Çöküntülər (geoloji) — fiziki, kimyəvi və bioloji proseslər nəticəsində çökən, hələ sonrakı dəyişilmələrə məruz qalmamış və müasir çöküntü toplanma zonasının səthində yatan məhsullar (qum, lil, sapropel)
Haqqında
Subakval çöküntülərdən başqa bunlara küləyin, buzun və başqa amillərin fəaliyyəti və aşınma prosesləri nəticəsində bilavasitə qurunun səthində toplanan məhsullar da aiddir. Dəyişilməyə məruz qalmamış, lakin qədim çöküntü qatlarının tərkibində olan çöküntülərə (məsələn, qumlar, ) süxur kimi baxılmalıdır. Süxurları (o cümlədən sementləşməmiş süxurlar) "çöküntü" adlandırmaq olmaz. Qədim çöküntü süxurlar arasında bir sıra çöküntü analoqları məlumdur. Bu isə müasir çöküntülərə aid olan məlumatlardan litoloji və fatsial tədqiqatlar üçün müqayisəli şəkildə istifadə etməyə əsas verir.
Çöküntülərin sıxlaşması
Çöküntülərin sıxlaşması — diagenez və katagenezdə çöküntülərin qalınlığının azalması. Çöküntülərin sıxlaşması prosesi çöküntülərin həcm çəkisinin artması ilə müşayiət olunur. Gilli, gilli-alevritli və qumlu-gilli çöküntülərin sıxlaşma qabiliyyəti daha yüksəkdir və molluska qabıqlarının və lilyeyənlərin hərəkət izlərinin basılıb yastılaşması və sıxlaşması kimi əlamətlərə görə asanlıqla aşkar edilir. Silisiumlu çöküntülərin sıxlaşması sinerezis nəticəsində yaranır və bu da bəzən çöküntülərdə olan iri qabıqların deformasiyaya uğramasına səbəb olur. Karbonat süxurlarda, yenidən kristallaşma ilə müşayiət edilən sürətli daşlaşma prosesi getdiyinə görə sıxlaşma qabiliyyəti ən aşağı olur. Çöküntülərin sıxlaşması onların kimyəvi və mineral tərkibinin dəyişməsi ilə müşayiət olunur.
Biokimyəvi çöküntülər
Biokimyəvi çöküntülər karbonatlı və silisiumlu süxurların böyük bir qrupudur. Biokimyəvi çöküntülər süxur əmələ gəlməsində üzvi qalıqlar, gilyeyən qurdlar, mikrofitoplankton və bakteriyalar, habelə kimyəvi proseslər (karbonatların, silisiumlu maddənin, fosfatların, manqanlı və dəmirli filizlərin, kükürdün bilavasitə məhlullardan çökməsi) iştirak edir. Bu çöküntülərin genezisi barədə müxtəlif fərziyyələr irəli sürülmüşdür. Bəzi tədqiqatçılar biogen, digərləri isə kimyəvi proseslərə üstünlük verirlər. Biokimyəvi çöküntülər süxur əmələ gəlməsində biokimyəvi proseslərin üzvi stimulyatorları böyük rol oynayır. Məsələn, karboanhidraza fermenti karbon qazının aktivliyini tənzimləyir. Biokimyəvi çökün süxurlarının əsas kütləsi autigendir, lakin törəmə (hipergen) biokimyəvi süxurlar da vardır.
Briozoalı çöküntülər
Briozoalı çöküntülər biogen-karbonatlı dəniz çöküntülləridir. Mamırabənzər heyanların (Bryozoa) koloniyasının qırıntılarından təşkil olunmuşlar; qırıntılar tərkibcə, araqonit və maqneziumlu kalsitdən ibarətdir. Briozoalı çöküntülər adətən qarışıq kimi, epifaunanın digər nümayəndələrinin detritləri və çınqıl-çaqıllardan ibarət terrigen material iştirak edir. Qranulometrik tərkibinə görə qumlara uyğundur. Açıq şelflərdə və boğazlarda 150 m-dək dərinliklərdə, dib sularının aktiv hərəkəti şəraitində mamırabənzər faunanın bol olduğu yerlərdə əmələ gəlir. Soyuqsulu dənizlərdə (məs., Oxot dənizi) lokal sahələrdə yayılır.
