Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri diskussiya edərək həll edin.
|
Osmanlı ordusunun azərbaycanlı paşaları Bu xanzadələr 1856-57-ci illərdə Türkiyəyə mühacirət etmiş və orada ömürlərinin sonuna qədər Paşa (general) rütbəsində hərbi və mülki hökumət xidmətlərində olmuş iki qardaş, Ömər bəy və Osman bəy Allahverdi bəy oğlu Qasımxanlılardır. Mustafa xana (1763 – 1844) qədər müəyyən vaxt kəsiyində Şirvana xanlıq etmiş Məmməd Səid xanın (1729 — 1769) nəticələri, onun oğlu Qasım xanın (1763 — 1828) nəvələri və nəvəsi Allahverdi bəyin (1796 — 1824) oğlanlarıdırlar. Mustafa xanın atası Ağası xanla (1731 -1789) Məmməd Səid xan doğma qardaşlardır, ataları Allahverdi bəy Əsgər bəy oğlu (? – 1767) Xançobanılar tayfasınm Ali-Sərkar nəslindındirlər.
Ali-Sərkar sərkar ailəsi, sərkar xanədanı deməkdir. Sərkar ismi farsca “sər” -baş, başçı və “kar”- iş, xidmət mənası verən iki söz birləşməsidir. Dilimizdə indi də “sərdar”, “sərkar”, “sərlövhə” kimi bır sıra sözlər işlənməkdədir. Burada Ali-Sərkar “Başçılar ailəsi”, “Başçılar xanədanı” mənasında işbnmişdir. Xançobani tayfasından olan Əsgər bəyin nəslinə verilmiş bu san son Şirvanşahlar dövründən gəlir. Deyilənə görə bu nəslin babaları o zaman saray xidmətçisi olmuşlar, şahlarla qohumlaşmış, müəyyən bir vəzifə daşımış və saray əyanlarından sayılmışlar. Bu nəsil 1747-ci ildən 1820-ci ilə kimi, 70 ildən artıq bir müddətə xanlıq etdilər. Bu xanədanın üzvü Qasım xan da fasilələrlə 4 ilə yaxın Şirvanda xanlıq etmişdir.
1793-cü ildə əmisi Ağası xan (? – 1789) qızı Kafıyə xanımla (? – 1849) evlənən Qasım xan 1828-ci ildə mühacirətdə, İranda vəfat etmiş və Bəhruzda dəfn edilmişdir. Bu zaman onun İsgəndər bəy (1794 – 1864), Allahverdi bəy (1796 -1818?) və Məmmədsəid xan ( 1797 – 1827) adlı 3 oğlu var idi.
Ömər bəy və Osman bəy Qasımxanlılar 1816-cı ildə Köhnə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində anadan olmuşlar. Ataları Allahverdi bəy Qasımxan oğlu 1814-cü ildə Basqal kəndinin yüzbaşısı Hacının qızı Nisə Bəyim ilə (1798-1834) ailə qurmuş, 3-ü oğul və 1-i qız olan 4 övladları olmuşdu. Bunların birincisi Ömər bəy (1816 -?), ikincisi Osman bəy (1816 – ?), üçüncüsü Fətəli bəy (1820 – ?) və dördüncüsü Ruhiyyə xanımdır (1818 – 1876). Allahverdi bəy kiçik qardaşı Məmmədsəid xanla Ərzruma mühacirət etmiş, 1818-ci ildə Allahverdi bəy, 1827-ci ildə Məmməd Səid xan orada vəfat etmişlər. Cənazələri Şamaxıya gətirilərək, aib qəbristanlıqları olan Yeddi kümbəzdə dəfn edilmişlər. Diqqətlə fıkir verilərsə, bu ailənin üzvlərinin doğum və ölüm illərində bir uyqunsuzluq, ziddiyyət müşahidə olunur. Qafqaz Arxeoqrafıya Komissiyasının Aktları deyilən məcmuədə (Tiflis, 1868-ci il) Allahverdi bəyin ölüm ili 1818-ci il, sonuncu iki uşaqlarının doğum ili 1818 və 1820-ci illər göstərilir. Belə çıxır ki, sonuncu uşaq atası rəhmətə gedəndən 2-3 il sonra anadan olmuşdur. Burada bir yanlışlıq vardır. Eyni zamanda Ömər bəyin ölüm ili 1856-cı il, Osman bəyin ölüm ili 1858-ci il göstərilir. Bu da səhvdir. Bu ilbr onların Türkiyəyə mühacirət etdikləri illərdir. Onlar hər biri Türkiyədə 30 ildən çox ömr sürmüşbr. Ulu şairimiz, möhtərəm Hacı Seyid Əzim Şirvani Ömər bəy və Osman bəyin də haqqında məqab daxil etdiyi təzkirəsini 1883-cü ildə tamamlamış və xeyli vaxt da onu sistemləşdirməklə məşğul olmuşdur. Bu yazılarında o hər iki qardaşın Türkiyədə yaşadıqlarını göstərir, “yaşamışlar” deyil “yaşayırlar” yazır. Deməli qardaşlar 1888-ci ilə kimi sağ olmuşlar.
Ömər bəyb Osman bəy bətndə şərik, beşikdə şərik, süddə şərik olduqları kimi talelərində də şərik olmuşlar. Hər ikisi şerlərini də bir təxəllüslə, “Zövqi” təxəllüsü ilə və bir-birinə nəzirə kimi yazmışlar. Ailə həyatı quran zamanda da biri digərinin ardınca getmişlər, Şahbaz bəyin qızlarına evlənərək bacanağ olmuşlar.
Hər iki qardaş ilk təhsillərinini Şamaxıda o dövrün tanınmış müəllimlərindən almışlar, dini təhsilb yanaşı ərəb, fars və rus dillərini öyrənmiş və Şərq ədəbiyyatı ilə tanış olmuşlar. Onlarda ədəbiyyata, xüsusilə şerə, qəzəb xüsusi həvəs və hüsn-rəğbət yaranmışdır. Qardaşlar 1830-cu illərdə Sankt-Peterburq şəhərində hərbi və hüquqi təhsil alməşlar. Şirvana qayıtmışlar və buradakı rus ordusunda hərbi xidmətə girmişbr. Ömər bəyə hərbi xidmətdə olarkən, 1835-ci ilin oktyabr ayının 8-də praporşik, 1838-ci ilin iyul ayının 8-də poruçik, 1840-cı ilin oktyabr ayının 31-də ştabs-kapitan, 1842-ci ilin yanvar ayının 15-dəkapitan, 1843-cü ilin sentyabr ayının 5-də sotnik (yüzbaşı), 1844-cü ilin iyun ayının 8-dəmayor hərbi rütbəsi verilmişdir. Ömər bəy 1849-cu ilin iyun ayının 6-da 3-cü dərəcəli“Müqəddəs Anna” ordeni ilə təltif edilmiş və ondan 5 ay sonra, 1849-cu ilin noyabr ayının 1-də Kavaleriya korpusuna komandir təyin edilmişdir. 1853-cü ildə 2-ci dərəcəli“Müqəddəs Anna” ordeni ilə təltif edilmişdir. 1854-cü ilin dekabr ayının 22-də ordudan tərxis edilərək Salyan və Bərküşad sahələri üzrə müstəntiq vəzifəsinə təyin edilmişdir.
