Şənbi-Qazan, Şam Qazan və ya Qazaniyyə (fars. شنب غازان) — Təbriz şəhəri yaxınlığında yerləşən qədim yaşayış məskəni. Günümüzdə Şənbi-Qazan Təbrizin qərbində yerləşən məhəllərdən biridir və şimaldan Axoni meydanı, cənubdan Rahahan, qərbdən isə Qarqar küçəsi ilə əhatələnir. Elxanilər döründə Şənbi-Qazan Təbrizdən 6–10 km məsafədə yerləşən kənd idi. Arqun xan dövründə burada müxtəlif binalar, memarlıq abidələri tikilmişdi. Buna görə də şəhərin ilk adı Arquniyyə olmuşdur, lakin daha sonra Qazan xan dövründə Şənbi-Qazan türbəsinin inşaası ilə bura Qazaniyyə və ya Şənbi-Qazan adlandırılmağa başlandı. Qazan xanın vəfatında sonra cənazəsi Təbrizə gətirilərək Qazaniyyə qübbəsinə dəfn edilmişdir. Şənbi-Qazan İran, Azərbaycan və Osmanlı tarixində mühüm rola malik şəhərlərdən biridir.
Şənbi-Qazan | |
---|---|
Ölkə |
Etimologiyası
Qaynaqların verdiyi məlumata əsasən şəhərin ilk adının Arquniyyə olduğu bizə məlumdur, lakin ehtimal olunur ki, şəhər hələ salınmazdan əvvəl bu ərazi Şam adlanırdı. Şam sözünün mənası isə hamar və bərəkətli yer deməkdir. Burdan da anlaşıldığı kimi Şam Qazan — Qazan xana aid bərəkətli torpaq mənasını daşıyır.
Şəhərin bir digər adı olan Şənbi-Qazan sözünün mənası ilə bağlı isə bir neçə variant mövcuddur. Bunlardan ilki Şənb sözünün günbəz və qübbə kimi tərcüməsidir. Bu zaman Şənbi-Qazan Qazan xanın türbəsi kimi tərcümə edilir, lakin bəzi tarixçilər bu fikrə qarşı çıxaraq, sözügedən ərazinin hələ türbənin tikintisindən əvvəl Şənb adlandırıldığı fikrini irəli sürürlər.
Bir digər variant isə professor Məhəmməd Rövşənə aiddir. Onun fikrincə "Şənb" sözü monqol dilində "cənnət" mənasını verən "Şomb" sözünün abbreviaturasıdır. Şam-Şomb-Şənb sözləri hər üçü monqol dilində "cənnət" deməkdir. Belə ki, Şam Qazan və Şənbi-Qazan "Qazan xanın cənnəti" mənasını daşıyır.
Tarixi
1284-cü ildə (hicri 683) Arqun xan taxta çıxdıqdan sonra Təbrizin Şam bölgəsində Arquniyyə adlı şəhərin tikilməsini əmr etdi. Şəhərin mərkəzində isə görkəmli bir Buddist məbədi inşa edildi. Məbədin ətrafında aristokrat evləri o cümlədən qalıqları günümüzə qədər gəlib çatmış Köşk-i Ədliyyə tikdirildi. Lakin qaynaqların verdiyi məlumata görə Arqun xanın əmri ilə 1290-cı ilin sentyabr ayında tikintisinə başlanan Arquniyyə və ya Kök-i ədliyyə adlandırdığı bu şəhərin inşaası yarımçıq qalmışdır.
1295-ci ildə Sultan Mahmud Qazan xanın taxta çıxması ilə Elxani tarixində yeni bir dövr başlayır. İslam dinini qəbul edən Qazan xan Təbrizə gələrək şəhər ətrafındaki bütün qeyri-islami abidələrin dağıdılmasını əmr edir. Bu məbədlərin arasında atası tərəfindən tikdirilən Arquniyyə məbədi də var idi. İnkişaf və tərəqqi ilə yaxından maraqlanan Qazan xan bu abidələrin yerində məscid və xeyirxah işlər görmək məqsədilə Əbuab əl-Bərr adlanan xeyriyyə binası tikdirdi. Yeni şəhərin böyüməsi üçün isə Anadolu və Avropadan gələn səyyahlara mallarını burada açmaları tapşırıldı. Çıxa biləcək çaxnaşamaların qarşısını almaq məqsədi ilə isə Şənbi-Qazan Təbriz tamğacısına tabe etdirildi.
Daha sonra Qazan xan buradakı digər imarətləri nümunə alaraq içərisində özünün də dəfn ediləcəyi yeni bir kompleks tikilməsi əmrini verdi. Kompleksin tikintisinə 1297-ci ilin oktyabr ayında başlanıldı. Qaynaqlarda Qazan xanın usta və köməkçilərinin işinə şəxsən nəzarət etdiyi barədə məlumatlar var.
Şənbi-Qazan kompleksi
Şənbi-Qazanın tikintisi təxmini 7 il davam etdi və tikintidə 14 minə yaxın işçi çalışdı. Rəşidəddinin verdiyi məlumatlara görə "Tarixi mübarəki Qazan" əsərini qələmə alarkən türbənin çöl qisimlərinin tikintisi artıq başa çatmışdı. 1303-cü ildə imarətin böyük bir hissəsinin tikintisi sona çatdı. Vassafın qeydlərinə görə istifadə edilən alət və avadanlıqların əsas hissəsi Anadoludan gətirilmişdi. Yenə bu müəllifə görə divarlar 3 kərpiç qalınlığında idi. Bu kərpiçlərin isə hər birinin ağırlığı 8 kq-a yaxın idi. Kompleksin ən vacib tikintilərindən biri olan qübbənin uzunluğu 32 m eni isə 20 metrə çatırdı. Türbənin forması Olcaytu xanın Sultaniyyə şəhərindəki türbəsi ilə oxşarlıq təşkil edir. Vassafın qeydlərində yazılır ki, kompleksin divarlarından 4300 kq ağırlığında lampalar asılmışdı və bu divarların qalınlığı 3,75 m, hündürlüyü isə 32,5 m idi. Nadir Mirzənin məlumatlarına görə Qazan xan türbəsi kompleksin mərkəzində yerləşirdi. Tarixçi və səyyahların qeydlərinə görə qübbənin divarlarına Qurandan ayələr yazılmışdı. Bundan başqa "Qazan xan" və "Halledellahu mulkehu" kəlimələri və kufi hərfləri ilə Allahın adı da divarlara işlənmişdi.
