Məhəmməd xan Təkinski (1880, Aşqabad qəzası[d], Rusiya imperiyası – 18 mart 1938) — Azərbaycanlı siyasətçi, diplomat, dövlət xadimi. İxtisasca ali təhsilli hüquqşünasdır.
Məhəmməd xan Təkinski | |
---|---|
11 oktyabr 1919 – 27 aprel 1920 | |
Əvvəlki | İsmayıl xan Ziyadxanov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1880 |
Doğum yeri |
|
Vəfat tarixi | 18 mart 1938 |
Təhsili | |
Fəaliyyəti | diplomat, vəkil |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
Məhəmməd xan Təkinski 1879 və yaxud 1880-ci ildə Mərkəzi Asiyada Axal-Təki vadisində rusların türkmənlərlə müharibəsi zamanı anadan olsa da, Naxçıvanda böyüyüb boya-başa çatmış, Kəngərlilər nəslinin nümayəndələrindən biri olan Ehsan xanın oğulluğu olmuşdur. Son illərə qədər onun doğum tarixi dəqiq məlum olmasa da, tədqiqatçı Ataxan Paşayevin Odessa vilayətinin dövlət arxivində apardığı araşdırmalar nəticəsində Təkinskinin İmperator Novorosiysk Universitetinin hüquq fakültəsinin tələbəsi olarkən hazırlanmış şəxsi işini aşkarlaması bu suallara aydınlıq gətirmişdir. Tədqiqatçı A. Paşayev "Məhəmməd xan Təkinski kimdir?" adlı məqaləsində yazır ki, Tiflis şəhəri birinci gimnaziyanın şagirdləri haqqında verilmiş məlumatda M. Təkinskinin atasının adı qrafasında "Ehsan xan Təkinski", qəyyumu adlı qrafada "Cəfərqulu xan Naxçıvanski" göstərilmiş, milliyyəti "türkmən", dini etiqadı "müsəlman", təvəllüdü "1879-cu il" qeyd olunmuşdur. 1881-ci il yanvar ayının 12-si günü baş vermiş rusların türkmənlərlə Göytəpə qalasını ələ keçirmək uğrunda apardıqları mübarizə zamanı bütün qohumları rus əsgərləri tərəfindən məhv ediləndə, onu bir saman tayasının yanında rus ordusunun polkovniki olan II Ehsan xan tapmış və oğulluğa götürmüşdür. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Musa Quliyevin yazdığına görə sonralar Naxçıvana gələn II Ehsan xan bu uşağı da özü ilə bərabər gətirmişdir. Gələcəkdə Azərbaycan tarixində özünəməxsus rol oynayacaq Məhəmməd xan Təkinski Cəfərqulu xan, Rəhim xan və Hüseyn xan Naxçıvanskilərin əhatəsində böyümüşdür.
Təhsili
Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə isə Odessada yerləşən İmperator Novorosiysk Universitetinin hüquq fakültəsini bitirən Məhəmməd xan Təkinskininin 1918-ci ilə qədərki fəaliyyəti ilə bağlı məlumatlar demək olar ki, yox səviyyəsindədir. Bu universitetdə Naxçıvanın XX əsr tarixində rol oynamış digər görkəmli simalar – Azərbaycan Xalq Cumhuriyyətinin Batumdakı konsulluğunun katibi olmuş Əziz bəy Qədimbəyov, Əliqulu xan Kəlbəlixanov, Hidayət bəy Sultanov, Həmid bəy Şahtaxtılı da təhsil almışlar.
Moskvada Rusiya Dövlət Hərbi Tarix Muzeyində və Sankt-Peterburqdakı Rusiya Dövlət Tarix Arxivində araşdırmalar aparan M. Quliyev onun gimnaziyanı başa vurduqdan sonra Rusiya ordusunda hərbi qulluqda olduğunu, Odessa vilayətinin dövlət arxivində tədqiqatlar aparan A. Paşayev isə Novorosiysk Universitetinin hüquq fakültəsini bitirdikdən sonra Güney Qafqazda hüquq-mühafizə orqanlarında fəaliyyət göstərdiyinin güman edildiyini yazmışdır. Tədqiqatçı bunu Məhəmməd xanın 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Gəncədə yaratdığı Fövqəladə Təhqiqat Komissiyasına andlı iclasçı kimi cəlb olunması ilə əsaslandırmışdır.