Osman bəy təhsilini başa vurduqdan sonra az müddətə Sankt-Peterburqda Sestroretsk silah zavodunda işləmiş, 1842-ci ildə Şamaxıya qayıtmış və Xançoban sahəsin üzrə sahə müvəkkili içləmişdir. Bu vəzifə hərbi vəzifə sayılırdı. 1845-ci ilin aprel ayının 6-da ona praporşik və 1852-ci ilin avqust ayının 19-da poruçik hərbi rütbəsi verilmişdir.
Qardaşlar hər ikisi o zaman Şamaxıda yaşayan general-mayor İsmayıl bəy Qutqaşınlı (1806 – 1869) ilə möhkəm dostluq edirdilər. Özlərindən 10 yaş böyük olan, xeyli hərbi təcrübəyə və eləcə də yazıçılıq istedadına malik bu şəxsə xüsusi hörmət bəsləyir, onunla həmsöhbət olmaqdan xüsusi zövq alırdılar. Tarixçi alim dostumuz Ədalət Tahirzadə öz yazılarının birində göstərir ki; Hacı İsmayıl bəyin…”Dostları arasında Osman bəy və Ömər bəy Qasımxanovları ayrıca göstərmək gərəkdir. “Zövqi” təxəllüsüylə incə şerlər yazan bu qardaşlar Hacı İsmayıl bəyin ən yaxın adamlarındandı”. İsmayıl bəy özü 1852-ci ildə Məkkə ziyarətinə yola düşən zaman onu yola salanların arasında Ömər bəyin adını xüsusi hörmətlə çəkir. İsmayıl bəy Şamaxı əhlinin onu Həcc səfərinə yola salması mərasimini özünün “Səfərnamə” adlı əsərində belə təsvir edir: “Çün şəhri-Şamaxıda dörd sənədən ziyadə padşah əmrinə binaən əyan-əşxaslarm işlərinə əncam vermək üçün məmur olmuşduq və ol ətrafın əyan-əşxaslarıyla ziyadə ülfətlənmişdik, ona binaən onların səğir və kəbiri və sair əhaliyi-şəhər və cəvanib cəm olub, bizi şəhərdən intəhayi-mehribanlıq və hörmət ilə yola saldılar. Bir para sahibi-hörmətləri iki saat yol ötürüb Qurd təpəsi ilə məsh olunmuş yerdən vidalaşıb, müraciət etdilər. (Qurd təpəsi Şamaxıdan İsmayıllıya gedən yolun üstündə və Şamaxıdan təxminən 15-20 km məsafədə olan yaşayış məskənidir – B. N.).Və xanzadə cənabi-Ömər bəy və qardaşı (Osman bəy) ilə bir para bəylərlə Hovz mahalının sərhəddinə qədər gəlib, Ağsu çayının kənarında vidalaşıb, onlar ayrıldılar. Biz namazı qılıb, yolumuza rəvan olduq” (H. İ. Qutqaşınlı, Əsərləri, Bakı, 2003, səh. 84).
Qardaşlar eyni zamanda o vaxt Şirvanda geniş yayılmış, əsası Kürdəmirli Hacı İsmayıl Siracəddin Əfəndi Şirvanı ( 1782 – 1848) tərəfındən qoyulmuş və Külüllü Hacı Əhməd Əfəndi ( ? – 1856) tərəfındən davam etdirilən sufı-nəqşbəndi təriqətini qəbul etmişdilər. Hacı Əhməd Əfəndinin müridləri kimi Şirvanda təsəvvüf biliklərinin yayılmasında xüsusi cəhd və fəaliyyət göstərirdilər. 1825-ci ildə Kürdəmirli Hacı İsmayıl Əfəndini, onun görkəmli müridləri Külüllü Hacı Əhməd Əfəndini, Cəbrayıllı Mir Həmzə Seyid Nigarini ( 1805 – 1886) ölkədən qaçmağa məcbur edən çar hökuməti bu təriqəti və təriqətin başçılarını öz hökuməti üçün ciddi təhlükə hesab edirdi. Belə ki, hər şeydən əvvəl 1817-1864-cü illərdə Şimali Qafqazda çar müstəmləkəçiliyinə qarşı mübarizənin rəhbərləri Qazi Məhəmməd ( 1794 – 1832), Həmzət bəy ( ? – 1834) və Şeyx Şamilin (1797 -1871) rəhbərliyi altmda davam etmiş, tarixə “Müridizm hərəkatı” və “Qafqaz müharibəsi” adı ilə düşmüş müharibənin ideya rəhbəri və təşkilatçısı Kürdəmirli Hacı İsmayıl Əfəndi və onun ardıcılları hesab olunurdu. Ona görə də rus hökuməti 1820-ci ildən başlayaraq bu təriqətin nümayəndələrinə qarşı açıq mübarizəyə və repressiv tədbirlərə başladı.
Xüsusilə 1820-ci ildən başlayaraq general A. P.Yermolovun, general-mayor knyaz V. Q. Madatovun, knyaz Behbudovun, general-mayor Çelyayevin və digər çar məmurlarının vasitəsi ilə Şirvan, Car-Balakən və Dağıstanda bu təriqətin üzvləri təqib edilməyə, izlənməyə başlandı. Həbslər, sürgünlər, ciddi nəzarət və məhdudiyyətlər başlandı. Daxili İşlər Nazirliyi 1856-cı ildə nəzarətdə saxlanmalı, həbs və sürgün edilməli 50 nəfərdən artıq Şirvanlı din adamlarının siyahısını tərtib etdi və bunların haqqında Şirvandakı rus məmuriyyətindən hesabat tələb etdi. Bu siyahıda Ömər bəy Qasımxanovun adı 1-ci və qardaşı Osman bəyin adı 2-ci idi.
1855-1856-cı illərdə ikinci dəfə Şirvanda hökumətə qarşı ciddi üsyan xarakterli iğtişaşlar baş verdi. Birinci böyük üsyan 1826-cı ilin iyul ayında Abbas Mirzənin komandanlığı altında İran ordusunun cənub sərhədlərini keçərək keçmiş Azərbaycan xanlıqlarını Rusiya işğalından azad etmək üçün gəldikləri zaman baş vermişdi. Fürsətdən istifadə edən Şirvanlılar üsyan edərək, Abbas Mirzənin qoşunu ilə vətənə qayıtmış Mustafa xanı xanlıq kürsüsünə əyləşdirmişdilər. Lakin 1828-ci ildə iran qoşunu məğlub olaraq geri döndüyü zaman Mustafa xan da onlarla İrana getmişdi. Bu üsyana 1848-ci ildə mürşüdü Hacı İsmayıl Əfəndi Şirvani Türkiyədə vəfat edəndən sonra vətəninə qayıtmış Hacı Əhməd Əfəndinin böyük təsiri olmuşdu. Bu iğtişaşlarda Ömər bəylə Osman bəyin də əli olduğu barədə hökumət dairələrinə məlumatlar daxil oldu. Qafqaz canişini, general-leytenant knyaz Behbudovun Daxili İşlər Nazirinə təqdim etdiyi 1856-cı il 6 sentyabr tarixli 552 №-li raportunda bildirildiyi kimi Külüllü Hacı Əhməd Əfəndi 2 nəfər müridi ilə həmin ilin avqust ayında Tambov quberniyasına sürgün edildilər.