Lakin kompleksin və türbənin inşaası tamamlanmadan Qazan xan vəfat etdi. 17 may 1304-cü ildə Qəzvində vəfat edən xanın cənazəsi kompleksə gətirilərək burada dəfn edildi. Dəfndən 3 il sonra baş verən bie qəzada qübbənin inşaası üçün nəzərdə tutulan taxtaların çökməsi nəticəsində bir çox gürcü, erməni və müsəlman işçilər vəfat etmişdi, lakin Abdullah Kaşaninin qeydlərindən anlaşılır ki, Qazan xanın dəfn edildiyi hissəyə heç bir ziyan dəyməmişdi.
Elxani qaynaqları və səyyahların verdiyi məlumatlardan başqa 1318-ci ilə aid Cəmi ət-Təvarix nüsxəsində Şənbi-Qazanın miniatürlərinə rast gəlinir. Miniatürdəgiriş qapısı, geniş həyəti və yüksək divarları ilə kompleks açıq şəkildə təsvir edilmişdi. Həyətin 3 tərəfi binalarla əhatə olmuşdu. Bu binalardan sağda yerləşən binanın kitabəsində "Sultan Mahmud Qazan Xan halledellahu mulkehu və dövlətehu", soldaki binanın kitabəsində isə " La ilahə illa Allah və Muhammədun Rəsul Allah" sözlərinə rast gəlinir. Həyətin mərkəzində türbə yerləşir. Bu "Künbəti Əli" adlandırılan Qazan xan türbəsidir. Miniatürün müəllifi məlum deyil.
Şənbi-Qazanın hissələri. Böyük bir mədəniyyət və təhsil müəssisəsi olan Şənbi-Qazan aşağıdakı hissələrdən ibarət idi:
1. Günbed-i Ali (böyük günbəz, Qazan türbəsi),
2. Məscidi-Cami (Məscid),
3. Mədaris (Hənəfi və Şafililər üçün mədrəsələr),
4. Dərvişlər üçün xanəgah (Xanqah, təkkə)
5. Darus-Siyadə (seyidlər üçün mehmanxana),
6. Rəsədxana,
7. Daruş-Şəfa (xəstəxana)
8. Beytül-Kutub (kitabxana)
9. Beytül-Qanun (qanunların toplandığı yer, dövlət arxivi),
10. Beytül-Mütəvəlli (mütəvəlli və məmurların qaldığı yer),
11. Hovuzxana (hovuz, dəstəmaz yeri)
12. Gərmabə-yi Səbil (isti su-hamam).
Komleksdə bu hissələrlə yanaşı "Həkemiyyə", "Bostan" və "köşk-i Adiliyyə" adlanan qisimlər də mövcud idi. Kompleksdə xeyir işləri üçün aşağıdakı məsələlərə də vəsait ayrılırdı:
- Ziyarət üçün bura gələcək monqol komandirləri və digərləri üçün Köşki-i Adiliyyədə veriləcək ziyafət yeməyi o cümlədən günlük yeməkləri üçün ərzaqların alınması. Yemək hazırlayan şəxslərin maaşları
- Hər il Qazan xanın vəfat ildönümündə türbəni ziyarət edən imamların və qonaqların xərcləri, Quran xətimləri zamanı veriləcək sədəqələr.
- Cümə günlərində məscid, xanəgah, mədrəsə əhli üçün paylanılan şirniyyat üçün vəsait
- Aşura, Mövlüd bayramı və digər dini günlərdəki xərclər
- İllik 100 kimsəsiz uşağın təhsili ilə məşğul olan məktəblərin xərcləri
- Hər il kasıb və ehtiyac sahibi şəxslərə paylanılan paltarların xərcləri
- 100 uşağın bayram geyimləri, illik xərcləri, sünnət edilməsi və bunlarla məşğul olan təhsil işçilərinin xərcləri
- Hər il 100 cild Quran alınması üçün çəkilən xərclər
- Küçəyə atılan uşaqların toplanılması, onların gündəlik xərcləri, peşəyə yiyələnmələri üçün çəkilən xərclər. Bundan başqa bu uşaqlarla məşğul olan işçilərin maaşları
- 6 aylıq qış mövsümü zamanı qarlı günlərdə quşların yemlənməsi üçün çəkilən yem xərcləri
- Dul, kimsəsiz qadınlardan işlləməsi üçün 500 nəfərinə illik 4 batman(3,5 kq) təmizlənmiş pambıq verilməsi
- Qul, xidmətçi və balaca uşaqların su daşıyarkən qırdıqları su qabılarının sahiblərinə söylənilmədən yeniləri ilə dəyişdirilməsi üçün çəkilən xərclər və bu işlə məşğul olan şəxslərin maaşı.
- Təbriz şəhərinin yollarının 8 fərsənglik məsafəyə qədər daşdan təmizlənməsi, su kanallarının və arxların təmizlənməsi üçün çəkilən xərclər. Bəzi qaynaqlara görə Qazan xan Fəzlullah Rəşidəddini Şənbi-Qazana mütəvəlli kimi təyin etmişdi. Lakin Rəşidəddinin Cəmi ət-Təvarix əsərində bu məlumatlara rast gəlinmir. Buna baxmayaraq Rəşidəddinin əsərində Şənbi-Qazan vəqfiyyəsi haqqında verdiyi ətraflı məlumatlar onun vəqfiyyənin əslini gördüyü barədə şüphəyə yer buraxmır.
