Əbdürrəhman Xəlil oğlu Vəzirov (26 may 1930, Bakı – 10 yanvar 2022, Moskva) — Azərbaycan-sovet dövlət və siyasi xadimi, SSRİ diplomatı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 13-cü birinci katibi (1988–1990), SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri.
Əbdürrəhman Vəzirov | |
---|---|
21 may 1988 – 18 yanvar 1990 | |
Əvvəlki | Kamran Bağırov |
Sonrakı | Ayaz Mütəllibov |
16 may 1985 – 13 iyul 1988 | |
SSRİ-nin Nepal Krallığında fövqəladə və səlahiyyətli səfiri | |
7 sentyabr 1979 – 12 iyun 1985 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 may 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 10 yanvar 2022(91 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | diplomat, siyasətçi |
Atası | Xəlil Vəzirov |
Anası | Tovuz Vəzirova |
Həyat yoldaşı | İrina Konstantinovna Vəzirova |
Uşağı | Eldar Vəzirov |
| |
Təltifləri |
Əbdürrəhman Vəzirov SSRİ tarixində səfir vəzifəsinə olmuş yeganə azərbaycanlıdır. Siyasi baxışlarına görə Ə.Vəzirov kompartiyaya sadiq olan əsl leninçi kommunist idi. O, Leninizm ideyalarına, bəşəriyyətin işıqlı gələcəyinin kommunizm olduğuna tam olaraq inanırdı. Vəzirov həm də H. Əliyevin qəti əleyhdarı idi.
Həyatı
Əbdürrəhman Vəzirov 1930-cu ildə Bakının Kirov rayonunda doğulub. Hələ yeniyetmə vaxtlarından siyasətlə maraqlanmış, ingilis dilini öyrənməyə başlamışdır. 1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirdikdən sonra özünün arzusu olan Moskva Beynəlxalq Münasibətlər İnstitutuna qəbul aldı, lakin ailəsinin istəyi əsasında bundan imtina edərək Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdir. Elə həmin ildən Sov.İKP üzvlüyünə qəbul edilən Əbdürrəhman Vəzirov 1953-cü ildən təhsil aldığı institutun elektrik stansiyaları, şəbəkələri və yüksək gərginlik texnikası kafedrasının aspirantı olmuşdur. 1954-cü ilin yanvar ayında o, Azərbaycan Lenin Komsomolu Gənclər İttifaqı Mərkəzi Komitəsinin (LKGİ MK) təbliğat üzrə katibi, 1955-ci il dekabrın 16-da Azərbaycan komsomolunun XX qurultayında Azərbaycan LKGİ MK-nın ikinci katibi, 1957-ci ilin yanvar ayında isə birinci katibi seçilmişdir. O, burada olarkən Mixail Qorbaçovla birlikdə çalışmışdı və onların tanışlığı buradan başlamışdı.
Fəaliyyəti
1970–74-cü illərdə o vaxt respublikanın rəhbəri olan Heydər Əliyevin təyinatı ilə Vəzirov Gəncə şəhəri KP Birinci Katibi vəzifəsində işləyib. Vəzifədə işləyərkən insanların yaddaşında qeyri-ordinar davranışı, xalqla canlı təması, Moskvaya təyyarə reysi açması, rüşvətsiz fəaliyyətiylə qalıb. Sonra isə 1974-cü ildən 1976-cı ilə qədər Azərbaycan KP MK sənaye şöbəsinin rəhbəri kimi çalışıb. 1976–79-cu illərdə SSRİ-nin Kəlkətə şəhərindəki konsulluğunda baş konsulu olub. 1979–1985-ci illərdə SSRİ-nin Nepaldakı səfiri olub. 1985-ci ildə Mixail Qorbaçov Əbdürrəhman Vəzirova Azərbaycana rəhbərlik etməyi təklif etmişdi, lakin diplomatik işi daha üstün tutan Vəzirov o vaxt bu təklifdən imtina etdi. Buna səbəb kimi Azərbaycanda mövcud olan klan-korrupsiya sistemi və yerlibazlıq şəraitində işləyə bilməyəcəyini göstərdi və əvəzində Azərbaycanı tərk edərək SSRİ-nin Pakistandakı səfiri işləməyi seçdi. Bu vəzifədə olarkən SSRİ qoşunlarının Əfqanıstandan çıxarılmasına, həmçinin Əfqanıstanda mücahidlərə əsir düşmüş sovet əsgərlərinin Pakistan vasitəsilə əsirlikdən buraxılmasına dair danışıqlarda aktiv iştirak edirdi. Vəzirovun 10 ildən artıq müddətində Azərbaycandan kənarda siyasi fəaliyyət göstərməsinə görə Moskvada onu korrupsiyadan uzaq olan biri kimi qəbul edirdilər və Azərbaycanda korrupsiyanı aradan qaldırmaq üçün onu ölkəyə rəhbər təyin etmək fikrində idilər. İkinci dəfə Vəzirova 1988-ci ildə Azərbaycana rəhbərlik etmək təklif edildi və Vəzirov "partiyaya kömək naminə" bu təklifi qəbul etdi. Qorbaçov həm Ermənistan SSR-də Suren Arutyunyanı, həm də Azərbaycan SSR-də Ə. Vəzirovu eyni vaxtda birinci katib təyin etməklə bu respublikalarda qaynamaqda olan millətçilik hərəkatlarının yeni başçılar vasitəsilə qarşısını almağa ümid edirdi, lakin bir neçə ay sonra, SSRİ Ali Sovetinin 18 iyul 1988-ci il iclasında Qorbaçov özü Arutyunyan da daxil olmaqla erməni rəhbərliyini millətçilərlə əlbir olmaqda, yenidənqurmaya qarşı çıxmaqda ittiham edir, onları azərbaycanlı həmkarları kimi "beynəlmiləlçi" olmağa çağırırdı.
Azərbaycan KP MK Birinci Katibi
Əbdürrəhman Vəzirov, memuar kitabı.
