Fərhadnamə - XIV əsr Azərbaycan şairi Arif Ərdəbili tərəfindən, 1369-cu ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə fars dilində yazılmış məsnəvidir.
Fərhadnamə | |
---|---|
Müəllif | Arif Ərdəbili |
Janr | məsnəvi |
Orijinalın dili | fars dili |
Orijinalın nəşr ili | 1369 |
Tarixi
Şəmsəddin Məhəmməd Arif Ərdəbili XIV əsr Azərbaycan şairidir. O, uzun müddət Şirvanşah Əzəm Kavus ibn Keyqubadın (1344-1375) sarayında yaşamış, onun oğlunun təlim və tərbiyəsi, eləcə də tədris işləri ilə məşğul olmuşdu. Şair bir çox qəsidə və mədhiyyələr müəllifi olsa da, ona şöhrət qazandıran “Fərhadnamə” poemasıdır. Şair bu əsəri 1369-1370-ci illərdə (h/q 771) illərdə yazmış və Təbrizdə hökm sürən Cəlairilər sülaləsindən Bahadır xan Sultan Üveys Cəlayırə ithaf etmişdir.
Arif Ərdəbili XIV əsrdə Nizami Gəncəvi ənənələrini davam etdirərək “Xosrov və Şirin” poemasının təsiri altında yeni və orijinal bir əsər yazmışdır. “Fərhadnamə”nin müqəddiməsində verilən izahatdan aydın olur ki, Arif Ərdəbili Fərhadın övladlarından birini görmüş və bu görüş zamanı məlum olmuşdur ki, həmin şəxsdə Fərhadın həyat və sənətkarlığına dair bir kitab vardır. Bu kitabda Fərhadın Gülüstana, sonra isə Şirinə məhəbbətindən danışılır. Şirvanşah Axsitan, Şamaxı və Azərbayacanın digər hərbi qalaları haqqında məlumat verilir. Burada Fərhadın və onun nəslindən olan sənətkarların bu qalalarda daşlar üzərində surətlər həkk edib təsvirlər yaratmasından bəhs edilmiş, Bakıda, Xəzər sahilində tikilən möhtəşəm bir qalanın da adı çəkilmişdir. Kitabda həmçinin Bakı qəbristanlığındakı uzaqdan parlayan əzəmətli bir günbəzin təsviri verilmişdir:
“Bakı qəbristanında bir günbəz vardır. Hər kəs onu görsə heyran olur Parlaq günəş kimi uzaqdan görünür |
Arif Ərdəbili göstərir ki, həmin əsərdən başqa Fərhad və onun nəsli haqqında ağızdan-ağıza yayılmış bəzi dastanları da dinləmiş və bu iki mənbədən ilhamlanaraq “Fərhadnamə” poemasını yazmaq qərarına gəlmişdir:
“Elə ki, dəftərdən bu dastanı oxudum, Başdan-başa bəyəndim, ürəyimə yatdı. Sözə yeni bir əsas verərək, |
Şair, bir neçə yerdə qeyd edir ki, onun əsərinin əsas qəhrəmanı Xosrov yox, Fərhad olacaqdır. Məhz buna görə də əsərinə “Fərhadnamə” adı verəcəkdir:
“Elə ki, qələmim bu əsəri yazmağa başladı, Mən də onun adını “Fərhadnamə” qoydum.” |
Əsərin elm aləminə məlum olan yeganə nüsəxsi İstanbulun Ayasofya kitabxanasında 3335 inventar nömrəsi altında saxlanılır. Əlyazma 137 vərəqdən ibarətdir ki, bunun da 81 vərəqi birinci, qalanı isə ikinci hissəyə aiddir.
Nizami əsəri ilə məzmun fərqləri
Arifin “Fərhadnamə”si müqəddimə və iki hissədən – “Hekayəti-Fərhad” və “Hekayəti Fərhad və Şirin”dən ibarətdir. Birinci hissədə Arif Fərhadı Çin şahzadəsi kimi təqdim edir. Şairin tərənnüm etdiyi Fərhad fərasətli bir şahzadədir ki, sənətkarlığa, xüsusilə rəssamlığa çox meyli və həvəsi vardır. O, Çin rəssamlıq məktəbində təhsil almış, məharətli bir rəssam kimi şöhrət qazanmışdır. Əgər Nizami “Xosrov və Şirin” əsərində sasani şahzadəsi Xosrov Pərvizi əyyaş bir şəxs kimi göstərmişsə, Arif Çin şahzadəsi Fərhadı ədəb-ərkanlı, sənətə, hünərə qiymət verən, sənətkara hörmət bəsləyən zəka və fərasət sahibi kimi təqdim edir.