Şəhərin və kompleksin aqibəti
Şənbi-Qazanın taleyi də banisi Qazan xan kimi parlaq və qısa oldu. Qazan xanın ölümündən əvvəl verdiyi fərmanda Əbvabul-Birrdəki vəqflərin qorunmasını və xeyriyyə işlərinin davam etdirilərək diqqətdən kənar qalmamasını özündən sonrakı varislərinə vəsiyyət edir. Lakin şəhərin inşaasından 50 il belə keçmədən Qazan xanın ölümü ilə başlayan çaxnaşma və Cəlarilər, Müzəffərilər, Çobanilər arasında hakimiyyət savaşları, eləcə də Elxani dövlətinin süqutu şəhərin də köhnəlib, dağılmasına səbəb olmuşdur. Buna baxmayaraq elmi fəaliyyətlərin davam etdirilməsi burada yetişdirilən alimlərin istifadə etdiyi nisbələrdən bizə məlumdur. Şənbi-Qazan ilk qurulduğu vaxtdan etibarən Təbrizin bir məhəlləsi olmaqla yanaşı, bu şəhərlə bağçalar vasitəsilə birləşən müstəqil bir kənd idi.
XIV–XV əsrdə baş verən hadisələrdə şəhərdən orduların düşərgə saldığı yer kimi bəhs olunur. Əmir Teymurun Sultan Əhməd Cəlairi ilə mübarizəsində qonaqladığı Şənbi-Qazan həmçinin Qaraqoyunlu hökmdarı Qara Yusiflə Miranşah arasında baş verən döyüşün də baş verdiyi ərazi idi.Şənbi-Qazan adlanan bu döyüş 1408-ci ildə baş vermişdi. Yenə mənbələrdə Səfəvi və Osmanlı ordularının da burada qaldıqları haqqında məlumatlar qarşımıza çıxır. Şənbi-Qazanın hərbi məqsədlər üçün istifadəsi buranın stratejik əhəmiyyəti ilə yanaşı güclü divarlar ilə əhatə olunması ilə də bağlı idi.
Səfəvi hakimiyyətinin ilk illərində Əmir Əbu əl-Vəli və qardaşı Mir Əbu əl-Məhəmmədin Qazan xanın vəqflərində mütəvəlli vəzifəsini yerinə yetirməsi bizə məlumdur. Hafiz Hüseyn Kərbalayinin verdiyi məlumatlara görə bu dövrdə şəhər xalqın ümumi istfadəsinə və ziyarətinə açıq hala gətirilmiş bir məhəllə idi. Müəllifin qeydlərindən aydın olur ki, sözü gedən dövrdə imarət hələ də öz ehtişamını qoruyub saxlamışdı.
Rus şərqşünas alim Vladimr Minorski Təbriz və ətrafındaki şəhərlərin dağılmasını iki başlıca hadisəyə əsaslandırır. Bunlardan birincisi şəhərdə baş verən zəlzələlər, digəri isə sünnilər tərəfindən tikilən abidələrə göstərilən münasibətdir. Bu iki səbəblə yanaşı Osmanlı və Səfəvi dövlətləri arasında tez-tez baş verən müharibələri də qeyd etmək olar. Belə ki, XVI əsrin sonu XVII əsrin əvvəllərində baş verən döyüşlər, Təbrizin bir neçə dəfə Osmanlı hücumuna məruz qalması Şənbi-Qazandakı kompleks və divarlara da ciddi ziyanlar vurmuşdu, lakin buna baxmayaraq anonim bir Osmanlı tarixçisinin şəhərin təsviri ilə bağlı qeydlərinə rast gəlirik. Çağdaş mənbələri də təsdiq edən bu təsvirdə XVI əsrin sonunda şəhərin hələ də mövcud olması faktı bizə məlumdur.
Türkiyənin Osmanlı arxivlərində Şənbi-Qazanın mahiyyəti ilə birbaşa bağlı olmasa da, adının keçdiyi bəzi arxiv sənədlərinə rast gəlmək mümkündür. Bunlardan Təbriz şəhərinin nüfus və hasilatı ilə bağlı III Murad dövrünə aid bir sənəddə Şənbi-Qazanın adı "Nahiyyə-i Küçəy-i Bağat-ı Təbriz" daxilində "Küçə-yi Bağ-ı Şənb-i Qazan" formasında qarşımıza çıxır.
Bu dövrdə kompleksin qübbəsində böyük çatlar meydana gəlsə də tavan hələ də çökməmişdi. Qaynaqlarda Səfəvi şahı I Təhmasibin qübbəni təmir etdirməsi ilə bağlı məlumatlar öz əksini tapır. 1610-cu ildə I Şah Abbas tərəfindən Rəşidiyyə məhəlləsində inşa edilən bir qüllənin tikintisində Şənbi-Qazandan gətirilən materiallardan istifadə edilmişdi. XVII əsrin ilk yarısında Səfəvi ölkəsini ziyarət edən səyyah Adam Oleari Şənbi-Qazanı İstanbuldakı Qalata qülləsinə bənzədir.
XVII–XVIII əsrdə Təbrizdə meydana gələn güclü zəlzələlər şəhərə böyük ölçüdə ziyan vurur. 1641-ci ildə baş verən zəlzələdə şəhər ətrafı demək olarki dağılmışdı. 1636-cı ildə Tavernyenin qeydlərində kompleksin dağıntılara baxmayaraq nə qədər hündür olması ilə bağlı məlumatlar var.
XIX əsrdə imarətin taleyi ilə bağlı məlumatları Nadir Mirzənin qeydlərindən almaq mümkündür. Müəllif iki dəfə buranı ziyarət etmiş (1869–1870,1883–1884) və son 15 il ərzində kompleksin qalıqlarının xeyli miqdarda azaldığı, müxtəlif çuxurların meydana gəldiyi, qazıntılar nəticəsində aşkar edilən kərpiclərin bir çox alimə pul qarşılığında satılması ilə bağlı məlumatlar verir.