Ömər bəy və Osman bəy qardaşları da fıkirlərini hökumət əleyhinə dəyişməkdə, müsəlmanları iğtişaşa təhrik etməkdə günahkar bilindilər. Hökumət Omər bəyi Şirvandan uzaqlaşdırmaq qərarına gəldi. Bu zaman Qars ətrafında ruslarla Türklər arasında 1853-cü ilin oktyabr ayının 4-dən başlanmış “Şərq müharibəsi” (1853-56-cı illər, Krım müharibəsi) gedirdi. Bu hərbi əməliyyatlar zamanı Azərbaycan bölgələrindən toplanmış könüllü süvari dəstələri də Türklərə qarşı vuruşurdu. Tarixçilərimiz yazırlar ki, minlərlə könüllülərin daxil olduğu bu dəstələrin bir çoxuna azərbaycanlı zabitlər, general-mayor İsmayıl bəy Qutqaşınlı, polkovnik Fərəc bəy Ağayev, podpolkovnik İsrafıl bəy Yagdigarov, kapitan İbrahim ağa Vəkilov və başqaları başçılıq edirdi. İsmayıl bəyin barəsində deyilən səhvdir. Ona görə ki, İsmayıl bəy 1851-ci ildən istefaya çıxmışdı, Şamaxıda yaşayır, Bakı Qubemiya Bəy Komissiyasınm tərkibində fəaliyyət göstərirdi. 1852-ci ildə də Həcc ziyarətinə, uzunmüddətli səfərə çıxmışdı. 1853-cü ildə artıq 2 il idiki o mülki bir şəxs kimi yaşayır və hökumətdən hər ay 163 manat təqaüd alırdı. 1852-ci ildə yazılarının birində deyirdi: “Çün şəhri – Şamaxıda dörd sənədən ziyadə padişah əmrinə binaən əyan-əşxasların işlərinə əncam vermək üçün məmur olmuşduq…”.
Ömər bəyi Şirvandan uzaqlaşdırmaq və onu ən təhlükəli bir yerə göndərmək məqsədi ilə 1855-ci ilin yanvar ayının 17-də ona podpolkovnik rütbəsi verilərək Atlı-Müsəlman alayma komandir köməkçisi təyin edildi və Qars cəbhəsinə, Türklərə qarşı vuruşmağa göndərildi. Həmin ilin sentyabr ayının ortalarında cəbhə xəttinə çatan kimi o “qardaş və dindaş millətə qarşı vuruşmayacağını” alay qarşısında uca səslə elan etdi, ona tapşırılmış döyüşçü dəstəsinə də bunu etməməyi təklif etdi və Türk ordusunun tərəfinə keçərək onlara qoşuldu. Bu hadisədən xəbər tutan kimi Şamaxının Hərbi Qubernatoru, general-mayor Çelyayev sentyabrın 30-da Osman bəyi həbs etdi və Tiflisə göndərdi. 1855-ci ilin oktyabr ayının 8-də Qafqaz canişini, general-leytenant Behbudov podporuçik Osman bəyin Tambov şəhərinə sürgün edilməsi barədə 577 №-li əmr verdi.
Osman bəyi Tambovda saxlamadılar. Onu Finlandiyaya göndərdilər və orada yerləşən 63 №-li Don-Kazak alayına xidmətə təyin etdilər. Osman bəy orada da çox qalmadı. Köhnə tələbə dostlarından biri Sankt-Peterburqda “Sestroretsk” silah zavodunun rəhbəri idi və onu həmin zavoda işə gətirdi. 1857-ci ilin oktyabr ayının 12-də oradan məzuniyyət adı ilə qaçan Osman bəy İstanbula gəldi. 1859-cu ildə Qafqaz canişini, general-leytenant Behbudovun başqa bir raportunda 43 nəfər şübhəli şəxslərin haqqında görülmüş inzibati-hüquqi tədbirlər barəsində məlumat verilir və burada da 1-ci Ömər bəyin və ikinci Osman bəyin adı gedirdi. Onların haqqındakı məlumatları olduğu kimi veririk:
1. Podpolkovnik Ömər bəy Allahverdi bəy oğlu Qasımxanov. Şamaxı şəhər sakini. Şərq müharibəsi başlayan kimi hökumət əleyhinə satqınlıq fıkrinə düşdü. Şamaxının sünni əhalisinin arasında qarışıqlıq yaratmağa başladı. Qardaşı podporuçik Osman bəylə birlikdə Bərküşad sahəsinin Külüllü kəndinin sakini Hacı Əhməd Əfəndinin təbliğ etdiyi “Müridizm” hərəkatına qoşuldu. Atlı-Müsəlman alayının komandir müavini təyin edilmiş. Omər bəy 1855-ci ildə Qars ətrafındakı döyüşlərdə qaçıb Türklərin tərəfınə keçdi və hazırda Ömər Paşa adı ilə Türkiyədə yaşayır.
2. Podporuçik Osman bəy Allahvaerdi bəy oğlu Qasımxanov. Ömər bəyin döğma qardaşıdır. 1855-ci il sentyabr ayının 30-da Şamaxının keçmiş Hərbi Qubermatoru general-mayor Çelyayev tərəfindən həbs edilmişdir. Qafqaz canişini, general-leytenant, knyaz Behbudovun iş yerində olmaması ilə əlaqədar olaraq cənab Daxili İşlər Nazirinin 1855-ci il 8 oktyabr tarixli, 577 №-lı sərəncamı ilə Tiflis şəhərindən Tambova göndərilmiş və oradan da həmin sərəncama əsasən Finlandiyada yerləşən 63 №-lı Don-Kazak alayına ezam edilmişdir. Sankt- Peterburqdakı “Sestroretsk” zavodunun komandiri tərəfındən 1857-ci ilin oktyabr ayının 12-də 7 günlük işdən azad edilmiş və İstanbula qaçmışdır. Hazırda Osman Paşa adı ilə İstanbulda yaşayır.
3. Hacı Əhməd Əfəndi. Bərküşad sahəsinin Külüllü kəyd sakini. General- leytenant Behbudovun sərəncamı ilə 1856-cı ildə 2 nəfər müridi, Xançoban sahəsinin Qaraqoyunlu kənd sakini Qəhrəman bəy Hacı Salman bəy oğlu və Qəbələ sahəsinin Nuxa qəzasının Vəndam kənd sakini Əziz Əfəndi Qafur Əfəndi oğlu ilə birlikdə Tambov quberniyasına sürgün edilmişlər. Qəhrəman bəy və Əziz Əfəndi Tambovdan Arxangelsk quberniyasma göndərilmişlər. Hacı Əhməd Əfəndi 1856-cı ilin dekabr ayının 24-də Tambovda vəfat etmiş və orada dəfn edilmişdir.
4. Qəhrəman bəy Hacı Salman bəy oğlu. 1862-ci ildə çarın əfv fərmanı ilə sürgündən azad olub vətəninə, Qaraqoyunlu kəndinə gəlmişdir.
5. Əziz Əfəndi Qafur Əfəndi oğlunun talei naməlumdur. Bu siyahıda bunlardan başqa 38 nəfərin də adı vardır. Bax:ARMTA. Fond 45, siyahı 2. iş 82.