Nizami Şapuru Çində rəssamlıq təhsili almış bir sənətkar, eyni zamanda Sasani hökmdarı Hürmüzün saray xadimlərindən birisidir, Xosrovun nədimidir. Arifin əsərində isə, Şapur abxaziyalı kimi təsvir edilir. O, məşhur Çin rəssamı Maninin məktəbində təhsil almaq üçün Çinə getmiş, orada öz yüksək ləyaqəti və istedadı ilə Çin şahzadəsi Fərhadın diqqətini cəlb edərək, onun nədimi olmuşdur. Hər iki əsərdə Şapurun adı və ixtisası eyni olsa da, onun milli mənsubiyyəti, Çində təhsil alma məsələsi və s. tamamilə fərqlidir.
Nizami Şapuru Şirinin şəklini Mədaində Xosrova göstərir. Arifdə isə bu hadisə tamamilə başqa planda təsvir edilir. Çində olduqları zaman, Şapur Fərhada abxaziyalı daşyonan bir memarın Gülüstan adlı bir gözəl qızının rəsmini göstərir. Fərhad Gülüstana aşiq olur. Gülüstanın vəfatından sonra isə, Şapur Şirini Fərhada təqdim edir.
Nizamidə Xosrov atasından qorxaraq gözlənilən təhlükədən canını xilas etmək üçün saray naziri Büzürgümidin məsləhəti ilə Azərbaycana qaçır, ordan da Şirinin vüsalına çatmaq məqsədilə Ərmənzəminə tərəf üz qoyur. Arif Ərdəbili bu hadisəni də öz zövqünə uyğun dəyişikliklərlə vermişdir. Fərhadın atası – Çin xaqanı vəfat etdikdən sonra, onun zülmkar oğlu hakimiyyət başına keçir. Fərhad da canını xilas etmək üçün Şapurun məsləhəti ilə onunla birlikdə Çindən Abxaziyaya yola düşür.
Nizami “Xosrov və Şirin” poemasında Bərdə hökmdarı Məhinbanu Xosrovu Ərmənzəmində böyük hörmətlə qarşıladığı kimi, “Fərhadnamə” də Abxaziya hökmdarı Fərhadı və Şapuru böyük təntənə ilə qarşılayır. Burda fərq odur ki, Məhinbanu Xosrovun Sasani taxtının varisi olduğunu bilərək onu hörmətlə qarşılayır. Abxaziya şahı isə Fərhadı tanımır, hələlik onun əsil-nəcabətindən xəbəri yoxdur. O, Fərhadı da Şapur kimi məharətli bir sənətkar bilib, hörmət və nəzakətlə qarşılayır. Fərhad da özünü ancaq çinli bir rəssam kimi təqdim edir.
Nizaminin əsərində Xosrovla Şirinin ilk görünüşü Şirin Mədainə gedərkən çeşmədə çimməsi zamanı baş verir. Arifin qəhrəmanları isə tamamilə başqa şəraitdə görüşürlər. Belə ki, Abxaziya hökmdarı Fərhad və Şapuru öz hüzurunda qəbul etmək üçün rəsmi bir görüş təşkil edir. Bu məclisə hökmdarın arvadı Məhinbanu, 9 yaşlı qızı Şirin də iştirak edirlər. Fərhad ordaca Şirinin diqqətini cəlb edir. Sonrakı görüş və ziyafət məclislərində onlar daha da yaxınlaşıb dostlaşırlar. Şirinin Fərhada hüsn-rəğbəti gündən-günə artır.
