Şamaxının yağmalanması — 18 avqust 1721-ci ildə üsyankar sünni ləzgilərin tənəzzüldə olan Səfəvi dövlətinin Şirvan bəylərbəyliyinin paytaxtı Şamaxı şəhərinə (indiki Azərbaycan Respublikasında) hücumu. Səfəvilərin uğurlu əks-hücumu mərkəzi hökumət tərəfindən kritik bir anda dayandırılmış, nəticədə təhdid altında nəzarətsiz qalmış Şamaxı 15 min ləzgi qəbilə üzvü tərəfindən tutulmuş, şəhərin şiə əhalisinə qarşı qırğın törədilmiş və şəhər özü talan edilmişdir.
Şamaxının yağmalanması | |||
---|---|---|---|
Səfəvilər dövlətinin tənəzzülü | |||
| |||
Tarix | 18 avqust 1721 | ||
Yeri | Şamaxı, Şirvan bəylərbəyliyi, Səfəvilər dövləti (indiki Azərbaycan Respublikası) | ||
Nəticəsi | Üsyançıların qələbəsi | ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Tərəflərin qüvvəsi | |||
| |||
Ümumi itkilər | |||
| |||
Şamaxıda rus tacirlərinin ölümü sonradan 1722–1723-cü illərdə Rusiya–Səfəvi müharibəsi üçün kazus belli kimi istifadə edilmiş, Səfəvilər dövləti ilə Rusiya arasında ticarət əlaqələrinin dayandırılmasına və Həştərxanın Volqa ticarət yolunun son nöqtəsinə çevrilməsinə səbəb olmuşdur.
Zəmin
XVIII əsrin birinci onilliyində bir vaxtlar çiçəklənən Səfəvi dövləti ciddi tənəzzülə uğramışdı və onun ağalıq etdiyi ərazilərin bir çoxunda üsyanlar qalxırdı. Dövlətin başçısı Sultan Hüseyn zəif bir hakim idi və şəxsən baş mollasından daha humanist, çevik və dinc olmağa meyilli olsa da, mühüm dövlət qərarları ilə bağlı müşavirlərinin tövsiyələri ilə razılaşırdı. O, arabir ova çıxması istisna olmaqla, daim paytaxt İsfahan şəhərində və ya onun yaxınlığında yaşamağa üstünlük verərək "ən yaxın saray əyanlarından başqa" heç kəsə görünməmiş və "stasionar monarx" kimi hökm sürmüşdür. Ömrü boyu yalnız öz hərəminin divarlarını görən Sultan Hüseyn tez bir zamanda aparıcı üləmanın, ilk növbədə, Məhəmməd Baqir Məclisinin təsiri altında düşmüşdür. Sultan Hüseynin sələfi I Süleymanın (1666–1694-cü illərdə hakimiyyətdə olmuşdur) dövründə artıq mühüm siyasi güc əldə etmiş Məclisi Səfəvi dövlətində yaşayan sünni və sufi əhaliyə, eləcə də onun qeyri-müsəlman dini azlıqlarına, yəni xristianlar, yəhudilər və zərdüştilərə qarşı təqibləri şirnikləşdirmişdir. Əksəriyyəti ermənilərdən ibarət olan xristianlar digər qruplara nisbətən daha az repressiyaya uğrasalar da, onlara da zaman-zaman hücumlar edilmişdir. Tarixçi Rocer Seyvoriyə görə, Sultan Hüseyn xristianlara qarşı şəxsi səviyyədə düşmənçilik nümayiş etdirməsə də, onun üzərində böyük təsirə malik olan ruhanilər, xüsusən də Məclisi Sultan Hüseyni "ədalətsiz və dözümsüz fərmanlar" verməyə razı salmışlar. Səfəvilər dövrünün axırlarında yaranan gərgin dini atmosfer dövlətin müxtəlif yerlərində sünni üsyanlarının qalxmasında mühüm amil olmuşdur. Tarixçi Maykl Eksvorti qeyd etmişdir ki, buna "ən bariz nümunə sünni dindarların öldürüldüyü, dini kitabların məhv edildiyi və sünni məscidlərin tövlələrə çevrildiyi Şirvandakı üsyandır".