1935–1937-ci illərdə burada tədqiqatlar aparan sənət tarixçisi Donald Vilber imarətin qalıqlarının belə təsbit edilməyəcək vəziyyətdə olduğunu bildirir. Hac Hüseyn Naxçıvani də Şənbi-Qazanın aqibəti ilə bağlı verdiyi məlumatlarda buranın böyük bir torpaq yığınına çevrildiyini, yerlərdə kərpiclərdən başqa bir şey qalmadığını qeyd edir.
1995,1997, 1998-ci ildə türk tarixçi, professor Şənbi-Qazana olan ziyarətindən burada Qazan xanın türbə və imarətindən geriyə heç nə qalmadığını, Şam-Qazan adının məhəllə adına çevrildiyini bildirir. O həmçinin qeyd edir ki, türbənin yerləşdiyi yerdə hal-hazırda "İmam Hüseyn" meydanı yerləşir. Burada kompleksə aid daş və kərpiclər isə əhali tərəfindən evlərin tikintisində istifadə edilmişdir. Professor 1998-ci ildə etdiyi 3-cü səfərində üzərində kompleksə aid naxışların olduğu daşların tapılması xəbərini verir. Günümüzdə Təbrizdə "İdarə-i Kull-i Miras-i Ferhengi-yi Azərbaycan-i Şərqi" adlanan yerdə olan daşlar komleksdən günümüzə qədər gəlib çatmış yeganə qalıqlardır.
Burada doğulan məşhurlar
- Husaməddin Salar Şami
- Mövlanə Bəxşaiş Şami
- Mövlanə Nizaməddin Şənbi-Qazani
- Cəlaləddin Yaqut Qazani (Elxanilər dövrü Ərzurum hakimi)
- Cəlaləddin Əmir Çaxmaq Şami (Timurlu dövründə Yəzd hakimi)
- Mövlanə Əmir İsmayıl Şənbi-Qazani
- Mirzə Məhəmməd Hüseyni
- Professor Yəhya Ədl
- Şeyx Hüseyn Ağa Şənbi-Qazani
- Məhəmməd Sahibnəzər
- Məhəmməd Rza Zonuzi
- Rəhim Şəhriyari
- Məhəmməd Hüseyn Əfşari
Tarixi abidələr
Şənbi-Qazan hamamı — hicri 1345-ci ildə Mirzə Abbas Əli Şənb Qazani tərəfindən tikdirilmiş tarixi hamam. Eyni yerdə inşa edilən Hammam Sabel adlı qədim hamamın Təbrizdə baş verən zəlzələlər nəticəsində dağılması ilə Şənb Qazan əhalisinin səyləri və köməyi vasitəsi ilə Ağa Mirzə Abbas və Məşhədi Həsən tərəfindən yeni hamam tikilmişdir. Binada Qacar memarlığının xüsusiyyətləri gözə çarpır. Hamamın sahəsi 300 m² dir .
Hamam 2013-cü ildə Şərqi Azərbaycan ostanının Tarix və Mədəniyyət abidələrinin qeydiyyatı şurası tərəfindən 29526 nömrəsi ilə milli abidələr siyahısına daxil edilib.
Əzəm-əl Mehdiyyə məscidi- Qazan xanın dövründə tikilən sonradan zəlzələ nəticəsində dağılan Böyük Məscidin yerində inşa edilmişdir. Yenə yerli əhalini səyləri ilə inşa edilən məscid köhnə məscidin yerləşdiyi yerin bir neçə metr şərqindədir. Binada islam memarlığı və azəri üslubu diqqətə çarpır.
Şənbi-Qazanda yerləşən mərkəzlər
Dini mərkəzlər
- Əzəm-əl Mehdiyyə məscidi
- Rəzəvi məscidi (Aşağı məscid)
- İmam Səccad məscidi (Ara məscid)
- Mina məscidi
- Həsən Baqqal məscidi
- Bab əl-Həvayic məscidi
- Hz. Əbülfəz Xeyriyyə Evi
Tibb mərkəzləri
- Şəhid Taleqani xəstəxanası
- Şənbi-Qazan xəstəxanası
Təhsil mərkəzləri
- Şənb Qazan məktəbi
- Nəbi Əkrəm Universiteti
- Üsvə Universiteti
İstinadlar
- Naxçıvani, hicri 1328. səh. 82
- Naxçıvani, hicri 1328. səh. 83
- Özgüdenli, 2009. səh. 43
- Karl Yahn, 1957. səh. 77
- Karl Yahn, 1957. səh. 206
- Wilber, 1967. səh. 136
- Özgüdenli, 2002. səh. 256
- Naxçıvani, 1957. səh. 38
- Nadir Mirzə, 1994. səh. 132
- Kaşani, 1969. səh. 65
- Boyle, 1962. səh. 134
- Özgüdenli, 2002. səh. 260
- Wilber, 1967. səh. 137
- Özgüdenli, 2002. səh. 262
- Boyle, 1962. səh. 137
- Özgüdenli, 2008. səh. 19
- Kaşani, 1969. səh. 11-14
- Əliyarlı, 1996. səh. 342
- Özgüdenli, 2002. səh. 269
- Özgüdenli, 2002. səh. 271
- Özgüdenli, 2002. səh. 273
- Nadir Mirzə, 1994. səh. 143
- Wilber, 1967. səh. 155
- Özgüdenli, 2002. səh. 276
Mənbə
- O.G. Özgüdenli. “Reşidüddin Fazlullah-ı Hemedani”. İstanbul: Diyanet İslam Ansiklopedisi (DİA),. 2008. 19–21.
