Mingəçevir kilsə kompleksi — 1946–cı ildə Mingəçevir SES–in tikintisi zamanı aşkarlanmış IV-VII əsrə aid alban kilsə kompleksi. Kilsə qədim zərdüşti məbədinin özülləri üstündə inşa edilmişdir.
Mingəçevir kilsə kompleksi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Mingəçevir |
Yerləşir | Mingəçevir SESin altında qalıb |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | IV – VII əsrlər |
Vəziyyəti | suyun altında qalıb |
|
Mingəçevir kilsə kompleksinə daxil olan məbədlər birnefli bazilikaların Qafqaz Albaniyasında keçdiyi inkişaf yolunun parlaq nümunəsidir. Sadə və arxaik memarlıq quruluşuna malik olan məbədlərin inşa materialı, kostruksiyası və kompozisiya həllinə əsasən onların inşa tarixinin VI əsr sərhəddini keçmədiyi qeyd edilmişdir.
Kompleksə daxil olan tikililər
1 №-li məbəd
Kompleksə daxil olan daha qədim tikili Mingəçevirdəki 1 №-li məbəddir. Bu məbəd 3 №-li qədim yaşayış yerinin birinci – aşağı təbəqəsində aşkara çıxarılmışdır. Plan baxımından həmin məbəd uzunluğu 19,4 metr, eni isə 7,7 metr olan dördguşəli tikilidir. Şərq divarları istisna olunmaqla məbədin qalan divarları qismən salamat qalmışdır. Bu məbədin xarakterik xüsusiyyəti şərq tərəfində altarın olmamasıdır. Bundan əlavə, 0.20 – 0.60 metr ölçülü cənub və qərb divarlarının saxlanmış hissələrində arxeoloqlar qapı yeri də aşkarlamamışlar ki, bu da girişin şərq tərəfdə yerləşdiyini göstərir.G. Məmmədova isə qeyd edir ki, “burdan belə nəticəyə gəlmək olar ki, bu bina altarı qərb tərəfdə yerləşən politeist məbədinin binasıdır.” Cənubi Qafqazda altarı qərb divarında yerləşən politeist bazilikalarının başqa nümunələrinə də rast gəlinmişdir.
Yaşayış yerinin III əsrdə formalaşması, Qafqaz Albaniyasında xristianlığın IV əsrdə dövlət dini kimi qəbul edilməsini nəzərə alan R.M.Vahidov 1 №-li məbədi IV-V əsrlərə aid edir. G. Məmmədova isə qeyd edir ki, “bu fikir o qədər də inandırıcı deyil, çünki, məbəd yaşayış yeri ilə eyni vaxtda da inşa edilə bilərdi, açıq politeist elementlərinə malik olduğuna görə isə, şübhəsiz ki, bu məbəd xristianlığın dövlət dini kimi qəbul edilməsindən əvvəl, ehtimal ki, III əsrin II yarısında inşa edilmişdi.”
1 №-li məbədin şimal və cənub divarlarının içərisində 6 çıxıntı vardır. Həmin çıxıntılar ibadət edənlər üçün oturacaq rolunu oynamışdır. Ruhanilər üçün oturacaq yerləri yalnız bəzi pravoslav kafedral kilsələri və patriarx kilsələri üçün səciyyəvi idi. Bu cür yerləri, adətən, kilsə döşəməsindən bir və ya iki pillə yuxarıda, xorun yanında, səcdəgaha doğru səmtdə tikirdilər. Mingəçevir məbədindəki çıxıntılar məbədin ortasına doğru yönəlmişdir. Bunun səcdəgahın Şərq hissəsində deyil, məbədin ortasında yerləşməsi ilə bağlı olduğunu güman etmək olar. Arxeoloq R.M.Vahidovun fikrincə, səcdəgah məbədin qərb hissəsində yerləşirdi.
Səcdəgah absidasının olmadığı məbədlərdə qapı oyuğu, adətən, Şərq divarında yerləşirdi. Bu cəhət başqa oxşar abidələrdə, habelə Amarasdakı (IV əsrə aid olan) Müqəddəs Qriqoris məbədində, Müqəddəs Yelisey monastırının ilkin kompleksinin planlaşmasında, habelə səcdəgah absidası olmayan bir sıra zəng qüllələrində müşahidə edilir.
Mingəçevir məbədinə oxşar xristian tikililəri Albaniyada hələ kilsə qurğularının planlaşmasının ciddi qanun-qaydalarının işlənib-hazırlanmadığı dövrdə ucaldılmışdı. Ona görə də qanunla müəyyən olunmuş normalardan müəyyən yayınmalar Albaniyada erkən kilsə tikililərinin səciyyəvi cəhəti idi.