Ə. Vəzirov 1988-ci il mayın 21-dən 1990-cı il yanvarın 20-dək Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi olmuşdur. Vəzirov özü 12 il xaricdə işlədikdən sonra Azərbaycana qayıdanda bu müddət ərzində respublikada Kommunist Partiyasının nüfuzunun necə ciddi sarsıldığını, mövqelərinin zəiflədiyini müşahidə etdi. Onun fikrincə Partiyanın sıralarında çoxlu sayda karyera adamları, təsadüfi insanlar var idi. Vəzirovun Azərbaycana rəhbər təyin olunmasını əhali əvvəlcə çox müsbət qarşıladı, ondan xüsusilə Qarabağ məsələsində nə isə yaxşı bir iş gözləyirdilər. Onun birinci katib təyin olunmasından sonra ölkə rəhbərliyi sıralarında korrupsiya səviyyəsi azaldı, yerliçiliyin aradan qaldırılmasına başlandı. Novruz bayramına rəsmi bayram statusu verildi. Vəzirov həm də respublikada komputerləşmənin genişlənməsinə çağırırdı, lakin getdikcə ona qarşı münasibət mənfiyə doğru dəyişdi. Vəzirovun nitq qabiliyyəti də çox bərbad idi, Azərbaycan dilində düzgün və səlis danışa bilmirdi. Bundan başqa Vəzirov əvvəlki illərdə Azərbaycana rəhbərlik etmiş H. Əliyevin dövründə baş vermiş korrupsiya hallarının ifşa edilməsi üçün kampaniya başlatmışdı, lakin Qarabağdakı kəskin münaqişə fonunda Vəzirovun erməni separatizminə qarşı deyil, H. Əliyevə qarşı mübarizə aparması xalqda Vəzirova qarşı kəskin etiraz formalaşdırdı. Bu dövrdə Moskvanın dəstəyi ilə Dağlıq Qarabağda ermənilərin separatçı hərəkatı alovlanmış, azərbaycanlıların doğma torpaqlarından qovulmasına başlanılmışdır. Vəzirov bundan başqa həmin illərdə respublikada kəskinləşən siyasi mübarizəni küçə və meydanlardan çıxararaq Azərbaycan SSR Ali Sovetinin iclas salonuna keçirmək istəyirdi. Ancaq Vəzirovun bunu uğurla həyata keçirə bilmədi. O həm də bir kosmopolit idi, xalqlar dostluğunun tərəfdarıydı. Bakıda fəaliyyət göstərən "Xalqlar dostluğu" metro stansiyasına belə ad məhz onun təşəbbüsü ilə artıq erməni-azərbaycanlı dostluğunun pozulduğu illərdə bu dostluğu geri qaytarmaq məqsədilə verilmişdi. Lakin onun bu təşəbbüsü ermənilərin Azərbaycana qarşı separatizm, etnik təmizləmə, ərazi münaqişəsi apardıqları bir vaxtda xalq tərəfindən çox pis qarşılandı.
Vəzirovun məqsədi Qarabağda yaranmaqda olan münaqişəni güc yoluyla deyil, danışıqlarla aradan qaldırmaq idi. Lakin hər dəfə Ermənistan SSR ilə Qarabağ məsələsini müzakirə etməyə çalışan Vəzirova Ermənistan rəhbərliyi yalnız bir kəlmə ilə cavab verirdi: "Qarabağı bizə verin!". 7 dekabr 1988-ci ildə Ermənistanda baş vermiş dəhşətli Spitak zəlzələsindən sonra Ə. Vəzirov iki respublika arasındakı qarşıdurmanı aradan qaldırmaq ümidi ilə Ermənistana genişmiqyaslı yardım kampaniyası başlatdı. Özünün iqtisadi vəziyyəti ağır olmasına baxmayaraq Azərbaycandan Ermənistana axtarış-xilasetmə qrupu, 25 min ton yanacaq, 860 ton bitum, 40 min ton mazut, 330 ton sürtkü yağları, çoxlu sayda tikinti texnikası, çadırlar, bir neçə ton sabun, bitki yağı və qida məhsulları göndərdi. Lakin Vəzirovun bu təşəbbüsü də uğursuz alındı. Ermənistan nəinki Qarabağa olan iddialarından əl çəkmədi, üstəlik Azərbaycandan verilmiş başsağlığı belə Ermənistanda heç bir yerdə dərc olunmadı. Azərbaycandan göndərilmiş donor qanlar Ermənistanda məhv edildi, azərbaycanlı axtarış qrupunu isə öz texnikalarının təkərlərini yumağa məcbur edirdilər ki, "Azərbaycanın heç bir tozu belə Ermənistanı çirkləndirməsin."
Uzun müddət Azərbaycanda yaşamadığı üçün respublikanın problemlərini çox səthi başa düşən Vəzirov, alovlanmaqda olan millətlərarası münaqişəyə öz effektivliyini tamamilə itirmiş keçmiş "beynəlmiləlçi" mövqelərindən yanaşırdı ki, bu da təbii ki, onun kobud səhvi idi. 1987–1991-ci illərdə Amerikanın SSRİ-dəki səfiri olmuş, həmçinin 1989-cu ildə Bakıya səfər edərək Vəzirovla görüşmüş "İmperiyanın ölümü" kitabında Vəzirov haqqında belə yazır: "Əbdürrəhman Vəzirovun on illərlə Azərbaycana başçılıq edən Heydər Əiyev hakimiyyət maşını ilə birbaşa əlaqəsi yox idi. Vəzirov, bəlkə də, bir çıxış yolu tapa bilərdi, lakin o, sərbəst hərəkət etmək imkanına malik deyildi. O, Moskvanın passivliyi və vətənində qaynayan siyasi ehtiraslar arasında sıxışıb qalmışdı".