Səfəvi dövlətinin şimal-qərb ərazilərinin, o cümlədən Şirvan və Dağıstanın sünni əhalisi Sultan Hüseynin dövründə baş tutan dini repressiyadan ən çox əziyyət çəkənlərdən olmuşdur. 1718-ci ildə ləzgilərin Şirvana basqınları güclənmişdir və tarixçi Rudi Matti yazmışdır ki, şayiələrə görə, bu basqınlar o vaxtkı baş vəzir Fətəli xan Dağıstani (1716–1720-ci illərdə bu vəzifədə olmuşdur) tərəfindən qızışdırılmışdı. Rusiyanın Səfəvilər dövlətindəki səfiri və 1718-ci ildə Şamaxıda olan Artemi Volınski qeydlərində yazmışdır ki, yerli məmurlar baş vəziri "kafir" hesab etdikləri üçün onun əmrlərini etibarsız hesab etmişlər və hətta hökmdarın nüfuzunu şübhə altına almışlar. Rusiyanın diplomatik heyətinin üzvü olan italyan Florio Beneveni təkidlə bildirmişdir ki, Şamaxı əhalisi "onlardan külli miqdarda pul qopardıqları"na görə dövlətə qarşı üsyana hazır idilər. Buna baxmayaraq, talanlar, qarətllər və basqınlar davam edirdi. Ləzgilər həmin il Nizovoy yaxınlığında yerləşən Ağdaşı kəndinin bir neçə sakinini qaçırmış və Şamaxıya gedən yolda 40 nəfərdən ibarət karvanı qarət etmiş, sonra apreldə kəndi tutmuşlar. Bu hadisələrdən sonra üsyançılarla bağlı çoxsaylı əlavə məlumatlar qeyd edilmişdir.
Hücum və yağma
1718-ci il may ayının əvvəlinə qədər 17 minə yaxın ləzgi qəbilə üzvü Şamaxıdan 20 kilometr (12 mil) aralıda mövqe tutmuş, Şamaxıya yaxın yaşayış məntəqələrini yağmalamağa başlamışlar. 1719-cu ildə Səfəvi hökuməti ləzgi üsyanına qarşı çıxmaq vəzifəsi ilə sipəhsalar Hüseynqulu xanı Gürcüstana göndərmək qərarına gəlmişdir. Hüseynqulu xan qonşu Kaxeti çarı II Davidin, eləcə də Şirvan bəyləybəyi Həsənəli xan Dağıstaninin köməyi ilə Dağıstana yürüş etmiş və ləzgilərin qarşısını almaqda mühüm uğur qazanmışdır. Buna baxmayaraq, mərkəzi hökumət 1721-ci ilin qışında, yürüşün həlledici anında onu geri çağırmışdır. Baş vəzir ölümündən sonra verilən qərar sarayın xədimlər fraksiyasının təhriki ilə verilmişdi. Onlar şahı inandırmışdı ki, yürüşün uğurla başa çatması Səfəvi dövlətinə xeyirdən çox ziyan vuracaq. Onların fikrincə, bu, Səfəvi valisi Hüseynqulu xana Səfəvi ərazilərində nizamı bərpa etmək adı altında Rusiya ilə ittifaq bağlamağa imkan verəcəkdi. Təxminən eyni vaxtda, 1721-ci ilin avqustunda, əfqanların Səfəvi dövlətinin şərq ərazilərinə hücuma keçməsindən azca sonra Sultan Hüseyn ləzgilərin üsyankar dağlı başçısı və sünni ruhanisi Hacı Davud Müşkürlünün Səfəvi dövlətinin Dərbənd şəhərindəki həbsxanadan azad edilməsini əmr etmişdir. Sultan Hüseyn və hökumət ümid edirdi ki, Hacı Davud və onun dağıstanlı müttəfiqləri şərq cəbhəsində üsyanı yatırmağa kömək edəcəklər, lakin bunun əvəzinə Hacı Davud Dağıstanda qəbilə koalisiyasına başçılıq etməyə başlamış və o, həm Səfəvi qüvvələrinə, həm də dövlətin şiə əhalisinə qarşı kampaniyaya başlamış və sonda bəylərbəyliyin mərkəzi Şamaxı şəhərinə etmişdir.
