Çökmə süxurlar maddələrin əsasən su mühitində, az hallarda atmosfer agentləri və buzlaqların fəaliyyəti nəticəsində quruda və ya dənizdə və okeanda çökməsi nəticəsində əmələ gəlir
Haqqında
Çökmə süxurlara nümunə olaraq qum(çöküntü mənşəli süxurlardan əmələ gəlmiş), çaydaşı, çınqıl və gil bunlar tikintidə geniş istifadə olunur, Torf, daş kömür, əhəngdaşı və təbaşir kimi çökmə süxurlar da bitki və heyvan qalıqlarından yaranmışdır. Su hövzələrində və ya quruda toplanan süxurlar- çökmə süxurlar adətən laylı olub tərkibində bitki və heyvan qalıqları olur. Mənşəyinə görə çökmə süxurlar kimyəvi (daşduz, əhəngdaşı, gips, və s.), orqanogen (daş kömür, torf, mərcan qalıqları) və qırıntı süxurlara bölünür. Kimyəvi və orqanegen çöküntüklər isə quruda çökdürülür və müvafiq olaraq protogen və kontinental süxurlar adlanır. Yer səthinin 75%-i çökmə süxurlarla örtülmüşdür.
Çökmə süxurların rəngi
Çökmə süxurların rəngi ən mühüm əlamətlərindən biridir. Çökmə süxurların rəngi ilkin və törəmə ola bilər. İlkin dedikdə, adətən, süxurəmələgəlmənin ən başlanğıc mərhələsinə xas olan və eləcə də diagenez zamanı yaranmış rəng nəzərdə tutulur. Törəmə rəng, adətən, hipergen mənşəli olur, yəni aşınma və reqressiv epigenez (gizli hipergenez) prosesində əmələ gəlir. İlkin rəng süxurların tərkibini və genezisini əks etdirərək, stratiqrafik korrelyasiyaya kömək edir. Çökmə süxurların rəngi aşağıdakı amillərdən asılıdır: 1) süxurların tərkibində iştirak edən mineralların rəngi; 2) süxurlara bəzən çox az miqdarda mexaniki qarışan və ya onların dənələrini nazik pərdə şəklində örtən ən kiçik hissəciklərin rəngi. İlkin rəngin əsas əlaməti — müxtəlif rəngə boyanmış hissələrin sərhədinin laylanma müstəvisi ilə üst-üstə düşməsidir. Ağ rəng ilkin və törəmə ola bilər. Qırmızımtıl-qəhvəyi çalarlar rəngin singenetik və hipergen mənşəli olmasını göstərir. Yaşıl, boz və qara rənglər üzvi maddənin iştirakı ilə gedən intensiv diagenez, daha az reqressiv hipergenez prosesinə dəlalət edir və çox nadir hallarda ilkin (məs., alloxton kömürlü hissəciklərin və rəngli qırıntılı mineralların qarışığı nəticəsində) olur. Çökmə süxurların rəngi gözlə və ya cihazlarla (spektrofotometr) təyin edilir.
Çökmə süxurların təsnifatı
Çökmə süxurların bir sıra təsnifatı verilmişdir. Belə təsnifatlardan birinə görə süxurlar, əvvəlcə onları təşkil edən maddələrin mənşəyinə görə əsas genetik siniflərə bölünür: 1) əsasən mexaniki xırdalanma məhsulları; 2) adətən, məhlula keçməyən ilkin süxurların kimyəvi parçalanma məhsulları (gillər); 3) tam kimyəvi parçalanma nəticəsində məhlula keçən xalis kimyəvi və ya biogen yolla ayrı-ayrılıqda çökən müxtəlif birləşmələrin məhsulları; 4) əsasən əvvəllər mövcud olmuş süxurların hesabına deyil, hava və suda olan qazların, bitkilərin fotosintezi yolu ilə əmələ gələn məhsulları; 5) qarışıq tərkibli süxurlar. Mütləq təmiz süxur olmadığı üçün təmiz və qarışıq süxurların sərhədi şərti qəbul edilir və müxtəlif hallarda müxtəlif olur. Bu təsnifatın xüsusiyyəti ondan ibarətdir ki, əsas siniflərdə ayrılmış xalis çökmə süxurlar və onların növləri ilə yanaşı, habelə qalıq (elüvial) növləri də ayrılır. Bütün hallarda süxurlar təsnifatda aşağıdakı qanunauyğunluqla, yəni qırıntılı süxurların dənə ölçülərinin azalması ardıcıllığı, kimyəvi süxurların isə həllolma qabiliyyətinin artması qaydası ilə düzülür. Hazırda çökmə süxurların maddi tərkibi və genezisinə görə təsnifatı geniş yayılmışdır. Çökmə süxurların aşağıdakı qrupları və ya sinifləri ayrılır: 1) qırıntılı (piroklastik süxur daxil olmaqla); 2) gilli; 3) giltorpaqlı; 4) dəmirli; 5) manqanlı; 6) fosfatlı; 7) silisiumlu; 8) karbonatlı; 9) duzlar (sulfatlar, xloridlər və qarışıq tərkibli süxur); 10) kaustobiolitlər.
