqinda 2021 05 21 tarixinde Istifade tarixi 2021 05 21 Nizami Gencevi 875 illik yubileyi 2021 05 21 tarixinde Istifade tarixi 2021 05 21 AZERBAYCAN MILLI ELMLER AKADEMIYASI TARIX INSTITUTU Elmi eserler 60 ci cild PDF 2016 seh 23 2022 01 30 at the Wayback Machine PDF Archived from the original on 2022 01 30 Istifade tarixi 2021 05 21 Mehemmed Rza Kerimi AZERBAYCAN MEDENIYYETI VE EDEBIYYATINDA MESHUR QADINLAR 2014 seh 62 2022 08 06 at the Wayback Machine Archived from the original on 2022 08 06 Istifade tarixi 2021 05 21 Elyar Seferli Xelil Yusifli Azerbaycan Edebiyyati Tarixi Baki 2008 seh 91 Xarici kecidlerHemcinin baxFeleki Sirvani Xaqani Sirvani Izzeddin Sirvani