Siyasi fəaliyyəti
Fövqəladə Təhqiqat Komissiyası 1918-ci ildə Azərbaycan hökuməti tərəfindən Birinci Dünya müharibəsinin əvvəlindən başlayaraq bütün Zaqafqaziya boyunca müsəlman əhaliyə və onların əmlakına qarşı törədilən zorakılıq, talan və soyğun faktlarının araşdırılması məqsədilə yaradılmışdı. Komissiyanın tərkibinə Məhəmməd xan Təkinski ilə yanaşı Ələkbər bəy Xasməmmədov, Andrey Fomiç Novatskiy, Nikolay Mixayloviç Mixaylov, Aleksandr Kluqe, İsmayıl bəy Şahmaliyev, Aley Adamoviç Aleksandroviç, Çeslav Boleslavoviç Klossovskiy, V. V. Qudvil, Abbas Əli bəy Hacı İrzayev və başqaları daxil olmuşlar.
Azərbaycan hökumətinin 11 oktyabr 1919-cu il tarixli qərarı ilə Məhəmməd xan Təkinski xarici işlər nazirinin müavini təyin edilmişdir.
Diplomatik fəaliyyəti
Yeddicildlik Azərbaycan tarixinin beşinci cildində isə Azərbaycan Respublikası Dövlət Arxivinin sənədinə əsasən Məhəmməd xan Təkinski həm də Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin deputatı kimi göstərilir. Kitabda yazılır: "Azərbaycan parlamentininın üzvü Məhəmməd xan Təkinski 1919-cu il yanvarın 29-da İrəvana səfir təyin edilmişdir".
1919-cu ilin yanvarında isə yəqin ki, fövqəladə dərəcədə cəsarəti, inadkarlığı, analitik təhlil qabiliyyətinin yüksəkliyi nəzərə alınaraq o Ermənistana Azərbaycan Xalq Cumhuriyyətinin nümayəndəsi kimi göndərilir və həmin ilin oktyabrına qədər bu vəzifəni yerinə yetirir. Kitabın müəlliflərindən biri "Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan" məqaləsində Təkinskinin Naxçıvanın qorunması uğrunda apardığı diplomatik mübarizələrlə bağlı yazır: "Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi Naxçıvanla bağlı hərbi səciyyəli müəyyən işləri görə bilməsə də bəzi diplomatik-siyasi yollardan istifadə edirdi. M. Təkinski Naxçıvanla bağlı AXC hökuməti sədrinə yazırdı ki, əgər Ermənistan Qarabağın Azərbaycana keçməsinə razılaşarsa, ingilislər Şərur-Naxçıvan rayonunu ona verəcəklər. Onun fikrincə, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Şərur və Naxçıvanı ermənilərə vermək olmazdı. Naxçıvan bölgəsində ermənilərin özbaşınalıqlarının qarşısının alınmasında da M. Təkinskinin böyük əməyi olmuşdur. O, bu məsələlərlə əlaqədar məlumat hazırlayaraq Xarici İşlər Nazirliyinə göndərirdi".
2019-cu ildə Ermənistan Milli Təhlükəsizlik Xidməti Təkinskinin məxfi yazışmalarını açıqlayıb. Milli Təhlükəsizlik Xidməti bildirirdi ki, xan Təkinski səfir təyin olunan kimi Ermənistanın təhlükəsizlik orqanları onu izləyib, onun şifrəli teleqramlarını ələ keçirib və deşifrə edib. Ermənistan MTX-nın iddialarına görə xan Təkinski Ermənistan ordusunun Naxçıvan istiqamətindəki yerdəyişmələri, Ermənistanın cənub və digər regionlarındakı hərbi-siyasi vəziyyət barədə informasiyaları Bakıya ötürüb, həmçinin Ermənistanda yaşayan azərbaycanlılarla gizli əlaqələr saxlayıb, onları üsyana təhrik edib. Məxfi yazışmaların bir hissəsi silahlı qüvvələrə aid olub, qoşunların sayı, silahları və digər mühüm elementlər barədə məlumatlar göstərilib. Səfiri izləyən Ermənistan hökuməti Azərbaycandan onun geri çağırılmasını tələb edib. Nəticədə Xan Təkinskinin səfir fəaliyyəti 1919-cu ilin oktyabr ayında başa çatıb.