Ömər bəy ilk əvvəl Türkiyə ordusu sırasmda Paşa (general) rütbəsi ilə xidmət etmiş, xeyli məşhurlaşmış və bir müddət sonra hökumət vəzifələrinə irəli çəkilmişdir. Uzun müddət Osmanlı dövlətində “liva” ( o zamankı Türk ordusunda 2 alaydan ibarət ordu birləşməsinin komandiri, general) rütbəsi ilə Şam (Suriya) ətrafında hərbi vəzifə, qarnizon komandiri vəzifəsi daşımışdır. Türkiyədə yaşayıb işlədiyi müddətdə Azərbaycandakı müridlərlə daima yazışmış, onlarla, eyni zamanda vətəndə qalmış ailə üzvləri ilə sıx əlaqə saxlamışdır.
Ömər Paşa Türkiyə tərəfınə keçən zaman onun Şamaxıda ailəsi qalməşdı. 1844-cü ildə vətəndə ikən o Bicolu Şahbaz bəy Şıxəlibəylinin qızı Həcər xanımla evlənmişdi. Həcər xanım 1847-ci ildə vəfat etmişdi, bir il sonra həmin bəyin nəslindən Töhfə xanımla evlənmişdi. Onların heç birindən uşağları olmadığı üçün bir qədər sonra Turçanka (Türk qızı) deyilən kənizlə evlənmişdi. Türk qızmdan 1850-ci ildə Məmmədsəid bəy adlı oğlu və 1852-ci ildə Kafıyə Sultan adlı qızı olmuşdur. O Türkiyəyə gedərkən Şirvanda 2 nəfər zövcə və 2 nəfər uşaq qoyub getmişdir ki, Şirvanda nəsli bu yolla davam etmişdir. Türkiyədəki ailə həyatı barədə heç bir məlumatımız yoxdur.
Osman bəyə də Türkiyədə Paşa (general) hərbi rütbəsi verilmişdir. Ömrünün sonuna qədər İstanbulda arxitektor-mühəndis işləmişdir. Türkiyəyə gedərkən onun da Şamaxıda ailəsi qalməşdır. Osman Paşa 1848-ci ildə Bicolu Şahbaz bəy Şıxəlibəyovun digər qızı Ruhiyyə xanımla ailə qurmuş və 1849-cu ildə Qəmər xanım adlı qızları doğulmuşdur. Osman bəydən sonra Bico kəndində arvadı və qızı qalmışdı. Qızı Qəmər xanım 1866-cı ildə öz dayısı oğlu ilə, Şahbaz bəy Hacı Mehdi bəy oğlu Şıxəlibəyli ilə ailə qurmuşdur. Osman bəyin də İstanbuldakı ailə həyatı barədə heç bir məlumatımız yoxdur. Bir məsələ diqqətə layiqdir ki, bu qardaşlar ailə qurmaqda da bir yol, bir məqsəd seçmişlər, bir ailədən iki bacıya evlənmişlər.
Tarixi sənədlərdən məlum olur ki, hər iki qardaş Şirvan sufi dini və ədəbi məktəbinin təsiri altına düşmüşdilər, vətəndə ikən ədəbi məclislərin həm təşkilatçısı, həm də fəal iştirakçısı olmuşdular. Dahi şairimiz Hacı Seyid Əzim Şirvani (1835 – 1888) özünün məşhur təzkirəsində (Əsərləri, 3-cü cild, Bakı -1974, səh. 117-118) Ömər bəyə və Osman bəyə ayrıca yer vermiş, onların haqqında xeyli xoş məlumatlar vermişdir. S. Ə. Şirvani sözünə belə başlayır: “Osman bəy şəhri-Şamaxının xanzadələrindəndir. Qardaşı Ömər bəy ilə o cənab dövləti-əliyyeyi-Rüsiyyədə sahibmənsəb və sahibvəzifə kimsələrdən olmuşlar. Onlar kimi əhli-kamal və sahibcəlal və sahibzövq kimsənələr daireyi-Şirvanə gəlməmişdir. Hər ikisinin təbi olmağı məşhurdur və zikri-xeyr ilə adları hər dildə məzkurdur”.
Seyid Əzim Şirvani bu iki qardaşın arasında ancaq bir fərq olduğunun müşahidə edildiyini söyləyir. Bu da ondan ibarətdir ki, Ömər bəy xeyli xoşəhval və xoşxasiyyət, Osman bəy isə qismən tündməcaz olmuşdur. Deyir ki, ədəbi məclislərin birində Şirvanın o vaxtkı bədihəgu şair nəvislərindən Möhnəti Şirvaninin dilindən çıxan lətifə məzmunlu bir beyt Osman bəyi təbdən çıxaran zaman Ömər bəy qardaşını sakitləşdirmiş, beytin mənasını səhv anladığmı ona başa salmış, Möhnətiyə mərhəmət göstərmiş və xeyli ənam vermişdir.
Bu yazısında S. Ə. Şirvani göstərir ki, qardaşlar hər ikisi Türkiyə məmləkətində “yaranal” (general, paşa) adı ilə məşhurdurlar. Osman bəy İstanbulda mühəndis səviyyəsində məşhurdur. Ömər bəyin mərtəbəsi isə ondan xeyli yüksəkdir. Yəqin ki, şair Osman Paşanın mülki və Ömər Paşanın hərbi vəzifə daşıdığlarma görə bu qənaətə gəlmişdir. Qardaşlarm “Zövqi” təxəllüsü ilə yazdıqları şeirlərindən əlimizdə çox az bir hissə vardır ki, buları da S. Ə. Şirvaninin təzkirəsindən əldə etmişik və nəzərinizə çatdırırıq:
Ömər bəyin qəzəli:
Ol mahin sanma ki, eşqim ləbü ruxsarınadır.
Ya ki şəhla gözünə türreyi-tərrarınadır.
Bütə etməkdi sitayiş, eləmək surətə meyl,
Eşqimiz, zahid, onun şiveyi-ətvarınadır.
Osman bəyin qəzəli:
Eşqimiz sanma o şuxun xətt ilə xalınadır,
Ya ki geysuyi-siyahına, ruxi-alınadır.
Məəni ərbabı özün surətə etməz aşiq,
Bizim aşiqliyimix ol məhin əhvalmadır.
Osman bəyin farsca şeirindən:
Amadə nəsim sübhdəm tərsəm ki, azarəş kunəd,
Təhriki zülfti ənbərşi əz xəvab bidarəş kunəd.
(Gəldi səhər nəsimi, qörxdum yara verə əzab,
Ətirli saçlarmı tərpədə, qaça gözlərindən xab.)
Qardaşlarm əlimizdə olan qəzəl nümunələrinin məna və rədif eyniliyindən belə bir nəticəyə gəlmək olur ki, bu qəzəllər bir vaxtda, bir ədəbi məclisdə və biri-birinə nəzirə kimi deyilmişdir. Müəllif zahidə müraciətlə bəyan edir ki, sürətə meyl etmək, sitayiş etmək bütpərəstlikdir. Mən isə bütpərəstlikdən uzağam, müsəlmanam, gözəlin işvəsinə, nazma, qəmzəsinə vurğunam. Farsca qəzəldən də məlum olur ki, qardaşlar fars dilini və fars şeriyyətini də çox yaxşı bilmişlər, hər iki dildə onlarm yaradıcılıq meyləri gözəllik, eşq, məhəbbət yönümlü olmuşdur.