Katolikosluğun təsis olunmasından sonra kilsə binalarının tikintisi ciddi tələblərə tabe olunmağa başlandı. Mxitar Qoşun "Qanunnamə"sində deyilir ki, "kilsənin özülü pravoslavlığın qaydaları əsasında qoyulmalıdır, bu məsələdə yalnız yepiskop və yaxud onun əmri ilə xoryepiskop və yaxud peretut haqlıdır. Kim yepiskopun və yaxud xoryepiskopun icazəsi olmadan kilsənin özülünü qoymağa cəhd edərsə, biz əmr edirik ki, bu cür kilsə dağıdılsın və özül yenidən qoyulsun, beləliklə, kilsə qaydasına toxunulmaz şəkildə əməl edilsin. Bu qayda sarsılmazdır".
2 №-li məbəd
Kompleks ərazisindəki ikinci məbəd binası xristian kilsəsinə məxsus bütün xüsusiyyətlərə malikdir. 12.40x5.40 metr ölçülü düzbucaqlı zal, məbədin inşasından sonra ona əlavə edilmiş yarımdairəvi altar apsidası ilə tamamlanır. Zalın daxilində dörd dairəvi təməl daşı aşkarlanmışdır. Arxeoloqlar bu daşların məbədin dam örtüyünü saxlayan dörd sütuna məxsus olduğunu güman edirlər. Ehtimal ki, həm sütunlar, həm də məbədin örtüyü taxtadan işlənmişdi. Bu halda məbədin plan həllində üç nef ayrılır. Lakin, məlum deyil ki, bazilikalarda olduğu kimi, bu məbəddə də, orta nef kənar neflərdən daha hündür inşa edilmişdi, yoxsa hər üç nef bərabər ölçüyə malik idi. Məbədin şimal-şərq hissəsində ona bitişik kiçik bir tikilinin qalıqları da aşkarlanmışdır ki, bu tikilini sonradan xristian məbədlərinin ayrılmaz elementlərindən biri hesab edilən narteksin ilkin variantı hesab etmək olar.
Məbədin altar hissəsindən dəyərli tarixi artefakt olan relyefli daş aşkarlanmışdır. Bəzi tədqiqatçılar daşın kapitel olması fikrini irəli sürmüşlər. G. Məmmədova isə qeyd edir ki, “Persepol xəzinəsi və Dedopolis Mindori məbədinin nümunələrinə əsasən taxta sütun üzərində daş kapitelin ucaldılması nümunəsini görsək də, zəngin bəzədilmiş bu daşın iri ölçüləri (yuxarıdan 78x69 sm, aşağıdan 67x92 sm) onun kapitel olması fikrini şübhə altına qoyur. Daşın xaç altlığı kimi şərh edilməsi, onun məbədin inşa edilməsi tarixi (alban kitabəsinə əsasən IV əsrdən əvvəl olmayan) və kult xarakteri ilə daha çox uyğunluq təşkil edir.
Bu məbəd həm də binanın yüksək memarlıq-bədii ifadəliyini sübut edən interyerin dekorativ daş qalıqları ilə diqqət cəlb edir. Bu, adətən sərt və demək olar ki, bəzəklərdən məhrum olan erkən xristian dövrü məbədləri üçün qeyri-adi haldır. Bu məbədin daş relyefləri politesit məbədlərinin bəzəklərinə çox yaxındır. K. Trever qeyd edir ki, “Mingəçevir kilsə kompleksinə baxarkən, politeist məbədinin harda başa çatıb, xristian məbədinin harda başlamasını müəyyən etmək çox çətindir.”
3 №-li məbəd
Üçüncü məbəd 1 №-li məbədin yerində inşa edilmişdir. Bu məbəd böyük (12.50x5.79 m) ibadət zalından ibarət birnefli bazilikadır. Məbədin şərq divarında yarımdairəvi apsida vardır. Üçüncü məbədin əsas xüsusiyyəti, onun divarlarının qeyri adi dərəcədə qalın olmasıdır. Belə ki, məbədin divarları 2.05 metr qalınlığa malikdir. Bir müddət əvvəl inşa edilmiş 2 №-li məbəddə isə divarların qalınlığı 1.30 metri keçmir. G. Məmmədova ehtimal edir ki, divarların belə qalın inşa edilməsinin səbəbi, məbədin üzərini örtən tağın saxlanmasına hesablanmışdır.
