Fövqəladə Təhqiqat Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əvvəlcə xarici işlər, sonra isə ədliyyə nazirlikləri yanında 1918-ci il iyulun 15-dən 1920 ilin aprelinə qədər fəaliyyət göstərmiş rəsmi təhqiqat orqanı. Erməni daşnakların azərbaycanlıların həyatına və onların əmlakına qarşı cinayətlərini təhqiq etmək üçün yaradılmışdı.
Fəaliyyəti
I dünya müharibəsinin başlanandan Cənubi Qafqazın müsəlman əhalisinə və onun əmlakına qarşı törədilmiş zorakılıq, qırğın və soyğunçuluq faktlarının araşdırılması üçün 1918-ci il 15 iyul tarixdə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmışdır. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərmişdir. FTK-nın sədri Ələkbər bəy Xasməmmədov idi. 7 nəfərlik tərkibdə təsis edilmiş FTK-nın işinə tədricən Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri cəlb edilmişlər. FTK-nın tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiya universitetlərinin məzunları olan azərbaycanlılardan – peşəkar hüquqşünaslardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində – 15 iyul 1918 – 1 noyabr 1919-cu il il – FTK tərəfindən 36 cilddən (3500 vərəq) ibarət istintaq materialı toplanmışdır. Onun 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər təhqiq edilirdi.
Komissiyanın fəaliyyətinin sonuna qədər onun sədri Ə. Xasməmmədov, üzvlərdən isə A. F. Novatski və N. M. Mixaylov daha səmərəli fəaliyyət göstərmişlər. Bundan başqa, müxtəlif vaxtlarda Bakı dairə məhkəməsi prokurorunun müavini Aleksandr Yevgenyeviç Klige, andlı iclasçı Məhəməd xan Təkinski, Gəncə dairə məhkəməsinin xüsusi əməliyyat işləri üzrə müstəntiqi Məhyəddin bəy Şahmalıyev, Bakı quberniya dairə məhkəməsinin üzvü Hidayət bəy Sultanov, andlı iclasçılar Aley Aleksandroviç Litovski, Çeslav Boleslavoviç Klossovski, hüquqşünas Abbasəli bəy Hacırzayev, Bakı dairə məhkəməsinin üzvü B. Yusifbəyov komissiya üzvü kimi fəaliyyət göstərmişlər. Komissiya artıq 1918-ci ilin sentyabr-oktyabrından geniş təhqiqat işlərinə başlamışdı. Komissiyanın üzvü N. M. Mixaylov 1918-ci il oktyabrın 26-da həmin ilin sentyabrın 22-dən oktyabrın 23-nə qədər olan müddətdə Göyçay qəzasında aparılan təhqiqat işləri haqqında məlumat verirdi. Məlumata görə, göstərilən müddət ərzində 500 nəfərdən çox şahid dindirilmiş, Kürdəmir dəmir yolu vağzalına və Kürdəmir polis sahəsinə aid 7 kəndə (Kürdəmir, Qarabucaq, Mustafalı, Xəlilli, Qasım bəy, Ərəb Mehdibəy, Dadalı) baxış keçirilmişdir. 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə. Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə nazirliyinə göndərdiyi məruzələrdə Bakı quberniyası, Göyçay qəzasının Kürdəmir, Qarabucaq, Ərəb Mehdibəy və b. kəndlərində, Şamaxı şəhəri və Şamaxı qəzasının müsəlman kəndlərində, habelə Bakı şəhərində azərbaycanlılara qarşı törədilmiş zorakılıqların təhqiqinin ilkin vəziyyəti haqqında ətraflı məlumat verirdi.
1919-cu il yanvarın 6-da Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə. Xasməmmədov Paris sülh konfransına gedən nümayəndə heyətinə təqdim etmək üçün Bakı, Quba və Şamaxı şəhərlərində, Şamaxı, Göyçay, Cavad, Quba qəzalarında ermənilər tərəfindən müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi. Məlumatda göstərilirdi ki, Lənkəran qəzasında daşnak polkovnik Avetisovun silahlı quldur dəstələri tərəfindən, Cavad qəzasının bir hissəsində isə polkovnik İllarinoviç başda olmaqla ruslar tərəfindən, həmçinin İrəvan quberniyasında, Gəncə quberniyasının 4 qəzasında (Cavanşir, Cəbrayıl, Şuşa və Zəngəzur) böyük dağıntılar törədilmiş, azərbaycanlı əhali ucdantutma məhv edilmişdir. Komissiya xaricə göndərilən nümayəndə heyəti üçün əşyayi-dəlil kimi altı cilddən ibarət ilkin təhqiqat materialı və 95 ədəd fotoşəkil hazırlamışdı.
Komissiya fəaliyyətinin ilk dövrlərində çox gərgin işləyirdi. 1919-cu il yanvarın 16-da komissiyanın üzvü N. M. Mixaylov Gəncə quberniyasının Ərəş və Nuxa (Şəki) qəzaları, A. F. Novatski isə həmin ilin iyununda Quba şəhəri, Quba qəzası kəndlərində ermənilərin törətdiyi soyqırımları, qətl-qarətlər və digər zorakılıq hərəkətləri haqqında təhqiqat materialları əsasında ətraflı məruzələr hazırlayaraq, komissiyaya təqdim etmişdilər. 1919 il avqustun 27-də Fövqəladə Təhqiqat Komissiyasının üzvü Ç. B. Klossovski komissiyanın fəaliyyəti ilə əlaqədar tərtib etdiyi arayışda göstərirdi ki, toplanmış materiallar 36 cild və 3500 vərəqdən ibarətdir. Azərbaycanlılara qarşı törədilmiş cinayət hərəkətlərinin təşkilatçıları və iştirakçıları olan şəxslərə qarşı cinayət işi qaldırmaq haqqında 128 məruzə və qərar layihəsi hazırlanmış, 194 nəfər erməninin cinayət məsuliyyətinə cəlb edilməsi barədə məsələ qaldırılmışdı.