Mühasirədən az əvvəl Şirvan bəylərbəyliyi ərazisində yaşayan sünnilər kömək üçün qonşu sünni dövləti və Səfəvilərin rəqibiOsmanlı imperiyasına müraciət etmişlər. Hacı Davudun başçılıq etdiyi, 15 minə yaxın qəbilə üzvündən ibarət üsyançılar koalisiyası Surxay xan Qazıqumuxlunun köməyi ilə Şamaxıya doğru hərəkət etmiş, 15 avqustda ora çatmış və dərhal şəhəri mühasirəyə almışdır. Sonda Şamaxının sünni sakinləri şəhərin darvazalarından birini açaraq üsyançıların şəhərə girməsinə imkan yaratmış və 18 avqust 1721-ci ildə Şamaxı tutulmuş, şəhərdə yaşayan şiələrə qarşı qırğın törədilmiş, nəticədə 4–5 min şiə öldürülmüş, həmçinin xristianlar və yadellilər qarət edilmişdir. Bir neçə rus taciri də öldürülmüş, bir çox rus tacirinin dükanları talan edilmiş, bu da onlara ciddi iqtisadi ziyan vurmuşdur. Tacirlər arasında böyük itkilərə məruz qalan və "Rusiyanın ən zəngin taciri" olan Matvey Yevreynov da var idi. Şəhərin şiə məzhəbli Səfəvi valisi, onun qardaşı oğlu və qalan qohumları "izdiham tərəfindən parça-parça edilmiş və onları cəsədləri itlərə verilmişdir". Bəylərbəyliyin ərazisi üsyançılar tərəfindən tamamilə ələ keçirildikdən sonra Hacı Davud Rusiyaya müraciət etmiş, o zamankı Rusiya çarı Böyük Pyotra (1682–1725-ci illərdə hakimiyyətdə olmuşdur) öz sədaqətini bəyan etmişdir. Bu müraciətdən müsbət cavab almayan Hacı Davud Osmanlı sultanına müraciət etmiş və müsbət cavab almışdır. Bundan sonra o, Sultan III Əhməd tərəfindən Osmanlının Şirvan valisi təyin edilmişdir.
Nəticə
Artemi Volınski Rusiya çarı Böyük Pyotra rus tacirlərinə və onların yaşayış vasitələrinə dəymiş əhəmiyyətli zərər haqqında məlumat vermişdir. Hesabatda 1721-ci ildə baş tutmuş hadisənin Çar Rusiyası ilə Səfəvilər arasında 1717-ci ildə imzalanmış ticarət müqaviləsinin açıq şəkildə pozulması olduğuna diqqət çəkilmişdir. Bu müqaviləyə əsasən Səfəvi hakimiyyəti öz dövlətlərinin hüdudlarında Rusiya vətəndaşlarının müdafiəsinə zəmanət vermişdir. Volınski Səfəvi səltənətində xaos hökm sürdüyünə və Səfəvi hökmdarı müqavilənin müddəalarını yerinə yetirə bilmədiyinə görə Pyotrdan Səfəvi şahının müttəfiqi kimi səltənətdə asayişi bərpa etmək bəhanəsi ilə vəziyyətdən istifadə edərək Səfəvilərə hücum etməyə çağırmışdır. Odur ki, ardınca Rusiya Şamaxıdakı tacirlərinə hücumdan 1722–1723-cü illərdə Rusiya–Səfəvi müharibəsi üçün kazus belli kimi istifadə etmişdir. Bu epizod Səfəvilər dövləti ilə Rusiya arasında ticarət əlaqələrinin dayandırılmasına və Həştərxan şəhərinin Volqa ticarət yolunun son nöqtəsinə çevrilməsinə səbəb olmuşdur.