4 №-li məbəd
Dördüncü məbəd 3 №-li məbədin xarabalıqları üzərində inşa edilmişdir. Məbəd iki müxtəlif vaxtda inşa edilmiş hissədən ibarətdir: üç kiçik otaqdan ibarət daha qədim cənub hissə və kilsə və narteksdən ibarət şimal hissə. Kilsə dağıdılmış və ya dağılmış üçüncü məbədin planını təkrar edir. G. Məmmədova qeyd edir ki, Mingəçevir kilsə kompleksində, məbədlərin bir-birinin planını təkrar etməsi təsadüf olmayın, qanunauyğunluqdur. Belə ki, bu, Qafqaz Albaniyasında yeni məbəd inşa edilən zaman qədim məbədin planının saxlanması ənənəsinin olmasından xəbər verir. Beşinci tikili məbədə şərq tərəfdən birləşir və tədqiqatçılar tərəfindən açıq qalereya – atrium kimi təfsir edilir. Atriuma malik erkən Roma bazilikalarından fərqli olaraq, Cənubi Qafqaz memarlığı üçün daha çox qapalı qalereyalar xarakterikdir. Mingəçevir kilsə kompleksinə daxil olan dördüncü məbədin açıq qalereyası regionda bu cür atriumların nadir nümunəsidir.
Məbədin daha qədim olan cənub hissəsi üç otaqlı olmaqla düz taxta tavanla və kərpiclə örtülmüşdü. Pəncərə və qapı kənarları nazik taxta haşiyəyə malik idi. Məbəd böyük ehtimal ki, yarımsilindrik tağla, altar hissə isə konxa ilə örtülmüşdü. Burada da xarici örtük kimi kərpicdən istifadə edilmişdi.
Tədqiqi
Kompleksə daxil olan əsas məbəd binası günbəzsiz olmuşdur. Bu cür uzunsov, günbəzsiz məbədlər Albaniyanın ən erkən kilsə binaları olmuşlar. Xronoloji baxımdan bu cür abidələrin tikintisi IV əsrdə, digər daha mürəkkəb tikililərlə eyni zamanda başlanmış, VIII əsrədək memarlıqda mövcudluğunu saxlamışdır.
Məbədin dövrümüzə yalnız xarabalıqları qalmış və bu xarabalıqlar da arxeoloji qazıntılar nəticəsində aşkarlanmışdır. Lakin həmin xarabalıqlar belə bu möhtəşəm kilsə haqqında təsəvvür yaratmağa imkan verir.
Artefaktlar
Mingəçevirdə, VI əsr məbədinin qazıntıları zamanı daş üzərində oyma sənətinin çox gözəl nümunələri aşkar olunmuş sütun və kapitel qalıqlarında, pəncərənin oyuq və haşiyələrində, divarların dekorativ tərtibatı ünsürlərində qorunub saxlanmışdır. Sütunların başı, pəncərə yerlərinin haşiyələri və məbədin digər memarlıq detalları əsasən nalvari tağ şəklində oyulmuş, sütunların dairəvi əsasları qədim keramika və metal məmulatını bəzəyən qabırğavari naxışlarla örtülmüşdür. Məbədin tikintisində oyma sənətinin belə geniş tətbiqi, müxtəlif forma və çeĢidli divar bəzəklərinin – buruqların, xonçaların, rəsmlərin olması onun zəngin tərtibatını bir daha sübut edir.
Qəbirüstü abidələrin dekorativ tərtibatında da daş üzərində bədii oyma üsulu tətbiq edilirdi. O dövrə dair tapıntılar belə abidələrdə qədim alban bəzək motivlərindən – üzüm salxımı, altıguşəli xonça, günəş, xaç, dolama və buruq şəkilli xətlərdən istifadə edildiyini göstərir. Qəbirüstü daşlarda oyulmuş ov, ziyafət, süvarinin görüşü və b. səhnələr öz plastikliyi, təsviri motivləri, habelə kompozisiya xüsusiyyətlərinə görə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılan tunc möhürlər və üzük qaşlarındakı təsvirlərlə uyuşur. Həmin təsvirlər Sankt-Peterburqdakı Dövlət Ermitajında saxlanan alban yazılı daş lövhəsindəki relyefləri də xatırladır.
Mingəçevirdə qədim albanların müqəddəs od məbədinin yerində aparılmış qazıntılar zamanı tapılmış iki relyefin kompozisiyası çox plastik və ifadəlidir. V – VI əsrlərə aid olunan bir relyef yazılı daş üzərində həkk edilmişdir. Burada üz-üzə dayanmış "müqəddəs" baftalı iki tovuzquşu təsvir olunmuşdur. Onları bir-birindən "müqəddəs" ağac rəsmi ayırır. Tədqiqatçıların fikrincə, yuxarı hissəsində geniş oyuğu olan bu daşın üstündə qurban kəsilirdi. Digər relyefdə sol əli ilə yüyəni tutmuş atlı təsvir edilmişdir. Atlının başını və atın ayaqlarını təsvir edən hissə dağılsa da, yəhərin və süvarinin paltarının əksi relyefin həyatiliyini təsdiq edir.