Dağarası hövzə çöküntüləri
Dağarası hövzə çöküntüləri — dağ silsilələri ilə əhatə olunan qapalı sedimentasion hövzələrdə toplanan çöküntülərdir. Dağarası çökəklərdə çöküntütoplanma prosesi dağəmələgəlmə prosesləri ilə eyni vaxtda başlayır və eyni vaxtda da bitir. Çöküntülərin xüsusiyyəti və paylanması dağönü çökəkliklərin daxili hissəsində olduğu kimidir. Lakin, sonunculardan fərqli olaraq, dağarası hövzələrdə çöküntülərin paylanması simmetrikdir. Silsiləyə yaxın sahələrdə brekçiya, konqlomerat və qumdaşlarından ibarət qalın çöküntü qatı toplanır. Silsilələrdən uzaqlaşdıqca qumdaşları daha narındənəvər, yaxşı çeşidlənmiş olur, alevrolit, gil və mergel ara qatları meydana gəlir. Nisbətən alçaq dağlarla əhatə olunmuş qədim və geniş dağarası hövzələrin (məsələn, RF-də Çelyabinsk hövzəsi, ABŞ-də Uinta, Qrin, River və b. hövzələr) mərkəzi hissələrində isti iqlim və atmosfer çöküntülərinin bolluğu şəraitində yanar şist, kömür, bitumlu və təmiz şirinsu əhəngdaşlarının qalın qatları toplanır. Bu süxurlar dağlara doğru getdikcə yuxarıda göstərilən ardıcıllıqla qırıntı süxurlarla əvəz olunur.
Delta çöküntüləri
Delta çöküntüləri çaymənsəbi sahələrində toplanan müxtəlif mexaniki tərkibli süxurlardır. Qazıntı deltalarda tez-tez kömür laylarına rast gəlirir. Dənizlərə tökülən böyük düzənlik çaylarının deltalarında aşağıdakı çöküntü tipləri ayrılır: 1. Deltanın yerüstü hissəsinin çöküntüləri; çay qolları meandrlarının çəplaylı qumlardan, bataqlıq sahələrdə isə alevritli — gilli çöküntülərdən ibarətdir. İkincilər, adətən, üzvi bitki materialları ilə zəngin olur. 2. Mənsəbyanı barların, sahilyanı bəndlərin, qabarma-çəkilmə dayazlıqlarının, habelə kiçik axarların (çay qollarının) qumlu- alevritli çöküntülərindən ibarət olan keçid delta çöküntüləri. Buraya həmçinin liman, laqun və relikt göllərin narınqumlu və alevritli-gilli çöküntüləri də aiddir. Deltanın bu hissəsi üçün çəp və çəpdalğalı təbəqəliyin müxtəlif tipləri və üfüqi təbəqəlilik səciyyəvidir. 3. Deltanın sualtı — dəniz hissəsi çöküntüləri. Bu hissədə qumlu-alevritli, alevritli-gilli, həmçinin daha iridənəvər çöküntülər yayılmışdır. Sonuncular üçün meyil və istiqaməti dəyişkən olan çoxmərtəbəli çəp (və çəpdalğalı) təbəqəlilik səciyyəvidir. Çay mənsəbindən uzaqlaşdıqca material narınlaşır, bircinsli olur və təbəqəlilik çətin müşahidə edilir. Deltanın bu hissəsində heyvan qalıqları bitki qalıqlarına nisbətən üstünlik təşkil edir. Sinonim: Allüvial-dəniz çöküntüləri.
