İrəvan səfəri — 17. Osmanlı sultanı IV Murad tərəfindən Səfəvilər üzərinə tərtib edilmiş səfər. Osmanlı-Səfəvi müharibəsinin son mərhələsinə aid bu səfər Osmanlıların qələbəsi ilə başa çatmışdır.
İrəvan səfəri türk. Revan Seferi | |||
---|---|---|---|
Səfəvi-Osmanlı münasibətləri | |||
Tarix | 15 oktyabr 1633 — 19 dekabr 1635 | ||
Yeri | Qərbi Azərbaycan torpaqları | ||
Səbəbi | Səfəvilərin Gürcüstana və Van qalasına hücumlar etməsi | ||
Nəticəsi | Osmanlı ordusu qələbə qazandı;
| ||
Münaqişə tərəfləri | |||
| |||
Komandan(lar) | |||
| |||
Səfər öncəsi
Dövlət idarəsini tamamilə əlinə alan Sultan Murad 1632-ci ildə Şah Səfinin Gürcüstanı işğal edib Van qalasını mühasirəyə almasının ardından Murtuz Paşanı Van qalasının mühafizəsi ilə vəzifələndirdi və sədrəzəm Mehmed Paşa idarəsindəki Osmanlı ordusunu Üsküdara göndərdi (15 oktyabr 1633). Həmin gün Van qalası mühasirədən azad oldu və sərdar yola davam edərək Hələbə, oradan isə ayaqlanan yeniçəriləri yatırtmaq üçün Diyarbəkirə gəldi.
Səfərin gedişi
Şeyxülislam Yəhya Əfəndi ilə birlikdə 28 mart 1635 tarixində Üsküdardan yola çıxan Sultan Murad yol boyunca vəzifələrini yerinə yetirməyən bəzi qazıları, vəzirləri və tütün istifadə edənləri edam etdirmişdir. Bayburt yaxınlığında sədrəzəm Mehmed Paşa ilə görüşən Sultan Murad ordunun rəhbərliyini ələ alıb Səfəvi sərhəddi hesab edilən Qars qalasına doğru irəlilədi (17 iyul 1635). Qaynaqların verdiyi məlumata görə bu əsnada Osmanlı ordusu 200 min əsgər və 125 döyüş topu ilə Səfəvi torpaqlarına daxil olurdu. 26 iyulda İrəvan qalası önlərinə gələn Sultan Murad öz çadırını qalaya yaxın bir yüksəklikdə qurdurdu və bu təpəlik sonralar Hünkar yüksəkliyi adlandı. 11 günlük müdafiənin ardından İrəvan qalası təslim oldu (8 avqust). Padşah qalanın hakimi və dövrün Səfəvi şahı I Səfinin uzaq qohumu sayılan Əmirgünə oğlu Təhmasibqulu xanı möhtəşəm bir mərasimlə qəbul etdi və şahın müdafiə üçün göndərdiyi Mir Fəttah xan idarəsindəki Mazandaranlı tüfəngçiləri azad edərək qalanın bərpa edilməsini əmr etdi. Murtuz Paşa 12 minlik orduyla qalanın mühafizəsi ilə vəzifələndirildi. Anası ilə birlikdə təslim olan Təhmasibqulu xan Hələb bəylərbəyi təyin edildi. Sünniliyi qəbul edib Yusif Paşa adını alsa da, ömrünün sonuna qədər Əmirgünəoğlu olaraq tanınmışdır. İki ay burada qaldıqdan sonra gələn şikayətlər səbəbilə paytaxta çağırılmış, burada ona vəzirlik rütbəsilə birlikdə İstanbul boğazı sahilində böyük bir bağça (Firidun Paşa bağçası, indiki ) və bir saray təsis edildi.
Sultan Murad Kənan Paşa idarəsindəki qüvvələri Axısqa qalasının işğaldan azad olunması üçün göndərdikdən sonra Təbrizə irəlilədi. Ancaq Xoy yaxınlığında xəstələndi və kəcavəyə alındı. Bu əsnada paytaxtdan gələn xəbərlərlə anasının saray çevrilişi hazırlığında olduğunu öyrəndi və paytaxtdakı qardaşları Şahzadə Süleyman və Şahzadə Bəyazidin edam edilməsini əmr etdi (27 avqust). Sultan Murad 11 sentyabrda Təbrizə çatdı ancaq şəhər boşaldılmışdı. Təbrizi tamamilə darmadağın edən Sultan Murad şeyxülislamın müdaxiləsi ilə Cahanşah və Sultan Həsən məscidlərinə toxunmadı.
