Kavus ibn I Keyqubad – Şirvanşahlar dövlətinin otuz ikinci hökmdarı, Şirvanşah I Keyqubadın oğlu.
Kavus ibn I Keyqubad | |
---|---|
Şirvanşahlar Dövlətinin XXXII hökmdarı | |
1348 – 1372 | |
Əvvəlki | I Keyqubad |
Sonrakı | Huşəng ibn Kavus |
Şəxsi məlumatlar | |
Doğum yeri | |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı |
Atası | I Keyqubad |
Uşağı | |
Dini | Sünni İslam |
Fəaliyyəti
Mənbələrin verdiyi məlumata görə Şirvanşah Keyqubad hələ sağlığında dövlətin idarə olunmasını oğlu Kavusa vermişdi. Ə.Ə.Əlizadənin fikrincə, "Keyqubad qoca olduğundan artıq dövlət işlərində fəal iştirak edə bilmirdi və ölkənin idarə edilməsini oğlu ilə bölüşdürməli olmuşdu".
Çobanilərlə münasibətlər
Şirvanşah Keyqubad öz hakimiyyətini Cənubi Azərbaycanda və Qarabağda möhkəmləndirən Çobani Əşrəfdən kömək umurdu. H.745 (1344/5)-ci ildə "Şirvan və Şamaxının hakimi", Şirvanşah Keyqubadın oğlu malik Kavus Şirvandan Qarabağa Məlik Əşrəfin iqamətgahına gəlir. Məlik Əşrəf Kavusu iltifatla qarşılayır, ona qiymətli hədiyyələr – daş-qaşla işlənmiş paltar və başqa şeylər verir.
Lakin Əşrəf Kavusun yanında nüfuzlu feodallardan biri olan Hacı Şəhribanın oğlu əmir Vəfadan gözlənilmədən tutub öldürür. Əşrəfin bu qəddarlığı Kavusu elə sarsıdır ki, elə həmin gecə Qarabağdan qaçaraq Şirvana qayıdır. Şirvanşahla dostluğu pozmaq istəməyən məlik Əşrəf elçiləri Xacə Əbdülheyi və Əxicuq Məliki Kavus və onun atası Keyqubad üçün qiymətli hədiyyələr – daş-qaşla bəzənmiş kəmər, papaqvə başqa şeylərlə Şirvana yollayır. O, eyni zamanda, Keyqubadın qızına elçi göndərir. Şirvanşah Kavus elçiləri böyük hörmətlə qarşılayır və öz növbəsində Əşrəfə hədiyyələr göndərir, bacısını isə ona ərə verməkdən imtina edərək Əşrəfin onları belə bir şərəfə layiq görməsindən təəccübləndiyini bildirir. Rədd cavabı alan Əşrəf Şirvana yürüş etmək qərarına gəldi, onun Şirvanşahla münasibətləri kəskinləşdi. Lakin iş hərbi münaqişə dərəcəsinə gəlib çatmadı. Belə ki, başı Təbrizdəki hadisələrə qarışan Əşrəf öz gücünə bel bağlaya bilmədi. Bir müddətdən sonra Əşrəf yenidən Şirvanı zəbt etməyə cəhd göstərdi. Lakin Şirvanşah Kavusun müqavimətinə rast gələrək onunla sülh bağlamağa məcbur oldu. H.748 (1347/8)-ci ilin qışında Şirvan dövlətinin güclənməsindən narahat olan Əşrəf Şirvanı zəbt etmək məqsədilə vəziri Əbdülheyin və başqa əmirlərin başçılığı ilə Şirvanşaha qarşı böyük qoşun göndərdi,özü isə Qarabağa yollandı.
Müqavimət göstərməyə imkanı olmayan Keyqubad və Kavus möhkəmləndirilmiş qalalardan birinə çəkildilər. Əşrəfin qoşunları ölkəni dağıdıb, əhalini qarət edərək geri qayıtdı. Lakin Əşrəf Keyqubadı və Kavusu tabe edə bilmədi. Bu hadisələrdən sonra mənbələrdə Keyqubadın adı çəkilmir. Ehtimal ki, o, h.748 (1347/8) və 758 (1356/7)-ci illər arasında ölmüşdür.