Dərin su çöküntüləri
Dərin su çöküntüləri sedimentasion hövzələrin (dəniz və okeanların) dərin hissələrində toplanan çöküntülərdir. Bunları ayırmaq üçün şərti olaraq müxtəlif dərinlik həddindən istifadə olunur: çox vaxt dərin su çöküntüləri şelf sərhəddindən (200m) dərində əmələ gəlmiş çöküntülər, bəzən isə yalnız abissal (2000 m-dən dərin) çöküntülər aid edilir. Bütün hallarda dərin su çöküntüləri kateqoriyasına tərkib və mənşəcə müxtəlif olan çöküntülər mənsubdur. Dərin su çöküntüləri narındənəvər(pelit, alevrit) növləri, o cümlədən terrigen (gilli, qırıntılı), biogen (karbonatlı, silisiumlu), vulkanogen lillər və qırmızı rəngli dərin su gilləri daha geniş yayılmış çöküntülərdir. Bir çox hallarda dərin su çöküntüləri dərin su qumları (sualtı silsilələrin foraminiferli qumları, turbiditlərdəki terrigen qumlar, adalar qövsü boğazlarının vulkan-terrigen qumları) və hətta iri qırıntılı dərin su çöküntüləri (buzlaq-dəniz, aysberq, piroklastik, turbudit çöküntüləri) rast gəlir. Okeanlarda dərin su çöküntüləri pelagik və hemipelagik növlərə ayrılır.
Çökmə diferensiasiyası
Çökmə diferensiasiyası sutoplayıcı sahələrdən yuyulmuş maddələrin miqrasiya yollarında bir-birindən ayrılması və ardıcıl olaraq sudan çökməsidir. Bu proses müxtəlif çöküntülərin və çökmə süxurların yaranmasına səbəb olmuşdur. Çökmə diferensiasiyası 2 növə ayrılır: mexaniki və kimyəvi. Mexaniki çökmə diferensiasiyası daşınan hissəciklər ölçülərinə və xüsusi çəkisinə görə çeşidlənir. Kimyəvi çökmə diferensiasiyası isə mühitin eH və pH dəyişməsinin təsiri altında həll olmuş maddələr kimyəvi ardıcıllıqla çökürlər. Əslində, litogenezdə əsas rolu maddənin faza dəyişiklikləri oynayır. Bu çevrilmələr əvvəlcə aşınma qabığında və ya vulkanik ocaqda, sonra maddənin miqrasiyası prosesində və ən nəhayət, diagenezdə baş verir. Diferensiasion hadisələr isə ikinci dərəcəli olub, çox vaxt güclə sezilir. hövzə bir neçə mənbədən qidalandıqda hövzədə qatışma hadisələri maddələrin ayrılmasına nisbətən daha intensiv olur.
Həmçinin bax
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Cokuntuler Cokuntuler geoloji fiziki kimyevi ve bioloji prosesler neticesinde coken hele sonraki deyisilmelere meruz qalmamis ve muasir cokuntu toplanma zonasinin sethinde yatan mehsullar qum lil sapropel HaqqindaSubakval cokuntulerden basqa bunlara kuleyin buzun ve basqa amillerin fealiyyeti ve asinma prosesleri neticesinde bilavasite qurunun sethinde toplanan mehsullar da aiddir Deyisilmeye meruz qalmamis lakin qedim cokuntu qatlarinin terkibinde olan cokuntulere meselen qumlar suxur kimi baxilmalidir Suxurlari o cumleden sementlesmemis suxurlar cokuntu adlandirmaq olmaz Qedim cokuntu suxurlar arasinda bir sira cokuntu analoqlari melumdur Bu ise muasir cokuntulere aid olan melumatlardan litoloji ve fatsial tedqiqatlar ucun muqayiseli sekilde istifade etmeye esas verir Cokuntulerin sixlasmasiCokuntulerin sixlasmasi diagenez ve katagenezde cokuntulerin qalinliginin azalmasi Cokuntulerin sixlasmasi prosesi cokuntulerin hecm cekisinin artmasi ile musayiet olunur Gilli gilli alevritli ve qumlu gilli cokuntulerin sixlasma qabiliyyeti daha yuksekdir ve molluska qabiqlarinin ve lilyeyenlerin