Qeydlər
- "Nizovoy" Şamaxı şəhərindən 40 kilometr (25 mil) şimal-şərqdə, Dərbənd şəhərindən cənubda və Xəzər dənizinin yerləşən Niyazabad liman şəhərinin rus dilindəki adı idi. Tarixçi Rudi Mattiyə görə, bu, heç də ideal bir liman olmasa da, Niyazabad Xəzər dənizinin litoral zonasının qərbindəki bir neçə fəal limandan idi.
- Hacı Davud Müşkürlü mənbələrdə həmçinin, "Hacı Davud bəy", "Davud bəy", "Davud xan", "Davud xan Ləzgi" və kimi xatırlanır.
- Atkin yazışdır ki, tacirin "bir milyon yarım rubl dəyərindəki mülkü qarət edilmişdir". Pyer Başu və Rusiya konsulu qeydlərinə əsaslanan Rudi Mattiyə görə, tacirlər, "deyilənə görə, 70–100 min tümən ziyana düşmüşdür". Daha sonra o, əlavə edir ki, Rusiya mənbələri 400 min tümən dəyərində vurulan ziyandan bəhs edir, lakin bu, Rusiyanın qarşıdan gələn hücumuna "əsaslandırmanı gücləndirmək" üçün edilmiş mübaliğədir. Mattinin fikrincə, daha real hesabatlarda 60 min tümən qeyd edilmişdir.
Mənbə
İstinadlar
- Kazemzadeh, 1991. səh. 316
- Mikaberidze, 2011. səh. 761
- Matthee, 2005. səh. 27
- Axworthy, 2010. səh. 42
- Savory, 2007. səh. 251
- Matthee, 2012. səh. 223
- Matthee, 2012. səh. 225
- Matthee, 1999. səh. 54
- Lockhart, 1958. səh. 577
- Matthee, 1999. səh. 223
- Rashtiani, 2018. səh. 167
- Rothman, 2015. səh. 236
- Matthee, 2015. səh. 489–490
- Atkin, 1980. səh. 4
- Sicker, 2001. səh. 48
- Matthee, 2012. səh. 226
- Matthee, 2015. səh. 490
- Sicker, 2001. səh. 47–48
- Axworthy, 2010. səh. 62
- Matthee, 2005. səh. 28
Ədəbiyyat
- Atkin, Muriel. Russia and Iran, 1780–1828. University of Minnesota Press. 1980. ISBN .
- Axworthy, Michael. The Sword of Persia: Nader Shah, from Tribal Warrior to Conquering Tyrant. I.B.Tauris. 2010. ISBN .
- Brunner, Rainer. MAJLESI, Moḥammad-Bāqer // Yarshater, Ehsan (redaktor). Encyclopædia Iranica (Online Edition). New York: Encyclopædia Iranica Foundation. 2011.
- Kazemzadeh, Firuz. Iranian relations with Russia and the Soviet Union, to 1921 // Avery, Peter; Hambly, Gavin; Melville, Charles (redaktorlar ). The Cambridge History of Iran. 7. Cambridge University Press. 1991. ISBN .
- Lockhart, Laurence. The Fall of the Safavī Dynasty and the Afghan Occupation of Persia. Cambridge University Press. 1958.
- Matthee, Rudolph P. The Politics of Trade in Safavid Iran: Silk for Silver, 1600–1730. Cambridge: Cambridge University Press. 1999. səh. 120. ISBN .
- Matthee, Rudolph P. The Pursuit of Pleasure: Drugs and Stimulants in Iranian History, 1500–1900. Princeton University Press. 2005. ISBN .
- Matthee, Rudi. Persia in Crisis: Safavid Decline and the Fall of Isfahan. I.B.Tauris. 2012. ISBN .
- Matthee, Rudi. "Poverty and Perseverance: The Jesuit Mission of Isfahan and Shamakhi in Late Safavid Iran". Al-Qanṭara. 36 (2). 2015: 463–501. doi:10.3989/alqantara.2015.014.
- , redaktorRusso-Iranian Wars // Conflict and Conquest in the Islamic World: A Historical Encyclopedia, Volume 1. ABC-CLIO. 2011. ISBN .