H.758 (1356/7)-ci ildə Kavus başqa Azərbaycan feodalları ilə birlikdə qəddar müstəbid Əşrəflə mübarizə məqsədilə Qızıl Orda xanı Canı bəyin yanına elçilər göndərərək onu köməyə çağırdı. Canı bəy şeyxlərin təkidilə böyük qüvvə ilə Dərbənd və Şirvandan keçərək Azərbaycana, Çobani Əşrəfin üstünə yürüş etdi. Şirvanşah Kavus və yerli feodallar da öz qoşunları ilə ona qoşuldular. Canı bəy Əşrəfin qoşunlarını məğlub edərək Təbrizə daxil oldu və Azərbaycanı tutdu. Əşrəf əsir alındı və Kavusun təkidilə h.758 (1356/7)-ci ildə edam olundu.
Şirvanşah Kavus oğlu Nödərlə birlikdə əmir Əxicuğun başçılıq etdiyi Əşrəfi feodalları ilə də vuruşmuşdur. Bu mübarizədə Kavus Arran və Qarabağın yerli hakimləri ilə əlbir idi. Müttəfiqlərlə Əşrəfin qoşunları arasında vuruşma Muğandakı Yeniçay yaxınlığında baş verdi. Kavus qələbə çalaraq Qarabağa gəldi. Əxicuq bütün Əşrəfilərlə Arrana yollandı. Onlar Araz çayının kənarında rastlaşdılar. Burada baş verən vuruşmadan sonra Araz üzərindəki körpüdə sülh müqaviləsi bağlandı. Kavus Şirvana qayıtdı. Əxicuq isə Qarabağa daxil oldu. Bu hadisələrdən sonra Şirvanşahın müstəqilliyinin və hakimiyyətinin möhkəmlənməsi, habelə ölkədə hərbi əməliyyatların dayandırılması Şirvanda təsərrüfat həyatının dirçəlməsinə əlverişli zəmin yaratdı. Bu arada Şirvanşahın qüdrəti xeyli artdı.
Cəlairilərlə münasibətlər
Həmin dövrdə köçəri əmirləri arasında Cənubi Azərbaycanda hakimiyyət uğrunda mübarizə ərəb İraqının hökmdarı Həsən Bazarqun oğlu Cəlairi sultan Üveysin (1356-1374) Azərbaycanı zəbt etməsi ilə nəticələndi. Cənubi Azərbaycanda möhkəmlənən sultan Üveys Arranı, Naxçıvanı və digər vilayətləri öz hakimiyyətinə tabe etdirdi. O, Şirvanı da tutmağa cəhd göstərirdi.
Bu vaxt Kavus formal surətdə özünün Üveysin vassalı olmasını qəbul etmişdi. Bunu Şirvanşahın Üveysin adı ilə Şirvan şəhərlərində – h.762 (1360/1 )-ci ildə Bakuya, Şəbəran və Güştəsbidə, h.764 (1362/3)-cü ildə isə Bakuya və Şəbəratıda kəsdirdiyi anonim gümüş sikkələr də təsdiqləyir. S. Aşurbəyli qeyd edir ki, Ə.Ə.Əlizadənin "Şirvanşah Kavus h.765 (1363/4)-ci ildə sultan Üveysin öz üzərində ali hakimiyyətini tanımır və ona xərac vermirdi" fikri yuxarıda göstərilən numizmatik materiallarla təsdiq olunmur. h.765 (1363/4)-ci ildə Şirvanı tutmaq məqsədilə Qarabağa səfərə hazırlaşan Üveys Bağdadda baş vermiş qiyamın yatırılması ilə əlaqədar qoşununu oraya göndərdiyindən bu niyyətini təxirə salmağa məcbur oldu. Bu hadisələrdən istifadə edən Şirvanşah Kavus sultan Üveysdən asılılığını tanımaqdan boyun qaçıraraq, iki dəfə Qarabağa hücum etdi və həmin vilayətin əhalisini Şirvana köçürdü.