Vəzirovun dövründə Azərbaycan ərazisində bir çox qanlı qarşıdurmalar baş verdi ki, Vəzirov hakimiyyəti bunların qarşısını almaqda tam acizlik göstərirdi. Bu qarşıdurmalara Xankəndi talanları və aid idi. Bundan başqa, 18 iyul 1988-ci ildə SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayəti idarəetməsini Bakının nəzarətindən çıxararaq rəhbərlik etdiyi xüsusi komitəyə verdi, Ə.Vəzirov isə bunun qarşısını almaqda da heç bir fəaliyyət göstərmədi və Moskvanın qərarını dəstəklədi. Bununla da, Azərbaycanın Qarabağa nəzarəti itirməsinin əsası qoyuldu. Vəzirov 1989-cu ilin avqustunda Moskvanın Qarabağ münaqişəsində Azərbaycana lazımi qədər dəstək göstərməməsini əsas göstərərək istefa məsələsini qaldırdı. Həmin ilin dekabrında yenə təkrar olaraq istefa vermək istədiyini bildirdi. Vəzirov Qarabağ münaqişəsində ermənilərin separatçılıq və terrorçuluq fəaliyyətinin qarşısını almaqda aciz olmuş, həmçinin Sovet qoşunlarının 1990-cı il yanvar ayının 20-də Azərbaycana daxil olmasının və yüzlərlə günahsız insanın qanını axıtmasının qarşısını ala bilməmişdir. Bundan başqa Vəzirov Ermənistandan deportasiya edilən azərbaycanlıların Qarabağda məskunlaşdırılmasını da təşkil edə bilməməkdə günahlandırılır. Ə. Vəzirov isə bunu qaçqınların özlərinin Qarabağda ermənilərlə birgə yaşamaqdan imtina etmələri ilə əlaqələndirirdi. Vəzirov həmçinin 20 yanvarda Sovet ordusunun Bakıya yeridilməsindən xəbərsiz olduğunu iddia edir və bu hadisənin baş verməsində ilk növbədə Xalq Cəbhəsini günahlandırır.
İstefası
1989-cu ilin payız aylarında Azərbaycanda Sovet hakimiyyətinə qarşı kütləvi etiraz aksiyaları böyüməyə başladı. 1990-cı ilin yanvar ayında isə vəziyyət kritik səviyyəyə çatmışdı və Azərbaycana rus qoşunlarının yeridilməsi müzakirə olunurdu. Vəzirov rus qoşunlarının Bakıya yeridilməsindən 2 gün öncə, 18 yanvarda istefa vermiş və Moskvaya qaçmışdır. Onun istefası günü baş verənlər haqqında ziddiyyətli məlumatlar yayılıb. Vəzirov özü bu barədə danışarkən 18 yanvar saat 11-in yarısınadək MK-da olduğunu, günorta saatlarında isə "Politbüro" tərəfindən işdən kənarlaşdırıldığını və diplomatik karyerasının davamı üçün XİN-nə dəvət edildiyini, bundan sonra baş verənləri isə xatırlamadığını deyib. Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin kürəkəni və 1988-ci ildən bu yana milli azadlıq hərəkatının fəallarından olan Aqil Səmədbəyli isə iddia edib ki, Əbdürrəhman Vəzirov Moskvanın tələblərini yerinə yetirməkdən imtina etdiyi və işğalçı SSRİ ordusunun yenidən Azərbaycanı işğal etməsinə imza atmadığı üçün yanvarın 18-də SSRİ DTK-sı Vəzirova iynə vuraraq onu yatızdırıb və hərbi helikopterlə Moskvaya aparıb. Vəzirova qarşı Xalq Cəbhəsi hakimiyyəti dövründə cinayət işi qaldırılmadı. Onun respublikaya gəlib-getməsinə təminat verilmişdi və o da bundan yararlanaraq bir neçə dəfə Azərbaycana gəlmişdi. Lakin sonrakı illərdə Azərbaycanda onun haqqında cinayət işi qaldırıldı. Azərbaycanın Baş Prokurorluğu tərəfindən 14 fevral 1992-ci ildə həmin dövrdə qüvvədə olan Cinayət Məcəlləsinin 94-cü maddəsinin 4 və 6-cı bəndləri (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 149-cu (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 168-ci (hakimiyyəti və ya qulluq səlahiyyətlərini aşma) və 255-ci (hakimiyyətdən sui-istifadə, hakimiyyət həddini aşma) maddələri ilə cinayət işi başlanılıb. İstintaqla müəyyən edilib ki, törədilən cinayət nəticəsində 132 nəfər şəxs qətlə yetirilib, 612 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, yüzlərlə bina dağıdılaraq dövlətə və vətəndaşlara külli miqdarda ziyan dəyib. 1994-cü ildə, cinayət hadisəsi baş verən zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov, Nazirlər Sovetinin sədri Ayaz Mütəllibov və digərlərinin cinayət məsuliyyətinə cəlb olunması barədə qərarlar qəbul edilib. Onlar istintaqdan qaçıb gizləndikləri üçün barələrində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilib.
Əbdürrəhman Vəzirov istefasından sonra siyasi fəaliyyətdən uzaqlaşmış və ölüm tarixinə qədər Moskvada yaşamışdır. 2007-ci ildə Əbdürrəhman Vəzirovun prezident İlham Əliyevə müraciət formasında sensasion açıqlaması yayılıb. Azərbaycan Kommunist Partiyasının keçmiş birinci katibi İlham Əliyevə müraciətində Bakıya dönmək və ona kömək etmək istədiyini yazmışdır. Lakin ertəsi gün o, bu xəbərin doğruluğunu təkzib etmiş və bunu özünə qarşı təxribat adlandırmışdır. 2009-cu ildə onun "Mənim diplomatik xidmətim" adlı xatirələri işıq üzü görüb.
Ölümü
Ə.Vəzirov 2022-ci ilin yanvarın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində 91 yaşında dünyasını dəyişib. Ə.Vəzirov sağlığında verdiyi vəsiyyətinə əsasən Moskva şəhərinin Troekurov qəbiristanlığında mərhum həyat yoldaşı İrinanın məzarının yanında torpağa tapşırılıb.