1919-cu il avqustun 23-də komissiyanın sədri Ə. Xasməmmədov ədliyyə nazirinə Bakı və Şamaxı şəhərlərində və Şamaxı qəzasında azərbaycanlılara qarşı törədilmiş vəhşiliklərdə müqəssir olan şəxslərin artıq məsuliyyətə cəlb edilməsi işinə başlanıldığını bildirərək qeyd edirdi ki, Bakı şəhərində hələlik 24, Şamaxı şəhəri və Şamaxı qəzasında isə 100 nəfərə yaxın müttəhim istintaqa cəlb olunmuşdur. 1919-cu il martın 21-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Fövqəladə Təhqiqat Komissiyasının səlahiyyətlərini genişləndirmək haqqında ədliyyə nazirinin məruzəsini dinləmiş və müvafiq qərar qəbul etmişdi.
Fövqəladə Təhqiqat Komissiyası azərbaycanlılara qarşı törədilmiş, soyqırımı və zorakılıq hallarının günahkarlarını istintaqa cəlb etməyə başlayan kimi, Bakıda Erməni Milli Şurası və "Daşnaksutyun" partiyasının parlament fraksiyası, həmişə olduğu kimi, ermənilərin müdafiəsinə qalxmış, onların günahsız olduqlarını sübut etməyə çalışmışlar. 1919-cu il avqustun 23-də Erməni Milli Şurasının ədliyyə nazirliyinə göndərdiyi məktubda deyilirdi ki, avqustun 18-də Bakıda Telefonnaya (indiki 28 may) küçəsində Şamaxı şəhəri sakinləri Martiros Gülbəndiyants, Mixail Arzumanov və Yenok İvanyants sonuncuya məxsus mağazada həbs edilmişlər. Həbs edilənlərin hamısının Şamaxının "ən hörmətli" adamları və uzun müddət Şamaxı şəhər dumasının üzvləri olduqlarını qeyd edən erməni liderləri onlardan M. Gülbəndiyantsın Şamaxı şəhər poçt-teleqraf kontorunun rəisi, M. Arzumanovun Şamaxı erməni kilsəsinin hamiktikoru, Y. İvanyantsın isə "məşhur tacir" olduğunu bildirirdilər. Halbuki, Fövqəladə Təhqiqat Komissiyasının zərərçəkənlərin və şahidlərin dindirilməsi protokollarında azərbaycanlılara qarşı zorakılıqların təşkilatçıları və fəal icraçıları sırasında cəllad S. Lalayandan sonra, məhz bu "hörmətli" adamların adları çəkilirdi. "Daşnaksutyun" liderləri riyakarcasına bəyanatlar verir, Azərbaycan Hökumətini keçmişləri yada salmaqla "intiqam və düşmənçilik" hisslərini daha da qızışdırmaqda ittiham edirdilər. Lakin Aprel işğalından sonra erməni-daşnak terrorçuları 1920–21 illərdə məhz qisasçılıq niyyəti ilə Tiflis və İstanbulda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ilk sədri Fətəli xan Xoyskini, Parlament sədrinin müavini Həsən bəy Ağayevi və 2-ci Hökumət kabinetində daxili işlər naziri olmuş Behbud xan Cavanşiri qətlə yetirmişlər.
Azərbaycan Hökumətinin 21 mart 1919-cu il Qərarına görə FTK-nın səlahiyyətləri genişləndirilmiş və ona məhkəmə-istintaq hakimiyyətinin bütün hüquqları verilmişdir. FTK-nın fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır. Komissiyanın işi azaldıqca onun üzvləri öz əvvəlki vəzifələrinin icrasına qayıtmışlar. FTK Azərbaycan Hökuməti tərəfindən onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək 1 noyabr 1919-cu il tarixdə rəsmi surətdə ləğv edilmişdir. Bununla bərabər Ə.b. Xasməmmədov və FTK üzvü Ç. V. Klossovski 1920-ci il yanvarın sonuna qədər FTK-nın istintaq işlərini respublikanın prokuror və məhkəmə orqanlarına verilməsi ilə məşğul olmuşlar. FTK materialları üzrə 1918-ci il Bakıda mart hadisələrinə görə 24, Şamaxı hadisələrinə görə isə 100-ə yaxın şəxs haqqında cinayət işi qaldırılmışdır. Müttəhimlərin bir hissəsi respublikanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunmuş, qalanları axtarışda elan edilmişlər. Lakin, Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin de-fakto tanınması ilə bağlı olaraq Azərbaycan Parlamenti tərəfindən 9 fevral 1920-ci il tarixdə qəbul edilmiş Amnistiya haqqında qanuna əsasən milli düşmənçilik zəminində baş vermiş və "Fövqəladə Təhqiqat Komissiyasının icraatında yaranmış" bütün cinayət işlərinə xitam verilmişdir. FTK tərəfindən qaldırılmış bir sıra cinayət işləri 1920-ci il 9 fevral qanununa əsasən artıq Azərbaycan SSR məhkəmə orqanları tərəfindən xətm olunmuşdur.
Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında Azərbaycan Hökumətinin Qərarları
Hökumətə Məruzə
Artıq dörd aydır ki, Azərbaycan ərazisinin müxtəlif bölgələri quldur dəstələri tərəfindən dağıdılır, bolşevik adı altında özbaşına erməni hərbi hissələri və başqaları mülki müsəlman əhalisinin həyatı və əmlakına qarşı eşidilməmiş vəhşiliklər törədirlər. Eyni zamanda həmin quldur dəstələrinin təşkilatçıları tərəfindən göndərilən yanlış məlumatlar əsasında Avropa ölkələrində ictimai fikir tamamilə əks istiqamətə yönəldilir. Ümumdövlət maraqları, əhalinin zərərçəkən qruplarının mənafeyi hökmən, elə bir təşkilatın yaradılması zərurətini irəli sürür ki, o, aşağıdakılarla məşğul olsun: 1. bütün zorakılıq hadisələrinin dəqiq qeydiyyatının aparılması; 2. həmin zorakılıqların törədildiyi şəraitin müəyyən edilməsi; 3. müqəssirlərin aşkar olunması və onların vurduqları zərərin ümumi miqdarının müəyyənləşdirilməsi; Bu təşkilat Fövqəladə Təhqiqat Komissiyası1 xarakteri daşımalıdır, habelə bu komissiyanın işinin nəticələri Avropanın əsas dillərində (rus, fransız, alman, və, təbii ki, türk dillərində) elan edilməli və geniş yayılmalıdır. Bu komissiyanın təşkilinə yubanmadan başlamaq lazımdır, çünki, bu gün, hadisələrin isti izi ilə asanlıqla müəyyən edilməsi mümkün olan bir çox işləri - şəxslərin dindirilməsi, fotoşəkillərin çəkilməsi və digər əşyayi-dəlillərin əldə edilməsi – sonradan görmək çətinləşəcəkdir, hətta ola bilsin ki, qətiyyən mümkün olmayacaqdır. Əgər Hökumət bu təkliflə razılaşırsa, onda mən xahiş edərdim ki, həmin Komissiyanın yaradılması Nazirlərdən birinə həvalə edilsin və Komissiyanın xərcləri üçün müvəqqəti olaraq 50 000 rubl pul ayrılsın. Xarici İşlər Naziri M.Hacınski Yelizavetpol. 15 iyul 1918-ci il |
Azərbaycan Respublikası Hökumətinin qərarlar jurnalından ÇIXARIŞ 15 iyul 1918-ci il
Dinlənildi: Müsəlmanlara və onların əmlaklarına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasının təşkil edilməsi haqqında Xarici İşlər nazirinin məruzəsi. Qərara alındı: Xarici İşlər nazirinin məruzəsi bəyənilsin və ona tapşırılsın ki, Avropa müharibəsi başlandığı vaxtdan bütün Cənubi Qafqaz hüdudlarında müsəlmanlara və onların əmlakına qarşı törədilmiş zorakılıq hallarının təhqiq olunması üçün Fövqəladə Təhqiqat Komissiyasını təşkil etsin. Əsli ilə düzdür: Katibin köməkçisi (imza). |
Qərar
31 avqust 1918-ci il, Gəncə şəhəri. Hökumətin 15 iyul 1918-ci il tarixli Qərarının icra olunması üçün sədr – andlı iclasçı Ələkbər bəy Xasməmmədovdan və aşağıdakı üzvlərdən ibarət olan tərkibdə Fövqəladə Təhqiqat Komissiyası yaradılsın: Gəncə Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmalıyev və Andrey Fomiç Novatski, həmin dairə məhkəməsinin prokurorunun müavini Nəsrəddin bəy Səfikürdski, Gəncə Köçürmə idarəsinin üzvü Nikolay Mixayloviç Mixaylov və Barışdırıcı hakimlər qurultayının keçmiş Sədri, həqiqi mülki müşavir V.V.Qudvillo və müəllim Məmməd Cavad Axundzadə. Gündəlik maaş təyin edilsin: Komissiya Sədrinə – 60 rubl məbləğində, dövlət xidmətində olan komissiya üzvlərinə gündəlik 40 rubl, qalanlarına isə 50 rubl məbləğində. Səfərlər üzrə xərclər həqiqi qiyməti üzrə ödənilsin. Komissiyaya katib, ekspertlər və ehtiyac olan digər şəxsləri dəvət etmək imkanı verilsin. Xarici İşlər Naziri əvəzinə F. Xoyski Komissiyanın Sədri: Ə.Xasməmmədov (imza). |
Şahidlərin dindirilməsi
1918-ci il, 4 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xanımana Ağarza qızı, 33 yaşım var, Bakı şəhəri, 4-cü Paralellnaya küçəsində, Bəhram Atam Oğlanın evində yaşayıram, savadsızam. 1918-ci il mart ayının 19-da səhər 10-11 radələrində otuza yaxın silahlı erməni əsgəri yuxarıda göstərilən evə soxuldular, yeddi nəfər müsəlman kişisini, və o cümlədən mənim 70 yaşlı atam Ağa Rzanın tüfəngin qundağı ilə başını parçalayaraq, öldürdülər, altı nəfər qadını, iki azyaşlı uşağı qətlə yetirdilər. Ermənilər uşaqları süngü ilə öldürdülər. Mənim iki min rublumu zorla aldılar, atamın isə cibindən dörd min səkkiz yüz rubl (4800 rubl) pulunu çıxardılar. Məni əsir apardılar və mənim mənzilimi qarət etdilər. Qarət edilmiş əşyaların siyahısı təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm, əşyaları yeni qiymətlə beş min manat dəyərində qiymətləndirirəm. Yolboyu məni və digər qadınları qundaqlarla vururdular və yerə yıxılan qadınları hörüklərindən tutaraq qaldırırdılar. Erməni əsgərləri bütün qonşu evlərə də girir, müsəlmanları, cinsindən və yaşından asılı olmayaraq, öldürür, onların əmlakını qarət və məhv edirdilər. “Poxlu Dərə” rayonunda demək olar ki, müsəlmanların hamısını qırmışdılar və elə bir ev yox idi ki, ermənilər kimisə öldürməsinlər, əksinə, elə evlər var ki, ermənilər evdəkilərin hamısını qətlə yetirmişlər. Erməni əsgərləri müsəlmanların çox olduğu evlərə od vururdular. “Poxlu Dərə” rayonu demək olar ki, bütünlükdə ermənilər tərəfindən məhv edilmişdir və bu rayondan çox az sayda müsəlman sağ qalmışdır. Evlərdə və küçələrdə müsəlman kişilərin, qadın və uşaqların, və hətta südəmər körpələrin eybəcər hala salınmış meyitləri uzanıb qalmışdı. Bütün dəhşətlər haqqında danışmaq çox çətindir. Ağırdır. Oxundu. Savadsızdır. Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). |