S. Ə. Şirvaninin təzkirəsində qardaşların qəzəllərindən cəmi bir heçə misra verilmişdir. Əlimizdə olan məlumata görə, Hüseyn Əfəndi Qaibzadənin “Azərbaycanda məşhur olan şüəranın asarma məcmuə”sində Bakı quberniyasmdan Şamaxı əsilli, “Zövqi” təxəllüslü Osman bəy Qasımxanovun həbsdə olan vaxt inşa etdiyi iki qəzəli və bir müxəmməsi verilmişdir (Əlyazmalar institutu, M -133/3045, səh. 996-999).
Bu yazını dahi S. Ə. Şirvaninin bu sözləri ilə bitirmək istərdim: “Əlhəq bu iki qardaş kimi yeganə daireyi-cahana gəlməmişdir”. Bəli! O zaman yuxarıda adlarını çəkdiyimiz və çəkmədiyimiz Azərbaycan oğulları Rusiya qoşunları tərəfdə Türk qardaşlarımıza güllə atmağla hərbi rütbə, orden və medallar qazandılar. Onların arasından Ömər bəy və Osman bəy Qasımxanlılar çıxdı, milli qeyrət, milli qürur və milli təəssübkeşlik yolunda, vətənindən, evində, ailəsindən oldu, qohum-əqrəbasından, uşaqlarından ayrı düşdü.
İstinadlar
- Müəllif: professor Babaxan Niyazlı[ölü keçid]
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu meqalede coxsayli problemler movcuddur Zehmet olmasa sehifeni redakte ederek ve ya movcud problemleri diskussiya ederek hell edin Bu meqale qaralama halindadir Lutfen meqaleni umumvikipediya ve redakte qaydalarina uygun sekilde tertib edin Eger mumkundurse daha deqiq bir sablondan istifade edin yanvar 2024 Bu meqalede ve ya bolmede Vikipediya meyarlarina uygun olmadigi ucun tekmillesdirilmesine ehtiyac olan hisseler var Lutfen bu meqaleni redakte ederek tekmillesdirilmesine komek edin Bu meqale stil kitabcasina uygun deyil Xahis olunur meqalede duzelisler apararaq onu stil kitabcasina uygunlasdirin Bu meqale boyuk olcude ve ya tamamile tek menbeye esaslanir Movzu ile bagli muzakirelere qosula ve fikirlerinizi bildire bilersiniz Meqaleye etibarli menbeler elave ederek tekmillesdire bilersiniz yanvar 2024 Bu sehifenin duzgun adlandirilmamasi ve ya Azerbaycan dilinde olmadigi adin Azerbaycan diline duzgun tercume transliterasiya edilmediyi ve ya adlandirmada orfoqrafik sehve yol verildiyi ile bagli subheler var Bununla bagli oz fikirlerinizi meqalenin bildirin Duzelis etdikden sonra bu sablonu meqaleden goturmeyi unutmayin Osmanli ordusunun azerbaycanli pasalari Bu xanzadeler 1856 57 ci illerde Turkiyeye muhaciret etmis ve orada omurlerinin sonuna qeder Pasa general rutbesinde herbi ve mulki hokumet xidmetlerinde olmus iki qardas Omer bey ve Osman bey Allahverdi bey oglu Qasimxanlilardir Mustafa xana 1763 1844 qeder mueyyen vaxt kesiyinde Sirvana xanliq etmis Memmed Seid xanin 1729 1769 neticeleri onun oglu Qasim xanin 1763 1828 neveleri ve nevesi Allahverdi beyin 1796 1824 oglanlaridirlar Mustafa xanin atasi Agasi xanla 1731 1789 Memmed Seid xan dogma qardaslardir atalari Allahverdi bey Esger bey oglu 1767 Xancobanilar tayfasinm Ali Serkar neslindindirler Ali Serkar serkar ailesi serkar xanedani demekdir Serkar ismi farsca ser bas basci ve kar is xidmet menasi veren iki soz birlesmesidir Dilimizde indi de serdar serkar serlovhe kimi bir sira sozler islenmekdedir Burada Ali Serkar Bascilar ailesi Bascilar xanedani menasinda isbnmisdir Xancobani tayfasindan olan Esger beyin nesline verilmis bu san son Sirvansahlar dovrunden gelir Deyilene gore bu neslin babalari o zaman saray xidmetcisi olmuslar sahlarla qohumlasmis mueyyen bir vezife dasimis ve saray eyanlarindan sayilmislar Bu nesil 1747 ci ilden 1820 ci ile kimi 70 ilden artiq bir muddete xanliq etdiler Bu xanedanin uzvu Qasim xan da fasilelerle 4 ile yaxin Sirvanda xanliq etmisdir 1793 cu ilde emisi Agasi xan 1789 qizi Kafiye xanimla 1849 evlenen Qasim xan 1828 ci ilde muhaciretde Iranda vefat etmis ve Behruzda defn edilmisdir Bu zaman onun Isgender bey 1794 1864 Allahverdi bey 1796 1818 ve Memmedseid xan 1797 1827 adli 3 oglu var idi Omer bey ve Osman bey Qasimxanlilar 1816 ci ilde Kohne Samaxi seherinin Saritorpaq mehellesinde anadan olmuslar Atalari Allahverdi bey Qasimxan oglu 1814 cu ilde Basqal kendinin yuzbasisi Hacinin qizi Nise Beyim ile 1798 1834 aile qurmus 3 u ogul ve 1 i qiz olan 4 ovladlari olmusdu Bunlarin birincisi Omer bey 1816 ikincisi Osman bey 1816 ucuncusu Feteli bey 1820 ve dorduncusu Ruhiyye xanimdir 1818 1876 Allahverdi bey kicik qardasi Memmedseid xanla Erzruma muhaciret etmis 1818 ci ilde Allahverdi bey 1827 ci ilde Memmed Seid xan orada vefat etmisler Cenazeleri Samaxiya getirilerek aib qebristanliqlari olan Yeddi kumbezde defn edilmisler Diqqetle fikir verilerse bu ailenin uzvlerinin dogum ve olum illerinde bir uyqunsuzluq ziddiyyet musahide olunur Qafqaz Arxeoqrafiya Komissiyasinin Aktlari deyilen mecmuede Tiflis 1868 ci il Allahverdi beyin olum ili 1818 ci il sonuncu iki usaqlarinin dogum ili 1818 ve 1820 ci iller gosterilir Bele cixir ki sonuncu usaq atasi rehmete gedenden 2 3 il sonra anadan olmusdur Burada bir yanlisliq vardir Eyni zamanda Omer beyin olum ili 1856 ci il Osman beyin olum ili 1858 ci il gosterilir Bu da sehvdir Bu ilbr onlarin Turkiyeye muhaciret etdikleri illerdir Onlar her biri Turkiyede 30 ilden cox omr surmusbr Ulu sairimiz mohterem Haci Seyid Ezim Sirvani Omer bey ve Osman beyin de haqqinda meqab daxil etdiyi tezkiresini 1883 cu ilde tamamlamis ve xeyli vaxt da onu sistemlesdirmekle mesgul olmusdur Bu yazilarinda o her iki qardasin Turkiyede yasadiqlarini gosterir yasamislar deyil yasayirlar yazir Demeli qardaslar 1888 ci ile kimi sag olmuslar Omer beyb Osman bey betnde serik besikde serik sudde serik olduqlari kimi talelerinde de serik olmuslar Her ikisi serlerini