Ailəsi
Ə.Vəzirov əslən şuşalıdır. Atası Xəlil Vəzirov Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır. Anası Tovuz Vəzirova isə Füzuli rayonunun (keçmiş Karyagin) KP birinci katibinin bacısı idi. Anası tərəfdən babası Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında İrandan köçürülən ermənilərin məskunlaşmasına və yaşamasına şərait yaratmışdı, lakin sonradan ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün Vəzirovun babası Füzulidə məskunlaşmalı olmuşdu. İkinci Dünya müharibəsi illərində xəstə azyaşlı bacısını dərman çatışmazlığına görə itirib. Digər bacısı Bəyaz Vəzirova (Vaynşteyn) ixtisasca musiqi müəllimidir. O, Asəf Zeynallı adına Musiqi Texnikumunda müəllim işləmiş mərhum bəstəkar Leonid Vaynşteynin (1945–1994) həyat yoldaşıdır. Onun oğlu Rusiyada yaşayan məşhur bakılı Timur Vaynşteyndir. Ə.Vəzirov milliyətcə rus olan İrina adlı qadınla evli olub. Onların Eldar adında bir oğlu, Aliyə və Xəlil adlarında iki nəvəsi var.
Əsərləri
- (rus. “Моя дипслужба”)
İstinadlar
- https://www.azadliq.org/a/ebdurrehman-vezirov/31647242.html.
- Qazi, Vahid. "Vəzirovun tamamlanmış yarımçıq portreti". Teref.az (ingilis). İstifadə tarixi: 21 mart 2022.
- Kazımlı, Xalid. "Vəzir nəvəsinin tərs dövranı". "Yeni Müsavat" qəzeti. 2022-03-26 tarixində . İstifadə tarixi: 19 fevral 2022.
- "Vəzirov: "Heydər Əliyev mənə bir neçə post təklif etdi"" (az.). bugun.az. 12 iyul 2014 13:11:00. 2021-09-09 tarixində . İstifadə tarixi: 2014-07-13.
- Әбдүлрәһман Хәлил оғлу Вәзиров // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 321.
- Roland Grigor Suny. "Nationalism and Democracy in Gorbachev's Soviet Union: The Case of Karabagh", published in Rachel Denber. The Soviet Nationality Reader: The Disintegration in Context, Westview Press, 1992, ISBN , p. 494
- "Vəzirov: Qaqarinlə dostluq, "Əliyevə məktub" və Qarabağ haqqında / Paxlava Production". 2022-03-26 tarixində . İstifadə tarixi: 2019-02-28.
- Bölükbaşı, Suha. Azərbaycanın Siyasi Tarixi. 6 Salem Road, London W2 4BU: I.B.Tauris & Co Ltd. 2011. 98–159. ISBN . (#accessdate_missing_url)
- "Kamran Bağırov Əbdürrəhman Vəzirova nə deyib?". Teref.az. 2022-03-21 tarixində . İstifadə tarixi: 2022-03-21.
- "Əbdürrəhman Vəzirovun hakimiyyətə gəlməsindən 30 il ötür". 2022-03-26 tarixində . İstifadə tarixi: 2022-02-18.
- "Əbdürrəhman Vəzirov:"Qarabağ problemini güc yolu ilə həll etmək mənlik deyildi"". 2021-10-24 tarixində . İstifadə tarixi: 2022-03-22.
- Vəzirov, Əbdürrəhman. Parterin ilk cərgəsində. Moskva. 2009. 2022-04-02 tarixində . İstifadə tarixi: 2 aprel 2022.
- Vəzirovun prinsipial prinsipsizliyi və narazılığının artması
- ""Qorbaçova dedim ki, bunun öhdəsindən gələ bilmərəm. Ancaq o hər şeyi məhv etdi"". 2021-09-09 tarixində . İstifadə tarixi: 2021-01-20.
- Orucov, Hidayət. "Səfir Hidayət Orucovdan Əbdürrəhman Vəzirova AÇIQ MƏKTUB: "Heç dəyişməyibsiniz..."". modern.az. 2022-04-01 tarixində . İstifadə tarixi: 30 mart 2022.
- Aqil Səmədbəyli: "KQB" Vəzirovu iynə ilə yatırdıqdan sonra Moskvaya aparıb"
- Seyidağa, Etibar. "Müxalifətdən 90 yaşı tamam olan Vəzirova orijinal "təbrik"". musavat.com (rus). 2022-03-26 tarixində . İstifadə tarixi: 18 fevral 2022.
- "20 Yanvarla bağlı Vəzirova qaldırılan cinayət işinə xitam veriləcək?". 2022-03-22 tarixində . İstifadə tarixi: 2022-03-22.
- . 2013-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-01-31.
- . 2012-05-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-04-30.
- "Moskvada Əbdürrəhman Vəzirovla vidalaşırlar". 2022-03-26 tarixində . İstifadə tarixi: 2022-01-12.
- "Vəzirovun tabutu başında ağlayan qadın kim idi?". 2022-03-26 tarixində . İstifadə tarixi: 2022-02-20.
- ""Əbdürrəhman Vəzirov əsl faktları gizlədir"- YAP-dan reaksiya". 2018-05-20 tarixində . İstifadə tarixi: 2017-10-18.
- "Əbdürrəhman Vəzirov: "Məndən sonra Gəncəyə gələn birinci katib rüşvət alırdı"". 2018-01-15 tarixində . İstifadə tarixi: 2017-10-18.
- "Əbdürrəhman Vəzirov: "Heydər Əliyev məni təriflədi" — II HİSSƏ". 2018-05-05 tarixində . İstifadə tarixi: 2017-10-18.
Xarici keçidlər
- Azərbaycanın sabiq rəhbəri Vəzirov 22 il sonra – FOTOLAR
- Ayaz Mütəllibov: "Vəzirov Qırmızı Ordunun Bakıya girəcəyini ehtimal edirdi" — MÜSAHİBƏ
- Əbdürrəhman Vəzirovun trilogiyası…
- Vəzirovun Ağdamdakı "daçası" dağıdılmayıb — FOTOLAR
- "Əbdürrəhman Vəzirov da Azərbaycana gələ bilər"
- Vəzirov 1989-cu ildə Bakıda olan ABŞ səfirinə nə deyib? – TARİX
- Vəzirov 29 il sonra ortaya çıxdı — GİZLİNLƏRİ AÇDI, ETİRAF ETDİ. sfera.az, 27. fevral 2019 (az.)