Səfər sonrası
Qışın gəlişi və xəstəliyinin ağırlaşması səbəbilə geri döndü. İzmitdə onu Axısqa ilə yanaşı bir neçə qalanı da ələ keçirən Kənan Paşa ilə Əmirgünəoğlu qarşıladı. Sultan Murad İzmitdən gəmiylə yola çıxdı (17 dekabr 1635 çərşənbə axşamı günü) və Üsküdara gəldi. Ardından cümə axşamı günü böyük bir mərasimlə İstanbula daxil oldu.
Buna baxmayaraq Osmanlı ordusunun çəkilməsinin ardından İrəvan qalası yenidən Səfəvilərin əlinə keçdi (1 aprel 1636). Şah Səfi İrəvanı geri aldıqdan sonra Kiçik Əhməd Paşanı məğlub etdi və ardından Maqsud xanı elçi olaraq İstanbula göndərdi. Ancaq Sultan Murad elçiyə cavabın Bağdadda veriləcəyini deyib yeni bir səfər hazırlığına başladı.
Həmçinin baxın
Mənbə
- IV. Murad’ın Revan Seferi Menzilnâmesi (haz. Nezihi Aykut, TD, sy. 34 [1984] içinde), s. 191-246;
- Topçular Kâtibi Abdülkadir (Kadrî) Efendi Tarihi (haz. Ziya Yılmazer), Ankara 2003, II, 783-1134;
- Peçuylu İbrâhim, Târih, II, 393-451, 460-462, 486;
- Kerim Yans, IV. Murad Devrinde Osmanlı-Safevî Münasebetleri (doktora tezi, 1977), İÜ Ed. Fak., s. 77-214;
- Süheyl Ünver, “Dördüncü Sultan Murad’ın Revan Seferi Kronolojisi”, TTK Belleten, XVI/64 (1952), s. 547-576.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Irevan seferi 17 Osmanli sultani IV Murad terefinden Sefeviler uzerine tertib edilmis sefer Osmanli Sefevi muharibesinin son merhelesine aid bu sefer Osmanlilarin qelebesi ile basa catmisdir Irevan seferi turk Revan SeferiSefevi Osmanli munasibetleriIrevan seferinin hereket istiqametiTarix 15 oktyabr 1633 19 dekabr 1635Yeri Qerbi Azerbaycan torpaqlariSebebi Sefevilerin Gurcustana ve Van qalasina hucumlar etmesiNeticesi Osmanli ordusu qelebe qazandi Irevan qalasi Osmanlilar terefinden ele kecirildi Osmanli ordusu Tebrize daxil oldu Seferin sonunda Irevan qalasi yeniden Sefevilerin eline kecdiMunaqise terefleriOsmanli Imperiyasi Sefeviler ImperiyasiKomandan lar IV Murad Dabaniyasdi Mehmed Pasa Murtuz Pasa Kenan Pasa I Sah Sefi Emirguneoglu Tehmasibqulu xan Mir Fettah xan Rustem xan SipehsalarSefer oncesiDovlet idaresini tamamile eline alan Sultan Murad 1632 ci ilde Sah Sefinin Gurcustani isgal edib Van qalasini muhasireye almasinin ardindan Murtuz Pasani Van qalasinin muhafizesi ile vezifelendirdi ve sedrezem Mehmed Pasa idaresindeki Osmanli ordusunu Uskudara gonderdi 15 oktyabr 1633 Hemin gun Van qalasi muhasireden azad oldu ve serdar yola davam ederek Helebe oradan ise ayaqlanan yenicerileri yatirtmaq ucun Diyarbekire geldi Seferin gedisiSeyxulislam Yehya Efendi ile birlikde 28 mart 1635 tarixinde Uskudardan yola cixan Sultan Murad yol boyunca vezifelerini yerine yetirmeyen bezi qazilari vezirleri ve tutun istifade edenleri edam etdirmisdir Bayburt yaxinliginda sedrezem Mehmed Pasa ile gorusen Sultan Murad ordunun rehberliyini ele alib Sefevi serheddi hesab edilen Qars qalasina dogru