1918-ci il, 13 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Xədicə Qəni qızı, 35 yaşım var, Bakı sakini, 1-ci Kanitapinskaya küçəsi, dalan № 7, ev № 8 ünvanda yaşayıram, savadsızam. Bu ilin mart ayının 19-da səhər tezdən yüz nəfərdən artıq erməni əsgəri yuxarıda göstərilən evə soxuldular və mənim 45 yaşlı ərim İsmayıl Kərbəlayı Abbas Qulu oğlunu öldürdülər, mənim mənzilimi 6240 rubl dəyərində qarət etdilər, ərimin cibindən isə 7000 rubl pulunu çıxardılar. Mən azyaşlı uşaqlarımla yəhudi qadının evində gizlənmişdim. Bir saatdan sonra ermənilər məni əsir götürdülər. Ermənilər mənim əşyalarımı mənim mənzilimdən avtomobilə qoyurdular və aparırdılar. Erməni əsgərləri qonşularımızı da öldürürdülər və evlərini qarət edirdilər. Mənim ərimi tüfənglə öldürürdülər və ayaqlarını kəsdilər. Qarət edilmiş əşyaların siyahısını sizə təqdim edirəm. Oxundu. Savadsızdır. Komissiya üzvü: M. Təkinski (imza). |
1918-ci il, 11 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zərəfşan Bəyəli qızı, 40 yaşım var, Bakı şəhəri, 10-cu Kanitapinskaya küçəsi, 34 №-li evdə yaşayıram, savadsızam. Bu ilin mart ayının 19-da erməni əsgərləri yuxarıda göstərilən evə soxuldular, mənim 20 yaşlı oğlum Məmməd Əli Nəcəf Qulu oğlunu öldürdülər və mənzilimi qarət etdilər. 5124 rubl dəyərində qarət edilmiş əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Ermənilər 300 rubl nağd pulumu sandıqdan çıxardılar. Məni uşaqlarımla birlikdə əsir apardılar və dörd gün saxladılar. İki yaşlı oğlum əsirlikdə qollarımın üstündə öldü. Onun adı Abbasəli idi. Mənim ərim bağrı çatlayaraq öldü. Dörd gündən sonra məni buraxdılar və elə həmin gün iki oğlum, 6 yaşlı Həsən Bala və 9 yaşlı Hüseyn Bala da acından öldülər. Mən bir tikə çörəyə möhtac qalmışam. Oxundu. Savadsızdır. Komissiya üzvləri: A.Kluge, M. Təkinski (imzalar). |
1918-ci il, 7 noyabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Zeynəb Xanım Əkbər qızı, 20 yaşım var, Bakı sakini, Tatarskaya küçəsi, 90 №-li evdə yaşayıram. Bu ilin mart ayının 21-də otuz nəfər silahlı erməni əsgəri yuxarıda göstərilən evə gəldilər, mənim mənzilimi 24.425 rubl dəyərində qarət etdilər və 1 yaş yarımlıq qızım Teyraxanımı ayaqlayıb əzdilər. Dağıdılıb-sındırılmış əşyaların siyahısını təqdim edirəm və işə əlavə olunmasını xahiş edirəm. Eşitdiyimə görə erməni əsgərləri mənim qonşularımın evlərində də uşaq ları ayaqlayaraq əziblər. Mən ayaqlanan qızımın çığırtısını indi də eşidirəm. Oxundu. Savadsızdır. Komissiya üzvləri: M.Təkinski, А.Kluge (imzalar). |
1918-ci il, 26 dekabr. Bakı şəhəri. Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:
Ziyarət Xanım Zülfəli qızı , 45 yaşım var, savadsızam, Bakı şəhəri, Qoqolevskaya küçəsi, 83 №-il evin sakiniyəm, daimi olaraq isə Bakı quberniyasının Binəqədi kəndində yaşayıram. Bu ilin sentyabrında ermənilər Binəqədidə müsəlman kəndlilərini, o cümlədən mənim 6 nəfər qohumumu, yəni 2 uşaq, 2 qadın və 2 kişini xəncərlə doğramışlar. Bundan əlavə ermənilər ümumi dəyəri 28.800 rubl olan əmlakımı qarət etmişdilər. Oğurlanmış əmlakın siyahısının işə əlavə olunmasını xahiş edirəm. Qatillərin adını bilmirəm. Oxundu. Ziyarət Xanım Zülfəli qızı. Savadsızdır. Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar). |
Fövqaladə Təhqiqat Komissiyasının üzvləri
Həmçinin bax
İstinadlar
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild. Bakı: "Lider". 2004. səh. 408-409. ISBN .
- "Arxivlənmiş surət". 2023-06-29 tarixində . İstifadə tarixi: 2018-03-30.
- Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 1
- Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 2
- Azərbaycan Respublikasının Dövlət Arxivi, fond 1061, siyahı 1, iş 95, vərəq 3
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, iş 14, v. 13. Sənəd № 376
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, iş 14, v. 195. Sənəd № 396
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, i. 14, v. 152. Sənəd № 423
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, iş 15, v. 76. Sənəd № 436
- Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f. 277, s. 2, iş 15, v. 78. Sənəd № 554