hereket izlerinin basilib yastilasmasi ve sixlasmasi kimi elametlere gore asanliqla askar edilir Silisiumlu cokuntulerin sixlasmasi sinerezis neticesinde yaranir ve bu da bezen cokuntulerde olan iri qabiqlarin deformasiyaya ugramasina sebeb olur Karbonat suxurlarda yeniden kristallasma ile musayiet edilen suretli daslasma prosesi getdiyine gore sixlasma qabiliyyeti en asagi olur Cokuntulerin sixlasmasi onlarin kimyevi ve mineral terkibinin deyismesi ile musayiet olunur Biokimyevi cokuntulerBiokimyevi cokuntuler karbonatli ve silisiumlu suxurlarin boyuk bir qrupudur Biokimyevi cokuntuler suxur emele gelmesinde uzvi qaliqlar gilyeyen qurdlar mikrofitoplankton ve bakteriyalar habele kimyevi prosesler karbonatlarin silisiumlu maddenin fosfatlarin manqanli ve demirli filizlerin kukurdun bilavasite mehlullardan cokmesi istirak edir Bu cokuntulerin genezisi barede muxtelif ferziyyeler ireli surulmusdur Bezi tedqiqatcilar biogen digerleri ise kimyevi proseslere ustunluk verirler Biokimyevi cokuntuler suxur emele gelmesinde biokimyevi proseslerin uzvi stimulyatorlari boyuk rol oynayir Meselen karboanhidraza fermenti karbon qazinin aktivliyini tenzimleyir Biokimyevi cokun suxurlarinin esas kutlesi autigendir lakin toreme hipergen biokimyevi suxurlar da vardir Briozoali cokuntulerBriozoali cokuntuler biogen karbonatli deniz cokuntulleridir Mamirabenzer heyanlarin Bryozoa koloniyasinin qirintilarindan teskil olunmuslar qirintilar terkibce araqonit ve maqneziumlu kalsitden ibaretdir Briozoali cokuntuler adeten qarisiq kimi epifaunanin diger numayendelerinin detritleri ve cinqil caqillardan ibaret terrigen material istirak edir Qranulometrik terkibine gore qumlara uygundur Aciq selflerde ve bogazlarda 150 m dek derinliklerde dib sularinin aktiv hereketi seraitinde mamirabenzer faunanin bol oldugu yerlerde emele gelir Soyuqsulu denizlerde mes Oxot denizi lokal sahelerde yayilir Dagarasi hovze cokuntuleriDagarasi hovze cokuntuleri dag silsileleri ile ehate olunan qapali sedimentasion hovzelerde toplanan cokuntulerdir Dagarasi cokeklerde cokuntutoplanma prosesi dagemelegelme prosesleri ile eyni vaxtda baslayir ve eyni vaxtda da bitir Cokuntulerin xususiyyeti ve paylanmasi dagonu cokekliklerin daxili hissesinde oldugu kimidir Lakin sonunculardan ferqli olaraq dagarasi hovzelerde cokuntulerin paylanmasi simmetrikdir Silsileye yaxin sahelerde brekciya konqlomerat ve qumdaslarindan ibaret qalin cokuntu qati toplanir Silsilelerden uzaqlasdiqca qumdaslari daha narindenever yaxsi cesidlenmis olur alevrolit gil ve mergel ara qatlari meydana gelir Nisbeten alcaq daglarla ehate olunmus qedim ve genis dagarasi hovzelerin meselen RF de Celyabinsk hovzesi ABS de Uinta Qrin River ve b hovzeler merkezi hisselerinde isti iqlim ve atmosfer cokuntulerinin bollugu seraitinde yanar sist komur bitumlu ve temiz sirinsu ehengdaslarinin qalin qatlari toplanir Bu suxurlar daglara dogru getdikce yuxarida gosterilen ardicilliqla qirinti suxurlarla evez olunur Delta cokuntuleriDelta cokuntuleri caymensebi sahelerinde toplanan muxtelif mexaniki terkibli suxurlardir Qazinti deltalarda tez tez komur laylarina rast gelirir Denizlere tokulen boyuk duzenlik caylarinin