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Vikipediyada bu soyadli muxtelif adamlar haqqinda meqaleler var bax Vezirov Ebdurrehman Xelil oglu Vezirov 26 may 1930 Baki 10 yanvar 2022 Moskva Azerbaycan sovet dovlet ve siyasi xadimi SSRI diplomati Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin 13 cu birinci katibi 1988 1990 SSRI nin Nepalda 1979 1985 ve Pakistanda 1985 1988 fovqelade ve selahiyyetli sefiri Ebdurrehman VezirovAzerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin birinci katibi21 may 1988 18 yanvar 1990EvvelkiKamran BagirovSonrakiAyaz MutellibovSSRI nin Pakistan Islam Respublikasinda fovqelade ve selahiyyetli sefiri16 may 1985 13 iyul 1988SSRI nin Nepal Kralliginda fovqelade ve selahiyyetli sefiri7 sentyabr 1979 12 iyun 1985Sexsi melumatlarDogum tarixi 26 may 1930 1930 05 26 Dogum yeri Baki Baki dairesi Azerbaycan SSR ZSFSR SSRIVefat tarixi 10 yanvar 2022 2022 01 10 91 yasinda Vefat yeri Moskva RusiyaDefn yeri Troyekurov qebiristanligiPartiya Sovet Ittifaqi Kommunist Partiyasi 1952 Tehsili Azerbaycan Senaye Institutu 1952 Fealiyyeti diplomat siyasetciAtasi Xelil VezirovAnasi Tovuz VezirovaHeyat yoldasi Irina Konstantinovna VezirovaUsagi Eldar VezirovTeltifleri Ebdurrehman Vezirov SSRI tarixinde sefir vezifesine olmus yegane azerbaycanlidir Siyasi baxislarina gore E Vezirov kompartiyaya sadiq olan esl leninci kommunist idi O Leninizm ideyalarina beseriyyetin isiqli geleceyinin kommunizm olduguna tam olaraq inanirdi Vezirov hem de H Eliyevin qeti eleyhdari idi HeyatiEbdurrehman Vezirov 1930 cu ilde Bakinin Kirov rayonunda dogulub Hele yeniyetme vaxtlarindan siyasetle maraqlanmis ingilis dilini oyrenmeye baslamisdir 1947 ci ilde Baki seher 160 nomreli orta mektebini bitirdikden sonra ozunun arzusu olan Moskva Beynelxalq Munasibetler Institutuna qebul aldi lakin ailesinin isteyi esasinda bundan imtina ederek Azerbaycan Senaye Institutunun indiki Azerbaycan Neft ve Senaye Universiteti energetika fakultesine daxil olmus ve 1952 ci ilde institutu bitirmisdir Ele hemin ilden Sov IKP uzvluyune qebul edilen Ebdurrehman Vezirov 1953 cu ilden tehsil aldigi institutun elektrik stansiyalari sebekeleri ve yuksek gerginlik texnikasi kafedrasinin aspiranti olmusdur 1954 cu ilin yanvar ayinda o Azerbaycan Lenin Komsomolu Gencler Ittifaqi Merkezi Komitesinin LKGI MK tebligat uzre katibi 1955 ci il dekabrin 16 da Azerbaycan komsomolunun XX qurultayinda Azerbaycan LKGI MK nin ikinci katibi 1957 ci ilin yanvar ayinda ise birinci katibi secilmisdir O burada olarken Mixail Qorbacovla birlikde calismisdi ve onlarin tanisligi buradan baslamisdi Fealiyyeti1970 74 cu illerde o vaxt respublikanin rehberi olan Heyder Eliyevin teyinati ile Vezirov Gence seheri KP Birinci Katibi vezifesinde isleyib Vezifede isleyerken insanlarin yaddasinda qeyri ordinar davranisi xalqla canli temasi Moskvaya teyyare reysi acmasi rusvetsiz fealiyyetiyle qalib Sonra ise 1974 cu ilden 1976 ci ile qeder Azerbaycan KP MK senaye sobesinin rehberi kimi calisib 1976 79 cu illerde SSRI nin Kelkete seherindeki konsullugunda bas konsulu olub 1979 1985 ci illerde SSRI nin Nepaldaki sefiri olub 1985 ci ilde Mixail Qorbacov Ebdurrehman Vezirova Azerbaycana rehberlik etmeyi teklif etmisdi lakin diplomatik isi daha ustun tutan Vezirov o vaxt bu teklifden imtina etdi Buna sebeb kimi Azerbaycanda movcud olan klan korrupsiya sistemi ve yerlibazliq seraitinde isleye bilmeyeceyini gosterdi ve evezinde Azerbaycani terk ederek SSRI nin Pakistandaki sefiri islemeyi secdi Bu vezifede olarken SSRI qosunlarinin Efqanistandan cixarilmasina hemcinin Efqanistanda mucahidlere esir dusmus sovet esgerlerinin Pakistan vasitesile esirlikden buraxilmasina dair danisiqlarda aktiv istirak edirdi Vezirovun 10 ilden artiq muddetinde Azerbaycandan kenarda siyasi fealiyyet gostermesine gore Moskvada onu korrupsiyadan uzaq olan biri kimi qebul edirdiler ve Azerbaycanda korrupsiyani aradan qaldirmaq ucun onu olkeye rehber teyin etmek fikrinde idiler Ikinci defe Vezirova 1988 ci ilde Azerbaycana rehberlik etmek teklif edildi ve Vezirov partiyaya komek namine bu teklifi qebul etdi Qorbacov hem Ermenistan SSR de Suren Arutyunyani hem de Azerbaycan SSR de E Vezirovu eyni vaxtda birinci katib teyin etmekle bu respublikalarda qaynamaqda olan milletcilik herekatlarinin yeni bascilar vasitesile qarsisini almaga umid edirdi lakin bir nece ay sonra SSRI Ali Sovetinin 18 iyul 1988 ci il iclasinda Qorbacov ozu Arutyunyan da daxil olmaqla ermeni rehberliyini milletcilerle elbir olmaqda yenidenqurmaya qarsi