- "Arxivlənmiş surət". 2019-12-31 tarixində . İstifadə tarixi: 2018-03-30.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Fovqelade Tehqiqat Komissiyasi Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin evvelce xarici isler sonra ise edliyye nazirlikleri yaninda 1918 ci il iyulun 15 den 1920 ilin apreline qeder fealiyyet gostermis resmi tehqiqat orqani Ermeni dasnaklarin azerbaycanlilarin heyatina ve onlarin emlakina qarsi cinayetlerini tehqiq etmek ucun yaradilmisdi Soyqirim qurbanlari Baki 1918 ci ilFealiyyetiI dunya muharibesinin baslanandan Cenubi Qafqazin muselman ehalisine ve onun emlakina qarsi toredilmis zorakiliq qirgin ve soygunculuq faktlarinin arasdirilmasi ucun 1918 ci il 15 iyul tarixde Azerbaycan Xalq Cumhuriyyeti Hokumeti terefinden yaradilmisdir Evvel Xarici Isler sonra Edliyye Nazirliyi yaninda fealiyyet gostermisdir FTK nin sedri Elekber bey Xasmemmedov idi 7 neferlik terkibde tesis edilmis FTK nin isine tedricen Baki ve Gence seherlerinin istintaq prokurorluq ve mehkeme orqanlarinin diger numayendeleri celb edilmisler FTK nin terkibi coxmilletli olmaqla esasen polyak rus alman litva tatari ve Rusiya universitetlerinin mezunlari olan azerbaycanlilardan pesekar huquqsunaslardan ibaret idi Fealiyyet gosterdiyi dovr erzinde 15 iyul 1918 1 noyabr 1919 cu il il FTK terefinden 36 cildden 3500 vereq ibaret istintaq materiali toplanmisdir Onun 6 cildi ermeniler terefinden Baki seheri ve onun etrafinda muselman ehalisine qarsi toredilmis zorakiliq hallarini eks etdirirdi Istintaq materialinin diger cildlerinde Samaxi Quba Goycay Cavad Nuxa qezalarinda Gencede Qarabagda Zengezurda ermeniler terefinden toredilmis amansiz cinayetler tehqiq edilirdi Komissiyanin fealiyyetinin sonuna qeder onun sedri E Xasmemmedov uzvlerden ise A F Novatski ve N M Mixaylov daha semereli fealiyyet gostermisler Bundan basqa muxtelif vaxtlarda Baki daire mehkemesi prokurorunun muavini Aleksandr Yevgenyevic Klige andli iclasci Mehemed xan Tekinski Gence daire mehkemesinin xususi emeliyyat isleri uzre mustentiqi Mehyeddin bey Sahmaliyev Baki quberniya daire mehkemesinin uzvu Hidayet bey Sultanov andli iclascilar Aley Aleksandrovic Litovski Ceslav Boleslavovic Klossovski huquqsunas Abbaseli bey Hacirzayev Baki daire mehkemesinin uzvu B Yusifbeyov komissiya uzvu kimi fealiyyet gostermisler Komissiya artiq 1918 ci ilin sentyabr oktyabrindan genis tehqiqat islerine baslamisdi Komissiyanin uzvu N M Mixaylov 1918 ci il oktyabrin 26 da hemin ilin sentyabrin 22 den oktyabrin 23 ne qeder olan muddetde Goycay qezasinda aparilan tehqiqat isleri haqqinda melumat verirdi Melumata gore gosterilen muddet erzinde 500 neferden cox sahid dindirilmis Kurdemir demir yolu vagzalina ve Kurdemir polis sahesine aid 7 kende Kurdemir Qarabucaq Mustafali Xelilli Qasim bey Ereb Mehdibey Dadali baxis kecirilmisdir 1918 ci il noyabrin 22 de Fovqelade Tehqiqat Komissiyasinin sedri E Xasmemmedov Azerbaycan Xalq Cumhuriyyetinin edliyye nazirliyine gonderdiyi meruzelerde Baki quberniyasi Goycay qezasinin Kurdemir Qarabucaq Ereb Mehdibey ve b kendlerinde Samaxi seheri ve Samaxi qezasinin muselman kendlerinde habele Baki seherinde azerbaycanlilara qarsi toredilmis zorakiliqlarin tehqiqinin ilkin veziyyeti haqqinda etrafli melumat verirdi 1919 cu il yanvarin 6 da Fovqelade Tehqiqat Komissiyasinin sedri E Xasmemmedov Paris sulh konfransina geden numayende heyetine teqdim etmek ucun Baki Quba ve Samaxi seherlerinde Samaxi Goycay Cavad Quba qezalarinda ermeniler terefinden muselmanlara qarsi toredilmis vehsilikleri eyani sekilde subut eden melumatlari mektubla birlikde xarici isler nazirine gondermisdi Melumatda gosterilirdi ki Lenkeran qezasinda dasnak polkovnik Avetisovun silahli quldur desteleri terefinden Cavad qezasinin bir hissesinde ise polkovnik Illarinovic basda olmaqla ruslar terefinden hemcinin Irevan quberniyasinda Gence quberniyasinin 4 qezasinda Cavansir Cebrayil Susa ve Zengezur boyuk dagintilar toredilmis azerbaycanli ehali ucdantutma mehv edilmisdir Komissiya xarice gonderilen numayende heyeti ucun esyayi delil kimi alti cildden ibaret ilkin tehqiqat materiali ve 95 eded fotosekil hazirlamisdi Komissiya fealiyyetinin ilk dovrlerinde cox gergin isleyirdi 1919 cu il yanvarin 16 da komissiyanin uzvu N M Mixaylov Gence quberniyasinin Eres ve Nuxa Seki qezalari A F Novatski ise hemin ilin iyununda Quba seheri Quba qezasi kendlerinde ermenilerin toretdiyi soyqirimlari qetl qaretler ve diger zorakiliq hereketleri haqqinda tehqiqat materiallari esasinda etrafli meruzeler hazirlayaraq komissiyaya teqdim etmisdiler 1919 il avqustun 27 de Fovqelade Tehqiqat Komissiyasinin uzvu C B Klossovski komissiyanin fealiyyeti ile elaqedar tertib etdiyi arayisda gosterirdi ki toplanmis materiallar 36 cild ve 3500 vereqden ibaretdir Azerbaycanlilara qarsi toredilmis cinayet hereketlerinin teskilatcilari ve istirakcilari olan sexslere qarsi cinayet isi qaldirmaq haqqinda 128 meruze ve qerar layihesi hazirlanmis 194 nefer ermeninin cinayet mesuliyyetine celb edilmesi barede mesele qaldirilmisdi 1919 cu il avqustun 23 de komissiyanin sedri E Xasmemmedov