de bir texellusle Zovqi texellusu ile ve bir birine nezire kimi yazmislar Aile heyati quran zamanda da biri digerinin ardinca getmisler Sahbaz beyin qizlarina evlenerek bacanag olmuslar Her iki qardas ilk tehsillerinini Samaxida o dovrun taninmis muellimlerinden almislar dini tehsilb yanasi ereb fars ve rus dillerini oyrenmis ve Serq edebiyyati ile tanis olmuslar Onlarda edebiyyata xususile sere qezeb xususi heves ve husn regbet yaranmisdir Qardaslar 1830 cu illerde Sankt Peterburq seherinde herbi ve huquqi tehsil almeslar Sirvana qayitmislar ve buradaki rus ordusunda herbi xidmete girmisbr Omer beye herbi xidmetde olarken 1835 ci ilin oktyabr ayinin 8 de praporsik 1838 ci ilin iyul ayinin 8 de porucik 1840 ci ilin oktyabr ayinin 31 de stabs kapitan 1842 ci ilin yanvar ayinin 15 dekapitan 1843 cu ilin sentyabr ayinin 5 de sotnik yuzbasi 1844 cu ilin iyun ayinin 8 demayor herbi rutbesi verilmisdir Omer bey 1849 cu ilin iyun ayinin 6 da 3 cu dereceli Muqeddes Anna ordeni ile teltif edilmis ve ondan 5 ay sonra 1849 cu ilin noyabr ayinin 1 de Kavaleriya korpusuna komandir teyin edilmisdir 1853 cu ilde 2 ci dereceli Muqeddes Anna ordeni ile teltif edilmisdir 1854 cu ilin dekabr ayinin 22 de ordudan terxis edilerek Salyan ve Berkusad saheleri uzre mustentiq vezifesine teyin edilmisdir Osman bey tehsilini basa vurduqdan sonra az muddete Sankt Peterburqda Sestro retsk silah zavodunda islemis 1842 ci ilde Samaxiya qayitmis ve Xancoban sahesin uzre sahe muvekkili iclemisdir Bu vezife herbi vezife sayilirdi 1845 ci ilin aprel ayinin 6 da ona praporsik ve 1852 ci ilin avqust ayinin 19 da porucik herbi rutbesi verilmisdir Qardaslar her ikisi o zaman Samaxida yasayan general mayor Ismayil bey Qutqasinli 1806 1869 ile mohkem dostluq edirdiler Ozlerinden 10 yas boyuk olan xeyli herbi tecrubeye ve elece de yaziciliq istedadina malik bu sexse xususi hormet besleyir onunla hemsohbet olmaqdan xususi zovq alirdilar Tarixci alim dostumuz Edalet Tahirzade oz yazilarinin birinde gosterir ki Haci Ismayil beyin Dostlari arasinda Osman bey ve Omer bey Qasimxanovlari ayrica gostermek gerekdir Zovqi texellusuyle ince serler yazan bu qardaslar Haci Ismayil beyin en yaxin adamlarindandi Ismayil bey ozu 1852 ci ilde Mekke ziyaretine yola dusen zaman onu yola salanlarin arasinda Omer beyin adini xususi hormetle cekir Ismayil bey Samaxi ehlinin onu Hecc seferine yola salmasi merasimini ozunun Sefername adli eserinde bele tesvir edir Cun sehri Samaxida dord seneden ziyade padsah emrine binaen eyan esxaslarm islerine encam vermek ucun memur olmusduq ve ol etrafin eyan esxaslariyla ziyade ulfetlenmisdik ona binaen onlarin segir ve kebiri ve sair ehaliyi seher ve cevanib cem olub bizi seherden intehayi mehribanliq ve hormet ile yola saldilar Bir para sahibi hormetleri iki saat yol oturub Qurd tepesi ile mesh olunmus yerden vidalasib muraciet etdiler Qurd tepesi Samaxidan Ismayilliya geden yolun ustunde ve Samaxidan texminen 15 20 km mesafede olan yasayis meskenidir B N Ve xanzade cenabi Omer bey ve qardasi Osman bey ile bir para beylerle Hovz mahalinin serheddine qeder gelib Agsu cayinin kenarinda vidalasib onlar ayrildilar Biz namazi qilib yolumuza revan olduq H I Qutqasinli Eserleri Baki 2003 seh 84 Qardaslar eyni zamanda o vaxt Sirvanda genis yayilmis esasi Kurdemirli Haci Is ma yil Siraceddin Efendi Sirvani 1782 1848 terefinden qoyulmus ve Kulullu Haci Ehmed Efendi 1856 terefinden davam etdirilen sufi neqsbendi teriqetini qebul etmisdiler Haci Ehmed Efendinin muridleri kimi Sirvanda tesevvuf biliklerinin ya yilmasinda xususi cehd ve fealiyyet gosterirdiler 1825 ci ilde Kurdemirli Haci Ismayil Efendini onun gorkemli muridleri Kulullu Haci Ehmed Efendini Cebrayilli Mir Hemze Seyid Nigarini 1805 1886 olkeden qacmaga mecbur eden car hokumeti bu teriqeti ve teriqetin bascilarini oz hokumeti ucun ciddi tehluke hesab edirdi Bele ki her seyden evvel 1817 1864 cu illerde Simali Qafqazda car mustemlekeciliyine qarsi mubarizenin rehberleri Qazi Mehemmed 1794 1832 Hemzet bey 1834 ve Seyx Samilin 1797 1871 rehberliyi altmda davam etmis tarixe Muridizm herekati ve Qafqaz muharibesi adi ile dusmus muharibenin ideya rehberi ve teskilatcisi Kur demirli Haci Ismayil Efendi ve onun ardicillari hesab olunurdu Ona gore de rus hokumeti 1820 ci ilden baslayaraq bu teriqetin numayendelerine qarsi aciq mubarizeye ve repressiv tedbirlere basladi Xususile 1820 ci ilden baslayaraq general A P Yermolovun general mayor knyaz V Q Madatovun knyaz Behbudovun general mayor Celyayevin ve diger car memurlarinin vasitesi ile Sirvan Car Balaken ve Dagistanda bu teriqetin uzvleri teqib edilmeye izlenmeye baslandi Hebsler surgunler ciddi nezaret ve mehdudiyyetler baslandi Daxili Isler Nazirliyi 1856 ci ilde nezaretde saxlanmali hebs ve surgun edilmeli 50 neferden artiq Sirvanli din adamlarinin siyahisini tertib etdi ve bunlarin haqqinda Sirvandaki rus memuriyyetinden hesabat teleb etdi Bu siyahida Omer bey Qasimxanovun adi 1 ci ve qardasi Osman beyin adi 2 ci idi 1855 1856 ci illerde ikinci defe Sirvanda hokumete qarsi ciddi usyan xarakterli igtisaslar bas verdi Birinci boyuk usyan 1826 ci ilin iyul ayinda Abbas Mirzenin ko mandanligi altinda Iran ordusunun cenub serhedlerini kecerek kecmis Azerbaycan xan liqlarini Rusiya isgalindan azad etmek ucun geldikleri zaman bas vermisdi Fursetden istifade eden Sirvanlilar usyan ederek Abbas Mirzenin qosunu ile vetene qayitmis Mustafa xani xanliq kursusune eylesdirmisdiler Lakin 1828 ci ilde iran