cixmaqda ittiham edir onlari azerbaycanli hemkarlari kimi beynelmilelci olmaga cagirirdi Azerbaycan KP MK Birinci Katibi Azerbaycana rehberliye geldikden sonra mesuliyyetsiz quvvelerin butun gucleri ile cemiyyeti calxalamaq respublikani zeifletmek cehdlerinden dehsetli sarsinti kecirdim Tarixde cox az numune var ki tecavuzkar niyyetler qarsisinda qalmis xalq toparlanmadi oz siralarina butun resurslari birlesdirmedi Teessuf ki Qarabag munaqisesi bizim xalqin birlesmesi ucun teyinedici leytmotiv olmadi Ermenilere qarsi bir yumruq kimi vahid cebhede cixis etmek evezine elimiz aciq qaldi Ebdurrehman Vezirov memuar kitabi E Vezirov 1988 ci il mayin 21 den 1990 ci il yanvarin 20 dek Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin 1 ci katibi olmusdur Vezirov ozu 12 il xaricde isledikden sonra Azerbaycana qayidanda bu muddet erzinde respublikada Kommunist Partiyasinin nufuzunun nece ciddi sarsildigini movqelerinin zeiflediyini musahide etdi Onun fikrince Partiyanin siralarinda coxlu sayda karyera adamlari tesadufi insanlar var idi Vezirovun Azerbaycana rehber teyin olunmasini ehali evvelce cox musbet qarsiladi ondan xususile Qarabag meselesinde ne ise yaxsi bir is gozleyirdiler Onun birinci katib teyin olunmasindan sonra olke rehberliyi siralarinda korrupsiya seviyyesi azaldi yerliciliyin aradan qaldirilmasina baslandi Novruz bayramina resmi bayram statusu verildi Vezirov hem de respublikada komputerlesmenin genislenmesine cagirirdi lakin getdikce ona qarsi munasibet menfiye dogru deyisdi Vezirovun nitq qabiliyyeti de cox berbad idi Azerbaycan dilinde duzgun ve selis danisa bilmirdi Bundan basqa Vezirov evvelki illerde Azerbaycana rehberlik etmis H Eliyevin dovrunde bas vermis korrupsiya hallarinin ifsa edilmesi ucun kampaniya baslatmisdi lakin Qarabagdaki keskin munaqise fonunda Vezirovun ermeni separatizmine qarsi deyil H Eliyeve qarsi mubarize aparmasi xalqda Vezirova qarsi keskin etiraz formalasdirdi Bu dovrde Moskvanin desteyi ile Dagliq Qarabagda ermenilerin separatci herekati alovlanmis azerbaycanlilarin dogma torpaqlarindan qovulmasina baslanilmisdir Vezirov bundan basqa hemin illerde respublikada keskinlesen siyasi mubarizeni kuce ve meydanlardan cixararaq Azerbaycan SSR Ali Sovetinin iclas salonuna kecirmek isteyirdi Ancaq Vezirovun bunu ugurla heyata kecire bilmedi O hem de bir kosmopolit idi xalqlar dostlugunun terefdariydi Bakida fealiyyet gosteren Xalqlar dostlugu metro stansiyasina bele ad mehz onun tesebbusu ile artiq ermeni azerbaycanli dostlugunun pozuldugu illerde bu dostlugu geri qaytarmaq meqsedile verilmisdi Lakin onun bu tesebbusu ermenilerin Azerbaycana qarsi separatizm etnik temizleme erazi munaqisesi apardiqlari bir vaxtda xalq terefinden cox pis qarsilandi Vezirovun meqsedi Qarabagda yaranmaqda olan munaqiseni guc yoluyla deyil danisiqlarla aradan qaldirmaq idi Lakin her defe Ermenistan SSR ile Qarabag meselesini muzakire etmeye calisan Vezirova Ermenistan rehberliyi yalniz bir kelme ile cavab verirdi Qarabagi bize verin 7 dekabr 1988 ci ilde Ermenistanda bas vermis dehsetli Spitak zelzelesinden sonra E Vezirov iki respublika arasindaki qarsidurmani aradan qaldirmaq umidi ile Ermenistana genismiqyasli yardim kampaniyasi baslatdi Ozunun iqtisadi veziyyeti agir olmasina baxmayaraq Azerbaycandan Ermenistana axtaris xilasetme qrupu 25 min ton yanacaq 860 ton bitum 40 min ton mazut 330 ton surtku yaglari coxlu sayda tikinti texnikasi cadirlar bir nece ton sabun bitki yagi ve qida mehsullari gonderdi Lakin Vezirovun bu tesebbusu de ugursuz alindi Ermenistan neinki Qarabaga olan iddialarindan el cekmedi ustelik Azerbaycandan verilmis bassagligi bele Ermenistanda hec bir yerde derc olunmadi Azerbaycandan gonderilmis donor qanlar Ermenistanda mehv edildi azerbaycanli axtaris qrupunu ise oz texnikalarinin tekerlerini yumaga mecbur edirdiler ki Azerbaycanin hec bir tozu bele Ermenistani cirklendirmesin Uzun muddet Azerbaycanda yasamadigi ucun respublikanin problemlerini cox sethi basa dusen Vezirov alovlanmaqda olan milletlerarasi munaqiseye oz effektivliyini tamamile itirmis kecmis beynelmilelci movqelerinden yanasirdi ki bu da tebii ki onun kobud sehvi idi 1987 1991 ci illerde Amerikanin SSRI deki sefiri olmus hemcinin 1989 cu ilde Bakiya sefer ederek Vezirovla gorusmus Imperiyanin olumu kitabinda Vezirov haqqinda bele yazir Ebdurrehman Vezirovun on illerle Azerbaycana basciliq eden Heyder Eiyev hakimiyyet masini ile birbasa elaqesi yox idi Vezirov belke de bir cixis yolu tapa bilerdi lakin o serbest hereket etmek imkanina