Əgər Nizaminin “Xosrov və Şirin” poemasında ilk dəfə Xosrov Şirinə məftun olub, Ərmənzəminə gedərək onunla görüşüb əhd-peyman bağlamış, sonra da Bəhramın əlinə keçmiş taxt-tacını qaytarmaq üçün Bizans dövlətinə sığınıb qeysərdən lazımi kömək almaq məqsədilə onun qızı Məryəmə evlənmiş, nəticədə uzun müddət Şirini unutmağa məcbur olmuşdusa, “Fərhadnamə”nin əsas qəhrəmanı Fərhad ilk dəfə Gülüstana vurulmuşdu. Şapur haqqında danışdığı məşhur memar tərəfindən Abxaziyada təşkil olunmuş bir qonaqlıqda Fərhad onun gözəl qızı Gülüstanı görüb aşiq olmuşdur. Bu, Şapurun hələ Çində ikən şəklini çəkib Fərhada göstərdiyi qızdır. Gülüstan da Fərhada vurulur. Arif Gülüstanın xristian qızı olduğunu, Fərhadın xristian dinini qəbul etməsini, toy mərasiminin xristian adət-ənənəsi əsasında keçirilməsini göstərir. Şair, Fərhadın Gülüstandan olan üç övladını sənət və hünər sahibi kimi təsvir edir.
Nizami əsərində əsas surətlərdən biri olan Məryəm zəhərlənib vəfat edir. Arif əsərində əsas surətlərdən biri olan Gülüstan doğuş zamanı ölür. Fərhad Gülüstana türbə tikdirib, onun qəbri üstündə fəryad edir.
“Fərhadnamə”nin ikinci hissəsində təxminən Nizamidə olduğu kimi Arif Ərdəbili də Xosrovla Şirini görüşdürür. Lakin, fərq burasındadır ki, Nizami əsərində Xosrov bir tərəfdən öz canını xilas etmək məqsədi ilə, digər tərəfdən də sevgilisi Şirinin vüsalına yetişmək xəyalı ilə səfərə çıxmış, təsadüfən yolda Şirini çeşmədə çimdiyi zaman görmüşdür. Lakin, Arifin əsərində Xosrovun gülərin birində adəti üzrə atla gəzərkən çeşmədə çimən Şirini görmüş, onun gözəlliyinə vurulub, məhəbbətin əsiri olmuşdur.
Arifin “Fərhadnamə”sində göstərilir ki, Xosrovla Şirin burada görüşüb-gəzişirlər. Xosrov Şirinə eşq elan edir, Şirin də onun alovlu məhəbbətinə müsbət cavab verir. Nizamidə olduğu kimi Məhinbanu Şirini hüzuruna çağırıb ona tapşırır ki, nigahsız Xosrovun arvadı olmasın. Şirin Banunun bu tapşırığını yerinə yetirəcəyinə and içir. Burada əxlaq və sədaqət məsələsində hər iki şairin fikri eyniyyət təşkil edir.
Lakin, bundan sonra, birdən-birə Arifin “Fərhadnamə”si öz ardıcıllığını itirir, təhlükə silsiləsi qırılır, müəllif Fərhad və Şirin əhvalatına ayıdır, Fərhadın Bisütun dağı ilə çarpışmasını göstərir. Bu zaman Şirin onun görüşünə gəlir, atı yorulur, Fərhad Şirini atı ilə birlikdə çiyninə qaldırıb Qəsri Şirinə gətirir.
Sonrakı fəsillərdə Arif Nizamiyə etiraz edib yazır ki, o, “Xosrov və Şirin”də Fərhada etinasız yanaşmış, ona görkəmsiz və kiçik bir rol vermişdir. Arif Ərdəbiliyə görə, Fərhad qərib olduğu üçün gərək ona artıq diqqət yetirilib qayğı göstəriləydi.
Şair Fərhadı Şirinin vüsalına çatdırır. Onlar öz eşqlərinin bəhrəsini görürlər. Nizami “Xosrov və Şirin”ində isə vəfalı Şirin kefcil Xosrovun bütün şıltaqlıqlarına dözərək, çoxlu əzab cə əziyyət çəkir. Şah bu gözəl və namuslu qadınla ancaq ömrünün axırlarında evlənir.