1919-cu il oktyabr ayının birində isə Xan Təkinski Azərbaycan Xalq Cumhuriyyəti Xarici İşlər nazirinin müavini təyin edilir. Xarici işlər nazirinin müavini olarkən Məhəmməd xan Təkinski Bakıda Polşanın Qafqazdakı nümayəndəsi Vatslav Ostrovskin, Britaniyanın Zaqafqaziyadakı ali komissarı Oliver Uordrop, Polşanın Bakıya gəlmiş fövqəladə missiyası ilə danışıqlarda Azərbaycan Xalq Cumhuriyyətinin xarici siyasətinin təmsilçisi kimi iştirak edir.
Son illəri və ölümü
Sovet işğalından sonra Məmməd xan Təkinski vəkil kimi fəaliyyət göstərirdi. Məsələn, 1923, 1924, 1926-cı illərin soraq kitabçalarında M. X. Təkinski kimi Vəkillər kollegiyasının üzvləri siyahısında qeyd olunub. Həmçinin, 1924-cü ildə Azneftsnabda (Azərbaycan neft sənayesinin təchizatı tresti) Port-İliç, Lənkəran və Astara iskələləri üzrə müvəkkil olub.
Məhəmməd xan Təkinskinin ölümü tarixi də son illərə qədər naməlum olaraq qalsa da, tədqiqatçı Ədalət Tahirzadə tərəfindən tərtib olunmuş "1937–1938-ci illərdə güllələnən (həbs olunan) şəxslər" siyahısında onun da adına rast gəlinir. Onun adının qarşısında "18.03.1938*, 58 yaş" yazılıb. Siyahının əvvəlində isə tədqiqatçının belə bir qeydi var: "Bu işarə güllələnmə tarixini bildirir".
İstinadlar
- Hacıyev İ. Kəlbizadə E. Naxçıvanlı diplomatlar. Naxçıvan:Əcəmi, 2017, 128 s., s.6
- Paşayev, Ataxan. "Məhəmməd xan Təkinski kimdir?". Xalq qəzeti. 18 iyul 2010. 2023-07-17 tarixində . İstifadə tarixi: 2023-07-17.
- Tahirzadə, Ədalət. "Ukraynada bir ay. 2. Odessa". Azərbaycan müəllimi. 19 oktyabr 2012. 2021-07-30 tarixində . İstifadə tarixi: 2018-04-07.
- Гаджиев И., Кальбизаде Э. Из истории дипломатии. Saarbrücken:Lambert Academic Publishing, 2017, 64 c.
- Qanunverici aktlar, 1998. səh. 698
- ARDA, f. 970, siy. 1, iş 149, v. 13
- Весь Баку 1923 год. Адресный и справочный ежегодник. 1923. 2022-12-03 tarixində . İstifadə tarixi: 2024-04-12.
- Весь Азербайджан. Адресная и справочная книга на 1924 год. 1924. 2024-04-02 tarixində . İstifadə tarixi: 2024-04-12. (#first_missing_last)
- Весь Баку. Городская справочная и адресная книга на 1927 год (rus). Издание газеты «Бакинский рабочий». 1926. (#first_missing_last)
Ədəbiyyat
- Hacıyev İ. Kəlbizadə E. Naxçıvanlı diplomatlar. Naxçıvan: Əcəmi, 2017, 128 s.
- Гаджиев И., Кальбизаде Э. Из истории дипломатии. Saarbrücken: Lambert Academic Publishing, 2017, 64 c.