edliyye nazirine Baki ve Samaxi seherlerinde ve Samaxi qezasinda azerbaycanlilara qarsi toredilmis vehsiliklerde muqessir olan sexslerin artiq mesuliyyete celb edilmesi isine baslanildigini bildirerek qeyd edirdi ki Baki seherinde helelik 24 Samaxi seheri ve Samaxi qezasinda ise 100 nefere yaxin muttehim istintaqa celb olunmusdur 1919 cu il martin 21 de Azerbaycan Xalq Cumhuriyyeti Hokumeti Fovqelade Tehqiqat Komissiyasinin selahiyyetlerini genislendirmek haqqinda edliyye nazirinin meruzesini dinlemis ve muvafiq qerar qebul etmisdi Fovqelade Tehqiqat Komissiyasi azerbaycanlilara qarsi toredilmis soyqirimi ve zorakiliq hallarinin gunahkarlarini istintaqa celb etmeye baslayan kimi Bakida Ermeni Milli Surasi ve Dasnaksutyun partiyasinin parlament fraksiyasi hemise oldugu kimi ermenilerin mudafiesine qalxmis onlarin gunahsiz olduqlarini subut etmeye calismislar 1919 cu il avqustun 23 de Ermeni Milli Surasinin edliyye nazirliyine gonderdiyi mektubda deyilirdi ki avqustun 18 de Bakida Telefonnaya indiki 28 may kucesinde Samaxi seheri sakinleri Martiros Gulbendiyants Mixail Arzumanov ve Yenok Ivanyants sonuncuya mexsus magazada hebs edilmisler Hebs edilenlerin hamisinin Samaxinin en hormetli adamlari ve uzun muddet Samaxi seher dumasinin uzvleri olduqlarini qeyd eden ermeni liderleri onlardan M Gulbendiyantsin Samaxi seher poct teleqraf kontorunun reisi M Arzumanovun Samaxi ermeni kilsesinin hamiktikoru Y Ivanyantsin ise meshur tacir oldugunu bildirirdiler Halbuki Fovqelade Tehqiqat Komissiyasinin zerercekenlerin ve sahidlerin dindirilmesi protokollarinda azerbaycanlilara qarsi zorakiliqlarin teskilatcilari ve feal icracilari sirasinda cellad S Lalayandan sonra mehz bu hormetli adamlarin adlari cekilirdi Dasnaksutyun liderleri riyakarcasina beyanatlar verir Azerbaycan Hokumetini kecmisleri yada salmaqla intiqam ve dusmencilik hisslerini daha da qizisdirmaqda ittiham edirdiler Lakin Aprel isgalindan sonra ermeni dasnak terrorculari 1920 21 illerde mehz qisasciliq niyyeti ile Tiflis ve Istanbulda Azerbaycan Xalq Cumhuriyyeti Hokumetinin ilk sedri Feteli xan Xoyskini Parlament sedrinin muavini Hesen bey Agayevi ve 2 ci Hokumet kabinetinde daxili isler naziri olmus Behbud xan Cavansiri qetle yetirmisler Azerbaycan Hokumetinin 21 mart 1919 cu il Qerarina gore FTK nin selahiyyetleri genislendirilmis ve ona mehkeme istintaq hakimiyyetinin butun huquqlari verilmisdir FTK nin fealiyyetinin yekunu olaraq 128 meruze ve qerar layihesi hazirlanmis onlarin esasinda muxtelif cinayetlerde muqessir bilinen 194 sexse qarsi cinayet isi qaldirilmisdir Komissiyanin isi azaldiqca onun uzvleri oz evvelki vezifelerinin icrasina qayitmislar FTK Azerbaycan Hokumeti terefinden onun uzerine qoyulmus vezifeni yerine yetirerek 1 noyabr 1919 cu il tarixde resmi suretde legv edilmisdir Bununla beraber E b Xasmemmedov ve FTK uzvu C V Klossovski 1920 ci il yanvarin sonuna qeder FTK nin istintaq islerini respublikanin prokuror ve mehkeme orqanlarina verilmesi ile mesgul olmuslar FTK materiallari uzre 1918 ci il Bakida mart hadiselerine gore 24 Samaxi hadiselerine gore ise 100 e yaxin sexs haqqinda cinayet isi qaldirilmisdir Muttehimlerin bir hissesi respublikanin huquq muhafize orqanlari terefinden hebs olunmus qalanlari axtarisda elan edilmisler Lakin Muttefiq Dovletlerin Ali Surasi terefinden Azerbaycan Xalq Cumhuriyyetinin musteqilliyinin de fakto taninmasi ile bagli olaraq Azerbaycan Parlamenti terefinden 9 fevral 1920 ci il tarixde qebul edilmis Amnistiya haqqinda qanuna esasen milli dusmencilik zemininde bas vermis ve Fovqelade Tehqiqat Komissiyasinin icraatinda yaranmis butun cinayet islerine xitam verilmisdir FTK terefinden qaldirilmis bir sira cinayet isleri 1920 ci il 9 fevral qanununa esasen artiq Azerbaycan SSR mehkeme orqanlari terefinden xetm olunmusdur Fovqelade Tehqiqat Komissiyasinin yaradilmasi haqqinda Azerbaycan Hokumetinin QerarlariHokumete Meruze Artiq dord aydir ki Azerbaycan erazisinin muxtelif bolgeleri quldur desteleri terefinden dagidilir bolsevik adi altinda ozbasina ermeni herbi hisseleri ve basqalari mulki muselman ehalisinin heyati ve emlakina qarsi esidilmemis vehsilikler toredirler Eyni zamanda hemin quldur destelerinin teskilatcilari terefinden gonderilen yanlis melumatlar esasinda Avropa olkelerinde ictimai fikir tamamile eks istiqamete yoneldilir Umumdovlet maraqlari ehalinin zererceken qruplarinin menafeyi hokmen ele bir teskilatin yaradilmasi zeruretini ireli surur ki o asagidakilarla mesgul olsun 1 butun zorakiliq hadiselerinin deqiq qeydiyyatinin aparilmasi 2 hemin zorakiliqlarin toredildiyi seraitin mueyyen edilmesi 3 muqessirlerin askar olunmasi ve onlarin vurduqlari zererin umumi miqdarinin mueyyenlesdirilmesi Bu teskilat Fovqelade Tehqiqat Komissiyasi1 xarakteri dasimalidir