qosunu meglub olaraq geri donduyu zaman Mustafa xan da onlarla Irana getmisdi Bu usyana 1848 ci ilde mursudu Haci Ismayil Efendi Sirvani Turkiyede vefat edenden sonra vetenine qayitmis Haci Ehmed Efendinin boyuk tesiri olmusdu Bu igtisaslarda Omer beyle Osman beyin de eli oldugu barede hokumet dairelerine melumatlar daxil oldu Qafqaz canisini general leytenant knyaz Behbudovun Daxili Isler Nazirine teqdim etdiyi 1856 ci il 6 sentyabr tarixli 552 li raportunda bildirildiyi kimi Kulullu Haci Ehmed Efendi 2 nefer muridi ile hemin ilin avqust ayinda Tambov quberniyasina surgun edildiler Omer bey ve Osman bey qardaslari da fikirlerini hokumet eleyhine deyismekde muselmanlari igtisasa tehrik etmekde gunahkar bilindiler Hokumet Omer beyi Sirvandan uzaqlasdirmaq qerarina geldi Bu zaman Qars etrafinda ruslarla Turkler arasinda 1853 cu ilin oktyabr ayinin 4 den baslanmis Serq muharibesi 1853 56 ci iller Krim muharibesi gedirdi Bu herbi emeliyyatlar zamani Azerbaycan bolgelerinden toplanmis konullu suvari desteleri de Turklere qarsi vurusurdu Tarixcilerimiz yazirlar ki minlerle konullulerin daxil oldugu bu destelerin bir coxuna azerbaycanli zabitler general mayor Ismayil bey Qutqasinli polkovnik Ferec bey Agayev podpolkovnik Israfil bey Yagdigarov kapitan Ibrahim aga Vekilov ve basqalari basciliq edirdi Ismayil beyin baresinde deyilen sehvdir Ona gore ki Ismayil bey 1851 ci ilden istefaya cixmisdi Samaxida yasayir Baki Qubemiya Bey Komissiyasinm terkibinde fealiyyet gosterirdi 1852 ci ilde de Hecc ziyaretine uzunmuddetli sefere cixmisdi 1853 cu ilde artiq 2 il idiki o mulki bir sexs kimi yasayir ve hokumetden her ay 163 manat teqaud alirdi 1852 ci ilde yazilarinin birinde deyirdi Cun sehri Samaxida dord seneden ziyade padisah emrine binaen eyan esxaslarin islerine encam vermek ucun memur olmusduq Omer beyi Sirvandan uzaqlasdirmaq ve onu en tehlukeli bir yere gondermek meqsedi ile 1855 ci ilin yanvar ayinin 17 de ona podpolkovnik rutbesi verilerek Atli Muselman alayma komandir komekcisi teyin edildi ve Qars cebhesine Turklere qarsi vurusmaga gonderildi Hemin ilin sentyabr ayinin ortalarinda cebhe xettine catan kimi o qardas ve dindas millete qarsi vurusmayacagini alay qarsisinda uca sesle elan etdi ona tapsirilmis doyuscu destesine de bunu etmemeyi teklif etdi ve Turk ordusunun terefine kecerek onlara qosuldu Bu hadiseden xeber tutan kimi Samaxinin Herbi Qubernatoru general mayor Celyayev sentyabrin 30 da Osman beyi hebs etdi ve Tiflise gonderdi 1855 ci ilin oktyabr ayinin 8 de Qafqaz canisini general leytenant Behbudov podporucik Osman beyin Tambov seherine surgun edilmesi barede 577 li emr verdi Osman beyi Tambovda saxlamadilar Onu Finlandiyaya gonderdiler ve orada yerlesen 63 li Don Kazak alayina xidmete teyin etdiler Osman bey orada da cox qalmadi Kohne telebe dostlarindan biri Sankt Peterburqda Sestroretsk silah zavodunun rehberi idi ve onu hemin zavoda ise getirdi 1857 ci ilin oktyabr ayinin 12 de oradan mezuniyyet adi ile qacan Osman bey Istanbula geldi 1859 cu ilde Qafqaz canisini general leytenant Behbudovun basqa bir raportunda 43 nefer subheli sexslerin haqqinda gorulmus inzibati huquqi tedbirler baresinde melumat verilir ve burada da 1 ci Omer beyin ve ikinci Osman beyin adi gedirdi Onlarin haqqindaki melumatlari oldugu kimi veririk 1 Podpolkovnik Omer bey Allahverdi bey oglu Qasimxanov Samaxi seher sakini Serq muharibesi baslayan kimi hokumet eleyhine satqinliq fikrine dusdu Samaxinin sunni ehalisinin arasinda qarisiqliq yaratmaga basladi Qardasi podpo rucik Osman beyle birlikde Berkusad sahesinin Kulullu kendinin sakini Haci Ehmed Efendinin teblig etdiyi Muridizm herekatina qosuldu Atli Muselman alayinin komandir muavini teyin edilmis Omer bey 1855 ci ilde Qars etrafindaki doyuslerde qacib Turklerin terefine kecdi ve hazirda Omer Pasa adi ile Turkiyede yasayir 2 Podporucik Osman bey Allahvaerdi bey oglu Qasimxanov Omer beyin dogma qardasidir 1855 ci il sentyabr ayinin 30 da Samaxinin kecmis Herbi Quber matoru general mayor Celyayev terefinden hebs edilmisdir Qafqaz canisini general leytenant knyaz Behbudovun is yerinde olmamasi ile elaqedar olaraq cenab Daxili Isler Nazirinin 1855 ci il 8 oktyabr tarixli 577 li serencami ile Tiflis seherinden Tambova gonderilmis ve oradan da hemin serencama esasen Finlandiyada yerlesen 63 li Don Kazak alayina ezam edilmisdir Sankt Peterburqdaki Sestroretsk zavo dunun komandiri terefinden 1857 ci ilin oktyabr ayinin 12 de 7 gunluk isden azad edilmis ve Istanbula qacmisdir Hazirda Osman Pasa adi ile Istanbulda yasayir 3 Haci Ehmed Efendi Berkusad sahesinin Kulullu keyd sakini General leytenant Behbudovun serencami ile 1856 ci ilde 2 nefer muridi Xancoban sahe sinin Qaraqoyunlu kend sakini Qehreman bey Haci Salman bey oglu ve Qebele sahesinin Nuxa qezasinin Vendam kend sakini Eziz Efendi Qafur Efendi oglu ile birlikde Tambov quberniyasina surgun edilmisler Qehreman bey ve Eziz Efendi Tambovdan Arxangelsk quberniyasma gonderilmisler Haci Ehmed Efendi 1856 ci ilin dekabr ayinin 24 de Tambovda vefat etmis ve orada defn edilmisdir 4 Qehreman bey Haci Salman bey oglu 1862 ci ilde carin efv fermani ile surgunden azad olub vetenine Qaraqoyunlu kendine gelmisdir 5 Eziz Efendi Qafur Efendi oglunun talei namelumdur Bu siyahida bunlardan basqa 38 neferin de adi vardir Bax ARMTA Fond 45 siyahi 2 is 82 Omer bey ilk evvel Turkiye ordusu sirasmda Pasa general rutbesi ile xidmet etmis xeyli meshurlasmis ve bir muddet sonra hokumet vezifelerine ireli