- Азербайджанская Демократическая Республика: 1918–1920: законодательные акты. Azərbaycan Nəşriyyatı. 1998. 560.
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mehemmed xan Tekinski 1880 Asqabad qezasi d Rusiya imperiyasi 18 mart 1938 Azerbaycanli siyasetci diplomat dovlet xadimi Ixtisasca ali tehsilli huquqsunasdir Mehemmed xan TekinskiAzerbaycan Xalq Cumhuriyyetinin xarici isler nazirinin muavini11 oktyabr 1919 27 aprel 1920EvvelkiIsmayil xan ZiyadxanovSexsi melumatlarDogum tarixi 1880Dogum yeri Asqabad qezasi d Rusiya imperiyasiVefat tarixi 18 mart 1938 1938 03 18 Tehsili Odessa UniversitetiFealiyyeti diplomat vekil Vikianbarda elaqeli mediafayllarHeyatiMehemmed xan Tekinski 1879 ve yaxud 1880 ci ilde Merkezi Asiyada Axal Teki vadisinde ruslarin turkmenlerle muharibesi zamani anadan olsa da Naxcivanda boyuyub boya basa catmis Kengerliler neslinin numayendelerinden biri olan Ehsan xanin ogullugu olmusdur Son illere qeder onun dogum tarixi deqiq melum olmasa da tedqiqatci Ataxan Pasayevin Odessa vilayetinin dovlet arxivinde apardigi arasdirmalar neticesinde Tekinskinin Imperator Novorosiysk Universitetinin huquq fakultesinin telebesi olarken hazirlanmis sexsi isini askarlamasi bu suallara aydinliq getirmisdir Tedqiqatci A Pasayev Mehemmed xan Tekinski kimdir adli meqalesinde yazir ki Tiflis seheri birinci gimnaziyanin sagirdleri haqqinda verilmis melumatda M Tekinskinin atasinin adi qrafasinda Ehsan xan Tekinski qeyyumu adli qrafada Ceferqulu xan Naxcivanski gosterilmis milliyyeti turkmen dini etiqadi muselman tevelludu 1879 cu il qeyd olunmusdur 1881 ci il yanvar ayinin 12 si gunu bas vermis ruslarin turkmenlerle Goytepe qalasini ele kecirmek ugrunda apardiqlari mubarize zamani butun qohumlari rus esgerleri terefinden mehv edilende onu bir saman tayasinin yaninda rus ordusunun polkovniki olan II Ehsan xan tapmis ve ogulluga goturmusdur AMEA Naxcivan Bolmesinin emekdasi tarix uzre felsefe doktoru Musa Quliyevin yazdigina gore sonralar Naxcivana gelen II Ehsan xan bu usagi da ozu ile beraber getirmisdir Gelecekde Azerbaycan tarixinde ozunemexsus rol oynayacaq Mehemmed xan Tekinski Ceferqulu xan Rehim xan ve Huseyn xan Naxcivanskilerin ehatesinde boyumusdur Tehsili Novorosiysk Universiteti telebeleri Sagdan oturan 2 ci Mehemmed xan Tekinski Tiflis birinci kisi gimnaziyasini 1908 ci ilde ise Odessada yerlesen Imperator Novorosiysk Universitetinin huquq fakultesini bitiren Mehemmed xan Tekinskininin 1918 ci ile qederki fealiyyeti ile bagli melumatlar demek olar ki yox seviyyesindedir Bu universitetde Naxcivanin XX esr tarixinde rol oynamis diger gorkemli simalar Azerbaycan Xalq Cumhuriyyetinin Batumdaki konsullugunun katibi olmus Eziz bey Qedimbeyov Eliqulu xan Kelbelixanov Hidayet bey Sultanov Hemid bey Sahtaxtili da tehsil almislar Moskvada Rusiya Dovlet Herbi Tarix Muzeyinde ve Sankt Peterburqdaki Rusiya Dovlet Tarix Arxivinde arasdirmalar aparan M Quliyev onun