- O.G. Özgüdenli. XIV YÜZYILDA TEBRİZDE BİR HAYIR VE KÜLTÜR KURUMU : ŞENBİ-GAZAN. İstanbul. 2002. 253–290.
- O.G. Özgüdenli. Gazan Han ve Reformları (1295-1304) & Moğol İranında Gelenek ve Değişim. İstanbul: KAKNÜS YAYINLARI. 2009. səh. 524. ISBN .
- M.Şemseddin Günaltay. Türk tarihinin ana kaynaklarından Camiüttevarih ve Fazlullah Reşiduddin. 1937. 165–179.
- Amitai-Preiss, Reuven. Ghazan, Islam and Mongol Tradition: A Vıew from the Maml𝑢̅k Sultanate. 59. London: Oxford University Press. 1996. 23–37.
- Boyle,John Andrew. Juvaynî and Râshîd al-din as Sources on the History of the Mongols. London: Oxford University Press. 1962. 133–137.
- Sheila S. Blair. Ilkhanid Architecture and Society: An Analysis of the Endowment Deed of the Rabʿ-i Rashīdī. 1984. 67–90.
- Donald.N. Wilber. Mimari-i Islami-yi der-dovre-yi Ilhanan. 1967. səh. 136.
- Nadir Mirzə. Tarix-i coğrafi-yi Daru-s-Saltana Tebriz. 1994. səh. 132.
- Abdullah Kaşani. Tarix-i Olcaytu Sultan. 1969.
- A.Sayılı. Gazan han turbesi hakkında bir manzume. İstanbul. 1971. 385–395.
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Senbi Qazan Sam Qazan ve ya Qazaniyye fars شنب غازان Tebriz seheri yaxinliginda yerlesen qedim yasayis meskeni Gunumuzde Senbi Qazan Tebrizin qerbinde yerlesen mehellerden biridir ve simaldan Axoni meydani cenubdan Rahahan qerbden ise Qarqar kucesi ile ehatelenir Elxaniler dorunde Senbi Qazan Tebrizden 6 10 km mesafede yerlesen kend idi Arqun xan dovrunde burada muxtelif binalar memarliq abideleri tikilmisdi Buna gore de seherin ilk adi Arquniyye olmusdur lakin daha sonra Qazan xan dovrunde Senbi Qazan turbesinin insaasi ile bura Qazaniyye ve ya Senbi Qazan adlandirilmaga baslandi Qazan xanin vefatinda sonra cenazesi Tebrize getirilerek Qazaniyye qubbesine defn edilmisdir Senbi Qazan Iran Azerbaycan ve Osmanli tarixinde muhum rola malik seherlerden biridir Senbi QazanOlke IranEtimologiyasiQaynaqlarin verdiyi melumata esasen seherin ilk adinin Arquniyye oldugu bize melumdur lakin ehtimal olunur ki seher hele salinmazdan evvel bu erazi Sam adlanirdi Sam sozunun menasi ise hamar ve bereketli yer demekdir Burdan da anlasildigi kimi Sam Qazan Qazan xana aid bereketli torpaq menasini dasiyir Seherin bir diger adi olan Senbi Qazan sozunun menasi ile bagli ise bir nece variant movcuddur Bunlardan ilki Senb sozunun gunbez ve qubbe kimi tercumesidir Bu zaman Senbi Qazan Qazan xanin turbesi kimi tercume edilir lakin bezi tarixciler bu fikre qarsi cixaraq sozugeden erazinin hele turbenin tikintisinden evvel Senb adlandirildigi fikrini ireli sururler Bir diger variant ise professor Mehemmed Rovsene aiddir Onun fikrince Senb sozu monqol dilinde cennet menasini veren Somb sozunun abbreviaturasidir Sam Somb Senb sozleri her ucu monqol dilinde cennet demekdir Bele ki Sam Qazan ve Senbi Qazan Qazan xanin cenneti menasini dasiyir Tarixi1284 cu ilde hicri 683 Arqun xan taxta cixdiqdan sonra Tebrizin Sam bolgesinde Arquniyye adli seherin tikilmesini emr etdi Seherin merkezinde ise gorkemli bir Buddist mebedi insa edildi Mebedin etrafinda aristokrat evleri o cumleden qaliqlari gunumuze qeder gelib catmis Kosk i Edliyye tikdirildi Lakin qaynaqlarin verdiyi melumata gore Arqun xanin emri ile 1290 ci ilin sentyabr ayinda tikintisine baslanan Arquniyye ve ya Kok i edliyye adlandirdigi bu seherin insaasi yarimciq qalmisdir 1295 ci ilde Sultan Mahmud Qazan xanin taxta cixmasi ile Elxani tarixinde yeni bir dovr baslayir Islam dinini qebul eden Qazan xan Tebrize gelerek seher etrafindaki butun qeyri islami abidelerin dagidilmasini emr edir Bu mebedlerin arasinda atasi terefinden tikdirilen Arquniyye mebedi de var idi Inkisaf ve tereqqi ile yaxindan maraqlanan Qazan xan bu abidelerin yerinde mescid ve xeyirxah isler gormek meqsedile Ebuab el Berr adlanan xeyriyye binasi tikdirdi Yeni seherin boyumesi ucun ise Anadolu ve Avropadan gelen seyyahlara mallarini burada acmalari tapsirildi Cixa bilecek caxnasamalarin qarsisini almaq meqsedi ile ise Senbi Qazan Tebriz tamgacisina tabe etdirildi Daha sonra Qazan xan buradaki diger imaretleri numune alaraq icerisinde ozunun de defn edileceyi yeni bir kompleks tikilmesi emrini verdi Kompleksin tikintisine 1297 ci ilin oktyabr ayinda baslanildi Qaynaqlarda Qazan xanin usta ve komekcilerinin isine sexsen nezaret etdiyi barede melumatlar var Senbi Qazan kompleksi Cemi et Tevarix eserinde