cekilmisdir Uzun muddet Osmanli dovletinde liva o zamanki Turk ordusunda 2 alaydan ibaret ordu birlesmesinin komandiri general rutbesi ile Sam Suriya etrafinda herbi vezife qarnizon komandiri vezifesi dasimisdir Turkiyede yasayib islediyi muddetde Azerbay candaki muridlerle daima yazismis onlarla eyni zamanda vetende qalmis aile uzvleri ile six elaqe saxlamisdir Omer Pasa Turkiye terefine kecen zaman onun Samaxida ailesi qalmesdi 1844 cu ilde vetende iken o Bicolu Sahbaz bey Sixelibeylinin qizi Hecer xanimla evlenmisdi Hecer xanim 1847 ci ilde vefat etmisdi bir il sonra hemin beyin neslinden Tohfe xanimla evlenmisdi Onlarin hec birinden usaglari olmadigi ucun bir qeder sonra Turcanka Turk qizi deyilen kenizle evlenmisdi Turk qizmdan 1850 ci ilde Memmed seid bey adli oglu ve 1852 ci ilde Kafiye Sultan adli qizi olmusdur O Turkiyeye gederken Sirvanda 2 nefer zovce ve 2 nefer usaq qoyub getmisdir ki Sirvanda nesli bu yolla davam etmisdir Turkiyedeki aile heyati barede hec bir melumatimiz yoxdur Osman beye de Turkiyede Pasa general herbi rutbesi verilmisdir Omrunun sonuna qeder Istanbulda arxitektor muhendis islemisdir Turkiyeye gederken onun da Samaxida ailesi qalmesdir Osman Pasa 1848 ci ilde Bicolu Sahbaz bey Sixelibeyovun diger qizi Ruhiyye xanimla aile qurmus ve 1849 cu ilde Qemer xanim adli qizlari dogulmusdur Osman beyden sonra Bico kendinde arvadi ve qizi qalmisdi Qizi Qemer xanim 1866 ci ilde oz dayisi oglu ile Sahbaz bey Haci Mehdi bey oglu Sixelibeyli ile aile qurmusdur Osman beyin de Istanbuldaki aile heyati barede hec bir melumatimiz yoxdur Bir mesele diqqete layiqdir ki bu qardaslar aile qurmaqda da bir yol bir meqsed secmisler bir aileden iki baciya evlenmisler Tarixi senedlerden melum olur ki her iki qardas Sirvan sufi dini ve edebi mektebinin tesiri altina dusmusdiler vetende iken edebi meclislerin hem teskilatcisi hem de feal istirakcisi olmusdular Dahi sairimiz Haci Seyid Ezim Sirvani 1835 1888 ozunun meshur tezkiresinde Eserleri 3 cu cild Baki 1974 seh 117 118 Omer beye ve Osman beye ayrica yer vermis onlarin haqqinda xeyli xos melumatlar vermisdir S E Sirvani sozune bele baslayir Osman bey sehri Samaxinin xanzadelerindendir Qardasi Omer bey ile o cenab dovleti eliyyeyi Rusiyyede sahibmenseb ve sahibvezife kimselerden olmuslar Onlar kimi ehli kamal ve sahibcelal ve sahibzovq kimseneler daireyi Sirvane gelmemisdir Her ikisinin tebi olmagi meshurdur ve zikri xeyr ile adlari her dilde mezkurdur Seyid Ezim Sirvani bu iki qardasin arasinda ancaq bir ferq oldugunun musahide edildiyini soyleyir Bu da ondan ibaretdir ki Omer bey xeyli xosehval ve xosxasiyyet Osman bey ise qismen tundmecaz olmusdur Deyir ki edebi meclislerin birinde Sirvanin o vaxtki bedihegu sair nevislerinden Mohneti Sirvaninin dilinden cixan letife mezmunlu bir beyt Osman beyi tebden cixaran zaman Omer bey qardasini sakitlesdirmis beytin menasini sehv anladigmi ona basa salmis Mohnetiye merhemet gostermis ve xeyli enam vermisdir Bu yazisinda S E Sirvani gosterir ki qardaslar her ikisi Turkiye memleketinde yaranal general pasa adi ile meshurdurlar Osman bey Istanbulda muhendis se viy yesinde meshurdur Omer beyin mertebesi ise ondan xeyli yuksekdir Yeqin ki sair Osman Pasanin mulki ve Omer Pasanin herbi vezife dasidiglarma gore bu qenaete gelmisdir Qardaslarm Zovqi texellusu ile yazdiqlari seirlerinden elimizde cox az bir hisse vardir ki bulari da S E Sirvaninin tezkiresinden elde etmisik ve nezerinize catdiririq Omer beyin qezeli Ol mahin sanma ki esqim lebu ruxsarinadir Ya ki sehla gozune turreyi terrarinadir Bute etmekdi sitayis elemek surete meyl Esqimiz zahid onun siveyi etvarinadir Osman beyin qezeli Esqimiz sanma o suxun xett ile xalinadir Ya ki geysuyi siyahina ruxi alinadir Meeni erbabi ozun surete etmez asiq Bizim asiqliyimix ol mehin ehvalmadir Osman beyin farsca seirinden Amade nesim subhdem tersem ki azares kuned Tehriki zulfti enbersi ez xevab bidares kuned Geldi seher nesimi qorxdum yara vere ezab Etirli saclarmi terpede qaca gozlerinden xab Qardaslarm elimizde olan qezel numunelerinin mena ve redif eyniliyinden bele bir neticeye gelmek olur ki bu qezeller bir vaxtda bir edebi meclisde ve biri birine nezire kimi deyilmisdir Muellif zahide muracietle beyan edir ki surete meyl etmek sitayis etmek butperestlikdir Men ise butperestlikden uzagam muselmanam gozelin isvesine nazma qemzesine vurgunam Farsca qezelden de melum olur ki qardaslar fars dilini ve fars seriyyetini de cox yaxsi bilmisler her iki dilde onlarm yaradiciliq meyleri gozellik esq mehebbet yonumlu olmusdur S E Sirvaninin tezkiresinde qardaslarin qezellerinden cemi bir hece misra verilmisdir Elimizde olan melumata gore Huseyn Efendi Qaibzadenin Azerbaycanda meshur olan sueranin asarma mecmue sinde Baki quberniyasmdan Samaxi esilli Zovqi texelluslu Osman bey Qasimxanovun hebsde olan vaxt insa etdiyi iki qezeli ve bir muxemmesi verilmisdir Elyazmalar institutu M 133 3045 seh 996 999 Bu yazini dahi S E Sirvaninin bu sozleri ile bitirmek isterdim Elheq bu iki qardas kimi yegane daireyi cahana gelmemisdir Beli O zaman yuxarida adlarini cekdiyimiz ve cekmediyimiz Azerbaycan ogullari Rusiya qosunlari terefde Turk qardaslarimiza gulle atmagla herbi rutbe orden ve medallar qazandilar Onlarin arasindan Omer bey ve Osman bey Qasimxanlilar cixdi milli qeyret milli qurur ve milli teessubkeslik yolunda veteninden evinde ailesinden oldu qohum eqrebasindan usaqlarindan ayri dusdu IstinadlarMuellif professor Babaxan Niyazli olu kecid