Dinamik çökmə süxur kompleksləri
Dinamik çökmə süxur kompleksləri Yer qabığının həm geniş və həm də məhdud sahələrini əhatə edən ehtizazi hərəkətlərin müxtəlif mərhələlərində əmələ gələn kompleksləridir. Dənizin transqressiyasına uyğun gələn ərazinin çökəlməsi bu hərəkətlərin başlanğıcı kimi qəbul edilir; bu mərhələdə transqressiv dinamik kompleksi təşkil edən konqlomerat, qum və alevrolitlər, qismən , humid zonalarda bunlarla assosiasiya təşkil edən Al, Fe, Mn filizləri, fosforitlər, bəzən kömürlər, arid zonalarda isə gipslər toplanır. Ərazinin çökəlməsi başa çatdıqdan sonra hövzənin sərhədləri və dərinliyi az dəyişən stabil mərhələ gəlir. Bu zaman humid zonada əsasən gil, karbonat və silisium süxurları; dənizkənarı paralik (sahiləyaxın) zonada — kömürlər; arid zonada — gil, dolomit və silisiumlu süxurlar, hövzənin kənar hissəsində isə fosforitlər, halogen süxurlar (gips, halitit, kalium duzları) əmələ gəlir. Bütün bu süxurlar stabil kompleks təşkil edir. Qalxma (dənizin reqressiyası) mərhələsində yenidən qırıntılı süxurlar toplanır. Humid zonalarda bu mərhələ ilə çox qalın kömür yığımları, arid zonalarda isə duzəmələgəlmə əlaqədardır.
Mənbə
- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
İstinadlar
Xarici keçidlər
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Cokme suxurlar maddelerin esasen su muhitinde az hallarda atmosfer agentleri ve buzlaqlarin fealiyyeti neticesinde quruda ve ya denizde ve okeanda cokmesi neticesinde emele gelirHaqqindaCokme suxurlara numune olaraq qum cokuntu menseli suxurlardan emele gelmis caydasi cinqil ve gil bunlar tikintide genis istifade olunur Torf das komur ehengdasi ve tebasir kimi cokme suxurlar da bitki ve heyvan qaliqlarindan yaranmisdir Su hovzelerinde ve ya quruda toplanan suxurlar cokme suxurlar adeten layli olub terkibinde bitki ve heyvan qaliqlari olur Menseyine gore cokme suxurlar kimyevi dasduz ehengdasi gips ve s orqanogen das komur torf mercan qaliqlari ve qirinti suxurlara bolunur Kimyevi ve orqanegen cokuntukler ise quruda cokdurulur ve muvafiq olaraq protogen ve kontinental suxurlar adlanir Yer sethinin 75 i cokme suxurlarla ortulmusdur Cokme suxurlarin rengiCokme suxurlarin rengi en muhum elametlerinden biridir Cokme suxurlarin rengi ilkin ve toreme ola biler Ilkin dedikde adeten suxuremelegelmenin en baslangic merhelesine xas olan ve elece de diagenez zamani yaranmis reng nezerde tutulur Toreme reng adeten hipergen menseli olur yeni asinma ve reqressiv epigenez gizli hipergenez prosesinde emele gelir Ilkin reng suxurlarin terkibini ve genezisini eks etdirerek stratiqrafik korrelyasiyaya komek edir Cokme suxurlarin rengi asagidaki amillerden asilidir 1 suxurlarin terkibinde istirak eden minerallarin rengi 2 suxurlara bezen cox az miqdarda mexaniki qarisan ve ya onlarin denelerini nazik perde seklinde orten en kicik hisseciklerin rengi Ilkin rengin esas elameti muxtelif renge boyanmis hisselerin serhedinin laylanma mustevisi ile ust uste dusmesidir Ag reng ilkin ve toreme ola biler Qirmizimtil qehveyi calarlar rengin