Qazan xanin mezarinin miniaturu Senbi Qazanin tikintisi texmini 7 il davam etdi ve tikintide 14 mine yaxin isci calisdi Resideddinin verdiyi melumatlara gore Tarixi mubareki Qazan eserini qeleme alarken turbenin col qisimlerinin tikintisi artiq basa catmisdi 1303 cu ilde imaretin boyuk bir hissesinin tikintisi sona catdi Vassafin qeydlerine gore istifade edilen alet ve avadanliqlarin esas hissesi Anadoludan getirilmisdi Yene bu muellife gore divarlar 3 kerpic qalinliginda idi Bu kerpiclerin ise her birinin agirligi 8 kq a yaxin idi Kompleksin en vacib tikintilerinden biri olan qubbenin uzunlugu 32 m eni ise 20 metre catirdi Turbenin formasi Olcaytu xanin Sultaniyye seherindeki turbesi ile oxsarliq teskil edir Vassafin qeydlerinde yazilir ki kompleksin divarlarindan 4300 kq agirliginda lampalar asilmisdi ve bu divarlarin qalinligi 3 75 m hundurluyu ise 32 5 m idi Nadir Mirzenin melumatlarina gore Qazan xan turbesi kompleksin merkezinde yerlesirdi Tarixci ve seyyahlarin qeydlerine gore qubbenin divarlarina Qurandan ayeler yazilmisdi Bundan basqa Qazan xan ve Halledellahu mulkehu kelimeleri ve kufi herfleri ile Allahin adi da divarlara islenmisdi Lakin kompleksin ve turbenin insaasi tamamlanmadan Qazan xan vefat etdi 17 may 1304 cu ilde Qezvinde vefat eden xanin cenazesi komplekse getirilerek burada defn edildi Defnden 3 il sonra bas veren bie qezada qubbenin insaasi ucun nezerde tutulan taxtalarin cokmesi neticesinde bir cox gurcu ermeni ve muselman isciler vefat etmisdi lakin Abdullah Kasaninin qeydlerinden anlasilir ki Qazan xanin defn edildiyi hisseye hec bir ziyan deymemisdi Elxani qaynaqlari ve seyyahlarin verdiyi melumatlardan basqa 1318 ci ile aid Cemi et Tevarix nusxesinde Senbi Qazanin miniaturlerine rast gelinir Miniaturdegiris qapisi genis heyeti ve yuksek divarlari ile kompleks aciq sekilde tesvir edilmisdi Heyetin 3 terefi binalarla ehate olmusdu Bu binalardan sagda yerlesen binanin kitabesinde Sultan Mahmud Qazan Xan halledellahu mulkehu ve dovletehu soldaki binanin kitabesinde ise La ilahe illa Allah ve Muhammedun Resul Allah sozlerine rast gelinir Heyetin merkezinde turbe yerlesir Bu Kunbeti Eli adlandirilan Qazan xan turbesidir Miniaturun muellifi melum deyil Senbi Qazanin hisseleri Boyuk bir medeniyyet ve tehsil muessisesi olan Senbi Qazan asagidaki hisselerden ibaret idi 1 Gunbed i Ali boyuk gunbez Qazan turbesi 2 Mescidi Cami Mescid 3 Medaris Henefi ve Safililer ucun medreseler 4 Dervisler ucun xanegah Xanqah tekke 5 Darus Siyade seyidler ucun mehmanxana 6 Resedxana 7 Darus Sefa xestexana 8 Beytul Kutub kitabxana 9 Beytul Qanun qanunlarin toplandigi yer dovlet arxivi 10 Beytul Mutevelli mutevelli ve memurlarin qaldigi yer 11 Hovuzxana hovuz destemaz yeri 12 Germabe yi Sebil isti su hamam Komleksde bu hisselerle yanasi Hekemiyye Bostan ve kosk i Adiliyye adlanan qisimler de movcud idi Kompleksde xeyir isleri ucun asagidaki meselelere de vesait ayrilirdi Ziyaret ucun bura gelecek monqol komandirleri ve digerleri ucun Koski i Adiliyyede verilecek ziyafet yemeyi o cumleden gunluk yemekleri ucun erzaqlarin alinmasi Yemek hazirlayan sexslerin maaslari Her il Qazan xanin vefat ildonumunde turbeni ziyaret eden imamlarin ve qonaqlarin xercleri Quran xetimleri zamani verilecek sedeqeler Cume gunlerinde mescid xanegah medrese ehli ucun paylanilan sirniyyat ucun vesait Asura Movlud bayrami ve diger dini gunlerdeki xercler Illik 100 kimsesiz usagin tehsili ile mesgul olan mekteblerin xercleri Her il kasib ve ehtiyac sahibi sexslere paylanilan paltarlarin xercleri 100 usagin bayram geyimleri illik xercleri sunnet edilmesi ve bunlarla mesgul olan tehsil iscilerinin xercleri Her il 100 cild Quran alinmasi ucun cekilen xercler Kuceye atilan usaqlarin toplanilmasi onlarin gundelik xercleri peseye yiyelenmeleri ucun cekilen xercler Bundan basqa bu usaqlarla mesgul olan iscilerin maaslari 6 ayliq qis movsumu zamani qarli gunlerde quslarin yemlenmesi ucun cekilen yem xercleri Dul kimsesiz qadinlardan isllemesi ucun 500 neferine illik 4 batman 3 5 kq temizlenmis pambiq verilmesi Qul xidmetci ve balaca usaqlarin su dasiyarken qirdiqlari su qabilarinin sahiblerine soylenilmeden yenileri ile deyisdirilmesi ucun cekilen xercler ve bu isle mesgul olan sexslerin maasi Tebriz seherinin yollarinin 8 fersenglik mesafeye qeder dasdan temizlenmesi su kanallarinin ve arxlarin temizlenmesi