habele bu komissiyanin isinin neticeleri Avropanin esas dillerinde rus fransiz alman ve tebii ki turk dillerinde elan edilmeli ve genis yayilmalidir Bu komissiyanin teskiline yubanmadan baslamaq lazimdir cunki bu gun hadiselerin isti izi ile asanliqla mueyyen edilmesi mumkun olan bir cox isleri sexslerin dindirilmesi fotosekillerin cekilmesi ve diger esyayi delillerin elde edilmesi sonradan gormek cetinlesecekdir hetta ola bilsin ki qetiyyen mumkun olmayacaqdir Eger Hokumet bu teklifle razilasirsa onda men xahis ederdim ki hemin Komissiyanin yaradilmasi Nazirlerden birine hevale edilsin ve Komissiyanin xercleri ucun muveqqeti olaraq 50 000 rubl pul ayrilsin Xarici Isler Naziri M Hacinski Yelizavetpol 15 iyul 1918 ci il Azerbaycan Respublikasi Hokumetinin qerarlar jurnalindan CIXARIS 15 iyul 1918 ci il Dinlenildi Muselmanlara ve onlarin emlaklarina qarsi toredilmis zorakiliq hallarinin tehqiq olunmasi ucun Fovqelade Tehqiqat Komissiyasinin teskil edilmesi haqqinda Xarici Isler nazirinin meruzesi Qerara alindi Xarici Isler nazirinin meruzesi beyenilsin ve ona tapsirilsin ki Avropa muharibesi baslandigi vaxtdan butun Cenubi Qafqaz hududlarinda muselmanlara ve onlarin emlakina qarsi toredilmis zorakiliq hallarinin tehqiq olunmasi ucun Fovqelade Tehqiqat Komissiyasini teskil etsin Esli ile duzdur Katibin komekcisi imza Qerar 31 avqust 1918 ci il Gence seheri Hokumetin 15 iyul 1918 ci il tarixli Qerarinin icra olunmasi ucun sedr andli iclasci Elekber bey Xasmemmedovdan ve asagidaki uzvlerden ibaret olan terkibde Fovqelade Tehqiqat Komissiyasi yaradilsin Gence Daire Mehkemesinin uzvleri Ismayil bey Sahmaliyev ve Andrey Fomic Novatski hemin daire mehkemesinin prokurorunun muavini Nesreddin bey Sefikurdski Gence Kocurme idaresinin uzvu Nikolay Mixaylovic Mixaylov ve Barisdirici hakimler qurultayinin kecmis Sedri heqiqi mulki musavir V V Qudvillo ve muellim Memmed Cavad Axundzade Gundelik maas teyin edilsin Komissiya Sedrine 60 rubl mebleginde dovlet xidmetinde olan komissiya uzvlerine gundelik 40 rubl qalanlarina ise 50 rubl mebleginde Seferler uzre xercler heqiqi qiymeti uzre odenilsin Komissiyaya katib ekspertler ve ehtiyac olan diger sexsleri devet etmek imkani verilsin Xarici Isler Naziri evezine F Xoyski Komissiyanin Sedri E Xasmemmedov imza Sahidlerin dindirilmesi1918 ci il 4 dekabr Baki seheri Azerbaycan Hokumeti yaninda Fovqelade Tehqiqat Komissiyasinin Cinayet Prosessual Mecellesinin 307 ve 443 cu maddelerine uygun olaraq zererceken qisminde dindirdiyi asagida adi cekilen sexs gostermisdir Iranin Bakidaki konsulu M S Vezare Maragai oldurulmus muselmanlarin yaninda Xanimana Agarza qizi 33 yasim var Baki seheri 4 cu Paralellnaya kucesinde Behram Atam Oglanin evinde yasayiram savadsizam 1918 ci il mart ayinin 19 da seher 10 11 radelerinde otuza yaxin silahli ermeni esgeri yuxarida gosterilen eve soxuldular yeddi nefer muselman kisisini ve o cumleden menim 70 yasli atam Aga Rzanin tufengin qundagi ile basini parcalayaraq oldurduler alti nefer qadini iki azyasli usagi qetle yetirdiler Ermeniler usaqlari sungu ile oldurduler Menim iki min rublumu zorla aldilar atamin ise cibinden dord min sekkiz yuz rubl 4800 rubl pulunu cixardilar Meni esir apardilar ve menim menzilimi qaret etdiler Qaret edilmis esyalarin siyahisi teqdim edirem ve ise elave olunmasini xahis edirem esyalari yeni qiymetle bes min manat deyerinde qiymetlendirirem Yolboyu meni ve diger qadinlari qundaqlarla vururdular ve yere yixilan qadinlari horuklerinden tutaraq qaldirirdilar Ermeni esgerleri butun qonsu evlere de girir muselmanlari cinsinden ve yasindan asili olmayaraq oldurur onlarin emlakini qaret ve mehv edirdiler Poxlu Dere rayonunda demek olar ki muselmanlarin hamisini qirmisdilar ve ele bir ev yox idi ki ermeniler kimise oldurmesinler eksine ele evler var ki ermeniler evdekilerin hamisini qetle yetirmisler Ermeni esgerleri muselmanlarin cox oldugu evlere od vururdular Poxlu Dere rayonu demek olar ki butunlukde ermeniler terefinden mehv edilmisdir ve bu rayondan cox az sayda muselman sag qalmisdir Evlerde ve kucelerde muselman kisilerin qadin ve usaqlarin ve hetta sudemer korpelerin eybecer hala salinmis meyitleri uzanib qalmisdi Butun dehsetler haqqinda danismaq cox cetindir Agirdir Oxundu Savadsizdir Komissiya uzvleri M Tekinski A Kluge imzalar Bazarnaya kucesi mart gunlerinde 1918 ci il 13 dekabr Baki seheri Azerbaycan Hokumeti yaninda Fovqelade Tehqiqat Komissiyasinin Cinayet Prosessual Mecellesinin 307 ve 443 cu maddelerine uygun olaraq zererceken qisminde dindirdiyi asagida adi cekilen sexs gostermisdir Xedice Qeni qizi 35 yasim var Baki sakini 1 ci Kanitapinskaya kucesi dalan 7 ev 8 unvanda yasayiram savadsizam Bu ilin mart ayinin 19 da seher tezden yuz neferden artiq ermeni esgeri yuxarida gosterilen