ireliledi 17 iyul 1635 Qaynaqlarin verdiyi melumata gore bu esnada Osmanli ordusu 200 min esger ve 125 doyus topu ile Sefevi torpaqlarina daxil olurdu 26 iyulda Irevan qalasi onlerine gelen Sultan Murad oz cadirini qalaya yaxin bir yukseklikde qurdurdu ve bu tepelik sonralar Hunkar yuksekliyi adlandi 11 gunluk mudafienin ardindan Irevan qalasi teslim oldu 8 avqust Padsah qalanin hakimi ve dovrun Sefevi sahi I Sefinin uzaq qohumu sayilan Emirgune oglu Tehmasibqulu xani mohtesem bir merasimle qebul etdi ve sahin mudafie ucun gonderdiyi Mir Fettah xan idaresindeki Mazandaranli tufengcileri azad ederek qalanin berpa edilmesini emr etdi Murtuz Pasa 12 minlik orduyla qalanin muhafizesi ile vezifelendirildi Anasi ile birlikde teslim olan Tehmasibqulu xan Heleb beylerbeyi teyin edildi Sunniliyi qebul edib Yusif Pasa adini alsa da omrunun sonuna qeder Emirguneoglu olaraq taninmisdir Iki ay burada qaldiqdan sonra gelen sikayetler sebebile paytaxta cagirilmis burada ona vezirlik rutbesile birlikde Istanbul bogazi sahilinde boyuk bir bagca Firidun Pasa bagcasi indiki ve bir saray tesis edildi Sultan Murad Kenan Pasa idaresindeki quvveleri Axisqa qalasinin isgaldan azad olunmasi ucun gonderdikden sonra Tebrize ireliledi Ancaq Xoy yaxinliginda xestelendi ve kecaveye alindi Bu esnada paytaxtdan gelen xeberlerle anasinin saray cevrilisi hazirliginda oldugunu oyrendi ve paytaxtdaki qardaslari Sahzade Suleyman ve Sahzade Beyazidin edam edilmesini emr etdi 27 avqust Sultan Murad 11 sentyabrda Tebrize catdi ancaq seher bosaldilmisdi Tebrizi tamamile darmadagin eden Sultan Murad seyxulislamin mudaxilesi ile Cahansah ve Sultan Hesen mescidlerine toxunmadi Sefer sonrasiQisin gelisi ve xesteliyinin agirlasmasi sebebile geri dondu Izmitde onu Axisqa ile yanasi bir nece qalani da ele keciren Kenan Pasa ile Emirguneoglu qarsiladi Sultan Murad Izmitden gemiyle yola cixdi 17 dekabr 1635 cersenbe axsami gunu ve Uskudara geldi Ardindan cume axsami gunu boyuk bir merasimle Istanbula daxil oldu Buna baxmayaraq Osmanli ordusunun cekilmesinin ardindan Irevan qalasi yeniden Sefevilerin eline kecdi 1 aprel 1636 Sah Sefi Irevani geri aldiqdan sonra Kicik Ehmed Pasani meglub etdi ve ardindan Maqsud xani elci olaraq Istanbula gonderdi Ancaq Sultan Murad elciye cavabin Bagdadda verileceyini deyib yeni bir sefer hazirligina basladi Hemcinin baxinIV Murad I Sah Sefi Emirguneoglu Tehmasibqulu xan Bagdad seferi 1638 MenbeIV Murad in Revan Seferi Menzilnamesi haz Nezihi Aykut TD sy 34 1984 icinde s 191 246 Topcular Katibi Abdulkadir Kadri Efendi Tarihi haz Ziya Yilmazer Ankara 2003 II 783 1134 Pecuylu Ibrahim Tarih II 393 451 460 462 486 Kerim Yans IV Murad Devrinde Osmanli Safevi Munasebetleri doktora tezi 1977 IU Ed Fak s 77 214 Suheyl Unver Dorduncu Sultan Murad in Revan Seferi Kronolojisi TTK Belleten XVI 64 1952 s 547 576