Şirvanşah Kavusun sultan Üveyslə mübarizəsinin nəticələrini numizmatik məlumatlar əsasında izləmək mümkündür. Kavus Şeyx Üveysin əleyhinə h.766 (1364/5)-cı ildə çıxmışdır. Həmin vaxtdan Şirvan şəhərlərində zərb edilən sikkələrdə – Güştəsbidə və Şəbəranda h.767 (1365/6)-ci ildən, Bakuyada, Şamaxıda və Şəbəranda h.769 (1367/8)-cu ildən və Bakuyada h.770 (1368/9)-ci ilin əvvəlindən bu sultanın adı çəkilmir. Lakin Şirvanşah öz müstəqilliyini uzun müddət qoruyub saxlaya bilmədi. Sultan Üveys h.768 (1366/7)-ci ildə Bağdaddakı qiyamı yatırdıb Təbrizə qayıtdıqdan sonra Bayram bəy və digər əmirlərin başçılığı ilə Şirvana qoşun yürütdü. Sultanın üstün qüvvələrinə uzun müddət müqavimət göstərmək iqtidarında olmayan Şirvanşah Şirvanın son dərəcə möhkəmləndirilmiş qalalarından birində gizlənməyə məcbur oldu. Ehtimal ki, bu hadisələr h.770 (1368/9)-ci ildən qabaq olmamışdır.
Cəlairi qoşunları üç ay ərzində Şirvanın şəhər və kəndlərini viran və qarət etdilər. Şirvanşah öz varislik hüququnu itirməmək üçün və sığınacağının möhkəmliyinə etibar etmədiyindən təslim olmaq məcburiyyətində qaldı. O, şeyxlərin və fiqh alimlərinin vasitəçiliyilə sultana təslim olmaq üçün sığınacaqdan çıxdı. Lakin Bayram bəy onu qandallayıb sultan Üveysin hüzuruna gətirdi. Sultan Kavusu üç ay həbsxanada saxlayandan sonra onu bağışladı, vassallıq və xərac vermək şərtilə Şirvan dövlətinin hökmdarı kimi hüquqlarını bərpa etdi. Kavus bu hadisələrdən sonra ömrünün sonuna qədər Üveysin sadiq vassal olaraq qaldı. Göstərilən hadisələr Bakıyada şamil idi. Belə ki, mənbələrin məlumatına görə, bir sıra yerlərin, o cumlədən Bakı vilayətinin feodal məlikləri – Hacı Fərimərz və Haci Fəridun sultan Üveysin hüzuruna gedib, öz itaətlərini bildirməyə məcbur olmuşdular.
Onlar, həmçinin hər il mal və xərac verməyi öz öhdəliklərinə götürmüşdülər. h.770 (1368/9)-ci ildən Şirvanda Cəlairilər adından sikkə kəsilməsi bərpa olunmuşdu. Bu fasiləsiz olaraq XIV əsrin 80-ci illərinədək davam etmişdir.
Şirvanşahın əcdadları I Axsitanın və III Mənuçöhrün ənənələrinə uyğun olaraq, Kavusun sarayında Şirvanşaha tərif dolu qəsidələr yazan mədhiyyəçi şairlər toplanmışdı. Belə ki, Şirvanşahın Ərdəbildən gətirdiyi və oğlu Huşəngin təlim və tərbiyəsini tapşırdığı şair Arif Ərdəbili onun sarayında yaşayırdı. Arif Ərdəbili sultan Üveysə ithaf etdiyi "" poemasında Huşəngə süls, nəsx və təliq xətlərini, ədəbiyyatı və digər elmləri öyrətdiyini xəbər verir. Arif Ərdəbili Şirvanşahı mədh edərək deyir ki, "Şirvan dövləti Kavusun adı ilə şöhrətlənmişdir. Onun ədalətli hökmranlığı sayəsində Şirvan cənnətə dönmüşdür". Arif Ərdəbili poemasının birinci hissəsini Ərdəbildə olarkən h.771 (1369/70)-ci ildə bitirmişdi. Göründüyü kimi, Şirvanşah Kavus əsirlikdən qayıtdıqdan və sultan Üveysdən vassal asılılığını qəbul etdikdən sonra Şirvan şəhərlərinin abadlaşdırılması və bərpa edilməsi ilə məşğul olmuşdur. Mirxond, Münəccimbaşı və Hacı Xəlifəyə görə Kavus uzun sürən hökmranlıqdan sonar h.774 (1372/3)-cü ildə ölmüşdür. Ondan sonra hakimiyyətə oğlu Huşəng keçmişdir.
Ailəsi
- Atası I Keyqubad. Şirvanşah.