ucun cekilen xercler Bezi qaynaqlara gore Qazan xan Fezlullah Resideddini Senbi Qazana mutevelli kimi teyin etmisdi Lakin Resideddinin Cemi et Tevarix eserinde bu melumatlara rast gelinmir Buna baxmayaraq Resideddinin eserinde Senbi Qazan veqfiyyesi haqqinda verdiyi etrafli melumatlar onun veqfiyyenin eslini gorduyu barede supheye yer buraxmir Gunumuzde Senbi Qazan mehellesiSeherin ve kompleksin aqibeti Senbi Qazanin taleyi de banisi Qazan xan kimi parlaq ve qisa oldu Qazan xanin olumunden evvel verdiyi fermanda Ebvabul Birrdeki veqflerin qorunmasini ve xeyriyye islerinin davam etdirilerek diqqetden kenar qalmamasini ozunden sonraki varislerine vesiyyet edir Lakin seherin insaasindan 50 il bele kecmeden Qazan xanin olumu ile baslayan caxnasma ve Celariler Muzefferiler Cobaniler arasinda hakimiyyet savaslari elece de Elxani dovletinin suqutu seherin de kohnelib dagilmasina sebeb olmusdur Buna baxmayaraq elmi fealiyyetlerin davam etdirilmesi burada yetisdirilen alimlerin istifade etdiyi nisbelerden bize melumdur Senbi Qazan ilk quruldugu vaxtdan etibaren Tebrizin bir mehellesi olmaqla yanasi bu seherle bagcalar vasitesile birlesen musteqil bir kend idi XIV XV esrde bas veren hadiselerde seherden ordularin duserge saldigi yer kimi behs olunur Emir Teymurun Sultan Ehmed Celairi ile mubarizesinde qonaqladigi Senbi Qazan hemcinin Qaraqoyunlu hokmdari Qara Yusifle Miransah arasinda bas veren doyusun de bas verdiyi erazi idi Senbi Qazan adlanan bu doyus 1408 ci ilde bas vermisdi Yene menbelerde Sefevi ve Osmanli ordularinin da burada qaldiqlari haqqinda melumatlar qarsimiza cixir Senbi Qazanin herbi meqsedler ucun istifadesi buranin stratejik ehemiyyeti ile yanasi guclu divarlar ile ehate olunmasi ile de bagli idi Sefevi hakimiyyetinin ilk illerinde Emir Ebu el Veli ve qardasi Mir Ebu el Mehemmedin Qazan xanin veqflerinde mutevelli vezifesini yerine yetirmesi bize melumdur Hafiz Huseyn Kerbalayinin verdiyi melumatlara gore bu dovrde seher xalqin umumi istfadesine ve ziyaretine aciq hala getirilmis bir mehelle idi Muellifin qeydlerinden aydin olur ki sozu geden dovrde imaret hele de oz ehtisamini qoruyub saxlamisdi Rus serqsunas alim Vladimr Minorski Tebriz ve etrafindaki seherlerin dagilmasini iki baslica hadiseye esaslandirir Bunlardan birincisi seherde bas veren zelzeleler digeri ise sunniler terefinden tikilen abidelere gosterilen munasibetdir Bu iki sebeble yanasi Osmanli ve Sefevi dovletleri arasinda tez tez bas veren muharibeleri de qeyd etmek olar Bele ki XVI esrin sonu XVII esrin evvellerinde bas veren doyusler Tebrizin bir nece defe Osmanli hucumuna meruz qalmasi Senbi Qazandaki kompleks ve divarlara da ciddi ziyanlar vurmusdu lakin buna baxmayaraq anonim bir Osmanli tarixcisinin seherin tesviri ile bagli qeydlerine rast gelirik Cagdas menbeleri de tesdiq eden bu tesvirde XVI esrin sonunda seherin hele de movcud olmasi fakti bize melumdur Turkiyenin Osmanli arxivlerinde Senbi Qazanin mahiyyeti ile birbasa bagli olmasa da adinin kecdiyi bezi arxiv senedlerine rast gelmek mumkundur Bunlardan Tebriz seherinin nufus ve hasilati ile bagli III Murad dovrune aid bir senedde Senbi Qazanin adi Nahiyye i Kucey i Bagat i Tebriz daxilinde Kuce yi Bag i Senb i Qazan formasinda qarsimiza cixir Bu dovrde kompleksin qubbesinde boyuk catlar meydana gelse de tavan hele de cokmemisdi Qaynaqlarda Sefevi sahi I Tehmasibin qubbeni temir etdirmesi ile bagli melumatlar oz eksini tapir 1610 cu ilde I Sah Abbas terefinden Residiyye mehellesinde insa edilen bir qullenin tikintisinde Senbi Qazandan getirilen materiallardan istifade edilmisdi XVII esrin ilk yarisinda Sefevi olkesini ziyaret eden seyyah Adam Oleari Senbi Qazani Istanbuldaki Qalata qullesine benzedir XVII XVIII esrde Tebrizde meydana gelen guclu zelzeleler sehere boyuk olcude ziyan vurur 1641 ci ilde bas veren zelzelede seher etrafi demek olarki dagilmisdi 1636 ci ilde Tavernyenin qeydlerinde kompleksin dagintilara baxmayaraq ne qeder hundur olmasi ile bagli melumatlar var Emir Caxmaq meydani Yezd XIX esrde imaretin taleyi ile bagli melumatlari Nadir Mirzenin qeydlerinden almaq mumkundur Muellif iki defe burani ziyaret etmis 1869 1870 1883 1884 ve son 15 il erzinde kompleksin qaliqlarinin xeyli miqdarda azaldigi muxtelif cuxurlarin meydana geldiyi qazintilar neticesinde askar edilen kerpiclerin bir cox alime pul qarsiliginda satilmasi