gimnaziyani basa vurduqdan sonra Rusiya ordusunda herbi qulluqda oldugunu Odessa vilayetinin dovlet arxivinde tedqiqatlar aparan A Pasayev ise Novorosiysk Universitetinin huquq fakultesini bitirdikden sonra Guney Qafqazda huquq muhafize orqanlarinda fealiyyet gosterdiyinin guman edildiyini yazmisdir Tedqiqatci bunu Mehemmed xanin 1918 ci il iyul ayinin 15 de Azerbaycan Xalq Cumhuriyyeti hokumetinin Gencede yaratdigi Fovqelade Tehqiqat Komissiyasina andli iclasci kimi celb olunmasi ile esaslandirmisdir Siyasi fealiyyetiFovqelade Tehqiqat Komissiyasi 1918 ci ilde Azerbaycan hokumeti terefinden Birinci Dunya muharibesinin evvelinden baslayaraq butun Zaqafqaziya boyunca muselman ehaliye ve onlarin emlakina qarsi toredilen zorakiliq talan ve soygun faktlarinin arasdirilmasi meqsedile yaradilmisdi Komissiyanin terkibine Mehemmed xan Tekinski ile yanasi Elekber bey Xasmemmedov Andrey Fomic Novatskiy Nikolay Mixaylovic Mixaylov Aleksandr Kluqe Ismayil bey Sahmaliyev Aley Adamovic Aleksandrovic Ceslav Boleslavovic Klossovskiy V V Qudvil Abbas Eli bey Haci Irzayev ve basqalari daxil olmuslar Azerbaycan hokumetinin 11 oktyabr 1919 cu il tarixli qerari ile Mehemmed xan Tekinski xarici isler nazirinin muavini teyin edilmisdir Diplomatik fealiyyetiYeddicildlik Azerbaycan tarixinin besinci cildinde ise Azerbaycan Respublikasi Dovlet Arxivinin senedine esasen Mehemmed xan Tekinski hem de Azerbaycan Xalq Cumhuriyyeti Parlamentinin deputati kimi gosterilir Kitabda yazilir Azerbaycan parlamentininin uzvu Mehemmed xan Tekinski 1919 cu il yanvarin 29 da Irevana sefir teyin edilmisdir 1919 cu ilin yanvarinda ise yeqin ki fovqelade derecede cesareti inadkarligi analitik tehlil qabiliyyetinin yuksekliyi nezere alinaraq o Ermenistana Azerbaycan Xalq Cumhuriyyetinin numayendesi kimi gonderilir ve hemin ilin oktyabrina qeder bu vezifeni yerine yetirir Kitabin muelliflerinden biri Azerbaycan Xalq Cumhuriyyeti ve Naxcivan meqalesinde Tekinskinin Naxcivanin qorunmasi ugrunda apardigi diplomatik mubarizelerle bagli yazir Azerbaycan Xalq Cumhuriyyeti rehberliyi Naxcivanla bagli herbi seciyyeli mueyyen isleri gore bilmese de bezi diplomatik siyasi yollardan istifade edirdi M Tekinski Naxcivanla bagli AXC hokumeti sedrine yazirdi ki eger Ermenistan Qarabagin Azerbaycana kecmesine razilasarsa ingilisler Serur Naxcivan rayonunu ona verecekler Onun fikrince ehalisinin ekseriyyeti muselmanlardan ibaret olan Serur ve Naxcivani ermenilere vermek olmazdi Naxcivan bolgesinde ermenilerin ozbasinaliqlarinin qarsisinin alinmasinda da M Tekinskinin boyuk emeyi olmusdur O bu meselelerle elaqedar melumat hazirlayaraq Xarici Isler Nazirliyine gonderirdi 2019 cu ilde Ermenistan Milli Tehlukesizlik Xidmeti Tekinskinin mexfi yazismalarini aciqlayib Milli Tehlukesizlik Xidmeti bildirirdi ki xan Tekinski sefir teyin olunan kimi Ermenistanin tehlukesizlik orqanlari onu izleyib onun sifreli teleqramlarini ele kecirib ve desifre