singenetik ve hipergen menseli olmasini gosterir Yasil boz ve qara rengler uzvi maddenin istiraki ile geden intensiv diagenez daha az reqressiv hipergenez prosesine delalet edir ve cox nadir hallarda ilkin mes alloxton komurlu hisseciklerin ve rengli qirintili minerallarin qarisigi neticesinde olur Cokme suxurlarin rengi gozle ve ya cihazlarla spektrofotometr teyin edilir Cokme suxurlarin tesnifatiCokme suxurlarin bir sira tesnifati verilmisdir Bele tesnifatlardan birine gore suxurlar evvelce onlari teskil eden maddelerin menseyine gore esas genetik siniflere bolunur 1 esasen mexaniki xirdalanma mehsullari 2 adeten mehlula kecmeyen ilkin suxurlarin kimyevi parcalanma mehsullari giller 3 tam kimyevi parcalanma neticesinde mehlula kecen xalis kimyevi ve ya biogen yolla ayri ayriliqda coken muxtelif birlesmelerin mehsullari 4 esasen evveller movcud olmus suxurlarin hesabina deyil hava ve suda olan qazlarin bitkilerin fotosintezi yolu ile emele gelen mehsullari 5 qarisiq terkibli suxurlar Mutleq temiz suxur olmadigi ucun temiz ve qarisiq suxurlarin serhedi serti qebul edilir ve muxtelif hallarda muxtelif olur Bu tesnifatin xususiyyeti ondan ibaretdir ki esas siniflerde ayrilmis xalis cokme suxurlar ve onlarin novleri ile yanasi habele qaliq eluvial novleri de ayrilir Butun hallarda suxurlar tesnifatda asagidaki qanunauygunluqla yeni qirintili suxurlarin dene olculerinin azalmasi ardicilligi kimyevi suxurlarin ise hellolma qabiliyyetinin artmasi qaydasi ile duzulur Hazirda cokme suxurlarin maddi terkibi ve genezisine gore tesnifati genis yayilmisdir Cokme suxurlarin asagidaki qruplari ve ya sinifleri ayrilir 1 qirintili piroklastik suxur daxil olmaqla 2 gilli 3 giltorpaqli 4 demirli 5 manqanli 6 fosfatli 7 silisiumlu 8 karbonatli 9 duzlar sulfatlar xloridler ve qarisiq terkibli suxur 10 kaustobiolitler Dinamik cokme suxur kompleksleriDinamik cokme suxur kompleksleri Yer qabiginin hem genis ve hem de mehdud sahelerini ehate eden ehtizazi hereketlerin muxtelif merhelelerinde emele gelen kompleksleridir Denizin transqressiyasina uygun gelen erazinin cokelmesi bu hereketlerin baslangici kimi qebul edilir bu merhelede transqressiv dinamik kompleksi teskil eden konqlomerat qum ve alevrolitler qismen humid zonalarda bunlarla assosiasiya teskil eden Al Fe Mn filizleri fosforitler bezen komurler arid zonalarda ise gipsler toplanir Erazinin cokelmesi basa catdiqdan sonra hovzenin serhedleri ve derinliyi az deyisen stabil merhele gelir Bu zaman humid zonada esasen gil karbonat ve silisium suxurlari denizkenari paralik sahileyaxin zonada komurler arid zonada gil dolomit ve silisiumlu suxurlar hovzenin kenar hissesinde ise fosforitler halogen suxurlar gips halitit kalium duzlari emele gelir Butun bu suxurlar stabil kompleks teskil edir Qalxma denizin reqressiyasi merhelesinde yeniden qirintili suxurlar toplanir Humid zonalarda bu merhele ile cox qalin komur yigimlari arid zonalarda ise duzemelegelme elaqedardir MenbeGeologiya terminlerinin izahli lugeti Baki Nafta Press 2006 679 IstinadlarXarici kecidler