Filoloji təhlili
Arifin “Fərhadnamə”sində Azərbaycan xalq motivləri, habelə şifahi xalq ədəbiyyatı mövzuları müəyyən dərəcədə öz əksini tapmışdır. Məsələn, Gülüstan hekayəsi, onun atasının sənətə və hünərə meyli, qızını bir sənət sahibinə vermək arzusunda olması şifahi ədəbiyyat və nağıllarla bağlı olan motivlərdir.
Arif Fərhada dərin rəğbət bəsləyib onu əsərinin əsas qəhrəmanı kimi tərənnüm etmişdir. Onun Fərhadı Çin şahzadəsi olmaqla bərabər, həm də gözəl sənətkardır. Arifin Fərhadı təkcə Şirini sevməmiş, dünyadan nakam getməmişdir. O, əvvəlcə Gülüstanla evlənmiş, ondan üç uşağı olmuş, Gülüstanın vəfatından sonra isə Şirinə məftun olmuşdur.
Xosrov və Şirin surətləri Arifin poemasında tamamilə Nizaminin poemasında olduğundan fərqlidir. Arif əsərində Xosrovun eybəcər, çirkin xüsusiyyətlərini göstərsə də, Şirini də ideal bir qadın, eşq və məhəbbət rəmzi olan bir gözəl kimi səciyyələndirə bilməmişdir. Onu saraylara xas, yəni zəif xarakterli, mütərəddid, tez təslim olan, kefcil və hərdəmxəyal bir qadın kimi təsvir etmişdir. Bu, Nizaminin təsvir etdiyi saf eşqli, iffətli, namuslu, dözümlü, düşüncəli, kamal və vəfa sahibi Şirin deyildir. Nizami Şirini doğrudan da həqiqi eşq, ləkəsiz məhəbbət, şərəf və vicdan simvoludur.
Arif də Şapuru mütərəddid və hərdəmxəyal bir şəxs kimi təsvir edir. O gah Fərhadla yoldaşdır, bəzən Xosrovun sevgi və məhəbbət dəllalıdır, gah Şirinin məsləhətçisidir, gah da Məryəmin xidmətçisi vəzifəsini daşıyır. O zəif xarakterli və əsil saray əhval-ruhiyyəli bir şəxsdir.
İstinadlar
- Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1960, səh.202
- Məhəmmədəli Tərbiyət – Danişməndani-Azərbaycan, Tehran, 1314, səh. 251
- Azərbaycan ədəbiyyatı tarixi, Bakı, 1960, səh. 204
- M. Tərbiyət, səh. 252
- Beqdeli, 304
- Herbert Duda – Ferhad und Schirin. Die literarisch Geschichte eines persischen Sagenstoffes, Praha, 1933
- Beqdeli, 313
Ədəbiyyat
- Q. Beqdeli – Şərq ədəbiyyatında “Xosrov və Şirin” mövzusu, Bakı, 1970
- Məhəmmədəli Tərbiyət – Danişməndani-Azərbaycan, Tehran, 1314
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Bu adin diger istifade formalari ucun bax Xosrov ve Sirin deqiqlesdirme Ferhadname XIV esr Azerbaycan sairi Arif Erdebili terefinden 1369 cu ilde Nizami Gencevinin Xosrov ve Sirin poemasinin tesiri ile fars dilinde yazilmis mesnevidir FerhadnameMuellif Arif ErdebiliJanr mesneviOrijinalin dili fars diliOrijinalin nesr ili 1369TarixiSemseddin Mehemmed Arif Erdebili XIV esr Azerbaycan sairidir O uzun muddet Sirvansah Ezem Kavus ibn Keyqubadin 1344 1375 sarayinda yasamis onun oglunun telim ve terbiyesi elece de tedris isleri ile mesgul olmusdu Sair bir cox qeside ve medhiyyeler muellifi olsa da ona sohret qazandiran Ferhadname poemasidir Sair bu eseri 1369 1370 ci illerde h q 771 illerde yazmis ve Tebrizde hokm suren Celairiler sulalesinden Bahadir xan Sultan Uveys Celayire ithaf etmisdir Arif Erdebili XIV esrde Nizami Gencevi enenelerini davam etdirerek Xosrov ve Sirin poemasinin tesiri altinda yeni ve orijinal bir eser yazmisdir Ferhadname nin muqeddimesinde verilen izahatdan aydin olur ki Arif Erdebili Ferhadin ovladlarindan birini gormus ve bu gorus zamani