- Anası. Abbasqulu ağa Bakıxanovun verdiyi məlumata görə Çobanilər sülaləsinin banisi olan Əmir Çobanın qızı.
- Oğlu . Sərkərdə.
- Oğly Huşəng ibn Kavus. Xələfi.
- Qardaşı Sultan Məhəmməd. Dərbənd valisi.
- Qardaşı oğlu Əmir Bəhlul
- Qardaşı oğlu I İbrahim
SƏLƏF I Keyqubad | Kavus ibn Keyqubad Kəsranilər | XƏLƏF Huşəng ibn Kavus |
İstinadlar
- Caмapкaнди Aбд ap-Peззaк. Maтлa'ac-ca'дeйн вa мaджмa aл-бaxpeйн. Pyкorı. Ин-тa Bocтoкoвeдeния AH CCCP, c.442, л.67
- Aлизaдe, c.375
- Caмapкaнди, л.67
- Дopн. Oпыт иcтopии шиpвaншaxoв, c.558
- Tarikh-i Shaikh Uwais, ed. J.B. Van Loon. Gravenhage, 1954, p.74
- Caмapкaнди, л.67, 73
- Дopн. Oпыт иcтopии шиpвaншaxoв, c.558-559
- Aлизaдe, c.377
- Tarix-i Şeyx Üveys, s.76-78
- Caмapкaнди, л.91
- Шapaф-xaн Бидлиcи,т.II c.77-78
- Дopн. Oпыт иcтopии шиpвaншaxoв, c.560.
- Tarix-i Şeyx Üveys, s.12,79.
- A. Mapкoв. Kaтaлor Джeлaиpидcкиx мoнeт. CПб., 1897, c.4, 6, 16, 41, 44-45, 61
- Пaxoмoв. Kлaды Aзepбaйджaнa вып.II, c.44-45
- Aшypбeйли. Oчepк... c.120
- Aлизaдe. Coциaльнo-экoнoмичecкaя и пoлитичecкaя иcтopия, c.378.
- Tarix-i Şeyx Üveys, s.12-13
- Шapaф-xaн Бидлиcи, т.II. c.80
- Mиpxoнд. Payзaт ac-caфa, т.V, Бoмбeй, 1266 г. x., c.171
- Xaфиз-и Aбpy. Зaйл-и Джaми aт-Taвapиx, ч.l. Teгepaн. 1317 г. x., c.192-195
- Дopн. Oпыт иcтopии шиpвaншaxoв, c.561.
- Mapкoв. Kaтoлoг Джeлaиpидcкиx мoнeт, c.З, 12
- Пaxoмoв. Kлaды Aзepбaйджaнa, вып.II, c.44-45
- Mirxond, c.170-171
- Tarix-i Şeyx Üveys, s.13
- Дopн. Oпыт иcтop ии шиpвaншaxoв, c.561
- Xaфизи Aбpy, c.194-195
- Caмapкaнди, л.116
- Aлизaдe. Coциaльнo-экoнoмичecкaя и пoлитичecкaя иcтopия, c.378-379
- Пaxoмoв. Kpaткий кypc... c.44.
- Arif Ərdəbili. Fərhadnamə. İstanbul, Ayasofıya kitabxanası, v.6-'7, 80 (əlyazması).
- Mиpxoнд, c. 192
- Mинopcкий, c.l70
- Дopн, c.560.