Alimlərin fikrincə (K.V.Trever və b.), bu dövrdə artıq xristianlığı qəbul etmiş albanlar öz incəsənət əsərlərində hələ də əvvəlki etiqadlarını əks etdirən surətləri (o cümlədən "müqəddəs" ağacı, "müqəddəs" baftalarla bəzənmiş, xristian simvolikasına görə həyat, bütpərəstlikdə isə ölüm rəmzi olan tovuz quşlarını və s.) qoruyub saxlamışdılar.
- İki nömrəli məbəddən aşkarlanmış sütun başlığı və ya qurbangah
- Alban yazılı şamdan
- Zoomorf formalı riton
- Zoomorf formalı qab
- Kompleks ərazisindən aşkarlanmış gil alaçıq modeli
İstinadlar
- Vahidov R.M. Mingəçevir III-VII əsrlərdə. Bakı, 1965
- Q.M.Aslanov, R.M.Vahidov, Q.İ.İone – Qədim Mingəçevir, Bakı, 1959.
- Qazıyev S. M. İki küp və iki katakomba qəbri. MKA, III, Bakı, 1953
- Məmmədova, 2004. səh. 37
- Г.Г.Мамедова – Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку, Элм, 1985, səh. 8
- Ионе Г.Н. Археологические раскопки в Мингечауре.//ДАН АзССР, II, 1946, № 9.
- Казиев С.М. Археологические памятники Мингечаура как исторический источник для изучения истории Азербайджана.//ИАН АзССР, 1950, 7
- Казиев С.М. Археологические работы в Мингечауре.//Вести АН СССР, 1947, № 12
- Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 96
- Məmmədova, 2004. səh. 35
- А. Саинян – Архитектура Касахской базилики, Ереван, АН Арм. ССР, səh. 95
- Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 125
- Məmmədova, 2004. səh. 36
- Göyüşov R. – Azərbaycan arxeologiyası. Bakı, ADU, 1975
- Казиев С.М. Археологические раскопки в Мингечауре. МКА, I, Баку, 1949
- Казиев С.М. Новые археологические находки в Мингечауре в 1948 г.// ДАН АзССР, 1948, № 9.
- R.M.Vahidov – Mingəçevir III-VIII əsrlərdə, Bakı, Elm, 1983
- Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh. 98
- М.А.Усейнов, Л. Бретаницкий, А. Саламзаде – История архитектуры Азербайджана, Москва, Гос.изд-во литерат. по строит., архит. и строит. матер., 1963, səh.35
- Д.А.Ахундов – Архитектура древнего и раннесредневекового Азербайджана, Баку, Азерб.гос.изд-во, 1986, səh. 251
- К.В.Тревер – Очерки по истории и културе Кавказской Албании ( IV в.до н.э.- VIII в. н.э), Изв.АН СССР,М.-Л., 1959, səh.297
- Р.М.Ваидов – Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961, səh.104
- Асланов Г.М., Ваидов Р.М., Ионе Г.И. Древний Мингечаур. Баку 1959
- Ваидов Р.М. Археологические работы в Мингечауре в 1950 г. КСИИМК, ХLVI, 1952
- Голубкина Т.И. Четыре кувшинных погребения из Мингечаура. //ДАН АзССР, 1956, № 3.
- Qazıyev S.M. Mingəçevirdə arxeoloji yadigarlar. MKA, I, Bakı, 1949
- Даниелян О.А. Парное погребение в кувшине из Мингечаура. //ДАН АзССР, 1959, № 3
- Ионе Г.И. Керамическое производство древнего и средневекового Азербайджана (по данным раскопок Мингечаура).//Автореф. дис. ...канд. ист. наук, Л., 1958
- Голубкина Т.И. О зооморфной керамике из Мингечаура. МКА, II, Баку, 1951
- Qazıyev S.M. Mingəçevirdə tapılmış bəzi silahlardan. MKA, II, Bakı, 1951
- Ионе Г.И. Керамическое производство древнего и средневекового Азербайджана (по данным раскопок Мингечаура).//Автореф. дис. ...канд. ист. наук, Л., 1958.