eve soxuldular ve menim 45 yasli erim Ismayil Kerbelayi Abbas Qulu oglunu oldurduler menim menzilimi 6240 rubl deyerinde qaret etdiler erimin cibinden ise 7000 rubl pulunu cixardilar Men azyasli usaqlarimla yehudi qadinin evinde gizlenmisdim Bir saatdan sonra ermeniler meni esir goturduler Ermeniler menim esyalarimi menim menzilimden avtomobile qoyurdular ve aparirdilar Ermeni esgerleri qonsularimizi da oldururduler ve evlerini qaret edirdiler Menim erimi tufengle oldururduler ve ayaqlarini kesdiler Qaret edilmis esyalarin siyahisini size teqdim edirem Oxundu Savadsizdir Komissiya uzvu M Tekinski imza Ismailiyye binasinin yandirildiqdan sonraki gorunusu 1918 ci il 11 dekabr Baki seheri Azerbaycan Hokumeti yaninda Fovqelade Tehqiqat Komissiyasinin Cinayet Prosessual Mecellesinin 307 ve 443 cu maddelerine uygun olaraq zererceken qisminde dindirdiyi asagida adi cekilen sexs gostermisdir Zerefsan Beyeli qizi 40 yasim var Baki seheri 10 cu Kanitapinskaya kucesi 34 li evde yasayiram savadsizam Bu ilin mart ayinin 19 da ermeni esgerleri yuxarida gosterilen eve soxuldular menim 20 yasli oglum Memmed Eli Necef Qulu oglunu oldurduler ve menzilimi qaret etdiler 5124 rubl deyerinde qaret edilmis esyalarin siyahisini teqdim edirem ve ise elave olunmasini xahis edirem Ermeniler 300 rubl nagd pulumu sandiqdan cixardilar Meni usaqlarimla birlikde esir apardilar ve dord gun saxladilar Iki yasli oglum esirlikde qollarimin ustunde oldu Onun adi Abbaseli idi Menim erim bagri catlayaraq oldu Dord gunden sonra meni buraxdilar ve ele hemin gun iki oglum 6 yasli Hesen Bala ve 9 yasli Huseyn Bala da acindan olduler Men bir tike coreye mohtac qalmisam Oxundu Savadsizdir Komissiya uzvleri A Kluge M Tekinski imzalar 1918 ci il 7 noyabr Baki seheri Azerbaycan Hokumeti yaninda Fovqelade Tehqiqat Komissiyasinin Cinayet Prosessual Mecellesinin 307 ve 443 cu maddelerine uygun olaraq zererceken qisminde dindirdiyi asagida adi cekilen sexs gostermisdir Zeyneb Xanim Ekber qizi 20 yasim var Baki sakini Tatarskaya kucesi 90 li evde yasayiram Bu ilin mart ayinin 21 de otuz nefer silahli ermeni esgeri yuxarida gosterilen eve geldiler menim menzilimi 24 425 rubl deyerinde qaret etdiler ve 1 yas yarimliq qizim Teyraxanimi ayaqlayib ezdiler Dagidilib sindirilmis esyalarin siyahisini teqdim edirem ve ise elave olunmasini xahis edirem Esitdiyime gore ermeni esgerleri menim qonsularimin evlerinde de usaq lari ayaqlayaraq ezibler Men ayaqlanan qizimin cigirtisini indi de esidirem Oxundu Savadsizdir Komissiya uzvleri M Tekinski A Kluge imzalar Bu gun Azerbaycan prospekti adlanan o zamanki Bazarnaya kucesi 1918 ci il 26 dekabr Baki seheri Azerbaycan Hokumeti yaninda Fovqelade Tehqiqat Komissiyasinin Cinayet Prosessual Mecellesinin 307 ve 443 cu maddelerine uygun olaraq zererceken qisminde dindirdiyi asagida adi cekilen sexs gostermisdir Ziyaret Xanim Zulfeli qizi 45 yasim var savadsizam Baki seheri Qoqolevskaya kucesi 83 il evin sakiniyem daimi olaraq ise Baki quberniyasinin Bineqedi kendinde yasayiram Bu ilin sentyabrinda ermeniler Bineqedide muselman kendlilerini o cumleden menim 6 nefer qohumumu yeni 2 usaq 2 qadin ve 2 kisini xencerle dogramislar Bundan elave ermeniler umumi deyeri 28 800 rubl olan emlakimi qaret etmisdiler Ogurlanmis emlakin siyahisinin ise elave olunmasini xahis edirem Qatillerin adini bilmirem Oxundu Ziyaret Xanim Zulfeli qizi Savadsizdir Komissiya uzvleri Aleksandrovic A Kluge imzalar Fovqalade Tehqiqat Komissiyasinin uzvleriXasmemmedov Elekber bey Hacibaba oglu Sahmaliyev Ismayil bey Nesrulla bey oglu Mehemed xan TekinskiHemcinin baxMart soyqirimi Quba soyqirimi Samaxi soyqirimi Lenkeran qezasinda soyqirimlar 1917 1919 Zengezur qezasinda soyqirimlar 1918 1920 Naxcivan soyqirimlari Ermeni terrorizmi DasnaksutunIstinadlarAzerbaycan Xalq Cumhuriyyeti Ensiklopediyasi I cild Baki Lider 2004 seh 408 409 ISBN 9952 417 14 2 Arxivlenmis suret 2023 06 29 tarixinde Istifade tarixi 2018 03 30 Azerbaycan Respublikasinin Dovlet Arxivi fond 1061 siyahi 1 is 95 vereq 1 Azerbaycan Respublikasinin Dovlet Arxivi fond 1061 siyahi 1 is 95 vereq 2 Azerbaycan Respublikasinin Dovlet Arxivi fond 1061 siyahi 1 is 95 vereq 3 Azerbaycan Respublikasi Prezidentinin Isler Idaresinin Siyasi Senedler Arxivi f 277 s 2 is 14 v 13 Sened 376 Azerbaycan Respublikasi Prezidentinin Isler Idaresinin Siyasi Senedler Arxivi f 277 s 2 is 14 v 195 Sened 396 Azerbaycan Respublikasi Prezidentinin Isler Idaresinin Siyasi Senedler Arxivi f 277 s 2 i 14 v 152 Sened 423 Azerbaycan Respublikasi Prezidentinin Isler Idaresinin Siyasi Senedler Arxivi f 277 s 2 is 15 v 76 Sened 436 Azerbaycan Respublikasi Prezidentinin Isler Idaresinin Siyasi Senedler Arxivi f 277 s 2 is 15 v 78 Sened 554 Arxivlenmis suret 2019 12 31 tarixinde Istifade tarixi 2018 03 30