- Rashtiani, Goodarz. Iranian–Russian Relations in the Eighteenth Century // Axworthy, Michael (redaktor). Crisis, Collapse, Militarism and Civil War: The History and Historiography of 18th Century Iran. Oxford University Press. 2018. ISBN .
- Rothman, E. Nathalie. Brokering Empire: Trans-Imperial Subjects between Venice and Istanbul. Cornell University Press. 2015. ISBN .
- Savory, Roger. Iran Under the Safavids. Cambridge University Press. 2007. ISBN .
- Sicker, Martin. The Islamic World in Decline: From the Treaty of Karlowitz to the Disintegration of the Ottoman Empire. Greenwood Publishing Group. 2001. ISBN .
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Samaxinin yagmalanmasi 18 avqust 1721 ci ilde usyankar sunni lezgilerin tenezzulde olan Sefevi dovletinin Sirvan beylerbeyliyinin paytaxti Samaxi seherine indiki Azerbaycan Respublikasinda hucumu Sefevilerin ugurlu eks hucumu merkezi hokumet terefinden kritik bir anda dayandirilmis neticede tehdid altinda nezaretsiz qalmis Samaxi 15 min lezgi qebile uzvu terefinden tutulmus seherin sie ehalisine qarsi qirgin toredilmis ve seher ozu talan edilmisdir Samaxinin yagmalanmasiSefeviler dovletinin tenezzuluSamaxi seherinin tesviri 1729 cu il Ressam Piter van der Aa Tarix 18 avqust 1721 1721 08 18 Yeri Samaxi Sirvan beylerbeyliyi Sefeviler dovleti indiki Azerbaycan Respublikasi Neticesi Usyancilarin qelebesiMunaqise terefleriDagistan lezgileri Qaziqumuq xanligi Sefeviler dovletiKomandan lar Haci Davud Muskurlu Surxay xan Qaziqumuxlu Sultan Huseyn Feteli xan Dagistani Huseynqulu xan Heseneli xan Dagistani II DavidTereflerin quvvesi15 min usyanci namelumUmumi itkilerdinc ehaliden 4 5 min sie oldurulmusdur Samaxida rus tacirlerinin olumu sonradan 1722 1723 cu illerde Rusiya Sefevi muharibesi ucun kazus belli kimi istifade edilmis Sefeviler dovleti ile Rusiya arasinda ticaret elaqelerinin dayandirilmasina ve Hesterxanin Volqa ticaret yolunun son noqtesine cevrilmesine sebeb olmusdur ZeminXVIII esrin birinci onilliyinde bir vaxtlar ciceklenen Sefevi dovleti ciddi tenezzule ugramisdi ve onun agaliq etdiyi erazilerin bir coxunda usyanlar qalxirdi Dovletin bascisi Sultan Huseyn zeif bir hakim idi ve sexsen bas mollasindan daha humanist cevik ve dinc olmaga meyilli olsa da muhum dovlet qerarlari ile bagli musavirlerinin tovsiyeleri ile razilasirdi O arabir ova cixmasi istisna olmaqla daim paytaxt Isfahan seherinde ve ya onun yaxinliginda yasamaga ustunluk vererek en yaxin saray eyanlarindan basqa hec kese gorunmemis ve stasionar monarx kimi hokm surmusdur Omru boyu yalniz oz hereminin divarlarini goren Sultan Huseyn tez bir zamanda aparici ulemanin ilk novbede Mehemmed Baqir Meclisinin tesiri altinda dusmusdur Sultan Huseynin selefi I Suleymanin 1666 1694 cu illerde hakimiyyetde olmusdur dovrunde artiq muhum siyasi guc elde etmis Meclisi Sefevi dovletinde yasayan sunni ve sufi ehaliye elece de onun qeyri muselman dini azliqlarina yeni xristianlar yehudiler ve zerdustilere qarsi teqibleri sirniklesdirmisdir Ekseriyyeti ermenilerden ibaret olan xristianlar diger qruplara nisbeten daha az repressiyaya ugrasalar da