- Azərbaycan etnoqrafiyası.Üç cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2007
Ədəbiyyat
- Мамедова, Гюльчохра, Зодчество Кавказской Албании, Баку: Чашыоглу, 2004
- Мамедова, Гюльчохра, Христианское култовое зодчество Кавказской Албании эпохи раннего средневековья, Баку: Элм, 1985
- Ваидов, Р.М., Мингечаур в III-IV веках (по материалам археологических раскопок), Баку, 1961
Həmçinin bax
wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, tarixi, endir, indir, yukle, izlə, izle, mobil, telefon ucun, azeri, azəri, azerbaycanca, azərbaycanca, sayt, yüklə, pulsuz, pulsuz yüklə, haqqında, haqqinda, məlumat, melumat, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar, android, ios, apple, samsung, iphone, pc, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, web, computer, komputer
Mingecevir kilse kompleksi 1946 ci ilde Mingecevir SES in tikintisi zamani askarlanmis IV VII esre aid alban kilse kompleksi Kilse qedim zerdusti mebedinin ozulleri ustunde insa edilmisdir Mingecevir kilse kompleksiKompleksin terkibinde en qedim mebed binasi olan 4 nomreli mebed binasinin gorunusuOlke AzerbaycanSeher MingecevirYerlesir Mingecevir SESin altinda qalibAidiyyati Alban Hevari KilsesiTikilme tarixi IV VII esrlerVeziyyeti suyun altinda qalibMingecevir kilse kompleksi Mingecevir kilse kompleksine daxil olan mebedler birnefli bazilikalarin Qafqaz Albaniyasinda kecdiyi inkisaf yolunun parlaq numunesidir Sade ve arxaik memarliq qurulusuna malik olan mebedlerin insa materiali kostruksiyasi ve kompozisiya helline esasen onlarin insa tarixinin VI esr serheddini kecmediyi qeyd edilmisdir Komplekse daxil olan tikililer1 li mebed Bir nomreli mebedin plani Komplekse daxil olan daha qedim tikili Mingecevirdeki 1 li mebeddir Bu mebed 3 li qedim yasayis yerinin birinci asagi tebeqesinde askara cixarilmisdir Plan baximindan hemin mebed uzunlugu 19 4 metr eni ise 7 7 metr olan dordguseli tikilidir Serq divarlari istisna olunmaqla mebedin qalan divarlari qismen salamat qalmisdir Bu mebedin xarakterik xususiyyeti serq terefinde altarin olmamasidir Bundan elave 0 20 0 60 metr olculu cenub ve qerb divarlarinin saxlanmis hisselerinde arxeoloqlar qapi yeri de askarlamamislar ki bu da girisin serq terefde yerlesdiyini gosterir G Memmedova ise qeyd edir ki burdan bele neticeye gelmek olar ki bu bina altari qerb terefde yerlesen politeist mebedinin binasidir Cenubi Qafqazda altari qerb divarinda yerlesen politeist bazilikalarinin basqa numunelerine de rast gelinmisdir Yasayis yerinin III esrde formalasmasi Qafqaz Albaniyasinda xristianligin IV esrde dovlet dini kimi qebul edilmesini nezere alan R M Vahidov 1 li mebedi IV V esrlere aid edir G Memmedova ise qeyd edir ki bu fikir o qeder de inandirici deyil cunki mebed yasayis yeri ile eyni vaxtda da insa edile bilerdi aciq politeist elementlerine malik olduguna gore ise subhesiz ki bu mebed xristianligin dovlet dini kimi qebul edilmesinden evvel ehtimal ki III esrin II yarisinda insa edilmisdi 1 li mebedin simal ve cenub divarlarinin icerisinde 6 cixinti vardir Hemin cixintilar ibadet edenler ucun oturacaq rolunu oynamisdir Ruhaniler ucun oturacaq yerleri yalniz bezi pravoslav kafedral kilseleri ve patriarx kilseleri ucun seciyyevi idi Bu cur yerleri adeten kilse dosemesinden bir ve ya iki pille yuxarida xorun yaninda secdegaha dogru semtde tikirdiler Mingecevir mebedindeki cixintilar mebedin ortasina dogru yonelmisdir Bunun secdegahin Serq hissesinde deyil mebedin ortasinda yerlesmesi ile bagli oldugunu guman etmek olar Arxeoloq R M Vahidovun fikrince secdegah mebedin qerb hissesinde yerlesirdi