ile bagli melumatlar verir 1935 1937 ci illerde burada tedqiqatlar aparan senet tarixcisi Donald Vilber imaretin qaliqlarinin bele tesbit edilmeyecek veziyyetde oldugunu bildirir Hac Huseyn Naxcivani de Senbi Qazanin aqibeti ile bagli verdiyi melumatlarda buranin boyuk bir torpaq yiginina cevrildiyini yerlerde kerpiclerden basqa bir sey qalmadigini qeyd edir 1995 1997 1998 ci ilde turk tarixci professor Senbi Qazana olan ziyaretinden burada Qazan xanin turbe ve imaretinden geriye hec ne qalmadigini Sam Qazan adinin mehelle adina cevrildiyini bildirir O hemcinin qeyd edir ki turbenin yerlesdiyi yerde hal hazirda Imam Huseyn meydani yerlesir Burada komplekse aid das ve kerpicler ise ehali terefinden evlerin tikintisinde istifade edilmisdir Professor 1998 ci ilde etdiyi 3 cu seferinde uzerinde komplekse aid naxislarin oldugu daslarin tapilmasi xeberini verir Gunumuzde Tebrizde Idare i Kull i Miras i Ferhengi yi Azerbaycan i Serqi adlanan yerde olan daslar komleksden gunumuze qeder gelib catmis yegane qaliqlardir Burada dogulan meshurlarYehya EdlHusameddin Salar Sami Movlane Bexsais Sami Movlane Nizameddin Senbi Qazani Celaleddin Yaqut Qazani Elxaniler dovru Erzurum hakimi Celaleddin Emir Caxmaq Sami Timurlu dovrunde Yezd hakimi Movlane Emir Ismayil Senbi Qazani Mirze Mehemmed Huseyni Professor Yehya Edl Seyx Huseyn Aga Senbi Qazani Mehemmed Sahibnezer Mehemmed Rza Zonuzi Rehim Sehriyari Mehemmed Huseyn EfsariTarixi abidelerSenbi Qazan hamami hicri 1345 ci ilde Mirze Abbas Eli Senb Qazani terefinden tikdirilmis tarixi hamam Eyni yerde insa edilen Hammam Sabel adli qedim hamamin Tebrizde bas veren zelzeleler neticesinde dagilmasi ile Senb Qazan ehalisinin seyleri ve komeyi vasitesi ile Aga Mirze Abbas ve Meshedi Hesen terefinden yeni hamam tikilmisdir Binada Qacar memarliginin xususiyyetleri goze carpir Hamamin sahesi 300 m dir Hamam 2013 cu ilde Serqi Azerbaycan ostaninin Tarix ve Medeniyyet abidelerinin qeydiyyati surasi terefinden 29526 nomresi ile milli abideler siyahisina daxil edilib Ezem el Mehdiyye mescidi Qazan xanin dovrunde tikilen sonradan zelzele neticesinde dagilan Boyuk Mescidin yerinde insa edilmisdir Yene yerli ehalini seyleri ile insa edilen mescid kohne mescidin yerlesdiyi yerin bir nece metr serqindedir Binada islam memarligi ve azeri uslubu diqqete carpir Senbi Qazanda yerlesen merkezlerDini merkezler Ezem el Mehdiyye mescidi Rezevi mescidi Asagi mescid Imam Seccad mescidi Ara mescid Mina mescidi Hesen Baqqal mescidi Bab el Hevayic mescidi Hz Ebulfez Xeyriyye EviTibb merkezleri Sehid Taleqani xestexanasi Senbi Qazan xestexanasiTehsil merkezleri Senb Qazan mektebi Nebi Ekrem Universiteti Usve UniversitetiIstinadlarNaxcivani hicri 1328 seh 82 Naxcivani hicri 1328 seh 83 Ozgudenli 2009 seh 43 Karl Yahn 1957 seh 77 Karl Yahn 1957 seh 206 Wilber 1967 seh 136 Ozgudenli 2002 seh 256 Naxcivani 1957 seh 38 Nadir Mirze 1994 seh 132 Kasani 1969 seh 65 Boyle 1962 seh 134 Ozgudenli 2002 seh 260 Wilber 1967 seh 137 Ozgudenli 2002 seh 262 Boyle 1962 seh 137 Ozgudenli 2008 seh 19 Kasani 1969 seh 11 14 Eliyarli 1996 seh 342 Ozgudenli 2002 seh 269 Ozgudenli 2002 seh 271 Ozgudenli 2002 seh 273 Nadir Mirze 1994 seh 143 Wilber 1967 seh 155 Ozgudenli 2002 seh 276MenbeO G Ozgudenli Residuddin Fazlullah i Hemedani Istanbul Diyanet Islam Ansiklopedisi DIA 2008 19 21 O G Ozgudenli XIV YUZYILDA TEBRIZDE BIR HAYIR VE KULTUR KURUMU SENBI GAZAN Istanbul 2002 253 290 O G Ozgudenli Gazan Han ve Reformlari 1295 1304 amp Mogol Iraninda Gelenek ve Degisim Istanbul KAKNUS YAYINLARI 2009 seh 524 ISBN 9789752562127 M Semseddin Gunaltay Turk tarihinin ana kaynaklarindan Camiuttevarih ve Fazlullah Residuddin 1937 165 179 Amitai Preiss Reuven Ghazan Islam and Mongol Tradition A View from the Maml𝑢 k Sultanate 59 London Oxford University Press 1996 23 37 Boyle John Andrew Juvayni and Rashid al din as Sources on the History of the Mongols London Oxford University Press 1962 133 137 Sheila S Blair Ilkhanid Architecture and Society An Analysis of the Endowment Deed of the Rabʿ i Rashidi 1984 67 90 Donald N Wilber Mimari i Islami yi der dovre yi Ilhanan 1967 seh 136 Nadir Mirze Tarix i cografi yi Daru s Saltana Tebriz 1994 seh 132 Abdullah Kasani Tarix i Olcaytu Sultan 1969 A Sayili Gazan han turbesi hakkinda bir manzume Istanbul 1971 385 395 Hemcinin baxQazan xan Fezlullah Resideddin Elxaniler dovleti