onlara da zaman zaman hucumlar edilmisdir Tarixci Rocer Seyvoriye gore Sultan Huseyn xristianlara qarsi sexsi seviyyede dusmencilik numayis etdirmese de onun uzerinde boyuk tesire malik olan ruhaniler xususen de Meclisi Sultan Huseyni edaletsiz ve dozumsuz fermanlar vermeye razi salmislar Sefeviler dovrunun axirlarinda yaranan gergin dini atmosfer dovletin muxtelif yerlerinde sunni usyanlarinin qalxmasinda muhum amil olmusdur Tarixci Maykl Eksvorti qeyd etmisdir ki buna en bariz numune sunni dindarlarin oldurulduyu dini kitablarin mehv edildiyi ve sunni mescidlerin tovlelere cevrildiyi Sirvandaki usyandir Sefevi dovletinin simal qerb erazilerinin o cumleden Sirvan ve Dagistanin sunni ehalisi Sultan Huseynin dovrunde bas tutan dini repressiyadan en cox eziyyet cekenlerden olmusdur 1718 ci ilde lezgilerin Sirvana basqinlari guclenmisdir ve tarixci Rudi Matti yazmisdir ki sayielere gore bu basqinlar o vaxtki bas vezir Feteli xan Dagistani 1716 1720 ci illerde bu vezifede olmusdur terefinden qizisdirilmisdi Rusiyanin Sefeviler dovletindeki sefiri ve 1718 ci ilde Samaxida olan Artemi Volinski qeydlerinde yazmisdir ki yerli memurlar bas veziri kafir hesab etdikleri ucun onun emrlerini etibarsiz hesab etmisler ve hetta hokmdarin nufuzunu subhe altina almislar Rusiyanin diplomatik heyetinin uzvu olan italyan Florio Beneveni tekidle bildirmisdir ki Samaxi ehalisi onlardan kulli miqdarda pul qopardiqlari na gore dovlete qarsi usyana hazir idiler Buna baxmayaraq talanlar qaretller ve basqinlar davam edirdi Lezgiler hemin il Nizovoy yaxinliginda yerlesen Agdasi kendinin bir nece sakinini qacirmis ve Samaxiya geden yolda 40 neferden ibaret karvani qaret etmis sonra aprelde kendi tutmuslar Bu hadiselerden sonra usyancilarla bagli coxsayli elave melumatlar qeyd edilmisdir Hucum ve yagmaSamaxi seherinin tesviri 1683 cu il Ressam Engelbert Kempfer 1718 ci il may ayinin evveline qeder 17 mine yaxin lezgi qebile uzvu Samaxidan 20 kilometr 12 mil aralida movqe tutmus Samaxiya yaxin yasayis menteqelerini yagmalamaga baslamislar 1719 cu ilde Sefevi hokumeti lezgi usyanina qarsi cixmaq vezifesi ile sipehsalar Huseynqulu xani Gurcustana gondermek qerarina gelmisdir Huseynqulu xan qonsu Kaxeti cari II Davidin elece de Sirvan beyleybeyi Heseneli xan Dagistaninin komeyi ile Dagistana yurus etmis ve lezgilerin qarsisini almaqda muhum ugur qazanmisdir Buna baxmayaraq merkezi hokumet 1721 ci ilin qisinda yurusun helledici aninda onu geri cagirmisdir Bas vezir olumunden sonra verilen qerar sarayin xedimler fraksiyasinin tehriki ile verilmisdi Onlar sahi inandirmisdi ki yurusun ugurla basa catmasi Sefevi dovletine xeyirden cox ziyan vuracaq Onlarin fikrince bu Sefevi valisi Huseynqulu xana Sefevi erazilerinde nizami berpa etmek adi altinda Rusiya ile ittifaq baglamaga imkan verecekdi Texminen eyni vaxtda 1721 ci ilin avqustunda efqanlarin Sefevi dovletinin serq erazilerine hucuma kecmesinden azca sonra Sultan Huseyn lezgilerin usyankar dagli bascisi ve sunni ruhanisi Haci Davud Muskurlunun Sefevi dovletinin Derbend seherindeki hebsxanadan azad edilmesini emr etmisdir Sultan Huseyn ve hokumet