Secdegah absidasinin olmadigi mebedlerde qapi oyugu adeten Serq divarinda yerlesirdi Bu cehet basqa oxsar abidelerde habele Amarasdaki IV esre aid olan Muqeddes Qriqoris mebedinde Muqeddes Yelisey monastirinin ilkin kompleksinin planlasmasinda habele secdegah absidasi olmayan bir sira zeng qullelerinde musahide edilir Mingecevir mebedine oxsar xristian tikilileri Albaniyada hele kilse qurgularinin planlasmasinin ciddi qanun qaydalarinin islenib hazirlanmadigi dovrde ucaldilmisdi Ona gore de qanunla mueyyen olunmus normalardan mueyyen yayinmalar Albaniyada erken kilse tikililerinin seciyyevi ceheti idi Katolikoslugun tesis olunmasindan sonra kilse binalarinin tikintisi ciddi teleblere tabe olunmaga baslandi Mxitar Qosun Qanunname sinde deyilir ki kilsenin ozulu pravoslavligin qaydalari esasinda qoyulmalidir bu meselede yalniz yepiskop ve yaxud onun emri ile xoryepiskop ve yaxud peretut haqlidir Kim yepiskopun ve yaxud xoryepiskopun icazesi olmadan kilsenin ozulunu qoymaga cehd ederse biz emr edirik ki bu cur kilse dagidilsin ve ozul yeniden qoyulsun belelikle kilse qaydasina toxunulmaz sekilde emel edilsin Bu qayda sarsilmazdir Iki nomreli mebedin plani2 li mebed Kompleks erazisindeki ikinci mebed binasi xristian kilsesine mexsus butun xususiyyetlere malikdir 12 40x5 40 metr olculu duzbucaqli zal mebedin insasindan sonra ona elave edilmis yarimdairevi altar apsidasi ile tamamlanir Zalin daxilinde dord dairevi temel dasi askarlanmisdir Arxeoloqlar bu daslarin mebedin dam ortuyunu saxlayan dord sutuna mexsus oldugunu guman edirler Ehtimal ki hem sutunlar hem de mebedin ortuyu taxtadan islenmisdi Bu halda mebedin plan hellinde uc nef ayrilir Lakin melum deyil ki bazilikalarda oldugu kimi bu mebedde de orta nef kenar neflerden daha hundur insa edilmisdi yoxsa her uc nef beraber olcuye malik idi Mebedin simal serq hissesinde ona bitisik kicik bir tikilinin qaliqlari da askarlanmisdir ki bu tikilini sonradan xristian mebedlerinin ayrilmaz elementlerinden biri hesab edilen narteksin ilkin varianti hesab etmek olar Mebedin altar hissesinden deyerli tarixi artefakt olan relyefli das askarlanmisdir Bezi tedqiqatcilar dasin kapitel olmasi fikrini ireli surmusler G Memmedova ise qeyd edir ki Persepol xezinesi ve Dedopolis Mindori mebedinin numunelerine esasen taxta sutun uzerinde das kapitelin ucaldilmasi numunesini gorsek de zengin bezedilmis bu dasin iri olculeri yuxaridan 78x69 sm asagidan 67x92 sm onun kapitel olmasi fikrini subhe altina qoyur Dasin xac altligi kimi serh edilmesi onun mebedin insa edilmesi tarixi alban kitabesine esasen IV esrden evvel olmayan ve kult xarakteri ile daha cox uygunluq teskil edir Bu mebed hem de binanin yuksek memarliq bedii ifadeliyini subut eden interyerin dekorativ das qaliqlari ile diqqet celb edir Bu adeten sert ve demek olar ki bezeklerden mehrum olan erken xristian dovru mebedleri ucun qeyri adi haldir Bu mebedin das relyefleri politesit mebedlerinin bezeklerine cox yaxindir K Trever qeyd edir ki Mingecevir kilse kompleksine baxarken politeist mebedinin harda basa catib xristian mebedinin harda baslamasini mueyyen etmek cox cetindir Uc nomreli mebedin plani3 li mebed Ucuncu mebed 1 li mebedin yerinde insa edilmisdir Bu mebed boyuk 12 50x5 79 m ibadet zalindan ibaret birnefli bazilikadir Mebedin serq divarinda yarimdairevi apsida vardir Ucuncu mebedin esas xususiyyeti onun divarlarinin qeyri adi derecede qalin olmasidir Bele ki mebedin divarlari 2 05 metr qalinliga malikdir Bir muddet evvel insa edilmis 2 li mebedde ise divarlarin qalinligi 1 30 metri kecmir G Memmedova ehtimal edir ki