melum olmusdur ki hemin sexsde Ferhadin heyat ve senetkarligina dair bir kitab vardir Bu kitabda Ferhadin Gulustana sonra ise Sirine mehebbetinden danisilir Sirvansah Axsitan Samaxi ve Azerbayacanin diger herbi qalalari haqqinda melumat verilir Burada Ferhadin ve onun neslinden olan senetkarlarin bu qalalarda daslar uzerinde suretler hekk edib tesvirler yaratmasindan behs edilmis Bakida Xezer sahilinde tikilen mohtesem bir qalanin da adi cekilmisdir Kitabda hemcinin Baki qebristanligindaki uzaqdan parlayan ezemetli bir gunbezin tesviri verilmisdir Baki qebristaninda bir gunbez vardir Her kes onu gorse heyran olur Parlaq gunes kimi uzaqdan gorunur Dagin uzerinden gunes kimi parildayir Divan dezden qart daslari dasiyib Dagin basinda o binani tikmisler Senetkarliqla ele bir gunbez qaldirmislar ki Onun mislini hele asiman gunbezi de gormemisdi Onun horulmesinde ele bir is aparilmisdi ki Tikilmesinin hec izini de duymaq mumkun olmaz Arif Erdebili gosterir ki hemin eserden basqa Ferhad ve onun nesli haqqinda agizdan agiza yayilmis bezi dastanlari da dinlemis ve bu iki menbeden ilhamlanaraq Ferhadname poemasini yazmaq qerarina gelmisdir Ele ki defterden bu dastani oxudum Basdan basa beyendim ureyime yatdi Soze yeni bir esas vererek Kuhkeni soz ile diriltdim Sair bir nece yerde qeyd edir ki onun eserinin esas qehremani Xosrov yox Ferhad olacaqdir Mehz buna gore de eserine Ferhadname adi verecekdir Ele ki qelemim bu eseri yazmaga basladi Men de onun adini Ferhadname qoydum Eserin elm alemine melum olan yegane nusexsi Istanbulun Ayasofya kitabxanasinda 3335 inventar nomresi altinda saxlanilir Elyazma 137 vereqden ibaretdir ki bunun da 81 vereqi birinci qalani ise ikinci hisseye aiddir Nizami eseri ile mezmun ferqleriEsas meqaleler Xosrov ve Sirin ve Xosrov ve Sirin Nizami Gence seherinde Ferhad heykeli Arifin Ferhadname si muqeddime ve iki hisseden Hekayeti Ferhad ve Hekayeti Ferhad ve Sirin den ibaretdir Birinci hissede Arif Ferhadi Cin sahzadesi kimi teqdim edir Sairin terennum etdiyi Ferhad ferasetli bir sahzadedir ki senetkarliga xususile ressamliga cox meyli ve hevesi vardir O Cin ressamliq mektebinde tehsil almis meharetli bir ressam kimi sohret qazanmisdir Eger Nizami Xosrov ve Sirin eserinde sasani sahzadesi Xosrov Pervizi eyyas bir sexs kimi gostermisse Arif Cin sahzadesi Ferhadi edeb erkanli senete hunere qiymet veren senetkara hormet besleyen zeka ve feraset sahibi kimi teqdim edir Nizami Sapuru Cinde ressamliq tehsili almis bir senetkar eyni zamanda Sasani hokmdari Hurmuzun saray xadimlerinden birisidir Xosrovun nedimidir Arifin eserinde ise Sapur abxaziyali kimi tesvir edilir O meshur Cin ressami Maninin mektebinde tehsil almaq ucun Cine getmis orada oz yuksek leyaqeti ve istedadi ile Cin sahzadesi Ferhadin diqqetini celb ederek onun nedimi olmusdur Her iki eserde Sapurun adi ve ixtisasi eyni olsa da onun milli mensubiyyeti Cinde tehsil alma meselesi ve s tamamile ferqlidir Nizami Sapuru Sirinin seklini Medainde Xosrova gosterir Arifde ise bu hadise tamamile basqa planda tesvir edilir Cinde olduqlari zaman Sapur Ferhada abxaziyali dasyonan bir memarin Gulustan adli bir gozel qizinin resmini