edib Ermenistan MTX nin iddialarina gore xan Tekinski Ermenistan ordusunun Naxcivan istiqametindeki yerdeyismeleri Ermenistanin cenub ve diger regionlarindaki herbi siyasi veziyyet barede informasiyalari Bakiya oturub hemcinin Ermenistanda yasayan azerbaycanlilarla gizli elaqeler saxlayib onlari usyana tehrik edib Mexfi yazismalarin bir hissesi silahli quvvelere aid olub qosunlarin sayi silahlari ve diger muhum elementler barede melumatlar gosterilib Sefiri izleyen Ermenistan hokumeti Azerbaycandan onun geri cagirilmasini teleb edib Neticede Xan Tekinskinin sefir fealiyyeti 1919 cu ilin oktyabr ayinda basa catib 1919 cu il oktyabr ayinin birinde ise Xan Tekinski Azerbaycan Xalq Cumhuriyyeti Xarici Isler nazirinin muavini teyin edilir Xarici isler nazirinin muavini olarken Mehemmed xan Tekinski Bakida Polsanin Qafqazdaki numayendesi Vatslav Ostrovskin Britaniyanin Zaqafqaziyadaki ali komissari Oliver Uordrop Polsanin Bakiya gelmis fovqelade missiyasi ile danisiqlarda Azerbaycan Xalq Cumhuriyyetinin xarici siyasetinin temsilcisi kimi istirak edir Son illeri ve olumuSovet isgalindan sonra Memmed xan Tekinski vekil kimi fealiyyet gosterirdi Meselen 1923 1924 1926 ci illerin soraq kitabcalarinda M X Tekinski kimi Vekiller kollegiyasinin uzvleri siyahisinda qeyd olunub Hemcinin 1924 cu ilde Azneftsnabda Azerbaycan neft senayesinin techizati tresti Port Ilic Lenkeran ve Astara iskeleleri uzre muvekkil olub Mehemmed xan Tekinskinin olumu tarixi de son illere qeder namelum olaraq qalsa da tedqiqatci Edalet Tahirzade terefinden tertib olunmus 1937 1938 ci illerde gullelenen hebs olunan sexsler siyahisinda onun da adina rast gelinir Onun adinin qarsisinda 18 03 1938 58 yas yazilib Siyahinin evvelinde ise tedqiqatcinin bele bir qeydi var Bu isare gullelenme tarixini bildirir IstinadlarHaciyev I Kelbizade E Naxcivanli diplomatlar Naxcivan Ecemi 2017 128 s s 6 Pasayev Ataxan Mehemmed xan Tekinski kimdir Xalq qezeti 18 iyul 2010 2023 07 17 tarixinde Istifade tarixi 2023 07 17 Tahirzade Edalet Ukraynada bir ay 2 Odessa Azerbaycan muellimi 19 oktyabr 2012 2021 07 30 tarixinde Istifade tarixi 2018 04 07 Gadzhiev I Kalbizade E Iz istorii diplomatii Saarbrucken Lambert Academic Publishing 2017 64 c Qanunverici aktlar 1998 seh 698 ARDA f 970 siy 1 is 149 v 13 Ves Baku 1923 god Adresnyj i spravochnyj ezhegodnik 1923 2022 12 03 tarixinde Istifade tarixi 2024 04 12 Ves Azerbajdzhan Adresnaya i spravochnaya kniga na 1924 god 1924 2024 04 02 tarixinde Istifade tarixi 2024 04 12 first missing last Ves Baku Gorodskaya spravochnaya i adresnaya kniga na 1927 god rus Izdanie gazety Bakinskij rabochij 1926 first missing last EdebiyyatHaciyev I Kelbizade E Naxcivanli diplomatlar Naxcivan Ecemi 2017 128 s Gadzhiev I Kalbizade E Iz istorii diplomatii Saarbrucken Lambert Academic Publishing 2017 64 c Azerbajdzhanskaya Demokraticheskaya Respublika 1918 1920 zakonodatelnye akty Azerbaycan Nesriyyati 1998 560