divarlarin bele qalin insa edilmesinin sebebi mebedin uzerini orten tagin saxlanmasina hesablanmisdir 4 li mebed Dord nomreli mebedin plani Dorduncu mebed 3 li mebedin xarabaliqlari uzerinde insa edilmisdir Mebed iki muxtelif vaxtda insa edilmis hisseden ibaretdir uc kicik otaqdan ibaret daha qedim cenub hisse ve kilse ve narteksden ibaret simal hisse Kilse dagidilmis ve ya dagilmis ucuncu mebedin planini tekrar edir G Memmedova qeyd edir ki Mingecevir kilse kompleksinde mebedlerin bir birinin planini tekrar etmesi tesaduf olmayin qanunauygunluqdur Bele ki bu Qafqaz Albaniyasinda yeni mebed insa edilen zaman qedim mebedin planinin saxlanmasi enenesinin olmasindan xeber verir Besinci tikili mebede serq terefden birlesir ve tedqiqatcilar terefinden aciq qalereya atrium kimi tefsir edilir Atriuma malik erken Roma bazilikalarindan ferqli olaraq Cenubi Qafqaz memarligi ucun daha cox qapali qalereyalar xarakterikdir Mingecevir kilse kompleksine daxil olan dorduncu mebedin aciq qalereyasi regionda bu cur atriumlarin nadir numunesidir Mebedin daha qedim olan cenub hissesi uc otaqli olmaqla duz taxta tavanla ve kerpicle ortulmusdu Pencere ve qapi kenarlari nazik taxta hasiyeye malik idi Mebed boyuk ehtimal ki yarimsilindrik tagla altar hisse ise konxa ile ortulmusdu Burada da xarici ortuk kimi kerpicden istifade edilmisdi TedqiqiKomplekse daxil olan esas mebed binasi gunbezsiz olmusdur Bu cur uzunsov gunbezsiz mebedler Albaniyanin en erken kilse binalari olmuslar Xronoloji baximdan bu cur abidelerin tikintisi IV esrde diger daha murekkeb tikililerle eyni zamanda baslanmis VIII esredek memarliqda movcudlugunu saxlamisdir Mebedin dovrumuze yalniz xarabaliqlari qalmis ve bu xarabaliqlar da arxeoloji qazintilar neticesinde askarlanmisdir Lakin hemin xarabaliqlar bele bu mohtesem kilse haqqinda tesevvur yaratmaga imkan verir Artefaktlar Mingecevirde VI esr mebedinin qazintilari zamani das uzerinde oyma senetinin cox gozel numuneleri askar olunmus sutun ve kapitel qaliqlarinda pencerenin oyuq ve hasiyelerinde divarlarin dekorativ tertibati unsurlerinde qorunub saxlanmisdir Sutunlarin basi pencere yerlerinin hasiyeleri ve mebedin diger memarliq detallari esasen nalvari tag seklinde oyulmus sutunlarin dairevi esaslari qedim keramika ve metal memulatini bezeyen qabirgavari naxislarla ortulmusdur Mebedin tikintisinde oyma senetinin bele genis tetbiqi muxtelif forma ve ceGidli divar bezeklerinin buruqlarin xoncalarin resmlerin olmasi onun zengin tertibatini bir daha subut edir Qebirustu abidelerin dekorativ tertibatinda da das uzerinde bedii oyma usulu tetbiq edilirdi O dovre dair tapintilar bele abidelerde qedim alban bezek motivlerinden uzum salximi altiguseli xonca gunes xac dolama ve buruq sekilli xetlerden istifade edildiyini gosterir Qebirustu daslarda oyulmus ov ziyafet suvarinin gorusu ve b sehneler oz plastikliyi tesviri motivleri habele kompozisiya xususiyyetlerine gore Bakida Azerbaycan Tarixi Muzeyinde saxlanilan tunc mohurler ve uzuk qaslarindaki tesvirlerle uyusur Hemin tesvirler Sankt Peterburqdaki Dovlet Ermitajinda saxlanan alban yazili das lovhesindeki relyefleri de xatirladir Mingecevirde qedim albanlarin muqeddes od mebedinin yerinde aparilmis qazintilar zamani tapilmis iki relyefin kompozisiyasi cox plastik ve ifadelidir V VI esrlere aid olunan bir relyef yazili das uzerinde hekk edilmisdir Burada uz uze dayanmis muqeddes baftali iki tovuzqusu tesvir olunmusdur Onlari bir birinden muqeddes agac resmi ayirir Tedqiqatcilarin fikrince yuxari hissesinde genis oyugu olan bu dasin ustunde qurban kesilirdi Diger relyefde sol eli