deltalarinda asagidaki cokuntu tipleri ayrilir 1 Deltanin yerustu hissesinin cokuntuleri cay qollari meandrlarinin ceplayli qumlardan bataqliq sahelerde ise alevritli gilli cokuntulerden ibaretdir Ikinciler adeten uzvi bitki materiallari ile zengin olur 2 Mensebyani barlarin sahilyani bendlerin qabarma cekilme dayazliqlarinin habele kicik axarlarin cay qollarinin qumlu alevritli cokuntulerinden ibaret olan kecid delta cokuntuleri Buraya hemcinin liman laqun ve relikt gollerin narinqumlu ve alevritli gilli cokuntuleri de aiddir Deltanin bu hissesi ucun cep ve cepdalgali tebeqeliyin muxtelif tipleri ve ufuqi tebeqelilik seciyyevidir 3 Deltanin sualti deniz hissesi cokuntuleri Bu hissede qumlu alevritli alevritli gilli hemcinin daha iridenever cokuntuler yayilmisdir Sonuncular ucun meyil ve istiqameti deyisken olan coxmertebeli cep ve cepdalgali tebeqelilik seciyyevidir Cay mensebinden uzaqlasdiqca material narinlasir bircinsli olur ve tebeqelilik cetin musahide edilir Deltanin bu hissesinde heyvan qaliqlari bitki qaliqlarina nisbeten ustunlik teskil edir Sinonim Alluvial deniz cokuntuleri Derin su cokuntuleriDerin su cokuntuleri sedimentasion hovzelerin deniz ve okeanlarin derin hisselerinde toplanan cokuntulerdir Bunlari ayirmaq ucun serti olaraq muxtelif derinlik heddinden istifade olunur cox vaxt derin su cokuntuleri self serheddinden 200m derinde emele gelmis cokuntuler bezen ise yalniz abissal 2000 m den derin cokuntuler aid edilir Butun hallarda derin su cokuntuleri kateqoriyasina terkib ve mensece muxtelif olan cokuntuler mensubdur Derin su cokuntuleri narindenever pelit alevrit novleri o cumleden terrigen gilli qirintili biogen karbonatli silisiumlu vulkanogen liller ve qirmizi rengli derin su gilleri daha genis yayilmis cokuntulerdir Bir cox hallarda derin su cokuntuleri derin su qumlari sualti silsilelerin foraminiferli qumlari turbiditlerdeki terrigen qumlar adalar qovsu bogazlarinin vulkan terrigen qumlari ve hetta iri qirintili derin su cokuntuleri buzlaq deniz aysberq piroklastik turbudit cokuntuleri rast gelir Okeanlarda derin su cokuntuleri pelagik ve hemipelagik novlere ayrilir Cokme diferensiasiyasiCokme diferensiasiyasi sutoplayici sahelerden yuyulmus maddelerin miqrasiya yollarinda bir birinden ayrilmasi ve ardicil olaraq sudan cokmesidir Bu proses muxtelif cokuntulerin ve cokme suxurlarin yaranmasina sebeb olmusdur Cokme diferensiasiyasi 2 nove ayrilir mexaniki ve kimyevi Mexaniki cokme diferensiasiyasi dasinan hissecikler olculerine ve xususi cekisine gore cesidlenir Kimyevi cokme diferensiasiyasi ise muhitin eH ve pH deyismesinin tesiri altinda hell olmus maddeler kimyevi ardicilliqla cokurler Eslinde litogenezde esas rolu maddenin faza deyisiklikleri oynayir Bu cevrilmeler evvelce asinma qabiginda ve ya vulkanik ocaqda sonra maddenin miqrasiyasi prosesinde ve en nehayet diagenezde bas verir Diferensiasion hadiseler ise ikinci dereceli olub cox vaxt gucle sezilir hovze bir nece menbeden qidalandiqda hovzede qatisma hadiseleri maddelerin ayrilmasina nisbeten daha intensiv olur Hemcinin baxFiziki hadiseler Suxurlar Kulek BuzMenbeGeologiya terminlerinin izahli lugeti Baki Nafta Press 2006 679