- Gülüstani İrəm, səh. 29
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Kavus ibn I Keyqubad Sirvansahlar dovletinin otuz ikinci hokmdari Sirvansah I Keyqubadin oglu Kavus ibn I KeyqubadSirvansahlar Dovletinin XXXII hokmdari1348 1372EvvelkiI KeyqubadSonrakiHuseng ibn KavusSexsi melumatlarDogum yeri BakiVefat tarixi 1372Vefat yeri BakiAtasi I KeyqubadUsagi Huseng ibn KavusDini Sunni IslamFealiyyetiMenbelerin verdiyi melumata gore Sirvansah Keyqubad hele sagliginda dovletin idare olunmasini oglu Kavusa vermisdi E E Elizadenin fikrince Keyqubad qoca oldugundan artiq dovlet islerinde feal istirak ede bilmirdi ve olkenin idare edilmesini oglu ile bolusdurmeli olmusdu Cobanilerle munasibetler Sirvansah Keyqubad oz hakimiyyetini Cenubi Azerbaycanda ve Qarabagda mohkemlendiren Cobani Esrefden komek umurdu H 745 1344 5 ci ilde Sirvan ve Samaxinin hakimi Sirvansah Keyqubadin oglu malik Kavus Sirvandan Qarabaga Melik Esrefin iqametgahina gelir Melik Esref Kavusu iltifatla qarsilayir ona qiymetli hediyyeler das qasla islenmis paltar ve basqa seyler verir Lakin Esref Kavusun yaninda nufuzlu feodallardan biri olan Haci Sehribanin oglu emir Vefadan gozlenilmeden tutub oldurur Esrefin bu qeddarligi Kavusu ele sarsidir ki ele hemin gece Qarabagdan qacaraq Sirvana qayidir Sirvansahla dostlugu pozmaq istemeyen melik Esref elcileri Xace Ebdulheyi ve Exicuq Meliki Kavus ve onun atasi Keyqubad ucun qiymetli hediyyeler das qasla bezenmis kemer papaqve basqa seylerle Sirvana yollayir O eyni zamanda Keyqubadin qizina elci gonderir Sirvansah Kavus elcileri boyuk hormetle qarsilayir ve oz novbesinde Esrefe hediyyeler gonderir bacisini ise ona ere vermekden imtina ederek Esrefin onlari bele bir serefe layiq gormesinden teeccublendiyini bildirir Redd cavabi alan Esref Sirvana yurus etmek qerarina geldi onun Sirvansahla munasibetleri keskinlesdi Lakin is herbi munaqise derecesine gelib catmadi Bele ki basi Tebrizdeki hadiselere qarisan Esref oz gucune bel baglaya bilmedi Bir muddetden sonra Esref yeniden Sirvani zebt etmeye cehd gosterdi Lakin Sirvansah Kavusun muqavimetine rast gelerek onunla sulh baglamaga mecbur oldu H 748 1347 8 ci ilin qisinda Sirvan dovletinin guclenmesinden narahat olan Esref Sirvani zebt etmek meqsedile veziri Ebdulheyin ve basqa emirlerin basciligi ile Sirvansaha qarsi boyuk qosun gonderdi ozu ise Qarabaga yollandi Muqavimet gostermeye imkani olmayan Keyqubad ve Kavus mohkemlendirilmis qalalardan birine cekildiler Esrefin qosunlari olkeni dagidib ehalini qaret ederek geri qayitdi Lakin Esref Keyqubadi ve Kavusu tabe ede bilmedi Bu hadiselerden sonra menbelerde Keyqubadin adi cekilmir Ehtimal ki o h 748 1347 8 ve 758 1356 7 ci iller arasinda olmusdur H 758 1356 7 ci ilde Kavus basqa Azerbaycan feodallari ile birlikde qeddar mustebid Esrefle mubarize meqsedile Qizil Orda xani Cani beyin yanina elciler gondererek onu komeye cagirdi Cani bey seyxlerin tekidile boyuk quvve ile Derbend ve Sirvandan kecerek Azerbaycana Cobani Esrefin ustune yurus etdi Sirvansah Kavus ve yerli feodallar da oz qosunlari ile ona qosuldular Cani bey Esrefin qosunlarini meglub ederek Tebrize daxil oldu ve Azerbaycani tutdu Esref esir alindi ve Kavusun tekidile h 758 1356 7 ci ilde edam olundu Sirvansah Kavus oglu Noderle birlikde emir Exicugun basciliq etdiyi Esrefi