ile yuyeni tutmus atli tesvir edilmisdir Atlinin basini ve atin ayaqlarini tesvir eden hisse dagilsa da yeherin ve suvarinin paltarinin eksi relyefin heyatiliyini tesdiq edir Alimlerin fikrince K V Trever ve b bu dovrde artiq xristianligi qebul etmis albanlar oz incesenet eserlerinde hele de evvelki etiqadlarini eks etdiren suretleri o cumleden muqeddes agaci muqeddes baftalarla bezenmis xristian simvolikasina gore heyat butperestlikde ise olum remzi olan tovuz quslarini ve s qoruyub saxlamisdilar Iki nomreli mebedden askarlanmis sutun basligi ve ya qurbangah Alban yazili samdan Zoomorf formali riton Zoomorf formali qab Kompleks erazisinden askarlanmis gil alaciq modeliIstinadlarVahidov R M Mingecevir III VII esrlerde Baki 1965 Q M Aslanov R M Vahidov Q I Ione Qedim Mingecevir Baki 1959 Qaziyev S M Iki kup ve iki katakomba qebri MKA III Baki 1953 Memmedova 2004 seh 37 G G Mamedova Hristianskoe kultovoe zodchestvo Kavkazskoj Albanii epohi rannego srednevekovya Baku Elm 1985 seh 8 Ione G N Arheologicheskie raskopki v Mingechaure DAN AzSSR II 1946 9 Kaziev S M Arheologicheskie pamyatniki Mingechaura kak istoricheskij istochnik dlya izucheniya istorii Azerbajdzhana IAN AzSSR 1950 7 Kaziev S M Arheologicheskie raboty v Mingechaure Vesti AN SSSR 1947 12 R M Vaidov Mingechaur v III IV vekah po materialam arheologicheskih raskopok Baku 1961 seh 96 Memmedova 2004 seh 35 A Sainyan Arhitektura Kasahskoj baziliki Erevan AN Arm SSR seh 95 R M Vaidov Mingechaur v III IV vekah po materialam arheologicheskih raskopok Baku 1961 seh 125 Memmedova 2004 seh 36 Goyusov R Azerbaycan arxeologiyasi Baki ADU 1975 Kaziev S M Arheologicheskie raskopki v Mingechaure MKA I Baku 1949 Kaziev S M Novye arheologicheskie nahodki v Mingechaure v 1948 g DAN AzSSR 1948 9 R M Vahidov Mingecevir III VIII esrlerde Baki Elm 1983 R M Vaidov Mingechaur v III IV vekah po materialam arheologicheskih raskopok Baku 1961 seh 98 M A Usejnov L Bretanickij A Salamzade Istoriya arhitektury Azerbajdzhana Moskva Gos izd vo literat po stroit arhit i stroit mater 1963 seh 35 D A Ahundov Arhitektura drevnego i rannesrednevekovogo Azerbajdzhana Baku Azerb gos izd vo 1986 seh 251 K V Trever Ocherki po istorii i kulture Kavkazskoj Albanii IV v do n e VIII v n e Izv AN SSSR M L 1959 seh 297 R M Vaidov Mingechaur v III IV vekah po materialam arheologicheskih raskopok Baku 1961 seh 104 Aslanov G M Vaidov R M Ione G I Drevnij Mingechaur Baku 1959 Vaidov R M Arheologicheskie raboty v Mingechaure v 1950 g KSIIMK HLVI 1952 Golubkina T I Chetyre kuvshinnyh pogrebeniya iz Mingechaura DAN AzSSR 1956 3 Qaziyev S M Mingecevirde arxeoloji yadigarlar MKA I Baki 1949 Danielyan O A Parnoe pogrebenie v kuvshine iz Mingechaura DAN AzSSR 1959 3 Ione G I Keramicheskoe proizvodstvo drevnego i srednevekovogo Azerbajdzhana po dannym raskopok Mingechaura Avtoref dis kand ist nauk L 1958 Golubkina T I O zoomorfnoj keramike iz Mingechaura MKA II Baku 1951 Qaziyev S M Mingecevirde tapilmis bezi silahlardan MKA II Baki 1951 Ione G I Keramicheskoe proizvodstvo drevnego i srednevekovogo Azerbajdzhana po dannym raskopok Mingechaura Avtoref dis kand ist nauk L 1958 Azerbaycan etnoqrafiyasi Uc cildde II cild Baki Serq Qerb 2007EdebiyyatMamedova Gyulchohra Zodchestvo Kavkazskoj Albanii Baku Chashyoglu 2004 Mamedova Gyulchohra Hristianskoe kultovoe zodchestvo Kavkazskoj Albanii epohi rannego srednevekovya Baku Elm 1985 Vaidov R M Mingechaur v III IV vekah po materialam arheologicheskih raskopok Baku 1961Hemcinin baxQafqaz Albaniyasinin memarligi Alban Hevari Kilsesi Azerbaycan arxeologiyasi Azerbaycan memarligi