malik deyildi O Moskvanin passivliyi ve veteninde qaynayan siyasi ehtiraslar arasinda sixisib qalmisdi Vezirovun dovrunde Azerbaycan erazisinde bir cox qanli qarsidurmalar bas verdi ki Vezirov hakimiyyeti bunlarin qarsisini almaqda tam acizlik gosterirdi Bu qarsidurmalara Xankendi talanlari ve aid idi Bundan basqa 18 iyul 1988 ci ilde SSRI Ali Soveti Dagliq Qarabag Muxtar Vilayeti idareetmesini Bakinin nezaretinden cixararaq rehberlik etdiyi xususi komiteye verdi E Vezirov ise bunun qarsisini almaqda da hec bir fealiyyet gostermedi ve Moskvanin qerarini destekledi Bununla da Azerbaycanin Qarabaga nezareti itirmesinin esasi qoyuldu Vezirov 1989 cu ilin avqustunda Moskvanin Qarabag munaqisesinde Azerbaycana lazimi qeder destek gostermemesini esas gostererek istefa meselesini qaldirdi Hemin ilin dekabrinda yene tekrar olaraq istefa vermek istediyini bildirdi Vezirov Qarabag munaqisesinde ermenilerin separatciliq ve terrorculuq fealiyyetinin qarsisini almaqda aciz olmus hemcinin Sovet qosunlarinin 1990 ci il yanvar ayinin 20 de Azerbaycana daxil olmasinin ve yuzlerle gunahsiz insanin qanini axitmasinin qarsisini ala bilmemisdir Bundan basqa Vezirov Ermenistandan deportasiya edilen azerbaycanlilarin Qarabagda meskunlasdirilmasini da teskil ede bilmemekde gunahlandirilir E Vezirov ise bunu qacqinlarin ozlerinin Qarabagda ermenilerle birge yasamaqdan imtina etmeleri ile elaqelendirirdi Vezirov hemcinin 20 yanvarda Sovet ordusunun Bakiya yeridilmesinden xebersiz oldugunu iddia edir ve bu hadisenin bas vermesinde ilk novbede Xalq Cebhesini gunahlandirir Istefasi 1989 cu ilin payiz aylarinda Azerbaycanda Sovet hakimiyyetine qarsi kutlevi etiraz aksiyalari boyumeye basladi 1990 ci ilin yanvar ayinda ise veziyyet kritik seviyyeye catmisdi ve Azerbaycana rus qosunlarinin yeridilmesi muzakire olunurdu Vezirov rus qosunlarinin Bakiya yeridilmesinden 2 gun once 18 yanvarda istefa vermis ve Moskvaya qacmisdir Onun istefasi gunu bas verenler haqqinda ziddiyyetli melumatlar yayilib Vezirov ozu bu barede danisarken 18 yanvar saat 11 in yarisinadek MK da oldugunu gunorta saatlarinda ise Politburo terefinden isden kenarlasdirildigini ve diplomatik karyerasinin davami ucun XIN ne devet edildiyini bundan sonra bas verenleri ise xatirlamadigini deyib Azerbaycanin ikinci prezidenti Ebulfez Elcibeyin kurekeni ve 1988 ci ilden bu yana milli azadliq herekatinin feallarindan olan Aqil Semedbeyli ise iddia edib ki Ebdurrehman Vezirov Moskvanin teleblerini yerine yetirmekden imtina etdiyi ve isgalci SSRI ordusunun yeniden Azerbaycani isgal etmesine imza atmadigi ucun yanvarin 18 de SSRI DTK si Vezirova iyne vuraraq onu yatizdirib ve herbi helikopterle Moskvaya aparib Vezirova qarsi Xalq Cebhesi hakimiyyeti dovrunde cinayet isi qaldirilmadi Onun respublikaya gelib getmesine teminat verilmisdi ve o da bundan yararlanaraq bir nece defe Azerbaycana gelmisdi Lakin sonraki illerde Azerbaycanda onun haqqinda cinayet isi qaldirildi Azerbaycanin Bas Prokurorlugu terefinden 14 fevral 1992 ci ilde hemin dovrde quvvede olan Cinayet Mecellesinin 94 cu maddesinin 4 ve 6 ci bendleri agirlasdirici hallarda qesden adam oldurme 149 cu emlaki qesden mehv etme ve ya zedeleme 168 ci hakimiyyeti ve ya qulluq selahiyyetlerini asma ve 255 ci hakimiyyetden sui istifade hakimiyyet heddini asma maddeleri ile cinayet isi baslanilib Istintaqla mueyyen edilib ki toredilen cinayet neticesinde 132 nefer sexs qetle yetirilib 612 nefer yaralanib 841 nefer qanunsuz hebs olunub yuzlerle bina dagidilaraq dovlete ve vetendaslara kulli miqdarda ziyan deyib 1994 cu ilde cinayet hadisesi bas veren zaman Azerbaycan Kommunist Partiyasi Merkezi Komitesinin birinci katibi olmus Ebdurrehman Vezirov Nazirler Sovetinin sedri Ayaz Mutellibov ve digerlerinin cinayet mesuliyyetine celb olunmasi barede qerarlar qebul edilib Onlar istintaqdan qacib gizlendikleri ucun barelerinde hebs qetimkan tedbiri secilerek axtaris elan edilib Ebdurrehman Vezirov istefasindan sonra siyasi fealiyyetden uzaqlasmis ve olum tarixine qeder Moskvada yasamisdir 2007 ci ilde Ebdurrehman Vezirovun prezident Ilham Eliyeve muraciet formasinda sensasion aciqlamasi yayilib Azerbaycan Kommunist Partiyasinin kecmis birinci katibi Ilham Eliyeve muracietinde Bakiya donmek ve ona komek etmek istediyini yazmisdir Lakin ertesi gun o bu xeberin dogrulugunu tekzib etmis ve bunu ozune qarsi texribat adlandirmisdir 2009 cu ilde onun Menim diplomatik xidmetim adli xatireleri isiq uzu gorub OlumuE Vezirov 2022 ci ilin yanvarin 10 da Rusiyanin paytaxti Moskva