gosterir Ferhad Gulustana asiq olur Gulustanin vefatindan sonra ise Sapur Sirini Ferhada teqdim edir Nizamide Xosrov atasindan qorxaraq gozlenilen tehlukeden canini xilas etmek ucun saray naziri Buzurgumidin mesleheti ile Azerbaycana qacir ordan da Sirinin vusalina catmaq meqsedile Ermenzemine teref uz qoyur Arif Erdebili bu hadiseni de oz zovqune uygun deyisikliklerle vermisdir Ferhadin atasi Cin xaqani vefat etdikden sonra onun zulmkar oglu hakimiyyet basina kecir Ferhad da canini xilas etmek ucun Sapurun mesleheti ile onunla birlikde Cinden Abxaziyaya yola dusur Nizami Xosrov ve Sirin poemasinda Berde hokmdari Mehinbanu Xosrovu Ermenzeminde boyuk hormetle qarsiladigi kimi Ferhadname de Abxaziya hokmdari Ferhadi ve Sapuru boyuk tentene ile qarsilayir Burda ferq odur ki Mehinbanu Xosrovun Sasani taxtinin varisi oldugunu bilerek onu hormetle qarsilayir Abxaziya sahi ise Ferhadi tanimir helelik onun esil necabetinden xeberi yoxdur O Ferhadi da Sapur kimi meharetli bir senetkar bilib hormet ve nezaketle qarsilayir Ferhad da ozunu ancaq cinli bir ressam kimi teqdim edir Nizaminin eserinde Xosrovla Sirinin ilk gorunusu Sirin Medaine gederken cesmede cimmesi zamani bas verir Arifin qehremanlari ise tamamile basqa seraitde gorusurler Bele ki Abxaziya hokmdari Ferhad ve Sapuru oz huzurunda qebul etmek ucun resmi bir gorus teskil edir Bu meclise hokmdarin arvadi Mehinbanu 9 yasli qizi Sirin de istirak edirler Ferhad ordaca Sirinin diqqetini celb edir Sonraki gorus ve ziyafet meclislerinde onlar daha da yaxinlasib dostlasirlar Sirinin Ferhada husn regbeti gunden gune artir Eger Nizaminin Xosrov ve Sirin poemasinda ilk defe Xosrov Sirine meftun olub Ermenzemine gederek onunla gorusub ehd peyman baglamis sonra da Behramin eline kecmis taxt tacini qaytarmaq ucun Bizans dovletine siginib qeyserden lazimi komek almaq meqsedile onun qizi Meryeme evlenmis neticede uzun muddet Sirini unutmaga mecbur olmusdusa Ferhadname nin esas qehremani Ferhad ilk defe Gulustana vurulmusdu Sapur haqqinda danisdigi meshur memar terefinden Abxaziyada teskil olunmus bir qonaqliqda Ferhad onun gozel qizi Gulustani gorub asiq olmusdur Bu Sapurun hele Cinde iken seklini cekib Ferhada gosterdiyi qizdir Gulustan da Ferhada vurulur Arif Gulustanin xristian qizi oldugunu Ferhadin xristian dinini qebul etmesini toy merasiminin xristian adet enenesi esasinda kecirilmesini gosterir Sair Ferhadin Gulustandan olan uc ovladini senet ve huner sahibi kimi tesvir edir Nizami eserinde esas suretlerden biri olan Meryem zeherlenib vefat edir Arif eserinde esas suretlerden biri olan Gulustan dogus zamani olur Ferhad Gulustana turbe tikdirib onun qebri ustunde feryad edir Ferhadname nin ikinci hissesinde texminen Nizamide oldugu kimi Arif Erdebili de Xosrovla Sirini gorusdurur Lakin ferq burasindadir ki Nizami eserinde Xosrov bir terefden oz canini xilas etmek meqsedi ile diger terefden de sevgilisi Sirinin vusalina yetismek xeyali ile sefere cixmis tesadufen yolda Sirini cesmede cimdiyi zaman gormusdur Lakin Arifin eserinde Xosrovun gulerin birinde adeti uzre atla gezerken cesmede cimen Sirini gormus onun gozelliyine vurulub mehebbetin esiri