feodallari ile de vurusmusdur Bu mubarizede Kavus Arran ve Qarabagin yerli hakimleri ile elbir idi Muttefiqlerle Esrefin qosunlari arasinda vurusma Mugandaki Yenicay yaxinliginda bas verdi Kavus qelebe calaraq Qarabaga geldi Exicuq butun Esrefilerle Arrana yollandi Onlar Araz cayinin kenarinda rastlasdilar Burada bas veren vurusmadan sonra Araz uzerindeki korpude sulh muqavilesi baglandi Kavus Sirvana qayitdi Exicuq ise Qarabaga daxil oldu Bu hadiselerden sonra Sirvansahin musteqilliyinin ve hakimiyyetinin mohkemlenmesi habele olkede herbi emeliyyatlarin dayandirilmasi Sirvanda teserrufat heyatinin dircelmesine elverisli zemin yaratdi Bu arada Sirvansahin qudreti xeyli artdi Celairilerle munasibetler Hemin dovrde koceri emirleri arasinda Cenubi Azerbaycanda hakimiyyet ugrunda mubarize ereb Iraqinin hokmdari Hesen Bazarqun oglu Celairi sultan Uveysin 1356 1374 Azerbaycani zebt etmesi ile neticelendi Cenubi Azerbaycanda mohkemlenen sultan Uveys Arrani Naxcivani ve diger vilayetleri oz hakimiyyetine tabe etdirdi O Sirvani da tutmaga cehd gosterirdi Bu vaxt Kavus formal suretde ozunun Uveysin vassali olmasini qebul etmisdi Bunu Sirvansahin Uveysin adi ile Sirvan seherlerinde h 762 1360 1 ci ilde Bakuya Seberan ve Gustesbide h 764 1362 3 cu ilde ise Bakuya ve Seberatida kesdirdiyi anonim gumus sikkeler de tesdiqleyir S Asurbeyli qeyd edir ki E E Elizadenin Sirvansah Kavus h 765 1363 4 ci ilde sultan Uveysin oz uzerinde ali hakimiyyetini tanimir ve ona xerac vermirdi fikri yuxarida gosterilen numizmatik materiallarla tesdiq olunmur h 765 1363 4 ci ilde Sirvani tutmaq meqsedile Qarabaga sefere hazirlasan Uveys Bagdadda bas vermis qiyamin yatirilmasi ile elaqedar qosununu oraya gonderdiyinden bu niyyetini texire salmaga mecbur oldu Bu hadiselerden istifade eden Sirvansah Kavus sultan Uveysden asililigini tanimaqdan boyun qaciraraq iki defe Qarabaga hucum etdi ve hemin vilayetin ehalisini Sirvana kocurdu Sirvansah Kavusun sultan Uveysle mubarizesinin neticelerini numizmatik melumatlar esasinda izlemek mumkundur Kavus Seyx Uveysin eleyhine h 766 1364 5 ci ilde cixmisdir Hemin vaxtdan Sirvan seherlerinde zerb edilen sikkelerde Gustesbide ve Seberanda h 767 1365 6 ci ilden Bakuyada Samaxida ve Seberanda h 769 1367 8 cu ilden ve Bakuyada h 770 1368 9 ci ilin evvelinden bu sultanin adi cekilmir Lakin Sirvansah oz musteqilliyini uzun muddet qoruyub saxlaya bilmedi Sultan Uveys h 768 1366 7 ci ilde Bagdaddaki qiyami yatirdib Tebrize qayitdiqdan sonra Bayram bey ve diger emirlerin basciligi ile Sirvana qosun yurutdu Sultanin ustun quvvelerine uzun muddet muqavimet gostermek iqtidarinda olmayan Sirvansah Sirvanin son derece mohkemlendirilmis qalalarindan birinde gizlenmeye mecbur oldu Ehtimal ki bu hadiseler h 770 1368 9 ci ilden qabaq olmamisdir Celairi qosunlari uc ay erzinde Sirvanin seher ve kendlerini viran ve qaret etdiler Sirvansah oz varislik huququnu itirmemek ucun ve siginacaginin mohkemliyine etibar etmediyinden teslim olmaq mecburiyyetinde qaldi O seyxlerin ve fiqh alimlerinin vasiteciliyile sultana teslim olmaq ucun siginacaqdan cixdi Lakin Bayram bey onu qandallayib sultan Uveysin huzuruna getirdi Sultan Kavusu uc ay hebsxanada saxlayandan sonra onu bagisladi vassalliq ve xerac vermek sertile Sirvan dovletinin hokmdari kimi huquqlarini berpa