umid edirdi ki Haci Davud ve onun dagistanli muttefiqleri serq cebhesinde usyani yatirmaga komek edecekler lakin bunun evezine Haci Davud Dagistanda qebile koalisiyasina basciliq etmeye baslamis ve o hem Sefevi quvvelerine hem de dovletin sie ehalisine qarsi kampaniyaya baslamis ve sonda beylerbeyliyin merkezi Samaxi seherine etmisdir Muhasireden az evvel Sirvan beylerbeyliyi erazisinde yasayan sunniler komek ucun qonsu sunni dovleti ve Sefevilerin reqibiOsmanli imperiyasina muraciet etmisler Haci Davudun basciliq etdiyi 15 mine yaxin qebile uzvunden ibaret usyancilar koalisiyasi Surxay xan Qaziqumuxlunun komeyi ile Samaxiya dogru hereket etmis 15 avqustda ora catmis ve derhal seheri muhasireye almisdir Sonda Samaxinin sunni sakinleri seherin darvazalarindan birini acaraq usyancilarin sehere girmesine imkan yaratmis ve 18 avqust 1721 ci ilde Samaxi tutulmus seherde yasayan sielere qarsi qirgin toredilmis neticede 4 5 min sie oldurulmus hemcinin xristianlar ve yadelliler qaret edilmisdir Bir nece rus taciri de oldurulmus bir cox rus tacirinin dukanlari talan edilmis bu da onlara ciddi iqtisadi ziyan vurmusdur Tacirler arasinda boyuk itkilere meruz qalan ve Rusiyanin en zengin taciri olan Matvey Yevreynov da var idi Seherin sie mezhebli Sefevi valisi onun qardasi oglu ve qalan qohumlari izdiham terefinden parca parca edilmis ve onlari cesedleri itlere verilmisdir Beylerbeyliyin erazisi usyancilar terefinden tamamile ele kecirildikden sonra Haci Davud Rusiyaya muraciet etmis o zamanki Rusiya cari Boyuk Pyotra 1682 1725 ci illerde hakimiyyetde olmusdur oz sedaqetini beyan etmisdir Bu muracietden musbet cavab almayan Haci Davud Osmanli sultanina muraciet etmis ve musbet cavab almisdir Bundan sonra o Sultan III Ehmed terefinden Osmanlinin Sirvan valisi teyin edilmisdir NeticeArtemi Volinski Rusiya cari Boyuk Pyotra rus tacirlerine ve onlarin yasayis vasitelerine deymis ehemiyyetli zerer haqqinda melumat vermisdir Hesabatda 1721 ci ilde bas tutmus hadisenin Car Rusiyasi ile Sefeviler arasinda 1717 ci ilde imzalanmis ticaret muqavilesinin aciq sekilde pozulmasi olduguna diqqet cekilmisdir Bu muqavileye esasen Sefevi hakimiyyeti oz dovletlerinin hududlarinda Rusiya vetendaslarinin mudafiesine zemanet vermisdir Volinski Sefevi seltenetinde xaos hokm surduyune ve Sefevi hokmdari muqavilenin muddealarini yerine yetire bilmediyine gore Pyotrdan Sefevi sahinin muttefiqi kimi seltenetde asayisi berpa etmek behanesi ile veziyyetden istifade ederek Sefevilere hucum etmeye cagirmisdir Odur ki ardinca Rusiya Samaxidaki tacirlerine hucumdan 1722 1723 cu illerde Rusiya Sefevi muharibesi ucun kazus belli kimi istifade etmisdir Bu epizod Sefeviler dovleti ile Rusiya arasinda ticaret elaqelerinin dayandirilmasina ve Hesterxan seherinin Volqa ticaret yolunun son noqtesine cevrilmesine sebeb olmusdur Qeydler Nizovoy Samaxi seherinden 40 kilometr 25 mil simal serqde Derbend seherinden cenubda ve Xezer denizinin yerlesen Niyazabad liman seherinin rus dilindeki adi idi Tarixci Rudi Mattiye gore bu hec de ideal bir liman olmasa da Niyazabad Xezer denizinin litoral zonasinin qerbindeki bir