seherinde 91 yasinda dunyasini deyisib E Vezirov sagliginda verdiyi vesiyyetine esasen Moskva seherinin Troekurov qebiristanliginda merhum heyat yoldasi Irinanin mezarinin yaninda torpaga tapsirilib AilesiE Vezirov eslen susalidir Atasi Xelil Vezirov Qarabagin son xaninin bas veziri Mirze Camal Cavansir Qarabaginin neslindendir Soyadinin Vezirov olmasi da buradan qaynaqlanir Anasi Tovuz Vezirova ise Fuzuli rayonunun kecmis Karyagin KP birinci katibinin bacisi idi Anasi terefden babasi Dudukcu kendinde boyuk mulkedar olub ve oz torpaqlarinda Irandan kocurulen ermenilerin meskunlasmasina ve yasamasina serait yaratmisdi lakin sonradan ermeniler silahlanaraq kendden butun azerbaycanlilari qovduqlari ucun Vezirovun babasi Fuzulide meskunlasmali olmusdu Ikinci Dunya muharibesi illerinde xeste azyasli bacisini derman catismazligina gore itirib Diger bacisi Beyaz Vezirova Vaynsteyn ixtisasca musiqi muellimidir O Asef Zeynalli adina Musiqi Texnikumunda muellim islemis merhum bestekar Leonid Vaynsteynin 1945 1994 heyat yoldasidir Onun oglu Rusiyada yasayan meshur bakili Timur Vaynsteyndir E Vezirov milliyetce rus olan Irina adli qadinla evli olub Onlarin Eldar adinda bir oglu Aliye ve Xelil adlarinda iki nevesi var Eserleri rus Moya dipsluzhba Istinadlarhttps www azadliq org a ebdurrehman vezirov 31647242 html Qazi Vahid Vezirovun tamamlanmis yarimciq portreti Teref az ingilis Istifade tarixi 21 mart 2022 Kazimli Xalid Vezir nevesinin ters dovrani Yeni Musavat qezeti 2022 03 26 tarixinde Istifade tarixi 19 fevral 2022 Vezirov Heyder Eliyev mene bir nece post teklif etdi az bugun az 12 iyul 2014 13 11 00 2021 09 09 tarixinde Istifade tarixi 2014 07 13 Әbdүlrәһman Hәlil oglu Vәzirov Azәrbaјҹan SSR Ali Soveti deputatlarynyn tәrҹүmeјi һallary Beshinҹi chagyrysh 15 mart 1959 ҹu il Baky 1960 S 321 Roland Grigor Suny Nationalism and Democracy in Gorbachev s Soviet Union The Case of Karabagh published in Rachel Denber The Soviet Nationality Reader The Disintegration in Context Westview Press 1992 ISBN 0 8133 1027 X p 494 Vezirov Qaqarinle dostluq Eliyeve mektub ve Qarabag haqqinda Paxlava Production 2022 03 26 tarixinde Istifade tarixi 2019 02 28 Bolukbasi Suha Azerbaycanin Siyasi Tarixi 6 Salem Road London W2 4BU I B Tauris amp Co Ltd 2011 98 159 ISBN 978 1 84885 620 2 accessdate missing url Kamran Bagirov Ebdurrehman Vezirova ne deyib Teref az 2022 03 21 tarixinde Istifade tarixi 2022 03 21 Ebdurrehman Vezirovun hakimiyyete gelmesinden 30 il otur 2022 03 26 tarixinde Istifade tarixi 2022 02 18 Ebdurrehman Vezirov Qarabag problemini guc yolu ile hell etmek menlik deyildi 2021 10 24 tarixinde Istifade tarixi 2022 03 22 Vezirov Ebdurrehman Parterin ilk cergesinde Moskva 2009 2022 04 02 tarixinde Istifade tarixi 2 aprel 2022 Vezirovun prinsipial prinsipsizliyi ve naraziliginin artmasi Qorbacova dedim ki bunun ohdesinden gele bilmerem Ancaq o her seyi mehv etdi 2021 09 09 tarixinde Istifade tarixi 2021 01 20 Orucov Hidayet Sefir Hidayet Orucovdan Ebdurrehman Vezirova ACIQ MEKTUB Hec deyismeyibsiniz modern az 2022 04 01 tarixinde Istifade tarixi 30 mart 2022 Aqil Semedbeyli KQB Vezirovu iyne ile yatirdiqdan sonra Moskvaya aparib Seyidaga Etibar Muxalifetden 90 yasi tamam olan Vezirova orijinal tebrik musavat com rus 2022 03 26 tarixinde Istifade tarixi 18 fevral 2022 20 Yanvarla bagli Vezirova qaldirilan cinayet isine xitam verilecek 2022 03 22 tarixinde Istifade tarixi 2022 03 22 2013 06 11 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 01 31 2012 05 03 tarixinde orijinalindan arxivlesdirilib Istifade tarixi 2012 04 30 Moskvada Ebdurrehman Vezirovla vidalasirlar 2022 03 26 tarixinde Istifade tarixi 2022 01 12 Vezirovun tabutu basinda aglayan qadin kim idi 2022 03 26 tarixinde Istifade tarixi 2022 02 20 Ebdurrehman Vezirov esl faktlari gizledir YAP dan reaksiya 2018 05 20 tarixinde Istifade tarixi 2017 10 18 Ebdurrehman Vezirov Menden sonra Genceye gelen birinci katib rusvet alirdi 2018 01 15 tarixinde Istifade tarixi 2017 10 18 Ebdurrehman Vezirov Heyder Eliyev meni terifledi II HISSE 2018 05 05 tarixinde Istifade tarixi 2017 10 18 Xarici kecidlerAzerbaycanin sabiq rehberi Vezirov 22 il sonra FOTOLAR Ayaz Mutellibov Vezirov Qirmizi Ordunun Bakiya gireceyini ehtimal edirdi MUSAHIBE Ebdurrehman Vezirovun trilogiyasi Vezirovun Agdamdaki dacasi dagidilmayib FOTOLAR Ebdurrehman Vezirov da Azerbaycana gele biler Vezirov 1989 cu ilde Bakida olan ABS sefirine ne deyib TARIX Vezirov 29 il sonra ortaya cixdi GIZLINLERI ACDI ETIRAF ETDI sfera az 27 fevral 2019 az