etdi Kavus bu hadiselerden sonra omrunun sonuna qeder Uveysin sadiq vassal olaraq qaldi Gosterilen hadiseler Bakiyada samil idi Bele ki menbelerin melumatina gore bir sira yerlerin o cumleden Baki vilayetinin feodal melikleri Haci Ferimerz ve Haci Feridun sultan Uveysin huzuruna gedib oz itaetlerini bildirmeye mecbur olmusdular Onlar hemcinin her il mal ve xerac vermeyi oz ohdeliklerine goturmusduler h 770 1368 9 ci ilden Sirvanda Celairiler adindan sikke kesilmesi berpa olunmusdu Bu fasilesiz olaraq XIV esrin 80 ci illerinedek davam etmisdir Sirvansahin ecdadlari I Axsitanin ve III Menucohrun enenelerine uygun olaraq Kavusun sarayinda Sirvansaha terif dolu qesideler yazan medhiyyeci sairler toplanmisdi Bele ki Sirvansahin Erdebilden getirdiyi ve oglu Husengin telim ve terbiyesini tapsirdigi sair Arif Erdebili onun sarayinda yasayirdi Arif Erdebili sultan Uveyse ithaf etdiyi poemasinda Husenge suls nesx ve teliq xetlerini edebiyyati ve diger elmleri oyretdiyini xeber verir Arif Erdebili Sirvansahi medh ederek deyir ki Sirvan dovleti Kavusun adi ile sohretlenmisdir Onun edaletli hokmranligi sayesinde Sirvan cennete donmusdur Arif Erdebili poemasinin birinci hissesini Erdebilde olarken h 771 1369 70 ci ilde bitirmisdi Gorunduyu kimi Sirvansah Kavus esirlikden qayitdiqdan ve sultan Uveysden vassal asililigini qebul etdikden sonra Sirvan seherlerinin abadlasdirilmasi ve berpa edilmesi ile mesgul olmusdur Mirxond Muneccimbasi ve Haci Xelifeye gore Kavus uzun suren hokmranliqdan sonar h 774 1372 3 cu ilde olmusdur Ondan sonra hakimiyyete oglu Huseng kecmisdir AilesiAtasi I Keyqubad Sirvansah Anasi Abbasqulu aga Bakixanovun verdiyi melumata gore Cobaniler sulalesinin banisi olan Emir Cobanin qizi Oglu Serkerde Ogly Huseng ibn Kavus Xelefi Qardasi Sultan Mehemmed Derbend valisi Qardasi oglu Emir Behlul Qardasi oglu I IbrahimSELEF I Keyqubad Kavus ibn Keyqubad Kesraniler XELEF Huseng ibn KavusIstinadlar Camapkandi Abd ap Pezzak Matla ac ca dejn va madzhma al baxpejn Pykori In ta Boctokovedeniya AH CCCP c 442 l 67 Alizade c 375 Camapkandi l 67 Dopn Opyt ictopii shipvanshaxov c 558 Tarikh i Shaikh Uwais ed J B Van Loon Gravenhage 1954 p 74 Camapkandi l 67 73 Dopn Opyt ictopii shipvanshaxov c 558 559 Alizade c 377 Tarix i Seyx Uveys s 76 78 Camapkandi l 91 Shapaf xan Bidlici t II c 77 78 Dopn Opyt ictopii shipvanshaxov c 560 Tarix i Seyx Uveys s 12 79 A Mapkov Katalor Dzhelaipidckix monet CPb 1897 c 4 6 16 41 44 45 61 Paxomov Klady Azepbajdzhana vyp II c 44 45 Ashypbejli Ochepk c 120 Alizade Cocialno ekonomicheckaya i politicheckaya ictopiya c 378 Tarix i Seyx Uveys s 12 13 Shapaf xan Bidlici t II c 80 Mipxond Payzat ac cafa t V Bombej 1266 g x c 171 Xafiz i Abpy Zajl i Dzhami at Tavapix ch l Tegepan 1317 g x c 192 195 Dopn Opyt ictopii shipvanshaxov c 561 Mapkov Katolog Dzhelaipidckix monet c Z 12 Paxomov Klady Azepbajdzhana vyp II c 44 45 Mirxond c 170 171 Tarix i Seyx Uveys s 13 Dopn Opyt ictop ii shipvanshaxov c 561 Xafizi Abpy c 194 195 Camapkandi l 116 Alizade Cocialno ekonomicheckaya i politicheckaya ictopiya c 378 379 Paxomov Kpatkij kypc c 44 Arif Erdebili Ferhadname Istanbul Ayasofiya kitabxanasi v 6 7 80 elyazmasi Mipxond c 192 Minopckij c l70 Dopn c 560 Gulustani Irem seh 29 Sirvansahlar dovleti portaliHemcinin bax Kesraniler Azerbaycan tarixi