nece feal limandan idi Haci Davud Muskurlu menbelerde hemcinin Haci Davud bey Davud bey Davud xan Davud xan Lezgi ve kimi xatirlanir Atkin yazisdir ki tacirin bir milyon yarim rubl deyerindeki mulku qaret edilmisdir Pyer Basu ve Rusiya konsulu qeydlerine esaslanan Rudi Mattiye gore tacirler deyilene gore 70 100 min tumen ziyana dusmusdur Daha sonra o elave edir ki Rusiya menbeleri 400 min tumen deyerinde vurulan ziyandan behs edir lakin bu Rusiyanin qarsidan gelen hucumuna esaslandirmani guclendirmek ucun edilmis mubaligedir Mattinin fikrince daha real hesabatlarda 60 min tumen qeyd edilmisdir MenbeIstinadlar Kazemzadeh 1991 seh 316 Mikaberidze 2011 seh 761 Matthee 2005 seh 27 Axworthy 2010 seh 42 Savory 2007 seh 251 Matthee 2012 seh 223 Matthee 2012 seh 225 Matthee 1999 seh 54 Lockhart 1958 seh 577 Matthee 1999 seh 223 Rashtiani 2018 seh 167 Rothman 2015 seh 236 Matthee 2015 seh 489 490 Atkin 1980 seh 4 Sicker 2001 seh 48 Matthee 2012 seh 226 Matthee 2015 seh 490 Sicker 2001 seh 47 48 Axworthy 2010 seh 62 Matthee 2005 seh 28 Edebiyyat Atkin Muriel Russia and Iran 1780 1828 University of Minnesota Press 1980 ISBN 978 0 8166 5697 4 Axworthy Michael The Sword of Persia Nader Shah from Tribal Warrior to Conquering Tyrant I B Tauris 2010 ISBN 978 0 85772 193 8 Brunner Rainer MAJLESI Moḥammad Baqer Yarshater Ehsan redaktor Encyclopaedia Iranica Online Edition New York Encyclopaedia Iranica Foundation 2011 Kazemzadeh Firuz Iranian relations with Russia and the Soviet Union to 1921 Avery Peter Hambly Gavin Melville Charles redaktorlar The Cambridge History of Iran 7 Cambridge University Press 1991 ISBN 978 0 521 20095 0 Lockhart Laurence The Fall of the Safavi Dynasty and the Afghan Occupation of Persia Cambridge University Press 1958 Matthee Rudolph P The Politics of Trade in Safavid Iran Silk for Silver 1600 1730 Cambridge Cambridge University Press 1999 seh 120 ISBN 978 0 521 64131 9 Matthee Rudolph P The Pursuit of Pleasure Drugs and Stimulants in Iranian History 1500 1900 Princeton University Press 2005 ISBN 978 0 691 11855 0 Matthee Rudi Persia in Crisis Safavid Decline and the Fall of Isfahan I B Tauris 2012 ISBN 978 1 84511 745 0 Matthee Rudi Poverty and Perseverance The Jesuit Mission of Isfahan and Shamakhi in Late Safavid Iran Al Qanṭara 36 2 2015 463 501 doi 10 3989 alqantara 2015 014 redaktorRusso Iranian Wars Conflict and Conquest in the Islamic World A Historical Encyclopedia Volume 1 ABC CLIO 2011 ISBN 978 1 59884 336 1 Rashtiani Goodarz Iranian Russian Relations in the Eighteenth Century Axworthy Michael redaktor Crisis Collapse Militarism and Civil War The History and Historiography of 18th Century Iran Oxford University Press 2018 ISBN 978 0190250331 Rothman E Nathalie Brokering Empire Trans Imperial Subjects between Venice and Istanbul Cornell University Press 2015 ISBN 978 0 8014 6312 9 Savory Roger Iran Under the Safavids Cambridge University Press 2007 ISBN 978 0 521 04251 2 Sicker Martin The Islamic World in Decline From the Treaty of Karlowitz to the Disintegration of the Ottoman Empire Greenwood Publishing Group 2001 ISBN 978 0 275 96891 5