olmusdur Arifin Ferhadname sinde gosterilir ki Xosrovla Sirin burada gorusub gezisirler Xosrov Sirine esq elan edir Sirin de onun alovlu mehebbetine musbet cavab verir Nizamide oldugu kimi Mehinbanu Sirini huzuruna cagirib ona tapsirir ki nigahsiz Xosrovun arvadi olmasin Sirin Banunun bu tapsirigini yerine yetireceyine and icir Burada exlaq ve sedaqet meselesinde her iki sairin fikri eyniyyet teskil edir Lakin bundan sonra birden bire Arifin Ferhadname si oz ardicilligini itirir tehluke silsilesi qirilir muellif Ferhad ve Sirin ehvalatina ayidir Ferhadin Bisutun dagi ile carpismasini gosterir Bu zaman Sirin onun gorusune gelir ati yorulur Ferhad Sirini ati ile birlikde ciynine qaldirib Qesri Sirine getirir Sonraki fesillerde Arif Nizamiye etiraz edib yazir ki o Xosrov ve Sirin de Ferhada etinasiz yanasmis ona gorkemsiz ve kicik bir rol vermisdir Arif Erdebiliye gore Ferhad qerib oldugu ucun gerek ona artiq diqqet yetirilib qaygi gosterileydi Sair Ferhadi Sirinin vusalina catdirir Onlar oz esqlerinin behresini gorurler Nizami Xosrov ve Sirin inde ise vefali Sirin kefcil Xosrovun butun siltaqliqlarina dozerek coxlu ezab ce eziyyet cekir Sah bu gozel ve namuslu qadinla ancaq omrunun axirlarinda evlenir Filoloji tehliliArifin Ferhadname sinde Azerbaycan xalq motivleri habele sifahi xalq edebiyyati movzulari mueyyen derecede oz eksini tapmisdir Meselen Gulustan hekayesi onun atasinin senete ve hunere meyli qizini bir senet sahibine vermek arzusunda olmasi sifahi edebiyyat ve nagillarla bagli olan motivlerdir Arif Ferhada derin regbet besleyib onu eserinin esas qehremani kimi terennum etmisdir Onun Ferhadi Cin sahzadesi olmaqla beraber hem de gozel senetkardir Arifin Ferhadi tekce Sirini sevmemis dunyadan nakam getmemisdir O evvelce Gulustanla evlenmis ondan uc usagi olmus Gulustanin vefatindan sonra ise Sirine meftun olmusdur Xosrov ve Sirin suretleri Arifin poemasinda tamamile Nizaminin poemasinda oldugundan ferqlidir Arif eserinde Xosrovun eybecer cirkin xususiyyetlerini gosterse de Sirini de ideal bir qadin esq ve mehebbet remzi olan bir gozel kimi seciyyelendire bilmemisdir Onu saraylara xas yeni zeif xarakterli mutereddid tez teslim olan kefcil ve herdemxeyal bir qadin kimi tesvir etmisdir Bu Nizaminin tesvir etdiyi saf esqli iffetli namuslu dozumlu dusunceli kamal ve vefa sahibi Sirin deyildir Nizami Sirini dogrudan da heqiqi esq lekesiz mehebbet seref ve vicdan simvoludur Arif de Sapuru mutereddid ve herdemxeyal bir sexs kimi tesvir edir O gah Ferhadla yoldasdir bezen Xosrovun sevgi ve mehebbet dellalidir gah Sirinin meslehetcisidir gah da Meryemin xidmetcisi vezifesini dasiyir O zeif xarakterli ve esil saray ehval ruhiyyeli bir sexsdir IstinadlarAzerbaycan edebiyyati tarixi Baki 1960 seh 202 Mehemmedeli Terbiyet Danismendani Azerbaycan Tehran 1314 seh 251 Azerbaycan edebiyyati tarixi Baki 1960 seh 204 M Terbiyet seh 252 Beqdeli 304 Herbert Duda Ferhad und Schirin Die literarisch Geschichte eines persischen Sagenstoffes Praha 1933 Beqdeli 313EdebiyyatQ Beqdeli Serq edebiyyatinda Xosrov ve Sirin movzusu Baki 1970 Mehemmedeli Terbiyet Danismendani Azerbaycan Tehran 1314Hemcinin baxXosrov ve Sirin